"İkinci Dünya müharibəsindən sonra da böyük dövlətlərin hegemonluq iddiaları azalmadı!"

17:21 / 12.01.2019

İkili standartlar siyasəti beynəlxalq münasibətlərdə çökməsi labüd tarixi meyilə çevrilsə də, hegemonluq siyasətinə hələ də son qoyulmayıb. Avropa Şurası, Avropa Parlamenti kimi demokratiyadan, ədalətdən dəm vuran beynəlxalq təşkilatlar yalnız özlərini təhdid edə biləcək təhlükələr üzərində dayanmağa adət ediblər. Avropada, Qərbin təşəbbüsü ilə yaradılan əksər beynəlxalq qurumlarda, xüsusilə Avropa Parlamentində ikili standartlar və islamofob əhval-ruhiyyə hökm sürür. Tarixən böyük dövlətlər öz maraqlarını nəyin bahasına olursa-olsun digərlərinə qəbul etdirməyə çalışıblar. İkinci Dünya müharibəsindən sonra da böyük dövlətlərin hegemonluq iddiaları azalmadı, əksinə, artmaqda davam edir. Çünki bu təşkilatlarda beynəlxalq hüquq sisteminin böhranı yaşanır. Cənubi Qafqazda və Azərbaycan torpaqlarında minlərlə dinc insanın qanını axıtmış erməni terroruna, Xocalıda törətdiyi vəhşiliklərə göz yuman beynəlxalq təşkilatlar bunları görməzdən gəlir.

Bu fikirləri siyasi şərhçi Murtəza Həsənov Strategiya.az-a açıqlamasında bildirib.

O qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında söylədiyi kimi, Ermənistanda hər zaman kriminal xunta rejimi hökm sürüb. Ermənistanın apardığı işğalçılıq siyasəti səbəbindən bu ölkənin iqtisadiyyatı demək olar ki, çöküb. Ermənistan dərin demoqrafik böhran içindədir. Müstəqilliyi cəmi 27 ilə bərabər olan bir ölkəni əgər 20 il ərzində cinayətkarlar idarə edibsə, onda bu ölkə haqqında təsəvvür yaratmaq o qədər də çətin deyil. İşğalçı ölkədə saxtakarlıqla keçirilmiş prezident və parlament seçkilərinə beynəlxalq təşkilatlar müsbət rəy verirlər. Çox güman ki, burada hansısa təmənna ilə bağlı məqsədlər var. Heç kimə sirr deyil ki, Ermənistan beynəlxalq arenada konyak diplomatiyasını işə salıb və bir çox siyasətçiləri satın alıb. Əvvəlki illərdə Ermənistanın xarici siyasətində rüşvət amili birinci yerdə idi. Siyasi şərhçi təəssüflə bildirib ki, Avropa Şurası, Avropa Parlamenti və demokratiyadan, ədalətdən dəm vuran digər beynəlxalq təşkilatların Ermənistandakı biabırçı mənzərəyə göz yumurlar. Bunun özü ən böyük ədalətsizlikdir.

Murtəza Həsənov Azərbaycan Prezidentinin yürütdüyü xarici siyasətin əsasını mehriban qonşuluq siyasəti təşkil etdiyini söyləyib. Əlavə edib ki, Azərbaycan ayrı-ayrı xarici dövlətlərlə ikitərəfli münasibətlərinə, o cümlədən qonşu ölkələrlə əlaqələrinə xüsusi əhəmiyyət verir. Azərbaycanın strateji əhəmiyyət daşıyan ölkə olduğunu deyən siyasi şərhçi vurğulayıb ki, yeni dünya nizamında Azərbaycan üç səbəbdən diqqəti üzərinə çəkir. Bunlar geostrateji baxımdan Orta Asiya və Şimali Qafqaza giriş qapısı olması, Orta Asiya ölkələri üçün Avropaya keçid nöqtəsi olması və böyük həcmdə neft və qaz ehtiyatlarına, bu səbəbdən ciddi iqtisadi potensiala malik olmasıdır. Azərbaycanın davamlı inkişafı, təkmil sosial-iqtisadi islahatları onun beynəlxalq münasibətlər sistemində mövqeyini gündən-günə möhkəmləndirir.


Etiket:

Strategiya.az

Xəbərlər
23.01.2019

Yakutiyada keçirilən Beynəlxalq konfransda Yasamal rayon M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının iştirakı gözlənilir

23.01.2019

Qazaxıstanın adı dəyişdirilə bilər

23.01.2019

Bakıda itkin düşən yeniyetmə tapıldı - 2 həftə küçələrdə qalıb

23.01.2019

Məktəbdən oğurluq olub

23.01.2019

İrandan Azərbaycana narkotik və psixotrop maddə keçirmək istəyən şəxslər saxlanılıb

23.01.2019

Azərbaycanda yanvarın 24-nə gözlənilən hava proqnozu açıqlanıb

23.01.2019

Milli valyutadakı əmanətlər 32,2 faiz artıb

23.01.2019

Prezident İlham Əliyev “Suez Group”un beynəlxalq inkişaf üzrə icraçı vitse-prezidenti ilə görüşüb

23.01.2019

AzTV-də kadr islahatına və audit yoxlamalara başlanılıb

23.01.2019

Respublika fənn olimpiadalarının ilk mərhələsi keçiriləcək

23.01.2019

Neft quyusunun borusunu oğurlamaq istəyən 3 nəfər saxlanılıb

23.01.2019

Prezident İlham Əliyevin “The Boston Consulting Group” şirkətinin prezidenti ilə görüşü olub

23.01.2019

Vakant vəzifələrə müsabiqə elanı

23.01.2019

Sülhməramlıların bir qrupu Əfqanıstana yola salındı

23.01.2019

Cinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanılıb

23.01.2019

Şahtaxtı-Poldəşt sərhəd-keçid məntəqəsinin iş saatı artırılıb

23.01.2019

Novruz Məmmədov bu qərarları ləğv etdi

23.01.2019

“Qoyya” baleti nümayiş ediləcək

23.01.2019

Dövlət qulluğuna qəbulla bağlı yanvarın 27-də imtahan keçiriləcək

23.01.2019

Birjalarda neftin qiyməti

23.01.2019

Prezident İlham Əliyev: Biz böyük enerji şirkətlərini Azərbaycana sərmayə yatırmaq üçün cəlb etdiyimizə görə çox böyük tərəqqiyə nail olmuşuq

23.01.2019

Azərbaycan nefti yenidən ucuzlaşdı

23.01.2019

Yunanıstanlı yarımmüdafiəçi "Neftçi"də

23.01.2019

Atəşkəs 29 dəfə pozulub

23.01.2019

Yanvarın 23-də xarici valyutaların manata qarşı məzənnələri

23.01.2019

Bakıda taxta bazarında baş verən yanğın söndürülüb

23.01.2019

Əlverişsiz hava şəraiti Biləsuvar və Cəlilabadda nəqliyyatın hərəkətini çətinləşdirib
 

23.01.2019

Goranboyda Alban kilsəsindən  nə tapıldı?

23.01.2019

Dövlət İmtahan Mərkəzi şagirdlər üçün faydalı layihəyə başlayıb 

23.01.2019

Şərur sakinindən narkotik götürülüb

23.01.2019

Yaponiya və Rusiya liderlərinin sammitində konkret irəliləyiş əldə edilməyib

23.01.2019

Bakı Nəqliyyat Agentliyi taksi sürücülərinin istəyini nəzərə alacaq - RƏSMİ AÇIQLAMA 

23.01.2019

Bakı sakini itkin düşüb

23.01.2019

Kerç boğazında yanğına məruz qalan gəmilərdə 16 Türkiyə vətəndaşı olub

22.01.2019

Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın Davosda qeyri-rəsmi görüşü olub

22.01.2019

Bərdədə məktəb yandı

22.01.2019

DTX: Mədət Quliyevin adından sosial şəbəkələrdə yaradılmış bütün səhifələr saxtadır

22.01.2019

Prezident İlham Əliyev: Azərbaycan ərazilərinin işğalına son qoyulsa, regionumuzda daha geniş beynəlxalq əməkdaşlıq və davamlı sülh olardı

22.01.2019

"Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzi ilin ikinci yarısı istifadəyə veriləcək

22.01.2019

Millət vəkili Cavanşir Feyziyevin Avropanın EURACTİV xəbər portalına müsahibəsi

22.01.2019

Azərbaycan üzrə məruzəçi bəyanat yaydı  

22.01.2019

Prezident İlham Əliyevin “SAP SE” şirkətinin baş icraçı direktoru ilə görüşü olub

22.01.2019

İmişlidə nadir quşları ovlayan ərəblər cərimələnib

22.01.2019

Paşinyan yenidən Moskvaya gedir

22.01.2019

Qusarda “Hyundai” 3 piyadanı vurdu, biri öldü

22.01.2019

Əmək qanunvericiliyini pozanlar 1,3 milyon manat cərimələnib

22.01.2019

Bakıda avtomobil təmiri sexi yanıb

22.01.2019

Prezident İlham Əliyev “CISCO” şirkətinin icraçı vitse-prezidenti ilə görüşüb

22.01.2019

Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq

22.01.2019

Azərbaycan Prezidenti İlham Əliyev ilə BP qrupunun baş icraçı direktorunun görüşü olub