XX əsrdə İran İslam Respublikasında yaşayan əhalinin demoqrafik vəziyyəti

11:00 / 29.01.2019

Şəfayət Fərəcov
Tarix üzrə fəlsəfə doktoru

İran dövləti ərazisində yaşayan əhalinin, o cümlədəndə azərbaycanlıların demoqrafik vəziyyətini öyrənilməsinin özünəməxsus çətinlikləri var. Birincisi odur ki, İran ərazisində həddən artıq bir-birinə oxşar, bir-birinə qohum millətlər və milli azlıqlar yaşayır. İkincisi ölkə ərazisində dövlət səviyyəsində əhalinin siyahıyaalınması yalnız 1956-cı ildın başlayır. Və siyahıyaalmalar özünəməxsus qaydada aparılır. Aparılan siyahıyaalmaların nəticələrini əldə etmək o qədərdə asan olmur. Buna baxmayaraq biz çalışacağıq ki, İran İslam Respublikası ərazisində yaşayan azərəbaycanlılar və digər millətlər barəsində elmi məlumatlar verək. Bunun üçün ölkədə yaşayan əhalinin say dinamikasını, Ostan üzrə yerləşməsini, sıxlığını, artımını, yaş strukturunu, milli tərkibini, dini tərkibini, etnik tərkibini dərindən araşdırmağa çalışacağıq. Əvvəlcə onu qeyd edək ki, İranda yaşayan əhalinin sayı haqda dəqiq məlumat vermək qeyri mümkündür. Aşağıda verilən məlumatların demək olar ki, hamısı Sovet mənbələrindən götürülmüşdür.
Çox maraqlıdır ki, məlumatlara görə İranda 1945-ci ildə 17073000 nəfər, 1950-ci il məlumatına görə 16276000 nəfər, 1953-cü il məlumatına görə isə 15 milyon əhali yaşayırdı. Verilən məlumatlardan bəlli olur ki, 1945-ci ildən 1953-cü ilə qədər müddətdə əhalinin sayı 2 milyondan çox azalmışdır. Bu azalmanın səbəbinin elmi izahı çətindir. ( 7.səh.155). 15 milyon əhalinin 20%-i şəhərlərdə, 80%-i isə kənd yerlərində və köçəri olaraq yaşayır. Hökumətin köçəriləri oturaq vəziyyətə gətirmək üçün gerçəkləşdirdiyi tədbirlərlə əlaqədar köçəri əhalinin xüsusi nisbəti son illərdə sürətlə azalmışdır. İranın etnik tərkibi rəngarəngdir. İranlılar (farsdilli əhali) əhalinin təxminən 50%-ini, türk-monqol xalqları 25%-ni, kürdlər 10%-ini, ərəblər 5%-ini təşkil edir: digər xalqların payına isə təxminən 10% düşür. Kəndli qismin ağır feodal istismarına məruz qalması və kütlənin aşağı həyat şəraitində yaşaması ilə əlaqədar artım həddindən artıq azdır, ildə cəmi 0.75%-1.00% təşkil edir. Əhalinin 2/3-si İranın iqtisadi cəhətdən nisbətən inşaf etmiş şimal hissəsində cəmlənmişdir. Cənuba və xüsusən də cənub-şərqə doğru səhralıq bölgələrdə əhalinin sıxlığı aşağı düşür. (5.səh.398).
1956-ci il məlumatına görə İranda 30-dan çox xalq yaşayırdı və əhalinin ümumi sayı 18955 min nəfərdir. Bunlardan 75%-ini iran dil qrupu xalqları təşkil edir (mln.nəf.): farslar (13.5;), onlara yaxın olan giləklər (1.6) və mazandaranlılar (1.2); kürdlər (2.5), lurlar (0.8), bəxtiyarilər (0.5), bəluclar (0.65), talışlar (0.68), tatlar (0.3), həzaralar, cəmşidilər, əfqanlar, taciklər (cəmisi 0.25). İran əhalisinin 20%-dən artığı türk dil qrupuna aiddir: azərbaycanlılar (5 mln. nəf.), qaşqaylar (0.38 mln. nəf.), türkmənlər (0.45 mln. nəf.), həmçinin bir sıra tayfalar: qacar, baharlı, eynanlı, nəfər, xorasani, pıçaqçı və başqa. (cəmisi təxminən 0.28 mln. nəf.). Həmçinin digər dil qrupalarının xalqları da yaşayırlar (min nəf.): ərəblər (550), ermənilər (200), assuriyalılar (75), yəhudilər (70), brahuilər, gürcülər, qaraçılar. Lurlar, bəxtiyarlar, qaşqylar, əfşarlar, kürdlərin və ərəblərin bir hissəsi, farsların böyük olmayan qrupları köçəri və ya yarımköçəri həyat tərzi keçirirlər. (6.səh.132)
İran əhalisi haqda məşhur rus alimi S.İ. Brukun redaktorluğu altında 1965-ci ildə çapdan çıxmış təqvimdə aşağıdakı kimi məlumat verilmişdir. Ərazisi 1648 min kv.km-dir. Əhalisinin sayı 1945-ci ildə 17073 min nəfər; 1950-ci ildə 16276min nəfər; 1955-ci ildə 18325 min nəfər; 1956-cı ildə 18955 min nəfər; 1960-cı ildə 20182 min nəfər; 1964 cü ildə 22860 min nəfər olmuşdur. 1956-1964-cü illər ərzində əhalinin orta artımı 2,1% (450 min nəfər) olmuşdur.
Təqvimdə 1956-1959-cu illər ərzində İran əhalisinin orta illik artımı min nəfərə qarşı 45 nəfər doğum; min nəfərə 25 nəfər ölüm göstərilmişdir. Təbii artım 20 hər min nəfərə qarşı 20 nəfər olmuşdur. 1963-cü ildə ölüm azalaraq 20 nəfərə düşmüş, doğu isə əvvəlki vəziyyətində qalmışdır.
Kişilər bütün əhalinin 50,9%-ni, qadınlar isə bütün əhalinin 49,1% -ni t.şkil edirdilər. (7.səh.155).
İran əhalisinin milli tərkibi: 1963- cü ildə əhalinin ümumi sayı 22182 min nəfər olmuşdur. Onlardan İran qrupu 16490 nəfər;-- farslar 10 200, kürdlər 1900, gilanlılar 1250, mazandaranlılar 1000, lurlar 750, bəlucilər 500, bəxtiyarilər 400, tatlar 230, xəzərlilər 100, əfqanlar(puştular) 50, talışlar 50, cəmşidilər 30, taciklər 30 nəfər idilər.
Altay ailəsi. Türk qrupu 4820, azərbaycanlılar 3500, türkmənlər 350, qaşqaylılar 300, əfşarlar 300, İranın cənubunda və şərqində yaşayan tayfalar 200, şahsevənlər 150, qarapapaxlar 20 nəfər təşkil edirdi.
Semit qrupu 500, ərəblər 425, aysorlar 75 nəfər idilər.
Digər xalq qrupları 230, ermənilər 130, gürcilər 10, yəhudilər 80, digər naməlum xalqların nümayəndələrinin sayı 142 nəfər olmuşdur. İran ərazisində dövlət dili fars dilidir. Əhalinin tam əksəriyyəti müsəlmandır. Müsəlman əhalinin 80% -i şiyədir.
Təhsil haqda onu deyə bilərik ki, 1956-cı ildə əhalinin 15 yaşdan yuxarı hissəsinin 87,2%-i savadsızdır. Savadsızların 80,2%-ni kişilər, 94,5%-ni isə qadınlar təşkil edirlər. 1963- cü ildə savadsızların sayı azalaraq 60%-ə enmişdir. Məktəblərdə oxuyan şagirdlərin sayı 2,1 milyon nəfər olmuşdur. ( Həmin mənbə səh.156)
1988-ci ildə Iranda yaşayan əhalinin sayı 52 780 min nəfər olmuşdur. Paytaxt Tehran şəhərinin əhalisinin sayı 6 043 min həfər (1986- cı məlumatına görə), Məşəd şəhərinin əhalisinin sayı 1464 min nəfər (1986-cı il məlumatına görə), İsfahan şəhərinin əhalisinin sayı 662 min nəfər (1976-cı il məlumatına görə), Təbriz şəhərinin əhalisinin sayı 598 min nəfər (1976-cı il məlumatına görə) olmuşdur. (3. səh.68). 2006-cı il sayımına görə paytaxtı Tehran şəhəri olan İran İslam Respublikasının ərazisi 1.648.195 kv.km, əhalisi isə 70.049.262 nəfərdi. (1.səh.19).
İran ərazisinin genişliyi, münbitliyi, məhsuldarlığı, əhalisinin milli tərkibinin müxtəlifliyi ilə, zəngin kültürü ilə diqqət çəkən bir ölkədir. BMT-nin verdiyi məlumata əsasən İran İslam Respublikası dünyada ən çoxsaylı əhaliyə malik XIX ölkədir. İran əhalisi sürətlə artan ölkələrdəndir. Rəsmi sayımlararası 55 ildə (1956–2011) ölkənin əhalisi 4 dəfə artmışdır. Ərazi üzrə orta sıxlığa görə İran Asiya ölkələrinin əksəriyyətindən geri qalır (1 km²-də 46 nəfər). Ona görə ki, İran ərazisi Asiya Ölkələrinin ayrılıqda hamısının ərazisindən xeyli genişdir. Əhalisinin 4/5-ü şimal və şimal-qərb regionlarında cəmləşdiyi halda, ərazisinin təxminən 2/3-sini əhatə edən səhra və yarımsəhra regionlarında 1 km²-də sıxlıq 2-3 nəfərdən artıq deyil. Bu onunla izah olunur ki, İranın şimal və şimal-qərb ərazisi daha məhsuldar, əkinə, yaşayışa yararlı ərazilərdi. Əhalinin siyahıyaalınması sənədlərindən məlum olur ki, Tehran, Məşəd,İsfahan, Kərəc, Təbriz, Şiraz, Əhvaz, və Qum şəhərlərinin əhalisi 1 milyondan artıqdır. 1956-2016-cı ilə qədər İran ərazisində hər 10 ildən bir əhalinin siyahıyaalınması keçirilib. Bu siyahıyaalmalara görə 1956-cı ildə İranda əhalinin ümumi sayı 18954704 nəfər əhali yaşayırdı. Bunlardan 5 953 563 nəfəri şəhərdə, 13 001 141 nəfəri isə kənd əhalisi və köçərilər olmuşlar. Müvafik olaraq 1966-cı ildə əhalinin ümumi sayı 25 788 722 nəfər, şəhər əhalisi 9 794 246 nəfər, kənd əhalisi və köçərilər 15 994 476 min nəfər olmuşlar. 1976-cı ildə əhalinin ümumi sayı 33 708 744 nəfər, şəhər əhalisi 15 854 680 nəfər, kənd əhalisi və köçərilər 17854064 min nəfər olmuşlar.
1986-cı ildə əhalinin ümumi sayı 49445 010 nəfər, şəhər əhalisi 26 844 561 nəfər, kənd əhalisi və köçərilər 22 600 449 min nəfər olmuşlar.
1996-cı ildə əhalinin ümumi sayı 60 055 488 nəfər, şəhər əhalisi 36 817 789 nəfər, kənd əhalisi və köçərilər 23 237 699 min nəfər olmuşlar.
2006-cı ildə əhalinin ümumi sayı 70 495 782 nəfər, şəhər əhalisi 48 259 964 nəfər, kənd əhalisi və köçərilər 22 235 818 min nəfər olmuşlar.
2016-cı ildə əhalinin ümumi sayı 79 926270 nəfər, şəhər əhalisi 59 146847 nəfər, kənd əhalisi və köçərilər 20 779 423 min nəfər olmuşdur. (1.səh. 19.).


Ədəbİyyat
1. Türklərin İranı. Yaxın Gələcək. I cild. Bakı, Mütərcim,2016.
2. Академии наук СССР. Институт этнографии имени Н.Н.Миклухо-Маклая. Народы мира. Этнографические очерки. Под общей редакцией профессора и члена-корреспондента АН СССР С. П. Толстова. Издательство Академии Наук СССР. Москва. 1962.
3.Атлас Мира. Главное управление геодезии и картографии при Совете Министров СССР. Москва 1990.
4. Атлас народов мира. Составлен Институтом этнографии им. Н .Н. Миклухо-Маклая Академии наук СССР и Главным управлением геодезии и картографии Государственного геологического комитета СССР. Москва. 1964.
5. Болшая Советская Енциклопедия II здания, М.1954.
6. С.И. Брук, В. С. Глуходед. :Народы Передней Азии, М., 1957.
7. Население земного шара. Справочник по странам. Ответственный редактор доктор географических наук С.И. Брук. Издательство «Наука». Москва. 1965.
8. Численность и расселение народов мира. Под Редакцией С. И. Брука. Издательство Академии Наук СССР. Москва. 1962.

Açar sözlər: İran, ostan, əhali, inzibati-ərazi bölgüsü, milli, qəza, dairə, bələdiyyə, qəsəbə, kənd, kənd soveti, şəhər, şəhər soveti, inzibati mərkəz, əhalinin siyahıya alınması.

Ключевые слова: Иран, остан, населения, административно-территориальное деление, национальный состав, уезд, округ, муниципалитет, поселка, село, сельский совет, город, городской совет, административный центр, перепись населения.

Keywords: Iran. ostan, administrative-territorial division, national, municipality, township, village, village council, the city, the city council, the administrative center, the census.

 

В ХХ веке демографисеский положение населении жшвушим в Иране
Резюме
В статье впервые в азербайджанской историографии в комплексном виде исследованы историко-демографические проблемы Иране. Статья состоит из один глав и списка использованной литературы. Во введении обоснованы актуальность исследования, показаны степень изученности темы, дан анализ источниковой базы.
В статьи определенна общая численность населения, динамика численности, размещение и состав население, изучены демографические проблемы населения, исследованы миграции, а также изучены вопросы размещения населения, его демографический, этно-конфессиональный и социальный состав.


Demography place of population dwelled in Iran at XX century
SUMMARY
In present article at the first time in Azerbaijan historiography in complexely there are researched historical-demography problems in Iran. Present article is consisit from one chapter and list of used literature. In introduction the are grounding its actuality of research, displayed comparatively study of this problem, research migration process and also studied the questions of settlement population and its demography, ethno-confessional social consist.

 

"GEOSTRATEGİYA" jurnalı №06 (48) NOYABR-DEKABR 2018



Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM