Azərbaycanın yeni əməkdaşlıq təşəbbüsləri: Prezidentin Belarusa səfərinin üç tarixi özəlliyi

08:55 / 27.11.2018

Dövlət başçısı İlham Əliyevin Belarusa etdiyi beşinci səfər ekspertlərin böyük marağına səbəb olub. Belarus Prezidenti də Azərbaycan rəhbərini səbirsizliklə gözlədiklərini açıq ifadə edib. Prezidentlər apardıqları danışıqlarda çox ciddi məsələləri müzakirə edib, razılıqlar əldə ediblər. İki ölkə arasında müxtəlif sahələri əhatə edən müqavilələr imzalanıb. İlham Əliyev və Aleksandr Lukaşenko birgə bəyanat imzalayıblar. Bunların fonunda ekspertlər Azərbaycan-Belarus münasibətlərini regional və qlobal kontekstdə qiymətləndirməyə çalışırlar. Onlar əmindirlər ki, Bakı ilə Minsk səmimi strateji tərəfdaş olduqlarını bir daha təsdiq etdilər. Bu tendensiyanın daha da inkişaf edəcəyi gözlənilir. Məsələnin bu tərəfi bir sıra geosiyasi faktorlarla bağlıdır. Onların qarşılıqlı əlaqədə təhlili Azərbaycan Prezidentinin Belarusa səfərinin üç tarixi özəlliyindən danışmağa əsas verir.

Tarixi dostluq və müasirlik: Bakı-Minsk əməkdaşlığının başlıca prinsipləri

Minskdə Azərbaycan Prezidentini səbrsizliklə gözləyiblər. Bunu Belarus Prezidenti Aleksandr Lukaşenko açıq deyib. O, əlavə olaraq vurğulayıb ki, Azərbaycan-Belarus əməkdaşlığı heç bir başqa dövlətə qarşı yönəlməyib və iki ölkə arasındakı strateji tərəfdaslıq daimi olacaq. Əlbəttə, bu sözlər hər dövlət barəsində deyilmir. Xüsusilə Ermənistan rəhbərliyinin Belarus hakimiyyətini nələrdəsə günahlandırmağa çalışdığı bir zamanda A.Lukaşenko əsl dost, etibarlı tərəfdaş olduğunu nümayiş etdirib. Eyni zamanda, buradan İlham Əliyevin Belarusa səfərinin üç tarixi özəlliyini də görmək olar.

Öncə deyək ki, məsələnin bu tərəfi geosiyasi aspektdə də olduqca əhəmiyyətlidir. Çünki Ermənistanla Belarus eyni siyasi-hərbi təşkilatdadırlar. Ancaq rəsmi Minsk özündə cəsarət, ədalət və obyektivlik taparaq haqlı olana qarşı çıxmayacağını nümayiş etdirdi.

Bunun bir səbəbi Azərbayan və Belarus dövlət başçılarının bir-birinə böyük hörməti ilə bağlıdır. Digər yandan isə Azərbaycan Cənubi Qafqazda yüksək templərlə inkişaf edən yeganə dövlətdir. Onunla əməkdaşlıqda hər bir ölkə maraqlı ola bilər.

Prezident İlham Əliyevin Minskdə apardığı danışıqlar və imzalanan sənədlərin məzmunu bu tezisi tam təsdiq edir. Azərbaycanla Belarus demək olar ki, bütün sahələrdə – iqtisadi, ticari, nəqliyyat, energetika, hərbi-müdafiə, fövqəladə hallar, ekologiya, birgə istehsalın təşkili sferalarında əməkdaşlığı yeni səviyyəyə yüksəltmək istiqamətində addımlar atıblar. Ekspertlər onların sırasında bir neçə mühüm məqamı ayrıca vurğulayırlar.

İlk növbədə, rəsmi Minskin Azərbaycanın ərazi bütövlüyünü tam dəstəkləməsini və Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları çərçivəsində ədalətli həll edilməsini əsas hesab etməsini qeyd etmək gərəkdir. Bu barədə İlham Əliyev Belarus Prezidenti ilə birgə mətbuata verdiyi bəyanatda konkret fikir ifadə edib.

Azərbaycan Prezidenti vurğulayıb: "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə əlaqədar məsələlər üzrə Belarusun mövqeyinə görə həm öz adımdan, həm də Azərbaycan xalqı adından xüsusi minnətdarlığımı bildirmək istərdim. Birgə Bəyanatda vurğular dəqiq qoyulub və deyilir ki, bu münaqişə Azərbaycanın ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri çərçivəsində beynəlxalq hüquq normalarına uyğun həll edilməlidir. Biz Belarusa həm bizim, həm də bütün region üçün son dərəcə mühüm olan məsələdə belə obyektiv mövqeyinə görə minnətdarıq" (bax: Azərbaycan və Belarus prezidentləri mətbuata birgə bəyanatla çıxış ediblər / AZƏRTAC, 19 noyabr 2018). Bu, Azərbaycan Prezidentinin səfərinin tarixi əhəmiyyətinin birinci tərəfini təşkil edir. Çünki Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Astana sammitindən sonra Belarusun hansı mövqedə olacağı əhəmiyyət daşıyırdı.

Görünür, Ermənistan rəhbərlərini daha çox özündən çıxaran da məhz Belarusun bu məsələdə tutduğu ədalətli mövqedir. Belarus Prezidenti bununla bütün dünyaya konkret mesaj vermiş oldu.

Ermənistan tərəfdən bildirilən digər iradlar daha çox bəhanə xarakterlidir. Çünki Belarus Prezidenti dəfələrlə vurğulayıb ki, Dağlıq Qarabağ münaqişəsində haqlı tərəfi müdafiə edir. Bu tərəf isə Azərbaycandır. Bununla yanaşı, Belarus Prezidenti tarixi olaraq da Azərbaycanla Belarusun bir-birinə bağlı olduğuna işarə verib.

Bu məqamı əsas götürərək hətta Rusiyanın bəzi ekspertləri Prezident A.Lukaşenkonu türkçülükdə ittiham ediblər. Ancaq təbii ki, bunun reallığa heç bir aidiyyəti yoxdur. Belarus Prezidenti əsas olaraq Osmanlı zamanında dövlətlər arasında əlaqələrin inkişafını nəzərdə tutub. Bundan başqa, sovet dönəmində də Belarusla Azərbaycanın münasibətləri yüksək səviyyədə olub. Burada təbii ki, Ulu öndər Heydər Əliyevin yüksək nüfuzu çox ciddi rol oynayıb.

Yeni mərhələ: dövrün tələbinə uyğun birgə inkişaf xətti

İndi Azərbaycan-Belarus münasibətləri qlobal səviyyədə yeni məzmun kəsb edir. Minsk danışıqlarında Azərbaycan Prezidentinin verdiyi təklif bunu əyani təsdiq edir. İlham Əliyev Azərbaycan və Belarus Prezidentlərinin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü zamanı vurğulayıb: "Fikrimcə, bizim gələcək əməkdaşlığımızın əsas istiqamətlərindən biri nəqliyyat sahəsi ilə bağlı olacaq. Siz çıxışınızda "Şimal-Cənub nəqliyyat dəhlizi"ni qeyd etdiniz. Azərbaycan öz ərazisində bu dəhlizin fəaliyyəti ilə əlaqədar bütün işləri başa çatdırıb. İndi biz bu gün xeyli yük daşımağa qabil olan nəqliyyat infrastrukturumuzun daha da modernləşdirilməsi məsələləri ilə məşğuluq. Azərbaycan həm də "Şərq-Qərb nəqliyyat dəhlizi"nin fəal iştirakçısıdır" (bax: Azərbaycan və Belarus prezidentlərinin geniş tərkibdə görüşü olub / AZƏRTAC, 19 noyabr 2018). Bu məqam isə İlham Əliyevin Belarusa səfərinin tarixi əhəmiyyətinin ikinci tərəfini ifadə edir.

Burada İlham Əliyev prinsipial əhəmiyyətli bir geosiyasi məqama toxunub. Azərbaycan beynəlxalq layihələrin aktiv iştirakçısı kimi artıq təşəbbüskar statusunda çıxış edir. Konkret olaraq, Belarusu "Yeni İpək Yolu iqtisadi kəməri" layihəsində daha fəal iştiraka dəvət edir, bunun reallaşma mexanizmini də göstərir. Bu mexanizm "Şimal-Cənub nəqliyyat dəhlizi" ilə "Şərq-Qərb nəqliyyat dəhlizi" arasında əlaqə yaratmaq vasitəsi ilə reallaşa bilər. Belə ki, bu layihələrdən hər hansı birinə üstünlük verib, digərinin kənara qoyulması geosiyasi balansı pozar və qarşılıqlı faydalı əməkdaşlıq prinsipinə zərər verə bilər. Bu səbəbdən Azərbaycan hər iki nəqliyyat dəhlizindən öz təyinatına uyğun səmərəli istifadə etməklə faktiki olaraq regional geosiyasi marşrutların qovşağı statusunda özünü təsdiqləyir.

Bütün bunları nəzərdə tutaraq Azərbaycan Prezidenti bəyan edib: "Düşünürəm ki, bu iki mühüm nəqliyyat marşrutu üzrə ölkələrin fəaliyyətinin əlaqələndirilməsi əməkdaşlıq üçün tamamilə yeni şərait yaradacaq, on minlərlə yeni iş yerinin açılmasına gətirib çıxaracaq, ölkələrimiz arasında yük axınını xeyli artıracaq" (bax: əvvəlki mənbəyə).

Bunların fonunda ekspertlərin də böyük marağına səbəb olan hərbi-texniki sahədəki əməkdaşlıq ayrıca əhəmiyyətli məqam kimi görünür. Minsk birbaşa bəyan edib ki, həmin istiqamətdə Azərbaycanla əməkdaşlıq yüksələn xətlə inkişaf edəcək və kimlərinsə buna qarşı çıxmasının heç bir təsiri yoxdur. Konkret olaraq, Azərbaycanla Belarus arasında hava hücumundan müdafiə silah və texnikasının təchiz olunması sahəsində ikitərəfli qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi haqqında anlaşma memorandumu imzalanıb.

Bu, Azərbaycanın hava məkanının tamamilə müdafiə olunması mənasına gəlir. Əlbəttə, Ermənistan üçün heç də arzuolunan hal deyil. Lakin təcavüzkar bilməlidir ki, Azərbaycan Ordusu qüdrətini daim artıracaq və işğalçını zəbt etdiyi torpaqlardan çıxarmaq üçün bütün imkanlardan istifadə edəcək. Onun qarşısını heç kim kəsə bilməyəcək!

Heç şübhəsiz ki, Prezident İlham Əliyevin Minskə səfərinin çoz uğurlu olmasında yuxarıda vurğulanan məqamların rolu az deyil. Bunlarla yanaşı, Azərbaycanla Belarus arasında kənd təsərrüfatı texnikasının istehsalı sahəsində əməkdaşlığı yeni səviyyəyə qaldırmaq barədə razılığın əldə olunması da ciddi əhəmiyyətə malikdir. O cümlədən bu iki ölkə Türkiyədə birgə traktor istehsalını təşkil etməyə hazırlaşırlar.

Ayrıca olaraq iki ölkənin rabitə və yüksək texnologiyalar sahəsində əməkdaşlıq etməsi barədə sənəd də imzalanıb. Belarus Prezidenti bu hadisəyə böyük əhəmiyyət verir. Doğrudan da, birgə texnika istehsalı Azərbaycanın artıq texnika və texnologiyalar sahəsində də yüksəldiyinin nümunəsidir. Həm də bu proses öncədən beynəlxalq əməkdaşlıq müstəvisində baş verir. Həmin yenilik dövlət başçısının Belarusa səfərinin tarixi əhəmiyyətinin üçüncü tərəfi kimi qiymətləndirilə bilər.

Deməli, Azərbaycan faktiki olaraq yeni böyük əməkdaşlıq modellərini reallaşdırma mərhələsinə qədəm qoyub. Dövlət başçısı İlham Əliyevin Belarusa səfərinin ən maraqlı və əhəmiyyətli tərəflərindən biri məhz bu məqamın öz təsdiqini tapmasından ibarətdir.

Beləliklə, Prezident İlham Əliyev növbəti dəfə Azərbaycan dövlətçiliyi üçün olduqca böyük əhəmiyyəti olan bir səfər edib. Belarus-Azərbaycan əməkdaşlığı həm ikitərəfli əlaqələrin, həm də beynəlxalq miqyasda səmərəli əməkdaşlıq formatlarının inkişafı aspektində ciddi bir irəliləyişə nail olub. Bütün dünya bu prosesin Azərbaycanın xarici siyasət kursunun prioritet məqsədlərinə və beynəlxalq hüquq normalarına tam uyğun olması şərti ilə getdiyinin bir daha şahidi oldu.

Newtimes.az


Etiket:

Strategiya.az

Xəbərlər
26.05.2019

Rusiyalı gimnast Bakıda aerobika gimnastikası üzrə 11-ci Avropa Çempionatında gənclər arasında fərdi proqramda qızıl medal qazanıb

26.05.2019

Kann festivalının “Qızıl Palma” mükafatının qalibi bəlli olub

26.05.2019

Fatih Terim daha 5 il "Qalatasaray"da - rəsmi

26.05.2019

Nəsimi rayonunda mənzildə 60 yaşlı kişinin meyiti tapılıb

26.05.2019

Donald Tramp bazar günü Şinzo Abe ilə qolf oynayacaq, sumo turnirinə qatılacaq

26.05.2019

Bu gün 21 ölkədə Avropa Parlamentinə seçkilər keçirilir

26.05.2019

Fuad Poladovun heç yerdə görmədiyiniz fotoları

26.05.2019

Atəşkəs rejimi 19 dəfə pozulub

26.05.2019

"Şərq tərəfdaşlığı"nın yubiley sammiti: Azərbaycanla bağlı yalan informasiyaların mənbəyi

26.05.2019

"Bavariya" Almaniya kubokunun qalibi olub

26.05.2019

Bu gün rus bölməsi "Azərbaycan dili" fənnindən imtahan verir

26.05.2019

Güclü külək Qubada və Qusarda ciddi fəsadlar törədib

26.05.2019

Atletika üzrə paytaxt birinciliyinə yekun vurulub

26.05.2019

Bu gün magistraturaya qəbul imtahanının növbəti mərhələsi keçirilir

26.05.2019

Ramazanın 21-ci günü: dua, imsak və iftar vaxtı

26.05.2019

Əli Həsənov: “Azərbaycan-İsrail strateji münasibətləri bütün regionda sülhə və təhlükəsizliyə xidmət edir”

25.05.2019

“Qadın güldür, bacarsan güldür” 

25.05.2019

Heydər Əliyev Fondu son anda şəhid atasının harayına çatdı

25.05.2019

Mayın 25-30-da bu şəxslər ictimai nəqliyyatdan ödənişsiz istifadə edəcək

25.05.2019

XƏBƏRDARLIQ! Azərbaycanın bəzi ərazilərinə yenidən dolu düşəcək

25.05.2019

 Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

25.05.2019

İstanbulda 28 May Respublika günü və Azərbaycan XİN-in 100 illiyi qeyd olunub

25.05.2019

Heydər Əliyev Mərkəzində “Tarixin şah əsərləri” sərgisi açılacaq

25.05.2019

“Azeri Light”ın bir barreli 70,95 dollara satılır

25.05.2019

Salyanda yol-nəqliyyat hadisəsi nəticəsində iki nəfər xəsarət alıb

25.05.2019

Cinayət törətməkdə şübhəli bilinən 42 nəfər saxlanılıb

25.05.2019

Bakıda kafe sahibi qətlə yetirildi

25.05.2019

Avtomobili olanlar DİQQƏTLİ OLUN: Etibarnamə qaydası elə olacaq

25.05.2019

Bakıda binanın zirzəmisində öldürülmüş kişi meyiti tapılıb

25.05.2019

Xərçəngin geniş yayılmasının səbəbi tapıldı

25.05.2019

Neftin qiyməti bahalaşıb

25.05.2019

İsmayıllıda avtomobil ustaları emalatxanalarında heroinlə tutuldular

25.05.2019

Türkiyədə 4 terrorçu zərərsizləşdirilib

25.05.2019

Heydər Əliyev Fondu növbəti iftar süfrəsini Ağsuda açıb

25.05.2019

Qardaşlaşan məktəblər və yaxud Məclis Məktəbinin işıqları

25.05.2019

Birinci Dünya müharibəsinə aid qəbiristanlıqda motokros yarışları üçün salınan yol narazılıq yaradıb

25.05.2019

UEFA prezidentindən Bakıdakı finala dəstək

25.05.2019

Binəqədidə doqquzmərtəbəli yaşayış binası yanıb

25.05.2019

Cəbhədə son vəziyyət

25.05.2019

"Qafqazda Azərbaycan və erməni məsələsi" kitabının müzakirəsi keçirilib

25.05.2019

Dollar 3 gün bu qiymətə olacaq 

25.05.2019

Lyonda partlayış nəticəsində yaralananların sayı 13-ə çatıb

25.05.2019

Avtomobilin salonunda 3 yandırılmış meyit tapılıb

25.05.2019

Şenol Günəş "Beşiktaş"dan ayrıldı

25.05.2019

AZƏRBAYCANIN SƏNAYE MÜƏSSİSƏLƏRİNDƏ MARKALAŞMA PROSESİNİN MÖVCUD VƏZİYYƏTİ VƏ ONUN TƏKMİLLƏŞDİRİLMƏSİ İSTİQAMƏTLƏRİ

24.05.2019

Ramazanın 20-ci gününün duası, imsak və iftar vaxtı

24.05.2019

Bakıda 2 dost küçədə tanışları tərəfindən qarət olundu

24.05.2019

Azərbaycanın BMT yanında daimi nümayəndəsi Təhlükəsizlik Şurasında silahlı münaqişələr zamanı  mülki şəxslərin müdafiəsindən danışıb

24.05.2019

QAYĞIKEŞ HƏKİM VƏ MÜƏLLİMİN ÖMÜR YOLU . . .

24.05.2019

Silahlı Qüvvələrin genişmiqyaslı əməliyyat-taktiki təlimlərinin yekunları müzakirə olunub