Prezident İlham Əliyev İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb

18:15 / 15.11.2018

Prezident İlham Əliyev Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb.

2019-cu ildə böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi tamam olur.

İmadəddin Nəsimi Azərbaycan xalqının ümumbəşər mədəniyyətinə bəxş etdiyi qüdrətli söz ustalarındandır. O, Şərqin zəngin mədəni-mənəvi sərvətləri üzərində ucalmış və bədii söz sənətinin son dərəcə qiymətli incilərini meydana gətirmişdir. Mütəfəkkir şairin dərin poetik fikirlərlə fəlsəfi görüşlərin vəhdətində olub, dövrün elmi-fəlsəfi düşüncəsinin aydın ifadəçisinə çevrilmiş müstəsna əhəmiyyətli ədəbi irsi qədim köklərə və çoxəsrlik ənənələrə malik Azərbaycan ədəbiyyatı tarixində xüsusi mərhələ təşkil edir.

Nəsimi dünya poeziyasının ən kamil nümunələri sırasında diqqətəlayiq yer tutan əsərlərində daim insanın əzəmətini, insani məhəbbəti və şəxsiyyətin azadlığını tərənnüm etmişdir. Anadilli şeirin humanist ideyalarla, yeni məzmun, deyim tərzi və bədii lövhələrlə daha da zənginləşməsində unudulmaz şairin misilsiz xidmətləri vardır. Nəsiminin mənbəyini xalq ruhundan almış parlaq üslubu orta əsrlər Azərbaycan dilinin məna imkanlarını bütün dolğunluğu və rəngarəngliyi ilə əks etdirir. Sənətkarın yaradıcılığı bir sıra xalqların bədii-ictimai fikrinin inkişafına qüvvətli təsir göstərmişdir.

Nəsimi irsinin Azərbaycan xalqının mənəviyyat xəzinəsində layiqli yerini tutması ötən əsrin 70-ci illərində öz geniş fəaliyyəti sayəsində tarixi-mədəni dəyərlərimizə münasibətdə əsaslı dönüş yaratmış ümummilli lider Heydər Əliyevin adı ilə bilavasitə bağlıdır. Məhz ulu öndərin təşəbbüsü ilə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən ilk dəfə Nəsiminin 600 illik yubileyi YUNESKO-nun tədbirləri siyahısına daxil edilmiş və 1973-cü ildə beynəlxalq miqyasda qeyd olunmuşdur.

Həmin dövrdən etibarən Nəsimi irsinin və bütövlükdə klassik Azərbaycan mədəniyyətinin daha əhatəli araşdırılması istiqamətində mühüm addımlar atılmışdır. Nəsiminin yaradıcılığı artıq milli-mənəvi varlığımızın ayrılmaz tərkib hissəsidir.

Azərbaycan ədəbiyyatı və incəsənətində Nəsiminin yaddaqalan obrazı yaradılmış, Bakının mərkəzində şairin əzəmətli heykəli ucaldılmışdır. Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnstitutu Nəsiminin adını daşıyır.

2017-ci ilin may ayında Parisdə YUNESKO-nun baş qərargahında Nəsiminin vəfatının 600 illiyinin qeyd edilməsi və 2018-ci ilin sentyabr ayında ölkəmizdə Nəsimi şeir, incəsənət və mənəviyyat festivalının təntənəli şəkildə keçirilməsi ölməz şairin xatirəsinə dərin ehtiramın ifadəsi hesab oluna bilər.

İmadəddin Nəsiminin adı həqiqət naminə, fikir azadlığı yolunda qəhrəmanlığın rəmzi kimi əbədiləşib, əsrlərdən bəri Şərq xalqlarının yaddaşında yaşamaqdadır.

Sərəncamda qeyd edilir ki, böyük şair və mütəfəkkir İmadəddin Nəsiminin 650 illik yubileyi Azərbaycan Respublikasında dövlət səviyyəsində geniş qeyd edilsin.

Nazirlər Kabineti böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş tədbirlər planının hazırlanıb həyata keçirilməsini təmin edəcək.


Etiket:

Strategiya.az

Xəbərlər
21.02.2019

Yeniyetmələrin Azərbaycan çempionatına yekun vurulub

21.02.2019

Polis orqanlarında işə qəbul elan edilir

21.02.2019

DTX-nin arxiv fondlarında saxlanılan tarixi əhəmiyyətli sertifikatlar azərbaycanlı partizanların vərəsələrinə təqdim olunub

21.02.2019

Donald Tramp və Kim Çen Inın Hanoy görüşünün formatı açıqlanıb

21.02.2019

Çox sayda sərnişin yaralanıb 

21.02.2019

“İslam arxeologiyası” mövzusunda seminar

21.02.2019

“Laçın” tankeri suya buraxılıb

21.02.2019

Qazaxıstan Prezidenti hökuməti istefaya göndərib

21.02.2019

Mehriban Əliyevanın Birinci vitse-prezident kimi fəaliyyəti insanların mütləq əksəriyyəti üçün gözəl təcrübə və örnəkdir – Bahar Muradova

21.02.2019

Magistraturalara qəbul imtahanında 12685 bakalavr iştirak edəcək

21.02.2019

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

21.02.2019

Fevralın 22-nə manatın məzənnəsi

21.02.2019

272 nömrəli  məktəbdə biabırçılıq

21.02.2019

İsmayıllı sakinindən 1 kq-dan artıq marixuana götürülüb

21.02.2019

Osmanlı tarixinin ən qəbuledilən və ciddi araşdırıcılarından olan tarixçi,akademik Kamal Karpat dünyaısını dəyişib

21.02.2019

Dövlət Gömrük Komitəsindən idxal edilən quzu əti ilə bağlı açıqlama

21.02.2019

Xətainin “Divan”ının mətni Əlyazmalar İnstitutuna hədiyyə edilib

21.02.2019

Neymar Braziliyaya gedir

21.02.2019

Ermənistana məxsus taktiki PUA məhv edilib

21.02.2019

İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasında dəyişiklik edilib

21.02.2019

Azərbaycanda DƏHŞƏTLİ HADİSƏ: ər həbs edildi, qadın özünü öldürdü

21.02.2019

İran hərbi dəniz təlimlərinə başladı və ilk dəfə...

21.02.2019

Bakıda pul üstündə qanlı dava – Ata və oğlunu ölümcül hala saldılar

21.02.2019

Vyanada ATƏT Parlament Assambleyasının 18-ci qış sessiyası işə başlayıb

21.02.2019

Maaşla bağlı şirkət rəhbərlərinə XƏBƏRDARLIQ

21.02.2019

Böyük Britaniyanın dörd naziri Brexit vaxtını təxirə salmağı tələb edir

21.02.2019

Metrodan istifadə edənlərə ŞAD XƏBƏR!

21.02.2019

İşə yeni qəbul olunan əməkdaşlarla görüş keçirilib

21.02.2019

Fevralın 10-da keçirilmiş sınaq imtahanının NƏTİCƏLƏRİ açıqlanıb

21.02.2019

Türkiyə Ermənistanla sərhəddə genişmiqyaslı hərbi təlimlər keçirir

21.02.2019

Kəndlilərin canına və malına qənim kəsilən canavarlar – VİDEO 

21.02.2019

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

21.02.2019

İcra Hakimiyyəti: Şamaxıda zəlzələdən 132 ev kəskin qəzalı vəziyyətə düşüb

21.02.2019

Premyer Liqamızda oyunların başlama saatı müəyyənləşdi

21.02.2019

Səudiyyə Ərəbistanı 850 hindistanlı məhbusu azadlığa buraxacaq

21.02.2019

Sabahın hava proqnozu açıqlanıb

21.02.2019

Prezident İlham Əliyev Sovet İttifaqı Qəhrəmanı, general-leytenant Ruslan Auşevi qəbul edib

21.02.2019

Şinzo Abe Trampdan nə tələb etdi?

21.02.2019

Vergi ombudsmanının hansı işlər görəcəyi açıqlandı

21.02.2019

Soydaşımız Niderland mediasında Xocalıdan yazdı

21.02.2019

EVİNDƏ NARKOTİK GİZLƏTMİŞDİ

21.02.2019

14 əcnəbi vətəndaşın saxta sənədlərlə dövlət sərhədindən keçmək cəhdinin qarşısı alınıb

21.02.2019

Ronaldo "Atletiko"ya sataşdı

21.02.2019

Qubada çaya aşan ekskavatorun sürücüsünün cəsədi aşkarlanıb

21.02.2019

Əliağa Vahid və Həkim Qəniyə həsr olunmuş yubiley tədbiri

21.02.2019

DİN Masazırdakı yanğınla bağlı açıqlama yaydı

21.02.2019

Prezident sərəncam imzaladı

21.02.2019

Bakı metrosunda azyaşlı qıza zor tətbiq edən şəxs tutulub

21.02.2019

Qəbul imtahanlarının vaxtları BU SƏBƏBDƏN dəyişdirildi

21.02.2019

Sənətin böyük ağası...