“İnformasiya cəmiyyəti” və Azərbaycan

10:43 / 29.11.2018

Sevda Yusifova
Azərbaycan Dövlət Neft və
Sənaye Universiteti

XX əsrin sonu - XXI əsrin arxada qalan 18 ili ərzində bəşəriyyət yeni texnologiyalara əsaslanan “informasiya cəmiyyəti” qurmaq və bəşər övladının idarəetmə və hakimiyyət forması kimi çoxdan arzuladığı “açıq cəmiyyət” ideyasını həyata keçirmək əzmindədir. XX əsrin ortalarından başlanğıcını götürən ETİ və ondan sonrakı dövrdə ictimai həyatın bütün sahələrində baş verən tərəqqi nəticəsində, bəşəriyyətin sənaye cəhətdən inkişaf etmiş ölkələrinin postindustrial, XXI əsrin əvvəlində isə internetin sürətli inkişafı elektron inqilab adlanan beşinci informasiya inqilabının əsasını qoydu ki, bunun da əsasında inkişaf etmiş ölkələrdə baş verən ictimai proseslər kommunikasiya və informasiya texnologiyalarının sürətlə inkişaf etməsinə və bu ölkələrdə “informasiya cəmiyyəti”nin qurulmasına gətirib çıxartdı. Əlbəttə ki, XX əsrin ortalarından başlayan dördüncü informasiya inqilabının əsasını təşkil edən kibernetikanın sürətlə inkişafı, elektron hesablama maşınlarının, mikroprosessorun kəşfi, kompüterin meydana çıxması, telekommunikasiya şəbəkəsinin yaradılması olmasaydı, bu gün “infomasiya cəmiyyəti”nin qurulmasından söhbət açmaq mümkün olmazdı. Müasir “informasiya cəmiyyəti” məkanından asılı olmayaraq, bütün insanların hərtərəfli informasiya və müxtəlif bilik növlərinə olan tələbatlarının ödənilməsini, insanlar arasında mövcud olan kommunikasiya mühitinin inkişafını, ən son məlumatların qısa zaman kəsiyində ictimaiyyətə çatdırılmasını nəzərdə tutur. Elmi-texniki inqilabın nəticələrindən bəhrələnən ölkələr, “postindustrial cəmiyyət”in “informasiya cəmiyyəti” formasına və mərhələsinə kecilməsi ilə, insan cəmiyyətinin qlobal informasiya məkan şərtlərini formalaşdırmış, bu isə dövlətlər və xalqlar arasında mövcud olan iqtisadi və mədəni münasibət və əlaqələrin inteqrasiyasına və yeni mərhələyə qədəm qoymasına gətirib çıxartmışdır.
Müasir dövrümüzdə informasiya cəmiyyətində ən yəni “kompüter - informasiya” texnologiyalarının yüksək inkişafı, telekommunikasiya və rəqəmsal texnologiyaya keçilməsi nəticəsində, insan fəaliyyətinin bütün sahələrində çox böyük uğurlar əldə edilmişdir. Bu gün bütün dünyanı bürüyən qloballaşma prosesinin - bu ümumbəşəri inteqrasiya prosesinin təsiri nəticəsində, XXI əsrin 3-cü onilliyi ərəfəsində bəşər övladı elmi-texniki inqilabın və ən son kompyutor texnologiyalarının inkişafı sayəsində tarixdə ilk dəfə olaraq, planetin yüksək tezlikli qlobal sinxron informasiya fəzasını yaratmaq ərəfəsindədir. İnformasiya texnologiyalarına nəzarət edən dünyanın bir qrup ən çox inkişaf etmiş ölkəsinin qloballaşma prosesini özlərinin maraq və mənafeləri istiqamətində nizamlaması və bu prosesi öz xeyirlərinə yönləndirmələri əlbətdə ki, bu gün heç kimdə şübhə doğurmur. Bütövlükdə qloballaşmanın malik olduğu bütün müsbət cəhətlərə baxmayaraq, ilk növbədə dünyanın aparıcı ölkələri tərəfindən bu prosesdən ən çox yararlanmaları, əlbətdə bu prosesin ən zəif tərəflərindən birini təşkil edir və məhz buna görə də, çox vaxt qloballaşma inkişaf etmiş ölkələrin sıralarına daxil olmayan ölkələr tərəfindən bəşəriyyəti irəliyə, inkişafa döğru aparan bir proses kimi deyil, dünyanın ən inkişaf etmiş dövlətləri və şirkətləri tərəfindən başqalarını istismar etmək, daha da irəli getmək və varlanmaq aləti kimi başa düşülür və qəbul edilir.
İnkişaf etmiş ölkələrin öz inkişafı prosesində informasiya-kommunikasiya texnologiyalarından (İKT) bəhrələnməsi, informatika və telekommunikasiya vasitələrinin ən son nailiyyətləri əsasında bəşəriyyətin böyük hissəsinin vahid içtimai - iqtisadi və mədəni əlaqələr sisteminə cəlb olunması, artıq XXI əsrin əvvəllərində qloballaşmanın obyektiv xüsusiyyətlərindən birini təşkil edir. Hazırki dövrdə qloballaşma sənaye cəhətdən inkişaf etmiş təxminən 60-dan çox ölkəni əhatə edən inteqrasiya prosesi kimi, bəşəriyyətin tarixi inkişaf qanunauyğunluqları əsasında formalaşmış yeni bir obyektiv tarixi inkişaf mərhələsidir və bu gün bu ölkələrin payına dünya ticarətinin ¾-ü düşür. Qeyd etmək lazımdır ki, BMT - nin məlumatına görə hazırki dövrdə inkişaf etmiş ölkələrlə, inkişaf etməkdə olan ölkələr arasındakı milli məhsula görə mövcud olan fərq 12 : 1 nisbətindədir və bu nisbətin aparılan hesablamalara görə yaxın gələcəkdə yaxşılığa doğra dəyişəcəyi gözlənilmir, yəni zəif inkişaf etmiş ölkələr üçün “informasiya cəmiyyəti”nə keçid məsələsi hələlik böyük təəssüf doğursa da, uzaq gələcəyin işidir. Bu gün ancaq inkişaf etmiş ölkələrdəki müasir cəmiyyətlər XXI əsrin ikinci onilliyində mövcud olan çox istiqamətli və çox çeşidli informasiya kanallarına, çox zəngin və əhatəli informasiya ehtiyyatlarına malikdirlər və ancaq bu cür inkişaf etmiş cəmiyyətlərin üzvləri bu cür informasiyanı tam almaq və ondan tam bəhrələnmək imkanına malikdir. Məsələn, BMT-nin Genişzolaqlı Rabitə üzrə Komissiyasının qiymətləndirməsinə görə, dünyada 3.9 milyard nəfərin internetə çıxışı yoxdur. 2017-ci ildə 3.5 milyard (dünya əhalisinin 47%-i) nəfər isə internetdən istifadə edib. ( 7)
Ümumbəşəri inkişaf yolu ilə gedən ölkəmizdə də “informasiya cəmiyyəti”nə keçid üçün müvafiq mühitin yaradılması yolu seçilmişdir. Müasir şəraitdə Azərbaycanda aparılan ağillı və uzaqgörən dövlət siyasəti nəticəsində, cəmiyyətin ən əsas inkişaf istiqamətlərinin kompüterləşdirilməsinə və informasiyalaşdırılmasına, informasiya-kommunikasiya texnologiyalarının yeni bir prioritet sahə kimi inkişafına çox böyük şərait yaranmışdır. Azərbaycanda “informasiya cəmiyyəti” qurulması istiqamətində görülən işlərin təməli isə Heydər Əliyevin 2003-cü il 17 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiya” ilə qoyulmuşdur və bu Strategiyanın əsas məqsədi “informasiya və kommunikasiya texnologiyalarından geniş istifadə etməklə ölkənin demokratik inkişafına kömək etmək və informasiya cəmiyyətinə keçidi təmin etməkdir.” Dünyanın inkişaf etmiş ölkələrində olduğu kimi, Azərbaycanda da XXI əsrin əvvəllərində müasir informasiya texnologiyaları artıq cəmiyyətin inkişafının ictimai-siyasi, sosial-iqtisadi və mədəni sahələrini əhatə edərək, bütövlükdə cəmiyyətin inkişafına güclü təsir göstərən əsas amillərdən birinə çevrilmişdir. Hazırki dövrdə informasiya və kommunikasiya texnologiyalarının tətbiqinin səviyyəsi hər bir ölkənin zehni və elmi potensialının, mövcud sosial-iqtisadi problemlərin həllinin, demokratiyanın inkişafının əsas göstəricilərindən hesab olunur. “İnformasiya cəmiyyəti”nin formalaşması prosesi inkişaf etmiş ölkələrin təcrübəsindən göründüyü kimi, çox mürəkkəb və çoxşaxəli bir prosesdir və bu prosesin uğurla həyata keçirilməsi cəmiyyətin hər bir üzvünün informasiya texnologiyalarının gündəlik həyatımızda əhəmiyyətini necə dərk etməsindən və ondan necə istifadə etməsindən birbaşa asılıdır. Məhz buna görə də, bu gün “informasiya cəmiyyəti”nin formalaşdırılması əksər dövlətlərdə strateji məsələ kimi qarşıya qoyulmuş və müasir informasiya texnologiyalarının cəmiyyətə inteqrasiyasının səviyyəsi ölkənin iqtisadi və mədəni inkişaf dərəcəsini əks etdirən əsas amilə çevrilmişdir.
“İnformasiya cəmiyyəti” konsepsiyasının XX əsrin 90-cı illərinin əvvəllərində formalaşmasına baxmayaraq, yalnız 2003-cü ilin dekabrında BMT və YUNESKO-nun Cenevrədə keçirilən İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammiti XXI əsrin əsas vəzifəsi kimi, informasiya cəmiyyəti qurulması vəzifəsini ölkələrin qarşısında əsas məsələ kimi qoymuşdu. Artıq sürətlə qloballaşan müasir dünyada ölkələr arasında gedən informasiya mübadiləsi nəinki ümumi inkişafın hərəkətverici qüvvəsinə çevrilmişdir, hətta müasir dövrdə dünyanın güc mərkəzlərinin siyasətini də çox vaxt məhz informasiya formalaşdırır. Müasir dünyada mövcud olan müxtəlif çeşidli informasiya bazası bütün dünyada çox baha qiymətə satılan, mübadilə edilən və milli sərvət kimi kifayət qədər etibarlı vasitələrlə qorunan bir məhsuldur və bu məhsulu bütün dünyada mövcud olan digər resurslardan fərqləndirən əsas cəhət, onun sərvətin elə növünə aid olmasıdır ki, informasiya heç zaman, heç bir şəraitdə tükənmir, əksinə zaman keçdikcə daha da zənginləşir, işləndikcə isə nəinki köhnəlmir , hətta ondan yeni informasiyanın yaradılmasında geniş surətdə istifadə edilir. İnformasiya-kommunikasiya vasitələrinin və ilk növbədə internetin inkişafı nəticəsində müasir dövrdə informasiyanın yaradılması və dünyanın istənilən bir nöqtəsinə qısa zaman kəsiyində ötürülməsi və qəbul edilməsi artıq günümüzün reallığıdır və bu müasir operativliyin yüksək bir nöqtəsi hesab edilir. Eyni zamanda o da inkarolunmaz bir həqiqətdir ki, artıq internet hüdudsuz informasiya mənbələrinin getdikcə genişlənən müasir və çox möhtəşəm bir xəzinəsinə çevrilmişdir.
Qloballaşan dünyanın gələcəyinin müəyyənləşdirilməsi informasiya siyasəti və onun düzgün təşkili ilə sıx bağlıdır. Ona görə də bu sahədə qərəzsizlik və aşkarlıq müasir media məkanının vacib aspektlərindən biridir və bu barədə Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatı (OANA) İcraiyyə Komitəsinin 2008-ci ilin sentyabrında AzərTAc-ın ev sahibliyi ilə Bakıda “Qloballaşan dünyada informasiya hamı üçün” mövzusunda keçirilmiş 30-cu iclasında da geniş danışılaraq bildirilmişdir ki, bu mühüm amil etimada əsaslanan beynəlxalq ab-havanın yaranmasına kömək edir. Unutmamalıyıq ki, Yer kürəsinin müəyyən hissəsi hələ də etnik-ərazi münaqişələrinin məngənəsindədir və bu münaqişələrin həlllinin ləngiməsinin əsas səbəblərindən biri, adətən, media strukturlarının formalaşdırdığı kütləvi şüur və ictimai rəydir. Siyasətçilər və mühüm məsələləri həll edənlər çox vaxt informasiya siyasətinin girovlarına çevrilir ki, bu da bəzən çox şeyi həll edir. Nəticədə biz təkcə real və düzgün mövqe tutulmamasının deyil, həm də bu və ya digər regionun xüsusiyyətlərinin başa düşülməməsi kimi halların şahidi oluruq. ( 8, s.53 ).
Deyilənlərə misal kimi, ölkəmizin tarixinə müraciət edə bilərik. Məsələn, ötən əsrin 80-cı illərinin sonu - 90-cı illərinin əvvəllərində Azərbaycan bu sahədə böyük çətinliklərlə üzləşmiş, informasiya blokadasına alınmışdı. Ölkəmizə zidd mövqe tutan, regionda öz maraqları olan bəzi qüvvələr (hətta erməni lobbisinə satılmış o vaxtkı SSRİ dövlətinin bir çox rəhbər vəzifəli şəxsləri də daxil olmaqla) bu vəziyyətdən yararlanmağa, dövlətçiliyimizə ziyan vurmağa çalışırdılar. Ümumilli lider Heydər Əliyev bu məsələ ilə bağlı müsahibələrinin birində vurğulamışdı ki: “Mən dəfələrlə bəyan etmişəm və indi də deyirəm, müstəqil Azərbaycan ... Ermənistan-Azərbaycan münaqişəsindən ... sui-istifadə edənlərlə deyil, bu münaqişənin tezliklə ədalətli şəkildə nizama salınmasına həvəs göstərənlərin hamısı ilə tərəfdaşlığa hazırdır”. ( 4, s. 217).
Bu gün Azərbaycana gələn, onun uğurlarından xəbəri olan digər dövlətlərin rəsmiləri, ölkəmizin uğurlarından yazan əcnəbi jurnalistlər yekdilliklə etiraf edirlər ki, əgər Azərbaycan təhlükəsiz bir regionda yerləşsəydi, şübhəsiz ki, o daha böyük uğurlar qazanardı. Bu gün daxili sabitlik və təhlükəsizlik, yüksək səviyyəli dövlət idarəçiliyi, hərtərəfli yüksək potensial Azərbaycanın uğurlarını təmin edən əsas amillərdir. Azərbaycanın dünyanın ən sürətlə inkişaf edən ölkələrindən birinə çevrilməsi, iqtisadi, hərbi, sosial, mədəni sahələrdə böyük nailiyyətlər qazanması bütün dünya informasiya mənbələrində dərc olunan materiallarda xüsusilə geyd edilir. Müasir dövrdə mətbuat yeni keyfiyyətlərlə zənginləşərək, ən müxtəlif mövzularda saysız-hesabsız informasiyanın yer aldığı qlobal şəbəkəyə çevrilmişdir. “İnternet” adlandırdığımız bu planetar şəbəkəyə bəzən məcazi mənada onunla bağlı məsələlərdə “ümumdünya hörümçək toru” terminindən istifadə edənlər tamamilə haqlıdırlar, çünki müasir internet şəbəkəsi bütün dünyanı artıq hörümçək toru kimi əhatə etmişdir. Müasir informasiya-kommunikasiya texnologiyalarının (İKT) sürətlə informasiya və kommunikasiya sahələrini əhatə etməsi bu gün ölkələrin milli hüdudlarını aşaraq vahid, virtual informasiya məkanını yaratmışdır və bu virtual məkanda hər kəs nəinki onu maraqlandıran informasiyanı əldə edə, hətta fikir mübadiləsi apara, şərh verə, forumlarda iştirak edə bilər. “İnformasiya cəmiyyəti”ni ondan əvvəl mövcud olmuş cəmiyyətlərlə müqayisə edəndə, artıq yeni sosial quruluşun tarixi bir reallıq kimi mövcud olduğu tam aydın görünür. Əgər əvvəlki ictimai quruluşlarda dövlətlərin qüdrəti, onların varı bilavasitə onların malik olduqları maddi sərvətlərlə ölçülürdüsə və bu maddi sərvətlər dövlətlər arasında rəqabətə gətirib çıxardırdısa, “informasiya cəmiyyəti”ndə informasiya mübadiləsi sahəsindəki rəqabət ölkələr arasında əməkdaşlığa gətirib çıxardır və əgər onlar arasında rəqabət meydana çıxsa da bu cür rəqabət məhz intellektual mahiyyət kəsb edir. Bütün deyilənlər əsasında belə nəticəyə gəlmək olar ki, informasiya məhz o sərvətlərdəndir ki, bu sərvətlə təəssüflənmədən başqaları ilə tam bölüşmək olar. “İnformasiya cəmiyyəti” zəngin və daha geniş, çoxçeşidli xidmətlərə əsaslanır və bu cəmiyyətin inkişafında əsas rolu böyük əzələ qüvvəsi və mövcud enerji ehtiyatları deyil, məhz onu tənzimləyən və onun inkişafina təkan verən informasiya oynayır, yəni, indiki dövrdə ətraf aləm haqqında biliklərin toplanmasının da aid olduğu informasiya xarakterli proseslər, əslində, cəmiyyətin inkişaf istiqamətini və sürətini müəyyən edir və buna görə də “informasiya cəmiyyəti” termininin yaranması və ona böyük önəm verilməsi tamamilə təbiidir.
Bütün dünyada informasiyanın əhəmiyyəti durmadan artır və hazırda bu sektor bütövlükdə iqtisadiyyatın digər sahələrindən daha sürətlə inkişaf edir. Bu sahənin inkişafı Azərbaycanda da sürətlə gedir və heç də təsadüfi deyil ki, Azərbaycanda sənayenin neft-qaz sektorundan sonra inkişaf sürətinə və yatırılan sərmayələrin həcminə görə informasiya – kommunikasiya texnologiyaları sahəsi ikinci yer tutur. Beynəlxalq Telekommunikasiya İttifaqının qiymətləndirilməsinə əsasən Azərbaycan son 10 ildə İKT sahəsində dünya üzrə dinamik inkişaf edən ilk 10 ölkə sırasına daxil olub. Əhalinin 70 faizi internet istifadəçisi, 50 faizi isə genişzolaqlı xidmət istifadəçisidir. İnternet istifadəçilərinin sayına görə Azərbaycan regionda liderdir. Mobil rabitədə hər 100 nəfərə 110 mobil abunəçi düşür. Dünyanın aparıcı təşkilatlarından olan Dünya İqtisadi Forumunun (World Economic Forum -WEF) “Qlobal informasiya texnologiyaları 2013” (“Global İnformation Technology Report 2013”) adlı hesabatına görə, Azərbaycan mobil rabitənin əhatə dairəsinə görə dünyanın 144 ölkəsi arasında birincilər sırasında, İKT sektoruna verdiyi dəstəyə görə isə səkkizinci sıradadır. ( 6)
Bu tarixdən sonra keçən 5 il ərzində, Azərbaycanın bu istiqamətdə gördüyü böyük miqyaslı işlər nəticəsində, əlbəttə ki, ölkəmizin qazandığı uğurlar daha da artmışdır. Məsələn, 2013-cü ilin 8 fevralında Azərbaycan Respublikasının ilk telekommunikasiya peyki olan “Azerspace - 1”, sonra “Azersky” müşahidə peykinin, 2018-ci ilin 26 sentyabrında isə “Azerspace - 2” telekommunikasiya peykinin orbitə çıxarılmaşı Azərbaycanın əldə etdiyi ən yüksək texniki nailiyyətlərdəndir. Bu gün Azərbaycanda informasiya məkanının formalaşdığını sübut edən komponentlərin hamısı real surətdə mövcuddur və buna əsaslanaraq deyə bilərik ki, ölkəmiz həqiqətən də artıq dünya informasiya məkanının fəal subyektlərindən birinə çevrilib.


Ədəbiyyat


1. Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014 - 2020-ci illər üçün Milli Strategiya. Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 2 aprel tarixli Sərəncamı ilə təsdiq edilmişdir.
2. Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016-2020-ci illər üçün Dövlət Proqramı. Azərbaycan Respublikası Prezidentinin 2016-cü il 20 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmişdir.
3.Aslanov Aslan. Cəmiyyətin həyatında informasiyanın və informasiya mübadiləsinin əhəmiyyəti. - “Fəlsəfə və sosial-siyasi elmlər”, elmi-nəz. jurnal, №-2(30), Bakı, 2010. 4. Əliyev Heydər. Müstəqilliyimiz əbədidir. Bakı, Azərnəşr, 2009.
5. Əliyev İlham. İnkişaf məqsədimizdir. İkinci kitab. Bakı, Azərnəşr, 2009.
6.Əzizli B. Gələcəyin yüksəliş və uğur yolu - http://www.azerbaijan-news.az/ index. php?mod =3&id = 32900.
7. İnternetin inkişafı strategiyası müzakirə edilib.- Qərbinfo.az. 16.06.2017.
8.Qloballaşan dunyada informasiya hamı ücün. Bakı, Şərq-Qərb, 2009.

 

 

Açar sözlər: informasiya, cəmiyyət, internet, inteqrasiya, informasiya məkanı.

Ключевые слова: информация, общество, интернет, интеграция, информационное пространство.

Key words: information, society, Internet, integration, information space.

 

РЕЗЮМЕ
«Информационное общество» и Азербайджан.
Юсифова Севда
В статье раскрывается сущность и роль развития «информационного общества» в начале ХХI века и отмечается, что процесс формирования «информационного общества» охватывает в основном экономически развитые страны. В Азербайджане тоже взят курс на формирование «информационного общества» и республика достигла в этом деле больших успехов. В работе отмечается, что информация и общественная потребность в еe обмене в ХХI веке являются уже неотъемлемой составной частью развития современного общества.

 

SUMMARY
“Information Society” and Azerbaijan.
Yusifova Sevda
The article reveals the essence and role of development of the “information society” at the beginning of the XXI century and notes that the process of the formation of the “information society” covers mainly economically developed countries. Azerbaijan has also embarked on the formation of an “information society” and the republic has achieved great success in this matter. The article notes that information and the public need for its exchange in the XXI century are already an integral part of the development of modern society.

 

 

"GEOSTRATEGİYA" jurnalı №05 (47) SENTYABR-OKTYABR 2018



Strategiya.az

Xəbərlər
10.12.2018

Təlimlərə hava düşmənini təqlid etmək üçün aviasiya bölmələri də cəlb olunub

10.12.2018

Atatürk parkındakı ictimai iaşə obyektləri sökülür -VİDEO

10.12.2018

Ucuzlaşan və bahalaşan ərzaqların SİYAHISI

10.12.2018

Ukrayna, Neapol dairələri və... SİYAHI

10.12.2018

Qubada məktəbdəki yanğınla bağlı FHN-dən rəsmi açıqlama

10.12.2018

Ermənistan müxalifəti seçkilərlə bağlı sərt bəyanat yayıb

10.12.2018

Xaçmazda yol qəzalarında 2 piyada ölüb

10.12.2018

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı - Attestasiya

10.12.2018

Bu ilin Nobel sülh mükafatı sahibinə təqdim olunub

10.12.2018

“Xəzər hövzəsi və enerji təhlükəsizliyi” kitabının təqdimatı olub

10.12.2018

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

10.12.2018

Zərərçəkmişlə aralarında illərdir ədavət olduğunu bildirib

10.12.2018

“Arsenal” – “Qarabağ” görüşünün hakimləri müəyyənləşdi

10.12.2018

Tramp üçün qorxunc ehtimal REALLAŞIR: 2019-cu ilin yanvarında...

10.12.2018

Qocalıb ölən inəklərin ətini yeyirik? - Kolbasa və sosislərlə bağlı ŞOK İDDİA – VİDEO 

10.12.2018

110 dövlət əmlakı özəlləşdirilməyə çıxarılacaq

10.12.2018

“Çarəsiz sərnişinlər” 

10.12.2018

Reynaldo yenidən “Qarabağ”da

10.12.2018

Ağcabədidə mənzildə 5 kq-dan artıq marixuana aşkarlandı

10.12.2018

Bakıda bayram yarmarkalarına start verildi - 23 yerdə

10.12.2018

Britaniya Brexit üzrə bildirişi birtərəfli qaydada geri götürə bilər

10.12.2018

Vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracının nəticələri açıqlanıb

10.12.2018

II Avropa Oyunlarının ulduz səfiri müəyyənləşdi

10.12.2018

Azərbaycan Qırğızıstanın keçmiş gömrük rəhbərinin ekstradisiyasına icazə verib

10.12.2018

Xalq artisti Gülxar Həsənovanın xatirəsi anılıb

10.12.2018

CNN Camal Kaşıkçının ölümündən öncəki son sözlərini dərc edib

10.12.2018

Formula 1 Azərbaycan Qran-Prisinin marşal proqramına qeydiyyat prosesi davam edir

10.12.2018

Ekologiya və Təbii Sərvətlər Nazirliyində yeni kadr təyinatı olub

10.12.2018

Qətər əmiri Səudiyyə kralının dəvətini qəbul etmədi

10.12.2018

Qubada tələbə itkin düşdü

10.12.2018

Məsut Özil sağaldı - “Qarabağ”a qarşı oynayacaq?

10.12.2018

Sabah ölkə ərazisində hava əsasən yağmursuz olacaq

10.12.2018

Bakıda külli miqdarda aksiz markasız siqaretə görə 3 nəfər saxlanılıb

10.12.2018

Dağlıq Qarabağ münaqişəsi zamanı ermənilərin xalqımıza qarşı törətdiyi cinayətlərlə bağlı müzakirələr aparılır

10.12.2018

"Sarı jiletlilər" daha bir Avropa ölkəsini QARIŞDIRDI - Bu dəfə millət vəkilləri də küçələrə axışdı

10.12.2018

"Ziya" qəzetinin  qaranlıqda və alatoranlıqda qalan  tərcümeyi-halı

10.12.2018

Altmış qadını öldürən “Anqarsk manyakına” ikinci ömürlük həbs cəzası verilib

10.12.2018

Dövlət Komissiyası: DTX-nin hospitalında xüsusi yer ayrılıb, indiyədək 1943 itkinlə bağlı 5889 nümunə toplanıb

10.12.2018

Gürcüstandan gələn avtomobildə külli miqdarda pirotexniki vasitə aşkarlandı

10.12.2018

Leyla Əliyeva Bakıda beynəlxalq foruma qatıldı

10.12.2018

Azərbaycanda zəlzələ olub

10.12.2018

Avtomobillərdən oğurluq edənlər yaxalanıblar

10.12.2018

Ekologiya və təbii sərvətlər naziri Hacıqabul rayonunda vətəndaşlarla görüşəcək

10.12.2018

Avtomobilin yanacaq çəninin içərisindən pirotexniki vasitələr tapılıb

10.12.2018

Orta təhsilini bitirə bilməyənlər üçün eksternat imtahanları keçiriləcək

10.12.2018

Masallıda evdə partlayış: ölən və yaralılar var

10.12.2018

Azərbaycan Prezidenti Beynəlxalq Şahmat Federasiyasının prezidentini qəbul edib

10.12.2018

Külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb

10.12.2018

Prezident İlham Əliyev Türkiyənin kənd təsərrüfatı və meşəçilik nazirini qəbul edib

10.12.2018

Silahlar aşkar edilərək götürülüb