Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08:53 / 09.11.2018

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur.

Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan indiki Dövlət bayrağımız 1918-ci il noyabrın 9-da Xalq Cümhuriyyəti hökumətinin iclasında qəbul edilib.

Bu gün 100 yaşını qeyd etdiyimiz şanlı bayrağımızın mavi rəngi türkçülüyü, qırmızı müasir cəmiyyəti, demokratiyanı, yaşıl rəng isə islamçılığı tərənnüm edir.

Bundan əvvəlki bayrağımızın – Azərbaycan Xalq Cümhuriyyətinin ilk bayrağının ömrü qısa olub: 21 iyun 1918-ci il - 9 noyabr 1918-ci il. Ağ aypara və səkkizguşəli ulduzdan ibarət bu al bayraq 9 noyabr 1918-ci ildən müasir bayrağımızla əvəzlənib.

28 aprel 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süqutu və sovet hakimiyyətinin qurulmasından sonra üçrəngli bayraqdan imtina edildi. Bu bayraq növbəti dəfə 17 noyabr 1990-cı ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarı əsasında Muxtar Respublikanın Dövlət bayrağı kimi qəbul edildi. Həmin vaxt Naxçıvan Muxtar Respublikası Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət də qaldırdı. 1991-ci il fevralın 5-də Azərbaycan Respublikası Ali Soveti Naxçıvan MR Ali Məclisinin vəsatətinə baxdı və üçrəngli bayrağın Azərbaycanın Dövlət bayrağı kimi qəbul edilməsi haqqında qərar qəbul etdi.

2009-cu il noyabrın 17-də Azərbaycan Prezidenti İlham Əliyevin Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında imzaladığı sərəncama əsasən, hər il noyabrın 9-u Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü qeyd olunur.

2009-cu ilin noyabrında Dövlət Bayrağı Günü ilə bağlı Əmək Məcəlləsinin 105-ci maddəsinə edilən əlavəyə əsasən, 9 noyabr Azərbaycanda Dövlət Bayrağı Günü ölkədə qeyri-iş günü olan bayramların siyahısına daxil edilib.

Prezident İlham Əliyev 2007-ci il noyabrın 17-də Bakıda Dövlət Bayrağı Meydanının yaradılması haqqında sərəncam imzalayıb. 2010-cu il sentyabrın 1-də isə Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə Bakıda Dövlət Bayrağı Meydanının açılış mərasimi keçirilib.

Bayraq Meydanının ümumi ərazisi 60 hektar, yuxarı hissəsinin sahəsi 31 min kvadratmetrdir. Meydanda qurulmuş Azərbaycan Respublikasının gerbi, Dövlət himninin mətni və ölkə xəritəsi qızıl suyuna salınmış bürüncdən hazırlanıb. Bundan əlavə, meydanda Dövlət Bayrağı Muzeyi yaradılıb.



Strategiya.az

Xəbərlər
13.11.2018

Gürcüstandan Azərbaycana 61 mobil telefonun qanunsuz keçirilməsinin qarşısı alınıb

13.11.2018

Cinayət törətməkdə şübhəli bilinən 25 nəfər saxlanılıb

13.11.2018

“Azeri Light”ın bir barrelinin qiyməti 72 dolları keçib

13.11.2018

Şəhid vərəsələrinə ödəmələrin verilməsinə başlanıldı

13.11.2018

Karateçilərimiz dünya çempionatını üç medalla başa vurublar

13.11.2018

Alleqri A Seriyasının ən yaxşısıdır - 4-cü dəfə

13.11.2018

Salyanda ağır qəza: ölən və yaralananlar var

13.11.2018

Dollarla bağlı mühüm proqnozlar

13.11.2018

Ukrayna və ABŞ arasında strateji enerji dialoqunun başlanmasına dair razılıq əldə edilib

13.11.2018

Ronaldo hamını qabaqladı - 88 zərbə ilə

13.11.2018

Noyabrın 13-də xarici valyutaların manata qarşı məzənnələri

13.11.2018

Ağcabədidə 3 otaqlı yaşayış olan tikili yanıb

13.11.2018

Atəşkəs 24 dəfə pozulub

13.11.2018

Sürücülərin nəzərinə: Müddət bitir

13.11.2018

Nəzmiyyə Brumendfard: Azərbaycanda qripə qarşı pulsuz peyvəndin edilməsi məqsədəuyğun sayılmır

13.11.2018

Kaliforniyada meşə yanğınları nəticəsində ölənlərin sayı 44 nəfərə çatıb

13.11.2018

Moskvada ermənilərlə azərbaycanlılar arasında qarşıdurma baş verib

13.11.2018

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı - Fövqəladə və səlahiyyətli səfirin vəzifəsindən geri çağırılması ilə bağlı

13.11.2018

Şahmat üzrə dünya çempionu adı uğrunda üçüncü partiya da heç-heçə nəticələnib

13.11.2018

Dövlət İmtahan Mərkəzi hazırlıq kurslarına başlayır -kursda iştirak haqqı da məlumdur - VİDEO

13.11.2018

Tereza Mey: “Brexit” müzakirələri son mərhələyə çatıb

13.11.2018

Şəkidə yanğın

13.11.2018

Terrorçuların dəhşətli təcavüz olayları - QANDONDURAN İFADƏLƏR

12.11.2018

Qəzza zolağından İsrail ərazisinə 200 raket buraxılıb

12.11.2018

Kürdəmir rayonunda bədbəxt hadisə 

12.11.2018

Qazaxda maskalı şəxs qadının evinə basqın etdi 

12.11.2018

Hillari Klinton 2020-ci ildə ABŞ prezidentliyinə namizədliyini irəli sürə bilər

12.11.2018

Əvvəlkindən çox fərqlənir

12.11.2018

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda Elektron Hökumətin İnkişafı Mərkəzinin inzibati binasının açılışında iştirak ediblər

12.11.2018

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

12.11.2018

Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin fəaliyyətinin təmin edilməsi üçün 3,5 milyon manat ayrılıb

12.11.2018

“Vikipediya”da Milli Qəhrəman Rövşən Əliyev haqqında ingilis dilində məqalə yaradılıb

12.11.2018

Nazirlik: Daha 4 vərəsəyə sığorta ödənişi aldıqlarına dair sənədlər təqdim edilib

12.11.2018

DİN-dən sosial şəbəkələrdə saxta səhifə yaradanlara xəbərdarlıq

12.11.2018

Əliyar Ağayev UEFA kursunda

12.11.2018

ABŞ-ın pilotsuz təyyarələri Pakistanda 2 mindən çox mülki şəxsin ölümünə səbəb olub

12.11.2018

Bakıda piyadanı vurub qaçan sürücü saxlanılıb

12.11.2018

“Cinçıxarma”da iştirak edənlərin ŞOK ETİRAFLARI: “40 dəfə çubuqla vurub müalicə edirdi, dözməyib öldü” – VİDEO

12.11.2018

83 dövlət əmlakı özəlləşdirilir - VAXT açıqlandı

12.11.2018

Bu “moyka”lar cərimələnəcək – VİDEO

12.11.2018

Qəbələdə dağdan yıxılan şəxsin meyiti tapılıb

12.11.2018

“Aşağı liqaya düşəcəyimizə inanmıram” - Mourinyo

12.11.2018

Ötən gün ərzində 89 cinayət faktı qeydə alınıb

12.11.2018

FHN: Lənkəranda 4 kənd yağış suları ilə dolub, 63 nəfər təxliyə edilib 

12.11.2018

Azərbaycan XİN-dən Paşinyana: Ermənistanın daha yaxşı gələcəyi bilavasitə, Ermənistan SQ tərəfindən Azərbaycan ərazilərinin işğalına son qoyulmasıdır

12.11.2018

Akademik Milli Dram Teatrı ölkəmizi beynəlxalq festivalda təmsil edir

12.11.2018

Əfqan diplomat AFR-də sığınacaq istəyib

12.11.2018

Qeyri-sabit hava şəraiti noyabrın 15-dək davam edəcək

12.11.2018

2037 namizəd direktor olmaq üçün mübarizə aparacaq

12.11.2018

Ərzaq məhsullarının qiyməti bahalaşıb