MALİYYƏ QLOBALLAŞMASI: GEOİQTİSADİ ZƏMİN VƏ NƏTİCƏLƏR

09:00 / 31.01.2019

Fəxrİ Mürşüdlü
İqtisad üzrə fəlsəfə doktoru

Müasir inkişafın başlıca mеyli iqtisadi qloballaşmanın güclənməsidir. Bu proses ictimai fəaliyyətın bir çox tərəfini əhatə edir, beynəlxalq iqtisadi əlaqələrin istiqamətini və intensivliyini müəyyənləşdirir və son nəticədə “dünya iqtisadi birliyinin bir-birindən qismən asılı olan ölkələrin zəif toplusundan bütöv iqtisadi sistemə transformasiyasına kömək edir. Elə bir sistemə ki, orada milli (ölkədaxili) sosiumlar tədricən vahid dünya iqtisadi orqanizminin tərkib hissəsinə çevrilir” [1, s. 35].
Qloballaşma daha çox maliyyə sahəsinə toxunmuşdur və dünya təsərrüfat əlaqələrinin diqər sahələrinə nisbətən burada həmin proses olduqca intensiv gedir. Maliyyə sahəsinin qloballaşması əvvəllər müəyyən dərəcədə təcrid olunmuş halda fəaliyyət göstərən pul və kapital bazarlarının liberallaşması və vahid dünya bazarına inteqrasiya olunmasının tarixi prosesidir. Müasir reallıqlar təsdiqləməyə imkan verir ki, həmin sahə qlobal iqtisadi inkişafı bir çox cəhətdən şərtləndirməyə başlamışdır və, əslində, onun daha artıq irəlilədilmiş aspekti, məğzi, mahiyyətidir [2, s. 124]. Bu, dünya miqyasında fəaliyyət göstərməyə qadir olan ən iri (qlobal) maliyyə kapitalının formalaşmasına imkan yaradıb, müasir sənayeləşmə isə buna səmərəli təşkilati-informasiya və idarəetmə texnoloqiyaları verib.
Milli pul-bank sistemlərinin beynəlxalq maliyyə bazarının əməliyyatlarında iştirakını müəyyən edən amillər cədvəl 1-də verilmişdir.

Cədvəl 1
Milli pul-bank sistemlərinin beynəlxalq maliyyə bazarının əmə­liy­­yat­larında iştirakına təsir edən amillərin təsnifatı [3, s. 17; 4, s. 22-24]


Davamlı və sistemli xarakter almış və tamamlanma dərəcəsi baxımından real iqtisadiyyatdakı qloballaşmanı qabaqlayan maliyyə qloballaşması son onilliklərdə milli bank sistemlərində transformasiya proseslərini müəyyənləşdirən vektora cevrilib. Qloballaşma çağırışları sanki sarsılrmaz olan dünya iqtisadiyyatınn əsaslırını laxladır, maliyyə bazarlarının dəyişkənliyini və yuxarıda adıçəkilən sistemlərin çox vaxt ölkədaxili nəzarətin hüdudlarından kənarda olan xarici şoklara (xüsusilə beynəlxalq kapitalın axının təsirinin artmasına, təkrarlanan valyuta-maliyyə böhranlarına) qarşı zəifliyini kəskin surətdə artırır. Bu isə öz növbəsində, maliyyə sisteminin baş verən dəyişikliklərə uyğunlaşmasını təmin edən yeni institusional qərarların və müfafiq mexanizmlərin olmasını tələb edir. Ümumi qloballaşma prosesinin beynəlxalq maliyyə sahəsində gedən bir hissəsini onun maliyyə komponentini təşkil edir. Ona görə də iqtisadi qloballaşmanın strukturu çərçivəsində bu ayrılmaz tərkib hissəni fərqləndirməyən iqtisadçı alimlərin fikirləri ilə razılaşmaq olmaz [5, s. 52-53].
Maliyyə qloballaşması iqtisadi qloballaşmanın təməli, nüvəsi və daha dinamik altsistem hissəsi kimi çıxış edir, innovasiya texnologiyaları əsasında dünya maliyyə bazarının beynəlmilləşməsinin keyfiyyətcə yeni mərhələsi, iqtisadi inkişafın başlıca amili kimi özünü göstərir. Bu fenomenin mahiyyətini yeni maliyyə alətləri və məhsullarının işlənilib hazırlaması, kapitalların və maliyyə texnologiyalarının qarşılıqlı surətdə yayılması, daxili maliyyə bazarlarının yenidən tənzimlənməsi, beynəlxalq bankların inkişafı, milli iqtisadiyyatların maliyyə sektorları, beynəlxalq maliyyə mərkəzləri və institutları arasında əlaqələrin və inteqrasiyanın güclənməsi təşkil edir ki, bunun da nəticəsində qlobal iqtisadiyyatın yeni konfiqurasiyasının təşəkkülü, onun müasir maliyyə arxitekturasının formalaşması baş verir. Ayrı-ayrı dövlətlərin maliyyə sistemlərinin bir-birindən daha çox asılılığı və inteqrasiyası bu proseslərin aşkar nəticəsidir ki, bu da kredit, investisiya və valyuta axınlarını əhatə edən indiki qlobal maliyyə sistemini yaratmışdır. Onun təkamülü qlobal maliyyə fəaliyyətinin müxtəlif tarixi modellərini ardıcıl surətdə əks etdirirdi.
Maliyyə sisteminin qloballaşması son onilliklərdə beynəlxalq iqtisadi münasibətlər sahəsində əsas meyilərdən biri olmuşdur. Beynəlxalq maliyyə-bank sahəsindəki problem və ziddiyyətlərin xüsusi bir dairəsi, bir sıra yeni təzahürlər həmin sistemin sürətli beynəlxalq inkişafı ilə bağlıdır.
Əlamətləri hələ XX əsrin 60-70-ci illərində meydana çıxan maliyyə qloballaşmasının müasir modeli istər yaxın və istərsə də uzaq gələcəkdə dövlətlərin və xalqların tərəqqisinin asılı olduğu şərtləri dəyişdirir (maliyyə qloballaşmasının müasir modelinin səciyyəvi əlamətləri cədvəl 2-də göstərilir). Bu model liberallaşma baxımından dünya maliyyə və valyuta nizamına mühüm dəyişiklər gətirir, kapitalın beynəlxalq hərəkətinin xeyli fəallaşmasına, onun mobilliyinin əsaslı şəkildə artmasına, birbaşa xarici investisiyaların miqyasının genişlənməsinə imkan yaradır, qərarların qəbul edilməsinin və xarici bazarlarda rəqabət aparılmasının mexanizm və ssenarilərini kökündən dəyişdirir.

 

Cədvəl 2
Müasir maliyyə qloballaşmasının səciyyəvi əlamətləri [6, p. 221, 224-225, 228-229, 440].


Bununla yanaşı, maliyyə qloballaşması inkişaf etmiş dövlətlərdə mühüm institutsional və struktur nəticələrə gətirir, xüsusilə keçid iqtisadiyyatlı ölkələrə əvvəllər əlçatmaz olan imkanlardan geniş istifadə etməyə şərait yaradır. Belə ki, bu ölkələrin dünya maliyyə bazarlarına daxil olması xarici kreditlərin və investisiyaların cəlb edilməsi ilə bağlı faydalardan istifadəyə imkan verir. Eyni zamanda, kapitalla bağlı əməliyyatlarda məhdudiyyətlərin aradan qaldırılması pul-bank sisteminin artan dəyişikliyini irəlicədən müəyyən edir. Həmçinin, qiymətli kağızlara giymətqoymadakı və valyuta məzənnələrindəki güclü enib-qalxmalarla əlaqədar milli bazarların birindən digərlərinə böyük həcmdə maliyyə resurslarının axması təhlükəsi üzəçıxır ki, bu da dövlətlərin bir çoxunun iqtisadi yüksəlişinə çətinliklər yaradır. Buna misal kimi, 2007-ci ildə ABŞ-da başlayan və dalğaları indiyədək dünya maliyyə sahəsinin sabitliyini pozan maliyyə böhranını göstərmək olar.
Maliyyə qloballaşmasının müasir modelini onun əvvəlki formalarından fərqləndirən səciyyəvi xüsusiyyət sərbəst global maliyyə bazarına əsaslı keçiddir, bu halda beynəlxalq maliyyə fəaliyyəti əslində ticarətə möhtac deyil və indi bu sahədə ticarətin payı keçmişdəkindən çox-çox az yer tutur. Maliyyə qloballaşmasının iqtisadi qloballaşmanı üstələdiyi indiki şəraitdə dünya pullarına tələb və təklif xeyli dərəcədə xarici ticarət kanalları ilə deyil, fərdi və dövlət kapitallarının beynəlxalq hərəkəti vasitəsilə formalaşır ki, bu da beynəlxalq kreditlərin verilməsi və alınması, dünya maliyyə bazarında virtual sövdələşmələrin əhəmiyyətli dərəcədə artması ilə bağlıdır. Bu səbəbdən də dünya maliyyə bazarının kapitallaşması dünya ÜDM-nin ümumiləşdirilmiş göstəricisini nəzərə çarpacaq dərəcədə üstəliyir, birbaşa xarici investisiyaların payı isə dünya ÜDM-ndə beynəlxalq ticarətin xüsusi çəkisini üstələyiir.
Kapitalın ölkələrarası axınları yolunda əngəllərin aradan qalxması, maliyyə bazarlarında müasir texnoloqiyaların inkişafı, qlobal maliyyə infrastrukturunun yaranması son iyirmi ildə maliyyə qloballaşmasının hərəkətverici qüvvələri kimi özünü göstərir. Bununla yanaşı, böyük həcmdə vəsaiti əllərində cəmləşdirən və daha gəlirli yatırım yerləri axtararaq bütün dünyanı dolaşan coxsaylı institusional investorları da maliyyə qloballaşmasının baza elementləri sırasına aid etmək olar. Beləliklə, beynəlxalq kapital axınının intensivləşməsi, maliyyə oyunçularının öz sərhədlırindən kənara çıxmasının güclənməsi və dünya maliyyə bazarının ayrı-ayrı seqmentlərinin inteqrasiyası baş verir.
Qloballaşmanın əvvəlki formalarından fərqli olaraq, müasir maliyyə qloballaşması arsenalında çoxsaylı və ən müxtəlif maliyyə alətləri cəmləşdirir və bunlardan öz funksiyalarını həyata keçirmək üçün istifadə edir. Dünya maliyyə axınlarının xeyli hissəsi malların və xidmətlərin beynəlxalq hərəkətinə xidmət etməklə, habelə birbaşa xarici investisiyalarla bağlıdır. Dünyada müxtəlif formada yerdəyişən kapitalların bu hissəsinin liberallaşdırılması səmərəli oldu və milli təsərrüfatların bir çoxuna, dünya təsərrüfat əlaqələri sisteminə müsbət təsir göstərdi. Bütün bu hallar maliyyə globallaşmasının çox sürətli inkişafını göstərir ki, bunun da təzahürünün indikatorlarını sxematik şəkildə aşağıdakı kimi qruplaşdırmak olar (şəkil 1.1).

Şəkil 1.1. Maliyyə qloballaşmasının indikatorları


Milli səviyyədə kapitalla carı və ölkədənkənar əməliyyatlarda məhdudiyyətlərin aradan götürülməsi maliyyə qloballaşmasının mühüm ilkin şərtlərindəndir (1, s. 36-39, 45-49; 7, s. 20-21) və bu, valyuta və maliyyə liberallaşması prosesslərinin əsasını qoymuş olur. Öz nöbəsində, postindustrial proseslər texnoloji sahələrdəki nailiyyətlərin reallaşdırılmasına imkan yaratmışdır və nəticədə məsafədən asılı olmayaraq, bank əməliyyatlarını real vaxt rejimində həyata keçirmək, milli bank sistemlərinin və müxtəlif maliyyə alətləri bazarının qarşılıqlı əlaqəsini təmin etmək mümkün olmuşdur.
Maliyyə qloballaşması proseslərinin miqyasını dünya kapital bazarının ayrı-ayrı seqmentlərinin dinamikasını əks etdirən rəqəmlərlə aydınlaşdırmaq olar. Məsələn, 2016-cı ildə kapital bazarının ümumi həcmi 65,6 trilyon dollara çatmışdı ki, bu da dünya üzrə ümumi daxili məhsulun (ÜDM) 86,9%-nə müvafiqdir. BVF-nin dünya kapital bazarının indikatorları barədə əldə olan son məlumatlarına görə, 2013-cü ildə kommersiya banklarının aktivləri 126,7 trilyon dollar (dünya ÜDM-nin 167,9%-i), bütün dünyada buraxılan istiqrazların və digər borc öhdəliklərinin dəyəri 97,3 trilyon dollar (dünya ÜDM-nin 128,9 %-i), BVF-nin üzvü olan ölkələrin valyuta ehtiyatlarının (qızılsız) ümümi həcmi təxminən 12,1 trilyon dollar təşkil edib. Dünya maliyyə aktivlərinin mütləq kəmiyyəti 286,6 trilyon dollar olub ki, bu da dünya ÜDM-dən 3,8 dəfə çoxdur. Bu göstərici dünya iqtisadiyyatının maliyyə dərinliyi adlanır. Həmin göstərici 2008-ci ildəki kəskin enmədən sonra – 2010-cu ildə praktik olaraq, 2007-ci ilin maksimal səviyyəsinə çatmış, lakin sonrakı illərdə bir qədər azalmışdı. Əgər 1990-cı ildə yalnız 33 ölkədə maliyyə aktivləri ÜDM-i üstələyirdisə, 2006-cı ildə artıq bu göstərici iki dəfədən çox artmışdı (72 ölkə) [8].
Maliyyə qloballaşması prosessində maliyyə bazarlarının real sektordan və xarici ticarətdən daha çox ayrılması müşahidə olunur. Əgər maliyyə bazarlarının orta gündəlik dövriyyəsi 2001-ci ildən etibarən 3,65 dəfədən çox artaraq, 2016-cı ildə 5,06 trilyon dollardan çox idisə, dünya üzrə malların və xidmətlərin ixracının həcmi 2016-cı ildə 20,67 trilyon dollar olmuşdur. Həmin müddət ərzində dünya valyuta bazarının dövriyyəsinin orta illk artım sürəti 9,05% təşkil emiştdisə, dünyada mallar və xidmətlər üzrə ticarətin həcmi ildə 6,45% artmışdı [8; 9]. Bu rəqəmlər dünya valyuta bazarının kapitalın hərəkəti ilə bağlı sövdələşmələrə xidmət etməyə istiqamətləndiyini göstərir. Dünya maliyyəsi milli iqtisadiyyatıları bir-birindən asılı olan vahid sistemə bağlayır. Bununla da milli iqtisadiyyatlar, obrazlı şəkildə desək, qlobal iqtisadiyyatın mürəkkəb orqanizmində qan damarı sistemi funksiyasını yerinə yetirir və orqanların birindəki ən cüzi zəifləmə və ya funksiyaların pozulması avtomatik olaraq bütün sistemin vəziyyətinə təsir edir. Eyni zamanda, maliyyə qloballaşmasının dövlətin iqtisadi xəttinə təsiri fərqlidir: o, əhəmiyyətli dərəcədə milli iqtisadi şəraitlə birbaşa yox, dolayısı ilə əlaqəlidir. Bu isə qloballaşmanın müasir dövründə milli iqtisadiyyatların qarşılıqlı asılıqlığında maliyyə kapitalının əhəmiyyətinin yüksək olduğunu göstərir, bununla belə, maraqların nisbəti (bir tərəfdən ümümdünya, digər tərəfdən milli maraqların) mühüm məna kəsb edir.
Qloballaşmanın iqtisadiyyatın maliyyə sektorunda milli maraqlara yönəldirlmiş siyasətin həyata keçirilməsini çətinləşdirdiyi barədə tez-tez təşvişli fikirlər, beləliklə də qloballaşmanın potensial xeyirləri çox vaxt ikinci plana keçir. Qloballaşmanın tərəfdarlarından biri, öz mövqeyinin daha çox radikallığı ilə seçilən K.Omae dövlət hakimiyyətinin transmilli biznesin maraqlarından asılı olduğunu birldirir, hesab edir ki, məlum siyasi mənasını saxlamaq imkanı olsa da, dövlət “nostalji uydurmaya” çevrilir və iqtisadi baxımdan tamamilə devalvasiyaya uğrayır [10, s. 15, 168]. Bizim fikrimizcə, bu fərziyyəni o qədər də haqli hesab etməyən alimlərin mövqeyi daha inandırıcıdır [11, s. 11-12; 12, s. 13]. Əslində, dövlətin zəifləməsi yox, onun funksiyalarının dəyişməsi baş verir, o, milli iqtisadi sistemin (həmçinin maliyyə-kredit sisteminin) beynəlxalq rəqabətin tələblərinə uyğunlaşmasında daha tez-tez aparıcı rol oynayır. Qloballaşma milli iqtisadiyyatın maraqları ilə ziddiyyətə girsə də, onları ləğv etmir, sadəcə, dünya inkişafının transformasiyaya uğradığı şəraitdə həmin maraqları düzgün müəyyənləşdirmək lazımdır. Qloballaşma maliyyə sistemlərinin böyük olmamasından irəli şərtlənən nöqsanların çoxunu (vasitəçilik maliyyə əməliyyatlarının xərclərinin yüksəkliyi, riskləri bir-birindən fərqləndirmək imkanlarının məhdudluğu, maliyyə xidmətlərinin mütərəqqi formalarından istifadəyə keçməyin çətinliyi və s.) aradan qaldırmağa və problemləri asanlaşdırmağa imkan yaradır. Bununla bərabər, düzgün milli siyasət yaranan risklərə səmərəli nəzarət etməyə və qloballaşmanın ziyanlarını minimuma endirməyə kömək edə bilər [13, s. vii-viii]. Bu tezis tam şəkildə milli bank sistemlərinə də aiddir.
Lakin maliyyə qloballaşması fenomeni birmənalıolaraq müsbət hal kimi qiymətləndirilə bilməz. Tədqiqatçılar onun çatışmayan cəhətlərini də vurğulayırlar, belə ki, o, çox vaxt milli bank sistemlərinə yeni çağırışlar yaradır – onların müstəqil işləməsini məhdudlaşdırır (məsələn, iqtisadiyyatın dollarlaşdırılması) və xarici şoklar (xüsusilə, böhranlar) qarşısında acizliyini artırır [14, s. 5; 15, s. 17, 19-25]. Bu isə, ilk növbədə, həm bütövlükdə milli iqtisadiyyata, həm də onun pul-kredit sahəsinə xarici mühitin təsirinin artması ilə bağlıdır. Həm də nəzərə almaq lazımdır ki, iqtisadiyyatların dünya təsərrüfat əlaqələri sisteminə daha çox qoşulması ilə güclənən asılılıq maliyyə sisteminin ən əvvəl kapitalın ölkədən kənara çıxmasındakı dəyişikliklərə uyğunlaşmasını təmin edən müvafiq mexanizmlərin olmasını tələb edir.
Bunula əlaqədar yaranan ciddi problemlər öz inkişaf səviyyəsinə görə bir-birindən fərqlənən ayrı-ayrı ölkələrin maliyyə bazarlarına son dərəcə ziddiyyətli təsir göstərir. Şübhəsiz ki, indiki mərhələdə maliyyə qloballaşmasının əsas faydasını ilk növbədə İƏİT-in inkişaf etmiş dövlətlər qrupu, yeni sənaye ölkələri və neft hasil edən ölkələr görür. Eyni zamanda, maliyyə böhranları bazarları inkişaf etməkdə olan ölkələrə (tranzitiv ölkələr daxil olmaqla) daha güclü təsir göstərir. Çünki həmin ölkələrin pul-kredit və valyuta sahələrində uyğunsuzluq (məsələn, bank sektorunda öhdəliklərin və aktivlərin strukturları arasında; valyuta ehtiyatlarının miqdarı və valyuta bazarında hərracların həcmləri arasında və s.) olduğuna görə, bu ölkələrin hökumətləri və mərkəzi bankları həmin sahələrdə baş verən prosesləri heç də həmişə səmərəli şəkildə tənzimləyə bilmir. Belə şəraitdə iqtisadiyyatın müdafiə funksiyasının “işə salınması”, başqa sözlə, bazar manasibətlərinə çəkindirici və əks sistemlərin daxil olunmasının zəruriliyi xüsusi əhəmiyyət kəsb edir ki, bu da qloballaşmanın mənfi iqtisadi və sosial nəticələrinə müqavimət göstərməyə, bazar mexanizmlərinin öz-özünə törəyən təsirinin qorxusunu məhdudlaşdırmağa, xaricdən ola biləcək böhran təzahürlərinin qarşısını almağa, maliyyə-bank sahəsində tənzimləmə mexanizmini təkmilləşdirməyə dair problemlərin həllini stimullaşdırmağa imkan verir.

NƏTİCƏLƏR
Beləliklə, qeyd etmək olar ki, son dörd onillikdə maliyyə globallaşması dünya inkişafında üstün yer tutan amildir və sistem xarakteri almışdır. Milli bank sistemlərinə, malların, xidmətlərin və kapitalların beynəlxalq axınlarının hərəkətinə və son nəticədə həm də xarici iqtisadi əlaqələrin inkişafına təsiri dünya iqtisadiyyatının təyinedici xüsusiyyətidir. Eyni zamanda, davam edən qlobal maliyyə-iqtisadi böhran beynəlxalq birliyin bütün üzvlərinin güclərini əhəmiyyətli dərəcədə fəallaşdırması və birləşdirməsinin, dünya valyuta-maliyyə sisteminin dəyişdirilməsi və yeni qlobal tənzimləmə sisteminin yaradılmasında real nəticələr əldə olunmasının zərurililiyini sübut edir.


ƏDƏBİYYAT
1. Мировая экономика: прогноз до 2020 года. Под ред. акад. А.А.Дынкина / ИМЭМО РАН. Москва: Магистр, 2007. – 429 с.
2. Mehdiyev R.Ə. Azərbaycan: qloballaşma dövrünün tələbləri: keçmişin dərsləri, bu günün reallıqları və gələcəyin perspektivləri. Bakı: XXI-Yeni Nəşrlər Evi, 2005. – 464 s.
3. Гришина О.А., Звонова Е.А. Регулирование мирового финансового рынка: Теория, практика, инструменты. Москва: ИНФРА-М, 2010. – 410 c.
4. Шемякина М.Н. Сценарии развития международного финансового рынка // Вестник РЭА им. Г.В. Плеханова, 2007, № 5. – Cс. 20-25.
5. Покровская В.В. Внешнеэкономическая деятельность. Москва: Экономистъ, 2006. – 672 с.
6. Held D., McGrew A.G., Goldblatt D., Perraton J. Global Transformations: Politics, Economics, and Culture. Stanford: Stanford University Press, 1999. – 540 p.
7. Головнин М. Финансовая глобализация и ограничения национальной денежно-кредитной политики // Вопросы экономики, 2007, № 7. – Cс. 20-34.
8. Официальный сайт Международного валютного фонда [Электронный ресурс]. Режим доступа: https://www.imf.org.
9. Официальный сайт Банка международных расчетов [Электронный ресурс]. Режим доступа: https://www.bis.org.
10. Ohmae K. The End of the Nation State: The Rise of Regional Economies. London: Harper Collins, 1996. – 224 p.
11. Rogalski M. Mondialisation: Presentation et remarques complementaires // Pensee, 1997, № 309. – Pр. 5-15.
12. Резанов В.Т. Экономическая стратегия России в условиях растущей глобализации мировой экономики // Философия хозяйства, 2004, № 3, 9-16.
13. Глобализация и национальные финансовые системы / Под ред. Дж.А. Хансона, П. Хонохана, Дж. Маджнони. Пер. с англ. Москва: Издательство «Весь мир», 2005. – 320 с.
14. Prasad E., Rogoff K., Wei S-J., Kose M. Effects of Financial Globalization on Developing Countries: Some Empirical Evidence. IMF Occasional Paper No. 220. Washington DC: IMF, March 17, 2003. – 86 p.
15. Лебедев А.Е. Финансовая глобализация: общая характеристика и вызовы для России. Москва: ИМЭПИ РАН, 2003. – 88 с.

Ключевые слова: финансовая глобализация, мировой финансовый рынок, финансовый кризис, финансовый капитал, финансовые инструменты.

Key words: financial globalization, world financial market, financial crisis, financial capital, financial instruments.

Açar sözlər: maliyyə qloballaşma, dünya maliyyə bazarı, maliyyə böhran, maliyyə kapitalı, maliyyə alətlər.

РЕЗЮМЕ
В статье раскрыты сущность и значимость финансовой глобализации в современных условиях, выделены её характерные черты. Представлена классификация факторов – геоэкономических, геополитических и локальных, которые оказывают влияние на участие национальных денежно-банковских систем в операциях международного финансового рынка. Показаны основные предпосылки, индикаторы и масштабы финансовой глобализации. Рассматриваются позитивные и негативные последствия данного процесса.

SUMMARY
The article reveals the essence and significance of financial globalization in modern conditions, highlights its characteristic features. A classification of factors — geoeconomic, geopolitical, and local — factors that influence the participation of national monetary and banking systems in the operations of the international financial market is presented. The main prerequisites, indicators and scales of financial globalization are shown. The positive and negative consequences of this process are considered.

 

 

 

 

"GEOSTRATEGİYA" jurnalı №06 (48) NOYABR-DEKABR 2018



Strategiya.az

Xəbərlər
21.04.2019

Azərbaycan komandası AGF Junior Trophy beynəlxalq turnirində beş halqa ilə qrup hərəkətlərində qızıl medal qazanıb

21.04.2019

Sabahın hava proqnozu

21.04.2019

Çaylarda sululuq səviyyəsi dəyişib

21.04.2019

Şri-Lankada törədilən partlayışlarda 25 nəfər ölüb

21.04.2019

Ermənistan silahlı qüvvələri atəşkəsi 22 dəfə pozub

21.04.2019

Ukraynada prezident seçkilərinin ikinci turunda səsvermə başlayıb

21.04.2019

Sabahdan Formula 1 ilə əlaqədar avtomobillərin hərəkəti məhdudlaşdırılacaq yolların SİYAHISI

21.04.2019

PSJ klubu "Monako" ilə oyuna 500 yanğınsöndürən dəvət edib

21.04.2019

Bu gün 29 şəhər və rayonda 22 min 748 şagird imtahan verəcək

21.04.2019

Türkiyədə son 117 ildə 210 güclü zəlzələ baş verib

21.04.2019

"Yuventus" vaxtından əvvəl İtaliya çempionu olub

21.04.2019

Sumoçumuz Avropa çempionatında qızıl medal qazanıb

20.04.2019

Qar 60-dan çox kəndin yolunu bağladı

20.04.2019

İndi də İsfəndiyar Axundovun qardaşı oğlu... 

20.04.2019

Azərbaycana qış geri döndü – Bakıya yağış, bölgələrə qar, dolu YAĞDI - VİDEO

20.04.2019

Yaxın Şərqdə iki təhlükəli proses: dağıdıcı trendlərin güclənməsi

20.04.2019

Sosial şəbəkə "bəyənmə"ləri yığışdırır - SƏBƏB

20.04.2019

3 alpinist İTKİN DÜŞDÜ: əşyaları tapıldı, özləri isə...

20.04.2019

Zakir Həsənov Türkiyə tərəfinə başsağlığı verib

20.04.2019

Elxan Ələsgərov: Ermənistan XİN rəhbəri işlətdiyi iki cümlədə azı yeddi səhvə yol verib

20.04.2019

DİQQƏT! Qaz sayğacınızda bu yazılar çıxırsa deməli...

20.04.2019

Makron Türkiyəni qəzəbləndirdi

20.04.2019

Yeni tikililərin işıq problemi daha tez həll olunacaq - QƏRAR

20.04.2019

Əlilliyə görə pensiyaların da elektron qaydada təyinatına başlanıb

20.04.2019

Elçin Əhmədov: Anti-Azərbaycan qüvvələrin ölkəmizə təzyiq göstərmək, onu öz yolundan döndərmək cəhdləri əbəsdir

20.04.2019

Türkiyədə yenə zəlzələ oldu

20.04.2019

“Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib

20.04.2019

İsrail Qəzza zolağına zərbələr endirib

20.04.2019

Poroşenko rəqibindən Vaşinqtona şikayət etdi

20.04.2019

"İdeal olmaq mümkün deyil" -Qvardiola

20.04.2019

Şimal bölgəsinin dağlıq ərazilərində temperatur mənfi 8 dərəcəyədək aşağı düşüb

20.04.2019

Bəzi geyimlər sağalmaz xəstəliklər yarada bilər - XƏBƏRDARLIQ - VİDEO

20.04.2019

İranın təhlükəsizlik naziri: ABŞ-ın casus şəbəkəsi aşkar edilib

20.04.2019

Ermənistan silahlı qüvvələri atəşkəsi 21 dəfə pozub

20.04.2019

Ukraynada prezident seçkilərinin ikinci turu ilə bağlı sükut günüdür

20.04.2019

Dolların aprelin 22-nə olan məzənnəsi 

20.04.2019

Yaponiya Olimpiya Oyunları zamanı ABŞ aviabazasından istifadə etmək istəyir

20.04.2019

Superliqada 29-cu tur başladı

20.04.2019

Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi yaradıldı

19.04.2019

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sağlamlıq imkanları məhdud uşaq və gənclərin, sosial müəssisə sakinlərinin sərgisi ilə tanış olub

19.04.2019

Mixail Qorbaçov İndoneziyada keçirilən seçkilərdə məğlub olub

19.04.2019

Göyərtəsində 5 ton narkotik maddə aşkarlanan gəmi İzmir limanına gətirilib

19.04.2019

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

19.04.2019

DİN: Külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb

19.04.2019

Azərbaycan Ordusunun nümayəndələri NATO-nun təlimində iştirak edib

19.04.2019

Aprelin 22-dən problemli krediti olan şəxslərə kompensasiya ödənişlərinin verilməsinə başlanacaq

19.04.2019

Müğənni Rüfət Axundov və Rəşad İlyasov məhkəməyə gəlmədi

19.04.2019

ABŞ Çavuşoğlunun təklifinə müsbət cavab verməyib

19.04.2019

Bakıda adam öldürməyə cəhddə təqsirləndirilən şəxsə ağır cəza

19.04.2019

Diqqət! Bu yollarda xətlənmə işləri aparılacaq