Bərdə və Ağcabədidə DOST mərkəzləri yaradılacaq

14:55 / 15.12.2018

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2018-ci ilin dekabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Bərdə rayonunda Bərdə, Tərtər, Ağcabədi rayonlarının sakinlərini fərdi qaydada qəbul edib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) verilən məlumata görə, qəbuldan əvvəl S.Babayev və Bərdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, xatirəsini dərin ehtiramla yad ediblər.

Qəbulda ƏƏSMN yanında İctimai Şuranın sədri Umud Mirzəyev də iştirak edib.

Vətəndaşların müraciətlərində əmək hüquqlarının müdafiəsi, sosial təminat növlərinə hüququn müəyyən edilməsi, məşğulluğun təmin olunması, özünüməşğulluq proqramına, ödənişli ictimai işlərə və peşə hazırlığına cəlb olunma, sosial sığorta münasibətləri, imtiyazlı şəxslərin mənzillə və reabilitasiya vasitələri ilə təminatı və s. məsələlərə aid olub. Sorğu xarakteri müraciətlərə cavab olaraq, hüquqi izahatlar verilib, ayrı-ayrı müraciətlərdə qaldırılan məsələlərin həlli təmin edilib.

S.Babayev vətəndaşlarla görüşündə Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, əmək, məşğulluq, sosial müdafiə sahələrində aparılan islahatlar barədə məlumat verib. O, regionlarda yaşayan əhalinin də "DOST” mərkəzləri vasitəsilə dövlət sosial xidmətlərindən sadə prosedurlarla, tam şəffaf, rahat şəkildə istifadə imkanları əldə edəcəyini bildirib. Nazir 2019-2025-ci illər üzrə "DOST” regional proqramı çərçivəsində, həmçinin Bərdə və Ağcabədi rayonlarında da belə mərkəzlərin yaradılacağını deyib. Dövlət başçısının müvafiq Fərmanına əsasən şəhid ailələrinə birdəfəlik ödənişlərin verilməsi prosesinin davam etdirildiyini vurğulayan nazir artıq bu bölgədə də şəhid hərbi qulluqçuların bir qrupunun vərəsələrinin birdəfəlik ödənişlə təmin olunduqlarını qeyd edib.

Müraciət edənlərdən bir qisminin istəkləri nəzərə alınaraq onlara vakant iş yerlərinə göndəriş verilib, habelə ayrı-ayrı şəxslər özünüməşğulluq proqramına, ödənişli ictimai işlərə və peşə hazırlığına cəlb olunmaq üçün qeydiyyata alınıblar. S.Babayev Bərdə, Tərtər, Ağcabədi rayonlarında bu ilin 11 ayında nazirliyin məşğulluq orqanları vasitəsilə 1930 işsiz və işaxtaran şəxsin münasib işlərlə təmin edildiklərini deyib. Nazir qeyd edib ki, üç rayon üzrə cari ildə 326 aztəminatlı ailə özünüməşğulluq proqramına cəlb olunub və onlardan artıq 200 ailənin proqram çərçivəsində verilmiş mal və materiallar hesabına kiçik ailə təsərrüfatları yaradılıb.

Qəbul zamanı vətəndaşların bir qismi müraciətlərinə əsasən, nazirliyin aidiyyəti müəssisələrində bərpa müalicəsinə cəlb olunmaları, həmçinin reabilitasiya vasitələri ilə təmin edilmələri üçün qeydiyyata götürülüblər.

Nazir S.Babayev və Bərdə rayon İcra Hakimiyyətinin başçısı V.İsayev ƏƏSMN-nin sifarişi əsasında bu rayonda fəaliyyət göstərən günərzi qayğı mərkəzində də olublar. Mərkəzdə çətin həyat şəraitində olan uşaqlara günərzi xidmətlər göstərilir, onlar maraq və qabiliyyətləri nəzərə alınaraq müxtəlif dərnəklərə cəlb olunur, bacarıqları inkişaf etdirilir. Mərkəzin fəaliyyəti ilə yaxından tanış olan nazir günərzi xidmətlərin təşkili məsələləri ilə bağlı müvafiq tapşırıqlarını verib.



Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM