Azərbaycanda dövlət qulluğunda islahatların yeni mərhələsi

11:02 / 13.12.2018

s.e.f.d.Murtəza Həsənov

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Dövlət qulluğu və kadr siyasəti”  kafedrasının dosenti.

(Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019−2025-ci illər üçün Strategiya və  qarşımızda duran vəzifələr)

 

1995-ci il Azərbaycan Respublikasının Konstitusiyasının qəbul olunmasından etibarən dövlət idarəetmə sistemi təkmilləşmiş və bu sahədə mühim işlər görülmüşdür. Azərbaycan suverenlik əldə etdikdən, müstəqilliyin bərpa­sından sonra yeni – iqtisadi şəraitdə, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğuna müvafiq keçid dövründə dövlət aparatının, dövlət idarəetmə sisteminin yenidən qurulması və dövlət qulluğunun formalaşması mərhələsinə başlanılır. İsla­hatların həyata keçirilməsində Azərbaycan Respublikasının Prezidenti, Ümummilli Lider Heydər Əliyevin «Hüquqi islahatlar komissiyasının yaradılması haqqında» Sərəncamının (1996) və «Dövlət idarəetmə sistemində islahatlar aparılması üzrə dövlət komissiyasının yaradılması haqqında» Fərmanının (1998) müs­təsna rolu olmuşdur. Dövlət qulluğu dövlətin əsas sosial təsisastlarından biridir və dövlət qulluğunun sosial rolu, sosial statusu mövcud sosial-iqtisadi quruluşun xarakterindən, dövlətin tipindən, idarəetmə rejimindən, qulluqçuların kəmiyyət və keyfiyyət tərkibindən, bu qulluğun fəaliyyətinin xarakteristikasından, onun hüquqi tənzimlənməsinsindən asılıdır.  Dövlət qulluqçularının hazırlığı və təhsilinin artırılması məsələləri tarixi baxımdan bütün ölkələrin, o cümlədən müstəqil dövlətimizin də  prioritet istiqamətlərindən biri olmuşdur. Hazırda dövlət qulluğunda rəhbər vəzifələrdə çalışanların çoxu keçən əsrin yetmişinci illərində Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə SSRİ-nin ən nüfuzlu ali məktəblərinə oxumağa göndərilmiş şəxslər təşkil edir. Qeyd etmək yerinə düşər ki, Müsəlman Şərqində yaranmış ilk demokratik dövlət – Azərbaycan Cümhuriyyəti Bakı Dövlət Universitetini açmış, Qori Seminariyasında Azərbaycan şöbəsi açılmasına nail olmuş, dövlət aparatında ehtiyat kadr hazırlamaq məqsədilə Avropanın ən nüfuzlu Universitet və İnstitutlarına 100 nəfər gənc göndərilmişdir. Bu ənənənin davam etdirilməsi, dövlət qulluğunun inkişafı və təkmilləşdirilməsi prosesində idarəetmə kadrlarının hazırlığı və ixtisasının artırılmasına  diqqətin artırılması qarşıya qoyulan məqsədlərdəndir.  

 

29 dekabr 1998-ci ildə ümumilli lider Heydər Əliyevin fərmanı ilə Azərbaycan Respublikasında dövlət sistemində islahatların aparılması üzrə Dövlət Komissiyası yaradıldı. Komissiyanın yaradılması dövlət idarəetməsində səmərəliliyin artırılması, cəmiyyətin demokrativləşməsi və bazar münasibətlərinin təkmilləşdirilməsi üçün mühim addım idi. Bu fərmandan başlayaraq bir çox fərman və sərəncamlar imzalanmış, eləcə də bir sıra qanunlar qəbul olmuşdır.

2001-ci ildə müasir dövlət qulluğunun hüquqi bazası olan “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının qanunu dövlət qulluğu sahəsində dövlətlə dövlət qulluqçuları arasında yaranan münasibətləri və dövlət  qulluqçularının hüquqi vəziyyəti ilə bağlı məsələləri tənzimləyir. Bu qanun dövlət qulluqçularının təsnifatı, hüquqlarını, vəzifələrini, təminatlarını, məvacibini, pensiya təminatını, mükafatlandırılması, məsuliyyətini, dövlət qulluğu ilə əlaqədar mədudiyyətləri, eyni zamanda dövlət qulluğuna keçmə ilə bağlı məsələlər öz əksini tapmışdır.

"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul edildikdən sonra respublikada demək olar ki, real həyata söykənən ən işlək qanun olmuş, bu qanundan irəli gələn onlarla normativ hüquqi akt qəbul edilmiş, o cümlədən dövlət başçısının fərman və sərəncamları ilə respublikada idarəetmə sisteminin təkmilləşdirilməsinə xidmət edən yeni qurumlar yaradılmış, onların fəaliyyət prinsiplərini müəyyən edən əsasnamələr və qaydalar hazırlanıb təsdiq edilmişdir. Qanuna ölkədə gedən quruculuq işləri, o cümlədən idarəetmə sisteminin təkmilləşdirilməsi ilə əlaqədar qarşıya çıxan məsələlərin həlli üçün bir çox yeni müddəalar əlavə edilmişdir. İndi cəsarətlə demək olar ki, bu sənəd artıq müasir dövr üçün yararlı, mükəmməl bir qanun kimi formalaşmışdır.

"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsinə uyğun olaraq həmin Qanunun tətbiqinə nəzarəti və dövlət qulluğunun normativ-metodik təminatını həyata keçirir, Azərbaycan Respublikasında dövlət qulluqçuları kateqoriyasına aid edilən şəxslərin siyahısını Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurası müəyyənləşdirir. Şura 18 nəfər üzvdən ibarət tərkibdə təşkil edilir və fəaliyyət göstərir. Şuranın 6 üzvü Azərbaycan Respublikasının Prezidenti tərəfindən, 6 üzvü Azərbaycan Respublikası Milli Məclisinin sədri tərəfindən, 6 üzvü isə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri tərəfindən təyin edilir.

Dövlət qulluğuna qəbul müsabiqə vasitəsilə həyata keçirilir. Müsabiqə test və müsahibə olmaqla iki mərhələdən ibarətdir. 2016-ci ildən etibarən müsabiqə Dövlət İmtahan Mərkəzi vasitəsilə həyata keçirilir.

Dövlət qulluğunun əsas hissəsini təşkil məsələlərdən biri də dövlət qulluqçularının etik davranış qaydalarının tənzimlənməsidir. Bu məqsədlə dövlət qulluqçuları üçün etik davranış qaydalarını və prinsiplərini və onlara əməl edilməsi ilə bağlı hüquqi mexanizmləri müəyyən etmək üçün 31 may 2007-ci ildə “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının qanunu qəbul olunmuşdur .

Dövlət idarəçiliyinin bütün sahələrində olduğu kimi dövlət qulluğunda da beynəlxalq təcrübədən istifadə edilmiş, bu sahədə bir çox proqram və layihələr həyata keçirilmişdir.Sözügedən layihələrə TACİS proqramını və Tvinninq layihəsini misal göstərmək olar. Bunlar digər ölkələrin qabaqcıl təcrübəsinin mənimsənilməsi üçün səmərəli şərait yaratdığı və qarşıya qoyulmuş məqsədlərin həyata keçirilməsində hökumətə köməklik göstərdiyi üçün strateji əhəmiyyətə malikdirlər.

2011-ci ilin may ayının 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının “Dövlət orqanlarında elektron xidmətlər göstərilməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” sərəncamına əsasən dövlət orqanlarında elektron xidmətlərin göstərilməsinə başlanmışdır. Elektron xidmətlərin istifadəsi dövlət orqanlarının işinin effektivliyinin və şəffaflığın yüksəldilməsi ilə yanaşı, vətəndaşların da məmnunluğunu da artırmışdır.

Dövlət idarəçiliyinin səmərəliliyin artırılması və daim inkişaf etdirilməsi üçün islahatların davamlı olması zəruri olan bir prosesdir. Bu məqsədlə Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin  23 noyabr 2018-ci ildə sərəncamı ilə Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019−2025-ci illər üçün Strategiya hazırlanmışdır. “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019−2025-ci illər üçün Strategiya” dövlət idarəetməsinin ən mühüm institutlarından biri olan dövlət qulluğu sisteminin inkişaf etdirilməsi məqsədilə əsas hədəfləri və bu hədəflərə çatmaq üçün orta və uzun müddəti əhatə edən çoxşaxəli, ardıcıl, mərhələli tədbirləri müəyyən edən sənəddir.

Strategiyanın əsas məqsədi dövlət qulluğu sistemində idarəçiliyin təkmilləşdirilməsi, dövlət orqanlarının kadr potensialının inkişaf etdirilməsi, yüksək mənəvi və etik dəyərləri əsas tutan, bilik, bacarıq və müsbət şəxsi keyfiyyətləri ilə seçilən dövlət qulluqçuları korpusunu formalaşdırmaqla dövlət orqanlarının fəaliyyətində səmərəliliyin artırılmasıdır.

Strategiyanın icrası 2019−2021-ci və 2022−2025-ci illəri əhatə edən iki fəaliyyət planının həyata keçirilməsi ilə təmin edilir.

Strategiyanın 2019-2021-ci illər üçün fəaliyyət planına aid istiqamət və hədəfləri aşağıdakı kimidir:

·     Dövlət qulluğunda institusional islahatların həyata keçirilməsi - dövlət qulluğu və onun xüsusi növləri ilə bağlı bir sıra anlayışların dəqiq müəyyən edilməsi və qanunvericilikdə yaranan anlaşılmazlıqların aradan qaldırılması, dövlət orqanlarının kateqoriya və iyerarxiyası sisteminin təkmilləşdirilməsi, dövlət orqanlarının struktur bölmələrinin yaradılması, onların növlərinin (adlarının) düzgün müəyyən edilməsi, habelə dövlət orqanlarının struktur bölmələrinin vahid sistemə uyğun olaraq formalaşdırılmasının təmin edilməsi, dövlət qulluğu vəzifələrinin iyerarxiyasının optimallaşdırılması, dövlət qulluğunda şəffaflığın və dövlət qulluğunun qeyri-dövlət sektorla rəqabət qabiliyyətinin artırılması, Azərbaycan Respublikası Dövlət Qulluğunu İdarəetmə Şurasının dövlət qulluğu sahəsinin inkişafında daha aktiv rol oynamasının təmin edilməsi, Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin dövlət qulluğu sahəsində funksiyalarının daha səmərəli yerinə yetirilməsinin təmin edilməsi.

·                          Dövlət qulluğunda kadr siyasətinin inkişafı - rəhbər vəzifəli şəxslərin insan resurslarının idarə edilməsi sahəsində biliklərinin artırılması üzrə təlimlərin davamlılığının təmin edilməsi, rəhbər vəzifəli şəxslərin insan resurslarının idarə edilməsi sahəsində biliklərinin artırılması, dövlət orqanlarında kadr siyasəti və insan resurslarının idarə edilməsi sahəsində illik iş planlarının və həmin planlar üzrə hesabatların vahid standart üzrə hazırlanmasının təmin edilməsi, insan resurslarının idarə edilməsi sahəsində planlı fəaliyyətin təmin edilməsi, dövlət orqanlarında kadrların idarə edilməsi sahəsinə optimal həcmdə resurslar sərf edilməsi, kadr qurumlarının insan resurslarının idarə edilməsi sahəsində fəaliyyətinin düzgün və  effektiv təşkil edilməsi.

·     Dövlət qulluğunda rotasiya - qanunvericilikdə rotasiyanın tətbiqi mexanizmlərinin müəyyən edilməsi, hər bir dövlət qulluqçusunun potensialından düzgün istifadə edilməsi və inkişafının təmin olunması məqsədilə onun karyerasının planlaşdırılması sisteminin qurulması, müəyyən sahələrdə və vəzifələrdə məcburi rotasiya müddətlərinin tətbiq edilməsi, dövlət qulluqçularının rotasiyası zamanı onların sosial müdafiəsinin gücləndirilməsi, rotasiya olunan dövlət qulluqçularının ailə üzvlərinin sosial təminatı və rotasiyanın təşviq edilməsi.

·                           Dövlət qulluğunda səriştə (kompetensiya) modelinin tətbiqi - dövlət qulluqçularının peşəkarlığını və işinin səmərəliliyini artırmaq imkanlarının genişləndirilməsi, dövlət qulluğuna qəbulun təkmilləşdirilməsi, dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsində effektivliyin artırılması, dövlət qulluğu vəzifəsi iddiasında olan vətəndaşların zəruri səriştələrinin qiymətləndirilməsinə imkan verən test, praktiki tapşırıq, müsahibə və digər qiymətləndirmə alətləri kompleksinin yaradılması.

·                          Dövlət qulluqçularının fasiləsiz peşəkar inkişafının təmin edilməsi - Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında qısamüddətli yenidənhazırlanma və ixtisasartırma proqramlarının sayının və çeşidinin artırılması, təhsilin müasir metodlarından, elmi-texniki yeniliklərdən istifadənin genişləndirilməsi, pedaqoji heyətin nəzəri və praktiki biliklərinin, habelə pedaqoji bacarıqlarının artırılması, Dövlət orqanlarının tədris mərkəzlərinin fəaliyyətinin  dövrün tələblərinə uyğunlaşdırılması, dövlət orqanlarının tədris mərkəzləri arasında əməkdaşlığın gücləndirilməsi, dövlət qulluqçularının əlavə təhsilinin maliyyə mənbələrinin müəyyən edilməsi, o cümlədən dövlət orqanlarının büdcəsində əlavə təhsilin maliyyə mənbələrinin ayrıca bənddə nəzərdə tutulması, dövlət qulluqçularının təlimə tələbatının məqsədyönlü və səmərəli ödənilməsinin təmin edilməsi , dövlət qulluqçularının peşəkar inkişafı sisteminin təkmilləşdirilməsi.

·                          Dövlət qulluğunun informasiya təminatı və  elektron dövlət qulluğunun inkişaf etdirilməsi - dövlət qulluqçuları haqqında mərkəzləşdirilmiş məlumat bazasının təkmilləşdirilməsi və məlumatların aktuallığının təmin edilməsi, dövlət qulluğunu idarəetmə aləti kimi Reyestrin funksionallığının artırılması, dövlət qulluğu sahəsində statistik məlumatların toplanılması keyfiyyətinin və dəqiqliyinin artırılması, dövlət qulluğu sahəsində şəffaflığın və aşkarlığın  artırılması, dövlət qulluğu sahəsində dövlət orqanlarının göstərdiyi xidmətlərdən internet vasitəsilə istifadənin, kağız sənəd dövriyyəsinin azaldılmasının, şəxsi işlərin vahid yanaşma əsasında elektron formada aparılmasının təmin edilməsi.

·                          Dövlət qulluğunda mütərəqqi motivasiya (həvəsləndirmə) sisteminin yaradılması - Dövlət qulluqçularının səmərəli və uzunmüddətli fəaliyyətinin stimullaşdırılması, onlar arasında sağlam rəqabətin formalaşdırılması, dövlət qulluğunun qeyri-dövlət sektoru ilə rəqabət qabiliyyətinin artırılması.

·                          Dövlət qulluğuna dair qanunvericiliyin təkmilləşdirilməsi və icrasına nəzarət - dövlət qulluğuna dair qanunvericiliyin icrasına nəzarət sisteminin təkmilləşdirilməsi və pozuntu hallarının qarşısının alınması, dövlət qulluğu sahəsində hüquqi tənzimləmənin təkmilləşdirilməsi, qanunla müəyyən edilmiş halda dövlət qulluqçularına bərabər tutulan publik hüquqi şəxsin əməkdaşlarının statusunun müəyyən edilməsi.

·                          Dövlət orqanlarının struktur bölmələrinin və dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsi - dövlət orqanlarında idarəetmənin təkmilləşdirilməsi, dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsinin idarəetmə proseslərində rolunun artırılması, dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsində peşəkarlığın artırılması.

·                          Dövlət qulluqçularının etik davranış qaydalarının tətbiqinin təkmilləşdirilməsi - dövlət qulluqçularının, xüsusilə də rəhbər vəzifəli və dövlət qulluğuna yeni qəbul olunan şəxslərin etik davranış qaydaları sahəsində bilik və bacarıqlarının inkişaf etdirilməsi, dövlət orqanlarında etik davranış qaydalarına daha ciddi riayət edilməsinin təmin edilməsi, dövlət orqanında xidməti informasiyanın təqdim edilməsi qaydasının müəyyən edilməsi.

Fəaliyyət planının icraçıları Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi, Azərbaycan Respublikasının Korrupsiyaya Qarşı Mübarizə Komissiyası, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və müvafiq dövlət orqanlarıdır.

 

 

 

 

 



Strategiya.az

Xəbərlər
04.08.2020

BMT-nin Baş katibi pandemiya şəraitində qlobal təhsilin xilas edilməsi planını açıqladı

04.08.2020

Azərbaycanda koronavirus infeksiyasından daha 588 nəfər sağalıb, 226 yoluxma faktı qeydə alınıb

04.08.2020

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Yasamal rayonunda salınacaq meşə tipli yeni parkda görüləcək işlərlə tanış olub

04.08.2020

Bakıda gücləndirilmiş nəzarət tədbirləri davam etdirilir

04.08.2020

Neftin qiyməti ucuzlaşıb

04.08.2020

Müdafiə Nazirliyi: Tovuz, Gədəbəydəki mövqelərimiz atəşə tutulub

04.08.2020

Milli Məclisin deputatı Fəttah Heydərov vəfat edib

03.08.2020

Naxçıvan Qarnizonu Qoşunlarında yeni tədris dövrü başlayıb

03.08.2020

Regionlara gediş-gəlişin açılması məsələsi müzakirə olunur

03.08.2020

Operativ Qərargah karantin rejiminin yumşaldılması ilə bağlı QƏRAR verdi

03.08.2020

Ermənistan tərəfindən Azərbaycan Müdafiə Nazirliyinin adına saxta "Twitter" hesabı açılıb

03.08.2020

Müdafiə Nazirliyi cəbhədəki son vəziyyətlə bağlı məlumat yaydı

03.08.2020

Yoluxanların ümumi sayı 17 660 523, ölənlərin isə 680 894 nəfərə çatıb

02.08.2020

Müdafiə Nazirliyi: General-mayor Polad Həşimov döyüşdüyü səngərdə şəhid olub

02.08.2020

AZAL Bakı-Moskva-Bakı marşrutu üzrə xüsusi çarter reysi yerinə yetirəcək

02.08.2020

Avqustun 2-si Azərbaycan Kinosu Günüdür

02.08.2020

Gəncədə evdə gizli nişan mərasimi etmək istəyən şəxslər saxlanılıb

02.08.2020

Müdafiə Nazirliyi cəbhədəki son vəziyyətlə bağlı məlumat yaydı

01.08.2020

Naxçıvanda Azərbaycan-Türkiyə birgə genişmiqyaslı döyüş atışlı təlimlər keçirilir

01.08.2020

“Azərbaycan dilinin orfoqrafiya lüğəti”nin siqnal nüsxəsi çapdan çıxıb

01.08.2020

Yer Elmləri Bölməsində su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı müzakirələr aparılıb

01.08.2020

Paytaxtda koronavirusa yoluxma halları daha çox Binəqədi, Xətai və Sabunçu rayonlarında qeydə alınıb

01.08.2020

Azərbaycan neftinin qiyməti bahalaşır

01.08.2020

Müdafiə Nazirliyi cəbhədəki son vəziyyətlə bağlı məlumat yaydı

01.08.2020

1 Avqust - Azərbaycan Əlifbası Günüdür

01.08.2020

“Lenta.ru”: Məsələnin kökü Amerikaya gedib çıxır

31.07.2020

Prezident İlham Əliyev Həsən Ruhaniyə telefonla zəng edib

31.07.2020

Paytaxt sakinlərinin diqqətinə - Sabah küçəyə çıxmaq tövsiyə olunmur

31.07.2020

Prezident İlham Əliyevin rəsmi "Facebook" səhifəsində Qurban bayramı münasibətilə paylaşım edilib

30.07.2020

Azərbaycan Prezidenti: Başqa ölkələrin torpağında bizim gözümüz yoxdur, öz torpağımızı da heç kimə verən deyilik

30.07.2020

Azərbaycan Prezidenti: Sorosun tör-töküntüləri KTMT-nin müttəfiqləri ola bilməz

30.07.2020

DTX casusluq formasında dövlətə xəyanət edən ər-arvadı həbs etdi

30.07.2020

Prezident İlham Əliyev general Polad Həşimovun xatirəsinin əbədiləşdirilməsi üçün tapşırıq verib

30.07.2020

Qəbələdə 10 ədəd subartezian quyusu qazılacaq - SƏRƏNCAM

30.07.2020

Prezident İlham Əliyev Qəbələdə quraşdırılan modul tipli xəstəxanada yaradılan şəraitlə tanış olub

30.07.2020

Prezident İlham Əliyev Şəkidə modul tipli xəstəxanada yaradılan şəraitlə tanış olub

30.07.2020

Elman Rüstəmov: Azərbaycanın strateji valyuta ehtiyatları 51,7 milyard dollardır

30.07.2020

Bakıda ən az yoluxma bu rayondadır

30.07.2020

İqlim dəyişmələri fonunda su ehtiyatlarının azalması sürətlənir

30.07.2020

Polis və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən fasiləsiz, gücləndirilmiş nəzarət-profilaktik tədbirlər paytaxtın bütün rayonlarını əhatə edir

29.07.2020

Bəyimxanım Vəliyevadan möhtəşəm ifa - VİDEO

29.07.2020

Ermənistana məxsus növbəti taktiki PUA məhv edildi

29.07.2020

Bakı Dövlət Universitetində bu il səkkiz yeni ixtisas açılıb

29.07.2020

Azərbaycanda daha 363 nəfər koronavirusa yoluxdu, 622 nəfər sağaldı, 8 nəfər öldü

29.07.2020

Ermənistanda koronavirusdan ölənlərin sayı 723-ə çatıb

29.07.2020

Prezident İlham Əliyev İsmayıllıda modul tipli xəstəxananın açılışında iştirak edib 

29.07.2020

Prezident İlham Əliyev Qobustanda koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli xəstəxananın açılışında iştirak edib

29.07.2020

Müdafiə Nazirliyi cəbhədəki vəziyyətlə bağlı son məlumatı açıqladı

29.07.2020

Xəzər dənizinin suyundan istifadə ilə bağlı təkliflər hazırlanacaq

29.07.2020

İyulun 29-da xarici valyutaların manata qarşı məzənnələri