''G-20'': Buenos-Ayresdə üç tarixi razılaşma

11:01 / 06.12.2018

Dünyanın iyirmi ən güclü iqtisadiyyatına malik dövlətlərinin rəhbərlərinin Argentinanın paytaxtında keçirilən sammitinə maraq böyük idi. Ekspertlər və media nümayəndələri böyük dövlətlər arasında münaqişəli situasiyaların necə həll ediləcəyi ilə maraqlanırdılar. Doğrudan da, hazırda qlobal miqyasda ciddi problemlər mövcuddur. Məsələn, Amerika-Rusiya münasibətlərindəki gərginlik ciddi geosiyasi təhlükələrə yol aça bilər. Vaşinqton-Pekin xəttindəki anlaşılmazlıqlar dünya ticarətini risklərə atır. İqlim dəyişikliyi ilə əlaqəli imzalanan müqavilənin taleyinin qeyri-müəyyənliliyi narahatlıq doğurur. Bunlara son günlər meydana gəlmiş Kerç böhranı da əlavə olunub. Beləliklə, ''G-20'' ("Böyük iyirmilik") qrupu üçün kifayət qədər vacib məsələlərin həlli aktuallaşmışdı. Yuxarıda vurğulanan geosiyasi məqamlar üzərində geniş dayanmağa ehtiyac görürük.

Aktual müzakirələr: nə dərəcədə səmərəli oldu?

Argentinanın paytaxtı Buenos-Ayres şəhəri noyabrın 30-dan dekabrın 1-dək dünya mediasının diqqət mərkəzində oldu. "Böyük iyirmilik" ölkələrinin sammitinə maraq həmişə yüksək olur. Bu dəfə hadisə daha çox böyük dövlətlərin münasibətləri aspektində əhəmiyyət daşıyırdı. Çünki sammitə qədər ABŞ, Fransa, Rusiya, Çin və digər dövlətlər arasında gərginlik mövcud idi. Üstəlik, Kerç boğazı ilə bağlı Rusiya-Ukrayna ixtilafı əlavə çətinlik yaradırdı. Ətraf aləmin qorunması, miqrasiya, azad ticarət kimi dünya üçün aktual olan problemlərin də müzakirəsi maraqla gözlənilirdi. Etiraf etmək lazımdır ki, sammit bəslənən ümidləri doğrultdu. Bu o demək deyil ki, üzv dövlətlər bütün məsələlər üzrə razılıq əldə edə bildilər. Belə olmadı, ancaq müzakirələr də nəticəsiz qalmadı.

Hətta ekspertlərin tarixi adlandırdıqları üç məsələdə razılıq əldə edildi. Onlardan biri ABŞ, Kanada və Meksika arasında azad ticarət zonası ilə bağlı yeni sazişin imzalanması; ikincisi, Çinin ABŞ-la ticarət kəsirini örtməklə bağlı razılıq əldə etməsi; üçüncüsü isə beynəlxalq ticarətdə "çoxtərəflilik prinsipi" və Ümumdünya Ticarət Təşkilatında (ÜTT) islahatlar haqqında ortaq fikrə gəlinməsidir. Onların hər biri ayrıca problem yaradır və dövlətlər arasında münasibətlərdə gərginliyə səbəb olurdu. İndi həmin problemlərin aradan qaldırıldığını birmənalı olaraq demək mümkün olmasa da, yolun açıldığı barədə danışmaq olar.

Ekspertlər üçün Şimali Amerika azad ticarət zonası haqqında sazişin (NAFTA) taleyi çox maraqlı idi. Uzun müddət idi ki, Donald Tramp bu sazişin Amerika üçün ədalətsiz olduğunu ifadə edirdi. Onun fikrincə, NAFTA Kanada və Meksikanı ABŞ qarşısında ticari baxımdan daha şanslı edir. Məsələn, Kanada ABŞ fermerlərinin süd məsullarına çox vergi ödədiyi halda, özünün məhsullarına Amerika vətəndaşlarından daha çox vergi tuturdu. Meksika da Amerika şirkətlərinin məhsullarının öz ərazisində istehsalını təşkil edirdi ki, bu da ABŞ-da işsizliyin artmasına səbəb olan faktorlardan biri olurdu. Çünki Meksikada əməkhaqları Amerikadan azdır. Nəticədə, ABŞ dövlət olaraq NAFTA-dan itirirdi ki, bu da büdcə kəsirlərini artıran səbəblərdən biri olmuşdu.

Yeni üçtərəfli saziş USMCA (United States-Mexico-Canada Agreement) adlanır. Sazişdə yuxarıda vurğulanan nöqsanlar demək olar ki, aradan qaldırıldı. Ekspertlər hesab edirlər ki, indiki saziş daha ədalətlidir. Mexiko ilə Ottava onu qəbul etməyə məcbur qalıblar. Çünki ABŞ-la olan ticarət zonasının itirilməsi hər iki dövlət üçün zərərli olardı. Məsələn, Vaşinqton Kanadadan idxal edilən məhsullara vergini kəskin artıra və ya Meksika ilə əlaqələrə məhdudiyyət qoya bilərdi.

Vaşinqton Buenos-Ayresdə ikinci bir uğura imza atıb. Pekin Amerika ilə ticarətdə yaranmış büdcə kəsirini ödəyə biləcək addım atıb. Donald Trampla Si Szinpinin görüşündə Çin tərəfi ABŞ-ın bununla bağlı tələblərini qəbul edib ki, bunu da ekspertlər "ticarət savaşında Pekinin geriyə addımı" kimi qiymətləndiriblər. ABŞ rəhbərliyi də bunun qarşılığında vergiləri ikiqat artırmaq prosedurunu müvəqqəti dayandırıb. Müəyyən müddətdən sonra Pekin sözünə əməl etməsə, Vaşinqton vergi artırmasını həyata keçirəcək.

D.Tramp və S.Szinpin Çinin sənaye siyasəti məsələlərinə dair danışıqlara başlamaq barədə razılığa gəliblər. Buraya amerikan texnologiyalarının məcburi lisenziyalaşması məsələsi də daxildir. Kommersiya sirlərinin oğurlanması ilə bağlı da müzakirələr aparılmalıdır. D.Tramp bu məsələlər üzrə razılıqları yüksək qiymətləndirib. Çinə satılan Amerika mallarının qiyməti də Vaşinqtonun istəyinə uyğun dəyişə bilər. Eyni zamanda, Çindən idxal olunan mallara əvvəlki güzəştlər edilməyəcək. Bunlardan başqa, Çində istehsalını quran Amerika şirkətləri üçün də şərtlər yeniləşə bilər. Bütün bunların nəticəsində ABŞ tərəfindən Çindən idxal edilən 200 milyard dollarlıq mala əlavə vergi 90 gün müddətində qoyulmayacaq.

Mühüm razılaşmalar: problemlər tam həll edildimi?

Doğrudur, bəzi ekspertlər bunları elə də böyük uğur hesab etmirlər. Ancaq Amerika Prezidenti əmindir ki, irəliyə doğru mühüm addım atılıb. Gələcək kimin haqlı olduğunu göstərəcək. Eyni fikri "Böyük iyirmilər"in sammitində qəbul edilmiş beynəlxalq ticarətdə "çoxtərəflilik prinsipi" və ÜTT-də islahatlarla bağlı demək olar. Məlumdur ki, bu məsələlər təşkilata üzv olan bütün ölkələri maraqlandırırdı. Çünki ölkələr ticarətdəki proteksionizmdən zərər görürlər. Qarşılıqlı faydalı əməkdaşlıq prinsipi deyil, güclünün maraqlarının təmin olunması qaydası üstünlük təşkil edir. Bu da ölkələr arasında münasibətlərdə xeyli sayda problemlər yaradır.

''G-20'' üzvlərinin bu məsələdə ən çox iradı ABŞ-adır. Amerika rəhbərliyi isə ittihamları qəbul etmirdi. Buenos-Ayresdə bu istiqamətdə irəliyə addım atılıb. D.Tramp "çoxtərəflilik prinsipi"ni qəbul edib. Hətta bu ifadəni o, "proteksionizmə qarşı" ifadəsi ilə əvəz etməyi təklifini edib. Eyni zamanda, Amerika rəhbərliyi ÜTT-də islahatların aparılması haqqında tələb irəli sürüb. Bu tələbdə təşkilatda ticari qaydaların ABŞ-ın zərərinə ola biləcək qisminə yenidən baxılması nəzərdə tutulur. Ekspertlər hesab edirlər ki, bütövlükdə "çoxtərəflilik prinsipi"nin qəbul edilməsi dünya səviyyəsində ticari əlaqələrin sağlamlaşmasına yeni təkan verə bilər. Və bu məqam böyük əhəmiyyət kəsb edir. O cümlədən böyük dövlətlər arasındakı bir sıra problemlərin aradan qaldırılması üçün çox səmərəli ola bilər.

Bunlara baxmayaraq, Vaşinqton heç də bütün məsələlərdə asanlıqla razılığa gəlməyib. Belə ki, Amerika iqlim haqqındakı sazişi imzalamayıb. Ekspertlərə görə, bu, müsbət hal deyil. Çünki gələcəkdə müəyyən problemlər yaradacaq. Hələlik ABŞ rəhbərliyinin bu məsələdəki mövqeyini aradan qaldırmaq mümkün olmayıb.

"Böyük iyirmilik" ölkələri liderlərinin Buenos-Ayres sammitinin gedişində Rusiya ilə Ukrayna arasındakı Kerç probleminin müzakirəsi də diqqəti çəkib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təklifi ilə bu məsələnin "Normand dördlüyü" (Fransa, Almaniya, Rusiya və Ukrayna) formatında həll edilməsi barədə razılıq əldə olunub. Media nümayəndələri bütövlükdə Türkiyə Prezidentinin mühüm fikirlər irəli sürdüyünü və bu mənada tədbir iştirakçıları arasında fərqləndiyini vurğulayırlar. Onun D.Tramp və V.Putinlə görüşü də uğurlu keçib.

Yuxarıda "İyirmilik" qrupu ilə bağlı vurğulanan məqamları ümumiləşdirsək, geosiyasi kontekstdə hansı nəticələri çıxara bilərik? Belə təəssürat yaranır ki, ''G-20'' üzvləri dünyanın qlobal problemlərinin həllində daha fəal olmağa can atırlar. Bu format daha çox səmərə verməyə başlayıb. Ancaq supergüclər arasında ciddi geosiyasi məsələlərin həllinə yardım edə bilmir. Məsələn, Buenos-Ayresdə V.Putin D.Trampla danışa bilməyib. Doğrudur, Rusiya KİV-lərinin verdiyi məlumata görə, V.Putin konkret faktlar üzrə A.Merkel və E.Makrona baş verənləri anladıb. Lakin onlar fikirlərini dəyişməyiblər.

Bunlardan belə qənaətə gəlmək olar ki, ''G-20'' sammiti qlobal geosiyasi problemləri həll etmək iqtidarında deyil. Məsələləri beynəlxalq hüquq normaları çərçivəsində həll etmək üçün fərqli formata ehtiyac var. Bu keyfiyyətdə çox güman ki, BMT başlıca rol oynaya bilər. BMT-nin fəaliyyətinin səmərəli olması üçün isə islahatlara ehtiyacı var. Deməli, beynəlxalq münasibətlərdə müəyyən mənada qapalı dairə yaranmış olur.

''G-20'' ilə bağlı isə qlobal kontekstdə onu demək olar ki, bu təşkilatın əsas güc mərkəzlərindən birinə çevrilmək istiqamətində cəhdləri davam edir. Sonuncu sammitdə bu aspektdə müəyyən irəliləyiş əldə olundu. Ancaq bu məsələ ilə bağlı dolğun fikir bildirmək tezdir. Bundan sonrakı proseslər təşkilatın imkanlarının dəqiq olaraq hara qədər çatdığını təsdiq edəcək. Onu da nəzərə almaq lazımdır ki, təşkilata daxil olan ölkələrin inkişaf templəri fərqli olduğundan, qüvvələr nisbəti dinamik olaraq dəyişir. Bu mənada növbəti sammitdə hansı dövlətin hansı səviyyədə təmsil olunacağı haqqında da dəqiq proqnoz vermək çətindir. "Böyük iyirmilik" tarixinin həssas bir dönəmindən keçir.

Newtimes.az


Etiket:

Strategiya.az

Xəbərlər
17.08.2019

Azərbaycan bitki və heyvan mənşəli piy və yağların ixracını artırıb

17.08.2019

Xocəsən poçt şöbəsində quldurluq: İşçini bıçaqla vurub qaçdılar

17.08.2019

ABŞ-da yüngülmotorlu təyyarənin qəzaya uğraması nəticəsində 2 nəfər ölüb

17.08.2019

Oğuzda qətl: Münaqişə zəminində bıçaqlanma olub

17.08.2019

Cəlilabadda keçmiş məhkumun evindən narkotik və psixotrop maddələr aşkarlanıb

17.08.2019

"28 may" stansiyasında istifadəsi dayandırılan eskalatorda təftiş yekunlaşıb

17.08.2019

İstanbulda güclü partlayış: ölən var

17.08.2019

Dövlət Gömrük Komitəsi şirkətlərdən imtahan götürür

17.08.2019

Rusiya-ABŞ nüvə müharibəsi: Günəşə həsrət qalacağıq

17.08.2019

Sabah havanın temperaturu 40 dərəcəyə yüksələcək

17.08.2019

Əhalinin Siyahıyaalınmasına Yardım Komissiyasının iclası keçirilib

17.08.2019

Abşeronda 20-yə yaxın evdən oğurluq edən şəxslər tutulub

17.08.2019

Qeydiyyatdan keçməyənlər qəbul olunanlar siyahısından xaric ediləcəklər

17.08.2019

Messinin rekordu təkrarlanıb, "Barselona" son 11 ildə ilklə üzləşib

17.08.2019

Bakıda 7 otaqlı evdə yanğın olub

17.08.2019

Məktəbli formaları ilə bağlı direktorlara -XƏBƏRDARLIQ

17.08.2019

"Qalatasaray" fransalı futbolçunu transfer edib

17.08.2019

Yaponiya Müdafiə Nazirliyi ABŞ-dan “F-35B” qırıcılarının alınması planını təsdiqləyib

17.08.2019

Zaur Əliyev dünya çempionatının finalında

17.08.2019

3 rayonun qaz təhizatı 2 gün müddətinə dayandırılır - SƏBƏB?

17.08.2019

“Qarabağ” klubu Azərbaycan Premyer Liqasının yeni mövsümünə qələbə ilə başlayıb

17.08.2019

Düşmən atəşkəs rejimini 21 dəfə pozub

17.08.2019

BMT Cammu və Kəşmirdəki vəziyyətdən narahatdır

17.08.2019

Kiyevin "Dinamo" klubunda yeni baş məşqçi

17.08.2019

Tərlan İbrahimovun üzərində zorakılıq əlamətləri olan meyiti tapılıb

16.08.2019

Arktikada 35 dərəcə isti qeydə alınıb

16.08.2019

Onkoloji xəstəliklərlə “vuruşan” ərzaqların siyahısı hazırlanıb

16.08.2019

“Qarabağ” klubu Azərbaycan Premyer Liqasının yeni mövsümünə qələbə ilə başlayıb

16.08.2019

Prezident İlham Əliyev onları təltif etdi

16.08.2019

Azərbaycanda ölüm səviyyəsi azalıb

16.08.2019

Sabirabadda 2 maşın toqquşdu - 2 xanım sərnişin öldü

16.08.2019

Prezident İlham Əliyev: Əminəm ki, sərhəd mühafizə orqanlarının şəxsi heyəti dövlət sərhədlərimizin qorunması sahəsində mühüm vəzifələrini gələcəkdə də şərəflə yerinə yetirəcək

16.08.2019

Peşə təhsili müəssisələrinə sənəd qəbuluna 132 könüllü cəlb olunub

16.08.2019

Hava proqnozunun verilməsi çətinləşib - Fəsillər arasında keçidlər "sürüşür"...

16.08.2019

DYP texniki baxışla bağlı XƏBƏRDARLIQ edib

16.08.2019

Ağcabədidə evdən silah-sursat aşkarlanıb

16.08.2019

Keçmiş məhkum Gəncədə silsilə oğurluqlar edib

16.08.2019

Zakir Həsənov Rusiyaya gedir

16.08.2019

Sabah Bakıda 34 dərəcə isti olacaq

16.08.2019

Xocalı polisi 3 tona yaxın narkotik tərkibli bitkini məhv edib

16.08.2019

Xəzərdə qəzaya uğramış hərbi təyyarəmizin yeni qalıqları tapıldı

16.08.2019

Almazbek Atambayevin həyat yoldaşı barəsində cinayət işi açılacaq

16.08.2019

Şəki və Oğuzda qaz təchizatı hansı səbəbdən dayanıb?

16.08.2019

Almaniyanın Şərqində sağçı radikallar, qərbində isə mühafizəkarlar populyardır

16.08.2019

Bu ərazilər Bakı metropoliteninə verildi, evlər sökülür - ÜNVAN

16.08.2019

Doktorantura ilə bağlı ali təhsil müəssisələrinin siyahısında dəyişiklik edilib

16.08.2019

Ukraynada uşaqlar arasında kütləvi zəhərlənmə baş verib

16.08.2019

BMT-də “kosmik silahlanma” təhlükəsi ilə bağlı diskussiya keçirilib

16.08.2019

Qubada özünü asan təqaüdçünün intihar səbəbi... 

16.08.2019

Yaponiyalı alim Azərbaycanın Neolit dövrünə aid obsidian alətlərini tədqiq edir