MÜASİR DÖVRDƏ RUSİYANIN CƏNUBİ QAFQAZ SİYASƏTİ VƏ ONA MÜXTƏLİF BAXIŞLAR

10:07 / 23.11.2018

Şamxal Məmmədov
Tarix üzrə fəlsəfə doktoru

Müasir Rusiya dünyanın başlıca güc mərkəzlərindən olub, fəal və çoxcəhətli xarici siyasət yeridir. Sovetlər birliyinin dağılmasından sonra özünü onun qanuni varisi hesab edən Rusiya nəinki sərhədlərinə yaxın əraziləri, eləcə də Avroasiyanın xeyli uzaq regionlarını da özünün strateji maraq dairəsi bilir, dünyada baş verən hadisələrə ciddi surətdə müdaxilə etməyə cəhd göstərir. Bu da başa düşüləndir. Dünyanın ərazi baxımından bu ən böyük dövləti, ən güclü ordulardan birinə malik, böyük nüvə arsenalı olan, BMT Təhlükəsizlik Şurasının beş daimi üzvündən biri kimi, qlobal sülh və təhlükəsizlik üçün birbaşa məsuliyyət daşıyan Rusiya, başqa cür də ola bilməz. Lakin bu cür möhtəşəm geosiyasi mövqelərə malik olmaqla yanaşı, iqtisadi-maliyyə imkanları, inkişaf tempi, valyuta ehtiyatları kimi parametrlər baxımından Rusiya özünün başlıca rəqibləri olan ABŞ, Avropa Birliyi, Çin kimi güc mərkəzlərindən xeyli geridə qalır. Qüvvələr balansında tarazlığa nail olmaq məqsədilə Rusiya öz hərbi qüvvələrini təkmilləşdirir, hərbi-sənaye komleksini gücləndirir, ara-sıra “əzələ gücü” də nümayiş etdirməkdən çəkinmir. NATO-nun Şərqə doğru genişlənmək cəhdlərindən narahat olan Rusiya Suriyada, Şərqi Avropada, Krımda möhkəmlənməyə çalışır, geosiyasi maraqlar ortada olduqda hətta qonşuları və tərəfdaşları ilə də zor dili ilə danışmaqdan belə çəkinmir. Moskvada kimlərin iqtidarda olması, kimlərin sərəncam verməsindən asılı olmayaraq, bu dövlətin strateji maraqları, geosiyasi məqsədləri dəyişmir. Dünya miqyasında baş verən qlobal əhəmiyyətli proseslərin təsiri altında Rusiya Federasiyasının bir sıra siyasi dairələri bəzi hallarda keçmiş müttəfiq respublikalara özünün itirilmiş mülkləri kimi baxır, onları yenidən öz nüfuz dairəsinə qatmağa çalışırlar. Bu məqsədlə Rusiya iqtidarı MDB, KTMT kimi qurumlar vasitəsilə keçmiş SSRİ məkanında vəziyyəti nəzarətdə saxlamağa, kənar güclərin bura daxil olmasına yol verməməyə çalışır. Bir sıra hallarda buna nail olunmadıqda isə yuxarıda qeyd olunduğu kimi, “əzələ gücü” nümayiş etdirilir, müstəqil siyasət yeritməyə çalışan, onun geosiyasi maraqlarına cavab verməyən tərəfdaş dövlətlərə münasibətdə siyasi təzyiqdən, qondarma qurumları, separatçı qüvvələri dəstəkləməkdən, birbaşa hərbi müdaxilədən belə çəkinmir. Baltikyanı dövlətlərlə hamar olmayan münasibətlər, Ukraynanın, Gürcüstanın və Azərbaycanın ərazi bütövlüyünün pozulmasında Rusiya Federasiyasının birbaşa və ya dolayısı yolla iştirakı dediklərimizə misaldır.
Rusiya Federasiyası eyni zamanda keçmiş Sovet respublikaları ilə yüz illərlə tarixi olan geniş və hərtərəfli ictimai-siyasi və elmi-mədəni əlaqələrə malikdir. O, regionun sosial-iqtisadi inkişafında, bir sıra qlobal və regional problemlərin həll edilməsi yolunda əvəzsiz tərəfdaşdır. Böyük təbii ehtiyatlara malik bu ölkəni öz qonşuları ilə ortaq tarix, mədəniyyət, problemlər, birgə inkişaf perspektivləri bağlayır. Lakin Rusiyanın çox tez-tez özünü büruzə verən böyük dövlətçilik ambisiyaları, tərəfdaşı olan kiçik dövlətlərin geosiyasi maraqlarını nəzərə almaması, öz mövqeyini onlara zorla qəbul etdirmək təşəbbüsləri neqativ nəticələr verir, dostluq və qonşuluq münasibətlərinə kölgə salır. Bu baxımdan Qafqaz regionu da istisnalıq təşkil etmir. Keçmişdə olduğu kimi, günümüzdə də Rusiyanın böyük dövlətçilik ambisiyalarına, hərbi-siyasi elitasının geosiyasi maraqlarına hədəf olan başlıca ərazilərdən biri də Cənubi Qafqazdır. Rusiya rəsmiləri Qafqaza olan iddialarını gizlətmirlər. RF-nin keçmiş Xarici işlər naziri İ.İvanov 2002-ci ilin oktyabrında Moskvada keçirilən Beynəlxalq konfransda həmin iddiaları aşağıdakı kimi xarakterizə etmişdir: “...Rusiya Qafqaz dövlətidir və bu bölgədə təbii mənafeləri vardır (4). Təqribən 300 illik bir zaman kəsiyində bu zəngin və strateji baxımdan oluqca böyük əhəmiyyət kəsb edən diyarı özünün malikanəsi kimi idarə edən Rusiyanın hakim dairələri günümüzdə də burada mövcudluqlarına iddialıdırlar. Şovinist əhval-ruhiyyəli rus ideoloqları yuxarıda deyildiyi kimi, Cənubi Qafqazı “Rusiyanın itirilmiş torpaqları”(1, 5 və b.) hesab edir, hərbi-siyasi dairələr tarixən ruslara məxsus olmayan bu ərazilərə özlərinin “təhlükəsizlik zolağı” kimi baxır, “yaxın xaric”, daha dürüst desək, “həyati zona” hesab edir və bölgədə möhkəmlənmək istəyən digər beynəlxalq güclərin, xüsusilə də ABŞ-ın və Aİ-nin maraqlarının məhdudlaşdırılması üçün bütün potensial təsir vasitələrindən istifadə edirlər.
Hətta, mütərəqqi əhval-ruhiyyəli, sağlam məntiqə və düşüncəyə malik, Cənubi Qafqaz dövlətləri ilə mehriban qonşuluq münasibətlərinin tərəfdarı olan dairələr belə (2, 6 və b.), öz təhlillərində Cənubi Qafqazın Rusiya üçün böyük strateji əhəmiyyətini vurğulamağı unutmurlar: “Qafqaz regionu Rusiya üçün vacib həyati əhəmiyyət kəsb edir, belə ki, Rusiya dövlətindən Kiçik Asiya, İran və Yaxın Şərqə ən qısa çıxış yolları Azərbaycandan keçir”(6).
Bu dairələr sözdə, deklarativ mahiyyətli bəyanatlarda Cənubi Qafqaz dövlətlərinin ərazi bütövlüyünü, suverenliyini tanısalar da, onları özlərinin “strateji tərəfdaşı”, müttəfiqi adlandırsalar da, əslində çarizmdən və kommunist rejimindən miras qalma “ikili standartlar”, “milli-ayrı seçkilik” siyasətlərindən əl çəkə bilmirlər. Rusiya yüz il əvvəl olduğu kimi, günümüzdə də Cənubi Qafqazın üç respublikasına, üç millətinə fərqli prizmalardan baxır və fərqli müstəvilərdə münasibət sərgiləyir.
Tarixdə olduğu kimi, günümüzdə də Rusiya özünün Cənubi Qafqaz siyasətində başlıca olaraq, bu regionda özü kimi avtoxton olmayan, bura qonşu regionlardan köçürüb məskunlaşdırdığı, himayə etdiyi erməni toplumuna arxalanır. Ermənilərsə yüz illər boyu kölgəsinə sığındıqları, sayəsində regionda öz qondarma dövlətlərini yaratdıqları Rusiyaya bir forpost, bir əlaltı olmaqla, qonşu xalqlara qarşı vaxtaşırı olaraq yeni-yeni ambisiyalarla çıxış edir, anneksiya, deportasiya, terror və soyqırım siyasəti yürüdürlər. Günümüzdə Cənubi Qafqazda baş verən dramatik hadisələr bir daha göstərir ki, bir vaxtlar böyük güclərin yaxından dəstəyi ilə tarixi Azərbaycan torpaqlarında qurulan erməni dövləti yüz il öncə olduğu kimi, yenə də müstəqil deyildir. Ermənistanın necə adlanmasından, burada kimlərin iqtidara gəlməsindən asılı olmayaraq, bu ölkə öz intəhasız ambisiyalarının əsiri olması üzündən forpost vəziyyətindən çıxa bilmir. Ona görə də Ermənistan Cənubi Qafqazda bir sıra güclərin geosiyasi maraqlarına xidmət edən, digər qonşu dövlətlərin müstəqil siyasət yeritməsi, dünyaya inteqrasiya etməsi yolunda günümüzdə başlıca əngəldir.
Cənubi Qafqaza özünün geosiyasi maraq dairəsi kimi baxan Rusiya siyasətçiləri, NATO sərhədlərinə yaxın olan bu mühüm strateji məkanı kimsəyə güzəştə getmək fikrində deyil. Burada möhkəmlənmək üçün SSRİ-nin dağılmasından sonra yaranan müstəqil dövlətlərlə yüksək səviyyədə hərbi-siyasi ittifaq bağlamaq lazımdır. Lakin qərbyönümlü siyasət yeridən Gürcüstan və müstəqil siyasət yeridən, dünyaya inteqrasiya olunmaqda israrlı olan Azərbaycan öz ərazilərində Rusiyanın hərbi-siyasi mövcudluğunu istəmirlər. Yalnız özünün bütün tarixi ərzində iri dövlətlərə forpost olmağa alışmış Ermənistan bununla razılaşır. Nəticədə bir sıra ikitərəfli və çoxtərəfli hərbi-siyasi müqavilələrlə, habelə KTMT ilə Rusiyaya bağlı Ermənistanın sərhədləri, habelə hava məkanı rus hərbi qulluqçuları tərəfindən qorunur. Ermənistan ərazisində Rusiyanın hərbi bazaları yerləşir. Ölkə iqtisadi cəhətdən də Rusiyadan asılıdır.
Rusiyanın hakim dairələri bəhs edilən regionda öz hegemon rolunu saxlamaq üçün, ermənilərə istinad etməklə yanaşı, digər separatçı qüvvələri də dəstəkləyir, ikili siyasət yeridir. Abxaziya, Cənubi Osetiya və Dağlıq Qarabağda separatçı hərəkatlar maliyyələşdirilir, silahlandırılır və diplomatik müstəvidə bu və ya digər formada himayə edir. Rusiya iqtidarı bir tərəfdən Gürcüstan və Azərbaycanın ərazi bütövlüyünü tanıması barədə bəyanatlar verir, digər tərəfdən bu yolda başlıca təhlükə olan, separatizmə və terrorizmə rəvac verən, onları dövlət siyasəti səviyyəsinə qaldıran Ermənistana dəstək nümayiş etdirir. Nəticədə terrorçu və işğalçı Ermənistan “Dağlıq Qarabağ” münaqişəsinin beynəlxalq hüquq prinsipləri əsasında həllindən hər vasitə ilə boyun qaçırır, müxtəlif bəhanələrlə problemin həllini uzadır. Rusiya siyasi dairələri də ermənilər kimi münaqişənin tezliklə həllində maraqlı deyillər. Belə ki, münaqişə həll olunarsa və sülh bərqərar olarsa, Rusiyanın regiondakı hərbi-siyasi mövcudluğuna ehtiyac qalmaz. Rusiya təsirindən və təzyiqindən azad olan dövlətlər Qərbə, hətta NATO-ya belə inteqrasiya oluna bilərlər. Bu isə Rusiyanın geosiyasi maraqlarına uyğun gəlmir. Ona lazımdır ki, Ermənistan Qarabağı qaytarmamaq, Azərbaycan isə qaytarmaq üçün asılı olsunlar.
Cənubi Qafqaz regionunda sülhün və sabitliyin olması Rusiyanın hərbi-sənaye kompleksinə də maraqlı gəlmir. Çünki münaqişəyə girən tərəflər Rusiya silah sənayesinin daimi alıcılarıdır. Hərçənd ki, Rusiya iqtidarı dəfələrlə öz strateji müttəfəqi olan təcavüzkar Ermənistana milyardlarla dollar qiyməti olan silah-sürsatı pulsuz olaraq vermiş və ya kreditlə satmışdır. Beləliklə, Rusiya Cənubi Qafqazda status-kvonun saxlanması ilə bir tərəfdən silah və hərbi texnika satışından xeyli miqdar mənfəət əldə edir.
XXI əsrin əvvəllərində olduğu kimi, II onilliyində də RF-nın öz geosiyasi və dövləti maraqları naminə işğalçı və terrorçu erməni dövlətini dəstəkləməsi, onunla iqtisadi-hərbi əməkdaşlığı Rusiya cəmiyyətinin müxtəlif dairələrində birmənalı qarşılanmır. Ümumiyyətlə, XXI əsrin I rübü üçün çoxcəhətli və ziddiyyətli Rusiya-Ermənistan münasibətlərinə baxış məsələsində rus ictimaiyyatinin müxtəlif dairələri fərqli münasibət sərgiləyirlər. Bu baxımdan ermənipərəst siyasi dairələrin, hərbi-sənaye komleksi nümayəndələrinin, oliqarxların və siyasətbazların daxil olduğu hakim elitanın məsələyə münasibəti xüsusilə diqqəti çəkir. Ölkənin hərbi-siyasi gücünü, iqtisadi resurslarını və maliyyə imkanlarını öz əlində cəmləşdirən bu qrup, dövlətin xarici siyasətində erməni amilini lazım bilən, oyuncaq erməni dövlətinə regionda özünün forpostu, “beşinci dəstəsi” kimi baxan, imperiya ambisiyaları ilə çıxış edən, Qarabağ kartından müstəqil Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə edən qüvvələri təmsil edir. Rusiya Federasiyası Dövlət Dumasının MDB məsələləri üzrə Komitəsi sədrinin birinci müavini Konstantin Zatulin, Rusiya Liberal Demokrat Partiyasının lideri, Rusiya Federasiyası Dövlət Dumasının vitse-spikeri Vladimir Jirinovski həmin qüvvələrin təmsilçiləridir. Siyasi dairələrə yaxın olan bəzi kütləvi informasiya orqanlarının nümayəndələri də Azərbaycan Respublikasının ərazi bütövlüyünü qəbul etmir, ermənilərin bu torpaqlara köçürülmə bir toplum olmaları barədə məlum tarixi həqiqətlərə göz yumur, təmsil olunduqları qurumlarda açıq ermənipərəst təbliğat aparırlar. “Rossiya-1” dövlət telekanalının aparıcısı, Vladimir Solvyov bu qəbildəndir. 2018-ci ilin iyununda özünün növbəti proqramında o artıq neçənci dəfə olaraq, antiazərbaycan mövqeyini ortaya qoymuşdur: “Arsax o torpaqlardır ki, orada hər zaman ermənilər olublar” (3).
İkinci qrupa Rusiyanın elmi-mədəni ictimaiyyətinin, ziyalıların böyük bir qismini, sağlam düşüncəli siyasi xadimlərini aid etmək olar. Bunların içərisində ermənilərə layiq olduqları kimi yanaşan, bu ac-yalavac ölkəni Rusiya üçün lazımsız yük hesab edən, Ermənistana Rusiyanın forpostu, sattelti kimi baxanlar az deyildir. Məsələn, 2015-ci ilin 12 yanvarında Ermənistanın Gümrü şəhərində yerləşən 102 saylı rus hərbi bazasının əsgəri Valeri Permyakovun 7 nəfərlik Avetisyanlar ailəsini hamılıqla qətlə yetirməsi bu ölkədə böyük rezonansa sabəb olduğu günlərdə Rusiyanın “Exo Moskva” radiostansiyasının şərhçisi, nüfuzlu jurnalist Yuliya Latınina yanvarın 17-də müəllifi olduğu “Kod dostupa” proqramında həmin dairələrin fikrini ifadə edərək demişdi: “Bizim, Rusiyanın satteliti olan Ermənistan adında bir ölkə var…Ermənistan bizdən heç cür yaxa qurtara bilməz: ölkə Azərbaycandan fərqli olaraq Gömrük İttifaqına üzv olub, aydındır nəyə görə. Çünki balaca və yoxsul Ermənistanın yanında qüdrətli və varlı Azərbaycan var. Jurnalist Dalıq Qarabağ münaqişəsinin həllinin ləngiməsində də dolayısı yolla Rusiyanın xarici siyasətindəki erməni amilini etiraf etmişdi: “Azərbaycanı Dağlıq Qarabağı geri qaytarmaqdan saxlayan yeganə səbəb var-Rusiyanın Ermənistana yardımı”(8). Başqa bir misal. 2018-ci ilin mayında Ermənistanda korrupsiyaya uğramış, terrorçu S.Sarkisyan rejiminə qarşı ümumxalq narazılıqları zəminində xarici güclər tərəfindən təşkil və idarə edilən ixtişaşlar zamanı yenidən anti-rus təbliğatın başlanması, qərbə tərəf üz çevirmək lüzumu barədə hay-küyə rəvac verilməsi Rusiya ictimaiyyətinin nəzərindən qaçmamışdı. Həmin günlərdə “Komsomolskaya pravda” radiostansiyasının efirində tanınmış rusiyalı telejurnalist, “Rosneft” şirkətinin vitse-prezidenti və mətbuat katibi olan Mixail Leontyev bunları bəyan etdi: “Gəlin tam açıq danışaq. Ermənistan tarixən siyasi, fiziki və maddi cəhətdən Rusiya üçün yük olub… Biz qanımızla, həyatımızla, qoşunumuzla, qazımızla, pulumuzla bu xalqı xilas etmişik. Əgər onlar bizdən ayrılmaq istəyirlərsə, onda biz hər şeyə son qoymalıyıq… “Siz, bizdən, Rusiyadan başqa heç kimə lazım deyilsiz. Erməni xalqı istisnasız olaraq bizim sayəmizdə bu gün mövcuddur. Bu xalqın bizi şantaj etmək haqqı yoxdur. Rusiya olmasaydı, fiziki cəhətdən nə Ermənistan olardı, nə də bir erməni” (7).
Rusiyanın ictimai-siyasi mühitinin daha sağlam düşüncəli dairələri, gündən-günə iqtisadi böhran məngənəsində boğulmaqda olan, dərin hərbi-siyasi tənəzzül keçirən, beynəlxalq aləmdə getdikcə təcavüzkar dövlət kimi tanınan Ermənistandansa, regionun digər dövlətləri, ilk növbədə isə qüdrətli və tərəqqi edən, etibarlı tərəfdaş olan Azərbaycanla əməkdaşlıq etmək lüzumunu irəli sürürlər. 2017-ci ilin 14 sentyabrında Moskvada keçirilən, habelə, 2018-ci ilin 1 iyulunda Çocuq Mərcanlı kəndində rusiyalı və azərbaycanlı ekspert və deputatların iştirakı ilə keçirilən “Bakı və Moskva arasında geopolitik ox: Azərbaycan Rusiyanın Cənubi Qafqazda yeganə müttəfiqidir” mövzusunda konfrans bu nəticəyə gəlmişdir ki, tanınmış ictimai xadim Aleksandr Duqinin dediyi kimi, “Avro-Asiya qütbünün formalaşdırılması Azərbaycansız mümkün deyildir” (2).
Saysız-hesabsız sənədlər və materiallar göstərir ki, Azərbaycan Respublikasının 20 min kv km. ərazisinin işğal olunması, bir milyon nəfər sakininin qaçqına və məcburi köçgünə çevrilməsi də məhz Rusiya kommunistləri ilə terrorçu erməni liderlərinin əməkdaşlığı, Rusiyanın silahı və maliyyə yardımı ilə həyata keçirilmişdir. 1992-ci ilin fevralında 366-cı Rusiya motoatıcı alayının birbaşa iştirakı ilə törədilmiş Xocalı faciəsi, Yeltsin hökumətinin işğalçı Ermənistana bir milyard dollarlıq silah verməsi həmin əməkdaşlığın yalnız görünən tərəfləridir. Bu gün imperiya ambisiyalarından əl çəkməyən, keçmiş sovet respublikalarını yenidən müxtəlif yollarla özündən asılı vəziyyətə salmağa çalışan Rusiyanın bir çox siyasi dairələri terrorçu Sarkisyan rejiminin iflasından sonra Nikol Paşinyan administrasiyası ilə əməkdaşlığı davam etdirirlər. Ermənistan kimi cırtdan bir dövlətin BMT, ATƏT kimi beynəlxalq təşkilatların qətnamələrinə məhəl qoymaması, Qarabağ konfliktinin öz ədalətli həllini tapa bilməməsinin səbəblərindən birini də məhz bu əməkdaşlıqda axtarmaq lazımdır. Reallıqsa ondan ibarətdir ki, bugunkü Azərbaycan regionun lider dövlətidir, keçən əsrin 90-cı illərindəki zəif, siyasi cəhətdən pərakəndə Azərbaycan deyildir. Bu gün o, dünyanın hərbi gücünə görə sıralanmada ilk əlliliyə daxil olan, MDB məkanında inkişaf tempinə görə ilk sırada yer alan, iqtisadi baxımdan misilsiz mövqələr qazanan, möhkəm dövlətçiliyi olan bir gücdür. Bu güclə isə həm Rusiya, həm də onun forpostu olan Ermənistan hesablaşmaya bilməzlər.


ƏDƏBİYYAT
1.Широкорад А.Б. Утерянные земли Росси. Отколовшиеся республики. Москва, “Вече” 2007, 496 с.;
2.Александр Дугин: Формирование евразийского полюса невозможно без Азербайджана https: //www. geopolitica.ru/article/nachinaetsya-konferenciya-os-moskva-baku
3.Владимир Соловьев: “Арцах это та земля, где армяне были всегда”. http: //qafqazinfo.az/news/detail/rusiyanin-dovlet-kanalinda-novbeti-antiazerbaycan-cixis-yene-solovyovdan-221476
4.Выступление Министра иностранных дел России И.С.Иванова заключительном пленарном заседании международной конференции “Армяне на рубеже веков и актуальные проблемы международных отношений” / Информационный бюллетень МИД России 09 октября 2002 г./ http://www.mid. ru/press _service/bulletins?p_p_id
5.Затулин К. “Россия не может позволить себе роскошь потери своего действительно последовательного союзника на Кавказе-Армении / http://news armenia.am/news /armenia/ sng1-20070201-41633843/
6.Максим Шевченко: Ось Москва-Баку нуждается в третьем участнике https: //www. geopolitica.ru/article/nachinaetsya-konferenciya-os-moskva-baku
7.Михаил Леонтьев: “Армяне, не омрачайте наши отношения с братским Азербайджаном!” https://haqqin.az/news/128088
8.http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=320403

Açar sözlər: Geosiyasi müstəvi, ikili standartlar, forpost, anneksiya, supergüc, hərbi pakt.
Ключевые слова: Геополитический уровень, двойные стандарты, форпост, аннексия, сверхдержава, военный пакт.
Key words: Geopolitical level, double standards, forpost, annexation, superpower, military pact.

РЕЗЮМЕ
После распада Советского Союза Российская Федерация, считая себя его “законным преемником”, делает ставку на Армению, на свою “форпосту” и “пятую колонну”, тем самым обеспечивая свои геополитические интересы и военно-политическое присутствие на Южном Кавказе. Российские политические круги, вооружающие, финансирующие и покровительствующие это террористическое и оккупационное государство, фактически не выполняют своих международных обязательств и пытаются сохранить “статус-кво” вокруг нагорно-карабахской проблемы. Это справедливо вызывает недовольство у демократических и прогрессивных кругов российского общества. Они призывают власти России отказаться от проведения проармянской политики и поддержки оккупационной Армении.

SUMMARY
After the collapse of the Soviet Union, the Russian Federation, considering itself its "legitimate successor", relies on Armenia, its "outpost" and "fifth column," thereby ensuring its geopolitical interests and military and political presence in the South Caucasus. Russian political circles, arming, financing and patronizing this terrorist and occupying state, do not actually fulfill their international obligations and are trying to preserve the "status quo" around the Nagorno-Karabakh conflict. This justifies discontent among the democratic and progressive circles of Russian society. They urge the Russian authorities to abandon pro-Armenian policy and support to the occupation Armenia.

 

"GEOSTRATEGİYA" jurnalı №05 (47) SENTYABR-OKTYABR 2018



Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM