"Onlayn media Azərbaycanın xaricdəki təbliğat vasitəsidir"

20:47 / 09.11.2018

"Onlayn media Azərbaycanın xaricdəki təbliğat vasitəsidir"Millət vəkili Əflatun Amaşov: "Dövlət dəstəyi ilə internet KİV-lərimizin qlobal informasiya məkanına inteqrasiyasına nail olmalıyıq" 

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, İnsan hüquqları, Gənclər və idman, Regional məsələlər, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin büdcə zərfinə daxil olan qanun layihələrinin müzakirəsinə həsr edilmiş birgə iclasında Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov onlayn mediaya dəstək məqsədilə dövlət büdcəsindən maliyyə ayrılmasını təklif edib. Strategiya.az bildirir ki, bu təklif və bundan irəli gələn bir sıra məsələlərlə bağlı "Kaspi"nin suallarını millət vəkili Ə.Amaşov cavablandırıb.

- Əflatun müəllim, Milli Məclisdə irəli sürdüyünüz təklifi bir qədər geniş əsaslandırmanızı istərdik. Hansı zərurətdən yaranıb bu təklif?

- Bu zərurət barədə dəfələrlə açıqlamalarım olub. Çıxışlarımda da məsələdən ətraflı bəhs etmişəm. Əslində çox sadə reallıq var. 2008-ci ildə "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına Dövlət Dəstəyi Konsepsiyası" qəbul edilib. Sənəddə göstərilən vəzifələrin reallaşdırılması üçün Prezident yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu yaradılıb. Gələn il biz Fondun fəaliyyətinin 10 ilini qeyd edəcəyik. Ötən 10 ildə nə dəyişib? Yəni 10 il əvvəl biz KİV deyəndə daha çox hansı informasiya məhsullarını nəzərdə tuturduq, indi hansıları? Təbii ki, hazırda internet medianın cəmiyyətin informasiya təminatında xüsusi rol oynadığı vurğulanmalıdır. Konsepsiyada KİV-lərə dəstək bir növ, stimuldur. Bu stimul onları dövlət üçün vacib olan sahələri təbliğ etməyə yönləndirir. Belə olan halda dövlət öz prioritetləri naminə nəyə görə daha effektiv təbliğat vasitəsindən bəhrələnməsin? İkinci məqam ondan ibarətdir ki, onlayn media bu gün faktiki olaraq Azərbaycanın xaricdəki təbliğat vasitəsidir. Hesab edirəm ki, dövlət dəstəyi dedikdə məsələyə məhz bu aspektdən də yanaşmaq zəruridir. Dövlət dəstəyi ilə internet KİV-lərimizin qlobal informasiya məkanına inteqrasiyasına nail olmalıyıq. Həqiqətlərimizin dünyaya çatdırılması üçün daha peşəkar platforma formalaşdırmalıyıq. Daha bir məqama da diqqətinizi çəkmək istərdim. Yadınızdadırsa, illər əvvəl çap mediası ayrı-ayrı maraqlı siyasi qrupların alətinə çevrilmişdi. Qəzetləri bu məngənədən qurtaran dövlət dəstəyi oldu. İndi eyni xoşagəlməz mənzərə onlayn media orqanlarında da yaşanmaqdadır. Biz bunun qarşısını almalıyıq. İmkan verməməliyik ki, bir-biri ilə ziddiyyətdə olan maraqlı tərəflər onları özlərinin ruporuna çevirsinlər. 

- Sizcə, bu dəstək daimi olmalıdırmı? 

- Əlbəttə, dövlət dəstəyi daimi ola bilməz. Adından da göründüyü kimi, söhbət dəstəkdən gedir, himayədən yox. Dəstək KİV-lərin müstəqilliklərinin qorunması üçündür. Bu tədbir müəyyən dövrü əhatə etməlidir. Ciddi şəkildə baxılmalıdır ki, dövlət yardımından faydalanan informasiya resursu özü öz potensialını artırmaq üçün nə edir. Kimlərsə düşünsələr ki, dövlət maliyyə ayırır və o da rahatca bundan bəhrələnib gün keçirir, buna imkan verilməməlidir. Nəzərə alaq ki, dövlət dəstəyi həm də əlavə imkanlardır. Bu imkanları qazanmaq peşəkarlığa söykənməlidir. Yəni sistem elə qurulmalıdır ki, hər bir xəbər saytı həmin imkanı qazanmaq üçün rəqabət aparsın. Hesab edirəm ki, bu yolla həm hazırkı status baxımdan dövlət dəstəyindən faydalanmaq kriteriyalarına cavab verənlər, həm də cavab verməyənlər bir növ rəqabətdə olacaqlar. Heç kəs arxayın olmayacaq. Qəzetlərdə bu yanaşma tətbiq edilir. Mətbuat indiki dövrdə daha çox salnamə xarakteri daşıdığından rəqabət mühiti o qədər də duyulmur. Ancaq internet mediada rəqabət istər-istəməz görünəcək. Bu, inkişafa aparan yol olacaq. 

- Siz təklifinizdə konkret 1 milyon manat məbləğ qeyd etmisiniz. Bu hesablama dəqiqdirmi? Yəni, 1 milyon manat ümumilikdə onlayn medianın maliyyə dəstəyi üçün kifayətdirmi?

 
- İndiki mərhələdə əsas olan internet media üçün vəsaitin ayrılmasıdır. Əlbəttə, vəsait nə qədər çox olsa, bir o qədər yaxşıdır. Ümumən mediaya ayrılmış dövlət vəsaitinin artırılmasına ehtiyac var. Dövlət büdcəsinə diqqət edəndə görürsən ki, digər sahələr üzrə ayırmalarda kifayət qədər artım müşahidə edilməkdədir və bu sevindiricidir. Eyni yanaşma mediaya münasibətdə də tətbiq edilməlidir. Sahənin həddən artıq spesifikliyi nəzərə alınmalıdır. Bu mənada 1 milyon manat heç də böyük rəqəm sayıla bilməz. Ancaq hesab edirəm ki, hələlik yetərlidir, hər bir halda stimuldur, yeni ənənənin başlanğıcıdır. 

- Hökumət tərəfindən Sizin bu və buna qədər olan oxşar təkliflərinizə reaksiya necə olub? Maliyyənin ayrılması ilə bağlı hər hansı ümid varmı?
- Buna qədər məsələ ilə bağlı fikirlərimi bir neçə dəfə səsləndirmişəm. Eyni zamanda müəyyən müzakirələr də aparmışam. Prinsipial məsələ budur ki, KİV-ə dövlət dəstəyi əsaslı şəkildə artırılsın. Bu, baş verəcəksə, internet medianın hansı formada o dəstəkdən faydalanacağı məsələsinə baxılacaq. Məqsədimiz internet medianı artımdan faydalanan tərəf kimi müəyyənləşdirməkdir. Buna görə də çıxışlarımda məsələni məhz internet mediaya yardımın ayrılmasının zəruriliyi şəklində ifadə edirəm. Fikirlərim bir jurnalist deputat kimi istəyimdir və düşünürəm ki, bütövlükdə media ictimaiyyətinin baxışını ortaya qoyuram. Ümid edirəm ki, reaksiya müsbət olacaq. 

- Onlayn mediaya maliyyə yardımı ayrılacaqsa, hansı formada, hansı şərtlərlə ünvanına çatdırılacaq? Bununla əlaqədar xüsusi planınız varmı?

- Düşünürəm ki, əsas prinsiplər artıq işlənib. Söhbət "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası"ndan gedir. Eləcə də KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun müəyyən etdiyi prinsip və qaydalar var. Təbii ki, internet mediaya uyğun müəyyən texniki düzəlişlər nəzərdən keçirilə bilər. Əsas olan maliyyənin ayrılmasıdır. Maliyyə ayrıldıqdan sonra daha konkret yanaşma ortaya qoyulacaq. 

- Onlayn mediaya maliyyə yardımın göstərilməsi "reket jurnalistika" probleminin aradan qalxmasına necə təsir göstərəcək və ya hansısa formada göstərəcəkmi?

- Prinsipcə, bunlar fərqli məsələlərdir. Amma az əvvəl bir məqama toxundum. Bildirdim ki, internet informasiya resursları ayrı-ayrı şəxslərin, ziddiyyətli tərəflərin, hətta xaricdən idarə olunan qüvvələrin ruporuna çevrilirlər. Bundan xilas olmaq üçün dövlət dəstəyi mütləqdir. Çünki hazırkı reklamsızlıq şəraitində kimlərsə öz yaşamlarını sürdürməkdə israrlıdırlar. Götürək elə peşəkarları. Hansısa peşəkar jurnalist özünə sayt yaradır. Bir, beş, on gün, bir-iki ay fəaliyyət göstərir. Sonra bəs? Reklam yoxdursa, nə etməlidir? Fəaliyyət göstərməməlidir? Axı bu adamın işi jurnalistikadır. Özünü internet media orqanının rəhbəri kimi təsdiqləmək istəyir. Çalışır, vuruşur, yaradıcılığını ortaya qoyur, bəlli oxucu auditoriyası da toplayır. Ancaq nə olsun? Reklam verən yoxdur. Belədə istər-istəməz alternativ variantlar üzərində düşünür və çıxış yolu yuxarıda qeyd etdiyim tərəflərin maraq müstəvisində tapılır. Beləcə dəyərlər də itib-gedir. "Reket jurnalistika" ilə isə hüquqi müstəvidə mübarizə aparılmalıdır. Başqa yol yoxdur. Hesab edirəm ki, dövlət dəstəyi internet medianın timsalında bu tribunaların həm sayını artıracaq, həm də keyfiyyətini yüksəldəcək.


Etiket:

Strategiya.az

Xəbərlər
13.11.2018

Gürcüstandan Azərbaycana 61 mobil telefonun qanunsuz keçirilməsinin qarşısı alınıb

13.11.2018

Cinayət törətməkdə şübhəli bilinən 25 nəfər saxlanılıb

13.11.2018

“Azeri Light”ın bir barrelinin qiyməti 72 dolları keçib

13.11.2018

Şəhid vərəsələrinə ödəmələrin verilməsinə başlanıldı

13.11.2018

Karateçilərimiz dünya çempionatını üç medalla başa vurublar

13.11.2018

Alleqri A Seriyasının ən yaxşısıdır - 4-cü dəfə

13.11.2018

Salyanda ağır qəza: ölən və yaralananlar var

13.11.2018

Dollarla bağlı mühüm proqnozlar

13.11.2018

Ukrayna və ABŞ arasında strateji enerji dialoqunun başlanmasına dair razılıq əldə edilib

13.11.2018

Ronaldo hamını qabaqladı - 88 zərbə ilə

13.11.2018

Noyabrın 13-də xarici valyutaların manata qarşı məzənnələri

13.11.2018

Ağcabədidə 3 otaqlı yaşayış olan tikili yanıb

13.11.2018

Atəşkəs 24 dəfə pozulub

13.11.2018

Sürücülərin nəzərinə: Müddət bitir

13.11.2018

Nəzmiyyə Brumendfard: Azərbaycanda qripə qarşı pulsuz peyvəndin edilməsi məqsədəuyğun sayılmır

13.11.2018

Kaliforniyada meşə yanğınları nəticəsində ölənlərin sayı 44 nəfərə çatıb

13.11.2018

Moskvada ermənilərlə azərbaycanlılar arasında qarşıdurma baş verib

13.11.2018

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı - Fövqəladə və səlahiyyətli səfirin vəzifəsindən geri çağırılması ilə bağlı

13.11.2018

Şahmat üzrə dünya çempionu adı uğrunda üçüncü partiya da heç-heçə nəticələnib

13.11.2018

Dövlət İmtahan Mərkəzi hazırlıq kurslarına başlayır -kursda iştirak haqqı da məlumdur - VİDEO

13.11.2018

Tereza Mey: “Brexit” müzakirələri son mərhələyə çatıb

13.11.2018

Şəkidə yanğın

13.11.2018

Terrorçuların dəhşətli təcavüz olayları - QANDONDURAN İFADƏLƏR

12.11.2018

Qəzza zolağından İsrail ərazisinə 200 raket buraxılıb

12.11.2018

Kürdəmir rayonunda bədbəxt hadisə 

12.11.2018

Qazaxda maskalı şəxs qadının evinə basqın etdi 

12.11.2018

Hillari Klinton 2020-ci ildə ABŞ prezidentliyinə namizədliyini irəli sürə bilər

12.11.2018

Əvvəlkindən çox fərqlənir

12.11.2018

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda Elektron Hökumətin İnkişafı Mərkəzinin inzibati binasının açılışında iştirak ediblər

12.11.2018

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

12.11.2018

Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin fəaliyyətinin təmin edilməsi üçün 3,5 milyon manat ayrılıb

12.11.2018

“Vikipediya”da Milli Qəhrəman Rövşən Əliyev haqqında ingilis dilində məqalə yaradılıb

12.11.2018

Nazirlik: Daha 4 vərəsəyə sığorta ödənişi aldıqlarına dair sənədlər təqdim edilib

12.11.2018

DİN-dən sosial şəbəkələrdə saxta səhifə yaradanlara xəbərdarlıq

12.11.2018

Əliyar Ağayev UEFA kursunda

12.11.2018

ABŞ-ın pilotsuz təyyarələri Pakistanda 2 mindən çox mülki şəxsin ölümünə səbəb olub

12.11.2018

Bakıda piyadanı vurub qaçan sürücü saxlanılıb

12.11.2018

“Cinçıxarma”da iştirak edənlərin ŞOK ETİRAFLARI: “40 dəfə çubuqla vurub müalicə edirdi, dözməyib öldü” – VİDEO

12.11.2018

83 dövlət əmlakı özəlləşdirilir - VAXT açıqlandı

12.11.2018

Bu “moyka”lar cərimələnəcək – VİDEO

12.11.2018

Qəbələdə dağdan yıxılan şəxsin meyiti tapılıb

12.11.2018

“Aşağı liqaya düşəcəyimizə inanmıram” - Mourinyo

12.11.2018

Ötən gün ərzində 89 cinayət faktı qeydə alınıb

12.11.2018

FHN: Lənkəranda 4 kənd yağış suları ilə dolub, 63 nəfər təxliyə edilib 

12.11.2018

Azərbaycan XİN-dən Paşinyana: Ermənistanın daha yaxşı gələcəyi bilavasitə, Ermənistan SQ tərəfindən Azərbaycan ərazilərinin işğalına son qoyulmasıdır

12.11.2018

Akademik Milli Dram Teatrı ölkəmizi beynəlxalq festivalda təmsil edir

12.11.2018

Əfqan diplomat AFR-də sığınacaq istəyib

12.11.2018

Qeyri-sabit hava şəraiti noyabrın 15-dək davam edəcək

12.11.2018

2037 namizəd direktor olmaq üçün mübarizə aparacaq

12.11.2018

Ərzaq məhsullarının qiyməti bahalaşıb