NƏRİMAN NƏRİMANOVUN İCTİMAİ – SİYASİ FƏALİYYƏTİNİN ƏSAS İSTİQAMƏTLƏRİ HAQQINDA

11:00 / 30.01.2019

Samir Baxşəliyev
Tarix üzrə fəlsəfə doktoru

Nəriman Nərimanov çoxsahəli və parlaq ictimai - siyasi fəaliyyəti ilə xalqımızın tarixində görkəmli ictimai-siyasi və dövlət xadimi kimi özünə əbədi və silinməz ucalıq qazanmağa nail olmuşdur. Lakin təəssüflər ki, bu nəhəng şəxsiyyət haqqında xalqımız, geniş oxucu kütlələri, bəzən hətta tarixçilər belə sonadək bütün həqiqətləri bilmirlər. Nəriman Nərimanovun Azərbaycanın tarixində tutduğu, layiq olduğu yeri müəyyən edilməsinə ən dəyərli qiymət Ümummilli liderHeydər Əliyev tərəfindən verilmişdir. N.Nərimanov nəzəri irsinin və müstəqil Azərbaycan naminə əməli fəaliyyətinin hərtərəfli təhlili və elmi şəkildə araşdırılması çox aktualdır.
Azərbaycanın tarixində elə dövrlər var ki, onların geniş və hərtərəfli tədqiq olunmasına bu gün də xüsusi ehtiyac duyulur. Azərbaycanın XIX-XX əsrlər tariximəhz belə dövrlərdən biridir. Çünki bu dövrə aid bir çox məsələlərin yenidən araşdırılması, yeni tarixi faktların ortaya çıxarılması və qiymətləndirilməsi bu gün yenə də aktual olaraq qalır. Təsadüfi deyildir ki, ulu öndər Heydər Əliyev 1997-ci il yanvarın 31-də Azərbaycan MEA-nın rəhbərliyi və aparıcı alimləri ilə görüşü zamanı çıxışında Azərbaycanın XIX-XX əsrlər tarixinin yenidən və dərindən öyrənilməsini xüsusi olaraq qeyd etmişdi (1,s.216).
Qeyd edim ki, tariximizdə elə nəhəng şəxsiyyətlər var ki, onlar xalqın, millətin formalaşması, inkişafı, cəmiyyətdəki ictimai, siyasi, mədəni fəaliyyəti ilə mənsub olduğu millətin dərdlərini, problemlərini daha dərindən anlaya bilmələri, yaranmış çətinlikləri aradan qaldırmaq üçün düzgün yollar seçmələri və cəmiyyəti irəli aparanlar sırasında olmaları ilə xüsusu olaraq fərqlənmişlər. Bu insanlar dövrün, zamanın hər cür əzablarına, məşəqqətlərinə sinə gərməklə tarixdə iz qoyurlar. Belə şəxsiyyətlər haqqında tədqiqatlar aparmaq, onların cəmiyyətin tarixində yerini, rolunu böyüyən nəsillərə dönə-dönə çatdırmaq, ömür yolları ilə bağlı tədris və təbliğ işlərini məqsədəuyğun təşkil etmək olduqca vacibdir. Bu baxımdan Nəriman Nərimanovun həyat yolunu, fəaliyyətinin ən mühüm mərhələlərini təhlil etmək, onun xalqımızın vətənpərvər, mübariz övladı olduğunu, bir sözlə bu böyük şəxsiyyətin Azərbaycanın tarixində tutduğu, layiq olduğu yeri müəyyən edib möhkəmləndirmək bəlkə də müasir dövrdə milli tarixşünaslığımızın ən vacib vəzifələrindən biridir.
Yaşadığı dövrdə müəllim, həkim, jurnalist, publisist, filosof, yazıçı, rejissor, kimi tanınan Nəriman Nərimanov ömrünün son dövründəki parlaq siyasi fəaliyyəti ilə xalqımızın tarixində görkəmli ictimai-siyasi və dövlət xadim kimi özünə əbədi və silinməz yer qazanmağa nail olmuşdur.
Lakin təəssüflər ki, bu nəhəng şəxsiyyət haqqında xalqımız, geniş oxucu kütlələri, bəzən hətta tarixçilər belə sonadək bütün həqiqətləri bilmirlər. Hələ sovet tarixşünaslığında əksər tarixçilər bəzən bilməyərəkdən, bəzən də tariximizə hər vasitə ilə qara yaxmağa çalışan qeyri millətlərdən olan tarixçi və tədqiqatçıların zərərli təsiri altına düşərək bu böyük şəxsiyyətin xidmətlərini lazımınca dəyərləndirməmiş, ən yaxşı halda onu Azərbaycan SSR-də sovet hakimiyyətinin yorulmaz qurucusu, əksər hallarda isə milli dəyərlərimiz və ənənələrimizin qatı düşməni kimi qələmə vermişlər.
Bu gün respublikamızın müxtəlif arxivlərində, xüsusi ilə də Prezident Administrasiyası yanında Siyasi Sənədlər Arxivində 1920-ci illər dövrünün tarixi mənzərəsini öyrənmək, Azərbaycanda baş verən siyasi prosesləri dərk etmək, ayrı-ayrı şəxslərin-siyasi qüvvələrin siyasi baxışlarını, fəaliyyətini doğru qiymətləndirmək üçün çox qiymətli tarixi materiallarla zəngin olan sənədlər toplusu qorunub saxlanmaqdadır. Ən təsiredicisi isə budur ki, bu sənədlərin çox böyük bir hissəsi araşdırmalardan, tədqiqatçıların diqqətindən çox zaman subyektiv səbəblərdən kənarda qalmışdır.
Halbuki indiyədək təhlil edilmiş sayca çox az olan sənədlər Nəriman Nərimanovun milli və həm də bəşəri düşüncə, böyük ürək sahibi, humanist şəxsiyyət olduğunu söyləməyə əsas verir.
Sovet hakimiyyəti illərində Nəriman Nərimanovun fəaliyyətinə onun xalqımızın vətənpərvər mübariz övladı olduğunu, bir sözlə bu böyük şəxsiyyətin Azərbaycanın tarixində tutduğu, layiq olduğu yeri müəyyən edilməsinə ən dəyərli qiymət(12) Ulu öndər, Ümummilli lider Heydər Əliyev tərəfindən verilmişdir(10). Bu böyük şəxsiyyətin 100 illik yubiliyi ərəfəsində Bakının ən görkəmli yerində o vaxt da, elə indi də keçmiş İttifaqın və indi də MDB məkanında ən hündür və nəhəng heykəlin ucaldılması(9) bu böyük şəxsiyyətin tarixi xidmətlərinə Heydər Əliyevin verdiyi yüksək dəyər olmaqla bərabər, həm də N.Nərimanovun xalqımızın tarixindəki xidmətlərini azaltmağa çalışan müxtəlif millətlərdən və əhali kateqoriyasından olanlara qarşı ən kəskin cavab oldu(8).
Müstəqillik dövründə bu məsələyə münasibət kökündən dəyişdi desək yəqin səhv etmiş olmarıq(2; 3; 4,). Müxtəlif vaxtlarda tanınmış tarixi alim professor F.İbrahimlinin, H.Həsənovun, nərimanovşünas alimlərdən F.Əhmədova, A.Hacıyeva, S.Rüstəmova - Tohidi, R.Bayramova, Q.Məmmədov və digərlərinin müxtəlif səpkili tədqiqat və yazılarında problemin qoyuluşu müəyyən qədər obyektivliyi və səmimiliyə fərqlənməyə başladı.
Lakin Nəriman Nərimanovun qoyub getdiyi nəzəri irsin çoxsahəliyini, zənginliyini, habelə yaşayıb fəaliyyət göstərdiyi şərait, mühit və dövrün mürəkkəbliyini nəzərə alaraq deyə bilərik ki, bu istiqamətdə hələ çox işlər görülməli, bir sözlə bu nəhəng çəxsiyyətin haqqı özünə qaytarılmalıdr.
Nəriman Nərimanovun çoxşaxəli fəaliyyətinin ən parlaq və xüsusi diqqət cəlb edən cəhətlərinin aşağıdakı kimi müəyyənləşdirilməsi bu böyük şəxsiyyətin səmərəli fəaliyyətinin diqqəti ilk olaraq cəlb edən ən başlıca istiqamətləridir:
- bəzi qonşu dövlətlərin o vaxtki anti-azərbaycan siyasəti, sosializm quruculuğu adı ilə Azərbaycanı simasızlaşdırmağa çalışan İ. Stalin, A. Mikoyan, Sərkis, Mirzoyan və başqalarının məkrli fəaliyyətinə qarşı barışmaz mübarizə;
- Sovet Rusiyasının Şərq siyasəti təhlil olunması, daha doğrusu, bu siyasətin Sovet hökuməti rəhbərlərinin, o cümlədən V.Leninin ünvanına göndərilən çoxsaylı məktublarda əsaslı olaraq ciddi tənqidi;
- Mərkəzə müsəlman xalqlarına hörmət etməyi, onlara “yuxarıdan aşağı” baxmamağı tövsiyə etməsi;
- Azərbaycanda yaşayan bütün millət və xalqların nümayəndələrinin azad və bərabər yaşamasının təmin olunmasına çalışması;
- xalqlar arasında dostluğun carçısı olmaqla bərabər, doğma Azərbaycanı, Azərbaycan dilini, türk xalqlarını böyük məhəbbətlə sevməsi;
- milli dəyərlərimizin qorunması üçün mübarizə aparması;
- dinə, din xadimlərinə, dini dəyərlərimizə müsbət münasibəti;
- bütün mövqeyi, düşüncələri və konkret əməli fəaliyyəti ilə xalqın, sadə adamların istək və arzularını reallaşdırmağa çalışması;
- hökumət orqanlarında çalışan azərbaycanlıların azlığını və bunun zərərli nəticələrini başa düşərək sovet milli kadrların hazırlanmasına xüsusi önəm verməsi;
- azadlığın, bərabərliyin, ədalətin qızğın tərəfdarı olması, nəinki Azərbaycanı, öz millətini, bütün bəşəriyyəti azad görmək istəyi, yüksək milli və bəşəri duyğuları;
- doğma dilimizə – Azərbaycan dilinə, Azərbaycan mədəniyyətinə və tarixinə yüksək dəyər verməsi;
- məktəblərdə rus dili dərslərinin sayının türk dili dərslərinin azaldılması hesabına artırmağa yönəlmiş bütün cəhdlərin qarşısını qətiyyətlə alması;
- Azərbaycanın ərazi bütövlüyünün təmin olunması, qorunması üçün çox çalışması və böyük fədakarlıq göstərməsi;
- SSRİ Mərkəzi İcraiyyə Komitəsinin sədri kimi bir illik fəaliyyəti dövrü.
Bu fikirləri yəqin ki, bir qədər də genişləndirmək olar. Təkcə onu demək kifayət edir ki, bu maddələr bu böyük şəxsiyyətin fəaliyyətində diqqəti ilk cəlb edən əsas prinsipial və ya magistral istiqamətlərdir.
Özü də nəzərə alaq ki, Nəriman Nərimanovun siyasi fəaliyyətinin ən qızğın və vacib dövrü 1920-ci illərdə Azərbaycanda, Rusiyada baş verən siyasi proseslər, bəzi qonşu dövlətlərin anti-azərbaycan siyasəti, ən pisi isə özlərini “milli kommunistlər” adlandıran, lakin tutduqları mövqelərindən istifadə edərək xalqımıza qarşı qızğın ziyankarlıq əməlləri ilə ad çıxaran erməni və digər millətlərdən olan rəhbər işçilərin əlində alətə çevrilən yerli kommunistlərdən Ə.Qarayev, M.D.Hüseynov və digərlərinin çox vaxt Nəriman Nərimanovun mövqelərinə qarşı açıq aşkar zidd mövqelərdən çıxış etdikləri şəraitdə cərəyan edirdi.
Nəriman Nərimanovun Azərbaycan SSR XKS-nin sədri kimi fəaliyyətə başlaması ilə ilk vaxtlar burada sovet hakimiyyəti qurulması adı altında əslində milli dəyərlərin ləğv edilməsi, xalqımızın ən ləyaqətli nümayəndələrinin müxtəlif uydurma bəhanələrlə aradan qaldırılması və digər haqsızlıqların qarşısının alınması sahəsində, cəmiyyətdə müəyyən qədər qayda-qanun yaratmaq üçün işlər görülməyə başladı. Lakin Nəriman Nərimanov qeyri-azərbaycanlılarla sıx əhatə olunduğu bir şəraitdə o qədər də səmərəli ola bilməzdi.
Nəriman Nərimanov İ.Stalin, S.Orconikidze və digərlərinin gələcək ittifaq dövlətinin modellərindən biri kimi təklif etdikləri “mədəni milli muxtariyyət” planından irəli gələn Azərbaycanın müstəqil sovet respublikası olmasına baxmayaraq bu müstəqilliyin ləğv edilməsi cəhdlərinin əleyhinə qətiyyətlə çıxırdı.
O dövrə aid sənədli materialların diqqətlə nəzərdən keçirilməsindən açıqca aydın olur ki, hər bir zaman milli kadrlardan yalnız Nəriman Nərimanov Azərbaycan Respubliksının tam müstəqilliyinin tərəfdarı olmuş və həmişə bu mövqeyini qoruyub saxlamışdır(11).
Lakin onun mövqeyi nəinki qeyri millətlərdən olan, həm də yerli rəhbər partiya və milli sovet hökuməti kadrları tərəfindən də lazımi dəstək tapmamışdır.
Nəriman Nərimanov respublikada yerli hakimiyyət orqanının əslində ermənilərin əlində olduğunu və müsəlmanlara, Azərbaycan xalqına yaxşı heç nə vermədiyini dəfələrlə V.Leninə ünvanladığı məktub və teleqramlarda xüsusi ürək ağrısı və həyəcanla vurğulayırdı(5,s.53).
Nəriman Nərimanov bu sahədə Mərkəzin tutduğu birtərəfli mövqeyi qətiyyətlə pisləyərək yazırdı ki, mən bildirirəm ki, bu, düşünülmüş və düzgün hesablanmış bütöv bir plandır”(5,s.54).
Nəriman Nərimanov Mərkəzin yeritdiyi ayrıseçkilik siyasətini, müsəlmanlara, azərbaycanlılara laqeydliyini cəsarətlə tənqid edir, fikirlərini açıq şəkildə Mərkəzi Komitəyə bildirirdi. O, Mərkəzin yerli işçilərə inanmaması yerlilərin Mərkəzə inanmamasına gətirib çıxarır” fikrini faktlarla əsaslandırır, xalq kütlələrinə yalan danışmağın acı nəticələri olacağını qeyd edirdi(5,s.56).
Nəriman Nərimanovun Azərbaycan sevgisinin təcəssüm etdirən mövqeyindən danışarkən onun belə fikrini də göstərmək olduqca yerinə düşərdi ki, ulu babalarımın, xalqımın tarixi keçmişinə doğru qiymət verən insan milli təfəkkürdən kənarda ola bilməz. O həmişə doğma dilimizə – Azərbaycan dilinə, Azərbaycan mədəniyyətinə, tarixinə yüksək dəyər verərək yazırdı ki, bir millət özünü tanımayınca hüququnu düşünməz. Tanımaq üçün də milli dil, milli məktəb, milli mətbuat, milli ədəbiyyat lazımdır(5,s.147).
Məktəblərdə rus dili dərslərinin sayının türk dili dərslərinin azaldılması hesabına artırmaq haqqında mətbuat səhifələrindəki çıxışlar Nəriman Nərimanovu çox narahat edirdi. O, bu vəziyyətin milli dəyərlərimiz və ümumiyyətlə xalqımızın gələcəyi üçün nə dərəcədə böyük təhlükə olduğunu yaxşı başa düşərək dəfələrlə bu məsələyə münasibətdə Moskvanın məkrli siyasətini açıq şəkildə pisləmişdi(5,s.67).
1920-ci illərdə Sovet hökumətinin siyasətində əsas istiqamətlərdən biri dinə qarşı mübarizə idi. Lakin N. Nərimanov dini dəyərlərə həmişə hörmət etmiş, din xadimlərinə, dini mərasimləri icra edən, burada iştirak edən insanlara həssas yanaşmışdır. Arxiv sənədlərində N. Nərimanovu İslam tarixi ilə bağlı bir çox fikirlərinə rast gəlinir. Onun göstərişindən sonra Təzəpir məscidi bərpa edilmiş, Qırmızı ordunun tutduğu bütün məscidlər boşaldılmışdı(5,s.165).
Azərbaycanda hakimiyyət orqanlarında müxtəlif vəzifə tutan ermənilərdən Sərkis, A.Mikoyanın, L.Mirzoyanın siyasi baxışlarından asılı olmayaraq anti-azərbaycan fəaliyyətində xüsusi çəkiyə malik olduqları üçün Nəriman Nərimanovu bu vəziyyətin yaxın və uzaq perspektivdə real təhlükəsini duyaraq onların Azərbaycanla bağlı çıxış və hərəkətlərini kəskin tənqid edir, bütün bunları Azərbaycanın müstəqilliyinə qarşı yönəlmiş hərəkətlər hesab edərək Mərkəzə, V.Leninə təcili teleqramlar göndərirdi(6, s.56). Belə müraciətlərin birində Nəriman Nərimanov yazırdı ki, Mərkəz Gürcüstanın, Ermənistanın, Azərbaycanın müstəqilliyini tanısa da, Azərbaycanın mübahisəsiz ərazilərini Ermənistana verir. Azərbaycan həm ərazisini, həm də müstəqilliyini itirir(5,s.103-104).
O, Azərbaycanın ərazi bütövlüyünün təmin olunması, qorunması ilə bağlı çox çalışmış, Naxçıvan, Qarabağ, Zaqatala ərazilərinin Azərbaycanda qalması üçün böyük fədakarlıq göstərmişdir. SSRİ Mərkəzi İcraiyyə Komitəsinin sədri seçiləndən sonra belə Nəriman Nərimanov Dağlıq Qarabağ ərazisinə muxtariyyət statusunun verilməsinin də əleyhinə idi(7, s.34). O yazırdı ki, Dağlıq Qarabağ Mərkəzdə və respublikadakı rəhbər vəzifələrdə çalışan erməni kommunistlərin , habelə olara dəstək olan İ.Stalinin güclü təsiri altında Muxtar Vilayət elan edilmişdir (5,,s.100).
Göründüyü kimi, Nəriman Nərimanov həmişə müqəddəs amallar, Azərbaycanın müstəqilliyi uğrunda mübarizə aparmış, lakin o zamankı şərait bu amalları arzuolunan səviyyədə həyata keçirməyə ona imkan verməmişdir.
Bu gün Azərbaycan Respublikası müstəqil dövlətdir və indi hər birimizin vəzifəsidir ki, bu müqəddəs neməti müqəddəs şəkildə qoruyaq, möhkəmləndirək, inkişaf etdirək vaxtı ilə Nəriman Nərimanov kimi nəhəng tarixi şəxsiyyətlərin bizim üçün, gələcək nəsillər üçün qoyub getmiş olduğu çox böyük milli-mənəvi, dövlətçilik irsindən səmərəli şəkildə bəhrələnməklə milli mənlik, türkçülük, azərbaycançılıq şüurumuzu daha da inkişaf etdirməliyik.

ƏDƏBİYYAT
1. Əliyev H.Ə. Müstəqilliyimiz əbədidir: çıxışlar, nitqlər, bəyanatlar, müsahibələr, məktublar. Səkkizinci kitab: noyabar 1996 - mart, 1997. Bakı. 2006., s.216
2. Xalq qəz. 18 may 2013-cü il.
3. Xalq qəz. 9 avqust 2016-cı il.
4.“İki sahil” qəz. 13 fevral 2016-cı il
5. "N.Nərimanov. Məktublar və Qarabağ məsələsinə dair sənədlər". Akademik Ramiz Mehdiyevin redaktəsi ilə. Nurlan nəşriyyatı. Bakı 2013.,
6. Qars müqaviləsi.Az.ata. Bakı 2004., 85 s. 6.
7. К истории образования Нагорно Карабачской автономной области Азербайджанской ССР. Документы и материалы. Азернешр.Баку 1986. 136 с.
8. http://gorodv3d.ru/pamatniki/narimanov.html 9.https://ru.wikipedia.org/wiki/%D0%9F%D0%B0%D0%BC%D1%8F%D1%82%D0%BD%D0%B8%D0%BA_%D0%9D%D0%B0%D1%80%D0%B8%D0%BC%D0%B0%D0%BD%D1%83_%D0%9D%D0%B0%D1%80%D0%B8%D0%BC%D0%B0%D0%BD%D0%BE%D0%B2%D1%83_(%D0%91%D0%B0%D0%BA%D1%83)
10. http://lib.aliyev-heritage.org/ru/7946314.html)
11. http://vyshka.azeurotel.com/arxiv/2008/18/6.htm
12. http://www.anl.az/down/meqale/bakrabochiy/2012/iyun/0280.htm
13. http://interfax.az/print/653713/ru

Ключевые слова: политика, история, государство, народ

Key words: politics, historical, state , people

Summary
N.Narimanov brilliant political activity the spectacular history of our nations social and political and its eternal and indelible as statesman has been able to gain ground. But unfortunately our people have aboutidentity giant meanwhile historians people do not know the whole truth. Her history its rightful place detecting most voluable prices national leader Geydar Aliyev membership.

Резюме
Н.Нариманов в свое время был великим мыслителем, видным обшественным и государственным деятелем и таким остается. В годы советской власти им очень многого было сделано для сохранения национальных традиций нашего народа. Но до сих пор многие историки не смогли достойно оценить его заслуги перед своим народом. Должную оценку заслугам Н.Нариманова дал Общенациональный лидер Гейдар Алиев.

 

"GEOSTRATEGİYA" jurnalı №06 (48) NOYABR-DEKABR 2018



Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM