Aşqabad sazişləri: Azərbaycan əməkdaşlıqda yeni üfüqlər açır

11:32 / 30.11.2018

Noyabrın 21-22-də Azərbaycan Prezidentinin Türkmənistanın paytaxtı Aşqabada səfəri ekspertlərin böyük marağına səbəb oldu. Bir neçə il əvvəl iki ölkə arasında əlaqələrdə müəyyən problemlər yaranmışdı. İndi onların hamısının aradan qaldırıldığının bütün dünya şahidi oldu. Və bu nəticəyə gəlinməsində Azərbaycan Prezidenti İlham Əliyevin müstəsna rolu var. Azərbaycan rəhbəri öz təmkinli, rasional və uzaqgörən siyasəti ilə qardaş Türkmənistanla münasibətlərin ixtilafa keçməsinin qarşısını aldı. Artıq iki qardaş ölkə strateji əlaqələrin daha da dərinləşməsi və genişlənməsi proqramları üzərində işləyirlər. Türkmənistan paytaxtında imzalanan sazişlər də bunun əyani təsdiqlərindən biri oldu. Prezident İlham Əliyevin səfərinin geosiyasi və iqtisadi aspektləri və onların kommunikasiya-nəqliyyat sferaları ilə əlaqələrinin təhlili üzərində geniş dayanmaq istərdik.

Yeni dönəm: Bakı-Aşqabad xəttində dinamika yüksəlir

Azərbaycan-Türkmənistan münasibətlərində bir müddət çətinliklərin olduğu sirr deyil. Xəzər dənizinin statusunun müəyyən olunmaması enerji yataqları ətrafında müəyyən problemlər yaratmışdı. Daha doğrusu, Türkmənistan tərəfi Azərbaycanın haqlı mövqeyini qəbul etmək istəmirdi. Alovun üstünə neft atan qonşuların da olduğunu unutmuruq. Ancaq Ulu öndər Heydər Əliyev və Prezident İlham Əliyevin müdrik və təmkinli siyasəti hər şeyi tədricən öz yoluna qoydu. Xəzərin statusu ilə bağlı imzalanan sənədlər də bu istiqamətdə öz müsbət təsirini göstərməkdədir.

Bunlarla yanaşı, iki qardaş ölkə arasında münasibətlərin daha səmərəli müstəviyə keçməsində ciddi geosiyasi rol oynamış bir məqamı vurğulamaq yerinə düşərdi. Biz, Prezident İlham Əliyevin təşəbbüsü ilə üçtərəfli əməkdaşlıq formatının reallaşmasını nəzərdə tuturuq. Bu əsasda Azərbaycan-Türkiyə-Türkmənistan əməkdaşlıq formatı həyata keçirilir. Üç qardaş dövlət başçılarının müzakirələri bütün sahələrdə irəliləyişə xüsusi təkan verdi. Demək lazımdır ki, İlham Əliyevin təşəbbüskarı olduğu əməkdaşlıq formatları sırasında Türkmənistanın da daxil olduğu format səmərəsini göstərdi. Artıq dünya mediası və ekspertlər Azərbaycanla Türkmənistan arasındakı strateji tərəfdaşlığın konkret məzmun almasından bəhs edirlər. Bu, Azərbaycan Prezidentinin 21-22 noyabr tarixlərində Aşqabada baş tutmuş səfərindən sonra qətiləşdi. İlham Əliyev növbəti tarixi səfərini çox uğurla reallaşdırdı.

Öncə vurğulayaq ki, bu səfər Türkmənistan tərəfinin təşəbbüsü ilə gerçəkləşib. Türkmənistan tərəfdən gələn təklifi İlham Əliyev hörmətlə qarşılayıb. Səfərin ümumi gedişi, aparılan müzakirələr və imzalanan sazişlər göstərir ki, Azərbaycanın dövlət başçısı çox doğru qərar qəbul edib. Çox yüksək səviyyədə qarşılanan İlham Əliyev səmərəli təklifləri və fikirləri ilə Türkmənistan-Azərbaycan münasibətlərini yeni səviyyəyə yüksəltmək niyyətində tam səmimi olduğunu nümayiş etdirib.

Hər iki dövlət başçısı Azərbaycanla Türkmənistanı ortaq tarix, mədəniyyət, etnik kök, adət-ənənələr birləşdirdiyini vurğulayıblar. Bu məqam iki dövlət arasında əməkdaşlığın inkişafı üçün ciddi təməlin olduğunu göstərir. Eyni zamanda, Azərbaycanla Türkmənistan geosiyasi sahədə, iqtisadi, ticari, nəqliyyat və təhlükəsizlik məsələlərində, xarici siyasətin prinsipial istiqamətlərində oxşar mövqedədirlər. Türkmənistan Prezidenti bu bağlılıqda deyib: "Xarici siyasət məsələlərinə gəldikdə, bizim prinsiplərimiz şübhəsiz ki, oxşardır və ya üst-üstə düşür. Yəni, biz həm regionda, həm də bütün dünyada sabitliyin və təhlükəsizliyin qorunub saxlanmasına tərəfdarıq. Sizə təşəkkür edirik ki, beynəlxalq aləmdə Türkmənistanın bitərəf statusundan irəli gələn bütün təşəbbüsləri dəstəkləyirsiniz (bax: Prezident İlham Əliyevin və Prezident Qurbanqulu Berdiməhəmmədovun geniş tərkibdə görüşü olub / AZƏRTAC, 22 noyabr 2018).

Azərbaycan Prezidenti də iki ölkə arasındakı əməkdaşlığın istiqamətləri barədə konkret və dolğun fikir ifadə edib. İlham Əliyev vurğulayıb: "Ölkələrimiz arasında ikitərəfli əməkdaşlığın istiqamətləri çoxdur. Əminəm ki, indiyədək olduğu kimi, gələcəkdə də beynəlxalq təşkilatlarda bir-birimizi dəstəkləyəcəyik. Bu gün biz artıq təkbətək görüşdə əməkdaşlığın xeyli mühüm məsələlərini müzakirə etmişik və nümayəndə heyətləri çərçivəsində də müzakirələri davam etdirəcəyik. Biz gələcək əməkdaşlığın əsas istiqamətlərini, prioritetlərini qeyd etdik" (bax: əvvəlki mənbəyə).

Strateji tərəfdaşlıqda növbəti uğur: "Yeni İpək Yolu" və "Lazur dəhlizi"

Aşqabadda imzalanan sənədlər dövlət başçılarının ifadə etdiyi fikirlərin tamamilə real əsasa malik olduğunu bir daha təsdiqlədi. Həmin sənədlər demək olar ki, bütün sahələri əhatə edir. Buraya iqtisadiyyat, ticarət, nəqliyyat, kommunikasiya texnologiyaları, elm, təhsil, energetika və digər sferalar daxildir. Onlar həm indiki mərhələdə qarşılıqlı əlaqələri inkişaf etdirməyi, həm də perspektivdə Azərbaycanla Türkmənistan arasında iqtisadi-ticari və nəqliyyat sahəsində əməkdaşlığı gücləndirməyi nəzərdə tutur. Belə çıxır ki, Prezident İlham Əliyev səfəri zamanı iki qardaş ölkə arasında əməkdaşlığın strateji aspektini də ciddi şəkildə müzakirə edib.

Ekspertlər səfərlə bağlı apardıqları analizlərdə maraqlı məqamları vurğulayırlar. Onlar qeyd edirlər ki, Türkmənistan-Azərbaycan münasibətləri məzmunca yeni səviyyəyə yüksəlir. Burada daha çox kommunikasiya aspekti üstünlük təşkil edəcək (bax: məs., Лазуритовый коридор связал Ашхабад и Баку: Энергетические проекты уступили место транспортным / "Независимая газета", 22 noyabr 2018). Bu sırada ekspertlər "Lazur dəhlizi" layihəsi çərçivəsində Azərbaycanla Türkmənistan arasında nəqliyyat əməkdaşlığının perspektivinin yüksək olduğunu vurğulayırlar. Xatırladaq ki, "Lyapis-lazur dəhlizi" adlanan layihə Əfqanıstan, Türkmənistan, Azərbaycan, Gürcüstan və Türkiyə arasında 2017-ci il noyabrın 18-də Aşqabadda Əfqanıstanla iqtisadi əməkdaşlığa həsr edilmiş konfransda imzalanıb. "Lazur dəhlizi" ifadəsi tarixən Əfqanıstandan başqa ərazilərə daşınan əlvan metalın (gümüş nitratın) adı ilə bağlıdır. Layihə iştirakçıları tarixi əlaqələri bərpa etməyi nəzərdə tutaraq bu adı qoyublar. Burada avtomobil və dəmiryollarını nəzərdə tutan infrastrukturdan istifadə olunmalıdır.

Məsələ bununla məhdudlaşmır. Ekspertlər Aşqabadda imzalanan müqavilələrin iki ölkənin "Yeni İpək Yolu" layihəsi çərçivəsində əlaqələrinin daha da dərinləşəcəyi qənaətindədirlər. Bu da Çindən başlanan nəqliyyat dəhlizinin Azərbaycandan keçməklə Avropaya qədər uzanması anlamına gəlir. Bakının çevik və səmərəli siyasəti nəticəsində Azərbaycan üçün ciddi geosiyasi mənası olan bir problem də öz həllini tapdı. Ermənistanın "Yeni İpək Yolu" ilə bağlı iddiaları iflasa uğramış oldu.

Ermənistan rəhbərliyi Çindən başlanan yeni nəqliyyat dəhlizinin öz ərazisindən keçəcəyi ilə bağlı bəyanatlar verirdi. Bunun fonunda Azərbaycanın manevr imkanlarının tükəndiyi haqqında mənasız fikirlər ortaya atırdılar. Ancaq Azərbaycan rəhbərliyi İranla Cənub-Qərb və Əfqanıstan, Türkmənistan, Gürcüstan və Türkiyə ilə "Lazur dəhlizi" layihəsini imzalamaqla erməniləri növbəti məğlubiyyətə uğratdı. Bununla da "Yeni İpək Yolu" Mərkəzi Asiyadan və Rusiya istiqamətindən Azərbaycandan keçməklə reallaşa bilər. Aşqabadda imzalanan sazişlərin tarixi əhəmiyyətində bu məqam başlıca yer tutur.

Digər məsələ iki ölkənin Xəzər hövzəsində əməkdaşlığı inkişaf etdirməklə bağlı razılığa gəlməsi ilə əlaqəlidir. Belə ki, ekspertlər vurğulayırlar ki, imzalanan sazişlərin 50 faizi məhz birbaşa Xəzərdə əməkdaşlıqla əlaqəlidir (bax: əvvəlki mənbəyə). Deməli, Bakı və Aşqabad illərdir əlaqələrə əngəl olan faktoru aradan qaldırmış olurlar. Bu kontekstdə mümkündür ki, həm TANAP-da, həm digər enerji layihələrində Türkmənistanın iştirakı məsələsi, o cümlədən Xəzərin dibindən keçən boru xətti ideyası reallaşsın.

Bütün bunlar təsdiqləyir ki, Azərbaycan Prezidentinin Türkmənistana səfəri milli dövlət quruculuğu prosesində vacib mərhələlərdən biri kimi qiymətləndirilə bilər. Beynəlxalq hüquq normaları çərçivəsində Azərbaycan-Türkmənistan münasibətlərinin inkişafı regional əməkdaşlıq və təhlükəsizlik üçün ciddi töhfələr verəcək. Azərbaycan faktiki olaraq Xəzər hövzəsində nəqliyyat və enerji qovşağına çevrilir. Beynəlxalq layihələrin reallaşmasında Bakının rolu daha da artır. Azərbaycan Xəzər hövzəsinin bütün dövlətləri ilə səmərəli əməkdaşlıq modelinə malikdir. İlham Əliyevin Aşqabada səfəri də bir daha sübut etdi ki, Azərbaycan müstəqil dövlət olaraq geosiyasi rolunu uğurla həyata keçirir. Regionda reallaşdırılan bütün beynəlxalq layihələrdə Bakının imzası var. Azərbaycan Prezidentinin fəaliyyəti nəticəsində bu proses daha da inkişaf edəcək.

Newtimes.az



Strategiya.az

Xəbərlər
11.12.2018

Qabırğa altındakı kəskin ağrılar - Bir çox təhlükədən xəbər verir

11.12.2018

“Fənərbaxça”da qalmaqal – futbolçular prezidentə qarşı

11.12.2018

Avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ: Bu xəbəri mütləq OXUYUN - VİDEO

11.12.2018

DOST Agentliyinin fəaliyyəti üçün əsas hüquqi platforma təmin edilib

11.12.2018

Xorvatiya - Azərbaycan oyununun stadionu müəyyənləşdi

11.12.2018

Respublika çaylarında biogen maddələrin miqdarının normadan artıq olduğu müşahidə edilib

11.12.2018

Qasım Rzayi: İran Azərbaycanın ərazi bütövlüyünü və ədalətli mövqeyini dəstəkləyir

11.12.2018

“Future Stars 2018” IX Beynəlxalq Klassik Musiqi Festivalının qalibləri mükafatlandırılıb

11.12.2018

46 mənzil və 3 qeyri-yaşayış obyektinin icazəsiz sökülməsinə görə cinayət işi başlanıb

11.12.2018

Qaçaqmalçılıq üçün əyninə çadra geyinən qadın və həyat yoldaşı ifşa olundu

11.12.2018

Bugünkü hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb

11.12.2018

XƏBƏRDARLIQ! - Külək güclənəcək, yağış, qar...

11.12.2018

Sabahkı hava şəraiti açıqlanıb

11.12.2018

“Moody's”: Neftin qiyməti 50-70 dollar/barrel arasında dəyişəcək

11.12.2018

Rusiyadan Azərbaycana gələn avtomobildə 75 ədəd güllə aşkarlanıb 

11.12.2018

Polkovnik Eray Guçlüer: Paşinyanın Türkiyə ilə əlaqələr qurmaq barədə dedikləri təcavüzkar dövlətin əsl xislətini əks etdirir

11.12.2018

Qurban Qurbanovdan şok addım - təzminatdan imtina etdi

11.12.2018

"Məcmueyi-Şüəra" və "Vahid" ədəbi məclislərinin üzvləri Ulu öndəri yad etdilər

11.12.2018

“Bir nəfər hamı üçün, yaxud Mixaylonun qisası” kitabı təqdim olundu

11.12.2018

Çayda batan şəxsin meyiti tapılıb

11.12.2018

Karateçilərimiz İtaliyada Gənclər liqası turnirində iştirak edəcək

11.12.2018

Türkiyə Qara dənizdə yeni hərbi-dəniz bazası yaradır

11.12.2018

Noyabrda Azərbaycanda sutkada 801 min barrel neft çıxarılıb

11.12.2018

Keçirilən reydlər nəticəsində...

11.12.2018

Əfqanıstanda kamikadze minalanmış avtomobillə hərbi karvana hücum edib

11.12.2018

Bakıda 2 maddə ilə axtarışda olan qadın saxlanılıb

11.12.2018

Hava Hücumundan Müdafiə bölmələri həyəcan siqnalı ilə qaldırılıb

11.12.2018

Neymar "Srvena Zvezda"ya qarşı oynayacaq?

11.12.2018

Yaxın Şərqdə yeni ixtilafa doğru: Ər-Riyadla Əbu-Dabinin təhlükəli oyunu?

11.12.2018

Sabah bəzi marşrut xətlərinin trayektoriyası dəyişdiriləcək

11.12.2018

Gürcüstandan gələn avtomobildə pirotexniki vasitələr aşkarlanıb

11.12.2018

“Məni buna o vadar etdi” – Bacanağına olan acığını heyvanlardan çıxdı - VİDEO

11.12.2018

“Azeri Light”ın bir barreli 62,73 dollara satılır

11.12.2018

Neftin qiyməti bahalaşır

11.12.2018

Qubada 19 yaşlı gənc itkin düşüb

11.12.2018

Prezident İlham Əliyev İranın Sərhəd Qoşunları komandanını qəbul edib

11.12.2018

Narkotik qəbul etdi, arvadını 5-ci mərtəbədən atdı

11.12.2018

Ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar bu yollarda hərəkət məhdudlaşdırılacaq

11.12.2018

Makron Fransada fövqəladə vəziyyət elan etdi

11.12.2018

"Lazarev klubu": "qara piar" kampaniyasında yeni həlqə

11.12.2018

Yeni qərar verildi: Artıq marketlərə zənbillə gedəcəksiniz

11.12.2018

Çempionlar Liqasında daha üç 1/8 finalçı müəyyənləşir 

11.12.2018

Cinayət törətməkdə şübhəli bilinən 33 nəfər saxlanılıb

11.12.2018

Dekabrın 11-də xarici valyutaların manata qarşı məzənnələri

11.12.2018

Tiflis bəyzadəsi Əlimərdan bəy Topçubaşov... (1865-1934)

11.12.2018

Çayda batdığı ehtimal edilən şəxsin axtarışları aparılır

11.12.2018

Atəşkəs 24 dəfə pozulub

11.12.2018

Azərbaycanın Dostları Assosiasiyasının prezidenti: Jak Şirak Heydər Əliyevə hörmət edir və heyranlıq duyurdu

11.12.2018

 Fransa Prezidentindən “Sarı jilet”lərin qəzəbini sakitləşdirmək üçün ŞOK təkliflər...

11.12.2018

Kriştiano Ronaldonun İtaliyada ilk böyük müsahibəsi