Mətbuat Şurası ilə AMEA Mərkəzi Elmi Kitabxanası memorandum imzalayıb 

08:49 / 15.11.2018

Mətbuat Şurası (MŞ) və AMEA-nın Mərkəzi Elmi Kitabxanası (MEK) arasında əməkdaşlıq haqqında Memorandumun imzalanması mərasimi keçirilib.

Mətbuat Şurasından  verilən məlumata görə, sənədi Şura sədri, Milli Məclisin deputatı Əflatun Amaşov və Mərkəzi Elmi Kitabxananın direktoru Leyla İmanova imzalayıblar.

Hər iki təşkilatın nümayəndələrinin iştirakı ilə keçirilmiş mərasimdə çıxış edən MEK direktoru Leyla İmanova MŞ ilə birgə görülən işlərin əhəmiyyətindən və Memorandumun məqsədindən söz açaraq, imzalanacaq sənədin qarşılıqlı faydalı əməkdaşlığa təkan verəcəyini bildirib. MEK rəhbəri eyni zamanda kitabxananın Dövri mətbuat fondu, burada saxlanılan qəzetlər və jurnallar, 2015-2018-ci illər fəaliyət dövründə əldə olunan nəticələr və strateji hədəflər barədə məlumat verib. MEK-in innovativ layihəsi olan Milli Rəqəmsal Yaddaş (MRY) bazasının əhəmiyyətindən danışan direktor onun yaratdığı imkanlar vasitəsilə mediaya etibarlı elmi informasiya dəstəyi verilə biləcəyini diqqətə çatdırıb. L.İmanova MRY bazasının Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun qrantı ilə həyata keçirilən “Milli Rəqəmsal Yaddaş üçün ümummilli əhəmiyyət kəsb edən məlumatların toplanılması, ekspertizası və etibarlı saxlanılması” layihəsi əsasında daha da zənginləşdiyini vurğulayıb. O, həmçinin Azərbaycanın aparıcı mətbuat orqanlarının nüsxələrinin elektron formatda MEK-in MRY bazasında yerləşdirilməsi prosesi, kitabxananın BDU-nun Jurnalistika fakültəsi və digər qurumlarla əməkdaşlığından danışaraq bu istiqamətdə fəaliyyətin davam edəcəyini bildirib. L.Imanova çıxışında MEK-in vikipediya fəaliyyətindən və onun milli kontentin inkişaf etdirilməsi yönündə xidmətindən də danışıb.
MŞ sədri, Milli Məclisin deputatı Ə.Amaşov rəhbərlik etdiyi qurumun həyata keçirdiyi tədbirlərdən, layihələrdən və medianın mövcud durumundan danışıb. MEK-lə birgə görülən işlərdən söz açan Ə.Amaşov Memorandumun hər iki qurum arasında əlaqələrin genişlənməsinə töhfə verəcəyinə əminliyini vurğulayıb. Deputat sənəddə tərəflərin elmi və mədəni irsə aid informasiyanın əldə edilməsi, toplanılması, qorunması və yayılması ilə bağlı müddəların əksini tapdığını, təşkilatlar arasında əlaqələrin inkişafında informasiya mübadiləsinin zəruriliyinin nəzərdə tutulduğunu və gələcəkdə bunun müştərək fəaliyyətin təşkilinə zəmin yaradacağını bildirib.

Tədbirdə Mətbuat Şurasının sədr müavinləri Umud Rəhimoğlu və Müşfiq Ələsgərli, MŞ-nin İdarə Heyətinin üzvləri - “Yeni Azərbaycan" qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu, "İki Sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, İH üzvü Azər Həsrət, “Azadinform” İnformasiya Agentliyinin baş redaktoru Niyaz Niftiyev və “Cümhuriyyət” qəzetinin baş redaktoru Rafail Becanov, MEK-in Beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mübariz Göyüşlü, Kitabxana-xidmət şöbəsinin müdiri Aygün Səfərova çıxış edərək Memorandumun əhəmiyyətini yüksək qiymətləndirmiş, kitabxananın ölkənin aparıcı media qurumları ilə əlaqələrindən, elektron fondunun genişləndirilməsi və oxuculara xidmət göstərilməsi istiqamətində fəaliyyətlərindən bəhs ediblər. Çıxışçılar eyni zamanda bir sıra təkliflər də səsləndiriblər.

Toplantının sonunda Mərkəzi Elmi Kitabxana tərəfindən MŞ-nin İdarə Heyətinin üzvlərinə Azərbaycan mədəniyyəti və tarixi bağlı nəfis tərtibatlı kitablar hədiyyə olunub.



Strategiya.az

Xəbərlər
09.12.2019

Bakıda keçmiş arvadını və onun qardaşını bıçaqlayan şəxs saxlanıldı

09.12.2019

Payız imtahan sessiyasının təşkili barədə ƏMR

09.12.2019

Yağıntılı hava şəraiti sabah da davam edəcək

09.12.2019

Bu sahibkarlar mənfəət vergisindən azad olacaqlar

09.12.2019

Yol polisi hava şəraiti ilə əlaqədar olaraq sürücülərə müraciət etdi

09.12.2019

Bəzi ərazilərdə elektrik kəsiləcək

09.12.2019

Qeyri-sabit hava ilə bağlı XƏBƏRDARLIQ - Sürüşmə təhlükəsi var

09.12.2019

NATO Baş katibi: Rusiya düşmənimiz deyil

09.12.2019

Gələn ildən ali məktəblərə qəbul yeni təsnifat əsasında aparılacaq

09.12.2019

Günəş tutulacaq - Bakıdan izləmək mümkün olacaq

09.12.2019

Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın İqtisadi İnkişaf nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

09.12.2019

HEYDƏR ƏLIYEV ideyaları əbədiyaşardır

09.12.2019

Faktiki hava şəraiti açıqlandı - İntensiv yağış olan ƏRAZİLƏR

09.12.2019

Kiyevdə GUAM-a üzv ölkələrin hökumət başçılarının görüşü keçiriləcək

09.12.2019

Xələf Xələfov: Azərbaycan-Gürcüstan sərhədinin delimitasiyası üzrə ekspertlərin görüşü ilin sonuna qədər keçiriləcək

09.12.2019

İran ABŞ hərbi bazasını raket atəşinə tutub

09.12.2019

Bolqarıstanlı qapıçı Azərbaycanda oynaya bilər

09.12.2019

“WhatsApp” yeni funksiyasını işə saldı

09.12.2019

Dəhşətli qətlin təfərrüatı: Dostunu evinə çağırdı, odunla və bıçaqla öldürdü, evi yandırdı

09.12.2019

İpoteka, yoxsa kirayə yolu ilə mənzil almaq... - VİDEO

09.12.2019

Ağ Adada yerləşən vulkan püskürüb

09.12.2019

Cəhbədə atəşkəs rejimini pozuldu - 22 dəfə

09.12.2019

Aeroport yolunda zəncirvari qəza - 3 avtomobilə görə yol tıxandı

09.12.2019

Dekabrın 9-da xarici valyutaların manata qarşı məzənnələri

09.12.2019

Neft yenidən ucuzlaşıb

09.12.2019

ABŞ ərəb hərbçinin Floridadakı hərbi bazaya hücumunu terror aktı kimi dəyərləndirib

09.12.2019

Suriyada “Su-35”lər İsrail təyyarələrini ələ keçirdi

09.12.2019

Bakıda metro yaxınlığında gənc amansızlıqla qətlə yetirildi

09.12.2019

Mourinyonun transfer hədəfi

09.12.2019

Yollarda sürət həddi azaldıldı

09.12.2019

Tramp Koreya liderinə “hər şeyi itirmək” təhlükəsi haqqında xəbərdarlıq etdi

09.12.2019

Milli Məclisin deputatları AŞPA-nın büro və komitə iclaslarında iştirak edirlər

09.12.2019

Yumurta alarkən aşağıdakı qaydalara diqqət etmək lazımdır

09.12.2019

Türkiyədən Yunanıstana qanunsuz yolla keçmək istəyən 87 nəfər saxlanılıb

09.12.2019

Gəncədə faciə

09.12.2019

Elşən Məmmədov ağır atletika üzrə Avropa birinciliyinin ikiqat qalibi olub

09.12.2019

Hacı Zeynalabdin Tağıyevin Türkiyədəki malikanəsi satışa çıxarılır

09.12.2019

Lənkəranda zəlzələ olub

09.12.2019

Kimlər deputatlığa namizəd ola bilər?

08.12.2019

"Həzi Aslanov" metrostansiyası bağlanır? - RƏSMİ cavab

08.12.2019

Azərbaycan BMT-yə növbəti dəfə müraciət etdi

08.12.2019

Sabah intensiv yağış gözlənilir

08.12.2019

Bakıda minik avtomobilinin banında qadın meyiti aşkarlanıb

08.12.2019

Cəbhədə atəşkəs 23 dəfə pozuldu

08.12.2019

İsrail ordusu "Həmas" obyektlərinə hücum etdiyini deyib

08.12.2019

Şimali Koreya “olduqca vacib” sınaq keçirib

08.12.2019

Çox yatmaq yuxu çatışmazlığından təhlükəlidir – Yeddi illik tədqiqatın nəticəsi

08.12.2019

Bu gün SAT imtahanı keçirilir

08.12.2019

Putin və Lukaşenko arasında danışıqlar 5 saatdan çox davam edib

08.12.2019

Baş nazir onların məzuniyyətinin hesablanma qaydasını təsdiqlədi