İNFORMASİYA TEXNOLOGİYALARININ SİYASİ PROSESLƏRƏ TƏSİRİ

09:21 / 27.11.2018

Vüqar Hüseynov
Azərbaycan Respublikası Müdafiə Nazirliyi

İctimai hakimiyyət sahəsində müxtəlif ideologiyaların, hisslərin, dəyərlərin, simvolların, doktrinaların, rəsmi normaların və bu normalardan fərqlənən müxtəlif aktorlar tərəfindən verilən qiymətləndirmələrin və irəli sürülən fikirlərin formalaşması və mövcudluğu xüsusi siyasi prosesi təşkil edir. Siyasi subyektlər tərəfindən məlumatların ötürülməsi və mübadiləsi vasitəsilə qarşı tərəflərə öz mövcudluğunu bildirilməsi və onlarla zəruri kontakt və əlaqələrin yaradılması bu siyasi prosesin mahiyyətini təşkil edir. Bu əlaqələr onlara fərqli siyasi rollarda iştirak etməyə imkan verir. Beləliklə, məlumatları daha da tez mübadilə etmək qabiliyyətinə malik olan subyektlərin öz istəyinə nail olmaq ehtimalı daha da yüksəkdir. Bundan ötrü isə o, məhz informasiya texnologiyalarından mümkün qədər çox istifadə etməlidir.
Lakin, bütün mövcud və mübadilə olunan məlumatlar siyasət aləmində fəaliyyət göstərən və siyasi proseslərə cəlb olunan insanlar üçün eyni dərəcəyə malik deyildilər. Xüsusilə, dövlət hakimiyyəti sahəsində zəruri qərarların hazırlanması və qəbulu, və ya öz funksiyalarının icrası, həmçinin digər müvafiq fəaliyyətin həyata keçirilməsi üçün siyasətçilər tərəfindən müxtəlif məlumatlar axınından seçilən məlumatlar siyasi informasiya adlanır. Bu mənada informasiya istənilən siyasi subyektin fəaliyyətinin ilk şərti və eyni zamanda öz məqsədlərinə nail olunması naminə siyasi sahədə effektiv qarşılıqlı təsir göstərmək imkanı verən mühüm əhəmiyyət kəsb edən resurs qismində çıxış edir. Zəruri informasiyanın olub-olmaması səbəbindən siyasi subyekt hakimiyyəti, təsir etmək qabiliyyətini və ya siyasi sahədə öz maraqlarını həyata keçirmək imkanını itirə bilər. Beləliklə, siyasi sahədə fəaliyyət göstərən, siyasi proseslərə cəlb olunan, siyasi fəaliyyətlə məşğul olan və hakimiyyətə təsir göstərmək marağında olan istənilən subyektin ilk və vacib məqsədlərindən biri məhz zəruri informasiyanı əldə etməkdir. Əlbəttə, bu məqsədə müvəffəqiyyətlə nail olmaq üçün ilk növbədə informasiya texnologiyaların rolu böyükdür.
Demokratik cəmiyyətin inkişafının bütün mərhələlərində informasiyanı əldə etmək, işləmək və çatdırmaq qabiliyyəti mühüm rol oynamışdır. Yaşadığımız informasiya dövründə bu qabiliyyətin əhəmiyyəti daha da artır. İstənilən dövlətdə məlumatların ötürülməsi müəyyən texniki vasitələrin istifadəsini nəzərdə tutur, bu səbəbdən də informasiya prosesləri özündə müvafiq təşkilati-struktur komponentlərini daxil edir. İlk növbədə, bu strukturlara informasiyanı yayan (translyasiya edən) texniki kanalları, həmçinin informasiyanı nəinki ötürmək və ayırd etmək, hətta toplamaq, nəzarət etmək, qorumaq və mühafizə etmək qabiliyyətinə malik strukturları da aid etmək lazımdır. İnformasiya texnologiyalarının inkişafını və kiber cinayətlərin yayılmasını nəzərə alaraq, sözügedən strukturların xarici müdaxilədən qorunması – müvafiq cavabdeh qurumların ilk vacib vəzifələrindəndir.
Müasir informasiya texnologiyaları insanların yaşama tərzini əhəmiyyətli dərəcədə dəyişdirir, iş proseslərinin və proseduraların, həmçinin cəmiyyətin müxtəlif sahələrinin təşkilinin mahiyyətinə təsir göstərir. Cəmiyyətin inkişaf səviyyəsinin qiymətləndirilməsi üçün istifadə olunan yeni meyarlar meydana çıxır: hər insan üçün informasiya mənbələrinin sayı, internet xidmətlərin əlçatanlığı, internet şəbəkəsinin yayılması və dövləti əhatə etmə sürəti, kompüter və internet sahəsində peşəkar insanların sayı və s.
Kütləvi İnformasiya Vasitələrinin (KİV), xüsusən də televiziyanın, internet xidmətlərinin və müasir informasiya texnologıyalarının siyasətdə oynadığı rol birmənalı qiymətləndirilə bilməz. KİV-lər, televiziya, internet informasiya texnologiyaları ilə birlikdə – müəyyən dövlətdə və ya dünyanın istənilən ölkəsində baş verən hadisə və proseslər barədə yerli əhalinin məlumatlandırılması, cəmiyyətdə müəyyən fikrin yaradılması və baş vermiş hadisələrə siyasi qiymətləndirmənin verilməsi üçün təyin olunan mürəkkəb və çox şaxəli institutdur. Burada xüsusi diqqət istifadə olunan informasiya texnologiyalarına verilməlidir, çünki məhz onlar bir çox müxtəlif tapşırıqların həyata keçirilməsində mühüm rol oynayırlar.
İnformasiya texnologiyalarının siyasi prosesə, cəmiyyətin həyatına və hər birimizə necə təsir göstərməsi sualı müasir cəmiyyətinin əksəriyyətini maraqlandırır. İnformasiyanın sosial cəmiyyətə necə təsir göstərməsi hələ də birmənalı olaraq məlum deyil. Keçmişdə insana, cəmiyyətə və siyasi proseslərə qəzet və jurnalların, çap olunmuş ədəbiyyatın təsiri sözsüz idi. Radionun kəşfindən sonra texniki vasitələrə daha da üstünlüyün verilməsi başlamışdır. Televiziya və internet meydana gəldikdən sonra isə, cəmiyyətdə kütləvi şəkildə fikir yaratmaq, amil və meyllərə təsir göstərmək, siyasi prosesləri idarə etmək sahəsində televiziyanın və internetin ən vacib vasitələr olması aydındır. Hələ 1927-ci ildə məşhur amerikalı politoloq, müasir politologiyanın banilərdən biri H. Lassuell KİV-rin dörd əsas funksiyasını müəyyən etmişdir: dünyanı müşahidə etmək (informasiyanın toplanması və yayılması); redaktə funksiyası (informasiyanın seçilməsi və şərh edilməsi); ictimai fikrin yaradılması; mədəniyyətin yayılması [1]. Eyni zamanda isə, bu alətlərin bütün imkanları hələ də tamamilə öyrənilməyib [2].
Son onilliyin hadisələri dünyanın bir çox ölkələrinin cəmiyyətlərinin siyasi həyata aktiv şəkildə cəlb olunmasını, vətəndaşların siyasi iştirakı səviyyəsinin kəskin surətdə artmasını göstərmişdir. İnsan kütləsinin siyasətə qarışmasının səbəbləri və nəticələri fərqli və birmənalı deyil. Lakin hətta səthi təhlil cəmiyyətin kütlə şəklində aktivləşməsində müasir kommunikasiya vasitələrinin və ilk növbədə internet və informasiya texnologiyalarının mühüm rol oynamasını göstərir. Siyasi prosesdə internetin rolu haqqında müzakirələrin aparılması zamanı insanların əksəriyyəti bu alətlə öz ümidlərini bağlayır, çünki informasiya texnologiyaları vaxt və məkan məhdudiyyətlərini pozaraq insanların istədiyinə daha da tez nail olmasına kömək edir [3], lakin, eyni zamanda, bu texnologiyalar insanları bir-birindən təcrid edərək bilavasitə ictimai iştirakdan məhrum edir.
“Həqiqi demokratiya” ideyası kiber-mədəniyyətdə, daha doğru desək, internet məkanını öz maraqlarında istifadə edən siyasi texnoloqlar tərəfindən yaradılmış informasiya-mədəniyyət məkanında kök atmışdır. Sözsüz ki, xüsusi məqsədlərlə yaradılmış və siyasətlə məşğul olan kompaniyalar siyasi informasiyaların yayılması üçün İT-texnologiyaları yetərli qədər istifadə edirlər. Lakin, siyasi proseslə əlaqəli olan bir çox məsələləri kompüter proqramları və ya texnologiyalar ilə tamamilə əvəz etmək hələ ki mümkün deyil. Məsələn, qanunvericilik sahəsində xüsusi tədqiqatların aparılması, siyasi gündəmin yaradılması, koalisiya və ittifaqların yaradılması və s. təsadüfi deyil ki, bu funksiyalar siyasi vasitəçilər qismində iştirak edən insan və təşkilatlar tərəfindən yerinə yetirilir. Vasitəçi qismində fərdlər, maraq əsasında yaranmış qruplar, təşkilatlar, partiyalar və s. çıxış edə bilər. Müasir texnologiyalar məlumatı ani şəkildə dünyanın istənilən nöqtəsinə çatdırmaq qabiliyyətinə malikdirlər, lakin yuxarıda göstərilən vasitəçilər olmadığı təqdirdə bütün səylər müvəffəqiyyətsiz olardı [4].
Siyasi sistemlərin inkişafının müasir təcrübəsi sənaye sektorunun inkişaf etmiş ölkələrdə texniki vasitələrin, o cümlədən informasiya texnologiyalarının siyasi proseslərin təşkilində rolunun artırılması meyllərini göstərir. Bu meyllər daha da çox səsvermə prosesində əlavə texniki imkanların meydana gəlməsi (məsələn, interaktiv əlaqə elektron sistemləri), KİV-nin siyasi prosesdə rolunun və əhəmiyyətinin artırılması, dövlət idarəçilik sistemində ənənəvi iyerarxik əlaqələrin kəsilməsi və nisbətən aşağı səviyyəli strukturların müstəqilliyinin artırılması kimi sahələrdə müşahidə olunur. Lakin, bu amillər – sadəcə hakimiyyət institutlarının və subyektlərin fəaliyyət tərzlərinin təkmilləşdirilməsi üçün əlavə vasitədir, çünki meydana çıxan yeni informasiya texnologiyaları müxtəlif qrupların öz siyasi maraqlarının, onların arasındakı mübahisə və ziddiyyətlərin, o cümlədən ictimai vasitəçilər şəbəkəsinin aparıcı rolunu heç də aradan qaldırmır.
Məntiqlə, “elektron demokratiya” adlanan konsepsiya demokratik rejimlər təcrübəsində öz təsdiqini tapmır, çünki demokratik quruluşa malik dövlətlərdə geniş ictimai vasitəçilər şəbəkəsi mövcuddur. Sivil cəmiyyətin müxtəlif strukturları, siyasi partiyalar, ictimai təşkilatlar, kütləvi informasiya vasitələri müasir dövrdə heç də öz təsir etmə imkanını itirməmiş və itirmək arzusunda da deyildilər. Əksinə, sadalanan qruplar həm öz gündəlik həyatında, həm də ən intensiv siyasi proseslərin gedişində (məsələn, seçkilər, referendumlar, müxtəlif səsvermələr zamanı) təbliğat məqsədilə internetdən geniş istifadə edirlər. Vahid maraqlar əsasında təşkil olunan ənənəvi qruplar öz tərəfdarlarını elektron kommunikasiyalara cəlb etməklə hətta internet dövründə siyasi həyatının əsas oyunçuları rolunda qalırlar. Siyasi məlumatların həcminin hədsiz artması şəraitində siyasi vasitəçilərin əhəmiyyəti heç də aşağı düşə bilməz, çünki məhz onlar nüfuzlu ekspertlərə çevrilirlər və onların rəyinə cəmiyyətin bir çox dairələri etibar edir [5].
Lakin, virtual əsasda yaranan qruplar (cəmiyyətlər) sosial qarşılıqlı əlaqələrin yaradılması üçün möhkəm bünövrəni təşkil etmir. Elektron demokratiya vətəndaşların əksəriyyətindən aktiv siyasi mövqe tələb edir, bu isə müasir həyatının əsas meyllərdən biri olan – vətəndaşların siyasi aktivliyinin səviyyəsinin aşağı düşməsi meylinə – ziddir. Yeni informasiya texnologiyaları vasitəsilə siyasi məlumatları asanlıqla əldə etmək və öz fikrini azad söyləmək imkanı nəyinki aktiv siyasi həyata stimul yaratmır, hətta qorxudur. Cəmiyyətdə informasiya-kommunikasiya imkanlarının artması vətəndaşlarda siyasətə qarşı etibarsızlıq yaratmış və marağın itirilməsinə səbəb olmuşdur [6]. Digər aşkar nümunə 2011-ci ilin əvvəlində Misirdə və Tunisdə baş vermiş hadısələrdir. Bu hadısələr hər iki ölkənin prezidentinin istefasına səbəb olmuş və həmçinin digər qonşu ölkələrdə analoji hadisələrin baş verməsinə, ölkə vətəndaşlarının siyasi rəhbərlərinə etibarın itirilməsinə və kütləvi şəkildə asayışın pozulmasına gətirib-çıxarmışdır. Qısa müddət ərzində çoxalmış informasiyanın həcmi insanları daha da bilikli və məlumatlı olmasına, o cümlədən hadisələri daha da dərindən anlamasına gətirmir, çünki informasiyanın miqyası, mürəkkəbliyi və böyük həcmliliyi vətəndaşlara daha da böyük tələbləri irəli sürür [7]. Bununla yanaşı, demokratik rejimlərin formal legitimliyinin pozulması baş verir [8].
İnformasiya texnologiyalarının yayılması müəyyən problemli məsələlərin ortaya çıxmasına səbəb oldu. Beləliklə, bu gün siyasi aləmdə, xüsusilə də İT-texnoloqlar mühitində bir maraqlı fikir yayılıb: “Həqiqi demokratiya” nəyinki insanlara evdən çıxmayaraq səsverməyə qoşulmaq imkanını verəcək, hətta interneti istifadə etməklə öz iradəsini bildirilməsi ilə əlaqəli olan bir çox məsələni həll etmək üçün şərait yaradacaq. Lakin, yadda saxlamaq lazımdır ki, hətta ənənəvi səsvermə zamanı seçki məntəqələrində seçki kabinaları və əllə doldurulan bülletenlər vasitəsilə keçirilən səsvermə prosesinin saxtalaşdırılmamasına, seçiciləri isə öz səslərini müəyyən namizədə verməyə məcbur etməməsinə əmin olmaq olmaz [9].
Bu məsələ ilə əlaqəli bir nümunə gətirmək olar. 2009-cu ilin mart ayının 1-də Rusiyada fəaliyyət göstərən “Rusiya Federasiyasının subyektlərində vahid səsvermə günü” adlı İnformasiya mərkəzinin fəaliyyəti çərçivəsində eksperiment keçirilmişdir. Eksperimentin gedişində seçicilər internet şəbəkəsi vasitəsilə səsverməyə cəlb olunmuşdur. Eksperimentin sonunda səsverməni təmin edən sistemə qeyri-qanuni daxilolma səyləri barədə məlumat açıqlanmışdır. Məlum olmuşdur ki, eksperimentin gedişində həmin sistemə 270 mindən çox hücum qeydə alınmış, onların sırasında isə 212 min hücum potensial təhlükə təşkil etmişdir. Cinayətkarlar tərəfindən müdafiə sistemini sındırmaq naminə 746 dəfə cəhd qeydə alınmışdır [10].
Müasir elektron səsvermə sistemlərində təhlükəsizlik tədbirlərinin tam şəkildə yerinə yetirilməməsi, o cümlədən icazə verilmədən sistem administratorlarının səlahiyyətlərinin genişləndirilməsi, şifrələmənin düzgün tətbiq olunmaması, şəbəkələrdə zəifliklərin olması, proqram təminatının zəif inkişafı kimi problemlərin mövcudluğu haqqında tez-tez fikirlər söylənir. Bununla yanaşı, sistemə qulluq göstərən heyət (seçki məntəqələrinin işçiləri, proqramçılar və s.) tərəfindən sistemə müdaxilə olunma ehtimalı var. Bu müdaxilələr nəyin ki, fərdi səsvermənin nəticələrini dəyişdirə, hətta seçicinin təhlükəsizliyinin zəmanətini təmin edən səsvermə anonimliyini poza bilər və səslərin qeyri-qanuni yolla əldə etmək imkanını yarada bilər. Beləliklə, internet vasitəsilə səsvermə zamanı seçicilərin məlumat bazalarına qanunsuz daxilolma və manipulyasiyalar nəticəsində bəzi seçicilər öz səslərini vermək imkanından məhrum ola bilər.
Yuxarıda qeyd olunduğu kimi, proqram təminatının müəyyən tələblərə cavab verməməsi problemli məsələlərdən biridir. Proqram təminatı səsvermə texnologiyasına və səsvermənin nəticələrinin hesablama prosesinə olan tələblərə ciddi şəkildə uyğun olmalıdır ki, bu da səsvermənin şəffaflığının artırılmasına, nəticələrin çıxarılmasının operativliyinə, səslərin hesablanması zamanı səhvlərə yol verilməməsinə və seçki məntəqələrində səsvermənin nəticələrinin saxtalaşdırılmamasına gətirib-çıxarar [11]. Bütün bunlar seçicilərdə seçkilərə olan etibarın artırılması üçün şərait yaradacaq [12]. Təəssüf ki, sadalanan problemləri İT-texnoloqlarının əksəriyyəti dərk etmir, çünki onlar “səsvermə” anlayışını yalnız texniki nöqteyi-nəzərdən müəyyən edir, digər problemlər isə onlar üçün aydın deyil və əhəmiyyət kəsb etmir [13].
Ənənəvi KİV-lə müqayisədə sözsüz ki internet bir neçə kommunikativ üstünlüklərə malikdir. İnternet istifadəçiləri qlobal informasiyaya birbaşa çıxışa malik olaraq fəal interaktiv ünsiyyəti və dialoqu qura bilərlər. İnternet informasiyanın əldə edilməsi və ünsiyyətin yaradılması üçün keçmişdə görünməmiş və mümkün olmayan sürəti və ucuzluğu təmin edir. İnformasiyanın yayılma sürəti bir çox ənənəvi KİV-nin öz çap olunmuş nəşrlərinin onlayn versiyalarının yaradılmasına məcbur edib. Dövlət, ticarət və digər ittifaqlar və təşkilatlar isə Dünya Şəbəkəsində özlərini təmsil etməyə can atır və öz fəaliyyətlərini daha da böyük həcmdə təşkil edirlər. Əlbəttə, internet əhalinin məlumatlandırılması üçün imkanlar verməklə yanaşı, yalan məlumatların və dezinformasiyanın yayılması üçün də şərait yaradır və eyni zamanda həm qanuna riayət edən vətəndaşlara, həm də cinayətkar və terrorçulara eyni dərəcədə əlçatandır. İnternet vasitəsilə vətəndaşlarla hakimiyyətin yaxınlığını təmin edəcək ideya həmçinin şübhəlidir. İctimai ideal qismində Kiber məkan konsepsiyası yalnız texnologiyalara şamil edilir, internetə peşəkar yanaşma isə onun yalnız “vasitəçilik xidmətlərini” göstərərək bu sahədəki mövcud vəziyyəti dəyişdirə biləcəyi barədə geniş yayılmış və standart düşüncəni əks etdirir. “Vasitəçilik xidmətləri” anlayışı bir çox insanın sosial təsəvvüründə mərkəzi yer tutmağa başlayıb [14]. Onların fikrincə, kompüter nəzəri olaraq siyasi institutların, kommersiya fəaliyyətinin, ali təhsilin, tibbin və s. dəyişilməsini təmin etməlidir [15]. Müasir menecment nəzəriyyəsinin banilərindən biri, görkəmli amerikalı iqtisadçı Piter Druker orta təbəqə menecerlərin kommunikativ funksiyası nümunəsində bu hadisəni izah etməyə çalışmışdır. Belə ki, sözügedən menecerlərin əsas vəzifəsi və işi məlumatın yuxarıdan aşağı və əks istiqamətdə göndərilməsindən ibarətdir. Lakin, yaxşı təşkil olunmuş kompüter şəbəkələrinin iyerarxiyası bu menecerləri əvəz edə bilər, informasiya texnologiyaları isə öz imkanları və müstəqil fəaliyyətləri sayəsində bütün dünyaya əhəmiyyətli “effekt” göstərə bilər. Məhz həmin bu ideyalar İT personalının texniki heyəti arasında daha da geniş yayılıb [16].
Buna baxmayaraq, “vasitəçilik” missiyalarının gizli tərəfləri də vardır və onları bilmək vacibdir. İnformasiya texnologiyalarının əhəmiyyətli sosial dəyişikliklərdə iştirak etməsinə heç kəs şübhə etmir. Lakin bu iştirak digər amillərlə qarşılıqlı ünsiyyətdən asılı olaraq fərlidir. İT texnologiyalarının “vasitəçilik” missiyası tamamilə fərqli və daha da əhəmiyyətli effektə malikdir, çünki məhz onlar insanlara keçmişdə gördüyü işlərə nisbətən xeyli böyük həcmli və yüksək keyfiyyətli işləri görməyə imkan verir, bəzi sahələrdə insanların imkanlarını dəfələrlə çoxaldırlar. Ancaq bu məsələ sonrakı tədqiqatları tələb edir ki, bu da İT texnologiyalarının siyasi prosesdə rolunu daha da aydın anlamasına gətirib-çıxarar [17].
Məsələn, elektron poçt sənədin, məlumatın və ya kollektiv məktubun hazırlanmasını və operativ razılaşdırılmasını asanlaşdırır. Bu fəaliyyətin iştirakçıları canlı rejimdə təqdim olunan layihə ilə öz razılığını və ya razı olmadığını bildirmək imkanına malikdir. Belə təcrübə davamlı olaraq geniş yayılır və bununla da gündəlik siyasi fəaliyyətdə iştirak edən insanların sayının artırılması üçün potensial yaradır. Bundan başqa, bir sıra ölkələrdə (Almaniya, Danimarka, ABŞ, Kanada və s.) bir neçə ildir ki referendumlar və ictimai dinləmələr canlı rejimdə müvəffəqiyyətlə həyata keçirilir.
Lakin, bu işlərin keyfiyyət göstəriciləri dəyişilməyib. Yəni, müəyyən maraqlar əsasında təşkil olunan qruplar, onların koalisiyaları, koalisiyaların iştirakçıları və ümumiyyətlə insanları cəlb edən şəxslər öz əhəmiyyətini itirmədən fəaliyyətlərini davam etdirirlər. İT texnologiyalar bunun üçün geniş imkanlar yaradır, bu tədbirləri əhəmiyyətli dərəcədə sürətləndirir, onların tətbiq olunma sahəsini genişləndirir və onlar haqqında cəmiyyətdə məlumatlandırmanın miqyasını əhəmiyyətli dərəcədə artırır. Bütün bunlar internetin tətbiqi ilə mümkündür [18]. Bu fenomenin əhəmiyyətli aspektlərindən biri – siyasi prosesin qloballaşmasında internetin gözəçarpan roludur. Məsələn, hətta qlobal miqyasda müəyyən maraq əsasında təşkil olunmuş qrupların yaranması (ekoloji qruplar, biznes strukturlar, xakerlər qrupları, terrorçu və ekstremist təşkilatlar, cinayət cəmiyyətlər və s.) və bu qrupların bir neçə ölkədə uzlaşdırılmış fəaliyyətinin aparılması məlumdur [16]. Lakin, internetə və onun siyasi prosesinin qlobalaşmasında oynadığı rola birmənalı baxmaq olmaz, çünki qloballaşma olduqca çox böyük hadisədir, internet isə - qloballaşma prosesini genişləndirən qloballaşmanın ayrılmaz tərkib hissəsidir.
Fiziki şəxslərin şəxsi məlumat bazalarının istifadəsini, vətəndaşların siyasi meylləri haqqında məlumatların avtomatlaşdırılmış işlənilməsini və nəticədə onları maraqlandıran məsələlərin müəyyən edilməsini siyasi kampaniyaların aparılması çərçivəsində informasiya texnologiyalarının tətbiqi nümunəsi kimi göstərmək olar. Belə məlumat bazaları adətən potensial seçicilərə materialların göndərilməsi üçün istifadə olunur. Müəyyən materialları göndərməklə, seçicilər tərəfindən gələcəkdə ediləcək seçim prioritetləri haqqında təxmini məlumatın toplanılması mümkündür [15]. Lakin, buna oxşar üsullar İT texnologiyaları meydana gəlmədən də əvvəl mövcud idi, sadəcə informasiya texnologiyaları bu prosesi daha da effektiv və ucuz başa gələn edir. İnformasiya texnologiyalarının bu keyfiyyətləri onların siyasi prosesdə tətbiqini izah edir [19].
Tam əminliklə demək olar ki, internet meydana gəldikdən sonra siyasi proseslərin ayrılmaz hissəsi olan kollektiv idrak prosesi cəmiyyət üçün daha da aydın görünən oldu. Nümunə kimi onlayn müzakirə qruplarının mövcudluğunu gətirmək olar. Bu qrupların üzvləri vahid maraq əsasında birləşir, onlar qarşılıqlı suallara cavab verir, müəyyən məsələləri dəqiqləşdirir, xəbərlərlə bölüşürlər. Fərqli maraqların müxtəlifliyinə baxmayaraq, internet həmin insanlara birlikdə fəaliyyət göstərmək üçün şərait yaradır. İnternetin digər xüsusiyyəti qlobal ictimai təşkilatların yaranmasında böyük əhəmiyyətə malikdir [20] olmasıdır.
Bu tədbirlər “kiber-məkan” adlanan mühitdə daha çox inkişaf olunur. Kiber-məkan real dünyadan keyfiyyətcə çox fərqlidir. Lakin, internet – öz-özünə və ya planlı şəkildə yaradılmış, insan tarixi boyunca meydana gəlmiş və insanların niyyətlərini birləşdirmək məqsədini daşıyan sadəcə sosial mexanizmlərdən biridir. İnternetin təsirinin düzgün qiymətləndirilməsi üçün onun bütün digər mexanizmlərlə qarşılıqlı əlaqəsinin mahiyyətinin başa düşülməsi vacibdir.
İnternetin cəmiyyətdə rolu haqqında müzakirələrdə tez-tez bir maraqlı fikir səslənir: utopik nəzəriyyəsinə zidd olaraq, internet vasitəsilə maraqsız, məlumatsız, etinasız insanların maraqlanan, məlumatlı, aktiv kiber-vətəndaşlara çevrilməsi mümkündür [6]. Lakin, sosioloji sorğular informasiya texnologiyalarının vətəndaşların siyasi passivliyinin artırılmasına səbəb olmasını göstərirlər. Şəbəkəli KİV-nin öz gəlirlərini artırmaq istəyi onların daha çox əyləndirici resurslara üstünlük verməsinə səbəb olur. Digər tərəfdən isə, informasiya həcminin əhəmiyyətli dərəcədə böyüməsi vətəndaşların məlumatlığını heç də mütləq artırmalı və ya baş verən hadisələri daha da dərindən düşünmək imkanı verməli deyil. İnformasiyanın miqyası, mürəkkəbliyi və böyük həcmi vətəndaşların hazırlıq səviyyəsinə və bacarıqlarına daha da ciddi tələbləri təqdim edir [11].
İnternet bəzi sosial prosesləri görməyə kömək edir və sivil cəmiyyət haqqında bizim anlamımızı dəyişdirir. Lakin, indiki mərhələdə internet sayəsində baş verən müxtəlif dəyişikliklərin ölçüləri, sayı və istiqaməti haqqında nəticələri çıxarmaq erkən və çətindir. Buna baxmayaraq, birmənalı demək olar ki, informasiya texnologiyalarının meydana gəlməsi keçmişə bir dəfə də qayıtmağımızı mümkünsüz edib, çünki müasir ictimai təşkilatlarda keçmişdəki kimi sabit üzvlük tələb olunmur, mütəmadi görüşlər keçirilmir, hər bir fərdə təsdiq olunmuş qaydalarla və əmələ gəlmiş ənənələrlə ölçülən tələblər irəli sürülmür. Kiber-məkanın yeni dünyasının məhz bu sahə üzrə qiymətləndirilməsi hələ ki çətindir, çünki o vətəndaşların və cəmiyyətin tamamilə fərqli və müxtəlif sahələrinə daxil olur [5].
Ənənəvi texnologiyaların əksəriyyəti dünyada baş verən konkret vəziyyətə həmçinin təsir göstərir, lakin onları görmək, qiymətləndirmək və sənədlər əsasında müqayisə etmək mümkündür. İnternetin ictimai həyatın hər bir sahəsinə daxil olması isə bizi bu imkandan məhrum edir, çünki bu fenomenin kompleks şəkildə dərk edilməsi çətindir.

Nəticə


Beləliklə, müasir informasiya texnologiyalarının inkişafı şəraitində onların cəmiyyətin siyasi-mədəni sisteminə, ictimai layihələrin həyata keçirilməsinə təsiri haqqında məlumatlı olmaq və onu tədqiq etmək, informasiya cəmiyyəti haqqında müxtəlif fikirlərin və miflərin yaranması təbiətini başa düşmək vacibdir. Lakin, bunun edilməsi bir sıra səbəbdən mürəkkəbdir, insanların İT texnologiyalar vasitəsilə nəyin edilməsinin və, öz növbəsində, İT texnologiyalar insanlara hansı təsirin göstərilməsi mənzərəsini əldə etmək, bu amillərin səbəblərini və nəticələrini, onların təsirinin əhəmiyyətini müəyyən etmək çətindir. Bunların hamısı hələ ki bizdən gizlidir. Gizli və dərk olunmayan hadisələr, adətən, insanlarda əlçatmayan ümidləri və müxtəlif qorxuları əmələ gətirir.
Bunun başa düşülməsi, tədqiq olunan məsələnin texniki cəhətlərini bilməklə yanaşı konkret ölkə, insanlar, onların yaşayış tərzi, adət-ənənələri haqqında tarixi məlumatların bilinməsi vacibdir. Bunların hamısını dərk edəndən sonra, ideyaların hansı material qüvvəyə malik olmasını, o cümlədən informasiya texnologiyalarının siyasi proseslərdə və cəmiyyətdə tətbiqinə yanaşmaların formalaşmasını başa düşmək olar.


ƏDƏBİYYAT


1. Lasswell H/ structure and Functions of Communications in Society // Mass Communications / Ed.by W. Shramm/ urbana, 1960.
2. Bimber В. Интернет и политические коммуникации в сезон выборов: аналитическая записка факультета полити¬ческих наук Калифорнийского университета в Санта-Барба¬ре. URL://www.sscf.u csb.edu /~survey1/ mobilize.htm (yoxlama tarixi:10.04.17.).
3. Grossman L.K. Электронная республика: новый взгляд на демократию в век информации. Нью-Йорк: Viking, 2005.
4. Agre P.E. Information Technology in the Political Process. Department of Information Studies University of California, Los Angeles, California 90095-1520. URL: http://polaris. gseis.ucla.edu/ pagre (yoxlama tarixi: 10.04.17.).
5. Девис Р. Сеть политики: влияние Интернета на американскую политическую систему // Актуальные проблемы Европы. Средства массовой информации и демократия в современном мире: сб. статей и рефератов. М.: РАН ИНИОН, 2002.
6. Janda K., Berry J., Goldman J. The callenge of democracy: government in America. Boston: Houghton Mifflin Company, 1999.
7. Даль Р. О демократии. М.: Аспект-пресс, 2000.
8. Hill K.A., Hughes J.E. Cyberpolitics: citizen activism in the age of the Internet. Oxford, UK: Rowman and Littlefield Publishers Inc., 1998.
9. Niemi V., Renvall А. Как предотвратить покупку голосов на выборах через компьютер. М.: Наука, 1994.
10. Предварительные итоги эксперимента по электронному опросу избирателей с применением сети Интернет. Управление общественных связей и информации ЦИК России. URL: www. cikrf.ru/experiment2 (yoxlama tarixi: 06.02.11).
11. Методы и средства защиты компьютерной информации. URL: www.zo.volpi.ru/education/zki/index.php?man=1&page=20 (yoxlama tarixi: 06.02.11).
12. Андреев А. Защита информации. URL: www.re.mipt.ru/infsec (yoxlama tarixi: 06.02.11).
13. Neuman W.R. The paradox of mass politics: knowledge and opinion in the American electorate. Cambridge: Harvard University Press, 1996.
14. Agre P.E. Designing genres for new media, in Steven G. Jones, ed. Cyber Society 2.0: Revisiting CMC and Community, Newbury Park, CA: Sage. URL: www.volpi.ruzki/index.php. (yoxlama tarixi: 10.04.17.).
15. Putnam R.D. Bowling alone: America’s declining social capital // Journal of democracy. 1995. № 6(1).
16. Drucker Р. The coming of the new organization // Harvard Business Revew. 1988. № 66(1).
17. Sclove R.E. Democracy and technology. N. Y.: The Guilford Press, 1995.
18. Drohan М. How the net killed the MAI: Grassroots groups used their own globalization to derail deal, Globe and Mail (Toronto). URL://www.sscf.ucsb.lize.htm (дата обращения: 11.06.11).
19. Feenberg А. The online patient meeting, paper delivered at the sixth International Symposium on ALS/MND // Quality of Life Issues. Dublin, 1995. October.
20. Shain В. Миф об американском индивидуализме, Princeton: Princeton University Press, 1996.

 

Açar sözlər: informasiya texnologiyaları, informasiya cəmiyyəti, elektron demokratiyası, siyasi proses, Kütləvi İnformasiya Vasitələri.

Ключевые слова: информационные технологии, политические процессы, информационное общество, электронная демократия, средства массовой информации.

Key words: information technologies, political process, information society, electronic democracy, mass-media.

Аннотация
Влияние информационных технологий
на политический процесс
В.М. Гусейнов
В статье обсуждается роль интернета в современных политических процессах, степень его влияния, возможности, предоставляемые человечеству от применения информационных технологий и их вмешательство в политическую жизнь. Наряду с этим, рассматриваются вопросы, связанные с наличием сети общественных посредников, существующей в странах с устоявшимся демократическим устройством, а также способность оказания влияния этими посредниками.
В статье подчёркивается важность получения и изучения информации о влиянии информационных технологий в условиях современности на политико-культурную систему, в том числе их влиянии на осуществление общественных проектов, а также информированности о различных идеях и мифах, появляющихся в информационном сообществе.

Summary
Influence of Information Technologies
on Political Process
V.M. Huseynov
In the article author discusses the role of the Internet in modern political processes, the degree of its influence ability, opportunities gaining by society from application of the information technologies and theirs intervention to the political life. At the same time, issues of existence of the net of public-social mediators in the countries with democratic governmental systems, and influence ability of these mediators are considered in the article.

 

"GEOSTRATEGİYA" jurnalı №05 (47) SENTYABR-OKTYABR 2018



Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM