Azərbaycan Respublikasında müstəqillik illərində dövlət idarəetmə sistemi sahəsində normativ-hüquqi bazanın yaradılması (1993-2003)

10:49 / 29.11.2018

Afaq Zeynalova
A.A.Bakıxanov adına Tarix İnstitutu

 

 

XX əsrin sonlarında dövlət müstəqilliyini bərpa edən Azərbaycan xalqı öz tarixinin mürəkkəb dövrünü yaşayıdı. Azərbaycan xalqının azadlıq uğrunda inamla mübarizə aparması düşmən dairələrin maraqlarına toxunduğundan, onlar xalqın bu yolda gələcəyə inamını zəiflətmək üçün daxildə ictimai-siyasi vəziyyəti gərginləşdirmək üçün hər vasitəyə əl atırdılar.
Xarici güclərin müdaxiləsi ilə həmin dövr ölkədə hərc-mərclik, ağır sosial-iqtisadi vəziyyət, sabitliyi pozmaq istəyən daxili və xarici qüvvələr tərəfindən həyata keçirilən təxribatlar ictimai-siyasi və sosial ziddiyyətlərin kəskinləşməsinə zəmin yaratmışdı.
Bütün bunlara baxmayaraq dövlət müstəqilliyinin möhkəmləndirilməsi uğrunda mübarizə aparan Azərbaycan xalqı bütün maneələri dəf etməyə hazır idi. Lakin müstəqilliyin ilk illərində AXC-Müsavat siyasi rəhbərliyinin səriştəsizliyi ölkədə hərc-mərclik, özbaşınalıq, saysız-hesabsız qeyri-qanuni hərbi birləşmələr və əllərdə olan silah-sursat kriminogen vəziyyəti xeyli gərginləşdirmişdi. Bu şəraitdən istifadə edən cinayətkar qrupların fəaliyyəti nəticəsində 1991-1993-cü illər ərzində qeydə alınmış qəsdən adam öldürmə, banditizm, quldurluq, soyğunçuluq, terrorçuluq cinayətlərinin sayı xeyli artmışdı.
Fərqli ictimai mövqelərinə, siyasi baxışlarına və əqidələrinə görə bir çox ziyalılar təqib edilmişdir.
O zaman Heydər Əliyevin Bakıda törədilmiş 20 Yanvar faciəsi ilə əlaqədar Azərbaycan Respublikasının Moskvadakı daimi nümayəndəliyinə getməsi, faciənin günahkarlarını kəskin ittiham etməsi ona olan təzyiqləri daha da artırmışdı. Heydər Əliyev Azərbaycana qayıtmaq qərarına gəlməsi, SSRİ və Azərbaycan SSR rəhbərlərini bərk narahat etmişdir. Onun Vətənə qayıtmasına mane olmaq üçün mərkəzi hökuməti Ayaz Mütəllibov Moskvaya Heydər Əliyevə xəbər göndərək bildirmişdi ki, onun qayıdışı ilə “Azərbaycanda böyük qarışıqlıqlar baş verə bilər” (4, 227; 14, 46). Əslində bu bir tərəfdən A.Mütəllibovun çökməkdə olan imperiya rəhbərliyindən asılılığının təsdiqi idisə, digər tərəfdən ona mərkəzdən edilən əmrin icrasını həyata keçirmək idi. Heç şübhəsiz A.Mütəllibovun bu həddə qorxmasına əhəmiyyət verməyən Heydər Əliyev Vətənə qayıtdıqda onu Bakı hava limanmda qarşılamağa hazırlaşan şəxslərdən biri, görkəmli naşir Əjdər Xanbabayev 50 gün əvvəl yəni 1990-cı il mayın 30-da qətlə yetirilmişdi (4, 227; 11, 8).
1993-cü il iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilən Heydər Əliyev Milli təhlükəsizlikdəki çıxışında Əjdər Xanbabayevlə dost olduğunu və onun qətlinin MTN-də planlaşdırıldığını qeyd etmişdi (11). Bu terror aktı SSRİ və respublikanın o zamankı rəhbərliyinin və xüsusi xidmət orqanlarının istifadə etdiyi ən çirkin üsullardan biri idi.
Bütün bunlara baxmayaraq Azərbaycan xalqı dövlət müstəqilliyini bərpa etdikdən sonra onun nail olduğu bütün uğurlar ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev zəngin dövlətçilik təcrübəsindən istifadə etmək uçuruma yuvarlanan, böhranlar içində çabalayan, gələcəyini heç kimin aydın təsəvvür etmədiyi zəngin tarixə və mədəniyyətə malik bir xalqı və ölkəni xilas etdi.
Ümummlilli lider Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə gəlməsi ilə Azərbaycan xalqının dövlət müstəqilliyi və onun möhkəmləndirilməsi istiqamətində normativ-hüquqi bazanın möhkəmləndirilməsi sahəsində uğurlu addımlar atıldı.
Dövlət Müstəqilliyinin bərpasından sonrakı dövrdə yeni ictimai-siyasi və iqtisadi formasiyaya keçid bütün sahələrdə dövlət strukturlarına yenidən baxılmasını tələb edirdi. Bunu nəzərə alan ulu öndər Heydər Əliyev ilk növbədə dövlət strukturlarında hüquqi-normativ bazanın yaradılmasının zəruriliyini bildirərək bu sahədə ciddi addımların atılması üçün göstərişlər verdi.
Milli Məclisin 6 dekabr 1993-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Konstitutiya layihəsinin hazırlanması üzrə dövlət komissiyası yaradıldı. 1994-cü ildə Heydər Əliyevin sədrliyi ilə yeni Konstitutisiya layihəsinin hazırlanmasına məsul olan xüsusi komissiyanın fəaliyyətə başlaması qərara alındı. Ümummilli lider layihənin hazırlanması zamanı onun hər bir müddəasını özü şəxsən nəzərdən keçirir, dövlətin gələcək taleyi, demokratik imici baxımından bu işə son dərəcə həssaslıqla yanaşırdı. O, bu xüsusda deyirdi: “Biz elə bir layihə hazırlamalı və nəhayət, elə bir Konstitutisiya qəbul etməliyik ki, o, müstəqil Azərbaycan Respublikasının demokratik prinsiplər əsasında uzun müddət sabit yaşamasını təmin edən əsas qanun, tarixi sənəd olsun. Hakimiyyət bölgüsü, - ali icra, qanunvericilik, məhkəmə hakimiyyəti,- bunlar hamısı xalqın iradəsinə söykənməli, seçkilər yolu ilə təmin olunmalıdır” (5, 48).
Ulu öndər Heydər Əliyev ölkəmizdə normativ-hüquqi bazanın yaradılması və insan hüquqlarının daha etibarlı müdafiəsinə xidmət edən məhkəmə-hüquq sisteminin müasirləşdirilməsi üzrə məqsədyönlü tədbirlər həyata keçirdi. 1994-cü il avqustun 9-da "Cınayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsi tədbirləri haqqında" fərman imzaladı. Bu fərman ölkədə konstitusiyalı dövlət quruluşunun mühafizəsinə, insan hüquq və azadlıqlarının cinayətkar qəsdlərdən qorunmasına yönəlmiş və cinayətkarlığa qarşı mübarizədə əsaslı dönüş yaratdı (15, 5).
1994-cü il oktyabrın 2-də Surət Hüseynov və Rövşən Cavadovun başçılığı ilə dövlət çevrilişinə silahlı cəhd göstərildi, Mahir Cavadovun rəhbərliyi ilə XTPD-nin və cinayətkar ünsürlərin qüvvələri respublika prokurorluğuna silahlı basqın etdilər, vəzifəli şəxslər barədə zorakılıq tətbiq etdilər, prokurorluğun işini pozdular, dövlət əmlakına ziyan vurdular (3, 165-166; 17).
1994-cü il oktyabr və 1995-ci il mart dövlət çevrilişləri cəhdlərinin qarşısının alınması, Surət Hüseynovun, Rövşən və Mahir Cavadov qardaşlarının kölgəsi altında, onların başçılıq etdikləri cinayətkar dəstələrin, XTPD kimi dövlət strukturlarına daxil olan bir qurumun qanunsuz hərəkətləri fonunda əl-qol açan digər cinayətkar qrupların ifşa olunması və zərərsizləşdirilməsi respublikada bütövlükdə cinayətkarlıqla mübarizənin yeni vüsətdə güclənməsinə təkan verdi.
Həmin fərmana əsasən Azərbaycan dövlətinin inkişafına mane olan amillərə qarşı mübarizə usul və addımları genişləndirilmiş, cinayətkarlığa şərait yaradan halların aradan qaldırılmasına yönəldilmiş əməli tədbirlər gücləndirilmiş, müvafiq təşkilati və praktiki tədbirlər planlaşdırılmış və uğurla həyata keçirilmişdi.
Məhz bu illərdə Azərbaycan xalqına, onun Ə.Xanbabayev, A.Cəlilov, Ş.Rəhimov, Z.Bünyadov kimi görkəmli nümayəndələrinə qarşı törədilən cinayətlərin üstü açılmış, onların sifarişçiləri və icraçıları müəyyən edilmiş və cinayət məsuliyyətinə cəlb edilmişlər.
Cinayətkarlıqla mübarizədə görülmüş işlər nəticəsində cinayətlərin azalması meyli son illərdə ardıcıl və dönməz xarakter almışdır. 1992-ci illə müqayisədə 2000-ci ildə qeydə alınmış cinayətlərin sayı 37,8 faiz, o cümlədən cinayət axtarış xətti ilə 39,0 faiz, onların ağır növləri, o cümlədən qəsdən adamöldürmələr 2,5 dəfə, quldurluq və soyğunçuluqlar 3,8 dəfə, oğurluqlar 3,3 dəfə, nəqliyyat vasitələrinin oğurlanması və qaçırılması 10,6 dəfə azalmışdır.
Həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində cinayətlərin açılması ildən-ilə yaxşılaşaraq 1992-ci illə müqayisədə 67 faizdən 2000-ci ildə 92,4 faizədək yüksəlmişdir. Axtarışda olan cinayətkarların tutulması 4,6 dəfə artmışdır (2, 60-61; 10, 147).
Bunun nəticəsidir ki, MDB ölkələri arasında Azərbaycan Respublikası kriminogen durumunun vəziyyətinə görə ən sabit olan ölkədir. 2000-ci ildə əhalinin hər 100 min nəfərinə düşən cinayətlərin sayına görə Azərbaycanda Respublikasında Rusiya Federasiyasından 11,4, Belarusdan 7,5, Ukraynadan 6,2, Qazaxıstandan 5,4, Moldovadan 5,1 dəfə az cinayət törədilmişdir (16).
Ölkədə sabitliyin və vətəndaş sülhünün qorunması üçün ayrı-ayrı cinayətkar qurumların nəzarətində olan külli miqdarda silah-sursat aşkar edilmişdir. Qanunsuz saxlanılan 21 mindən artıq müxtəlif növ odlu silah, milyonlarla hərbi sursat aparılmış əməliyyat-axtarış və profilaktiki tədbirlər nəticəsində müsadirə olunmuşdur və bütün bunlar odlu silahla törədilən cinayətlərin sayını 7 dəfə azaltmağa imkan vermişdir.
Ulu öndər Heydər Əliyev öz sinəsini sipər edərək Azərbaycan Respublikasının dünya birliyinin müstəqil bir hüquqi subyekti olmaq hüququnu özünə qaytardı. Onun həyata keçirdiyi təxirə salınmaz sosial-iqtisadi, siyasi və mənəvi tədbirlərin nəticəsi kimi, bir tərəfdən Milli Ordunun formalaşdırılması, Azərbaycanın dövlətinin milli mənafelərini qorumağa qadir olan nizami silahlı qüvvələrin yaradılması, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atılmağa başladı, digər tərəfdən, bütün siyasi və diplomatik vasitələrin işə salınması ilə 1994-cü ilin may ayında həyati əhəmiyyət kəsb edən atəşkəs əldə edilib. Məhz bu müqavilədən sonra ölkənin dünya birliyinə inteqrasiya etməsi, öz iqtisadi potensialından səmərəli istifadə edərək dünya bazarına daxil olmağa şərait yaradan beynəlxalq müqavilələr, razılaşmalar və s. əldə edildi. Ölkə daxilində yaranmış nisbi sabitlikdən, həmçinin, beynəlxalq aləmdə Azərbaycan Respublikasına münasibətdə artan inam və maraqdan istifadə edərək 1994-cü ilin sentyabrında "Əsrin müqaviləsi" imzalandı. Bununla da ulu öndər Heydər Əliyev tərəfindən işlənib hazırlanan və müstəqil Azərbaycan Respublikasının iqtisadi inkişaf konsepsiyasının əsasını təşkil edən neft strategiyasının həyata keçirilməsinə başlanıldı. Məhz ümummilli liderimiz Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində 1995-ci ilin noyabrın 12-də demokratik, hüquqi dövlətin təməlini təşkil edən Konstitusiya qəbul olundu. Beləliklə də, ölkədə daha geniş miqyaslı islahatların aparılması üçün normativ-hüquqi baza formalaşdırıldı (1, 3).
Bu xüsusda "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında", "Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında", "Veteranlar haqqında" və digər qəbul edilmiş qanunların adını çəkmək olar. Ulu öndərin "Əhalinin sosial müdafiəsinin gücləndirilməsi və iqtisadiyyatın maliyyə vəziyyətinin sabitləşdirilməsi tədbirləri haqqında" 1994-cü il 15 iyun tarixli fərmanı əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində çıxış edən növbəti mühüm sənəd olmuşdur. Fərmandan irəli gələn vəzifələrin daha effektiv yerinə yetirilməsinin təmininə nail olmaq və yol verilən bəzi qüsurların aradan qaldırılması üçün Heydər Əliyev "Əhalinin sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında" növbəti sənəd imzalamışdır ki, bu, bilavasitə əhalinin sosial müdafiəsinin daha etibarlı şəkildə qorunmasında vacib əhəmiyyət kəsb etmişdir. Beləliklə, ulu öndərin həyata keçirdiyi sosial siyasətin məzmunu onun ölkənin iqtisadi bazisinə əsaslandığını, dayanıqlı olduğunu, eyni zamanda mükəmməl normativ-hüquqi bazaya söykəndiyini göstərir (8, 5).
Ulu öndər tərəfindən 2002-ci il yanvarın 1-dən ölkəmizin sosial siyasətində yeni bir mərhələnin başlanğıcı qoyuldu. "Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında" 15 noyabr 2001-ci il tarxli qanunla güzəşt və imtiyazlardan istifadə edən əhali kateqoriyasının dairəsinə yenidən baxıldı, həmçinin kommunal və nəqliyyatdan istifadəyə görə güzəştlər müavinətlərlə əvəz olundu. Bütün bunlar bazar iqtisadiyyatı şəraitində dövlət vəsaitlərinin xərclənməsinin səmərəliliyinin yüksəldilməsinə, enerji daşıyıcılarından səmərəli və qənaətlə istifadənin təmin olunmasına, sosial müdafiənin ünvanlılığının artırılmasına xidmət edən vacib məqamlara çevrildi və zaman bu islahatların nə dərəcədə doğru olduğunu sübuta yetirdi. Görülən digər tədbirlər, o cümlədən yoxsulluğun səviyyəsinin azaldılması üçün müvafiq proqramın təsdiqi ulu öndərin rəhbərliyi altında həyata keçirilən sosial siyasətin yüksək səmərəliliyi ilə yanaşı, xalqın rifah halının yüksəldilməsi istiqamətində real nəticələr əldə olundu (8, 5).
1995-ci ildə Azərbaycan dövlətinin ilk parlamentinə keçirilən seçkilər isə dövlət müstəqilliyinin möhkəmləndirilməsi prosesinin hüquqi bazasının yaradılmasına daha geniş imkanlar verdi. Heydər Əliyev böyük şəxsiyyət olaraq cəmiyyətin sivil inkişafını hər bir fərdin maraq və mənafelərinin etibarlı təminatında görür və buna xidmət edən bütün zəruri tədbirləri həyata keçirirdi. Onun gərgin səyləri nəticəsində hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu yolu ilə irəliləyən müstəqil Azərbaycan Respublikasında vətəndaş cəmiyyətinin formalaşması, insanların azad, sərbəst yaşaması, qanunun aliliyinin təmin edilməsi məqsədi ilə ən yüksək tələblərə cavab verən normativ-hüquqi baza yaradıldı. Ulu öndər 1997-ci ildə xarici jurnalistlərlə görüşündə müxbirin dövlətçilik ənənələrinin yaranması və hansı göstəricilərlə şərtlənməsi ilə bağlı sualını cavablandıraraq demişdi: "...Bu, ilk növbədə, əhalinin xalqa, xalqın millətə, sakinlərin vətəndaşlara çevrilməsi istiqamətində gedən prosesdir. Dövlətçilik insanlarda vətənpərvərlik duyğusunu, vətən anlamının milli mənə daxil edilməsini nəzərdə tutur. Əgər hər hansı bir ölkədə hər kəs təkcə öz mənafeyini, ailəsinin mənafeyini düşünürsə, xalqın taleyinə, ümummilli siyasi və iqtisadi mənafelərə biganədirsə, deməli, burada dövlətçilik ənənələri yoxdur. Gərək hər bir vətəndaş ölkəsinin böyük siyasəti haqqında düşünsün".
Ümummilli liderin dövlətçilik siyasəti sayəsində Azərbaycanın özü ilə birlikdə onun səhiyyə sistemi də xilas edildi. Heydər Əliyevin o vaxtlar ölkədəki siyasi-iqtisadi vəziyyəti yaxşılaşdırmaq naminə gördüyü işlər, yerinə yetirdiyi əvəzsiz xidmətlər tarixin səhifələrinə qızıl hərflərlə həkk olundu (9, 2).
1995-ci il Konstitusiyanın qəbulundan sonra Ümummilli lider Heydər Əliyev hüquq-mühafizə orqanlarının fəaliyyətinin yeni dövrün tələblərinə uyğunlaşdırılması üçün bir sıra mükəmməl qanunvericilik aktlarının qəbulunu təmin etmişdir. Bu məqsədlə 21 fevral 1996-cı il tarixdə Hüquq islahat komissiyası yaradılmış, Avropa Şurasının tövsiyələri nəzərə alınmaqla hazırlanmış "Konstitusiya məhkəməsi haqqında", "Məhkəmələr və hakimlər haqqında", "Vəkillər və vəkillik fəaliyyəti haqqında", "Prokurorluq haqqında", "Polis haqqında", "Əməliyyat-axtarış tədbirləri haqqında", "Notariat haqqında" və s. qanunların qəbulu məhkəmə-hüquq islahatlarının məntiqi yekunu olmuşdur (6, 7).
Ulu öndər ölkədə mürəkkəb ictimai-siyasi şərait, iqtisadi böhran, müharibə şəraiti, qaçqınlar problemi və üstəlik vətəndaş qarşıdurması təhlükəsi hökm sürən bir dövrdə bir çox maneələrə baxmadan, heç nədən çəkinmədən, cəsarətlə xalq təsərrüfatında islahatların aparılmasını təkidlə tələb etdi və onun həyata keçirilməsinə rəhbərliyi bilavasitə öz üzərinə götürdü. Ölkəmizin bazar iqtisadiyyatı yolu ilə inkişaf etdiriləcəyi bəyan olundu. Bununla əlaqədar aqrar sahədə başlanan islahatların normativ-hüquqi bazası yaradıldı. Bir-birini təkrarlayan səmərəsiz strukturlar ləğv olundu, bazar iqtisadiyyatının tələblərinə uyğun daha çevik fəaliyyət göstərə biləcək yeni qurumlar yaradıldı. Heydər Əliyevin qısa bir müddətdə həyata keçirdiyi titanik işlər bütün dünyanı heyran qoydu. Daxildən və xaricdən törədilən əngəllərə baxmayaraq az vaxt ərzində ölkədə sabitlik yaradıldı.
Heydər Əliyevin 26 iyul 1994-cü il tarixli fərmanı ilə Gənclər və İdman Nazirliyi və 14 yanvar 1998-ci il tarixli fərmanı ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradıldı (13, 3).
MDB ölkələri arasında ilk dəfə Azərbaycan Respublikasında 1996-cı ildə “Meliorasiya və irriqasiya haqqında” Qanun qəbul edildi. Bundan iki il sonra “Azərbaycan Respublikasının Su Məcəlləsi”, daha sonra isə “Hidrotexniki qurğuların təhlükəsizliyi haqqında” Qanun qüvvəyə mindi (7, 4).
Bu proqramın əsas vəzifələri isə fundamental elmin, vacib tətbiqi tədqiqatların, araşdırmaların inkişafını və milli istehsalatın yeni texnologiyalara tələbatını ödəmək məqsədi ilə təşkilati və iqtisadi mexanizmlərin yaradılması, elmi, elmi-texnoloji və innovasiya fəaliyyətinin normativ-hüquqi bazasının təkmilləşdirilməsi, elm və texnologiyalar sahəsində yüksək ixtisaslı elmi və mühəndis kadrların hazırlanması sisteminin təkmilləşdirilməsi, dünyadakı müasir meyilləri nəzərə alaraq, elmi tədqiqatların və təcrübi işləmələrin prioritet istiqamətlərinin müəyyənləşdirilməsi, beynəlxalq elmi-texniki əməkdaşlığın inkişaf etdirilməsi, elm və təhsilin inteqrasiyası, milli innovasiya sisteminin formalaşdırılması, elmi işçilərin statusunun, sosial təminatının və gəlirlərinin artırılmasına yönəlmiş qanunvericilik bazasının yaradılmasının həyata keçirilməsinə yönəldilmişdir.
Bundab başqa Azərbaycan Respublikasında ölüm hökmü tam ləğv olunmazdan əvvəl cəmiyyətdə geniş ictimai müzakirəyə çıxarılmış, Avropa Şurası ilə geniş məsləhətləşmələr aparılmışdır. Ulu öndər 1998-ci il fevralın 3-də Milli Məclisə ölüm hökmünün ləğvi ilə bağlı müraciətində cinayət-hüquq siyasətini hərtərəfli təhlil edərək ədalət, azadlıq, humanizm və insanpərvərlik kimi yüksək idealları rəhbər tutmaqla ölkədə ölüm cəzasının ləğv edilməsi qənaətinə gəldiyini bildirmiş və bu tarixi bəyanatın zəruriliyini əsaslandırmışdır. Gərgin müzakirələrdən sonra Milli Məclis ölüm hökmünün ləğvi ilə bağlı ölkə Prezidentinin təklifini dəstəkləmiş, 10 fevral 1998-ci ildə belə bir tarixi qərar qəbul etmişdir.
Həyata keçirilən mütərəqqi məhkəmə-hüquq islahatlarının məntiqi nəticəsi olaraq Azərbaycan Respublikası 2001-ci ilin yanvarında Avropa Şurasına tamhüquqlu üzv seçilmiş, təşkilat qarşısında götürdüyü bütün öhdəlikləri vaxtlı-vaxtında icra etmişdir. İmzalanmış çoxsaylı əfv fərmanları nəticəsində qondarma "siyasi məhbuslar" problemi qapanmış, insan hüquqlarının təminatına xidmət edən yeni qanunlar qəbul olunmuş, o cümlədən İctimai Televiziya fəaliyyətə başlamışdır. Rəsmi Bakı təşkilatın ölkənin demokratik inkişafına xidmət edən bütün mütərəqqi təklif və tövsiyələrini nəzərə alaraq, AŞ PA həmməruzəçilərinin respublikada müntəzəm monitorinq aparmasına şərait yaratmışdır. 28 dekabr 2001-ci il tarixdə "Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" Konstitusiya Qanununun qəbulu, 2002-ci ildə ombudsman institutunun fəaliyyətə başlaması üçün maddi-texniki bazanın təşkili insan və vətəndaş hüquqlarının təmini istiqamətində respublikada həyata keçirilən hüquqi islahatların məntiqi davamı olmuşdur (6, 7).
Prezident Heydər Əliyevin rəhbərliyi altında aparılmış son dərəcə gərgin fəaliyyət nəticəsində ölkədə cinayətkarlıq cilovlanmış və kriminogen durum tam nəzarət altına alınmışdır. Bunun nəticəsidir ki, MDB ölkələri arasında Azərbaycan krımınogen durumun vəziyyətinə görə ən sabit olan ölkədir. 2000-ci ildə əhalinin hər 100 min nəfərinə düşən cinayətlərin sayına görə Azərbaycanda Rusiyadan 11,4, Belarusdan 7,5, Ukraynadan 6,2, Qazaxıstandan 5,4, Moldovadan 5,1 dəfə az cinayət törədilmişdir. Azərbaycan Respublikasında ictimai-siyasi sabitliyə nail olunması vətəndaşların hüquq və mənafelərinin müdafiəsinə, bazar münasibətlərinə əsaslanan iqtisadiyyatın və sahibkarlığın inkişafına, beynəlxalq iqtisadi və maliyyə sisteminə inteqrasiyaya istiqamət götürən, sosial ədalət prinsipinə əsaslanan demokratik, hüquqi dövlət quruculuğu yoluna qədəm qoymağa imkan yaratmışdır (2, 58-62).
Ulu öndər Heydər Əliyevin imzaladığı 1998-ci il 22 fevral tarixli "İnsan hüquq və azadlıqlarının müdafiəsinə dair" Fərmanı və "İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı"nın təsdiq olunması barədə 1998-ci il 18 iyun tarixli Sərəncamı mühüm qanunvericilik və institusional islahatlara təkan vermiş, ölkəmizdə insan hüquqlarının təmini sahəsində effektiv müdafiə mexanizmlərinin formalaşdırılmasını şərtləndirmişdir (12, 40-42).
1995-2003-cü illərdə ümummilli lider Heydər Əliyev tərəfindən 32 əfv fərmanı imzalanmış, bu fərmanlar 3104 məhkuma şamil edilmişdir. Azərbaycan Respublikası Prezidentinin qanunvericilik təşəbbüsü əsasında Milli Məclisdə 1996-2003-cü illərdə 8 amnistiya haqqında qanun qəbul olunmuş, 21325 məhkum azadlığa buraxılmış, bu amnistiya aktları 77 mindən artıq məhkuma şamil edilmişdir. (6, 7).
Ümummilli Lider Heydər Əliyevin gərgin səyləri nəticəsində hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu yolu ilə irəliləyən müstəqil Azərbaycan Respublikasında vətəndaş cəmiyyətinin formalaşması, insanların azad, sərbəst yaşaması, qanunun aliliyinin təmin edilməsi məqsədi ilə ən yüksək tələblərə cavab verən normativ-hüquqi baza yaradıldı.
Ulu Öndər Heydər Əliyev dünyanın gələcək inkişafına həmişə qlobal yanaşmış, demokratik ideallarına doğru aparan yola inam bəsləmiş, yeni yaranmış Azərbaycan Respublikasını öncül görməyə çalışmışdır. Belə bir mövqe onun davamçısı olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən bu gün də inamla həyata keçirilir.


ƏDƏBİYYAT
1. Aliyev İsa, Əsədov Aqil, Heydər Əliyev Müstəqil Azərbaycan dövlətinin qurucusu və memaridir. “Xalq qəzeti”.-2011.-5 may.-N 96.
2. Azərbaycan Respublikası 1991-2001.B. XXI-Yeni Nəşrlər Evi, 2001, 280 s.
3. Azərbaycan Respublikasının tarixi. (1991-2003).1-ci cild.Bakı, ATİB, 2016, 704 s.
4. Azərbaycan tarixi. Yeddi cilddə. VII cild (1941-2002-ci illər). Bakı. "Elm". 2008. 608 səh. + 80 səh. Illüstrasiya.
5. Cəbrayılov R. Azərbaycan Respublikasında hüquqi islahatlar. Bakı, 2014, 304 s.
6. Cəfərov Zahid. Hüquqi dövlət ideyasini gerçəkliyə çevirən lider “Azərbaycan”.-2013.-20 aprel.-N 83.-S.7.
7. Əhmədzadə Əhməd. Azərbaycanda Meliorasiya və su təsərrüfatinin dinamik inkişafi Ulu Öndərimizin adi ilə bağlidir . “Xalq qəzeti“.-2009.-11 dekabr.-N 275.-S.4.
8. Ələkbərov Fizuli. Əhalinin sosial müdafiəsinin mükəmməl modelini yaradan lider. “Azərbaycan”.-2011.-11 may.-N 100.
9. Əmiraslanov Əhliman.Heydər Əliyevin ideyalari Azərbaycan səhiyyəsinin inkişafinda mühüm amildir. “Azərbaycan”.-2012.-29 aprel.-N 92.
10. Heydər Əliyev. İki cilddə. 2-ci cild. Bakı, “Turxan”, 2013, 704 s.
11. Qayıdış (1990-1993). Sənədlər toplusu, - Bakı, «Azərbaycan», 1996, 791 s
12. Qurbanov Faiq. Heydər əliyev və Azərbaycan Ədliyyəsi. “Qanunçuluq”.-2009.-№5
13. Rəcəbli Hadi. Sosial sabitlikdən sosial rifaha. “Azərbaycan”.-2011.-30 aprel.-N 92.
14. Ülki İ. Qızıl ulduzdan hilala doğru: Heydər Əliyevin fırtınalı həyatı. - Bakı, 1994, 164 s.
15. Vəliyev Xanlar. Milli qürurumuzun təntənəsi. “Xalq qəzeti”.-2011.-12 oktyabr.-N 225.
16. http://penitensiar.justice.gov.az/224-21-heydr-liyev-prezident-1993-2003-sabitliyin-tminats.html. Prezident (1993-2003): sabitliyin təminatçisi. müstəqil dövlət quruculuğunun əsas istiqamətləri.
17. http://www.e-qanun.az/framework/9205. Azərbaycan Respublikası Ali Sovetinin sədri. Bakı şəhəri, 22 mart 1995-ci il. № 989.
18. http://www.nuh.az/11754-1990-c-ild-ldrln-jdr-xanbabayev-v-dnn-glllnn-xanbabayev.html.

Açar sözlər: Azərbaycan Respublikası, Heydər Əliyev, dövlət idarəçilik sistemi, hüquqi-normativ baza
Key words: Azerbaijan Republic, Heydar Aliyev, state administration system, regulatory / legislative base.
Ключевые слова: Азербайджанская Республика, Гейдар Алиев, система государственного управления, нормативно-юридическая база

 

SUMMARY
Creation of normative and legal base in the system of
state administration in the years of independence of the Republic of Azerbaijan (1993-2003)
The article highlights chaos, outrages, threats of civil war, news of the coup d'etat and other facts during the coming to power of the national leader Heydar Aliyev in 1993.
The article also provides with information on the reforms and the legal framework created in 1993-2003 and implemented in the state administration by national leader Heydar Aliyev.

РЕЗЮМЕ
Создание нормативно-юридической базы в системе государственного управления в годы становления независимости Азербайджанской Республики
(1993-2003 гг.)
В статье освещен хаос, бесчинство, угрозы гражданской войны, новости государственного переворота и др. факты в период прихода к власти общенационального лидера Гейдара Алиева в 1993 году.
Также в статье дана информация о претворяемых в жизнь общенациональным лидером Гейдаром Алиевым в 1993-2003 гг. реформах и созданных в госуправлении юридически-правовой базы.

 

 

"GEOSTRATEGİYA" jurnalı №05 (47) SENTYABR-OKTYABR 2018



Strategiya.az

Xəbərlər
11.12.2018

Qabırğa altındakı kəskin ağrılar - Bir çox təhlükədən xəbər verir

11.12.2018

“Fənərbaxça”da qalmaqal – futbolçular prezidentə qarşı

11.12.2018

Avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ: Bu xəbəri mütləq OXUYUN - VİDEO

11.12.2018

DOST Agentliyinin fəaliyyəti üçün əsas hüquqi platforma təmin edilib

11.12.2018

Xorvatiya - Azərbaycan oyununun stadionu müəyyənləşdi

11.12.2018

Respublika çaylarında biogen maddələrin miqdarının normadan artıq olduğu müşahidə edilib

11.12.2018

Qasım Rzayi: İran Azərbaycanın ərazi bütövlüyünü və ədalətli mövqeyini dəstəkləyir

11.12.2018

“Future Stars 2018” IX Beynəlxalq Klassik Musiqi Festivalının qalibləri mükafatlandırılıb

11.12.2018

46 mənzil və 3 qeyri-yaşayış obyektinin icazəsiz sökülməsinə görə cinayət işi başlanıb

11.12.2018

Qaçaqmalçılıq üçün əyninə çadra geyinən qadın və həyat yoldaşı ifşa olundu

11.12.2018

Bugünkü hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb

11.12.2018

XƏBƏRDARLIQ! - Külək güclənəcək, yağış, qar...

11.12.2018

Sabahkı hava şəraiti açıqlanıb

11.12.2018

“Moody's”: Neftin qiyməti 50-70 dollar/barrel arasında dəyişəcək

11.12.2018

Rusiyadan Azərbaycana gələn avtomobildə 75 ədəd güllə aşkarlanıb 

11.12.2018

Polkovnik Eray Guçlüer: Paşinyanın Türkiyə ilə əlaqələr qurmaq barədə dedikləri təcavüzkar dövlətin əsl xislətini əks etdirir

11.12.2018

Qurban Qurbanovdan şok addım - təzminatdan imtina etdi

11.12.2018

"Məcmueyi-Şüəra" və "Vahid" ədəbi məclislərinin üzvləri Ulu öndəri yad etdilər

11.12.2018

“Bir nəfər hamı üçün, yaxud Mixaylonun qisası” kitabı təqdim olundu

11.12.2018

Çayda batan şəxsin meyiti tapılıb

11.12.2018

Karateçilərimiz İtaliyada Gənclər liqası turnirində iştirak edəcək

11.12.2018

Türkiyə Qara dənizdə yeni hərbi-dəniz bazası yaradır

11.12.2018

Noyabrda Azərbaycanda sutkada 801 min barrel neft çıxarılıb

11.12.2018

Keçirilən reydlər nəticəsində...

11.12.2018

Əfqanıstanda kamikadze minalanmış avtomobillə hərbi karvana hücum edib

11.12.2018

Bakıda 2 maddə ilə axtarışda olan qadın saxlanılıb

11.12.2018

Hava Hücumundan Müdafiə bölmələri həyəcan siqnalı ilə qaldırılıb

11.12.2018

Neymar "Srvena Zvezda"ya qarşı oynayacaq?

11.12.2018

Yaxın Şərqdə yeni ixtilafa doğru: Ər-Riyadla Əbu-Dabinin təhlükəli oyunu?

11.12.2018

Sabah bəzi marşrut xətlərinin trayektoriyası dəyişdiriləcək

11.12.2018

Gürcüstandan gələn avtomobildə pirotexniki vasitələr aşkarlanıb

11.12.2018

“Məni buna o vadar etdi” – Bacanağına olan acığını heyvanlardan çıxdı - VİDEO

11.12.2018

“Azeri Light”ın bir barreli 62,73 dollara satılır

11.12.2018

Neftin qiyməti bahalaşır

11.12.2018

Qubada 19 yaşlı gənc itkin düşüb

11.12.2018

Prezident İlham Əliyev İranın Sərhəd Qoşunları komandanını qəbul edib

11.12.2018

Narkotik qəbul etdi, arvadını 5-ci mərtəbədən atdı

11.12.2018

Ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar bu yollarda hərəkət məhdudlaşdırılacaq

11.12.2018

Makron Fransada fövqəladə vəziyyət elan etdi

11.12.2018

"Lazarev klubu": "qara piar" kampaniyasında yeni həlqə

11.12.2018

Yeni qərar verildi: Artıq marketlərə zənbillə gedəcəksiniz

11.12.2018

Çempionlar Liqasında daha üç 1/8 finalçı müəyyənləşir 

11.12.2018

Cinayət törətməkdə şübhəli bilinən 33 nəfər saxlanılıb

11.12.2018

Dekabrın 11-də xarici valyutaların manata qarşı məzənnələri

11.12.2018

Tiflis bəyzadəsi Əlimərdan bəy Topçubaşov... (1865-1934)

11.12.2018

Çayda batdığı ehtimal edilən şəxsin axtarışları aparılır

11.12.2018

Atəşkəs 24 dəfə pozulub

11.12.2018

Azərbaycanın Dostları Assosiasiyasının prezidenti: Jak Şirak Heydər Əliyevə hörmət edir və heyranlıq duyurdu

11.12.2018

 Fransa Prezidentindən “Sarı jilet”lərin qəzəbini sakitləşdirmək üçün ŞOK təkliflər...

11.12.2018

Kriştiano Ronaldonun İtaliyada ilk böyük müsahibəsi