Elçin Əhmədov: Prezident İlham Əliyev Azərbaycanın xarici siyasətinin milli maraqlara söykəndiyini bir daha bəyan etdi

11:30 / 12.01.2019

Müasir dövrdə Azərbaycan Cənubi Qafqaz regionunda əsas söz sahibi olan dövlət kimi çətin və mürəkkəb geosiyasi şəraitdə müstəqil xarici siyasət həyata keçirir. Bu gün Azərbaycan regionun yeganə ölkəsidir ki, düşünülmüş daxili və xarici siyasəti ilə həm inkişaf edir, iqtisadi sistemini təkmilləşdirir, həm də regional təhlükəsizliyin təmin olunması istiqamətində ardıcıl və sistemli addımlar atır. Hazırda Azərbaycan dövlətinin həyata keçirdiyi enerji layihələri, regional inteqrasiyaya xidmət edən əməkdaşlıq formatları Cənubi Qafqazda sabitliyin təmin edilməsində mühüm rol oynayır. Bununla yanaşı, Azərbaycan dünyada sülhyaratma prosesində fəal iştirak edir, səmərəli təklif və təşəbbüslərlə çıxış edir, öz praktik fəaliyyəti ilə sülhün və təhlükəsizliyin möhkəmlənməsinə dəyərli töhfələr verir.

Bu fikirləri Strategiya.az-a açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru, “Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədr müavini Elçin Əhmədov Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı proqram xarakterli nitqinə münasibət bildirərkən deyib.

O qeyd edib ki, Azərbaycan Prezidenti 2018-ci ilin ölkəmiz üçün uğurlu olduğunu, dünyada və bölgədə gedən mənfi proseslərə baxmayaraq, Azərbaycanın hərtərəfli və dinamik inkişaf etdiyini bildirdi. Xarici siyasət sahəsində də bir sıra uğurların əldə edildiyini, bizimlə əməkdaşlıq etmək istəyən ölkələrin sayının artdığını bildirən Prezident İlham Əliyev Ermənistan istisna olmaqla qonşu ölkələrlə əlaqələrin yüksək səviyyədə olduğunu vurğuladı: “Həm regional təhlükəsizliyin inkişafı, eyni zamanda, nəqliyyat, energetika, ticarət məsələlərinin uğurla həlli, o cümlədən qonşularımızla münasibətlərdən asılıdır. Bir sözlə, qonşu ölkələrlə əlaqələrimiz çox müsbətdir və əminəm ki, bu il də bu istiqamətdə yeni müsbət addımlar atılacaqdır”.

Dövlətimizin başçısı Azərbaycanın müsəlman aləmində çox böyük hörmət, nüfuz qazandığını, İslam həmrəyliyi ilə bağlı atdığımız addımların İslam Əməkdaşlıq Təşkilatı və eyni zamanda, bir çox müsəlman ölkələri tərəfindən çox yüksək qiymətləndirdiyini vurğulayaraq bildirdi ki, bu sahədə verdiyimiz töhfə çox təsirlidir. Ölkəmizin apardığı siyasət, yəni, həm ölkə daxilində, həm xaricdə bu istiqamətdə keçirdiyimiz tədbirlər İslam aləmində həmrəyliyi, əməkdaşlığı və İslam birliyini daha da möhkəmləndirir.

Keçən il Naxçıvanın İslam Mədəniyyətinin Paytaxtı seçilməsinin heç də təsadüfi olmadığını və Naxçıvan şəhərinin bu şərəfli adı çox böyük uğurla daşıdığını bildirən Prezident vurğuladı ki, 2019-cu ildə də müsəlman ölkələri ilə əlaqələrimizi müxtəlif istiqamətlərdə inkişaf etdirəcəyik və beləliklə, müsəlman aləmində bizim nüfuzumuz, çəkimiz, rolumuz daha da artacaqdır.

Dövlətimizin başçısı Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanan Tərəfdaşlığın Prioritetləri adlı mühüm sənəddə bir çox məsələlərin öz əksini tapdığını diqqətə çatdıraraq qeyd etdi ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı olan məsələlər çox müsbət xarakter alır və bu sənəddə Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə, sərhədlərimizin toxunulmazlığına dəstək və hörmət ifadə olunur. Bunun da çox mühüm əhəmiyyətinin olduğunu bildirən Prezident İlham Əliyev qeyd etdi ki, son illər ərzində bu istiqamətdə aparılan işlər arasında bu sənədin xüsusi yeri var və Avropa İttifaqı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli yolları ilə bağlı öz fikrini birmənalı şəkildə ortaya qoyur. Eyni zamanda, keçən il NATO-nun Zirvə görüşündə qəbul edilmiş Yekun Bəyannamədə də Azərbaycanın ərazi bütövlüyünə dəstək və hörmət öz əksini tapıb.

Azərbaycan Prezidenti 2018-ci ildə Bakıda Qoşulmama Hərəkatının xarici işlər nazirləri səviyyəsində böyük konfransın keçirildiyini, eləcə də bu il Bakıda Qoşulmama Hərəkatının Zirvə görüşünün keçiriləcəyini və Azərbaycanın bu böyük təşkilata sədrlik edəcəyini diqqətə çatdıraraq bildirdi ki, BMT-dən sonra dünyanın ikinci böyük təşkilatına sədrlik etmək bizim nüfuzumuzu daha da artıracaq, eyni zamanda, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli işinə müsbət təsir göstərəcəkdir.

Bununla yanaşı, Prezident İlham Əliyev Xəzər dənizinin hüquqi statusunun müəyyən edilməsinı xarici siyasətimizlə bağlı vacib məsələlərdən biri kimi qiymətləndirərək bildirdi ki, imzalanmış Konvensiya bu məsələnin həlli üçün çox böyük əhəmiyyət daşıyır: “Şadıq ki, bizim uzun illər ərzində müdafiə etdiyimiz mövqe bu Konvensiyada tam öz əksini tapıb. Bu sənədin imzalanması bir daha göstərir ki, Xəzər dənizi sülh, əməkdaşlıq, təhlükəsizlik dənizidir. Bu Konvensiyanın çox böyük əhəmiyyəti var. Hesab edirəm ki, bu sənədin imzalanması hər bir Xəzəryanı ölkənin böyük diplomatik və siyasi uğurudur”.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli barədə geniş bəhs edən dövlətimizin başçısı bu məsələdə ölkəmizin mövqeyinin dəyişməz olaraq qaldığını vurğulayaraq bildirdi ki, münaqişə yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır və BMT Təhlükəsizlik Şurasının qətnamələri icra edilməlidir, Ermənistan silahlı qüvvələri işğal edilmiş torpaqlardan qeyd-şərtsiz çıxarılmalıdır.

Prezident İlham Əliyev danışıqların davam etdirilməsi prosesinin başlandığını bildirərək qeyd etdi ki, ilkin mərhələdə Ermənistanın yeni rəhbərliyi danışıqlardan boyun qaçırmaq istəyirdi və hətta belə bir fikirlər səslənirdi ki, Azərbaycan qondarma “Dağlıq Qarabağ respublikası” ilə danışıqlar aparmalıdır. Azərbaycanın dərhal belə cəhdləri rədd etdiyini vurğulayan dövlətimizin başçısı bildirdi ki, münaqişənin həlli ilə məşğul olan vasitəçilər də belə anlaşılmaz yanaşmanı heç cür dəstəkləyə bilməzdilər və onlar öz fikirlərini bildirib, nəticə etibarilə danışıqlar prosesi bərpa edilib. Prezident İlham Əliyev xarici işlər nazirlərinin artıq bir neçə dəfə görüşdüyünü bildirərək qeyd etdi ki, danışıqlar Ermənistan ilə Azərbaycan arasında aparılır və danışıqlar prosesi üçün yalnız bu format məqbuldur.

2018-ci ildə Ermənistanda böyük dəyişikliklərin baş verdiyini, iyirmi il hakimiyyəti qanunsuz şəkildə zəbt etmiş kriminal xunta rejiminin süqut etdiyini bildirən dövlətimizin başçısı bunun da təbii olduğunu dedi və bunu kriminal rejimin məntiqi acı sonu kimi qiymətləndirdi. Prezident İlham Əliyev bu məsələdə Ermənistanın işğalçılıq siyasətinin də mühüm rol oynadığını diqqətə çatdıraraq bildirdi ki, məhz bu siyasətə görə Ermənistan Azərbaycan tərəfindən bütün regional layihələrdən təcrid edilib: “Ermənistan çox dərin demoqrafik böhran içindədir və depopulyasiya, yəni, əhalinin azalması prosesi geniş vüsət alıbdır. Azərbaycan dünyaya sübut etdi ki, onun apardığı siyasət düzgün siyasətdir. Mən bu siyasəti heç vaxt gizlətməmişəm və müxtəlif kürsülərdən açıq bəyan etmişəm ki, biz Ermənistanı təcrid etmək üçün bütün vasitələrdən istifadə edirik və edəcəyik. O vaxta qədər ki, torpaqlarımız azad olunsun. Bu siyasət öz nəticəsini verdi, kriminal rejim çökdü və Ermənistanda yeni vəziyyət yarandı”.

Ermənistanda iyirmi il ərzində kriminal, qaniçən xunta rejiminin hökm sürdüyünü, ancaq bəzi beynəlxalq təşkilatların buna göz yumduğunu bildirən dövlət başçısı son illərdə Ermənistanda böyük miqyasda saxtakarlıqla keçirilmiş prezident və parlament seçkilərinə beynəlxalq təşkilatlar tərəfindən müsbət rəy verildiyini təəssüflə diqqətə çatdırdı: “Axı, son parlament seçkiləri göstərdi ki, hakimiyyəti qanunsuz şəkildə zəbt etmiş dəstə 5 faiz də səs yığa bilməyib. Bunu hər kəs etiraf edir. Ancaq əvvəlki illərdə özlərinə 50 faizdən çox səs yazdıran kriminal rejimin fəaliyyəti niyə qınaq obyektinə çevrilməmişdir?! Avropa Şurası, Avropa Parlamenti və demokratiyadan, ədalətdən dəm vuran digər beynəlxalq təşkilatlar o biabırçı mənzərəyə niyə göz yumurdular?! Məgər onlar bilmirdilər ki, Ermənistanda bütün seçkilər saxtalaşdırılıb? Bilmirdilər ki, erməni xalqı kriminal rejimə nifrət edir? Çox yaxşı bilirdilər, amma göz yumurdular. Nəyə görə? İkili standartlara görə. Nəyə görə? Çox güman ki, burada hansısa təmənna ilə bağlı başqa məsələlər olub. Heç kimə sirr deyil ki, Ermənistan beynəlxalq arenada konyak diplomatiyasını işə salıb və bir çox siyasətçiləri satın alıb. Əvvəlki illərdə Ermənistanın xarici siyasətində rüşvət amili birinci yerdə idi”.

Bu məsələnin müvafiq beynəlxalq orqanlar tərəfindən çox ciddi araşdırılmalı olduğunu qeyd edən Prezident İlham Əliyev bildirdi ki, kriminal rejimə iyirmi il ərzində dəstək verən, onun cinayətlərinə göz yuman, onun əlindən orden, medal alan dırnaqarası siyasətçilər məsuliyyətə cəlb olunmalıdırlar: “Bizim tələbimiz bundan ibarətdir. Əgər bu, olmasa, demək heç nə dəyişilmir. Əgər bu, olmasa, onda bu gün bəzi beynəlxalq təşkilatlar tərəfindən səslənən ədalət, insan haqları haqqında cəfəng bəyanatlar elə cəfəng bəyanatlar kimi qalacaq. Sarkisyan rejiminə, onun əməllərinə dəstək verən, göz yuman beynəlxalq təşkilatlar əgər öz günahını yumaq istəyirlərsə, qoy, etiraf etsinlər ki, onlar iyirmi il ərzində cinayətkarlarla əlbir olublar və beləliklə, bu cinayətlərdə onların da əli, onların da payı var”.

Dövlətimizin başçısı bir daha diqqətə çatdırdı ki, müstəqilliyi cəmi 27 ilə bərabər olan bir ölkəni əgər 20 il ərzində cinayətkarlar idarə ediblərsə, onda bu ölkə haqqında təsəvvür yaratmaq o qədər də çətin deyil. Ermənistanı bu ağır böhranlı vəziyyətdən çıxarmaq üçün bir yolun olduğunu bildirən Prezident bəyan etdi ki, Azərbaycan ilə münasibətləri normallaşdırmaq üçün bir şərt var - Ermənistan silahlı qüvvələri işğal edilmiş torpaqlardan çıxarılmalıdır.

Eyni zamanda, Prezident İlham Əliyev keçən il hərbi potensialımıza böyük diqqət göstərildiyini və bu sahədə böyük nailiyyətlər əldə etdiyimizi bildirərək qeyd etdi ki, bizim ordumuzun döyüş qabiliyyəti artıb, uğurlu Naxçıvan əməliyyatı bunu əyani şəkildə sübut edib və bu əməliyyat nəticəsində 11 min hektar torpağa ordumuz nəzarət edir: “Bu, çox uğurlu əməliyyat idi. Eyni zamanda, əldə edilmiş yüksəkliklər strateji xarakter daşıyır. Bu yüksəkliklər Ermənistanı Dağlıq Qarabağla birləşdirən yola tam nəzarət etmək üçün bizə imkan yaradır. Yəni, bu hadisə - Naxçıvan əməliyyatı bir daha onu göstərir ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq və öz ərazi bütövlüyünü istənilən yolla bərpa edəcək”.

Bununla yanaşı, dövlətimizin başçısı diqqətə çatdırdı ki, bütün bu işləri görmək üçün iqtisadi güc olmalıdır və biz bunu yaradırıq: “Bu gün Azərbaycan iqtisadi inkişaf baxımından heç kimdən, heç bir beynəlxalq maliyyə qurumundan, heç bir ölkədən asılı deyil. İqtisadi müstəqillik bizə imkan verir ki, müstəqil siyasət aparaq, Azərbaycan xalqının maraqlarını müdafiə edək”.

Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan dövləti bir tərəfdən dünya təcrübəsini öyrənərək özünün iqtisadi və siyasi inkişaf modelini müəyyənləşdirir, digər tərəfdən isə beynəlxalq aləmdə qəbul edilmiş prinsiplərə uyğun olaraq öz milli maraqlarını qoruyaraq dövlətlərarası əlaqələrə girir. Bu gün Azərbaycanın dünya miqyasında nüfuzu xeyli artıb, bu da ölkəmizin Cənubi Qafqaz regionunda lider dövlətə çevrilməsini şərtləndirib. Bu baxımdan, Prezident İlham Əliyevin uğurlu xarici siyasətinin təməlində Azərbaycanın milli maraqlarının hər zaman üstün tutulduğunu əminliklə söyləmək olar.


Etiket:

Strategiya.az

Xəbərlər
18.07.2019

Meteohəssas insanlar üçün XƏBƏR

18.07.2019

Bərdədə antisanitar şəraitdə fəaliyyət göstərən daha bir pendir sexi aşkarlanıb

18.07.2019

Təhsil Nazirliyi: Müsabiqəyə 7 minə yaxın vakant müəllim yeri çıxarılacaq

18.07.2019

Leyla Abdullayeva: Belə olduğu halda, Ermənistan rəhbərinin sülh və münaqişənin həlli ilə bağlı dediklərinə necə inanmaq olar?!

18.07.2019

SON DƏQİQƏ! Biləcəridə yük qatarının vaqonu yanır

18.07.2019

Qaldığı yeri gizlədənlər 800 manat ziyana düşəcək - XƏBƏRDARLIQ

18.07.2019

Bu qan qruplu insanlar xərçəngdən sığortalanıb

18.07.2019

Aeroportda problem yaradan 8 əşya

18.07.2019

Mourinyo “Qarabağ”ın rəqibini təbrik etdi - gözlənilməz zəng

18.07.2019

Kral terror qurbanlarının ailələrini həcc ziyarətinə dəvət edib

18.07.2019

Ərəb Dövlətləri Liqası Sudanda əldə olunmuş razılaşmanı alqışlayır

18.07.2019

Kondisioneri təcili təmizləyin- Özünüz və ailə üzvləriniz təhlükədədir

18.07.2019

Göygöl, Abşeron, Xırdalan və Zərdabda REYD keçirildi - Qanunsuz heyvan kəsiminə qarşı

18.07.2019

Prezident İlham Əliyev: Azərbaycan ilə Aİ arasında əməkdaşlıq qarşılıqlı maraqlarımıza uyğun olaraq bundan sonra da müvəffəqiyyətlə inkişaf edəcək

18.07.2019

DİQQƏT! Bakıda bu marşrutların hərəkət sxemi müvəqqəti dəyişdirilir

18.07.2019

Türkiyədə dəhşətli qəza: 15 nəfər öldü - VİDEO

18.07.2019

Sorğu: Vladimir Zelenskinin partiyası parlament seçkilərində səslərin 50 faizə yaxınını qazanacaq

18.07.2019

Ali təhsil müəssisələrinə imtahansız qəbul olmaq istəyən subbakalavrların qeydiyyatı başa çatıb

18.07.2019

DANX-dan sükan arxasında narkotik qəbul etdiyi deyilən sürücü barədə AÇIQLAMA

18.07.2019

Neymarla bağlı yeni iddia - "Yuventus"...

18.07.2019

Azərbaycanda kənd təsərrüfatı təyinatlı torpaqların yarısı "ölü torpaq" sahələridir

18.07.2019

XİN Ursula Fon der Leyeni Aİ Komissiyasının prezidenti seçilməsi münasibətilə təbrik edib

18.07.2019

Sabah 40 dərəcə isti olacaq

18.07.2019

Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru səhhəti ilə bağlı istefa verə bilər

18.07.2019

Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi vəzifəsinə müvəqqəti təyinat olub

18.07.2019

Bugünkü hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb

18.07.2019

Türkiyədə terror aktının qarşısı alındı

18.07.2019

İqtisadiyyat nazirinin müavinləri vətəndaşları qəbul edəcəklər

18.07.2019

Cinayət törətməkdə şübhəli bilinən 28 nəfər saxlanılıb

18.07.2019

Bu gecə atəşkəsin pozulması nəticəsində “Qa­zax” sərhəd dəstəsinin əsgəri yaralanıb

18.07.2019

Azərbaycan XİN İraqda türkiyəli diplomatın öldürülməsini pisləyib

18.07.2019

4219 abonentin qaz təchizatı dayandırılacaq

18.07.2019

Azərbaycan neftinin ucuzlaşması davam edir

18.07.2019

Antalyada azərbaycanlıların olduğu avtobus aşdı - ADLAR

18.07.2019

Gəncədə 100 kq yararsız ətin satış şəbəkəsinə daxil olmasının qarşısı alınıb

18.07.2019

Sağlamlıq üçün təhlükəli olan limonadların adı açıqlandı

18.07.2019

ÇL-də birinci mərhələyə yekun vuruldu

18.07.2019

Atəşkəs pulemyot və snayperlərlə pozuldu - 25 dəfə

18.07.2019

Neft bahalaşıb

18.07.2019

Türkiyə XİN ABŞ-ın Ankaranın F-35 proqramından çıxarılması barədə qərarını qanunsuz adlandırıb

18.07.2019

Titrəmə Merkelin işinə əngəl deyil

18.07.2019

Türkiyənin F-35 proqramında iştirakının dayandırılacağı vaxt bəlli olub

18.07.2019

Ağ Ev: Ankaranın S-400 sistemlərini almaq qərarı onun F-35 proqramında iştirakını mümkünsüz edir

18.07.2019

İyulun 18-də xarici valyutaların manata qarşı məzənnələri

18.07.2019

İsveçrədə qaçqın sığınacaqlarının bir qismi bağlana bilər

18.07.2019

Azərbaycanda onkoloji xəstələri müəyyən edə bilən yeni metod hazırlanıb

18.07.2019

Diqqət! Düzgün ixtisas seçimi edən abituriyentlər tələbə adını qazanacaq - VİDEO

18.07.2019

İran XİN-in başçısı: Avropalılar təhlükəsizliyə investisiya yatırmağa hazır deyillər

18.07.2019

Dövlət qulluğuna qəbulla bağlı iyulun 19-da sınaq imtahanı keçiriləcək

18.07.2019

"Qarabağ"ı 2-ci mərhələyə yüksəldən qələbə - Video