Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin  iclası keçirilib  

18:05 / 11.01.2019

Yanvarın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib.

 Prezident İlham Əliyev 2018-ci ilin ölkəmiz üçün uğurlu olduğunu, dünyada və bölgədə gedən mənfi proseslərə baxmayaraq, Azərbaycanın hərtərəfli və dinamik inkişaf etdiyini bildirdi. Ötən il regionların sosial-iqtisadi inkişafı ilə bağlı üçüncü beşillik proqramın başa çatdığını, bu il dördüncü proqramın qəbul olunacağını, keçən il bölgələrə 24 dəfə səfər etdiyini deyən dövlətimizin başçısı ölkəmizdə ictimai-siyasi vəziyyətin sabit olduğunu, xarici siyasət sahəsində də bir sıra uğurların əldə edildiyini, bizimlə əməkdaşlıq etmək istəyən ölkələrin sayının artdığını bildirdi, Ermənistan istisna olmaqla qonşu ölkələrlə əlaqələrin yüksək səviyyədə olduğunu vurğuladı. Dövlətimizin başçısı Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanan Tərəfdaşlıq Prioritetləri sənədinin əhəmiyyətini vurğuladı, Azərbaycanın bu ildən Qoşulmama Hərəkatına sədrlik edəcəyini dedi, Xəzər dənizinin hüquqi statusu ilə bağlı imzalanan Konvensiyada ölkəmizin mövqeyinin əksini tapdığını bildirdi.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən danışarkən dövlətimizin başçısı vurğuladı ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq. Prezident İlham Əliyev onu da qeyd etdi ki, 2018-ci ildə hərbi sahədə böyük nailiyyətlər qazanılıb, uğurlu Naxçıvan əməliyyatı nəticəsində 11 min hektar torpağa tam nəzarət olunur. Dövlətimizin başçısı xüsusi vurğuladı ki, 2018-ci ildə üçüncü peykimiz orbitə buraxılıb, Cənub Qaz Dəhlizinin rəsmi açılışı olub, TANAP layihəsi işə düşüb, Ələt Beynəlxalq Ticarət Limanı fəaliyyətə başlayıb. 2018-ci ili həm də dərin islahatlar dövrü kimi xarakterizə edən dövlətimizin başçısı əsas iqtisadi göstəricilərdən danışarkən bildirdi ki, ötən il ümumi daxili məhsul 1,4 faiz artıb. Qeyri-neft sektoru 1,8, sənaye istehsalı 1,5, kənd təsərrüfatı isə 4,6 faiz artıb. Valyuta ehtiyatları 45 milyard dollara çatıb, ölkədə 118 min daimi iş yeri yaradılıb.

Sonra maliyyə naziri Samir Şərifov, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev və Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev 2018-ci ildə görülən işlər və qarşıda duran vəzifələr haqqında məruzə etdilər.

Yekun nitqində 2019-cu ildə qarşıya qoyulan vəzifələrin icra olunacağına əminliyini ifadə edən Prezident İlham Əliyev bildirdi ki, vergi və gömrük sahəsində aparılan islahatlar çox böyük əhəmiyyət daşıyır. Dövlətimizin başçısı həmin sahələrdə şəffaflığın, dürüstlüyün təmin edildiyini, korrupsiyaya qarşı güclü mübarizənin aparıldığını, sağlamlaşdırma prosesinin getdiyini və artıq gözəl nəticələrin əldə edildiyini vurğuladı. Bu il də infrastruktur layihələrinin icra ediləcəyini deyən Prezident İlham Əliyev qazlaşdırma, içməli su təminatı, kənd və magistral yolların salınması, meliorativ tədbirlərin görülməsi, məcburi köçkünlərin, şəhid ailələri və Qarabağ əlillərinin, həmçinin hərbçilərin sosial şəraitinin yaxşılaşdırılması ilə bağlı tədbirlərin həyata keçiriləcəyini vurğuladı.

Bu il yeni məktəblərin, tibb müəssisələrinin, olimpiya idman komplekslərinin, “ASAN xidmət” mərkəzlərinin, xalça fabriklərinin tikiləcəyini deyən Prezident İlham Əliyev sahibkarlığın inkişafı ilə bağlı əlavə addımların atılacağını, xaricdə yeni ticarət evlərinin açılacağını qeyd etdi, ölkədə yeni sənaye parklarının və məhəllələrinin yaradılmasının əhəmiyyətinə toxundu, kənd təsərrüfatında, həmçinin turizm sahəsində islahatların nəticə verəcəyinə əmin olduğunu bildirdi.

Sonda Prezident İlham Əliyev böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyini nəzərə alaraq 2019-cu ili “Nəsimi İli” elan etdiyini bildirdi.


Etiket:

Strategiya.az

Xəbərlər
25.03.2019

Daha iki şəhərin adını dəyişmək istəyirlər

25.03.2019

Gələn aydan bu şəxslərə Prezident təqaüdü təyin olunacaq

25.03.2019

Deputat: Erməni əsgərlərin cəzalandırılaraq Dağlıq Qarabağa göndərilməsi bir çox mətləblərdən xəbər verir

25.03.2019

“Danışılmış oyun” qalmaqalı: Azərbaycan klubunun qovduğu altı futbolçu ilə bağlı məlumat

25.03.2019

Boccia üzrə milli komandamız Xorvatiyada açıq regional çempionatda çıxış edəcək

25.03.2019

Ötən gün axtarışda olan 14 nəfər saxlanılıb

25.03.2019

Bədii gimnastımız beynəlxalq turnirdə 2 bürünc medal qazandı

25.03.2019

Bu gün Sumqayıtın bir hissəsində işıq olmayacaq

25.03.2019

Sabah hava əsasən yağmursuz olacaq

25.03.2019

Rusiyalı ekspert: Paşinyan və komandası Ermənistan iqtisadiyyatını tamamilə çıxılmaz vəziyyətə salacaq

25.03.2019

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

25.03.2019

Venesuelalıları hakimiyyəti ələ keçirməyə hazırlaşmağa çağırırlar

25.03.2019

"Həyəcan təbili hələ Azərbaycanla oyunda çalınmışdı" - Modriç

25.03.2019

Erkən ölümün qarşısını almağın yolları

25.03.2019

Qəzzadan atılan raket İsraildə yanğına səbəb olub - 6 nəfər yaralanıb

25.03.2019

İtaliyanın “Kazalesi” mafiya şəbəkəsinin 4 üzvü həbs olunub

25.03.2019

Azərbaycandan Həcc ziyarətinə getmək istəyənlərin sayı artır

25.03.2019

Ərdoğan Qolan təpələri məsələsini BMT Baş Assambleyasının müzakirəsinə çıxarır

25.03.2019

NATO-nun baş katibi Tbilisiyə gəlib

25.03.2019

Yeni Zelandiyada terror aktlarını xüsusi kral komissiyası araşdıracaq

25.03.2019

Almaniya və Belçikadan qələbə, Xorvatiya uduzdu

25.03.2019

Saxta balın fəsadları

25.03.2019

Nəsimi rayonunda yanğın baş verib

25.03.2019

Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 22 dəfə pozub

25.03.2019

Tramp Türkmənistanın Azərbaycan vasitəsilə Qərbə qaz ixrac etmək imkanından yararlanacağına ümid edir

25.03.2019

İsrail XİN Trampın Qolan yüksəkliləri haqqında imzalayacağı sənədin tarixini elan edib

25.03.2019

Gömrükdən "Marlboro" və kürü keçirmək istədi

25.03.2019

Təbii, yoxsa süni materialdan hazırlanan yorğan-döşək? - VİDEO

25.03.2019

Əliyar Ağayevdən 5 sarı vərəqə - Polşadan 2 cavabsız qol

25.03.2019

XX əsrin 90-cı illərində ABŞ-in Cənubi Qafqaz münaqişələrində maraqlarının hüquqi əsasları

25.03.2019

NATO-nun baş katibi Gürcüstana səfər edib

25.03.2019

İstanbulda “Cümhur ittifaqı”nın izdihamlı mitinqi keçirilib

25.03.2019

Dubayda “dünyanın ən yaxşı müəlliminə” 1 milyon dollar təqdim edilib

25.03.2019

ABŞ-ın Yaponiyadakı hərbi bazasında partlayış baş verib

25.03.2019

"Avro-2020"-nin talismanı təqdim olunub

24.03.2019

Gömrük nəzarətindən gizlədilən Siqaret, mobil telefon aksesuarları və kürü aşkarlanıb

24.03.2019

Sabah hava buludlu olacaq, arabir yağış yağacaq

24.03.2019

Müdafiə naziri Zakir Həsənov ABŞ-a səfər edəcək

24.03.2019

Füzuli rayonunda qatarla minik avtomobili toqquşub, ölən var

24.03.2019

Şirin içkilərin təhlükəsi aşkarlandı

24.03.2019

Prezident İlham Əliyev yunanıstanlı həmkarını təbrik edib

24.03.2019

Daha bir ölkə paytaxtın adını dəyişir

24.03.2019

Cənubi Qafqaz ölkələrində su ehtiyatlarının inteqrasiyalı idarə edilməsi problemləri

24.03.2019

Azərbaycan təhlükəsizlik orqanlarının yaranmasının 100 illiyinə həsr olunmuş videoçarx hazırlanıb -VİDEO

24.03.2019

Bakıda güclü külək olacaq - XƏBƏRDARLIQ

24.03.2019

Yaşayış məntəqəsinə silahlı hücum - 110 çoban öldürülüb

24.03.2019

Atəşkəs 23 dəfə pozulub

24.03.2019

Qəbələdə yaşayış evində partlayış: 4 nəfər xəsarət alıb

24.03.2019

Ankarada birinci Türk Dünyası Qurultayı təşkil olunub 

24.03.2019

UNICEF rəsmisi: Azərbaycanda erkən uşaqlıq dövrü ilə bağlı görülən işlər müsbət nəticə verəcək