Rüşvətdə təqsirləndirilən müdir: Aldığım pulu axşam məndən götürürdülər

22:40 / 19.11.2018

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət almaq və dələduzluqda təqsirləndirilən “Safay” uşaq bağçasının müdiri Tərlan Bağırova, müdir müavini Aləmzar Əliyeva və işçisi Azər Əliyevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası davam etdirilib.

Hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində ifadə verən Afaq Abdullayeva bildirib ki, bağçaya işə düzəlmək üçün T.Bağırovaya 1500 manat pul verib: "Bağçada 1 ay 15 gün işləmişəm. Təzə təmirdən çıxan yer idi. Dişimizlə, dırnağımızla təmizləmişik".

Təqsirləndirilən şəxslərdən T.Bağırova ilə A.Əliyeva zərərçəkmişlərə dəymiş ziyanı ödəmək üçün növbəti həftəyə qədər vaxt istəyiblər.

Daha sonra şahid qismində dindirilən Vüsal İsmayılov xanımını bağçaya həkim kimi işə düzəltmək üçün 1500 manat pulu T.Bağırovaya verdiyini deyib.

Prosesdə digər şahid Lalə Şərifova da işə düzəlmək üçün 1500 manat pul verdiyini qeyd edib. O bildirib ki, 6 ay Yasamaldakı bağçada tibb bacısı kimi işləyib, cəmi bircə dəfə 50 manat maaş alıb.

 
Məhkəmədə təqsirləndirilən A.Əliyeva deyib ki, hər ikisi vətəndaşlardan pul alıb, amma hazırda T.Bağırova onu günahkar çıxarır: "Aldığımız pulu qaytarmalıyıq. Tərlan xanım azadlıqda olanda ona söylədim ki, "gəl Kürdəxanıya, danışaq, məsələni həll edək.

O, Kürdəxanıya gələ bilməyəcəyini dedi. Sonra da özü tutuldu. Mən başqa cür onunla neçə danışa bilərəm. Aramızda telefon danışıqları var. Kimin kimdən pul aldığı bəllidir. İkimiz də pul almışıq".

T.Bağırova isə vurğulayıb ki, o, işə götürülənləri A.Əliyevanın istəyi ilə qəbul edib: "Bağça mənim deyildi. Aləmzargil açdı və məni də ora müdir təyin elədilər. İşə adam götürüb yanıma göndərirdilər. Mən nə edə bilərdim? Axşam da özü pulu məndən alırdı. Onsuz da tutulacağıq. Heç olmasa kişi qızı kimi düzünü danışaq".

Məhkəmənin növbəti iclası noyabrın 26-na təyin edilib.

İttihama əsasən, Bakının Yasamal rayonu, Əhməd Cəmil küçəsində hündürmərtəbəli binanın birinci mərtəbəsində fəaliyyət göstərən “Safay” uşaq bağçasının müdiri Tərlan Bağırova, müdir müavini Aləmzar Əliyeva və işçisi Azər Əliyevin barəsində Cinayət Məcəlləsinin 311.3.1-ci (rüşvət alma, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən) və 178.2.1; 178.2.2-ci (dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb. Barəsində həbs qətimkan tədbiri seçilmiş A.Əliyeva bildirib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tovuz rayon şöbəsində dövlət qulluqçusu vəzifəsində çalışıb. A.Əliyev isə sabiq polis əməkdaşı olduğunu deyib. Məhkəmənin hazırlıq iclasında təqsirləndirilən T.Bağırovanın barəsində seçilmiş polisin nəzarəti qətimkan tədbiri dəyişdirilib. O, ötən məhkəmə iclasına gec gəldiyi üçün barəsində həbs qətimkan tədbiri seçilib. T.Bağırova məhkəmə zalında həbs olunub.//Trend



Strategiya.az

Xəbərlər
23.02.2019

Sürücünün meyitini FHN çıxardı

23.02.2019

Hərbi Hava Qüvvələrinin döyüş atışlı taktiki-xüsusi təlimləri keçirilib

23.02.2019

Hava şəraiti dəyişir: Yağış və qar yağacaq

23.02.2019

Çöllərin zərif qızı, güllərin dan ulduzu

23.02.2019

“Şah İsmayıl Xətai” tankerinin əsaslı təmiri yekunlaşıb

23.02.2019

Neftin qiyməti bahalaşır

23.02.2019

Salyanda yol qəzası oldu - xəsarət alan var

23.02.2019

Dağda itən kişinin meyiti tapıldı

23.02.2019

Xocalı prospektində hərəkət qismən məhdudlaşdırılacaq

23.02.2019

Tramp Kraft Kellinin namizədliyini ABŞ-ın BMT-də daimi nümayəndəsi vəzifəsinə irəli sürüb

23.02.2019

Latviya əhalinin azalma sürətinə görə dünyada birincidir

23.02.2019

Prezidentin fərmanı nə qədər mənzili əhatə edəcək?

23.02.2019

Ermənistan silahlıları atəşkəs rejimini 20 dəfə pozub

23.02.2019

"Vengerlə mehriban düşmən idik" - Mourinyo

23.02.2019

Putin ölkəsinin yeni silahlarını təriflədi

23.02.2019

Fevralın 25-nə dolların rəsmi məzənnəsi müəyyən edilib

23.02.2019

Həftənin ən gözəl qolları - Video

23.02.2019

Xocalı soyqırımının ildönümü münasibətilə Ermənistanın İsveçdəki səfirliyinin qarşısında aksiya keçirilib

23.02.2019

“Open Science : Azərbaycan”  adlı konfrans keçirilib

23.02.2019

Rusiya Futbol İttifaqının yeni prezidenti məlum oldu

23.02.2019

Tovuzda raket qalıqları aşkarlanıb

23.02.2019

Buraxılış imtahanlarının dərslər başa çatmadan keçirilməsi narahatlıq yaradıb - RƏSMİ MÜNASİBƏT - VİDEO

23.02.2019

“Milan” 3:0 hesabı ilə qələbə qazanıb

23.02.2019

Biləsuvarda mağaza qarət edilib 

23.02.2019

Gədəbəydə F-1 əl qumbarası və UZRQM partladıcısı tapılıb

22.02.2019

Bu gün Bakıda 2 avtobus yanıb - VİDEO

22.02.2019

İnnovasiyalar Agentliyinin Nizamnaməsi və Strukturu təsdiqlənib

22.02.2019

Göygöldə və Ağdamda top mərmiləri aşkarlanıb

22.02.2019

Prezident İlham Əliyev Xəzərin hüquqi statusu haqqında Konvensiyanı təsdiqləyib

22.02.2019

Qubada iki dost bir-birini bıçaqladı

22.02.2019

“Xocalıya ədalət” kampaniyası oxucular tərəfindən bir daha dəstəkləndi

22.02.2019

İnnovasiyalar Agentliyinin Nizamnaməsi təsdiq edilib

22.02.2019

Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar bəyanat yayıb

22.02.2019

Sona Vəliyevanın şeirlər kitabı Londonda nəşr edilib

22.02.2019

Bakıda 45-50 yaşlarında naməlum kişi meyiti aşkarlanıb

22.02.2019

BMT Misiri edam cəzalarını dayandırmağa çağırıb

22.02.2019

Depressiyanı bu xəstəliklər yaradır - DİQQƏT!

22.02.2019

Avroliqada həftənin ən yaxşısı adına namizədlər

22.02.2019

Ehtiyatlı olun: Təyyarədə də gizli kamera var

22.02.2019

Bakıda maşın aşıb, yolda tıxac yaranıb

22.02.2019

Xalq artisti Hacıbaba Hüseynovun 100 illiyi qeyd ediləcək

22.02.2019

Bidzina İvanişvilinin yaxın tərəfdaşlarından biri istefa verib

22.02.2019

100 mühafizəkar Tereza Meyi Brexiti təxirə salmağa məcbur etmək istəyir

22.02.2019

İsveçin ən böyük aeroportunun bəzi əməkdaşlarının mütəşəkkil cinayətkar qruplaşmalarla əlaqələri üzə çıxıb

22.02.2019

Əfqanıstanda həlak olan hərbi qulluqçuların ailələri də yüksək qayğı ilə əhatə olunur

22.02.2019

“Bununla mən nə qazanıram?” - Estetik əməliyyata maraq niyə ARTIB? – VİDEO 

22.02.2019

Həcc ziyarətinə getməyin builki qiyməti məlum oldu - Sənəd qəbulu başladı

22.02.2019

Xızıda avtomobil yolunun tikintisinə 850 min manat ayrılıb

22.02.2019

FİFA-dan "Çelsi"yə transfer qadağası

22.02.2019

Dövlət Komitəsi dünya azərbaycanlılarını Brüsseldə Qarabağ mitinqində iştirak etməyə çağırır