Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyeva ilə bağlı yeni sensasion xəbər

09:36 / 05.11.2018

Azərbaycan Beynəlxalq Bankının keçmiş sədri, 15 il azadlıqdan məhrum edilən Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyeva ilə bağlı həftəsonu yeni sensasion xəbərlər yayılıb.

Strategiya.az musavat.com-a istinadən xəbər verir ki, "The Financial Times", "The Guardian" və digər çoxsaylı Britaniya mediasının xəbərinə görə, Zamirə Hacıyevanın üzərinə həbs qoyulmuş 400 min funt-sterlinq (təxminən 519 min 278 dollar) məbləğində qızıl-zinət əşyalarını xəlvəti satmaq cəhdi ifşa olunub. 

Məlum olub ki, həmin zinət əşyalarını Londondakı "Christie's" hərrac evində satılmaq üçün verilibmiş. Britaniyanın Milli Kriminalla Mübarizə Agentliyi (National Crime Agency, NCA) qanunsuz gəlirlərin leqallaşdırılmasına qarşı mübarizə qanunu çərçivəsində Z.Hacıyevanın on milyonlarla dollarlıq aktivlərinə həbs qoyub. 

 
Məlum olub ki, yeddi il əvvəl Britaniyanın Virgin Adalarında yerləşən bir şirkət vasitəsilə Londonun qərbində bir evə 11.5 milyon funt (15.13 milyon dollar) ödəyib. Ali Məhkəmə dinləmələrində evin sahiblərinin Zamirə Hacıyeva və onun həyat yoldaşı Cahangir Hacıyev olduqları aşkara çıxıb. 2013-cü ildə Zamirə Hacıyevanın nəzarət etdiyi başqa bir şirkət Berkshire qraflığında, Ascot kəndinin yaxınlığında təmtəraqlı qolf kursu və əmlakını almaq üçün 10 milyon funt (13.15 milyon dollar) xərcləyib. O, son 10 il ərzində "Harrods"da 16 milyon funt (21.04 milyon dollar) xərcləyib. Bu, gündə 4000 funtdan çox xərcləmə deməkdir. Rəsmi məlumatlar cütlüyün "Harrods"un bahalı avtomobil parkında iki xüsusi yerə sahib olduqlarını və Zamirə Hacıyevanın 42 milyon funta (55.24 milyon dollar) "Gulfstream G550" jet təyyarəsini aldığını da ortaya çıxarıb.

Belə bir vəziyyətdə isə Z.Hacıyeva Britaniya polisini aldatmağa cəhd edib. Z.Hacıyevanın müsadirə olunmuş əşyaları arasında 20 min funt-sterlinq dəyərində mirvari və 100 min funtluq "Boucheron" sapfir boyunbağılar, 20 min funtluq "Magic Alhambra" bilərziyi var.
Milli Kriminalla Mübarizə Agentliyi yaydığı məlumata görə, Zamirə Hacıyevanın qızı Leyla Mahmudova bu əşyaları satmaq üçün "Christie's"ə veribmiş. "Christie's" əməliyyat haqqında NSA-ya informasiya verən kimi müsadirə barədə qərar qəbul olunub. O da məlum olub ki, Zamirə Hacıyevanın bu zinət əşyalarını 2008-ci ildə İsveçrənin San-Morits kurortundakı butiklərdən 320 min avroya alıb. 

Bu xəbərlərin ardınca isə məlum olub ki, Zamirə Hacıyeva Böyük Britaniyanın Maliyyə Cinayətkarlığı İstintaq Mərkəzində dindirilib.  Bu barədə Almaniyada nəşr olunan "Deutsche Welle" jurnalı məlumat yayıb.

Milli Kriminalla Mübarizə Agentliyinə  istinad edən alman jurnalının məlumatına görə,  Zamirə Hacıyeva məhz zinət əşyalarını qeyri-qanuni satmaq cəhdinə görə saxlanılıb.

Məlumdur ki, zinət əşyalarının satılmasında adı keçən Leyla Mahmudova sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun oğlunun həyat yoldaşıdır. Onların toyu 2012-ci ilin noyabr ayının 4-də Bakıda baş tutub. İlk dəfədir ki, L.Mahmudovanın adı mediada hallanır. Bu əmələ görə ona hansısa cəza verilib-verilməyəcəyi məlum deyil. Zamirə Hacıyevanın kürəkəni Anar Mahmudovun Azərbaycanda, Türkiyədə, İspaniyada və Lüksemburqda şirkətləri olduğu deyilir. Bakıda təsis edilən "Caspian Crystal" Holdinqə dəbdəbəli restoranlar, bahalı içki mağazaları və brend avtomobillər şəbəkəsi daxildir. Anar Mahmudovun bir neçə tikinti şirkəti də var.



Strategiya.az

Xəbərlər
19.11.2019

Paşinyan Romada: Ermənistan sülh istəyirmi?

19.11.2019

Novruz Məmmədov yeni vəzifəyə təyin edildi

19.11.2019

Orta rəis heyəti vəzifələrinə xidmətə qəbulla əlaqədar müsabiqə - əlaqə telefonları burada

19.11.2019

SOCAR və Equinor “Qarabağ” yatağında ilk quyunun qazılmasına hazırlaşırlar

19.11.2019

Baş Narkotiklərlə Mübarizə İdarəsinin yeni rəisi işə başladı

19.11.2019

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

19.11.2019

NATO kosmosu özünün yeni operativ sferası kimi tanımağı planlaşdırır

19.11.2019

İtaliyada qədim əşyaları satan kontrabanda saxlanılıb

19.11.2019

Messidən möhtəşəm driblinq - Video

19.11.2019

İranda inqilabı dəstəkləmək üçün yürüşlər keçirilir

19.11.2019

Nazirlər Kabinetinin mətbuat xidmətinə yeni rəhbər təyin olunub

19.11.2019

Qanunsuz hərəkətlərə yol verən vəzifəli şəxsin 7 milyonluq əmlakına həbs qoyulub

19.11.2019

Ərdoğan: "ABŞ-da “erməni soyqırımı” ilə bağlı qərarın haqsız olduğunu sənədlərlə sübut etdik"

19.11.2019

Türkiyə Azərbaycanı hərbi təlimlərə dəvət etdi

19.11.2019

“De Liqt “Yuventus”a keçdiyinə peşman olub” – Klyüvert

19.11.2019

NASA Yupiterin peykində su buxarı olduğunu təsdiqlədi - VİDEO

19.11.2019

Azərbaycanda özəl məhkəmə ekspertizası institutu yaradıla bilər

19.11.2019

Temperatur aşağı düşəcək, külək və yağış XƏBƏRDARLIĞI

19.11.2019

Ayaz Mirzəyev Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri vəzifəsindən azad edilib

19.11.2019

Metroda qapıları tutan 20 sərnişin cərimələndi – VİDEO 

19.11.2019

DİN: Axtarışda olan 36 nəfər tutulub

19.11.2019

Bakıda qadın qapısı açıq qalmış evləri taladı

19.11.2019

Prezident İlham Əliyev Pirşağı dəmir yolu stansiyasının açılışında iştirak edib

19.11.2019

Bu qəsəbədə su olmayacaq

19.11.2019

Mehriban Əliyeva Avropa və dünyada genişmiqyaslı mədəni və sosial layihələrə verdiyi dəstəklə böyük nüfuz qazanıb – Türkiyə mətbuatı

19.11.2019

Vergi orqanlarında könüllü fəaliyyətlə əlaqədar təlimlərə başlanılıb

19.11.2019

AFFA-nın baş katibinin müavini UEFA tərəfindən təyinat alıb

19.11.2019

Netanyahu Trampa təşəkkür etdi

19.11.2019

Abşeronda bir evi 3 dəfə qarət edən dəstə tutulub

19.11.2019

“Bremen musiqiçiləri” növbəti dəfə təqdim edilib

19.11.2019

Şərqi Azərbaycanda yenə zəlzələ oldu

19.11.2019

DANX sərnişinlərə müraciət etdi

19.11.2019

Türkiyə Suriyada yenidən əməliyyatlara başlaya bilər

19.11.2019

Hacıqabulda evakuator yük maşını ilə toqquşdu - Xəsarət alan var

19.11.2019

Rusiya ABŞ-ın 10 milyard dollarlıq dövlət istiqrazını əldə etdi

19.11.2019

"Azeri Light" nefti ucuzlaşıb

19.11.2019

Deputatlar bu gün nəyi müzakirə edəcək?

19.11.2019

Neftin ucuzlaşması davam edir

19.11.2019

Noyabrın 19-da xarici valyutaların manata qarşı məzənnələri

19.11.2019

Çavuşoğlu İŞİD liderinin məhv edilməsində Türkiyənin töhfəsindən danışdı

19.11.2019

Cəbhədə atəşkəsi snayperlər pozdu - 24 dəfə

19.11.2019

Tbilisidə nümayiş su şırnağı maşınları ilə dağıdıldı – VİDEO

19.11.2019

İtaliya Ermənistanı biabırçı hesabla uddu - Avro-2020

19.11.2019

Vyanada Azərbaycanın görkəmli caz ifaçısı Vaqif Mustafazadənin xatirəsinə caz konserti təşkil edilib

19.11.2019

“The Press Herald” erməni separatçılarını Amerika tərəfindən qəbul edilməməsini çağıran məqalə yayıb

19.11.2019

Abşeronda çoxmərtəbəli yaşayış binasında yanğın olub

19.11.2019

Donald Tramp impiçment işi üzrə dinləmələrdə çıxış edə bilər

18.11.2019

İmişlidə qadının evinə silahlı basqın edildi

18.11.2019

Sumqayıtda bəzi küçə və prospektlər bağlanacaq

18.11.2019

Psixoloqlar diaqnostik qiymətləndirilmədən keçəcək - Dekabrda