Təhlükəli proqnozlar: "Stratfor" ABŞ-Rusiya qarşıdurmasının gərgin məqamları haqqında

20:18 / 28.11.2018

Amerikanın nüfuzlu “beyin mərkəzləri”ndən olan “Stratfor” özünün 2019-cu il üçün geosiyasi proqnozlarını dərc etməyə başlayıb. Corc Fridmanın 1996-cı ildə əsasını qoyduğu bu analitik mərkəz qlobal geosiyasi dinamikaya başlıca olaraq ABŞ-Rusiya münasibətləri fonunda nəzər salıb. "Stratfor"un analiz və proqnozları Vaşinqtonla Moskva arasında bir neçə istiqamətdə meydana gələ biləcək problemləri göstərib və onları xarakterizə edib. Belə görünür ki, bütövlükdə 2019-cu ildə geosiyasi mənzərə daha gərgin məqamlarla xarakterizə oluna bilər. Belə ki, Amerika ilə Rusiya sanksiyalarda, silahlanma məsələsində, keçmiş sovet respublikalarından öz xeyirlərinə istifadə etməkdə qarşı-qarşıya gələ bilərlər. Bu məsələlərin hər biri ilə bağlı onlar arasındakı münasibətlər xüsusilə gərgin olacaq. Biz problemin bu aspekti üzərində geniş dayanmağa ehtiyac gördük.

"Worldview" platforması: qlobal trendlərə "Stratfor"un yeni yanaşması

"Stratfor" dünyada tanınmış strateji təhlil və proqnozlaşdırma mərkəzidir. Onu mütəxəssislər Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) "kölgə" strukturu da adlandırırlar. Bu təşkilatın 100 işçisi var ki, onların da əksəriyyəti Amerika kəşfiyyatı ilə bağlı adamlardır. "Stratfor"un keçmiş baş direktoru Deyv Sikoranın rəhbərliyi ilə "Worldview" platforması hazırlanıb. Mütəxəssislərin fikrincə, bu platforma qlobal trendləri daha dərin və geniş analiz etməyə imkan verir. Bu təşkilatın 2019-cu il üçün proqnozları da yuxarıda vurğulanan məqamlar işığında xüsusi əhəmiyyət kəsb edib maraq doğurur (bax: The U.S. Zeroes in on Russia's Borderlands / "Stratfor", 15 noyabr 2018).

Proqnoz-analitika bir sıra məsələlər üzrə qlobal trendlərin təqdimatını və onların mümkün geosiyasi nəticələrinə dair proqnostik tezisləri əhatə edir. Maraqlıdır ki, bütövlükdə problem ABŞ-Rusiya qarşıdurması kontekstində qoyulub. Müəlliflər hesab edirlər ki, bu iki böyük dövlət arasındakı münasibətlər 2019-cu ildə daha gərgin olmaqla böyük bir geosiyasi məkanda ümumi dinamikanı müəyyənləşdirəcək.

Məruzə müəllifləri məsələni məhz bu kontekstdə qoyduqlarının səbəbini izah etmirlər. Ancaq problemin analizinin əsas tezisləri göstərir ki, burada konkret məqsəd vardır. Əvvəla, "Stratfor" hesab edir ki, 2019-cu ildə dünya miqyasında başlıca oyunçular kimi ABŞ və Rusiya özünü göstərəcək. İkincisi, Amerika dünya liderliyini daha da gücləndirmək uğrunda mübarizə aparacaq. Üçüncüsü, ona bu prosesdə mane ola biləcək əsas qüvvə Rusiyadır. Dördüncüsü, Vaşinqton qalib gəlmək üçün konkret fəaliyyət planına malikdir. Onun əsas fərqli cəhəti Rusiyaya yaxın ərazilərdən Kremlə təzyiqləri tədricən, lakin davamlı olaraq artırmaqdan ibarətdir.

Bu təzyiqlər üç istiqaməti əhatə edə bilər. Onlardan ilk sırada dayananı ABŞ-ın sanksiyalar siyasətini inkişaf etdirməsidir (bax: əvvəlki mənbəyə). "Stratfor"un qənaətinə görə, yaxın bir neçə ayda ABŞ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcək. Lakin bu tədbirlərin miqyası Konqreslə Tramp administrasiyası arasında diskussiyaların və kompromislərin nəticəsindən asılı olacaq. Rusiya özünün maliyyə sabitliyini saxlamağa çalışacaq. Bunun üçün o, sanksiyaların təsirindən qorunmağa xidmət edən strategiya çərçivəsində öz iqtisadi əlaqələrini genişləndirməkdən istifadə edəcək. Bu, ən azı yaxın perspektivdə Moskvaya ciddi iqtisadi silkələnmələrdən yaxa qurtarmağa imkan verəcək (bax: Why the U.S. Will Keep Russian Sanctions on Simmer, Not Boil / "Stratfor", 27 avqust 2018). Deməli, Vaşinqton meydana çıxan təhlükələr fonunda Rusiyaya gələn il daha çox iqtisadi-ticari məhdudiyyətlər tətbiq edə bilər.

İkinci istiqamət silahlanma yarışının yeni səviyyəyə yüksələ bilməsi ilə bağlıdır. Amerikanın Avropada orta və qısa mənzilli raketlər haqqında müqavilədən çıxması yeni silahlanma prosesinə təkan verir. Nəticədə, Avropa yenidən ABŞ və Rusiyanın orta mənzilli raketlərinin əhatəsində qalmış olacaq. Eyni zamanda, bu vəziyyət Amerikaya Çin və Rusiyaya meydan oxumaq üçün nəhəng raket arsenalı yaratmağa imkan yaradacaq. Müqavilənin pozulması böyük dövlətlər arasında silahlanma yarışının güclənməsinə aparıb çıxaracaq ki, strateji hücum silahlarının ixtisarı və məhdudlaşdırılması ilə bağlı müqavilənin də gələcəyi təhlükəyə atılmış olacaq (bax: The U.S. Withdrawal From the INF Treaty Is the Next Step in a Global Arms Race / Stratfor, 22 oktyabr 2018).

İki gücün sıxışdırılması: Rusiya və Aİ-yə "tələ"

Etiraf etmək lazımdır ki, bu proqnoz özünü doğruldarsa, bütövlükdə dünya üçün ciddi risklər meydana gələ bilər. İlk növbədə, Avropanın təhlükəsizliyi ilə bağlı qeyri-müəyyənliklər artar. Məsələ həm də Avropa İttifaqının ayrıca öz ordusunu yaratmaq arzusu ilə bağlıdır. Brüssel bu prosesi reallaşdırmağa başlasa, onda "Qoca qitə"də faktiki olaraq üç böyük güc qarşı-qarşıya gəlmiş olacaq: ABŞ, Rusiya və Aİ! Onların ortaq dil tapmaq imkanları barədə fikir bildirmək çox çətindir. Lakin qarşıdurmanın vəziyyəti kifayət qədər mürəkkəbləşdirəcəyi şübhə doğurmur.

"Stratfor"un proqnozundan görünür ki, Vaşinqton belə bir gərginliyin yaranmasında maraqlıdır. Bunun da iki tərəfi vardır. Birincisi odur ki, ABŞ Rusiyanı yeni silahlanma yarışına sürükləyir. Bu, iqtisadi vəziyyəti ürəkaçan olmayan Moskva üçün əlavə xərclər deməkdir. Sanksiyaların tətbiqi Rusiyanın imkanlarını məhdudlaşdırdığından, onun inkişafı üçün əngəllər də meydana gələ bilər.

İkinci tərəf Amerikanın Avropanı "cəzalandırması" ilə əlaqəlidir. Son illər Aİ-nin böyük dövlətləri olan Fransa və Almaniya Amerikadan asılı olmayan siyasət yeritməkdən bəhs edirlər. O cümlədən təhlükəsizlik sahəsində öz planlarını reallaşdırmaqda qərarlıdırlar. Bu yaxınlarda Fransa Prezidenti Emmanuel Makron öz fikrini bildirmişdi. Angela Merkel də ona dəstək vermişdi. Deməli, "Stratfor" hesab edir ki, Amerika prosesləri diqqətlə işləyir. Vaşinqton bir gedişlə Rusiya və Aİ-ni ağır silahlanma yarışına çəkir.

"Stratfor" vurğulayır ki, ABŞ-ın Rusiyanın qarşısına çıxarmaq istədiyi problemlər bunlarla məhdudlaşmır. Vaşinqton Rusiyaya Şərqi Avropa ölkələri, habelə Cənubi Qafqaz və Mərkəzi Asiyanı əhatə edən keçmiş sovet məkanı vasitəsilə təzyiq göstərmək planına da malikdir. Bu, üçüncü istiqaməti təşkil edir. Bizcə, geosiyasi baxımdan və Cənubi Qafqazın gələcəyi aspektində bu məqam daha çox əhəmiyyət daşıyır.

"Stratfor" problemin bu cəhəti üzərində geniş dayanır. Lakin məntiq eynidir – Amerika hər üç istiqamətdən Rusiyanı sıxışdırmaqla özünün geosiyasi üstünlüyünü təmin etməyə cəhdlər göstərəcək. Artıq onun bunlarla bağlı atdığı addımlar vardır. Bu sırada Ukrayna, Gürcüstan və Ermənistan faktorlarını vurğulamaq olar (bax: The U.S. Zeroes in on Russia's Borderlands / Stratfor, 15 noyabr 2018).

Ukraynanın Rusiya ilə münasibətləri çox gərginləşib. Son olaraq Kerç yaxınlığında iki ölkənin donanmaları arasında meydana gələn gərginlik fonunda bu tendensiyanın daha da güclənə biləcəyi ehtimalı az deyil. Krım və Donbas məsələləri Vaşinqtona Ukrayna-Rusiya münasibətlərini nəzarətdə saxlamağa imkan verir. Bu üsulla Rusiyaya təzyiqlərin artması mümkündür.

Digər həssas məkan Gürcüstandır. Gürcüstan geosiyasi məsələlərdə Qərbin tərəfindədir. Abxaziya və Cənubi Osetiya ilə bağlı da Tbilisinin Moskvaya iradları çoxdur. Bu səbəblərdən Amerikanın Gürcüstan faktorundan yararlanmağa çalışacağına inam böyükdür. Bunun ən çox müasir silahlar və hərbi təlimlər vasitəsilə ola biləcəyi ehtimal edilir. "Stratfor" analitikləri də bu fikri bölüşürlər.

Nəhayət, Amerikanın Ermənistandan istifadə edəcəyi barədə "Stratfor" açıq fikir ifadə edir. Analitik mərkəz hesab edir ki, ABŞ Ermənistana silah sata bilər. Bu məsələdə o, Rusiyaya rəqib kimi meydana çıxar. Digər tərəfdən, Vaşinqton Nikol Paşinyan vasitəsilə Ermənistanda siyasi rejimi özünə tərəf çəkməkdə davam edəcək. "Stratfor" reallıqda Ermənistanın ikili mövqe tutacağını vurğulayır, lakin hər bir halda Vaşinqtonun bu kiçik forpost ölkəni şirnikdirməkdə davam edəcəyini proqnozlaşdırır.

Bütün bunların fonunda Amerikanın Azərbaycan və Mərkəzi Asiya dövlətləri ilə bağlı hansı taktika və strategiyanı seçə biləcəyi məsələsi də aktual görünür. "Stratfor" bu aspektə də ciddi yer ayırıb. Onların təhlili geniş aparılmalıdır. Bu, bizim üçün başqa məqalənin mövzusudur.

Newtimes.az


Etiket:

Strategiya.az

Xəbərlər
21.09.2020

Azərbaycan Prezidenti: Nasizmin şöhrətləndirilməsi Ermənistanın dövlət siyasətidir

21.09.2020

Prezident İlham Əliyev: Təcavüzkar ritorika və təxribatlar Ermənistanın Azərbaycana qarşı yeni təcavüzə hazırlaşdığını nümayiş etdirir

21.09.2020

BDU Qazax Milli Universiteti ilə ikili diplom proqramı üzrə müqavilə imzalayıb

21.09.2020

Əmək müqaviləsinə xitam verilmiş şəxslər üçün sığorta stajı azaldıldı - FƏRMAN

21.09.2020

Dərslikdə erməni bayrağının rənglərinin olması iddiasına dair Təhsil Nazirliyindən açıqlama

21.09.2020

Şəhid çavuş dəfn edilir

21.09.2020

Tovuzda növbəti erməni təxribatı ilə bağlı cinayət işi başlandı

21.09.2020

Müdafiə Nazirliyi bəyanat yaydı

21.09.2020

Azərbaycan koronavirusa qarşı vaksinin gətirilməsi ilə bağlı saziş imzalayıb

21.09.2020

XİN: Ermənistan rəhbərliyinin məsuliyyətsiz və təhrikçi davranışı bölgədə gərginliyi alovlandırır

21.09.2020

İctimai nəqliyyatın hərəkəti bərpa olundu

21.09.2020

MN: Ermənistana məxsus növbəti taktiki PUA məhv edilib

20.09.2020

Prezident İlham Əliyevin rəsmi "Facebook" səhifəsində Neftçilər günü ilə bağlı paylaşım edilib (FOTO)

20.09.2020

“Əsrin müqaviləsi”nin imzalanmasından 26 il keçir

20.09.2020

Ermənistan sutka ərzində atəşkəs rejimini 30 dəfə pozub

19.09.2020

Azərbaycan Prezidenti: Ermənistan o ölkədir ki, islamofobiya onların dövlət siyasətidir

19.09.2020

Prezident İlham Əliyev: Bu gün Azərbaycan bütün reytinqlərdə ən qabaqcıl yerlərdədir

19.09.2020

Bakı Dövlət Universiteti beynəlxalq əlaqələrini genişləndirir

19.09.2020

Məzunlara qızıl və gümüş medallar verildi - Siyahı

19.09.2020

DTX bəzi internet saytlarında və sosial şəbəkələrdə yayılan siyahı ilə bağlı iddialara aydınlıq gətirdi

19.09.2020

Birjalarda neftin qiyməti

19.09.2020

Ermənistan iriçaplı pulemyotlardan və snayper tüfənglərindən atəşkəsi 36 dəfə pozub

19.09.2020

COVID-19: Fransada 24 saat ərzində 13215 yeni yoluxma, 123 ölüm faktı qeydə alınıb

18.09.2020

Milli Musiqi Gününə layiqli töhfə - Fotolar

18.09.2020

Əli Həsənov 2009-cu ildə gülənçilərə necə xəbərdarlıq etmişdir?

18.09.2020

Baş Prokurorluq nəzarətə götürdü

18.09.2020

Birinci vitse-prezident Mehriban Əliyevanın rəsmi "İnstagram" səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edilib (FOTO)

18.09.2020

Azərbaycan-Türkiyə həmrəyliyi və strateji tərəfdaşlığı həm dünya üçün nümunə, həm də regional təhlükəsizlik baxımından əhəmiyyətlidir

18.09.2020

Tovuz təxribatı Ermənistanın "yeni ərazi – yeni müharibə" formuluna keçdiyinə dəlalət edir

18.09.2020

Şəkidə koronavirusa kütləvi yoluxma olan bazar 3 günlük bağlandı - Operativ Qərargah

18.09.2020

DTX əməliyyat keçirdi: “Ceyşullah” və digər qanunsuz silahlı dəstələrin tərkibində vuruşmuş şəxs tutuldu

17.09.2020

Şəkidə "Bazar" adlanan ərazidə ...

17.09.2020

Rektor Enactus Azərbaycan Milli Yarışının qalib komandası ilə görüşüb

17.09.2020

Ermənistanın terrorçu və faşist mahiyyəti dəyişməz olaraq qalır, bunu hər kəs və bütün dünya bilməlidir

17.09.2020

Azərbaycan-Türkiyə qardaşlıq nümunəsi: Qafqaz İslam Ordusunun xilaskarlıq missiyası

17.09.2020

Nazirlər Kabineti iki qərarını ləğv etdi

17.09.2020

Azərbaycan-İran sərhədində atışma olub, 1 nəfər ölüb

17.09.2020

Səfirlik Rusiyada saxlanılan vətəndaşlarımızla bağlı məlumat yaydı

17.09.2020

Kaspi Abituriyent Kursları əyani və onlayn fəaliyyətdə

17.09.2020

Azərbaycanın illik su təsərrüfatı balansı təsdiqlənib

17.09.2020

Pensiya sistemində yeni təkmilləşdirmələr aparılacaq

17.09.2020

Qurban Məmmədov saxlanıldı - Türkiyədə

17.09.2020

“Azeri Light” neftinin bir barrelinin qiyməti 42 dolları ötüb

16.09.2020

BDU-dan cavab: Jurnalist kadrların hazırlığında hər zaman ana dilinin tədrisi böyük əhəmiyyət kəsb edir

16.09.2020

“Heydər Əliyevin portretinin yanında Gülənin şəkli asılmamalıdır” — Əli Həsənovdan ETİRAZ

16.09.2020

Kaspi Uşaq Bağçası 6 yaşını qeyd edir

16.09.2020

ƏLI HƏSƏNOVA QARŞI APARILAN QARAYAXMA VƏ ŞƏR-BÖHTAN KAMPANİYASININ HEÇ BİR HÜQUQİ ƏSASI YOXDUR

16.09.2020

Vaqif Axundov “Şöhrət” ordeni ilə təltif edilib

16.09.2020

DTX əməliyyat keçirdi: Cinayətkar dəstə saxlanıldı

16.09.2020

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı