“Azərbaycan Xalq Cumhuriyyəti – tariximizin şanlı səhifələrindən biridir (AXC Parlamentinin 100 illiyi)”

13:00 / 06.12.2018

 

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası YUNESKO-nun “İnformasiya hamı üçün” Proqramının Azərbaycan komitəsi ilə birgə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Təlim-Tədris Mərkəzində Cəmşid Naxçıvanski adına Hərbi Liseyin kursantları ilə Azərbaycan Xalq Cumhuriyyətinin 100 illk yubileyinə həsr olunmuş tədbir keçirildi.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı.

Tədbiri giriş sözü ilə C.Naxçıvanski adına Hərbi Liseyin şəxsi heyətlə iş üzrə rəis müavini, polkovnik-leytenant Kamran Nəsibov açaraq, qeyd etdi ki, AXC-nin tarixinin öyrənilməsi hər bir Azərbaycan vətəndaşının borcudur. O, qeyd etdi ki, C.Naxçıvanski adına Hərbi Liseyin kursantları Bakının yadellilərdən azad olmasının 100 illik yubileyi ilə əlaqədar hərbi paradda iştirak etdilər. Məruzəsində Kamran Nəsibov ordu quruculuğu məsələlərindən danışdı, Azərbaycan ordusunun tarixindən maraqlı faktlar söylədi.

Əsas məruzə ilə tədbirdə Yasamal rayon MKS-inin direktoru, tarix doktoru Lətifə Məmmədova çıxış edərək qeyd etdi ki, ilk dəfə AXC-nin 80 illik yubileyi Ulu öndərin təşəbbüsü ilə 1998-ci ildə dövlət səviyyəsində qeyd olundu. Daha sonra o, Azərbaycan Respublikası Prezidentinin imzaladığı sərəncamlardan söhbət açaraq, AXC-nin yubileyinin bütün respublikada təntənəli qeyd edilməsi haqqında məlumat verdi. Məruzədə L.Məmmədova xüsusi olaraq qeyd etdi ki, 2018-ci il 7 dekabr tarixində Azərbaycan Parlamentinin 100 illik yubileyi tamam olur və Parlamentin yaranmasının müsəlman Şərqində böyük hadisə olduğunu xüsusi vurğuladı. Çıxışında Lətifə Məmmədova məlumat verdi ki, AXC-nin yaranması haqqında Bəyannamə 1918-ci ilin 28 may tarixində Tiflisdə qəbul edildi. Həmin iclasda H.B. Ağayev, F.X.Xoyski, X.Xasməmmədov, N.Yusifbəyli, M.Y.Cəfərov, F.Köçərli, C.Hacınski, X.Sultanov və b. iştirak etmişdilər. 6 bənddən ibarət olan Bəyannamədə cumhuriyyətin əsas prinsipləri əks olunmuşdur. Hökümətin sədri, Baş nazir F.Xoyski may ayının 30-da dünyanın 18 şəhərinə AXC-nin yaranması haqqında teleqram göndərdi (İstanbul, Berlin, Vyana, Paris, London, Roma, Vaşinqton, Sofiya, Buxarest,

Tehran, Madrid, Haaqa, Moskva, Stokholm, Kiyev, Oslo, Kopenhagen, Tokio). Teleqramda qeyd olundu ki, AXC-nin müvəqqəti paytaxtı Gəncə şəhəridir. Məruzəsində L.Məmmədova Azərbaycanın ərazisində hərbi vəziyyətin elan olunması, Azərbaycan vətəndaşlarının həqiqi hərbi xidmətə çağırılması, ordu quruculuğu haqqında məlumat verdi. Məruzədə ermənilərin Azərbaycana qarşı ərazi iddialarından da söhbət aparıldı. Parlamentin 1920-ci il 27 aprel tarixində keçirilən sonuncu iclası haqqında sənədlər əsasında məlumatlar verildi.

C.Naxçıvanski adına Hərbi Liseyin kursantı Nuri İbrahim Naxçıvanski və Kəngərlilər sülaləsindən söhbət açdı, AXC generalları Ə.Şıxlinski, S.Mehmandarov, C.Naxçıvanski haqqında məlumatlar verdi.

Tanınmış uşaq yazıçısı, gənc yazarların “Mirzə Şəfi Vazeh ədəbi məclisi”nin sədri Gülzar İbrahimova tədbir iştirakçılarına yazdığı “Babanın nəsihəti” hekayəsini və “Vətən oğlu” şeirini söylədi. O, liseyin kitabxanasına müəllifi olduğu “Vətən və mən” CD diskləri və kitabları hədiyyə etdi.

Tədbirdə Yasamal rayon MKS-i tərəfindən hazırlanmış və Üzeyir Hacıbəylinin “Koroğlu” operasından uvertüra ilə müşayiət olunan “AXC-nin ictimai, siyasi və dövlət xadimləri” videoçarx nümayiş olundu. Bundan başqa, Yasamal rayon MKS-i əməkdaşlıq etdiyi Orenburq vilayətinin Pokrovka modern kitabxanasının hədiyyəsi “AXC-100” interaktiv plakat tədbir iştirakçılarına hədiyyə olundu. Yubiley tədbirində “C.Naxçıvanski adına Hərbi Lisey” slaydları nümayiş olundu.

Beynəlxalq müsabiqələr laureatı, ehtiyatda olan zabit, gəmiçilik kontradmiralı Elxan Məhərrəmovun canlı ifasında “Azərbaycan” və b. mahnılar səsləndi.

Yasamal rayon MKS-inin direktoru, “Prezident İlham Əliyev və mədəniyyət (2013-2018)” iki cildliyin müəllifi Lətifə Məmmədova bu kitabları Hərbi Liseyin kitabxanasına hədiyyə etdi. Lətifə Məmmədova Cəmşid Naxçıvanski adına Hərbi Liseyin rəisi general-mayor Bəkir Orucovun Fəxri fərmanı ilə təltif olundu.

Tədbirin sonunda Yasamal rayon MKS-inin əməkdaşları tərəfindən hazırlanmış “Azərbaycan Xalq Cumhuriyyəti-100” stendə və kitab sərgisinə baxış keçirildi, diskussiya aparıldı.


Etiket:

Strategiya.az

Xəbərlər
22.02.2019

Bu gün Bakıda 2 avtobus yanıb - VİDEO

22.02.2019

İnnovasiyalar Agentliyinin Nizamnaməsi və Strukturu təsdiqlənib

22.02.2019

Göygöldə və Ağdamda top mərmiləri aşkarlanıb

22.02.2019

Prezident İlham Əliyev Xəzərin hüquqi statusu haqqında Konvensiyanı təsdiqləyib

22.02.2019

Qubada iki dost bir-birini bıçaqladı

22.02.2019

“Xocalıya ədalət” kampaniyası oxucular tərəfindən bir daha dəstəkləndi

22.02.2019

İnnovasiyalar Agentliyinin Nizamnaməsi təsdiq edilib

22.02.2019

Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar bəyanat yayıb

22.02.2019

Sona Vəliyevanın şeirlər kitabı Londonda nəşr edilib

22.02.2019

Bakıda 45-50 yaşlarında naməlum kişi meyiti aşkarlanıb

22.02.2019

BMT Misiri edam cəzalarını dayandırmağa çağırıb

22.02.2019

Depressiyanı bu xəstəliklər yaradır - DİQQƏT!

22.02.2019

Avroliqada həftənin ən yaxşısı adına namizədlər

22.02.2019

Ehtiyatlı olun: Təyyarədə də gizli kamera var

22.02.2019

Bakıda maşın aşıb, yolda tıxac yaranıb

22.02.2019

Xalq artisti Hacıbaba Hüseynovun 100 illiyi qeyd ediləcək

22.02.2019

Bidzina İvanişvilinin yaxın tərəfdaşlarından biri istefa verib

22.02.2019

100 mühafizəkar Tereza Meyi Brexiti təxirə salmağa məcbur etmək istəyir

22.02.2019

İsveçin ən böyük aeroportunun bəzi əməkdaşlarının mütəşəkkil cinayətkar qruplaşmalarla əlaqələri üzə çıxıb

22.02.2019

Əfqanıstanda həlak olan hərbi qulluqçuların ailələri də yüksək qayğı ilə əhatə olunur

22.02.2019

“Bununla mən nə qazanıram?” - Estetik əməliyyata maraq niyə ARTIB? – VİDEO 

22.02.2019

Həcc ziyarətinə getməyin builki qiyməti məlum oldu - Sənəd qəbulu başladı

22.02.2019

Xızıda avtomobil yolunun tikintisinə 850 min manat ayrılıb

22.02.2019

FİFA-dan "Çelsi"yə transfer qadağası

22.02.2019

Dövlət Komitəsi dünya azərbaycanlılarını Brüsseldə Qarabağ mitinqində iştirak etməyə çağırır

22.02.2019

Ərdoğan Türkiyə və Azərbaycan arasında hərbi sahədə mühüm sənədi təsdiqlədi

22.02.2019

ABŞ 200 əsgərini hələ bir müddət Suriyada saxlayacaq

22.02.2019

XƏBƏRDARLIQ! Gələn həftə yağış, qar gözlənilir

22.02.2019

Dövlət İmtahan Mərkəzi müsahibənin keçirilmə qaydalarına dair təlimlər təşkil edib

22.02.2019

Cəlilabadda altı kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb

22.02.2019

Birinci vitse-prezident Mehriban Əliyeva Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi ilə görüşüb

22.02.2019

“Övlad qarşısında bu vəziyyətə düşmək” – Marixuana ilə tutulan atadan ÜRƏK DAĞLAYAN SÖZLƏR – VİDEO 

22.02.2019

ABŞ-KXDR sammitini 2500-dən çox jurnalist işıqlandıracaq

22.02.2019

Bu yolda hərəkət məhdudlaşdırılır

22.02.2019

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yeni təyinatlar olub

22.02.2019

UEFA millimizin oyunlarının təqvimini açıqladı

22.02.2019

Nobel prospekti gələn il yenidən qurulacaq

22.02.2019

Yasamalda narkotacir saxlanılıb

22.02.2019

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Qarabağ müharibəsi əlili üçün ev tikilməsi barədə tapşırıq verib

22.02.2019

Şübhəli şəxs saxlanıldı 

22.02.2019

Sumqayıtda avtobus qəzası ilə bağlı CİNAYƏT İŞİ başlandı

22.02.2019

“Manqurt” nümayiş ediləcək

22.02.2019

Suriyanın şərqində bomba yüklü avtomobilin partladılması nəticəsində 20 nəfər ölüb

22.02.2019

Bu il Bakının 4 rayonunda “DOST” mərkəzlərinin yaradılması nəzərdə tutulur

22.02.2019

Evdən oğurluq edən şəxs saxlanıldı

22.02.2019

ABŞ 200 hərbçisini Suriyada saxlayacaq

22.02.2019

Avtomobillərdən oğurluq edən şəxslər saxlanılıb

22.02.2019

Neftin qiyməti ucuzlaşıb

22.02.2019

“Azeri Light”ın bir barreli 68,60 dollara satılır

22.02.2019

Cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılıb