Tərtərdə “Sağlamlıq imkanları məhdud uşaqların I Regional Forumu keçirilib

20:21 / 17.11.2018

 

Tədbirdə əlil uşaqlardan kimisi şer söyləyib, kimisi mahnı oxuyub,kimisi də saz,qarmon,nağara kimi alətlərdə milli musiqilərimizi ifa ediblər.

Noyabrın 15-də Azərbaycan Respublikası Təhsil Nazirliyinin “ Təhsildə inkişaf və innovasiyalar üzrə 2-ci qrant müsabiqəsi” çərçivəsində “ Sağlamlıq imkanları məhdud uşaqların I regional forumu “ layihəsinə uyğun olaraq Tərtər rayonunuda tədbir keçirilib.

Onu da qeyd edək ki, layihə Qarabağ regionunun üç rayonunu –Bərdə, Tərtər, Ağdam ərazisini əhatə edib.

Tədbirdə rayon Təhsil şöbəsinin əməkdaşları ilə yanaşı psixoloqlar, loqopedlər, sağlamlıq imkanları məhdud uşaqlarla işləyən mütəxəssislər iştirak edib.

Layihə rəhbəri Vüsalə Hüseynova bildirib ki, Azərbaycanda 61 mindən çox sağlamlıq imkanları məhdud olan uşaq var. Onlardan yalnız 12 mini təhsilə cəlb olunub, o cümlədən , 1105-i xüsusi məktəblərdə, 2664-ü xüsusi internat məktəblərində, 7750-si evdə, 268-i isə inkluziv təhsil alır.Qalanlarının isə təhsil almasında ümumiyyətlə valideyinlər maraqlı deyillər.Təhsilin hər bir formasının əhəmiyyətli olduğunu bildirən Vüsalə Hüseyinova daha sonra deyib:” Təhsilin hər bir forması təqdirə layiqdir, alqışlanandır. Amma bunlardan fərqli olaraq inkluziv təhsilin faydaları daha çoxdur. Bütün inkişafı götürsək dörd mərhələdən ibarətdir.Birinci mərhələ sağlamlıq imkanları məhdud olan uşaqların ümumiyyətlə  təhsildən kənarda qalması deməkdir. İkinci mərhələdə isə uşaqlar xüsusi məktəblərdə oxuyub,təhsil alır.Üçüncü mərhələ isə sağlamlıq imkanları məhdud olan uşaqların təhsilə cəlb olunması, məktəblərdə , ayrı siniflərdə təhsil almasıdır.Ən son mərhələ isə inkluziv təhsilə cəlb olunmadır. Yəni, burda sağlamlıq imkanları olan uşaqların başqaları ilə bir yerdə təhsil almasıdır.”  

Layihə üzrə ekspert Zaur Quliyev isə bildirib ki, təhsilə cəlb edilənlərin əksəriyyəti xüsusi məktəb və internat məktəblərdə oxuyurlar. Belə təlim-tərbiyə isə uşağın diqqətini onun məhdudluğuna cəmləyir. Onlar digər uşaqlarla ünsiyyətə girməkdə çətinlik çəkir və özlərini bir növ cəmiyyətdən təcrid olunmuş kimi hiss edirlər. Sağlam uşaq da eyni zamanda, bu və ya digər məkanda xüsusi qayğıya ehtiyyacı olan uşaqla rastlaşdıqda ona təəcüblə baxır, sanki o tamam başqa bir dünyadan gəlib, bəzən isə gülür və ələ salırlar. Bunun əsas səbəbi isə onlar arasında ünsiyyətin , əməkdaşlığın olmamasıdır. Bunun nəticəsində onlar bir-birlərini dərk etmir və nə hiss keçirdiklərini başa düşmürlər. Ekspert yeni, müasir təhsil metodlarından yararlanmağın, sağlamlığı məhdud uşaqların digər uşaqlarla bir yerdə təhsil almasının vacibliyini vurğulayıb.

Ekspert Zaur Quliyev layihənin məqsədini izah edib:” Layihənin əsas məqsədi cəmiyyətin diqqətini sağlamlıq imkanları məhdud uşaqlara yönəltmək və sağlamlıq imkanları məhdud uşaqların 1-ci regional Forumunun təşkil edilməsinə nail olmaq idi.Bu gün də psixoloqların , loqopedlərin, valideyinlərin , sağlamlığı məhdud uşaqların özlərinin iştirakı ilə tədbirin uğurlu alındığının şahidi oluruq.”

Psixologiya elmləri üzrə fəlsəfə doktoru Elmira Mirzəyeva uşaqlarla canlı ünsiyyət yaratmış, valideyin və psixoloqlara qiymətli tövsiyyələrini vermişdir.

Tədbir  qarşılıqlı müzakirə şəklində davam etmişdir.  İştirakçılar gələcəkdə bu cür maarifləndirici layihələrin və tədbirlərin keçirilməsinin zəruriliyini, valideyn məsuliyyəti və valideynlərin inklüziv təhsillə bağlı maarifləndirilməsi, mütəxxəsislərin   vəsaitlərlə və avadanlıqlarla təmin edilməsi, rayon məktəblərində psixoloq kabinetinin təşkil edilməsi ilə bağlı təkliflər səsləndirmiş və bu təkliflərin həyata keçirilməsinin faydalı olacağını bildirmişlər.

Tədbirdə əlil uşaqlardan kimisi şer söyləyib, kimisi mahnı oxuyub,kimisi də saz,qarmon,nağara kimi alətlərdə milli musiqilərimizi ifa ediblər.

Sonda uşaqların hər birinə hədiyyə verilmiş, iştirakçılar hamılıqla bir yerdə nahar etmişlər.

Məlumat üçün deyək ki, “Sağlamlıq imkanları məhdud uşaqların 1-ci regional Forumu” adlı layihə Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Təhsildə İnkişaf və İnnovasiyalar” üzrə II qrant müsabiqəsinin fərdi kateqoriya üzrə  qalibi Bərdə şəhər inkluziv komponentli günüuzadılmış tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi  Vüsalə Hüseynova tərəfindən icra olunub.

 

 

 

 

 

 

 

 

 


Etiket:

Strategiya.az

Xəbərlər
23.02.2019

Sürücünün meyitini FHN çıxardı

23.02.2019

Hərbi Hava Qüvvələrinin döyüş atışlı taktiki-xüsusi təlimləri keçirilib

23.02.2019

Hava şəraiti dəyişir: Yağış və qar yağacaq

23.02.2019

Çöllərin zərif qızı, güllərin dan ulduzu

23.02.2019

“Şah İsmayıl Xətai” tankerinin əsaslı təmiri yekunlaşıb

23.02.2019

Neftin qiyməti bahalaşır

23.02.2019

Salyanda yol qəzası oldu - xəsarət alan var

23.02.2019

Dağda itən kişinin meyiti tapıldı

23.02.2019

Xocalı prospektində hərəkət qismən məhdudlaşdırılacaq

23.02.2019

Tramp Kraft Kellinin namizədliyini ABŞ-ın BMT-də daimi nümayəndəsi vəzifəsinə irəli sürüb

23.02.2019

Latviya əhalinin azalma sürətinə görə dünyada birincidir

23.02.2019

Prezidentin fərmanı nə qədər mənzili əhatə edəcək?

23.02.2019

Ermənistan silahlıları atəşkəs rejimini 20 dəfə pozub

23.02.2019

"Vengerlə mehriban düşmən idik" - Mourinyo

23.02.2019

Putin ölkəsinin yeni silahlarını təriflədi

23.02.2019

Fevralın 25-nə dolların rəsmi məzənnəsi müəyyən edilib

23.02.2019

Həftənin ən gözəl qolları - Video

23.02.2019

Xocalı soyqırımının ildönümü münasibətilə Ermənistanın İsveçdəki səfirliyinin qarşısında aksiya keçirilib

23.02.2019

“Open Science : Azərbaycan”  adlı konfrans keçirilib

23.02.2019

Rusiya Futbol İttifaqının yeni prezidenti məlum oldu

23.02.2019

Tovuzda raket qalıqları aşkarlanıb

23.02.2019

Buraxılış imtahanlarının dərslər başa çatmadan keçirilməsi narahatlıq yaradıb - RƏSMİ MÜNASİBƏT - VİDEO

23.02.2019

“Milan” 3:0 hesabı ilə qələbə qazanıb

23.02.2019

Biləsuvarda mağaza qarət edilib 

23.02.2019

Gədəbəydə F-1 əl qumbarası və UZRQM partladıcısı tapılıb

22.02.2019

Bu gün Bakıda 2 avtobus yanıb - VİDEO

22.02.2019

İnnovasiyalar Agentliyinin Nizamnaməsi və Strukturu təsdiqlənib

22.02.2019

Göygöldə və Ağdamda top mərmiləri aşkarlanıb

22.02.2019

Prezident İlham Əliyev Xəzərin hüquqi statusu haqqında Konvensiyanı təsdiqləyib

22.02.2019

Qubada iki dost bir-birini bıçaqladı

22.02.2019

“Xocalıya ədalət” kampaniyası oxucular tərəfindən bir daha dəstəkləndi

22.02.2019

İnnovasiyalar Agentliyinin Nizamnaməsi təsdiq edilib

22.02.2019

Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar bəyanat yayıb

22.02.2019

Sona Vəliyevanın şeirlər kitabı Londonda nəşr edilib

22.02.2019

Bakıda 45-50 yaşlarında naməlum kişi meyiti aşkarlanıb

22.02.2019

BMT Misiri edam cəzalarını dayandırmağa çağırıb

22.02.2019

Depressiyanı bu xəstəliklər yaradır - DİQQƏT!

22.02.2019

Avroliqada həftənin ən yaxşısı adına namizədlər

22.02.2019

Ehtiyatlı olun: Təyyarədə də gizli kamera var

22.02.2019

Bakıda maşın aşıb, yolda tıxac yaranıb

22.02.2019

Xalq artisti Hacıbaba Hüseynovun 100 illiyi qeyd ediləcək

22.02.2019

Bidzina İvanişvilinin yaxın tərəfdaşlarından biri istefa verib

22.02.2019

100 mühafizəkar Tereza Meyi Brexiti təxirə salmağa məcbur etmək istəyir

22.02.2019

İsveçin ən böyük aeroportunun bəzi əməkdaşlarının mütəşəkkil cinayətkar qruplaşmalarla əlaqələri üzə çıxıb

22.02.2019

Əfqanıstanda həlak olan hərbi qulluqçuların ailələri də yüksək qayğı ilə əhatə olunur

22.02.2019

“Bununla mən nə qazanıram?” - Estetik əməliyyata maraq niyə ARTIB? – VİDEO 

22.02.2019

Həcc ziyarətinə getməyin builki qiyməti məlum oldu - Sənəd qəbulu başladı

22.02.2019

Xızıda avtomobil yolunun tikintisinə 850 min manat ayrılıb

22.02.2019

FİFA-dan "Çelsi"yə transfer qadağası

22.02.2019

Dövlət Komitəsi dünya azərbaycanlılarını Brüsseldə Qarabağ mitinqində iştirak etməyə çağırır