RAŞİDİLƏR DÖVRÜNDƏ SASANİLƏRƏ QARŞI BAŞ VERƏN DÖYÜŞLƏR

09:43 / 30.11.2018

Şahlar Şərifov
İlahiyyat üzrə fəlsəfə doktoru

İslam peyğəmbəri Həzrəti Məhəmmədin (s) rehlətindən sonra hakimiyyətə gələn xəlifələr nəhəng Sasani imperatorluğuna qarşı hərbi yürüşlərə başlamışlar. Miladi 632-ci ildə xəlifə seçilən Əbu Bəkr ibn Əbu Quhafə (632-634) sasanilərin təhlükəsini müsəlmanlardan uzaq tutmaq üçün onlara qarşı ilk hərbi əməliyyatlara başlamışdır.
Xəlifə Əbu Bəkrin göstərişinə əsasən ilk öncə İraq bölgəsinə Müsənna ibn Haris kiçik bir dəstə ilə göndərildi. Şimalda Şəttul-Ərəbə qədər irəliləyən Müsənna uğur qazandı. Onun ardınca Xalid ibn Vəlid İraq istiqamətində Sasani sərkərdəsi Hörmüzə qarşı göndərildi. Bəsrədə Suveyd ibn Qutbə ilə birləşən Xalid sasnilərə qarşı baş verən döyüşlərdə uğur qazanaraq Hirə xalqı ilə hər il 90 min dirhəm cizyə ödəmək, sasanilərə qarşı müsəlmanların tərəfini tutmaq şərti ilə sülh bağladı (2, II, s.307).
Bu müqavilədən sonra xəlifə Əbu Bəkr yardım olaraq İraq bölgəsinə İyaz ibn Ğanəmi ilə Kaka ibn Əmri göndərdi. Ubullaya yaxınlaşan Xalid ordusunu üç yerə ayırıb bir hissəsini Müsənna ibn Harisin başçılığı ilə irəliyə göndərdi. Müsənnanın ardınca Ədiyy ibn Hatəmi, onun ardınca da özü hərəkət etdi. Xəfir adlı məntəqədə baş verən döyüşdə Hörmüz öldürüldü və iran ordusu məğlub edildi (2, II, s.309-310).
İslam ordusundan intiqam almaq istəyən sasanilər yenidən Vələcə adlı məntəqədə toplandılar. Lakin 633-cü ildə baş verən Vələcə döyüşündə də Xalidin başçılığı altinda olan İslam ordusu sasaniləri məğlub etdi. Vələcə döyüşündə Bəkr ibn Vail qəbiləsinə mənsub olan xristian ərəblərin öldürülməsi ilə əlaqədar olaraq intiqam almaq istəyən Bəni Bəkrlilər Ulleys adlı məntəqədə yenidən toplandılar. Kəsra III Yəzdəgird yardım olaraq Cabanın başçılığı altında olan ordunu Ulleysə göndərdi. Lakin bu döyüşdə də Xalidin başçılığı altında olan islam ordusu qalib gəldi (2, II, s.310-315; 3, II, s.384-389).
Vələcə və Ulleys döyüşlərindən sonra Əmgişiyanı da ələ keçirən Xalid Hirəyə daxil olaraq yerli əhali ilə 190 min dirhəm cizyə vermək şərtilə sülh bağladı. Hirənin fəthindən sonra ətrafdakı qəbilə rəisləri Hirəyə gəlib təslim oldular və nəticədə Ənbar şəhərinin valisi Şirzad özünə toxunmamaq şərtilə şəhəri müsəlmamlara təslim etdi (2, II, s.323). Ənbarın fəthindən sonra Aynut-təmir qalasını ələ keçirən müsəlmanlar, Dumətul-Cəndəl, Husayd və Hənəfis adlı məntəqələrdə də sasani ordularını məğlub etdilər. Aynut-təmir qalası uğrunda gedən döyüşdə sasani sərkərdəsi Ükeydir ibn Əbdülməlik öldürülmüşdür (7, s.71).
Miladi 634-cü ildə xəlifə Əbu Bəkrin vəfatından sonra bu yürüşləri onun vəsiyyəti əsasında xəlifə təyin edilən Ömər ibn Xəttab (634-644) davam etdirmişdir (3, II, s.415-418).
Ömər ibn Xəttab xəlifə Əbu Bəkrin vəfatından sonra onun vəsiyyətinə əsasən miladi 634-cü ildə İslam ümmətinin ikinci xəlifəsi seçilmişdir. Onun xilafəti dövründə o dövrün iki böyük imperatorluğu olan Bizansa və Sasanilərə qarşı bir çox döyüşlər baş vermişdir. Biz bu yazımızda yalnız Sasanilərə qarşı baş verən döyüşlər haqqında məlumat verməyə çalışacağıq.
1) Körpü (Cisr) döyüşü: Xəlifə Ömərin dövründə İranın kəsrası olan III Yəzdəgird qısa müddət ərzində dağınıq Sasani sarayına əl gəzdirərək əhalini ətrafına toplamağı bacarmışdı. Bu vaxt Hirə ətrafında baş verən döyüşdə Müsənnaya məğlub olan Sasani sərkərdəsi Calinus Mədainə qayıdıb vəziyyəti III Yəzdəgirdə danışdı. Vəziyyətdən xəbərdar olan III Yəzdəgird özünəməxsus Drəfşi-Qaviyan adlı bayrağı Bəhmən Cazaveyhə verərək onu böyük bir ordu ilə Müsənna ibn Harisin üzərinə göndərdi. İki ordu Fərat çayı sahilində qarşılaşdı. İran ordusunda olan filləri görən ərəb atları irəli getmək əvəzinə geri qaçırdı. Bu mənzərəni müşahidə edən İslam sərkərdəsi Əbu Ubeydə əs-Səqəfi qılınc çəkib fillərə hücum etsə də, fillərin ayaqları altında qalaraq öldü. Başçılarının öldüyünü görən müsəlmanlar qaçmağa başladılar. Müsəlmanlardan biri qoşunun düşmən müqabilində qaçdığını görüb körpünü sındırıb onları hücum etməyə çağırsada bunun heç bir nəticəsi olmadı. Qaçanlardan bir hissəsi özlərini çaya atdı, az qalmışdı ki, qoşun bütövlikdə tələf olsun. Lakin bacarıqlı sərkərdə olan Müsənna ibn Haris qoşunu tam surətdə fəlakətdən qoruyaraq sağ qalanları Fərat çayının o biri sahilinə keçirtdi. Bu döyüşdə qalib gələn İran ordusu İslam ordusunu təqib etmək əvəzinə Tisfunda baş verən qalmaqalla əlaqədar olaraq geri qayıtdı (2, II, s.366-369; 3, II, s.438-440).
2) Büveyb döyüşü: Miladi 634-cü ildə baş verən Körpü döyüşündən sonra bir il müddətincə müsəlmanlar İraqda heç bir hərbi əməliyyat aparmadılar. 635-ci ildə Cərir ibn Abdullah əl-Bəcəlinin başçılığı altında olan İslam ordusu Mədinədən İraqa doğru hərəkət etdi. İraqda Müsənna ibn Harisin qüvvələri də bu orduya qoşuldu. Bu iki ordu hicri 14/ miladi 635-ci ilin yayında Fərat çayı hövzəsində yerləşən Büveyb adlı məntəqədə İran ordusunu darmadağın etdi. Döyüş meydanında çoxlu sayda sasani əsgərin cəsədi qalmışdı. Öldürülənlər arasında sasni sərkərdəsi Mehran Mehrbəndzadə də var idi. Büveyb zəfərindən sonra müsəlmanlar Fərat çayı sahili boyunca Hirədən tutmuş Kəsgər və Aynut-Təmrə qədər olan ərazilərdə reydlər keçirdilər (2, II, s.369-370; 4, VII, s.56).
3) Qadisiyyə döyüşü: III Yəzdəgirdin hakimiyyətə gəlişindən sonra daxili iğtişaşlara son qoyan Sasanilər Fərat çayı hövzəsində hərbi əməliyyatlar apararaq itirilmiş bəzi şəhər və qalaları müsəlmanlardan geri ala bilmişdilər. Baş verən hadisələrdən sonra narahat olan xəlifə Ömərin göstərişi ilə müxtəlif ərəb qəbilələrindən toplanan ordunun başçısı məşhur sərkərdə Səd ibn Əbu Vəqqas təyin olunaraq Mədinədən İraqa göndərildi. Təmim, Bəni Əsəd, Quzaə, Bəcilə, Bəni Bəkr, Teyy və.s ərəb qəbilələrindən toplanan 25 min nəfərlik ordu miladi 636-cı ildə İraqın Qadisiyyə adlı məntəqəsində Rüstəm və Firuzanın başçılığı altında olan İran ordusunu məğlub etmişdir. Dörd gün davam edən döyüşdə müsəlmanlardan 6000, Sasanilərdən isə 10 mindən çox canlı qüvvə tələf olmuşdur. Məşhur Sasani sərkərdəsi Rüstəm də döyüşdə öldürülmüşdü (2, II, s.382; 5, II, s.321-328; 3, II, s.448; 4, VII, s.54-55). Alban knyazı Varaz Qriqor da III Yəzdəgirdin tələbi ilə Sasani ordusunda ərəblərə qarşı vuruşmaq üçün İraqa kiçik bir dəstə göndərmişdi. Bu dəstəyə Cavanşir başçılıq edirdi. Döyüşdə üç dəfə yaralanan Cavanşir Fərat çayını keçib qurtula bilmişdi.
4) Mədainin fəthi: Qadisiyyə döyüşündə qalib gələn İslam ordusu Səd ibn Əbu Vəqqasın başçılığı ilə Dəclə çayını keçib Sasanilərin paytaxtı Mədaini mühasirəyə aldılar. Şəhərdə kiçik hərbi dəstədən başqa heç kim qalmamışdı. Müsəlmanlar Mədaini demək olar ki, miladi 637-ci ildə heç bir müqavimətə rast gəlmədən ələ keçirdilər. Mədainin təslim olduğunu eşidən III Yəzdəgird Hulvana qaçdı. İranlıların Bəyaz sarayı məscid halına gətirildi və orada ilk cümə namazı qılındı. Səd ibn Əbu Vəqqas saraya daxil olarkən Duxan surəsinin 25-28-ci ayələrini oxumuşdur: “Onlar neçə-neçə bağlar, çeşmələr qoyub getdilər. Neçə-neçə əkinlər, gözəl yerlər. Və zövq aldıqları neçə-neçə nemətləri tərk etdilər. Bu belədir və onlara başqa bir milləti varis etdik.” (15, s.238).
5) Cəlula döyüşü: Qadisiyyə döyüşündən sağ çıxan Sasani əsgərləri İslam ordusuna ağır zərbə vurmaq üçün Mehran ər-Razinin başçılığı altında yenidən Cəlulu adlı məntəqədə toplandılar. Bundan xəbər tutan xəlifə Ömər Haşim ibn Utbənin başçılığı altında olan ordunu Səd ibn Əbu Vəqqasa yardım etmək üçün göndərdi. On iki min nəfərdən ibarət olan İslam ordusu 637-ci ildə çətinliklə də olsa bu döyüşdə qalib gəldi. Bunu eşidən III Yəzdəgird Hulvandan Reyə qaçdı. Hulvana qədər irəliləyən müsəlmanlar buranı da fəth etdilər (6, s.377-379; 2, II, s.468-473).
6) Cəzirənin fəthi: Miladi 637-ci ildə Səd ibn Əbu Vəqqas, Əbu Musa Əşəri və İyaz ibn Ğanəmin başçılıq etdikləri hərbi dəstələr əl-Cəzirəni fəth etdilər. Xəlifə Ömərin əmri ilə əl-Cəzirə qəsəbəsi əyalət mərkəzi və İyaz ibn Ğanəm də bu əyalətə vali təyin edildi. Malatya şəhərindən Şimali Afrikaya qədər olan məmləkətlər bu əyalətə daxil edildi. İyaz ibn Ğanəm Yərmuq döyüşünün qəhrəmanlarından idi. O, valiliyə başlayandan sonra müxtəlif istiqamətlərdə fəth hərəkatını davam etdirmiş, Diyarbəkir, Urfa, Hərran kimi Şimali Mesopatamiyanın (Kürdüstan) bir sıra şəhərlərini fəth etmişdi. Bu şəhər əhaliləri ilə sülh bağlanmış və yerli əhali cizyə ödəmək şərtini qəbul etmişdi (1, s.175-181).
Daha sonra İyaz ibn Ğanəm Osman ibn Əbul Ası Ərməniyyənin fəthi üçün göndərdi. Qısa müddət ərzində təslim olan əhali hər ev başına ildə bir dirhəm cizyə ödəmək şərtini qəbul etdilər (4, VII, s.126). Ardından Ərzurum, Əhlat və Bitlisi ələ keçirən ərəblər Azərbaycan torpaqlarına daxil oldular (1, s.175-181).
7) Əhvazın fəthi: Əhvaz Bəsrəyə yaxın bir çox Sasani şəhərlərinin yerləşdiyi böyük bir məntəqə idi. Oranın hakimi Sasani liderlərindən olan Hörmüzan idi. III Yəzdəgird 638-ci ildə Əhvaz və Fars əyalətlərinin əhalisinə müraciət edərək, onları ərəblərlə müharibədə lazımi şəkildə iştirak etmədikləri üçün danladı. Bundan sonra həmin əyalətlər müharibə üçün ciddi hazırlıqlar görməyə başladılar. Bundan xəbər tutan xəlifə Ömər ibn Xəttab dərhal Kufə valisi Səd ibn Asa belə bir məktub yazdı: “Nöman ibn Müqərrinin əmrinə böyük bir ordu ver və Əhvaz əmiri Hörmüzanla döyüşmək üçün göndər.” Bu əmrə əsasən Səd ibn As sərkərdə Nömanı böyük bir ordu ilə Əhvaza yola saldı. Bundan əlavə xəlifə Ömər ibn Xəttab Bəsrədə olan Əbu Musa Əşəriyə də məktub yazaraq yanındakı mücahidlərlə Əhvaza, Nöman ibn Müqərrinə köməyə getməsini əmr etdi. Hörmüzanın sərkərdəlik etdiyi ordunu Nöman ibn Müqərrin 638-ci ildə Əhvaz ətrafında məğlub etdi. Qaçaraq Tustər qalasına sığınan Hörmüzan qalanın müdafiəsini möhkəmlətdi. Qala müsəlmanlar tərəfindən mühasirəyə alındı və bir müddət sonra qaladakılardan biri Əbu Musa ilə əlaqə quraraq şəhərin gizli girişini ona bildirdi. Gizli girişdən şəhərə daxil olan müsəlmanlar Tustəri fəth etdilər. Çoxlu sayda sasani əsgəri, o cümlədən sərkərdə Hörmüzan da əsir alındı. Əsirlikdə olarkən İslamı qəbul edən Hörmüzanı xəlifə Ömər azad edərək özünün müşaviri vəzifəsinə təyin etdi (4, VII, s.140-143).
8) Bəhreyndən Sasani torpaqlarına açılan cəbhə: Miladi 639-cu ildə Bəhreyn valisi olan Əla ibn Hədrami sərkərdə Səd ibn Əbu Vəqqasın qazandığı uğurları görüb onunla rəqabət aparmaq üçün xəlifə Ömərin xəbəri olmadan Bəhreyn sahillərindən Sasanilarə qarşı bir cəbhə açdı. Gəmilərlə qarşı sahilə çıxan Əla ibn Hədrami İstərx sahillərinə qədər irəlilədi. Lakin çox keçmədən o iranlılar tərəfindən mühasirəyə alındı. Bundan xəbər xəlifə Ömər Utbə ibn Qəzvanı 12 min nəfərlik ordu ilə göndərərək onu azad etdi.
9) Nəhavənd döyüşü: Cəlula döyüşündən sonra Hulvandan qaçan III Yəzdəgird yenidən əsgər toplamağa başladı. Bu məqsədlə Rey, Kuməs, İsfəhan, Həmədan və Mahan əhalisi ilə məktublaşan III Yəzdəgird böyük bir ordu topladı və bu orduya Firuzanı başçı təyin etdi (2, II, s.518-519). Bu əsnada Kufə valisi olan Əmmar ibn Yasir Mədinəyə məktub yazaraq III Yəzdəgirdin fəaliyyətlərindən xəlifə Öməri xəbərdar etdi. Bundan xəbər tutan xəlifə Ömər Sasanilərlə vuruşmaq üçün böyük bir ordu toplanmasını və ordunun sərkərdəliyini Nöman ibn Müqərrinə tapşırdı. Bununla yanaşı xəlifə Ömər Bəsrə, Şam və Ommandakı ordu sərkərdələrinə də göstəriş verdi ki, Cindişapura gedib Nöman ibn Müqərrinin ordusuna birləşsinlər. Bu orduda Müğeyrə ibn Şubə, Cərir ibn Abdullah, xəlifə Ömərin oğlanları Abdullah və Ubeydullah, Əmr ibn Madikərb kimi səhabələr də iştirak edirdilər. Sasanilərin birləşmiş ordusuna isə məşhur sərkərdə Mərdanşah Hörmüzd başçılıq edirdi (4, VII, s.180-187).
Hicri 21, miladi 642-ci ilin yayında iki ordu Həmadanla İsfəhan arasında yerləşən Nəhavənd şəhəri yaxınlığında qarşılaşdı. Çərşənbə günü başlayan döyüş üç gün davam etmişdir. Cümə günü döyüş müsəlmanların parlaq qələbəsi ilə başa çatmışdır. Baş verən döyüşdə baş sərkərdə Nöman ibn Müqərrin öldürülmüş, onu Hüzeyfə ibn Yəman əvəz etmişdir (4, VII, s.196-199).
Nəhavənddəki məğlubiyyətdən sonra Sasani ordusu bir daha özünə gələ bilmədi və imperiya sürətlə yıxılmağa başladı. Qalalara çəkilən iranlılar fərdi qaydada müqavimət göstərməyə başladılar.
Məlum olduğu kimi 642-ci ildə meydana gələn Nəhavənd döyüşü ilə Sasanilər müsəlmanlar qarşısında darmadağın olmuş, III Yəzdəgird də Bəlxə qaçaraq türklərdən kömək istəmişdi. Türklərdən topladığı ordu ilə III Yəzdəgird müsəlmanlara qarşı müqavimətini bir müddət daha davam etdirə bildi. Amma bu zaman meydana gələn bir hadisə müsəlmanların III Yəzdəgirddən xilas olmasına səbəb oldu. Belə ki, III Yəzdəgirdə ərəblərə qarşı hərbi kömək edən Toxarıstan hakimi Nizək Tarxan Sasanı şahının qızı ilə evlənmək istədi. Bu məqsədlə Mərvdə olan III Yəzdəgirdə elçilər göndərən Nizək ondan gözləmədiyi bir cavab aldı. Yəzdəgərd ona “Sən mənim qullarımdan birisən. Mənim qızımla evlənməyə necə cəsarət edirsən?” deyə cavab verdi. Hadisələrin davamını əl-Bəlazuri belə şərh edir: “Bunun üzərinə Mərv mərzubanı Mahaveyh Nizəkə yazdığı məktubunda onu Yəzdəgirdə qarşı qızışdıraraq belə dedi: “Məğlub və qovulmuş bu adama hakimiyyətini geri qaytarmaq üçün sən kömək etdin. Ancaq o, sənə nələr dedi”. Bundan sonra Nizək ilə Maheveyh Yəzdəgirdi öldürmək üçün razılaşdılar. Nizək türklərin başında hərəkətə keçib əl-Cünabıza gəldi. Yəzdəgird ilə döyüşdü. Əvvəlcə iki tərəf bir-birinə üstünlük saxlaya bilmədilər. Sonra döyüş Yəzdəgirdin əleyhinə cərəyan etməyə başladı. Adamları öldürüldü, ordugahı yağmalandı. Yəzdəgird Mərvə qaçdı, amma mərvlilər onu şəhərə buraxmadılar. O da əl-Murğab çayı kənarında bir dəyirmançının evində gizləndi. Amma Maheveyhin adamları onu tapıb öldürdülər” (6, s.453-454).
Xəlifə Ömər III Yəzdəgirdin yenidən müqavimət göstərməsinin qarşısını almaq üçün müsəlman hərbi dəstələrinə Sasani imperiyasının müxtəlif əyalətlərinə yürüşlər təşkil edərək əhalini itaət altına almaq və Yəzdəgirdə kömək etrməkdən çəkindirməyi əmr etmişdi. Qaçan Sasani ordusu Həmədana getsə də bura Nuaym ibn Müqərrin və Kaka ibn Əmr tərəfindən mühasirəyə alındı. Nəticədə illik vergi vermək şərtilə Həmədan müsəlmanlara təslim edildi.
Bu qələbədən sonra Abdullah ibn Budeyl xəlifənin əmrinə əsasən İsfəhana doğru hərəkət etməyə başladı. İsfəhan hakimi Fədusfan qaladan çıxıb Abdullahın düşərgəsinə gəldi və sülh bağlayaraq İsfəhanı müsəlmanlara təslim etdi. Sülhə görə şəhər əhalisindən kim istəsə köçüb gedəcək, istəməyən isə şəhərdə qalacaqdı. Qalanların canları və mallarının toxunulmazlığına, cizyə ödəmələri şərtilə, zəmanət verilmişdi. Köçüb gedənlərin daşınmaz əmlakı isə müsəlmanlara veriləcəkdi (2, V, s.196; 15, s.238).
Abdullah ibn Budeyl İsfəhanı aldıqdan sonra Yəzdəgirdi təqib etsədə ələ keçirə bilmədi. İsfəhandan Kirmana, oradan da Xorasana gələn Yəzdəgird Mərvdə öldürüldü (5, II, s.331-334; 3, III, s.5-16; 2, II, s.531-539).
Qısa müddət sonra fəth edilmiş Həmədan şəhərinin əhalisi Kaka ibn Əmr ilə bağladıqları əhdi pozaraq üsyan etdilər. Bunu öyrənən xəlifə Ömər Nuaym ibn Müqərrinə Həmədana getməyi əmr etdi. Nuaym qardaşı Suveyd ibn Müqərrinlə birlikdə 12 min nəfərlik ordu ilə Həmədana yürüş etdi. Şəhər əhalisi yenidən sülh bağlamaq istədiklərini bildirdilər. Onların istəyini yerinə yetirən Nuaym sülhü təzələyərək şəhərə daxil oldu.
Bu hadisələr baş verərkən Deyləm, Rey və Azərbaycan əhalisi ərəblərlə vuruşmaq üçün öz qüvvələrini birləşdirmiş və müharibəyə hazırlaşmışdılar. Azərbaycanlı əsgərlərə Qadisiyyədə öldürülən Rüstəmin qardaşı İsfəndiyar ibn Fərruxzad başçılıq edirdi. 643-cü ildə Vaci-Ruz adlı məntəqədə baş verən döyüşdə İslam ordusu qalib gəldi. İsfəndiyardan sonra qardaşı Bəhram mübarizəni davam etdirsə də o da məğlub olmuşdur. Sonda İsfəndiyar 644-cü ildə müqavilə bağlamağa razı olmuşdur. Müqaviləyə görə azərbaycanlılar ərəblərə tabe olmalı, vergi verməli, ərəb əsgərlərini bir gecə gündüz evində saxlamalı idilər. Vaci-Ruz döyüşündən sonra xəlifə Ömərin əmri ilə Nuaym ibn Müqərrin Rey şəhərini mühasirəyə alaraq fəth etmişdi (4, VII, s.200-201).
Miladi 644-cü ildə İsfəhan Abdullah ibn Utbənin, Dərbənd Sürəqa ibn Əmrin, Xorasan isə Əhnəf ibn Qeysin başçılığı ilə fəth edildi. 642-644-cü illərdə İsfəhan, Təbəristan, Fars, Kirman, Sistan və Xorasan əyalətlərinin fəth edilməsi ilə İran demək olar ki, tamamilə müsəlmanların əlinə keçmiş, beləcə qocaman Sasani imperiyası süqut etdi.
Ömərin xilafəti dövründə dövlət Məkkə, Mədinə, Kufə, Bəsrə, Suriya, Fələstin, Cəzirə və Misir olmaqla səkkiz vilayətə ayrılmışdı. Hər vilayətdə vali, baş katib, sahibul-xərac, sahibul-əhdas (polis), sahibul-beytul-mal və qazi yəni, din məmurları fəaliyyət göstərirdi. Dövlət gəlirini xərac və üşürdən (əldə olunan məhsulun onda biri) başqa zəkat, cizyə, xums təşkil edirdi. Eyni zamanda ilk pul və ilk həbsxana da Ömərin dövründə təşkil edilmişdir.
Xəlifə Ömər ibn Xəttab fars əsilli Əbu Lölö ləqəbilə tanınmış Firuz tərəfindən qətlə yetirilmişdir. Qəbri Mədinədə Peyğəmbərin (s) qəbri yanındadır. Cənazə namazını Süheyb Rumi qılmışdır (2, II, s.559-561; 3, III, s.52).
Xəlifə Osmanın dövründə yeni ekspedisiyalarla birgə xəlifə Ömər tərəfindən işğal olunmuş ərazilər yenidən işğal olundu və bundan sonra Raşidi Xilafətinin sərhədləri şərqdə aşağı Hind çayına, şimalda Amu-dərya çayına kimi uzandı. 654-cü ildən etibarən isə Bəlx müsəlmanların nəzarəti altına girmişdir. Sülh yolu ilə müsəlmanlara təslim olan Bəlx hakimləri onlarla bağladıqları razılaşmaya görə, illik 400 min dirhəm xərac müqabilində bölgəni sərbəst idarə edəcəkdilər.
Xəlifə Ömər ibn Xəttabdan sonra xəlifə olan Osman ibn Əfvan (644-656) və Əli ibn Əbu Talibin (656-661) xilafəti dövründə İslamiyyət Sasani torpaqlarında daha sürətlə yayılmışdır.


ƏDƏBİYYAT
1. Əbu Abdullah Məhəmməd ibn Ömər əl-Vaqidi, “Futuhuş-Şam”, Beyrut tarixsiz.
2. Məhəmməd ibn Cərir ət-Təbəri, “Tarixil-uməm vəl-muluk”, Beyrut-1987.
3. İbn Əsir, İzzuddin Əbul-Həsən Əli ibn Məhəmməd. “əl-Kamil fit-tarix”, Beyrut-1965.
4. İbn Kəsir, Əbul Fida İsmayıl ibn Ömər. əl-Bidayətu vən-Nihayə”, Məktəbətul-Maarif, Beyrut-1966, 1981.
5. Əbul-Həsən Əli ibn Hüseyn Məsudi, “Murucuz-Zəhəb”, Misir-1964.
6. Bəlazuri, Əbul-Həsən Əhməd ibn Yəhya. “Futuhul-buldan”, Ankara-1987.
7. Şahlar Şərifov, İslam tarixi, Nurlar nəşriyyatı, Bakı-2013.
8. Əbul Fida İsmail ibn Ömər ibn Kəsir əş-Şafii, Tarixi-ibn Kəsir, tarixsiz.
9. Nuri Ünlü, İslam tarixi, I cild, İstanbul-1997.
10. İbn Əsakir, Əbul-Qasim Əli ibn Həsən. Tarixi-Dəməşqi, Beyrut çapı, 1908.
11. Əbdülməlik ibn Hişam. əs-Sirətun-nəbəviyyə, Beyrut-1971.
12. Əbul Həsən Əli ibn Hüseyn Məsudi. Murucuz-zəhəb, Beyrut-1989.
13. Əbdulvəhhab Nəccar, əl-Xuləfai-Raşidin, Darul-Fiker, tarixsiz.
14. Philip Hitti, İslam tarixi, tər. S.Tuğ, İstanbul-1980-1981.
15. Cəlaləddin Siyuti, Əbul-Fəzl Əbdürrəhman ibn Kəmaləddin. Tarixul-xüləfa, Qahirə-1969.

Açar sözlər: Əbu Bəkr, Ömər ibn əl-Xəttab, Osman ibn Əfvan, Əli ibn Əbu Talib, Məkkə, din
Key words: Abu Bakr, Umar ibn al-Khattab, Osman ibn Afwan, Ali ibn Abi Talib, Mecca, religion
Ключевые слова: Абу Бакр, Умар ибн аль-Хаттаб, Осман ибн Афван, Али ибн Аби Талиб, Мекке, религия,

Шахлар Шарифов
РЕЗЮМЕ
Умар ибн аль-Хаттаб который является вторым ро рашиди халифой после 13 лет года слона, родился в Мекке в 583 году.По завешанийе халифа Абу Бакра, после его смерте в 634 году был назнацен халифа.
Во время своего халифата ряде сражений боев с бизансами и сасанидских победили большинство мусульман.
Во время халифата Умара, Исламское Государство Мекке, Медине, Басра, Куфе, Фаластине, Сирии и Египта Джазира было разделено на 8 регион.

Shahlar Sherifov
SUMMURY
The second caliphate of rashidi Umar ibn al-Khattab was born 13 years after the year of elephant in 583 in Mecca. According to the precept of the first caliphate Abu Bakr ibn Guhafa after his death the Umar ibn al-Khattab was appointed as a caliphate in 634 years.
There were some battles during his caliphate against Sasani and Bizantines and the majority of these battles were won by Muslims.
During the caliphate of Umar the Islamic state was divided into eight province including Mecca, Medine, Syria, Kufa, Palestine, Egypt and Jazeera.

 

"GEOSTRATEGİYA" jurnalı №05 (47) SENTYABR-OKTYABR 2018


Etiket:

Strategiya.az

Xəbərlər
26.05.2019

Peruda 8 bal gücündə zəlzələ baş verib

26.05.2019

Azərbaycan boksçuları Çexiya Qran-prisində bir qızıl və bir bürünc medal qazanıblar

26.05.2019

İranlı general gizli silaha malik olduqlarını açıqlayıb

26.05.2019

Sabahın hava proqnozu - əsasən yağmursuz

26.05.2019

Rusiyalı gimnast Bakıda aerobika gimnastikası üzrə 11-ci Avropa Çempionatında gənclər arasında fərdi proqramda qızıl medal qazanıb

26.05.2019

Kann festivalının “Qızıl Palma” mükafatının qalibi bəlli olub

26.05.2019

Fatih Terim daha 5 il "Qalatasaray"da - rəsmi

26.05.2019

Nəsimi rayonunda mənzildə 60 yaşlı kişinin meyiti tapılıb

26.05.2019

Donald Tramp bazar günü Şinzo Abe ilə qolf oynayacaq, sumo turnirinə qatılacaq

26.05.2019

Bu gün 21 ölkədə Avropa Parlamentinə seçkilər keçirilir

26.05.2019

Fuad Poladovun heç yerdə görmədiyiniz fotoları

26.05.2019

Atəşkəs rejimi 19 dəfə pozulub

26.05.2019

"Şərq tərəfdaşlığı"nın yubiley sammiti: Azərbaycanla bağlı yalan informasiyaların mənbəyi

26.05.2019

"Bavariya" Almaniya kubokunun qalibi olub

26.05.2019

Bu gün rus bölməsi "Azərbaycan dili" fənnindən imtahan verir

26.05.2019

Güclü külək Qubada və Qusarda ciddi fəsadlar törədib

26.05.2019

Atletika üzrə paytaxt birinciliyinə yekun vurulub

26.05.2019

Bu gün magistraturaya qəbul imtahanının növbəti mərhələsi keçirilir

26.05.2019

Ramazanın 21-ci günü: dua, imsak və iftar vaxtı

26.05.2019

Əli Həsənov: “Azərbaycan-İsrail strateji münasibətləri bütün regionda sülhə və təhlükəsizliyə xidmət edir”

25.05.2019

“Qadın güldür, bacarsan güldür” 

25.05.2019

Heydər Əliyev Fondu son anda şəhid atasının harayına çatdı

25.05.2019

Mayın 25-30-da bu şəxslər ictimai nəqliyyatdan ödənişsiz istifadə edəcək

25.05.2019

XƏBƏRDARLIQ! Azərbaycanın bəzi ərazilərinə yenidən dolu düşəcək

25.05.2019

 Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

25.05.2019

İstanbulda 28 May Respublika günü və Azərbaycan XİN-in 100 illiyi qeyd olunub

25.05.2019

Heydər Əliyev Mərkəzində “Tarixin şah əsərləri” sərgisi açılacaq

25.05.2019

“Azeri Light”ın bir barreli 70,95 dollara satılır

25.05.2019

Salyanda yol-nəqliyyat hadisəsi nəticəsində iki nəfər xəsarət alıb

25.05.2019

Cinayət törətməkdə şübhəli bilinən 42 nəfər saxlanılıb

25.05.2019

Bakıda kafe sahibi qətlə yetirildi

25.05.2019

Avtomobili olanlar DİQQƏTLİ OLUN: Etibarnamə qaydası elə olacaq

25.05.2019

Bakıda binanın zirzəmisində öldürülmüş kişi meyiti tapılıb

25.05.2019

Xərçəngin geniş yayılmasının səbəbi tapıldı

25.05.2019

Neftin qiyməti bahalaşıb

25.05.2019

İsmayıllıda avtomobil ustaları emalatxanalarında heroinlə tutuldular

25.05.2019

Türkiyədə 4 terrorçu zərərsizləşdirilib

25.05.2019

Heydər Əliyev Fondu növbəti iftar süfrəsini Ağsuda açıb

25.05.2019

Qardaşlaşan məktəblər və yaxud Məclis Məktəbinin işıqları

25.05.2019

Birinci Dünya müharibəsinə aid qəbiristanlıqda motokros yarışları üçün salınan yol narazılıq yaradıb

25.05.2019

UEFA prezidentindən Bakıdakı finala dəstək

25.05.2019

Binəqədidə doqquzmərtəbəli yaşayış binası yanıb

25.05.2019

Cəbhədə son vəziyyət

25.05.2019

"Qafqazda Azərbaycan və erməni məsələsi" kitabının müzakirəsi keçirilib

25.05.2019

Dollar 3 gün bu qiymətə olacaq 

25.05.2019

Lyonda partlayış nəticəsində yaralananların sayı 13-ə çatıb

25.05.2019

Avtomobilin salonunda 3 yandırılmış meyit tapılıb

25.05.2019

Şenol Günəş "Beşiktaş"dan ayrıldı

25.05.2019

AZƏRBAYCANIN SƏNAYE MÜƏSSİSƏLƏRİNDƏ MARKALAŞMA PROSESİNİN MÖVCUD VƏZİYYƏTİ VƏ ONUN TƏKMİLLƏŞDİRİLMƏSİ İSTİQAMƏTLƏRİ

24.05.2019

Ramazanın 20-ci gününün duası, imsak və iftar vaxtı