BAKI-TBİLİSİ-CEYHAN VƏ CƏNUBİ QAFQAZ BORU KƏMƏRLƏRİNİN TİKİNTİSİNDƏ BP VƏ TƏRƏFDAŞLARININ ROLU

09:28 / 30.11.2018

İlham Əlizadə
AMEA Gəncə Bölməsi

BP və tərəfdaşlarının gərgin fəaliyyətinin nəticəsi olaraq 2004-cü ilin fevralında Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəmərinin maliyyələşdirilməsi sazişi imzalandı və bununla da boru kəməri layihəsini üçüncü tərəfin maliyyələşdirməsi məqsədilə aparılan gərgin işlər uğurla tamamlandı. Layihənin danışıqlar üzrə rəhbəri Bill Brauninqin dediyi kimi“ bu sxemdə digər səhmdarlarla müqasiyədə BP şirkəti daha böyük riskə girmişdi. Belə ki, BTC layihəsində özünün 30,1 %-lik iştirak payından əlavə BP Azərbaycan tərəfin də 25 %-lik səhm zəmanətinin təxminən üçdə ikisinə də zamin oldu.Bu tikinti mərhələsində maliyyə baxımından BP şirkətinin qeyri proporsional təsir altında qalması demək idi.Biz ümumilikdə 2,448 mld. dollar borc götürdük. 1,575 milyard dollar kreditorlardan, 0,872 milyard dollar isə dörd səhmdardan alındı ki, buraya ən böyük tək kreditor kimi BP-dən alınmış 0,535 milyard dollar da daxildir”(5, s.8-10).
Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəmərinin tikintisi layihəsinin maliyyələşdirilməsi münasibətilə Bakıda üç tranzit ölkə hökumətinin,layihə sponsorlarının, kreditorların iştirakı ilə rəsmi mərasim keçirildi.Mərasimdə Avropa Yenidənqurma və İnkişaf bankının vitse-prezidenti Norin Doyl çıxış edərək bildirdi ki, “Biz inanırıq ki, bu günə qədər ən yaxşı boru kəməri layihəsi kimi qiymətləndirilən Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəməri bölgənin iqtisadi potensialını üzə çıxaracaqdır.Biz bu potensialın gercəkliyə çevrilməsi üçün bu layihəin sponsorları və hökumətlərlə birlikdə işləmək əzmindəyik” (4, s.7).
18 noyabr 1999-cu il tarixdə ATƏT-ə üzv olan ölkələrin İstanbul zirvə görüşü çərçivəsində “Xam neftin Azərbaycan Respublikası,Gürcüstan və Türkiyə Respublikasının əraziləri ilə Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri vasitəsilə nəql edilməsinə dair Azərbaycan Respublikası,Gürcüstan və Türkiyə Respublikası arasında Saziş”in imzalanmasından sonra BP şirkəti layihənin operatoru kimi əsas ixrac boru kəmərinin maliyyə mənbəyinin axtarılması ilə paralel olaraq vacib məsələlərdən olan Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tikintisi üçün Torpaq Ayırma Proqramının Əsas Prinsiplərinin (TAPƏP) hazırlanması ilə də məşğul oldu.Belə bir Proqramın hazırlanması həm də layihəyə kredit ayıracaq Beynəlxalq Maliyyə Korporasiyasının (BMK),Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB),Dünya Bankının tələblərindən biri idi.Bu proqramın həyata keçirilməsi layihələrin icrası prosesində çox mühüm,həm də son dərəcə məsuliyyətli mərhələdir. Prosesin aparılması üçün mükəmməl qanunvericilik bazası olmalı,həm də bu qanunvericilik beynəlxalq qanunlara zidd olmamalı idi.Belə bir vacib və hazırlanması çox böyük zəhmət tələb edən Proqramı layihənin operatoru olan BP şirkəti beynəlxalq təcrübəyə əsaslanaraq qısa müddətdə hazırlaya bildi .
Əsas ixrac boru kəmərinin Bakı-Tbilisi-Ceyhan marşrutu ilə çəkiləcəyini hələ 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi” imzalanandan sonra qətiləşdirmiş Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev ölkə iqtisadiyyatının dirçəldilməsi tədbirləri sırasında torpaq islahatının aparılmasını strateji vəzifələr sırasına daxil etmişdi. İslahatın kəmərlərin tikintisinin başlanmasına qədər başa çatdırılması ölkənin iqtisadiyyatı, xüsusilə kənd təsərrüfatının inkişaf etdirilməsi üçün çox vacib bir tədbir olmaqla yanaşı, həm də torpaq üzərində dövlət, xüsusi və bələdiyyə mülkiyyətinin yaranması, nəticə etibarı ilə torpaq mülkiyyətçisinə çevriləcək Azərbaycan kəndlisinin kəmərlərə görə kompensasiya alması demək idi. Bu tarixi islahatın reallaşması üçün ilk növbədə 16 iyul 1996-cı il tarixdə “Torpaq islahatları haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olundu (2,s.89). “Aqrar islahatların həyata keçirilməsini təmin edən bəzi normativ-hüquqi aktların təsdiq edilməsi barədə” ölkə Prezidentinin 10 yanvar 1997-ci il tarixli 534 saylı Fərmanı ilə islahatlar daha da sürətləndirildi. Respublikada mövcud olmuş 2032 təsərrüfat, kolxoz və sovxozlar ləğv edilərək onların əkinə yararlı torpaqları əhaliyə paylandı. Azərbaycanın işğal altında olan rayonlarının əhalisi istisna olmaqla pay torpağı almaq hüququ olan 870 min ailə,başqa sözlə 3 milyon 442 min 778 nəfər torpaq payı aldı.Torpaq üzərində dövlət,bələdiyyə və xüsusi mülkiyyət növü müəyyən edildi.Ölkənin vahid torpaq fondunu təşkil edən 8 mln.641 min 506 ha torpağının 56,9 faizi (4mln.913 min 639 ha) dövlət mülkiyyətində saxlanıldı, 23,5faizi (2 mln. 032 min 744 ha) bələdiyyə mülkiyyətinə, 19,6% faizi (1mln. 695 min 123 ha) isə xüsusi mülkiyyətə ayrıldı (6,s.1).
1997-ci ildən başlamış torpaq islahatı qısa müddətdə başa çatdırıldı.İslahat nəticəsində torpaq mülkiyyətçisinə çevrilmiş fiziki və hüquqi şəxslər 2001-2002-ci illərdə dövlət torpaq aktları ilə təmin olundular.
Kəmərlərin tikintisi üçün torpaqların icrayə götürülməsində artıq torpaq mülkiyyətçisi statusu almış Azərbaycan kəndlisi bu prosesdə tərəf kimi iştirak etmək hüququ qazandı. Mülkiyyətində olan torpaq sahəsinin kəmərlərin keçdiyi hissəsini uzunmüddətli icarəyə verməklə kəndli ABŞ dolları ilə kifayət qədər yüksək kompensasiya ala bildi ki, bu da 4250 ailənin öz həyat səviyyəsini yüksətməsi,təsərrüfatını inkişaf etdirməsi və digər problemlərinin həll edilməsi üçün yaxşı imkanlar demək idi.
BP şirkəti tərəfindən Torpaq Ayırma Proqramının Əsas Prinsiplərinin (TAPƏP) hazırlanması ilk növbədə Azərbaycan qanunvericiliyinin bu proqramın həll etməli olduğu məsələlərin tənzimləməsini tələb edirdi. Ona görə də Azərbaycan Respublikasının bəzi qanunlarında və normativ-hüquqi aktlarında dəyişikliklər edilməsi, yeni normativ-hüquqi aktlar qəbul olunması zərurəti yaranmışdı. Məhz bu zərurətə görə Azərbaycanda yeni 52 normativ-hüquqi akt hazırlandı.TAPƏP-in hazırlanması üçün milli qanunvericiliyin müddəaları əsas kimi qəbul edildi. Azərbaycan Respublikasında torpaqayırma və kompensasiya işlərinin əsaslarının hazırlanması və onlara nəzarəti həyata keçirmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 15 may 2001-ci il tarixli Fərmanına əsasən BP şirkətinin operator olduğu “BTC Co”, ARDNŞ, Yanacaq və Energetika Nazirliyi, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin nümayəndələrindən ibarət layihənin işçi qrupu yaradıldı. İşçi qrupunun təşəbbüsü ilə Birgə Torpaqayırma Qrupu (BTAQ) təşkil edildi. BTAQ BP şirkəti adından boru kəmərlərinin tikintisi üçün ayrılmış torpaqla bağlı bütün məsələlərlə məşğul olur, həmçinin Azərbaycan-Gürcüstan-Türkiyə boru kəmərləri layihəsinin Azərbaycan bölməsində müvafiq icmalarla əlaqələri təmin edirdi.Bütün bu işlərin şəffaf və aşkarlıqla aparılması, təsirə məruz qalan şəxslərə məsləhətlərin verilməsi üçün yerli Qeyri Hökumət Təşkilatlarının xidmətindən də istifadə olundu.
Kəmərlərin keçdiyi 13 rayonun- Abşeron, Qaradağ, Hacıqabul, Ağsu,Kürdəmir, Ucar, Ağdaş, Yevlax, Goranboy,Samux, Şəmkir, Tovuz və Ağstafa rayon icra hakimiyyətlərində “Torpaqayırma və kompensasiyanın qiymətləndirilməsi komissiyası” yaradıldı.BP nümayəndələrinin, kəmərlərin keçdiyi tranzit rayonların icra hakimiyyətlərinin başçılarının da daxil olduğu rayon torpaqayırma və kompensasiyaların qiymətləndirilməsi komissiyaları torpaqayırma proqramını icra edir, torpaqayırma strategiyasının əsas prinsiplərinə uyğun olaraq Dövlət adından torpaq mülkiyyətçisi ilə 2066-cı ilə qədər olan müddətə torpağın icarəyə götürülməsi haqqında notarial qaydada müqavilə imzalayır,mülkiyyətçi ilə razılaşmanın hər hansı bir səbəbdən əldə edilməsi mümkün olmadıqda məhkəmə vasitəsilə torpağın bazar qiyməti ödənilməklə dövlət ehtiyacları üçün alınmasını təmin edirdi.İcarə müqaviləsi ilə əldə edilmiş hüquqları Dövlət xüsusi müqavilə ilə “BTC Co” şirkətinə ötürürdü.
Azərbaycan-Gürcüstan-Türkiyə Boru Kəmərləri layihələrinin həyata keçirilməsi üçün hazırlanmış İlkin Torpaqayırma Proqramına görə aşağıdakı tədbirlər həyata keçirildi:1.”BTC Co” şirkəti adından çıxış edən BP şirkətinin torpaqayırma qrupu birinci mərhələdə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi və bələdiyyələrlə birlkdə layihə tərəfindən təsirə məruz qalmış 100 metrlik dəhlizdə torpaq mülkiyyətçilərinin və istifadəçilərinin müəyyən edilməsini təmin etdi. Sonra Birgə Torpaqayırma Qrupu tərəfindən 100 metrlik dəhlizə düşən torpaq mülkiyyəti növləri və bu dəhlizə daxil olan mülkiyyətçilərin torpaq bölgüsü xəritəsi siyahıları tərtib olundu. Torpaq islahatı materiallarından istifadə etməklə yeraltı və yerüsrü kommunikasiya xətləri, qurğular, çaylar, suvarma və drenaj kanalları, arxlar, yollar, abidələr, ağaclar, kollar, meşə, qəbiristanlıqlar müəyyənləşdirildi. Dəqiqləşdirilmiş mülkiyyət növlərindəki torpaq sahələrinin ölçüləri və sahəsi hesablandı. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində 100 metr enindəki dəhlizin təsviri 1:2000 miqyaslı xəritələrə köçürüldü və bu dəhlizə düşən mülkiyyət növləri- dövlət, bələdiyyə və xüsusi mülkiyyətlər üzrə nömrələnmiş adlı siyahı tərtib olunaraq bölgü xəritəsi ilə birlikdə BP-yə təqdim edildi. 2.Birgə Torpaqayırma Qrupu (BTAQ) rayon icra hakimiyyətləri ilə birlikdə ilkin torpaqayırma proqramının stategiyası və təqvimi barədə yerlərdə müşavirələr keçirərək mülkiyyətçi və istifadəçiləri məlumatlandırdı və onlarla ilkin anlaşma memorandumunu imzaladı. 3.Başa çatdırılmış ilkin torpaqayırma proqramının nəticələri Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim olundu və bu nəticələr hökumətin 22 may 2002-ci il tarixli 95 saylı qərarı ilə təsdiq edildi (3,s.32).
Təsirə məruz qalan hər bir mülkiyyətçi və istifadəçilərlə keçirilən görüşlərdə işin mahiyyətini ətraflı izah etdikdən sonra tikinti dəhlizi üçün torpağın alınmasını, təsir altında qalan zonanı və onun şərtlərini,ağacların və digər daşınmaz əmlakın təsvirini özündə əks etdirən ilkin anlaşma memorandumunun imzalanması növbəti mərhələdə kompensasiyaların hesablanması üçün əsas oldu.Torpaqayırma proqramının ikinci mərhələsi Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəməri və Cənubi Qafqaz qaz boru kəməri üçün 58 metrlik enində mühafizə zolağı daxilində 44 metrlik tikinti dəhlizinin layihələndirilməsi və icrası mərhələsi oldu. BP şirkətinin operatorluğu ilə işləyən”BTC Co” şirkəti təyin edilmiş 58 metrlik dəhlizin sərhədlərinin bölgü xəritəsinə köçürülməsi üçün Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə təqdim etdi. Daha sonra torpaq mülkiyyətçilərinin pay torpaqlarının və istifadəçilərin torpaqlarının sərhədləri 58 metrlik dəhlizin əks olunduğu xəritəyə köçürüldü. Torpaq sahələrinin növünü,onların təyinatını dəqiqləşdirmək üçün Birgə Torpaqayırma Qrupu 58 metrlik dəhlizdə araşdırmalar apararaq tikinti dəhlizi ilə kəsişən yeraltı və yerüstü kommunikasiya bütün xətlərini- dəmir yolu, şose və torpaq yollarını, su kanallarını, meşə zolaqlarını, tikili və qurğuları inventarlaşdıraraq tikinti şitkətinin istifadəsi üçün hazırladı (3, s.34)
Kəmərlərin tikintisindən əvvəlki daha bir mərhələ torpağın icarəsi və alqı-satqı müqavilələrinin hazırlanması və notarial qaydada imzalanmasının təmin edilməsi mərhələsi idi. Müqavilə layihələri “Beyker and Botts” hüquq şirkəti tərəfindən hazırlanaraq“BTC Co” şirkətinin işçi qrupu və respublikanın Ədliyyə Nazirliyi ilə razılaşdırıldı və təsdiq edildi. Beləliklə,iki növ müqavilə hazırlanaraq imzalanma üçün təqdim edildi: 1.Dövlətlə mülkiyyətçi, dövlət torpağının istifadəçisi, bələdiyyə və bələdiyyə torpağının istifadəçiləri arasında torpağın icarə müqaviləsi. 2.Dövlət və mülkiyyətçi (bələdiyyə) arasında alqı-satqı müqaviləsi. Müqavilədə Dövlət və mülkiyyətçinin hüquq və öhdəlikləri əks etdirilmiş,bu hüquq və öhdəliklərin yerinə yetirilməsinə nəzarət isə BP-nin ictimai əlaqələr üzrə məsul şəxslərinə, texniklər qrupuna və rayon icra hakimiyyətlərinin komissiyalarına həvalə edilmişdi (3, s.37) .
Müqaviləni Dövlət adından ərazisindən kəmərlər keçən rayonların İcra Hakimiyyətləri Başçılarının sərəncamı ilə imza etmək səlahiyyətləri verilmiş kənd icra nümayəndələri və mülkiyyətçilər,bələdiyə torpaqlarının icarəyə verilməsi müqavilələrini isə bələdiyyə sədrləri və səlahiyyət verilmiş kənd icra nümayəndələri imzaladılar.İcarəyə götürülmüş torpaqlara görə bağlanmış müqavilə əsasında mülkiyyətçiyə kompensasiya ödənildi.Dövlət bu müqavilə ilə mühafizə zonası ilə birlikdə tikinti dəhlizinə görə əldə etdiyi torpağın icarə hüququnu, yerüstü qurğulara, daimi giriş-çıxış yollarına tələb olunan torpaq üzərində mülkiyyət hüququnu “BTC Co” şirkətinə ötürdü. Azərbaycan Republikasının Nazirlər Kabineti bu hüquqların Dövlət tərəfindən “BTC Co” şirkətinə verilməsini təsdiq etdi.Tranzit Əraziyə Malik olan Ölkənin Hökuməti ilə Sazişə (TƏMÖHS) görə dövlət və bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüququ “BTC Co” şirkətinə ödənişsiz verilsə də Cənubi Qafqaz Boru Kəməri layihəsində bələdiyyələrə də kompenasiya ödənildi.
Torpaq ayırma proqramının əsas elementlərindən və icrası mərhələlərindən biri də torpaq mülkiyyətçilərinə veriləcək kompensasiyanın hesablanması və təqdim olunmasının təşkil edilməsi prosesidir.Bu prosesin aparılması müəyyən çətinliklər yaratmışdı.Səbəb isə beynəlxalq maliyyə qurumlarının tələbləri ilə yerli torpaq qanunvericiliyi arasında uyğunsuzluğun olması idi.Ölkədə torpağın dəyərinin hesablanması üçün aydın üsulların və təcrübənin, bölgədə torpaq bazarının olmaması səbəbindən xərclərin və ödənişlərin hesablanması üçün torpaq qiymətlərinin müəyyənləşdirilməsində bir sıra qeyri müəyyənliklər yaranmışdı. Qeydiyyata alınmış torpaq mülkiyyətçiləri və istifadəçilərinin bir qrupunun həbsxanada və ölkədən kənarda olması da icarə müqavilələrin imzalanmasında və kompensasiyaların ailə üzvləri arasında bölüşdürülməsində problemlər yaratdı. Buna baxmayaraq BP şirkəti bu işləri tənzimləyə bilən beynəlxalq qanunvericiliyi və təcrübəni, Dünya Bankının prinsiplərini tətbiq etməklə bu problemləri nizamlaya bildi. Digər məsələlər, xüsusilə məhsuldarlıq səviyyəsi ilə bağlı rəqəmlər rayon komissiyalarının verdiyi orta rəqəmlər əsasında hesablandı (3, s.38-46).
Torpaq ayırma qrupu növbəti əkin, əkilmiş və əkilməsi planlaşdırılan bitkilər haqqında məlumatları isə torpaq mülkiyyətçilərinin verdiyi məlumatlar əsasında hesablayırdı.Tikintinin təsirinə məruz qalmış torpaqlar yenidən əvvəlki məhsuldarlığını bərpa edənə qədər ehtimal olunan məhsulun azalması nəticəsində itiriləcək gəlir kompensasiyada birdəfəlik hesablanır,çoxillik bitkilərdən olan ağac, kol və üzüm tənəyi bir ağaca və bir kola əsaslanmaqla qiymətləndirilirdi. Otlaqdan istifadənin itirilməsinə görə kompensasiyanın hesablanması bir mövsüm ərzində bir qoyunun yediyi otun qiyməti və dərəcələri isə hər bir rayon üçün kənd təsərrüfatı nazirliyinin verdiyi məbləğə əsaslandı (3, s.42).
“BTC Co” şirkəti tərəfindən 44 metrlik tikinti dəhlizi də daxil olmaqla 58 metrlik mühafizə zolağının daxilində təsirə məruz qalmış torpağın istifadəsinə məhdudiyyət qoymaq üçün ”Layihə tərəfindən təklif olunan torpaq qiyməti”nin 20 faizi miqdarında, boru kəməri üzərində olan 8 metrlik boru zolaqları üçün isə ”Layihə tərəfindən təklif olunan torpaq qiyməti” nin 60 faizi miqdarında torpaq mülkiyyətçilərinə kompensasiya da ödənildi.Layihənin təsirinə məruz qalan mülkiyyətçiləri gözlənilməz maliyyə itkilərindən qorumaq üçün kompensasiyanın hesablanmış yekun qiymətinin 12 faiz artırılması da nəzərdə tutulmuşdu. Bundan başqa hesablanmanın əsas elementlərinə əlavə olaraq mülkiyyətçinin alacağı kompensasiya nəzərdə tutulmuş minimum kompensasiya məbləğindən -145 ABŞ dollarından az olduqda fərqi qapamaq üçün əlavə ödənişlər edilmişdir (7, s.11).
Kompensasiyaların ödənişi Azərbaycan Beynəlxalq Bankının yerli şöbələri vasitəsilə həyata keçirildi. BP şirkəti ilə Azərbaycan Beynəlxalq Bankı arasında imzalanmış sazişə görə bütün bank rüsumları və xərcləri, o cümlədən fərdi hesab açma rüsumu layihə tərəfindən ödənildi. Beynəlxalq Bankın yalnız boru kəmərlərinin keçdiyi Qaradağ, Kürdəmir, Ağdaş, Yevlax və Şəmkir rayonlarında şöbələrinin olduğunu nəzərə alaraq tranzit rayonlarının yaxınlığında yerləşən Bakı, Əli Bayramlı (Şirvan), Göyçay, Gəncə və Qazax şəhər və rayonlarının bank şöbələrindən də istifadə olundu. Kompensasiyalar ABŞ dolları ilə hesablanaraq ona ekvivalent olan Azərbaycan manatı ilə ödənildi. Azərbaycanda 3921 nəfər torpaq mülkiyyətçisi,153 icarədar, 6 qeyri rəsmi istifadəçi və 152 müəssisə işçiləri, cəmi 4232 torpaq mülkiyyətçisi olan ailə 14 milyon 327 min dollar məbləğində kompensasiya aldı (3,s.43).
Azərbaycanda aparılmış torpaq islahatının gedişində yol verilmiş nöqsanlar torpaqayrılma proqramının müxtəlif mərhələlərində vətəndaşar tərəfindən haqlı şikayətlərin yaranmasına səbəb oldu. Belə ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin və yerli icra hakimiyyətlərində torpaq islahatının həyata keçirilməsinə cavabdeh olan komissiyaların mütəxəssislərinin torpaqların bölüşdürülməsi zamanı apardıqları ölçmə işlərində və torpaq mülkiyyətçilərinə verilmiş Dövlət torpaq aktlarının tərtibində yol verdikləri ciddi nöqsanlar 58 metrlik dəhlizə düşən torpaq mülkiyyətçilərinin müəyyənləşdirilməsi və kompensasiyaların hesablanmasında ciddi narahatlıqlar yaratdı. Torpaqların ayrılması,məhsulun inventarlaşdırılması və kompensasiyaların hesablanması ilə bağlı vətəndaşların şikayətlərinə baxılmasına da BP şirkəti son dərəcə məsuliyyətlə yanaşmış,şikayətlərin qəbulu, araşdırmaların nəticələrinin torpaq mülkiyyətçilərinə rəsmi məktubla bildirilməsi Azərbaycan Respublikasının “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Qanununa əsaslanan BP-nin proseduru ilə tənzimlənmişdir (7, s. 7).
Beləliklə, BP-Azərbaycan şirkətinin operatorluğu ilə Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərinin və Cənubi Qafqaz qaz boru kəmərinin tikintisinin başlanması üçün çox mühüm mərhələ olan torpaqların ayrılması proqramı uğurla başa çatdırıldı. 2002-ci ilin 18 sentyabrında Səngəçal terminalında Azərbaycan, Gürcüstan və Türkiyə prezidentlərinin iştirakı ilə kəmərin tikintisinin təntənəli təməlqoyma mərasimi keçirildi. 2003-cü ilin aprelində isə konsorsium üzvü olan şirkətlərin ayırdığı ilkin sərmayə hesabına Azərbaycan, Gürcüstan və Türkiyə ərazisində Bakı-Tbilisi- Ceyhan kəmərinin tikintisinə başlanıldı.
2004-cü il dekabr ayının 14-də Londonda, Avropa Yenidənqurma və İnkişaf Bankının binasında “Şah dəniz”kredit sazişinin imzalanması ilə Cənubi Qafqaz Boru Kəmərinin çəkilməsinin maliyyə problemi həll edildi. Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac boru kəmərinin tikintisi üçün torpaqayırma və torpaqların alınması prosesində Cənubi Qafqaz Boru kəmərinin də tikintisinin nəzərə alınması bu kəmərin tikintisi işlərinin sürətlə aparılmasına imkan verdi. 2004-cü il oktyabrın 16-da Ağstafa rayonunda,Azərbaycan-Gürcüstan sərhədində Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin Azərbaycan və Gürcüstan hissələrinin birləşdirilməsi mərasimi keçirildi. Neft və qaz kəmərlərinin paralel olaraq bir dəhlizdə tikilməsi qərarı və “Azərbaycan-Gürcüstan-Türkiyə (AGT) boru kəmərləri layihəsi” adı altında birləşdirilməsi iqtisadi və texniki baxımdan səmərəli oldu.Bunun nəticəsində kəmərlərə kapital qoyuluşunda 100 milyon ABŞ dollarına qənaət edildi. BTC və CQBK 58 metrlik mühafizə zolağının daxilində yerləşən,hər biri 22 metr olmaqla 44 metrlik dəhlizdə inşa edildi.Bu kəmərlərin tikintisinin qoşa zolaqlarda paralel aparılması hər iki dəhlizdən istifadəyə şərait yaratmaqla 30 faiz həcmində torpağa qənaət etməyə imkan verdi.Əgər kəmərlər ayrı-ayrılıqda tikilsəydi, onların hər birinə 32 metr enində dəhliz lazım olacaqdı (3, s.145).
BTC və CQBK layihələri ilə bağlı işlər və tikintinin texniki göstəriciləri miqyasına görə həqiqətən də qlobal həcmlidir. Kəmərin tikintisində istifadə olunan avadanlıqlar 13 ölkədən gətirilmiş,polad kəmər boruları Yaponiyadan, turbinlər Böyük Britaniyadan, örtüklənmiş borular isə Malayziyadan alınmışdır.Təchizat işləri BP-nin dünyanın 30 ölkəsindəki ofisi vasitəsilə koordinasiya olunmuşdur. Neft-qaz kəmərlərinin Azərbaycan hissəsinin tikintisini yunan şirkəti ”CCİC”, Gürcüstan ərazisində fransız-amerikan alyansı “SPİE/Petrofac” şirkəti, Türkiyə ərazisindəki hissəni isə Türkiyə şirkəti “Botaş” həyata keçirdi (4.s.9).
2006-cı ilin dekabrında “Şah dəniz” yatağından qaz hasilatına və Cənubi Qafqaz Boru Kəmərinin istismarına başlanıldı.2007-ci ilin iyul ayında birinci qaz “Şah dəniz” yatağından Türkiyəyə çatdırıldı. Noyabr ayında isə “Şah dəniz”də böyük ehtiyatlara malik qaz-kondensat yatağı kəşf edildi və onun ardınca Xəzərdə rekord - 7300 metrdən çox dərinlikdə quyu qazılması təmin edildi.Mart 2007-ci ildə isə BTC-nin ötürücülük qabiliyyəti gündə bir milyon barrelə çatdırıldı.
Beləliklə, BP və tərəfdaşlarının iştirakı ilə reallaşan Heydər Əliyevin neft strategiyası sayəsində Azərbaycan 1997-2017-ci illərdə “Əsrin müqaviləsi”ndə nəzərdə tutulan 34 milyard dollardan təxminən 4 dəfə artıq-130 milyard 551milyon ABŞ dolları gəlir əldə edərək ölkə iqtisadiyyatının dirçəldilməsinə,əhalinin sosial müdafiəsinin,həyat səviyyəsinin yüksəldilməsinə yönəltdi (6,s.2). “Azəri-Çıraq-Günəşli” yatağının dərinsulu hissəsindən olan gəlirlər hesabına ölkədə qaçqın və məcburi köçkünlər, şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün qəsəbələr salındı.Yoxsulluq səviyyəsi 2001-ci ildə olan 49 faizdən, 2015-ci ildə 5 faizə qədər azaldı.3 mindən artıq məktəb, 600 xəstəxana, 50 idman-olimpiya kompleksi tikildi. 11 min km-dən artıq yollar salındı.Ölkənin enerji infrastrukturu yeniləndi, iqtisadiyyatın şaxələndirilməsi üçün mühüm layihələr həyata keçirildi (6,s.4). Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin istifadəyə verilməsinə həsr olunmuş təntənəli mərasim 2006-cı ilin 13 iyulunda Türkiyənin Ceyhan şəhərindəki terminalda keçirildi.Mərasimdə çıxış edən prezident İlham Əliyev bildirdi ki, ” bu gün biz Heydər Əliyevin müəllifi olduğu,eyni zamanda onun müdrik qərarları ilə reallaşan neft strategiyası sayəsində bu gözəl anları yaşayırıq. Azərbaycan, Gürcüstan, Türkiyə rəhbərlərinin iradəsi və ABŞ dövlətinin verdiyi böyük siyasi dəstək BTC əfsanəsini gerçəkliyə çevirdi.” İlham Əliyev bu layihənin həyata keçirilməsində xarici şirkətlərin fəaliyyətini xüsusi vurğulayaraq qeyd etdi ki, “BP şirkətinin rəhbərliyi ilə Azərbaycanda 1994-cü ildən fəaliyyət göstərən beynəlxalq konsorsiumun işini yüksək qiymətləndirirəm. BP şirkəti eyni zamanda, BTC layihəsində aparıcı rol oynayır və bu şirkətin Azərbaycana verdiyi töhfələri biz çox yüksək qiymətləndiririk.Bu bizə imkan verdi ki, Azərbaycan iqtisadi cəhətdən inkişaf etsin, neft amilindən məharətlə istifadə etsin”(1, s.262).
BP və tərəfdaşları ilə əməkdaşlığın ilkin uğurlu nəticələri gələcəkdə bu əlaqələrin daha da inkişaf etdirilməsinə geniş imkanlar açdı.


ƏDƏBİYYAT
1. Əliyev İ.H.İnkişaf-məqsədimizdir.Kitab18.Bakı:Azərnəşr,2014, 423s.
2. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi. Bakı: Hüquq ədəbiyyatı. 1999, 89 s.
3. Safiquliyev Ch.,Abbasov N., Rzazade S., Asadov H. The encyclopaedia of the successful land acquisition process of the Baku-Tbilisi-Geyhann and South Caucasus pipelines projects in Azerbaijan.Baku,Nurlar,2 010, 255 p
4. BP-Azərbaycanda. Davamlı inkişaf haqqında hesabat-2003.Bakı: 2003, 60 s.
5. BP-Azərbaycan Strateji İcra Bölümü. “Compass”jurnalı. Bakı: Nurlar. 2008, 35 s.
6. https://www.bp.com/az_az/caspian/press/pressreleases.html
7. FinalLand Acquisition Proqramme.Compensation Payment Procedure.Baku 2002

Açar sözlər: neft strategiyası, boru kəmərləri, torpaq ayırma proqramı, birgə torpaqayırma qrupu, kompensasiyaların ödənişi prosesi
Keywords: oil strategy, pipelines, land acquisition program, joint land acquisition team, compensation payment process
Ключевые слова: нефтяная стратегия,трубопроводы, программа отвода земли, совместная группа отвода земли,процесс оплата компенсаций

Alizade İlham
Role of BP and partners in construction of Baku-Tbilisi-Ceyhan and South Caucasus Pipelines
Summary
Following the signing of an agreement in Istanbul on November 18, 1999, on the construction of the main export pipelines through Baku-Tbilisi-Ceyhan route, along with settling pipeline financing problem, BP also prepared Basic Principles of the Land Acquisition Program (BPLAP). Preparation of the Program was one of the requirements of The International Financial Corporation(IFC), the European Bank for Reconstruction and Development (EBRD) and World Bank. The article studied BP role in identification of pipeline route and land owners/users, land inventory, land lease agreements signing process, calculation and payment of compensation amount within this Program. It also provides information on activities carried out in Azerbaijan at the expense of the earliest revenues gained from the operation of the main export pipelines

Aлизаде Ильхам
Роль ВР и её партнеров в строительстве трубопроводов Баку-Тбилиси-Джейхан и Южный Кавказ
Резюме
После подписания 18 ноября 1999 года в Стамбуле, соглашения о строительстве основных экспортных трубопроводов по маршруту Баку-Тбилиси-Джейхан, наряду с урегулированием проблемы финансирования трубопровода ВР также подготовила «Основные принципы программы отвода земли» (OППОЗ) , Подготовка Программы была одним из требований Международной Финансовой Корпорации(МФК),Европейского Банка Реконструкции и Развития (ЕБРР) и Всемирного банка. В статье изучалась роль BP в определении маршрута трубопровода и владельцев / пользователей земли, инвентаризации земель, процесса подписания договоров аренды земли, расчета и выплаты суммы компенсации в рамках данной Программы. В нем также содержится информация о деятельности, проводимой в Азербайджане за счет самых ранних доходов, полученных от эксплуатации основных экспортных трубопроводов.

 

"GEOSTRATEGİYA" jurnalı №05 (47) SENTYABR-OKTYABR 2018

 

 



Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM