ÇALDIRAN DÖYÜŞÜ ƏRƏFƏSİNDƏ KƏŞFİYYATIN ROLUNA DAİR

09:00 / 30.01.2019

Tofİq Nəcəflİ
Tarix üzrə elmlər doktoru

Bİlal Dədəyev
Tarix üzrə fəlsəfə doktoru

Güclü türk dövlətləri arasında “Türk Cahan hakimiyyəti məfkurəsi” idealogiyası baxımdan birincilik uğrunda mübarizə tarixin demək olar ki, hər bir dövründə mövcud olmuşdur. Əgər XV əsrə nəzər salsaq İldırım Bəyazid (1389-1402) - Əmir Teymur (1370-1405), Uzun Həsən (1453-1478) - Fateh Sultan Mehmed (1451-1481) arasındakı münasibətlər buna misal ola bilər. Belə münasibətlərdən biri də Şah İsmayılla (1501-1524) Sultan Səlim (1512-1520) arasında yaşanmışdır. 

Səfəvi-Osmanlı münasibətləri daha çox diqqət çəkdiyi üçün bununla bağlı kifayət qədər tədqiqat işləri aparılmışdır. Xüsusən də, Çaldıran döyüşünün səbəb və nəticələri haqqında çoxsaylı araşdırma aparılsa da, hələ də bəzi qaranlıq məsələlərin öyrənilməsinə ehtiyac vardır. Çaldıran döyüşü 23 avqust 1514-cü ildə (Sultan Səlimin oğlu şahzadə Süleymana yazdığı zəfərnamə məktubunda döyüşün baş verdiyi gün 24 avqust kimi göstərilir. Bu tarixi bəzi türk tarixçiləri də qəbul edirlər [14, 339-340; 40, 268; 22, 275]) Maku yaxınlığında dağlıq ərazidə yerləşən düzdə baş vermişdir. Bəzi mülahizələrə görə Səfəvilərin bu döyüşdə məğlub olmasının səbəblərindən biri də döyüş ərəfəsində kəşfiyyat işinin Osmanlı dövlətində olduğu kimi yüksək səviyyədə qurulmaması və bu məsələyə ciddi şəkildə yanaşılmamasıdır. Azərbaycan tarixşünaslığında Çaldıran döyüşü ilə bağlı tədqiqatlarda müxtəlif məsələlər öz əksini tapsa da, əfsuslar olsun ki, döyüş ərəfəsində Səfəvi kəşfiyyatının fəaliyyəti barədə heç bir məlumat verilmir.
Ümumiyyətlə, hər bir dövlətin öz təhlükəsizliyini təmin etməsi üçün kəşfiyyat xidmətinə və bu xidməti həyata keçirən təşkilatın fəaliyyətinə dövlətin ən önəmli qurumu kimi xüsusi diqqət yetirmişdir. Kəşfiyyat, məlumatların əlaqəli şəkildə toplanması və təhlilidir. Orta çağlarda kəşfiyyat dedikdə insanın ağlına ilk gələn xəbər əldə etmək məsələsi düşür. Bu xəbər, düşmən və hətta dost ölkələrdən alınan hər cür məlumatlar ola bilərdi. İlk baxışda kəşfiyyatın aparılması məlumatların və xəbərlərin toplanması şəklində başa düşülür. Lakin kəşfiyyatın əsas xüsusiyyəti alınan xəbərləri daha əvvəlki məlumatlarla birlikdə təhlil etmək, müxtəlif təcrübədən əldə edilmiş metod və qaydaların köməyi ilə Vətənə, xalqa və dövlətə faydalı olacaq nəticəyə gətirməkdən ibarətdir. Bu nəticələr gələcək təhlükələrin qarşısını almaq və ya düşmən tərəfə müvəffəqiyyətli həmlələr etmək üçün istifadə edilirdi.
Buna görə də, kəşfiyyat işi hər bir dövlət tərəfindən idarəetmədə təbii olaraq istifadə olunan bir üsul kimi qəbul olunurdu. Tarix boyunca bütün dövlətlər öz mənfəətləri və milli maraqları üçün güclü kəşfiyyat sistemi yaratmağa çalışıblar. Bu nöqteyi nəzərdən həm daxili, həm də xarici təsirlərdən ortaya çıxan problemləri aradan qaldırmaq, yəni asayişin qorunması üçün hər bir dövlətin özünə kəşfiyyat qurumu yaratmaq haqqı vardır.
Kəşfiyyat işi iki cür həyata keçirilirdi. Bunlardan birincisi, daxili kəşfiyyatdır. Daxili kəşfiyyat tarix boyunca hökmdarların, dövlətin təhlükəsizliyini, daxili asayişi qoruyan bir fəaliyyətdir. Burada dövlətin idarə qurluşunu pozmaq, cəmiyyətdə insanlar arasında nifaq salmaq və təxribat işləri görmək istəyənlərə qarşı mübarizə aparmaq əsas prinsip kimi hədəf götürülmüşdür. İkincisi isə, xarici kəşfiyyatdır ki, burada xarici dövlətlərin potensial gücünü öyrənmək, xaricdən gələn sabatajların və təbliğatın qarşısını almaq əsas prioritet məsələ kimi qəbul edilir [bax: 29, 68-77; 39, 281-289].
XIV əsrin sonlarından etibarən Səfəvi təriqətində başlayan siyasiləşmə prosesi XV əsrin ortalarından etibarən daha da gücləndi. Bu vəziyyət əvvəl Azərbaycan Qaraqoyunlu, sonra isə, Ağqoyunlu və Osmanlı dövlətləri tərəfindən xoş qarşılanmadı [7, 213]. Buna baxmayaraq, XV əsrin II yarısında Osmanlı dövlətində ictimai sahədə aparılan islahatlardan sonra əhalinin sosial təbəqələşməsində ortaya çıxan problemlər nəticəsində Anadolu türkmanlarının və müxtəlif dini təriqət mənsublarının dəstəyini alan Səfəvi təriqəti siyasiləşmə prosesini daha da gücləndirdi. Artıq Şeyx Cüneyd Uzun Həsənlə görüşdüyü 1456-cı il tarixinə qədər Azərbaycan və Anadoluda apardığı təbliğatlar nəticəsində öz tərəfdarlarının sayısını 20 minə çatdıra bilmişdi [3, 267]. Şeyx Cüneydin öldürülməsindən sonra onun tərəfdarları daha kiçik yaşda olan oğlu Heydərin ətrafına toplaşdılar [13, 79; 3, 267]. Bundan sonra Səfəvi təriqətinin təbliğat işlərini həm də Şeyx Heydərın ətrafında toplanan Anadolu türkmanları aparmağa başladılar. Təriqətin Osmanlı dövlətindəki fəaliyyəti, Ərdəbil təkkəsinə bağlı olan Səfəvi xəlifələri və müridləri tərəfindən həyata keçirilirdi. Bu Səfəvi xələfləri, bir müddət Ərdəbildə qalaraq, aldıqları təlimatlar üzrə öz ölkələrinə döndükdən sonra təbliğat işlərini orada davam etdirirdilər. Xoca Sadəddin Əfəndi bu barədə yazır: “(Şah İsmayılın) atalarının xəlifələri Rum diyarına yayılmış olmaqla Əli dostları ilə müridləri sayıya gəlməz və hesaba sığmaz ölçüyə ulaşmıştı” [19, cild III, 345]. Artıq bu məsələ Azərbaycan Ağqoyunlu dövləti ilə yanaşı, Osmanlı dövlətini də narahat etməyə başlamışdı. Çünki Şeyx Heydərə sadiq olan müridlər arasında Osmanlı ölkəsindən gələn türkmanlar da az deyildi. Beləliklə, ortaya çıxan sosial-mədəni inkişaf nəticəsində Səfəvi təriqətinə Anadoludan qoşulanların sayı kifayət qədər artmışdı. Eyni zamanda bu vəziyyət Osmanlı dövlətinin bəzi bölgələrinin boşalmasına yol açaraq ölkədə ciddi sosial-iqtisadi çətinliklər doğurdu [bax: 5, 263-270]. Bu dövrdə Osmanlı sultanının ciddi tədbirlər görməsinə baxmayaraq, Səfəvi təbliğatının və Azərbaycana gedən köçlərin qarşısını almaq mümkün olmadı. Venesiya respublikası ilə münasibətlərin kəskinləşdiyi bir dövrdə sultan II Bəyazid (1481-1512) 31 iyul 1501-ci ildə Səfəvilər dövlətinin yaranmasına mane olmaqda gecikdi [36, 204; 24, 134-136; 28,60].
Azərbaycan Səfəvilər dövləti yarandıqdan sonra təriqət fəaliyyətlərini “xəlifətü’l-xulafə” adı altında yaradılan yeni bir təşkilat davam etdirdi. Bu yeni qurumun ilk “xəlifə bəyi”, Şah İsmayıla (1501-1524) yaxın yeddi nəfərdən biri olan Xadim bəy Xulafə oldu [19, cild IV, 202; 30, 174]. Dövlətin rəsmi idealogiyasına çevrilən qızılbaşlığı xüsusi olaraq yetişdirilmiş və “Şeyx” adını daşıyan Səfəvi təriqətinin xəlifələri yayırdı [19, cild IV, 171; 9, 121-124]. Çox zaman tacir kimi fəaliyyət göstərən bu Səfəvi müridləri, təbliğatdan geri qayıdarkən dövlətin ehtiyacı olan mədəni əşyaları da alıb gətirirdilər. Bu mədəni əşyalardan qızıl və gümüş pul kəsmək, mis və dəmir isə silah ləvazimatları düzəltmək üçün istifadə edilirdi [19, cild IV, 214-215].
Kəşfiyyat işlərinin aparılmasına Azərbaycan Səfəvi dövlətində də böyük diqqət yetirilirdi. I Şah İsmayıl özü qarşı tərəfin qoşununun harada olması, niyyətləri, qüvvələri haqqında kəşfiyyat məlumatları toplamağı hər zaman nəzarət altında saxlayırdı. Qoşunlar hələ döyüş meydanına hərəkət etməzdən əvvəl qarşı tərəfin kəşfiyyatına başlanılırdı və bu iş döyüşün gedişində də davam etdirilirdi. Kəşfiyyatın aparılması üçün xüsusi hazırlıqlı adamlar var idi. Onlar casus adlandırılırdı [33, 658]. Casuslar xarici dilləri bilən, sözünə etibar olunan, dərin intuisiya qabiliyyətinə malik olan, bacarıqlı və dünyada baş verən hadisələrdən xəbərdar olan, düşməni tanıyan, dostluq əlaqələri yaratmaq qabiliyyəti inkişaf edən insanlar arasından seçilirdi [2, 5].
Şeybani Məhəmməd xana qalib gəldikdən sonra (1510) öz mövqeyini daha da gücləndirən I Şah İsmayıl xarici siyasətində müəyyən dəyişiklik etməyə başladı. Çünki, dünya dövləti yaratmaq üçün Səfəvilərin qarşısında artıq yeganə maneə Osmanlı imperiyası idi. Buna görə də, Osmanlı dövlətinə qarşı təzyiq və təbliğat işi gücləndirildi. Eyni zamanda Şah İsmayılın döyüş meydanlarında əldə etdiyi uğurları, Anadoluda yaşayan Səfəvi tərəfdarlarını daha çox ümidləndirdi. Xalq arasında “I Şah İsmayıl yaxında bir səfər düzənləyərək Osmanlı ölkəsini öz hakimiyyəti altına alacaq” deyə təbliğat işi də aparılmağa başlanıldı. Hətta, bu dövrdə Şah İsmayılın Anadoludakı tərəfdarları o qədər artmışdı ki, şahzadə Qorqut ilə şahzadə Şahənşah aralarındakı taxt-tac mübarizəsində onların dəstəyini qazanmaq üçün Səfəviliyə meyl etmək məcburiyyətində qalmışdılar [17, 45-48; 34, 34].
Osmanlı imperiyasında Səfəvi tərəfdarlarının sayının artması ölkə rəhbərliyini ciddi şəkildə narahat etməyə başladı. Buna qarşı bəzi tədbirlər görüldü. Sultan II Bəyazidin əmri ilə yoxlamalara başlanıldı və qırmızı taclı hər kəs, yəni Səfəvi olduqları sübut olunanlar edama məruz qaldılar. Bundan başqa, Səfəviliyə meylli görünən və ya şübhəli davrananlar isə ailələri ilə birlikdə Mora adasına sürgün edilərək cəzalandırıldı. Osmanlı imperiyasının hər yerinə qasidlər göndərilərək, əyalət valilərindən Səfəvi tərəfdarlarının təsbit edilib nəzarətə alınmaları tələb edildi [17, 45; 28,63-64]. Bütün bunlar, Rumeli və Anadoluda çox sayda kənd və qəsəbənin boşalmasına və Osmanlı dövlətinin ciddi mənada iqtisadi böhranla qarşı-qarşıya qalması ilə nəticələndi.
Atası və qardaşları ilə girişdiyi taxt-tac mübarizəsindən qalib çıxan Sultan Səlim (1512-1520) aprelin 24-də hakimiyyətə gəldikdən sonra Səfəvi dövləti və Osmanlı torpaqlarındakı Səfəvi təbliğatçılarına qarşı ciddi mübarizə aparmağa başladı. Xüsusilə, məşhur Osmanlı uləmasından yardım tələb edilərək Kamal Paşazadə [20, 45a-48b], Əli b. Əbdülkərim [35, 20-30], Həsən b. Ömər [19, 89-93], Müftü Həmzə [38] və Molla Ərəbdən [31, 20-21; 9, 173; 12, 81] Səfəvilərin qətl edilməsinə dair fətvalar alındı [10, 102-103; 15, 119; 24, 245]. Verilən bu fətvaların mahiyyət etibarilə dini xarakter daşımasına baxmayaraq, siyasi məqsədi də var idi. Çünki, belə addımlar həm dövlətin daxilində, həm də xarici əlaqələr baxımından Səfəvilərə qarşı alınan tədbirlərin hüquqi bazasını təmin edirdi. Bunlardan başqa, xalq arasında Səfəvilərin əslində “seyyid” olmadıqları haqqında bəzi xəbərlər də yayılmağa başlanıldı [21, 46b]. Bundan başqa, Səfəvilərin Anadoludakı təbliğatının qarşısını almaq üçün ilk növbədə sərhəd keçid məntəqələri ciddi şəkildə nəzarətə alındı. Daha sonra isə ipək ticarətinə bəzı qadağalar qoyuldu [1, 167-171], demək olar ki, Səfəvi dövlətinə qarşı iqtisadi embarqo tətbiq edildi [22, 275; 6, 110-111; 11, 118; 24, 245-246].
Çaldıran döyüşü ərəfəsində Sultan Səlim tərəfindən həyata keçirilən tədbirlərdən biri də Anadoluda yaşayan və fəaliyyət göstərən Səfəvi tərəfdarlarının üzə çıxarılması və cəzalandırılması idi. Bunların təqribən 40 mini müxtəlif yollarla zərərsizləşdirildi, bir qrup Anadolu qızılbaşının gizli fəaliyyəti nəzarət altına alındı [20, 130; 16, 122; 34, 36; 10, 97-98; 15, 120; 28,136]. Gücləndirilmiş kəşfiyyat işləri nəticəsində çoxsayda Səfəvi xəfiyyəsi həbs olundu və Səfəvi dövlətindən Anadolu qızılbaşlarına göndərilən məktublar ələ keçirildi. Bunlardan biri də Sultan Səlimin taxta çıxışmasından təqribən bir ay sonra 1512-ci il mayın 23-də I Şah İsmayıl tərəfindən Durqud oğlu Musa bəyə göndərilən məktubdur [37, 52; 4, 186; 10, 93]. Buradan belə aydınlaşır ki, Sultan Səlim, vaxtı ilə taxt-tac mübarizəsində özünə rəqib olan qardaşlarına qarşı istifadə etdiyi “aldadıcı kəşfiyyat taktikasını” bu dəfə I Şah İsmayıl üçün hazırlamışdır.
Belə ki, Çaldıran döyüşündən əvvəl çox sayda xüsusi təyinatlı Osmanlı xəfiyyəsi aldıqları təlimatlar üzrə işə başladı. Bəzi Osmanlı mənbələrində belə məlumat verilir ki, casusların göndərilməsindən hətta bir çox yüksək vəzifəli dövlət adamının belə xəbəri olmamışdı. Məhz bu Osmanlı casuslarından biri olan və Şeyx Əhməd adını daşıyan xəfiyyə özünü Osmanlı qızılbaş türkmanları və kürt bəyləri tərəfindən xüsusi olaraq göndərilən nümayəndə kimi qələmə verərək I Şah İsmayılla görüşə bilmişdi. I Şah İsmayılın yaxın adamları onun casus olduğunu bildirərək şahın hüzuruna gətirmişdilər. Lakin I Şah İsmayıl əvvəl tərəddüd edib onu qəbul etmək istəməsə də, Şeyx Əhməd Anadolu qızılbaşlarından məxfi məlumatlar, eyni zamanda yeni önəmli xəbərlər gətirdiyini söyləyərək özünü şaha inandıra bilmişdi. Bundan sonra I Şah İsmayıl, Osmanlı casusunu Anadolu qızılbaşlarının göndərdiyi nümayəndə hesab edərək onu qəbul etmiş və bəzi gizli məsələləri onunla məsləhətləşmişdi. Qaynaqların yazdığına görə, geri qayıdan Şeyx Əhməd, aldığı məlumatları vaxt itirmədən birbaşa Sultan Səlimin çadırına gələrək ona çatdırmışdı [19, cild IV, 195-196; 23, 25-26; 10, 116]. Beləliklə, Səfəvilərin döyüş taktikası, ordunun vəziyyəti və ümumiyyətlə, bir çox məsələlər haqqında önəmli və gizli məlumatlar müharibə ərəfəsində Osmanlı sultanının əlinə keçmişdi. Qeyd etmək lazımdır ki, Səfəvilərin həyata keçirdiyi “yandırılmış torpaq” hərbi taktıkasından qorxuya düşən Osmanlı əsgərləri yürüşü dayandırmaq və geri qayıtmaq üçün Sultan Səlimə təsir etməyə çalışırdı. Hətta, sultanın yaxın adamlarından biri olan Karaman bəylərbəyi Həmdəm paşanı onun çadırına göndərərək geri qayıtmaq üçün xahiş etməsini istəmişdilər. Lakin Ərzincana qədər irəliləyən 100 minlik ordunun geri qayıtması Osmanlı tarixində misli görünməyən ağır bir məğlubiyyət olacağını çox yaxşı başa düşən Sultan Səlim, vaxtı ilə onun taxta çıxmasında çox əməyi geçən Həmdəm paşanı tərəddütsüz edam etdirmişdi [20, 147-148; 32, 520; 8, 47; 27,29].
Qeyd etmək lazımdır ki, məhz kəşfiyyatın əldə etdiyi məlumatlar sayəsində Osmanlı sultanı ağır səfər problemlərini həll edərək ordunu döyüş mövqeyinə çıxarmış və Səfəvi ordusunu məğlub etmişdir. Çaldıran döyüşü ərəfəsində kəşfiyyatın əldə etdiyi məlumatlar Osmanlı sultanına nəinki yaranmış çətinlikləri aradan qaldırmağa imkan yaratmış, eyni zamanda tərəflər arasında baş verən döyüşdə Şah İsmayılın məğlub olmasına səbəb olan əsas amillərdən biri olmuşdur. Bu nəticəni bir çox Qərb və türk tarixçiləri ilə yanaşı, Səfəvi-Osmanlı münasibətlərini tədqiq edən İran alimi F.Nəcəfi də etiraf edir. O, I Şah İsmayılın Çaldıran döyüşündə məğlub olmasının səbəblərindən biri kimi kəşfiyyat məsələsini də qeyd edir [25, 95].

Ədəbİyyat
1.Akgündüz A. Osmanlı Kanunnameleri ve Hukuki Tahlilleri. III, (Yavuz Sultan Selim Devri Kararnameleri). İstanbul: 1991.
2.Arşiv belgelerine göre Osmanlı`da istihbarat. İstanbul: 2017.
3.Aşiqpaşazadə. Tevarih-i Al-i Osman. İstanbul: 1332.
4.Azərbaycan tarixi üzrə qaynaklar. Tərtibçilər: S.S. Əlyarlı, F.R. Mahmudov və b. Bakı: 1989.
5.Dədəyev B. Azərbaycan ilə Osmanlı dövləti arasında olan ictimai münasibət-lərdəki köç hadisələri (1450-1512). //Mədəniyyət Dünyası, elmi-nəzəri məc-muə, XII buraxılış, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti. Bakı: 2006, s. 263-270.
6.Dedeyev B. Azerbaycan-Osmanlı Ekonomik İlişkileri (1450-1520).// Journal of Qafqaz University, Sayı-18. Bakü: 2006, s. 105-112.
7.Dedeyev B. Safevi Tarikatı ve Osmanlı Devleti İlişkileri.// Uluslararası Sosyal Araştırmalar Dergisi. Cilt: 1, Sayı: 5, 2008, s. 205-223, http://www.sosyalarastirmalar. Com /cilt1 /sayi5 /sayi5pdf/dedeyev_bilal.pdf (giriş tarixi: 20.10.2018).
8.Edirnevi Mehmed b. Mehmed. Nuhbetü’l-Tevarih ve’l-Ahbar. III. Kısım. İstanbul: 1270.
9.Ekinci M. Anadolu Alevîliğinin Tarihsel Arka Planı. İstanbul: 2002.
10. Emecen F. M. Zamanın İskenderi Şarkın Fatihi Yavuz Sultan Selim. İstanbul: 2010.
11. Əzimli D. Azərbaycanın Avropa ilə ticarət əlaqələrində vergi güzəştlərinin rolu (XV əsrin II yarısı-XVII əsrin I yarısı). /Şah İsmail Xətai. VI Ümum-respublika elmi-praktiki konferansın materialları. Bakı: 2007, s.115-128.
12. Farzalibeyli Ş. Resmi Belgelerde 23 Ağustos Çaldıran Savaşı’nın Nedenleri ve Sonuçları. / XIII. Türk Tarih Kongresi 4-8 Ekim 1999. Ankara: 2002, s.77-87.
13. Фазлулух б. Рузбихан Хунджи. Тарих-и алем арай-и Амини. Баку: 1987.
14. Feridun Bey. Münşeatü’s-selatin. C. I. İstanbul: 1274.
15. Gündüz T. Son Kızılbaş Şah İsmail. İstanbul: 2010.
16. Hammer J.V. Devlet-i Osmaniye Tarihi. (Çev. Mehmet Ata). C. IV. İstanbul: 1329.
17. Haniwaldanus Anonimine Göre Sultan Bayezid-i Veli. (Haz. Richard F. Kreutel). İstanbul: 1997.
18. Hasan b. Ömer. Kızılbaşlığa Reddiye. Süleymaniye Ktp. Düğümlü Baba Bölümü, No: 00197.
19. Hoca Sadeddin. Tacü’t-tevarih. (Haz. İsmet Parmaksızoğlu). C. III-IV. İstanbul: 1979.
20. İdris-i Bitlisi. Selim Şah-name. (Haz. Hicabi Kırlangıç). Ankara: 2001.
21. Kemal Paşa-zade. Fetvay-ı Kemal Paşa-zade Der Hakk-ı Kızılbaş. Süley-maniye Ktp. Esat Efendi Bölümü, No: 3548.
22. Küçükdağ Y. Osmanlı Devleti’nin Şah İsmail’in Anadolu’yu Şiîleştirme Ça-lışmalarını Engellemeye Yönelik Önlemleri. /Osmanlı, I. Ankara: 1999, s. 269-281.
23. Küçükdağ Y. Vezir-i Azam Piri Mehmed Paşa. Konya: 1994.
24. Musalı N. I Şah İsmayılın hakimiyyəti. Bakı: 2011.
25. Nəcəfi Fəxrəddin Musəvi Ərdəbili. Tarixi Ərdəbil və Danişməndan. C. I. Tehran, 1388.
26.Nəcəfli T.H. Çaldıran döyüşünün müasir Türkiyə tarixşünaslığında tədqiqinə dair //AMEA-nın Xəbərləri, Tarix, fəlsəfə və hüquq seriyası. Bakı: 2009, №10, s.28-46.
27.Nəcəfli T.H. Çaldıran döyüşü ərəfəsində Səfəvi-Osmanlı münasibətlərinin müasir Türkiyə tarixşünaslığında tədqiqinə dair //Naxçıvan Dövlət Universiteti Elmi əsərlər. Tarix və ictimai elmlər seriyası. Naxçıvan: 2010, №1 (29), s. 8-16.
28.Nəcəfli T.H. Səfəvi-Osmanlı münasibətləri. Bakı: Turxan NPB, 2015.
29.Nizamülmülk. Siyasətnamə. Bakı: 2007.
30. Peçevi. Tarih. C. I. (Haz. Fahri Ç. Derin-Vahit Çabuk). İstanbul: 1980.
31. Saray M. Türk İran Münasebetlerinde Şiîliğin Rolü. Ankara: 1990.
32. Solak-zade. Tarih, c. II. (Haz. Vahit Çabuk). Ankara: 1989.
33. Süleymanov M. Şah İsmayıl Səfəvi. Bakı: 2018.
34. Sümer F. Safeviler Devleti’nin Kuruluşu ve Gelişmesinde Anadolu Türk-leri’nin Rolü. Ankara: 1992.
35. Tansel S. Yavuz Sultan Selim. İstanbul: 1969.
36. Tansel S. Yeni Vesikalar Karşısında Sultan İkinci Bayezit Hakkında Bazı Mütalaalar. //Belleten, c. XXVII/106. Ankara: 1963, s. 185-236.
37. Tekindağ M.C. Şehabeddin. Yeni Kaynak ve Vesikaların Işığı Altında Yavuz Sultan Selim’in İran Seferi. //İstanbul Edebiyat Fakultesi Tarih Dergisi. XVII/22. 1968, s. 49-76.
38. Topkapı Sarayı Müzesi Arşivi. No: E. 6401; 12077.
39. Uyar M. Hinduşah Naxçıvani’ye Ait Dustur el-Katib fi Ta’yin el-Meratib Adlı Eserde Casusluk Anlayışı. s. 281-289, http://dergiler.ankara. edu.tr /dergiler /18 /35/314.pdf (11.05. 2013).
40. Uzunçarşılı İ.H. Osmanlı Tarihi. C. II. Ankara: 1998.

Key words: Chaldiran battle, intelligence, Shah Ismail, Sultan Selim, Sheikh Ahmed.

Ключевые слова: Чалдыранская битва, разведка, шах Исмаил, Султан Селим, шейх Ахмед.

The role of intelligence in the battle of Chaldiran
Summary
Starting from the end of the fourteenth century with Safavids, the process of politization further strengthened in the middle of the fifteenth century. Since the establishment of the Safavid state in 1501, the propaganda of Safavism in Ottoman Empire began to rise. This led to the discharge of a large number of villages and settlements in Rumelia and Anatolia and Ottoman Empire faced a serious economic crisis. When Sultan Selim (1512-1520) came to power he began to take serious measures against Safavid state and supporters of the Safavid in Ottoman lands. One of these measures carried the purpose of intelligence. On the eve of the Chaldiran battle, Ottoman spy Sheikh Ahmed managed to meet with Shah Ismail (1501-1524) by pretending to be sent to him by Ottoman Kizilbashs. Thus, on the eve of the war, a lot of important and confidential information, war tactics, the military situation of the Safavids passed into the hands of the Ottoman Empire. Indeed, intelligence was one of the reasons for Ottoman’s victory in Chaldiran battle.

К роли разведки накануне Чалдыранской битвы
Резюме
Процесс политизации Сефевидов, начавшийся с конца XIV века, усилился в середине XV века. После создания империи Сефевидов в 1501 году в Османской империи усилилась сефевидская пропаганда . Это привело к опустошению многих деревень и поселений в Румелии и Анатолии и Османская империя столкнулась с серьезным экономическим кризисом. После прихода к власти Султана Селима (1512-1520), он начал принимать серьезные меры против правителей Сефевидов и сторонников сефевидов в Османской империи. Одна из этих мер была реализована в области разведки. Шейх Ахмед, один из османских шпионов, отправленных накануне Чалдыранской битвы ко двору сефевидского Шаха Исмаила (1501-1524), представился ему как представитель гызылбашей в Османской империи. Таким образом, накануне войны с Османской империей важная и конфиденциальная информация о военной тактике, состоянии армии и многих действиях сефевидов перешла в руки Османской империи. Именно эта разведывательная информация накануне битвы при Чалдыране стало одной из причин, приведших к поражению государства Сефевидов и обеспечивших победу Османской империи.

 

"GEOSTRATEGİYA" jurnalı №06 (48) NOYABR-DEKABR 2018



Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM