Milli valyutanın məzənnəsinə xarici təsirlər neytrallaşdırılacaq - AMB

10:41 / 28.12.2018

Azərbaycan Mərkəzi Bankı (AMB) 2019-cu il və ortamüddətli dövr üçün pul siyasətinin əsas istiqamətlərini açıqlayıb.

2019-cu il və ortamüddətli dövr üçün başlıca strateji vəzifə makroiqtisadi sabitliyin dayanıqlığının artırılması və onun iqtisadi artımın sürətləndirilməsində rolunun yüksəldilməsidir.

Bu məqsədlə Mərkəzi Bank öz mandatına – qiymət sabitliyinin təmin olunmasına yönəldilmiş pul siyasətini davam etdirəcək. Aşağı inflyasiyalı makroiqtisadi mühitin formalaşdırılması üçün pul siyasətinin strateji və əməliyyat çərçivəsi daha da təkmilləşdiriləcək.

Bəyanatda qeyd olunub ki, 2019-cu il və ortamüddətli dövr üçün pul-kredit siyasətinin əsas istiqamətləri həmin dövrü əhatə edən rəsmi sosial-iqtisadi inkişaf və büdcə proqnozları əsasında formalaşdırılıb: "Proqnozlaşdırılan dövrə xarici şəraitin həyata keçirilən pul-kredit siyasətinə təsiri bir neçə istiqamətdə baş verir. 2019-cu ildə qlobal iqtisadi artımın hələ də yüksək qalacağı şəraitdə qeyri-neft ixracatının artımı üçün əlverişli şərait yaranır və bu rəsmi proqnozlarda əks olunub. Əsas ticarət tərəfdaşlarımızda məzənnə volatilliyinin yüksəlməsi və onlarda inflyasiyanın yüksələrək idxal vasitəsilə milli iqtisadiyyatda qiymət sabitliyinə təsiri riski növbəti ildə də əhəmiyyətli olaraq qalır. Dünyanın aparıcı iqtisadiyyatlarında pul-kredit siyasətlərinin normallaşdırılması istiqamətində proqnozlaşdırılan proseslərin ölkədə qiymətlər sabitliyinə, ilk növbədə valyuta bazarına və milli valyutanın məzənnəsinə təsiri minimaldır və mövcud makroiqtisadi alətlər vasitəsilə neytrallaşdırılacaq.”

Bəyanatda bildirilir ki, xarici mühitin makroiqtisadi sabitliyə ən mühüm təsir kanalı dünya enerji bazarlarının konyunkturası qalır. Proqnoz dövründə neftin dünya bazarlarında qiyməti bir tərəfdən qlobal iqtisadi artım və bu əsasda neftə olan tələbatın formalaşması, digər tərəfdən qlobal təklifin idarə olunması ilə tələb-təklif nisbəti, habelə geosiyasi amillərin təsiri altında formalaşacaq. Bu amillərin məcmu və əksər hallarda müxtəlif istiqamətli təsiri qlobal neft bazarında qeyri-müəyyənliyi və müşahidə olunan qiymət dəyişkənliyini şərtləndirir.

"Bütün bunları nəzərə alaraq Mərkəzi Bank növbəti il və ortamüddətli dövrə pul-kredit siyasətinin əsas istiqamətlərinin formalaşmasında həm rəsmi baza proqnozunu, həm də bu proqnozlara təsir edə biləcək neqativ amillərin neytrallaşdırılmasını nəzərdə tutur”,- bəyanatda qeyd olunub.

Bildirilir ki, ölkədə effektli pul-kredit siyasətinin həyata keçirilməsinin bir sıra mühüm daxili struktur şərtləri var: "Bura ilk növbədə milli iqtisadiyyatın formalaşmış strukturu, işgüzar tsiklin mövcud mərhələsi, şaxələnmə səviyyəsi, monetar və fiskal nəzarətin səviyyəsi, mövcud resursların dinamikası aiddir”.

Məlumatda deyilir ki, struktur amilləri effektiv makro-fiskal çərçivənin formalaşmasına və mövcud resurslardan tam istifadə etmək əsasında dayanıqlı iqtisadi artım trayektoriyasına qayıtmağa əhəmiyyətli təsir göstərir.

"Belə şəraitdə effektiv pul-kredit siyasətinin formalaşması, makroiqtisadi stabilliyin dayanıqlığının təmin olunması başlıca olaraq pul-kredit siyasəti ilə fiskal siyasətin optimal makroiqtisadi çərçivədə sintezindən, hər iki istiqamətdə planlaşdırılan və artıq start verilmiş islahat tədbirlərinin əlaqələndirilməsindən asılı olacaq",- bəyanatda qeyd olunub.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM