“PostOPEC” mərhələsi: enerji savaşının mümkün fəlakətləri

23:26 / 15.11.2018

Dünya KİV-lərində böyük dövlətlərin neft və qaz ehtiyatları uğrunda mübarizəsinin yeni çalarları geniş müzakirə edilir. ABŞ, İran, Rusiya və Səudiyyə Ərəbistanı arasında müşahidə edilən bir sıra prosesləri ümumiləşdirərək belə qənaətə gəlirlər ki, bütövlükdə dünyada geosiyasi gərginlik daha da yüksələ bilər. Amerikanın sanksiyaları genişləndirməsi, Səudiyyə Ərəbistanı rəsmilərinin jurnalist Camal Kaşıkçının qətlə yetirilməsində əlinin olmasına dair məlumatların yayılması, Rusiyanın İranı aktiv müdafiə etməsi, elektromobillərin və "slans nefti"nin istehsalına başlanması kimi hadisələr fonunda proseslərin hansı istiqamətdə davam edəcəyinin proqnozlaşdırılması əhəmiyyət kəsb edir. Bu kimi faktorların prizmasından qlobal miqyasda meydana çıxa biləcək problemlərin təhlili üzərində ətraflı dayanmağa ehtiyac vardır.

Müttəfiqlərin toqquşması: neft Ər-Riyadı Vaşinqtondan ayırır?

Maraqlıdır ki, Ər-Riyad Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) tam dağıla biləcəyi haqqında proqnozlar verir. Doğrudur, hələlik bu barədə ekspertlərin konkret hesabatı yoxdur, ancaq hazırlanan bir məruzənin müəlliflərindən biri etiraf edib ki, “Krallıqda hamı bilir, neftə olan tələbat əbədi deyil, ona görə də OPEC-dən sonrakı dövr haqqında düşünmək gərəkdir”. Təbii ki, yaxın perspektivdə neftin dünya üçün əhəmiyyətinin azalacağından söhbət getmir. Mütəxəssislərin proqnozlarına görə, neft hələ uzun müddət ən çox tələb olunan enerji növü kimi qalacaq. Məsələnin bu cür təqdim edilməsi cəhdinin arxasında başqa məqamlar dayanır ki, onlar da geosiyasi faktorlarla bağlıdır.

Neft barədə bədbin proqnozlara təkan verən bir sıra məsələlər mövcuddur ki, onların biri də ABŞ-ın bəzi dövlətlərə qarşı təzyiqlərini artırmasıdır. İran, Səudiyyə Ərəbistanı və Rusiyanın adı bu məsələdə daha çox çəkilir. Vaşinqtonun İran siyasəti məlumdur. İndi bu dövlətə qarşı ABŞ sanksiyalardan geniş istifadə edir. İrandan neft alan dövlətlərin özünə qarşı da sanksiyaların tətbiqi nəzərdə tutulub. Prezident Donald Tramp müvəqqəti olaraq səkkiz ölkəyə (onların sırasında Hindistan, Çin və Türkiyə kimi böyük dövlətlər də vardır) İrandan neft almağa icazə verib. D.Tramp izah edib ki, bu ölkələr xahiş ediblər. Lakin ABŞ Prezidenti neftin qiymətinin yüksəlməsinin qarşısını almaqda qərarlı olduğunu bəyan edib. Bu səbəbdən hələlik səkkiz ölkə İrandan neft almalıdır ki, bu enerji növü çox bahalaşmasın.

İran isə müəyyən ehtiyat tədbirlərini gördüyünü bəyan edir. Tehran dolayısı ilə, vasitəçidən istifadə edərək öz neftini satmağa çalışır. Məsələn, Rusiya İrandan xam nefti alıb, ondan ayrı-ayrı məhsullar hazırlayaraq Asiya dövlətlərinə sata bilər. Eyni zamanda, dünyanın müxtəlif yerlərində olan yeni təşkilatlar vasitəsi ilə İran neftini müxtəlif istiqamətlərdə bazara çıxara bilər. Ekspertlər qeyd edirlər ki, Tehranın bu taktikası hələlik ciddi nəticə vermir – az miqdarda neft ixrac etmək mümkün olur. Lakin Tehran ümidlidir.

İranla yanaşı, Səudiyyə Ərəbistanına qarşı da təzyiqlərin artması ehtimalı artır. Bu, daha çox Səudiyyə Ərəbistanı əsilli jurnalist Camal Kaşıkçının öldürülməsi ilə əlaqələndirilir. Vaşinqton bəyan edib ki, bu məsələni nəzarətdə saxlayacaq. ABŞ Ər-Riyadı bu barədə bir neçə dəfə xəbərdar edib. Ancaq ekspertlər hesab edirlər ki, C.Kaşıkçı hadisəsi bir bəhanədir. Amerikanı daha çox OPEC narahat edir! Məhz məsələnin bu aspekti enerji faktorunun daha çox geosiyasi məzmun kəsb etdiyini göstərir.

Hələ cari ilin sentyabrında BMT Baş Assambleyasında çıxış edən zaman D.Tramp OPEC-i “bütün dünyanı soyan” təşkilat kimi kəskin ifadələrlə tənqid etmişdi. O açıq bildirmişdi ki, bütün bunlar heç xoşagələn deyil və kimsənin də xoşuna gəlməməlidir. Çünki neftin qiymətini yüksəldən dövlətlərin əksəriyyətinə Amerika dəstək verir, onlara güzəştə gedir. “Biz istəyirik ki, onlar neftin qiymətini qaldırmağa son qoysunlar. Biz artıq bununla barışmayacağıq”.

Amerikanın daha çox xoşuna gəlməyən ötən il OPEC-lə Rusiya arasında xüsusi sazişin imzalanmasıdır. ABŞ-ın ən yaxın müttəfiqlərindən olan Səudiyyə Ərəbistanının da qatıldığı həmin saziş “OPEC+” adlanır. Onun əsas məzmunu neftin qiymətinin artırılması üçün məhdud miqdarda neft istehsalından ibarətdir. Bu cəhd nəticə verdi və neft 50 ABŞ dollarından 80 ABŞ dollarına qədər yüksəldi. Ancaq son zamanlar Amerikanın ciddi həmlələri bu sazişin də taleyini şübhə altına alır. Əgər gələn il onun müddəti uzadılsa, Amerika üçün problemlər qalacaq. Onu vurğulayaq ki, neftin qiymətinin sürətlə ucuzlaşması OPEC ölkələri və Rusiyanı neft istehsalını azaltmağa məcbur edib. Üstəlik, Tehran da bütün günahları məhz “OPEC+”un üzərinə atır.

“Slanslar” və elektromobillər: yeni ziddiyyətlər, yaxud çıxış yolu?

Məsələ bununla məhdudlaşmır. Mütəxəssislər vurğulayırlar ki, Amerika “slans nefti” adlanan yüngül neft istehsalını sürətlə artırmaqdadır. “Slanslar” dağ mədəni məhsuludurlar. Onlar az keçiriciliyə malikdirlər (yəni strukturları sıxdır). Obrazlı olaraq “slans nefti”ni “qaya nefti” də adlandırırlar. Belə neft daha çox ABŞ-ın Texas ştatındadır. Ancaq hələlik “qaya nefti” baha başa gəlir.

Odur ki, bir sıra şirkətlər onun istehsalından çəkiliblər. Buna baxmayaraq, havanı çirkləndirməmək üçün bəşəriyyətin tədricən bu neft növünün istehsalına üstünlük verəcəyini proqnozlaşdırırlar. Bu prosesin fonunda indi istehsal edilən neft növünün azalması ehtimal olunur. Həmin mənada da artıq neft bazarının dağılmasından bəhs edirlər.

Digər məsələ elektromobillərin istehsalının artırılması perspektivləri ilə əlaqəlidir. Mütəxəssislər hesab edirlər ki, yaxın gələcəkdə benzinsiz işləyəcək və ekoloji cəhətdən çox münasib olan elektromobillər geniş yayılacaq. İndi ondan daha çox Çində (777 min ədəd!) istifadə edirlər. Bu sayın üç dəfə artması proqnozlaşdırılır. Bütövlükdə dünyada həmin növ minik vasitələrinin aparıcı mövqeyə çıxması təxmin edilir.

Düşündürücüdür ki, bütün bu söhbətlər neftin dünya bazarında qiymətinin kəskin aşağı düşməsi fonunda daha da intensivləşib. Belə ki, indi neftin bir bareli təqribən 55 ABŞ dolları civarındadır. Bu da Rusiya, İran, Səudiyyə Ərəbistanı, Venesuela kimi dövlətlərdə böhrana aparıb çıxara, eyni zamanda, beynəlxalq münasibətlərdə yeni ciddi çətinliklər meydana gətirə bilər. Çünki tarixi təcrübə göstərir ki, dünya müharibələrinin kökündə enerji ehtiyatları uğrunda kəskin mübarizə dayanır. Bu mübarizənin Yaxın Şərqdə hansı fəlakətlərə yol açdığını bütün dünya izləməkdədir. Ekspertlər gizlətmirlər ki, Suriyada ABŞ-ın, Səudiyyə Ərəbistanının, İranın, Rusiyanın enerji maraqları toqquşub.

Bu səbəbdən hər qarış Suriya torpağı uğrunda gərgin mübarizə gedir. Bu ölkənin şərq hissəsində yerləşən Deyr-əz-Zor əyalətində çatışmaların daha şiddətli olması səbəbi kimi ilk olaraq enerji resurslarını göstərirlər. Artıq orada neft paylarının bölüşdürüldüyü barədə informasiyalar yayılır.

İndi təsəvvür edək ki, bu cür mübarizənin miqyası genişlənir və Qərbdən başlayaraq Uzaq Şərqə qədər uzanır. Onda dünyanın nə dərəcədə təhlükə qarşısında qaldığını təsəvvür etmək çətin olmaz. Burada ABŞ-ın təzyiqləri getdikcə artıraraq xarici dövlətləri öz maraqlarına uyğun istiqamətləndirməyə çalışması diqqəti çəkir.

Bu cür gedişatın qlobal miqyasda gərginliyi və riskləri artıra biləcəyi proqnozlaşdırılır. Çünki digər böyük dövlətlər də eyni yolu seçə bilərlər. O halda müxtəlif regionlarda dövlətlər arasında münasibətlərin tamamilə beynəlxalq hüquq normalarından kənara çıxması ehtimalını istisna etmək olarmı? Bizcə, kimsə buna təminat verə bilməz. Əgər məsələ ölüm-qalım seçimi ilə bağlı olursa, onda istənilən addımı atmağa hazır olan qüvvələr passiv dayanmayacaq.

Bunlardan qorxulu bir nəticə çıxır: növbəti dünya müharibəsi enerji faktoru ilə bağlı ola bilər. Obrazlı desək, neft dünya savaşı yaradar! Dünya neft bazarının dağılması adi hadisə olmaz. Xüsusilə bu məsələ böyük dövlətlərin bir-biri ilə digər geosiyasi aspektlərdə mübarizəsi şəraitində keçirsə, daha qorxunc mənzərə yaranır. Onun aradan qaldırılması istiqamətində müəyyən addımlar atmaq gərəkdir. Ancaq belə görünür ki, böyük güclər bunun əksini düşünürlər.

Təxmin etmək olar ki, Amerika İrana təzyiqlərini daha da artıracaq. Neftlə bağlı Vaşinqtonun mövqeyinin dəyişməsi ehtimalı yox dərəcəsindədir. Buna qarşılıq Moskva-Tehran-Pekin “üçbucağı”nda bir müqavimət formulunun yaradılması istisna deyil. Deməli, indiyə qədər özünü göstərən geosiyasi mübarizənin yeni çalarlar alması gözləniləndir. İran böyük dövlətdir. Onu neytrallaşdırmaq mürəkkəb işdir. Həm də Tehrana başqa böyük dövlətlər dəstək verirlər. Bu isə dünyanın faktiki olaraq iki düşmən cəbhəyə bölünməsinə təkan verə bilər.

Bəşəriyyət üçün geosiyasi parçalanmanın ciddi problemlər yaradacağına şübhə yoxdur. Bu səbəbdən supergüclər enerji mənbələri uğrunda mübarizənin mahiyyətinə yenidən baxmalıdırlar. Liderlər gərək bütün bəşəriyyəti düşünsünlər. Təbii ki, BMT kimi beynəlxalq təşkilatlar da bu prosesdən kənarda qalmalı deyil. Çünki OPEC-in dağılması özlüyündə faciə deyil, əsas məsələ “postOPEC” mərhələsində dünyanın vəziyyətinin necə olacağıdır!

Newtimes.az


Etiket:

Strategiya.az

Xəbərlər
10.12.2018

Bakıda yanğında 1 nəfər tüstüdən zəhərlənib

10.12.2018

2 gün ərzində yol qəzalarında 4 nəfər ölüb, 21 nəfər xəsarət alıb

10.12.2018

Dərdlərə dərman söz, fərmanlara Fərman - söz

10.12.2018

"Fənərbaxça" yenə uduzdu - autsayder oldu

10.12.2018

Paşinyan seçkilərdə qalib gəldi

10.12.2018

MSK sədri: Ermənilərin çoxu ümumdövlət seçkilərə məhəl qoymadı

10.12.2018

Şimali və Cənubi Koreya meşə təsərrüfatı sahəsində əməkdaşlığı davam etdirir

10.12.2018

Vergi Məcəlləsinə son dəyişikliklər dərzi, aşpaz, dayə, bərbər və daha KİMLƏRİN xeyrinə olacaq?

09.12.2018

Vaxt yarı oldu, seçici aktivliyi 25 faizi keçmədi - ERMƏNİSTANDA SEÇKİ FİASKOSU

09.12.2018

Ermənistanda parlament seçkiləri qanun pozuntuları ilə müşayiət olunur
 

09.12.2018

İran 2018-ci ildə raket sınaqlarının sayını iki dəfə artırıb

09.12.2018

Parisdə etiraz aksiyaları səngimək bilmir

09.12.2018

Bakıda ağır qəza – QADIN ÖLDÜ, YARALILAR VAR

09.12.2018

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

09.12.2018

Bakıda bədii gimnastika üzrə beşinci Regionlararası Kubok başlayıb

09.12.2018

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasının 14-cu turuna start veriləcək

09.12.2018

“Qalatasaray” öz meydanında xal itirdi

09.12.2018

"Bu gün biz Türkiyə şəhərlərində qan tökənlərə qarşı heç bir reaksiya verməyən ölkələrin durumunu izləyirik"

09.12.2018

Ermənistanda növbədənkənar parlament seçkiləri başladı

09.12.2018

Salah “Liverpul” azarkeşlərini coşdurdu

09.12.2018

Çin məşhur şirkəti almaq istəyir - 4,6 milyard avroya

09.12.2018

Məşhur Hacıbəylilər nəslinin nümayəndələri Azərbaycan tarixi ilə yaxından tanış olub

09.12.2018

5 otaqlı evdə yanğın

09.12.2018

Dollar kreditləri ilə bağlı yenilik

09.12.2018

Parisin küçələri savaş meydanı kimi...

09.12.2018

Ermənistanda parlament seçkilərində səsvermə üçün seçki məntəqələri açılıb

09.12.2018

"Arsenal"dan çətin qələbə - "Qarabağ"la oyunöncəsi

09.12.2018

Şənbə günü Fransadakı etiraz aksiyalarında 125 min nəfər iştirak edib

09.12.2018

Ermənistan silahlı qüvvələri atəşkəsi 30 dəfə pozub

09.12.2018

Paris: “Yaşıl jilet”lilər etirazçıları dəstəkləyirlər

09.12.2018

Çaylarda suyun səviyyəsi dəyişib

09.12.2018

Donald Tramp Ağ Evin Aparat rəhbəri Con Kellinin istefa verəcəyini açıqlayıb

09.12.2018

İngiltərə Premyer Liqasında lider dəyişdi

08.12.2018

Nəsimidə vurulan piyada hadisə yerində keçindi

08.12.2018

Narkotik vasitənin ölkəyə gətirilməsi cəhdinin qarşısı alınıb

08.12.2018

Sumqayıtda “VAZ” və “KamAZ” toqquşub, ölən var

08.12.2018

Neftin qiyməti 2040-cı ilə kimi 60 dollar/barreldən baha olacaq

08.12.2018

Kürdəxanıda yolu keçən piyadanı maşın vurub öldürdü

08.12.2018

Fransada böhran iclası çağırılıb

08.12.2018

Türkiyə Aralıq dənizinə daha bir kəşfiyyat-axtarış gəmisi göndərib

08.12.2018

Bakıda məktəblilərin qəzaya uğradığı avtobusun sürücüsü həbs edildi

08.12.2018

Kürdəmirdə ağır qəza, polis mayoru öldü

08.12.2018

Məktəbəhazırlıq müəllimləri üçün yekun qiymətləndirmə aparılıb

08.12.2018

Qurban Qurbanov istefa verdi

08.12.2018

Niderlandın “Wereldregio” qəzeti Niderland-Azərbaycan əlaqələri haqqında yazdı

08.12.2018

Reynaldo "Qarabağ"a qayıda bilər

08.12.2018

Bayram yarmarkasının günləri və yeri açıqlandı

08.12.2018

Bədii gimnastika üzrə 25-ci Azərbaycan Birinciliyinin üçüncü günü başlayıb

08.12.2018

İtaliyada konsert zamanı yaranmış basırıq azı 6 nəfərin ölümü ilə nəticələnib 

08.12.2018

Sabahın hava proqnozu açıqlanıb