Lukaşenko: "Belarus və Azərbaycan həmişə etibarlı və strateji tərəfdaş olaraq qalacaqlar."

21:26 / 19.11.2018

Noyabrın 19-da sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko mətbuata birgə bəyanatla çıxış ediblər.

Əvvəlcə Belarusun dövlət başçısı bəyanatla çıxış etdi.

Prezident Aleksandr Lukaşenkonun bəyanatı
-Hörmətli dostlar.

Bu gün mənim dostum, həmkarım Azərbaycan Prezidenti İlham Heydər oğlu Əliyevlə məhsuldar danışıqlar apardıq. Biz ölkələrimiz arasında tərəfdaşlığın strateji xarakterini, ikitərəfli münasibətlərdə problemlərin qətiyyən olmadığını, yalnız xoş məramı və bizim birgə əməkdaşlıq səylərimizi təsdiq etdik. Bu il mühüm tarixlə - Belarusla Azərbaycanın diplomatik münasibətlər qurmasının 25 illiyi ilə əlamətdardır. Əsrin dörddəbiri ərzində ölkələrimiz dövlətlərarası qarşılıqlı fəaliyyətin qurulmasında xeyli irəliləyiblər. Buna müntəzəm dialoq, o cümlədən yüksək səviyyədə dialoq kömək edib.

Mən Prezident həmkarımla görüşlərin etimada əsaslanan, səmimi ab-havasını çox yüksək qiymətləndirirəm. Biz beynəlxalq gündəliyin istisnasız olaraq bütün məsələlərini açıq və məhsuldar müzakirə edirik. Bugünkü danışıqların gedişində əsas diqqət uğurlu ticari-iqtisadi və investisiya əməkdaşlığına yönəldilib. Əldə olunan razılaşmalar bu əməkdaşlığın artırılmasına əlavə impuls verməyə kömək edəcək.

Cari ildə biz qarşılıqlı ticarətin artımını müşahidə edirik. Bir vaxtlar təşəbbüskarları prezidentlər olan layihələr gücünü artırır. Məsələn, Gəncə avtomobil zavodunda 11 il ərzində artıq 10 mindən çox “Belarus” traktoru və onların bazasında xüsusi texnika yığılıb. Müəssisə, həmçinin 3500-dən çox MAZ avtomobili və qoşqular buraxıb. Bu gün məmnuniyyətlə öyrəndim ki, sizin aldığınız Amerika və alman taxılyığan kombaynları ilə yanaşı, Azərbaycana Belarusun ilk “Qomselmaş”ı da gəlib. Bizim üçün bu, qarşılıqlı səmərəli əməkdaşlığın əla nümunəsidir. Yeri gəlmişkən, lokallaşma artıq demək olar ki, yarıya çatıb. Bu, Azərbaycan sənayesinin böyük imkanlarından və onun yüksək kadr potensialından aydın xəbər verir. Amma məhsul nə qədər keyfiyyətli olsa da, onu səmərəli satmaq, həm də yaxşı olar ki, ixrac etmək lazımdır. Buna görə də Minsk traktor zavodu və Gəncə avtomobil zavodu hazırda Türkiyədə traktorların yığılması ilə bağlı bizim ümumi layihə üzərində işləyir. Biz bu mühüm perspektivli istiqaməti inkişaf etdirəcəyik və bu, Azərbaycan Prezidentinin mövqeyi sayəsində mümkün olub.

Belarus Azərbaycan investisiyalarına və yüksək səviyyəli məhsullarına maraq göstərir. Bu gün sizin məhsullar ötən il Minskdə açılan Azərbaycan Ticarət Evində geniş təqdim edilir. Onların Belarus alıcılarında populyarlıq qazanmasına görə Azərbaycan Prezidenti bu şəbəkənin vilayət mərkəzlərinə genişləndirilməsi haqqında qərar qəbul edib.

Nəqliyyat-logistika sahəsində də birlikdə çox iş görmək olar. Biz Azərbaycanın infrastruktur layihələrində - yeni dəmir yollarının, dəniz limanlarının, logistika mərkəzlərinin tikintisində iştirak etməyə hazırıq. Səhiyyədə, təhsildə, informasiya-kommunikasiya texnologiyalarında, idmanda, turizmdə əməkdaşlıq ehtiyatları mövcuddur. Bu gün əldə olunan razılaşmaların gerçəkləşdirilməsi lap tezliklə niyyətlərimizi konkret işlərə çevirməyə imkan verəcək. Məsələn, artıq Azərbaycanda Belarus dərmanlarının buraxılışı üzrə birgə müəssisənin yaradılması sahəsində işlər aparılır. Tam əminəm ki, digər irimiqyaslı maraqlı layihələrin gerçəkləşməsi də çox uzaqda deyil.

Əziz dostlar, sizə məlumdur ki, 2019-cu ildə Belarus Bakıdan sonra ikinci Avropa Oyunlarını qəbul edir. Prezidentlə mən 2015-ci ildə belə miqyaslı tədbiri əla keçirməyin öhdəsindən gələn Azərbaycanın təcrübəsini ətraflı müzakirə etdik. Üstəlik deməliyəm ki, sizdən sonra bütün ölkələr belə oyunları qəbul etməyə qorxurlar. Çünki həmin səviyyə ilə rəqabət aparmaq, mən bunu səmimi deyirəm, qətiyyən mümkün deyil. Biz də bu səviyyəni aşağı salmamaq üçün ciddi fikirləşməliyik. Həm də fikirləşməliyik ki, bunu nəyin hesabına edə bilərik. Amma birmənalı olaraq sizə minnətdarıq ki, mütəxəssisləriniz, nazirləriniz bizə ciddi məsləhətlər verərək, bizi faktiki surətdə ikinci Avropa Oyunlarına hazırlayırlar. Həm də mən, ilk növbədə, bu beynəlxalq idman tədbirinə hazırlıqda köməyinə görə öz həmkarıma təşəkkür edirəm. Növbəti dəfə sizin hamınızı, məhz bu Avropa Oyunlarını izləməyi arzulayan Azərbaycan vətəndaşlarını Belarusa gəlməyə dəvət edirəm.

Bizim ölkələrimiz arasında həll edilməmiş məsələlər və müzakirə üçün qapalı mövzular yoxdur. Belarus və Azərbaycan həmişə etibarlı və strateji tərəfdaş olaraq qalacaqlar. Əminəm ki, ənənəvi səmərəli əməkdaşlıq, qarşılıqlı dəstək bundan sonra da Belarus-Azərbaycan münasibətlərini fərqləndirən cəhət olacaq. Təşəkkür edirəm.


Etiket:

Strategiya.az

Xəbərlər
14.12.2018

Avroliqada turun rəmzi komandası

14.12.2018

Babək prospektinin yenidən qurulması işləri yekunlaşıb

14.12.2018

Hidrometeorologiya Departamenti: Qışın şaxtalı keçməsi ehtimalı azdır

14.12.2018

Türkiyədə güclü qar səbəbindən 844 kəndlə əlaqə kəsilib

14.12.2018

Azərbaycanda dəfnetmə qaydaları dəyişdi: Pulsuz olacaq

14.12.2018

Ağcabədidə mənşəyi məlum olmayan 170 kq ət məhsulu aşkarlanıb

14.12.2018

Bakı şəhərinin Baş Planının hazırlanması işinin ilkin mərhələsi başa çatdırılıb

14.12.2018

Ermənistan ilə dövlət sərhədinin Qazax və Ağstafa rayonları ərazisindəki döyüş postları DSX tərəfindən təhvil alınıb

14.12.2018

Bakıda avtobus qadın piyadanı vurub öldürdü

14.12.2018

Qurban Qurbanov ilin məşqçisi seçildi - 10 ildə 9-cu dəfə

14.12.2018

Ermənistan ilə dövlət sərhədinin Qazax və Ağstafa rayonları ərazisindəki döyüş postları DSX tərəfindən təhvil alınıb

14.12.2018

Baş katib Maykl Kristides: QDİƏT-ə sədrliyi dövründə əldə edilən irəliləyişlərə görə Azərbaycana təşəkkürümü bildirirəm

14.12.2018

Abşeronda "VAZ" yanıb

14.12.2018

Azərbaycanda neft-qaz hasilatı artıb

14.12.2018

Gömrük orqanlarında xidmətə qəbul ilə əlaqədar növbəti müsabiqənin birinci mərhələsi keçirilib

14.12.2018

Havanın temperaturu ötən günlərlə müqayisədə 5-7 dərəcə aşağı enəcək

14.12.2018

“İnsanlarımız inkişafdan geri qalırlar” – Bakını çirklədən şəhər sakinləri – VİDEO

14.12.2018

İranın daha bir neçə vilayətindən Azərbaycana toyuq əti gətirilməsinə qadağa qoyulub

14.12.2018

Gürcüstandan Azərbaycana külli miqdarda elektron siqaretin gətirilməsinin qarşısı alınıb

14.12.2018

Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib

14.12.2018

Partlayıcı oyuncaqlar və pirotexniki vasitələr götürülüb 

14.12.2018

“Elə-belə fırlanmağa çıxmışdım” – Mənzildən oğurluq edən Gürcüstan vətəndaşı  – VİDEO

14.12.2018

Bərdədə yetkinlik yaşına çatmayanın qaçırılması ilə bağlı cinayət işi başlanıb

14.12.2018

“Fənərbağça” klubunun yeni baş məşqçisi bəlli olub

14.12.2018

ABŞ hökuməti “Cənub Qaz Dəhlizi” layihəsini reallaşmasını bir daha dəstəkləyib

14.12.2018

Yeddi kiloqrama yaxın narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb

14.12.2018

YUNESKO tərəfindən Azərbaycanın fəaliyyətinə dair 5 illik həsabat qəbul olunmuşdur

14.12.2018

Mərkəzi Bank 350 milyon manat cəlb edir

14.12.2018

Elmar Məmmədyarov: QDİƏT XİN Şurasının Bakı iclası əməkdaşlıq perspektivlərinin müzakirəsi üçün çox yaxşı imkandır

14.12.2018

Qızıl Fond -  Rəşid Behbudov

14.12.2018

Saxlanılan şəxslər məsuliyyətə cəlb olundular

14.12.2018

"Məsələnin gecikməsinin səbəbi Avropa İttifaqında islahatların aparılmasıdır"

14.12.2018

“Azeri Light”ın bir barreli 62,19 dollara satılır

14.12.2018

UEFA-dan “Qarabağ”a 1 milyon 140 min avro

14.12.2018

Bakıda QDİƏT Xarici İşlər Nazirləri Şurasının iclası işə başladı

14.12.2018

Neftin qiyməti ucuzlaşır

14.12.2018

Cəbhədən son xəbər

14.12.2018

Axtarışda olan 37 nəfər saxlanılıb

14.12.2018

Dekabrın 14-də xarici valyutaların manata qarşı məzənnələri

14.12.2018

UEFA Avropa Liqasının qrup mərhələsinə yekun vurulub

14.12.2018

Tereza Mey: Əsas hədəfimiz vətəndaşlarımızın istədikləri “Brexit” planını reallaşdırmaqdır

14.12.2018

Qurban Qurbanov: "Onlara təşəkkür edirəm"

14.12.2018

Kaspi Liseyinin Ağ Şəhər filialında cüdo zalının açılışı olub

14.12.2018

Sergey LAVROV: "İstəyirik ki, münaqişə ədalətli, qarşılıqlı məqbul həll olunsun"

14.12.2018

Prezident İlham Əliyev: "Ümid edirik ki, 2019-cu il nizamlanma prosesinə yeni impuls verəcək"

14.12.2018

Bakıda 32 yaşlı kişi qonaq getdiyi evdən itkin düşdü

14.12.2018

Sankt-Peterburq sammiti: İlham Əliyevin şəxsi nüfuzu və səmimi tərəfdaşlığı

14.12.2018

Strasburqda silahlı hücum törədən şəxs zərərsizləşdirilib

14.12.2018

Azərbaycanda yeni tarix üzə çıxdı - VİDEO

14.12.2018

Güclü qar səbəbindən məktəblər üçün tətil elan edilib