Şəhid hərbi qulluqçuların vərəsələrinə verilmiş sığorta ödənişi ilə bağlı sənədlər ictimaiyyətə təqdim olunub 

17:48 / 07.11.2018

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) şəhid hərbi qulluqçulara görə əvvəllər birdəfəlik ödəmə almadıqları iddiası ilə narazılıq edən bir qrup vərəsənin müraciətlərinin araşdırılması ilə bağlı aparılan işlərə dair mətbuat konfransı keçirilib.

ƏƏSMN-dən  verilən məlumata görə, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev vurğulayıb ki, ölkəmizin ərazi bütövlüyünün müdafiəsi uğrunda döyüşlərdə şəhid olmuş qəhrəman Vətən övladlarının xatirəsi hər birimiz üçün əzizdir və onları ehtiram hissi ilə hər zaman yad edirik. Şəhidlərimizin ailə üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi Prezident İlham Əliyevin sosial siyasətinin əsas istiqamətlərindən biridir. Ölkədə şəhid ailələrinin yeni mənzillərlə, Prezidentin təqaüdü, pensiya və müavinətlə təminatı həyata keçirilir və bu ödənişlər mütəmadi olaraq artırılır. Şəhid ailəsi üzvləri üçün qanunvericilikdə bir sıra güzəşt və imtiyazlar da əksini tapıb, həmçinin şəhid ailələrinin respublikamızın ali təhsil və orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil alan uşaqlarının təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.

İ.İsayev dövlət başçısının 2018-ci il 19 aprel tarixli 1 nömrəli Fərmanının da şəhid ailələrinə xüsusi qayğının növbəti təzahürü olduğunu diqqətə çatdırıb. Nazir müavini bildirib ki, Fərmana əsasən şəhid hərbi qulluqçuların vərəsələrinə birdəfəlik ödəmənin (11 min manat) verilməsi istiqamətində nazirlikdə yaradılmış Komissiya tərəfindən bütün zəruri işlərin görülməsi təmin olunub. Bu ödənişin həyata keçirilməsinin tam şəffaf prosedur qaydaları hazırlanıb. 1997-ci il avqustun 2-dək ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olmuş hərbi qulluqçuların vərəsələrindən artıq 97 faizi nazirliyin rəsmi saytındakı (http://www.mlspp.gov.az) “Birdəfəlik ödəmə” bölməsi vasitəsilə həmin ödəməni almaq hüququnun olduğunu öyrənib. Vərəsələrdən notarial qaydada qəbul olunaraq nazirliyə təqdim edilən sənədlərin hazırda təhlili aparılır və onlara birdəfəlik ödəmənin verilməsi üçün qərarlar qəbul edilməklə, bank hesablarına müvafiq vəsaitin köçürülməsi üçün aidiyyəti quruma siyahıları göndərilir.

Nazir müavini bildirib ki, bununla belə, əvvəllərdə şəhid hərbi qulluqçulara görə şığorta ödənişi ilə təmin edilən və bu səbəbdən hazırda birdəfəlik ödəmə almaq hüququ olmayan vərəsələrdən bir qrupu indiyədək heç zaman sığorta ödənişi almadıqlarını iddia edirlər. Nazirlikdə həmin vərəsələr bir neçə dəfə qəbul olunub. Hər bir müraciət aidyyəti qurumlarla birgə araşdırılıb və onlara bununla bağlı aidiyyəti təsdiqedici sənədlər təqdim edilib. Bu sənədlər sırasında şikayətçilərə notariat kontorları tərəfindən məhz ödənişin alınması üçün vaxtilə verilmiş vərəsəlik şəhadətnamələri də var.

Bu gün də həmin şikayətçi vərəsələr nazirlikdə qəbul edilib. Onlara əvvəllər sığorta ödənişi verildiyinə dair sənədlər, ödənişin verilməsi üçün Ədliyyə Nazirliyinin notariat orqanlarında tərtib olunmuş vərəsəlik şəhadətnamələri yenidən təqdim olunmaqla, ətraflı izahat işi aparılıb.

 
Dövlət Sığorta Kommersiya Şirkətinin İdarə Heyəti sədrinin birinci müavini Aftandil Hacıyev ilk növbədə 1997-ci ilin avqust ayına qədərki dövrdə şəhid hərbi qulluqçulara görə sığorta ödənişinin verilməsi ilə bağlı mövcud olmuş qanunvericiliyin tələbləri, sığorta ödənişinin verilməsi prosedurları barədə məlumat verib. O, qeyd edib ki, həmin dövrdə vərəsələrə sığorta ödənişinin verilməsi qüvvədə olmuş təlimata əsasən möhürlənərək təsdiq edilən və rəsmi sənəd hesab edilən jurnalda qeydiyyata alınıb. Sığorta ödənişi üçün vətəndaşların müraciətləri əsasında onlara notariat orqanları tərəfindən məhz sığorta ödənişinin verilməsi üçün nəzərdə tutulan vərəsəlik şəhadətnamələri verilib ki, bu şəhadətnamələrdə onların sığorta ödənişi almaq üçün verildiyi qeydi əksini tapır. Sonra bu şəhadətnamələr əsas götürülməklə vərəsələrə adlı çeklər verilib, bu sənədlər əsasında banklardan vəsaitlərini qəbul ediblər.

Bu barədə şikayətçilərə də izahatlar verilib.

Sonra A.Hacıyev şikayətçi vərəsələrin vaxtilə sığorta ödənişi aldıqlarını əks etdirən arxiv sənədlərini KİV nümayəndələrinə təqdim edib.

Nazirliyin Sosial təminat siyasəti şöbəsinin müdiri Himalay Məmişov bildirib ki, şikayətçilərin müraciətlərinin araşdırılması zamanı onlardan bir qisminin birdəfəlik ödəməni almaq hüququ olduğu, lakin nazirliyin rəsmi saytındakı “Birdəfəlik ödəmə” bölməsində səhv sorğu verdiyi üçün ona bu hüququnun olmadığı barədə cavabın verildiyi və buna görə də, şikayət etdiyi müəyyən olunub. Həmin şəxslərə də birdəfəlik ödəmə hüququ olduğu barədə məlumat verilib.

Mətbuat konfransında jurnalistlərin sualları da cavablandırılıb.



Strategiya.az

Xəbərlər
19.04.2019

DİN: Külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb

19.04.2019

Azərbaycan Ordusunun nümayəndələri NATO-nun təlimində iştirak edib

19.04.2019

Aprelin 22-dən problemli krediti olan şəxslərə kompensasiya ödənişlərinin verilməsinə başlanacaq

19.04.2019

Müğənni Rüfət Axundov və Rəşad İlyasov məhkəməyə gəlmədi

19.04.2019

ABŞ Çavuşoğlunun təklifinə müsbət cavab verməyib

19.04.2019

Bakıda adam öldürməyə cəhddə təqsirləndirilən şəxsə ağır cəza

19.04.2019

Diqqət! Bu yollarda xətlənmə işləri aparılacaq

19.04.2019

Salyanda ağır qəza baş verib

19.04.2019

56 min dollar təqaüd alacağı deyilən Yasinin atası danışdı, əslində...

19.04.2019

Zelenskiyə şok Rusiya təklifi: “Yenidən öpüşüb qucaqlaşmaq...”

19.04.2019

Buraxılış imtahanlarında iştirak edən 9-cu sinif şagirdlərinin nəzərinə!

19.04.2019

Bakıda “ərəb” ləqəbli narkotacir saxlanılıb

19.04.2019

Avstriyalı diplomat BMT-də yüksək vəzifəyə təyin edilib

19.04.2019

Sabah aramsız yağış gözlənilir

19.04.2019

“Böyük fəlakətin astanasındayıq” – NASA-dan qorxunc xəbərdarlıq

19.04.2019

İstintaq təcridxanasına narkotik maddə keçirilməsinin qarşısı alınıb

19.04.2019

XİN: Ermənistan rəhbərliyi anlamalıdır ki, mövcud status-kvo qəbuledilməzdir və bu proses həmişəlik davam edə bilməz

19.04.2019

Həftənin ən yaxşısı adına namizədlər - Avroliqada

19.04.2019

BP “Azəri-Çıraq-Günəşli” blokunun platformalarının birində işi dayandırdı

19.04.2019

Şimali Koreyanın raket sınaqlarına Pentaqondan ŞƏRH

19.04.2019

Formula 1: Daxili Qoşunlarda yoxlama keçirildi

19.04.2019

Bakıda əsən güclü külək fəsadlar yaratdı

19.04.2019

“Azeri Light”ın bir barreli 74,5 dollara satılır

19.04.2019

Mübariz insanlardan biri-Qəşəm Aslanov

19.04.2019

Notr-Dam kilsəsində çıxan yanğının səbəbi BƏLLİ OLDU

19.04.2019

Dövlət qulluğuna qəbulla bağlı müsahibələrin vaxtı məlum oldu

19.04.2019

Avroliqada yarımfinalçılar müəyyənləşdi

19.04.2019

Neftin qiyməti bahalaşır

19.04.2019

Donald Tramp mayda Yaponiyaya səfər edəcək

19.04.2019

Atəşkəs rejimi 25 dəfə pozulub

19.04.2019

Peşə təhsili pilləsinin bir səviyyəsindən növbəti səviyyəsinə keçid qaydası təsdiq edilib

19.04.2019

Aprelin 19-da xarici valyutaların manata qarşı məzənnələri

19.04.2019

Zakir Həsənov HHQ-nin təlim-məşq mərkəzinin açılışında iştirak edib (VİDEO)

19.04.2019

Bu gün Bakının bu rayonlarında qazın verilişi dayanacaq

19.04.2019

"Arsenal" "Napoli"ni turnirdən belə kənarlaşdırdı - Video

19.04.2019

Gürcüstan hökumətində yeni kadr dəyişikliyi olub

19.04.2019

"Formula 1": "Bulvar" tribunasının adı dəyişdiriləcək

19.04.2019

ABŞ Prezidenti Notr-Dam kilsəsinin bərpası üçün yerli mütəxəssislərin yardımını təklif edib

19.04.2019

Beynəlxalq Muğam Mərkəzi növbəti konfransını Azərbaycanın milli musiqi aləti olan tara həsr edəcək

19.04.2019

Qurban Qurbanov: “Qarabağ” qələbə ilə yanaşı, həm də yaxşı oyun göstərdi

19.04.2019

Həftənin ən yaxşı oyunçusu adına namizədlər açıqlanıb

19.04.2019

Bakının Baş planı nə vaxt hazır olacaq?

19.04.2019

Pekində ikinci “Bir kəmər, bir yol” beynəlxalq forumu keçiriləcək

18.04.2019

Cənub Ərazi Baş Gömrük İdarəsinin qarşısında qeydə alınan videotəsvirlərdəki iddialar tamamilə əsassızdır

18.04.2019

Bakıda 51 yaşlı qadın itkin düşdü

18.04.2019

“Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalı Ağcabədidə

18.04.2019

Prezident İlham Əliyev: Azərbaycanda minimum əməkhaqqı, minimum pensiya bundan sonra da qaldırılacaq

18.04.2019

“Qız qalası”nın yeni karton maketi oxuculara təqdim edildi və ekskursiya təşkil olundu

18.04.2019

ETSN nümayəndələri Cocuq Mərcanlıya səfər edib

18.04.2019

 Azərbaycan Respublikası Prezidentinin Sərəncamı