"Qadın geyimində Zatulin" - Mariya Zaxarovanı niyə belə adlandırırlar? - VİDEO

18:37 / 12.01.2019

Azərbaycana münasibətdə Mariya Zaxarovanın xüsusi bir yanaşma tərzi var. Hətta Azərbaycan-Rusiya münasibətləri ilə bağlı Moskvanın reallığı əks etdirən mövqeyini ifadə edəndə də Zaxarova konkret diplomatik sərhədləri olan bu rəsmi yanaşmaya ədviyyat olaraq zəhər əlavə etməyi də unutmur. Azərbaycanlıları dost xalq adlandırır və dərhal bu dost xalqın maraqlarını ifadə edən kütləvi informasiya vasitələrinin, jurnalistlərin ünvanına ən ağır ittihamları səsləndirir. İşğal altında olan Azərbaycan ərazilərinə Rusiya vətəndaşlarının səfərini onların şəxsi mövqeyi kimi dəyərləndirir, işğaldan azad edilmiş Azərbaycan ərazilərinə, Cocuq Mərcanlıya Rusiya ziyalılarının səfərini ikibaşlı ifadələrlə şərh etməkdən çəkinmir və hətta dolayısıyla Azərbaycanın ərazi bütövlüyünü şübhə altına almağı unutmur.

 

Moskvanın və təbii ki, Rusiya telekanallarının Ermənistanda hakimiyyət dəyişikliyinə aparan kütləvi aksiyalara kifayət qədər kəskin reaksiyasına baxmayaraq, Zaxarova "ən çətin anda birləşməyi bacaran erməniləri böyük xalq" adlandırır. Və bütün bunların fonunda belə bir təəssürat yaranır ki, Mariya Zaxarovanın xüsusi statusu var və o, rəsmi Moskvanın mövqeyi ilə üst-üstə düşməyə bilər. Və yaxud Mariya Zaxarova Rusiya dövlətini deyil, bu dövlətin maraqları ilə yanaşı hansısa digər maraqları ifadə edən, yarımüstəqil xarici işlər nazirliyini təmsil edir.

 

Mariya Zaxarova Azərbaycana səfər edən erməni əsilli Rusiya vətəndaşları ilə bağlı tuluğunda olan zəhəri son damlasına kimi püskürməyi özünə borc bilir, amma Azərbaycanın işğal altında olan ərazilərində, Qarabağda girov saxlanılan Rusiya vətəndaşı Dilqəm Əsgərovla bağlı məsələnin Bakı ilə İrəvan arasında həll edilməli olduğunu bildirir.

 

Maraqlıdır, erməni əsilli Rusiya vətəndaşlarının Azərbaycanı görmək üçün bu qədər canfəşanlıq etmələrinin və ölkəmizə buraxılmadıqdan sonra Rusiya Xarici İşlər Nazirliyini şikayət atəşinə tutmalarının səbəbi nədir? Bəlkə onları Azərbaycana elə məqsədyönlü şəkildə yönəldirlər. Nəticəsini bilə-bilə... Yönəldirlər ki, sonradan Azərbaycanda ermənilərə qarşı hansısa "diskriminasiya"nın olduğunu əsaslandıra bilsinlər. Axı Zaxarova da, onunla eyni mövqeyi bölüşənlər də yaxşı bilirlər ki, Rusiya vətəndaşı olan ermənilərin, eyni zamanda Ermənistan vətəndaşlığı var. Həmçinin hazırda Ermənistanda yaşayan ermənilərin də az qala yarıdan çoxunun Rusiya pasportu var. Zaxarovanın bildiklərini şübhəsiz ki, Azərbaycanda da bilirlər. Həmçinin Azərbaycanda da yaxşı bilirlər ki, ermənilər Rusiya pasportu ilə ölkəmizə xoş niyyətlə gəlmirlər. O zaman Rusiya Xarici İşlər Nazirliyinin əndişəsi çox güman ki, korporativ və bəlkə də tamamilə fərqli maraqlardan qaynaqlanır. Yoxsa Rusiya Xarici İşlər Nazirliyinin rəsmi təmsilçisi özünü Konstantin Zatulin kimi aparmazdı. Təsadüfi deyil ki, Zaxarovanı bəzən "qadın geyimində Zatulin" də adlandırırlar.


Etiket:

Strategiya.az

Xəbərlər
06.06.2020

Neftin qiyməti bahalaşır

06.06.2020

Koronavirusa yoluxma bu aylarda daha da artacaq

06.06.2020

Atəşkəs snayper tüfənglərlə 24 dəfə pozuldu

06.06.2020

Bakı küçələri boş qaldı

05.06.2020

Azərbaycanda daha 338 nəfər koronavirusa yoluxdu, 134 nəfər sağaldı, 4 nəfər öldü

05.06.2020

Rusiyada ötən gün 8726 nəfər koronavirusa yoluxub

05.06.2020

Xəzərin suyu Kür çayına qarışdı - İçməli su təminatında problem yarandı

05.06.2020

Milli Məclis 2019-cu il dövlət büdcəsinin icrasını ilk oxunuşda təsdiq etdi

05.06.2020

Təhsil Nazirliyi tədrisin dayandırılması barədə: Bir çoxları tarixləri dəyişik salırlar

05.06.2020

icaze.e-gov.az portalının fəaliyyəti yenidən aktivləşdirilib

05.06.2020

Abşeron Dairəvi dəmir yolu fəaliyyətini müvəqqəti dayandırır

05.06.2020

AZƏRBAYCAN RESPUBLİKASININ GEOSİYASİ İNKİŞAF STRATEGİYASI

05.06.2020

Azərbaycan neftinin bir barreli 40,41 dollara satılır

05.06.2020

Neftin qiyməti bahalaşır

05.06.2020

Mətbuat Şurası həftəsonu məhdudiyyətlərlə bağlı jurnalistlərə müraciət etdi

05.06.2020

Həsən Ruhani: İranlılar koronovirusla birlikdə yaşamağı öyrənməlidirlər

04.06.2020

 Sərnişindaşımaları tam dayandırılacaq

04.06.2020

BDU-da “Azərbaycan regionlarının inkişafının coğrafi məsələləri” mövzusunda gənc tədqiqatçıların Respublika virtual elmi konfransı keçirilib

04.06.2020

DSX: Keşikçidağda təxribat xarakterli hər hansı hadisə qeydə alınmayıb

04.06.2020

Sabah qısa iş günü olacaq

04.06.2020

Su təsərrüfatı və meliorasiya işçilərinə fəxri ad verildi - SƏRƏNCAM

04.06.2020

Baş Nazir koronavirusa yoluxma hallarının kəskin artması ilə bağlı əhaliyə müraciət etdi

04.06.2020

Qalmaqal: Berlini solçu ekstremistlər idarə edirmi?

04.06.2020

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT SƏRHƏD XİDMƏTİNİN və HƏRBİ PROKURORLUĞUNUN MƏTBUAT XİDMƏTLƏRİNİN BİRGƏ MƏLUMATI

04.06.2020

“Azeri Light”ın bir barreli 40,45 dollara satılır

04.06.2020

İyunun 4-də xarici valyutaların manata qarşı məzənnələri

04.06.2020

Londonda minlərlə insan küçələrə axışıb

04.06.2020

Azərbaycanda içməli suyun tərkibi 24 saat yoxlanılır - "Azərsu"

04.06.2020

DSX sərhəddə təxribat xarakterli hərəkətlərin törədiləcəyi barədə məlumatlar əldə edib

03.06.2020

Prezident İlham Əliyev: Biz güc toplayırıq, daha da güclü olmalıyıq və olacağıq

03.06.2020

Bakı, Sumqayıt, Gəncə şəhərlərində və Abşeron rayonunda küçəyə çıxmaq qadağasının tətbiq olunması gözlənilir

03.06.2020

 Mağazalar da bağlana bilər

03.06.2020

Azərbaycanda daha 325 nəfər koronavirusa yoluxdu, 101 nəfər sağaldı, 5 nəfər öldü

03.06.2020

Prezident İlham Əliyevin Ağcabədi rayonuna səfəri

03.06.2020

Prezident İlham Əliyev Ağdam rayonu ərazisində yerləşən “N” saylı hərbi hissədə olub

03.06.2020

Tərtərin Xoruzlu kəndində yeni ümumtəhsil məktəbi tikiləcək - SƏRƏNCAM

03.06.2020

Tərtər Olimpiya İdman Kompleksinin açılışı olub

03.06.2020

Prezident İlham Əliyev Tərtər rayonuna səfərə gəlib 

03.06.2020

Azərbaycandan bu il Həcc ziyarəti olmaya bilər

03.06.2020

Koronavirusa qarşı peyvənd uzunmüddətli immunitet yaradaca biləcəkmi?

03.06.2020

DİM həftə sonunda imtahan verəcək abituriyentlərə müraciət edib

03.06.2020

Türkiyə və Azərbaycan vətəndaşları üçün 90 günlük viza tələbi aradan qaldırıldı

03.06.2020

Bibiheybət yolu gələn həftə açılır

03.06.2020

Azərbaycan neftinin qiyməti 40 dolları ötüb

03.06.2020

Sabunçuda gözətçini qətlə yetirib 40 min manat oğurlayan dəstə tutuldu

02.06.2020

Bu yerlərdə maskadan istifadə edilməlidir - SİYAHI

02.06.2020

Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edildi

02.06.2020

Azərbaycanda daha 273 nəfər koronavirusa yoluxdu, 56 nəfər sağaldı, 3 nəfər öldü

02.06.2020

Prezident İlham Əliyev uşaqlarla bağlı 2020-2030-cu illər üçün Strategiyanı təsdiq etdi

02.06.2020

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı