AZƏRBAYCAN RESPUBLİKASININ ENERJİ İXRACI SİYASƏTİNİN AVROPANIN ENERJİ TƏHLÜKƏSİZLİYİNDƏ ROLU

09:00 / 01.02.2019

Gülşən Xalıqova
Qərbi Kaspi Universiteti

“Azəri-Çıraq-Günəşli” yataqlarının müvəffəqiyyətlə işlənməsi “Çıraq” yatağından ilkin neftin çıxarılmağa başlanılması və neft hasilatı həcminin artımı yeni alternativ və daha təhlükəsiz boru kəmərinin çəkilməsi məsələsini gündəmə gətirdi. Geosiyasi və strateji nöqteyi-nəzərdən ən sərfəli neft marşrutu Gürcüstan ərazisindən keçməklə Qara dənizə çıxış əldə edəcək Qərb marşrutu ola bilərdi. Çünki Şimal marşrutu gərginliyin davam etdiyi qaynar ərazilərdən keçirdi və həm də məsafə uzaq idi. Ümummilli lider Heydər Əliyev çox uzaqgörənliklə alternativ ixrac boru kəməri kimi Qərb marşrutunu müəyyən-ləşdirmişdi.
Xəzər dənizinin zəngin karbohidrogen ehtiyatlarının dünya bazarına çıxarılmasının təmin edilməsində misilsiz rolu olacaq Bakı-Supsa ixrac boru kəməri layihəsinin təməli 1996-cı il martın 8-də Tbilisi şəhərində Azərbaycan Respublikası ilə Gürcüstan arasında imzalanmış hökumətlərarası sazişlə qoyulmuşdur (1, s.17)
Ümummilli lider Heydər Əliyevin müdrikliyi, qətiyyəti və siyasi iradəsi Bakı-Supsa neft kəməri marşrutu haqqında qərarın qəbul edilməsində həlledici rol oynamışdır. Həmin dövrdə ARDNŞ-in birinci vitse-prezidenti vəzifəsində işləyən İlham Əliyev “Əsrin müqaviləsi”nin beşinci ildönümünə həsr edilmiş təntənəli mərasimdə bununla bağlı öz çıxışında demişdir: “Qeyd etmək lazımdır ki, Bakı-Supsa ixrac neft kəməri layihəsinin həyata keçirilməsi Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin təkidi ilə baş vermişdir” (2, s.108).
Yeni neft strategiyasının həyata keçirilməsinin mühüm bir vəsiləsi olan Bakı-Supsa neft kəmərinin uzunluğu 830 kilometr, layihə gücü 5,1 milyon ton, gündəlik maksimum ötürmə qabiliyyəti 115 min bareldir”
Bakı-Supsa neft kəməri mövzusunda iqtisadi fayda baxımından həm Azərbaycan Respublikası, həm də Gürcüstan Respublikası üçün böyük əhəmiyyətə malik olan bir layihədir. Bu tarixi layihənin həyata keçirilməsi prosesində minlərlə yeni iş yeri yaradılmaqla bərabər, geniş regional kooperasiya inkişaf etdirilmiş, Azərbaycan və gürcü xalqları arasında dostluq, qardaşlıq və əməkdaşlıq ənənələri qorunub saxlanılmış, inkişaf etdirilmiş və daha da möhkəmləndirilmişdir.(3, s. 165)
Azərbaycan neftini dünya bazarlarına ixrac edəcək Bakı-Supsa neft kəməri Gürcüstanın, Azərbaycanın və Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinə daxil olan neft şirkətlərinin birgə səyləri nəticəsində başlanmış və onun inşası çox mürəkkəb şəraitdə davam etdirilmişdir. Qərb marşrutu üzrə neft kəmərinin çəkilişi bəzi dairələrdə və bir çox ölkələrdə narazılıqla qarşılansa da, Gürcüstanla Azərbaycan bu məsələnin həllində israrlı olduqlarını nümayiş etdirmişlər və tərəflər arasında imzalanmış sazişi həyata keçirərək ixrac boru kəmərinin praktiki surətdə inşası üçün səmərəli tədbirlər görmüşlər. Beləliklə Azərbaycan və Gürcüstan Respublikaları hökumətlərinin iradəsi və qarşılıqlı əməkdaşlığı şəraitində Qərb İxrac Boru Kəmərinin inşasına başlanılmışdır.
Bakı-Supsa neft kəmərinin inşasına 4 min nəfərdən artıq adam cəlb edilmiş, bunların 70 faizi Azərbaycan və Gürcüstan vətəndaşları olmuşdur. İxrac boru kəmərinin tikintisi 3 ildən az vaxtda – cəmi 30 ay ərzində başa çatdırılmışdır. Boru kəmərinin keçdiyi ərazilərdə ətraf mühitin və üzə çıxarılmış arxeoloji əhəmiyyətə malik tarixi abidələrin qorunması üçün tədbirlər həyata keçirilmişdir.(4, s.84)
1998-ci il dekabrın 10-da “Çıraq-1” platformasından ilkin Azərbaycan neftinin Bakı-Supsa ixrac boru kəmərinə vurulmasına başlanılmış və bu münasibətlə Səngəçal terminalımda təntənəli mərasim keçirilmişdir.
Artıq “Azəri-Çıraq-Günəşli” yataqlarının “İlkin neft” layihəsi çərçivəsində mühüm işlər görülmüşdü. İlkin neft və qazın sahilə nəqli üçün sualtı boru kəmərləri çəkilmiş, ümumi tutumu 650 000 barel olan “Çıraq” platformasından sutkada 150 000 barel (15 750 ton) xam nefti qəbul və emal etmək üçün layihələşdirilmiş Səngəçal terminalı istifadəyə verilmişdir. Xam nefti ölçmək və həm Şimal, həm də Qərb İxrac Boru Kəmərlərinə vurmaq üçün qurğulara malik olan Səngəçal terminalının istifadəyə verilməsi İlkin Neft Layihəsinin həyata keçirilməsinin ən böyük uğurlarından biri olmuşdur(5).
Xəzərin Azərbaycan Respublikası sektorunda ABƏŞ tərəfindən çıxarılan ilkin neft Bakı-Supsa İxrac Boru Kəməri ilə axıdılaraq, 1999-cu il yanvarın 1-də Gürcüstan sərhədini keçmişdir. Gürcüstan Boru Kəmərləri Şirkətinin məlumatına görə ixrac kəmərinin neftlə doldurulması qrafikə uyğun həyata keçirilmişdir.
1999-cu il fevralın 20-də Gürcüstan Boru Kəməri Şirkəti Supsa qəsəbəsində neftvurma terminalının quraşdırılmasını başa çatdırmışdır. 260 ton ağırlığında olan terminal sahildən 3 kilometr aralı məsafədə qurulmuşdur və Qara dənizdə ən güclü qasırğaya tab gətirə bilər. Supsa terminalı tutumu 150 min ton olan tankerləri neftlə doldurmağa imkan verir (2, 94).
Qərb İxrac Boru Kəmərinin uğurla inşası dünyanın aparıcı ölkələrinin marağına səbəb olmuş və onları yeni layihələrə sərmayə yatırmağa həvəsləndirmişdir. 1999-cu il və ondan sonrakı dövrdə neft yataqlarının birgə işlənməsi ilə bağlı ARDNŞ ilə xarici neft şirkətləri arasında yeni imzalanmış neft müqavilələri buna əyani sübutdur (6).
Bakı-Supsa neft kəmərinin inşası yeni, daha irihəcmli layihələrin həyata keçirilməsinə inamı daha da artırmışdır. Ümummilli lider Heydər Əliyev bununla əlaqədar olaraq demişdir: “Bakı-Supsa neft kəmərinin Gürcüstan və Azərbaycan üçün böyük iqtisadi əhəmiyyəti var. Biz bu yeni marşrutla Xəzər neftini təmiz halda dünya bazarına ilk dəfə çıxaracağıq. Bu, yalnız başlanğıcdır. Bakı-Supsa xətti ilə yanaşı keçəcək əsas marşrutun – Bakı-Tbilisi-Ceyhan neft kəmərinin inşası üçün başlanğıcdır” (3, s. 231).
Azərbaycan və Gürcüstan dövlətlərinin birgə fəaliyyəti nəticəsində böyük geosiyasi və iqtisadi əhəmiyyətə malik olan Bakı-Supsa neft kəmərinin və Supsa yerüstü terminalının inşası 1999-cu ilin aprelində çox uğurla başa çatdırılmışdır.
1999-cu il aprelin 17-də Gürcüstanda ilkin Xəzər neftinin Qərb istiqamətində nəqli üçün Bakı-Supsa İxrac Boru Kəmərinin, Supsa yerüstü terminalının və Varna-Poti-Batumi-İliçovsk bərə keçidinin rəsmi açılışına həsr edilmiş təntənəli mərasim keçirilmişdir.
Təntənəli mərasimdə Gürcüstan, Azərbaycan və Ukraynanın prezidentləri, rəsmi nümayəndə heyətlərinin üzvləri, müxtəlif beynəlxalq təşkilatların və strukturların, beynəlxalq konsorsiumların və ayrı-ayrı ölkələrin şirkətlərinin təmsilçiləri iştirak etmişlər.
Bakı-Supsa neft kəmərinin açılışı münasibətilə Gürcüstan prezidenti Şevardnadze milli radioya növbəti müsahibəsində demişdir ki, “17 aprel Gürcüstanın tarixinə qızıl hərflərlə yazılacaq”. Gürcüstan parlamentinin növbəti iclası da aprelin 17-də Supsada keçiriləcək təntənəli mərasimə həsr olunmuşdur. Çıxış edənlər gürcülərə qardaşlıq qayğısı göstərdiklərinə görə Azərbaycan xalqına, onun dünya şöhrətli lideri Heydər Əliyevə öz minnətdarlıqlarını bildirmişlər. Parlamentdə belə bir fikir səslənmişdir ki, “Bakı-Supsa neft kəməri gürcü və Azərbaycan xalqlarının onsuz da möhkəm olan dostluğunu daha da möhkəmləndirəcəkdir” (3, s. 251).
BTC boru kəmərinin olduğu kimi Bakı-Tbilisi-Ərzurum qaz kəməri layihəsinin də memarı və müəllifi ümummilli lider Heydər Əliyevdir.
2001-ci il sentyabrın 29-da Gürcüstan Prezidenti Eduard Şevardnadzenin Bakıya rəsmi səfəri zamanı Bakı-Tbilisi qaz kəmərinin tikintisinə dair Azərbaycan Respublikası ilə Gürcüstan arasında saziş imzalanmışdır. Bu sazişlə böyük tarixi əhəmiyyətə malik olan Bakı-Tbilisi-Ərzurum qaz kəməri layihəsinin bünövrəsi qoyulmuşdur.
Aparılan danışıqlarda bütün sahələrdə qarşılıqlı münasibətlərin inkişaf etməsi üçün çox iş görüldüyü qeyd edilmiş, “Şahdəniz” yatağından çıxarılacaq Azərbaycan qazının iştirakçı tərəflər üçün faydalı olduğu qeyd edilmiş və Gürcüstan ərazisi ilə Türkiyəyə nəqlinə dair hazırlanmış sazişin imzalanması məsələsinə toxunulmuşdur. Bununla əlaqədar ümummilli lider Heydər Əliyev demişdir ki, “Şahdəniz” yatağından çəkiləcək Bakı-Tbilisi-Ərzurum qaz kəməri bizim üçün də, düşünürəm ki, Gürcüstan üçün də böyük əhəmiyyətə malikdir. Təbiidir ki, Türkiyənin də bu qazı almağa ehtiyacı var (2, 65).
Mehriban dostluq və qardaşlıq şəraitində davam edən Azərbaycan-Gürcüstan danışıqları rəsmi sənədlərin imzalanması ilə başa çatmış və bu sənəd hər iki dövlət başçılarının bəyanatında öz əksini tapmışdır. Heydər Əliyevin bəyanatında deyilir: “Cənubi Qafqaz qaz kəməri haqqında, yəni “Şahdəniz” yatağından çıxarılacaq Azərbaycan qazının Gürcüstan vasitəsilə Türkiyəyə nəqli haqqında, daha doğrusu, Bakı-Tbilisi-Ərzurum qaz kəməri haqqında sənəd Azərbaycanın 1994-cü ildən başlayaraq Gürcüstan və Türkiyə ilə birlikdə həyata keçirdiyi neft strategiyasının, neft doktrinasının mühüm tərkib hissəsidir” (7).
Həmin dövrdə Amerika Birləşmiş Ştatları başda olmaqla Qərb dövlətləri bu mühüm alternativ qaz kəməri layihəsini dəstəkləyən bəyanat verdilər. 2001-ci il oktyabrın 1-də ABŞ dövlət departamenti Gürcüstan prezidenti Eduard Şevardnadzenin Bakıya səfəri zamanı Heydər Əliyevlə Bakı-Tbilisi-Ərzurum qaz kəməri ilə bağlı hər iki ölkənin imzaladığı hökumətlərarası sazişi dəstəkləyən bəyanat yaymışdır.
Qərb istiqamətində çəkiləcək yeni alternativ ixrac boru kəməri layihəsi də əvvəlki layihələr kimi əks qüvvələr tərəfindən ciddi müqavimətlə qarşılaşdı.
BTC neft kəmərinin çəkilməsi dövründə olduğu kimi Bakı-Tbilisi-Ərzurum qaz kəməri layihəsinin də gerçəkləşməsinə mane olmağa çalışan qüvvələr, xüsusilə də Rusiya, İran və Ermənistan, o cümlədən erməni lobbisi də əks təbliğatı gücləndirmişdilər. Həmin dövrdə Azərbaycan Dövlət Neft Şirkətinin birinci vitse prezidenti vəzifəsində işləyən, millət vəkili İlham Əliyev bu məsələ ilə əlaqədar olaraq demişdir:
“Bakı-Tbilisi-Ərzurum” qaz kəmərinin tikintisi zamanı da onlar eyni şəkildə hərəkət etdilər. Hər imkanda məsələ qaldırdılar ki, nə üçün kəmər Ermənistan ərazisindən keçmir? Ona görə ki, Ermənistan Azərbaycan torpaqlarını işğal etmişdir, qəsbkarlıq siyasəti yürüdür. Ona görə də bizim aramızda heç bir əməkdaşlıq ola bilməz! Bütün yollar Ermənistandan yan keçəcək” (9).
2001-ci il martın 12-dən 16-dək olan tarixdə ümummilli lider Heydər Əliyevin Türkiyəyə rəsmi səfəri dövründə aparılan danışıqlar Azərbaycanla Türkiyə arasında dostluq, qardaşlıq, strateji tərəfdaşlıq əlaqələrinin inkişafında yeni mərhələ olmuşdur. Rəsmi səfər zamanı Türkiyə rəhbərləri ilə aparılmış danışıqlar və keçirilmiş görüşlər Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum boru kəmərləri layihələrinin gerçəkləşməsinə əhəmiyyətli təsir göstərmişdir.
2002-ci ilin mayında Türkiyə parlamenti Cənubi Qafqaz Boru Kəməri layihəsi üzrə Türkiyə ilə Azərbaycan arasında bağlanmış hökumətlərarası sazişi ratifikasiya etmiş, həmin ilin dekabrında isə Cənubi Qafqaz Boru Kəməri layihəsi üzrə Ətraf Mühit və Sosial Sahəyə Təsirin Qiymətləndirilməsi sənədi Gürcüstan hökuməti tərəfindən təsdiq olunmuş və kəmərin tikintisi hüquqi cəhətdən qanuniləşdirilmişdir Türkiyənin Böyük Millət Məclisində nitq söyləyən Heydər Əliyev diqqəti “Şahdəniz” yatağında böyük təbii qaz ehtiyatlarının aşkarlanmasına yönəldərək Azərbaycan qazının Gürcüstan və Türkiyəyə ixrac ediləcəyi haqqında məlumat vermişdir.
Azərbaycanın “Şahdəniz” yatağından əldə olunacaq qazın Gürcüstan üzərindən boru kəməri vasitəsilə Türkiyəyə nəql edilməsinə dair Türkiyə ilə Azərbaycan arasında hökumətlərarası sazişin imzalanması boru kəmərlərinin gerçəkləşdirilməsi yönündə yeni bir mərhələnin əsasını qoydu. Bu saziş Türkiyə ilə Azərbaycan arasındakı siyasi-iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsi sahəsində irəliyə doğru atılmış mühüm bir addım oldu.
“Şahdəniz” yatağının işlənməsi haqqında qərar bütün dünyada əks səda doğurdu. ABŞ dövlət departamenti “Şahdəniz” yatağının növbəti mərhələyə qədəm qoymasını alqışladı. 1,2 trilyondan artıq təbii qaz ehtiyatına malik olan bu yatağın mərhələlərlə işlənməsi nəzərdə tutulmuşdur. “Şahdəniz”in birinci mərhələ işlənməsində maksimum 8 milyard kubmetr, ikinci mərhələ işlənməsində isə 16 milyard kubmetrə çatdırılması proqnozlaşdırılmışdı.
“Şahdəniz”in birinci mərhələsinə işlənmə, hasilat və nəqletmə sahələri daxildir. Yataqdan əldə edilmiş hasilat sualtı kəmərlərlə Səngəçal terminalına daxil olur, terminalda isə qaz və kondensat emal edilərək ixrac olunur.(8, s. 3-4)
Səngəçal layihəsinin nəqletmə hissəsini yeni bir qaz ixrac sistemi Gürcü-standan keçməklə Azərbaycandan Türkiyənin sərhədinədək uzanan 690 kilo-metrlik Cənubi Qafqaz Boru Kəməri təşkil edir. Layihədə nəzərdə tutulduğu kimi CQBK qaz kəməri də BTC boru kəməri ilə eyni dəhlizdə çəkilmişdir. Bu ətraf mühitə, sosial sahəyə təsirin minimuma endirilməsinə, vəsaitə və vaxta qənaət etməyə imkan yaratmışdır. CQBK-nin əməliyyatçısı konsorsiumun ən iri sərmayədarı olan BP şirkətidir.
Cənubi Qafqaz Boru Kəmərinin tikintisinə 2004-cü ilin oktyabrında baş-lanılmışdır. CQBK-nin 442 kilometri Azərbaycan Respublikasının, 248 kilometri isə Gürcüstan Respublikasının ərazisindən keçir. Bu boru kəmərinin tikintisində və “Şahdəniz” yatağının işlənməsində yeddi milli və beynəlxalq şirkət tərəfdaş qismində iştirak etmişdir. Şirkətlərin konsorsiumda payı göstərilən kimidir: BP (operator) 25,5%, Statoyl kommersiya operatoru 25,5%, NİCO – 10%, Total – 10%, LukAcip – 10%, TPAO – 9%, ARDNŞ – 10% (8).
“BP-Azərbaycan” şirkəti yatağının işlənməsi və hasilat prosesi dövründə “Şahdəniz” layihəsinin əməliyyatçısı kimi fəaliyyət göstərir. “BP” layihənin istismar mərhələsində isə “Şahdəniz” layihəsinin həm də texniki əməliyyatçısı kimi iştirak edir. “Şahdəniz” birinci mərhələdə həyata keçirilən işlənmə əməliyyatları üzrə xərclər nəzərdə tutulduğu kimi ümumilikdə təxminən 4,1 milyard ABŞ dolları təşkil etmişdir.
İlin sonunda Şahdəniz layihəsinin tərəfdaşları bildirmişlər ki, sözügedən layihənin təxmin edilən xərcləri 25 faiz artaraq daha öncə hesablanmış 3,2 milyard ABŞ dolları əvəzinə 4,1 milyard ABŞ dolları təşkil etmişdir. Bu artıma qismən həm neft sənayesindəki inflyasiya, həm də xarici valyuta üçün müəyyən edilmiş məzənnələrin dəyişməsi səbəb olmuşdur.
2005-ci ildə əsas diqqət TPS 500 platformasının montaj edilməsilə bağlı işlərin tamamlanmasına, sualtı boru kəmərlərinin çəkilməsinə, Səngəçal terminalının Şahdəniz sektorunun inşasına və CQBK-nin qalan seksiyasına yönəldilmişdir. “BP-Azərbaycan” şirkəti isə layihələrin uğurla reallaşdırılmasını davam etdirmişdir.
2006-cı ilin yayında Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Boru Kəmərinin istismara verilməsi Bakı-Tbilisi-Ərzurum qaz kəməri xəttinin tikintisinin aparılmasına əlverişli şərait yaratmış və onun tamamlanmasına inamı daha da artırmışdır. Ona görə də BTC neft kəməri istifadəyə verildikdən sonra BTƏ qaz kəmərinin tikintisi daha da sürətlənmişdir.
Avropa enerji təhlükəsizliyi məsələlərinin ən mühüm məsələyə çevrildiyini nəzərə alsaq, Azərbaycan qazının Gürcüstana və Türkiyəyə, daha sonra isə Qərb ölkələrinə ixrac ediləcəyinin böyük strateji əhəmiyyəti vardır. Bununla bağlı Prezident İlham Əliyev öz çıxışında qeyd etmişdir ki, “Qaz ehtiyatları ilə zəngin olan Azərbaycan Şahdəniz qaz yatağından çıxan qazı Avropaya göndərəcəkdir”
Avropa ittifaqı ilə əməkdaşlığın genişləndirilməsində Azərbaycanda həyata keçirilən enerji layihələri əhəmiyyətli rol oynayır. (9, s. 3-5)
ABƏŞ-in “BP-Azərbaycan” Strateji İcra Bölümünün rəhbərliyi 2006-cı ildə BTƏ boru kəmərinin tikintisini başa çatdırmaq üçün tərəfdaşlarla birlikdə öz fəaliyyətini daha da intensivləşdi. Səkkiz il “BP-Azərbaycan” şirkətinə rəhbərlik etmiş Deyvid Vudvord 2006-cı ildə təqaüdə çıxdıqdan sonra, şirkətin Strateji İcra Bölümünün yeni prezidenti Bill Şreyderin hesabat məlumatına görə bu ildə Cənubi Qafqaz Boru Kəmərinin istifadəyə verilməsi nəzərdə tutulmuşdur.
2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin inşası uğurla davam et-dirilərək, Gürcüstan-Türkiyə sərhədinə çatdırılmışdır. Bu ilin iyul ayında Cənubi Qafqaz Boru Kəməri vasitəsilə Türkiyənin “BOTAŞ” şirkətinin qaz nəqli sisteminə ilk Şahdəniz təbii qaz yanacağı verilmişdir.
Əvvəlcədən nəzərdə tutulmuş plana əsasən “Bakı-Tbilisi-Ərzurum” qaz kəməri uzadılaraq Türkiyənin qaz kəməri sisteminə birləşdirilməli və yeni qaz kəməri xətti tikilərək Türkiyə-Yunanıstan sərhədinə çatdırılmalı idi. Türkiyə ilə Yunanıstan qaz kəmərləri şəbəkələrini birləşdirəcək bu boru surətlə inşa edilərək 2007-ci ilin noyabrında Türkiyə-Yunanıstan sərhədinə çatdırılmışdır. Boru kəmərinin uzunluğu 296,5 kilometrdir, bunun 210 kilometri Türkiyənin, 86,5 kilometri Yunanıstanın ərazisindən keçir. Layihənin ümumi dəyəri 250 milyon avrodur. İlkin mərhələdə boru kəməri ilə 250 milyon kubmetr, ikinci ildə 500 milyon kubmetr, üçüncü ildə 750 milyon kubmetr qaz nəql edilməli, sonrakı 15 il ərzində isə bu göstərici 12 milyard kubmetrə çatdırılmalıdır (10).
2007-ci il noyabrın 18-də Türkiyə ilə Yunanıstan arasında inşa olunmuş qaz kəmərinin təntənəli açılış mərasimi keçirilmişdir.
Türkiyənin Ədirnə şəhərinin ərazisində Yunanıstanla sərhəddə yerləşən İpsala sərhəd-keçid məntəqəsində təşkil edilmiş tədbirdə Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyənin Baş Naziri Rəcəb Tayyib Ərdoğan, Yunanıstanın Baş Naziri Konstantinos Karamanlis, Türkiyənin energetika və təbii ehtiyatlar naziri Hilmi Gülər və ABŞ-ın energetika naziri Samuel Bodman və digər rəsmi şəxslər iştirak etmişlər.
Mərasimdə çıxış edən Türkiyənin Baş naziri Rəcəb Təyyib Ərdoğan iki qonşu ölkə arasında reallaşdırılan qaz kəmərinin açılış tədbirində Azərbaycan Prezidenti İlham Əliyevin iştirakını yüksək qiymətləndirmiş, Türkiyənin geosiyasi əhəmiyyətindən Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum neft-qaz layihələrindən danışan R.T.Ərdoğan Xəzər hövzəsinin təbii ehtiyatlarının Türkiyə və Yunanıstan ərazisi ilə Avropa bazarlarına çıxarılmasının yeni çoxtərəfli əməkdaşlığın əsasını qoyduğunu bildirmişdir.
Azərbaycan Prezidenti İlham Əliyev təntənəli açılış mərasimində nitq söyləmişdir. O, öz nitqində enerji sahəsində əməkdaşlıqdan danışaraq demişdir: “Bu gün Türkiyə ilə Yunanıstan arasında qaz xətlərinin birləşməsi bölgəyə yenilik gətiribdir enerji sahəsində mövcud olan əməkdaşlığın yeni formatı yaranıb və mən əminəm ki, bu başlanğıc çox uğurlu olacaqdır” .
Azərbaycan Bakı-Tbilisi-Ərzurum boru kəməri vasitəsilə üç ölkəyə – Gürcüstana, Türkiyəyə, 2007-ci il noyabrın 18-dən isə Yunanıstana da qaz ixrac edir. Prezident İlham Əliyev bu iş birliyini yüksək qiymətləndirərək belə xarakterizə etmişdir: “Bu gün üç ölkənin əməkdaşlığı məhz bu formatda müşahidə olunur. İstehsalçı, tranzit ölkə və qazı istehlak edən üç tərəf vahid formatda öz səylərini birləşdirir. Üç tərəfin maraqları tam şəkildə təmin olunur və əminəm ki, bu, bütün başqa ölkələr üçün nümunə ola bilər” Bakı-Tbilisi-Ərzurum boru kəməri ilə Azərbaycan qazının Türkiyə ərazisindən keçməklə Yunanıstana çatdırılması nəinki iki ölkə arasında iqtisadi əlaqələrin genişlən-məsinə, hətta siyasi münasibətlərin də yaxşılaşmasına müsbət təsir göstərmişdir. Türkiyə ilə Yunanıstan arasında siyasi mülayimləşmənin baş verməsi bunun əyani sübutudur. Hər iki ölkənin baş nazirlərinin qarşılıqlı rəsmi səfərləri bu fikri bir daha təsdiq edir. Türkiyə ilə Yunanıstan arasında siyasi gərginliyin zəiflədilməsi və iqtisadi əlaqələrin genişləndirilməsində Azərbaycan xoşməramlı vasitəçilik missiyasını yerinə yetirmişdir. Bununla əlaqədar olaraq Prezident İlham Əliyev demişdir: “Əminəm ki, bu gün burada, Türkiyə Yunanıstan sərhədində yaranan yeni əməkdaşlıq formatı daha da genişlənəcəkdir. Bu formata yeni ölkələr daxil olacaqlar. Əməkdaşlığın yeni formaları üzə çıxacaqdır” (11).
Cənubi Qafqaz Boru Kəməri istismara verildikdən sonra ahəngdar işləyir və ötürmə qabiliyyəti xeyli artırılmışdır. 2007-ci ilin sonunda CQBK-nin gündəlik qaz ötürmə qabiliyyəti 22,08 min kubmetrə çatdırılmışdır. İl ərzində kəmərin orta məhsuldarlığı gündə 8,970 milyon standart kubmetrdir Kifayət qədər sərmayə qoymaqla gələcəkdə CQBK-nin məhsuldarlığının 20 milyard kubmetrə çatdırılması proqnozlaşdırılır.
2008-ci ildə CQBK gündə 720 milyon kub fut, ildə isə 7,4 milyard kubmetr təbii qaz ötürmə qabiliyyətinə malik olmuşdur. CQBK-nin ötürmə qabiliyyətinin 720 milyon kub futdan 1,9 milyard futadək artırılması proqnozlaşdırılmışdır 2008-ci ildə “Şahdəniz”də faktiki qaz hasilatı 7,1 milyard kubmetr olmuşdur.
2009-cu ildə “Şahdəniz”də qaz hasilatı nəzərdə tutulmuş 9 milyard kubmetrə qarşı 6,2 milyard standart kubmetr olmuşdur. 2008-ci illə müqayisədə qaz hasilatı 13 faiz azalmışdır.


ƏDƏBİYYAT
1. Əsrin müqaviləsi 5 il 1994-1999. Bakı, ARDNŞ. 1999, 17 s.
2. Heydər Əliyevin Neft strategiyası. I hissə, Bakı, 2001, 186 s.
3. Heydər Əliyev. Müstəqilliyimiz əbədidir. İyirminci kitab. Bakı, Azərnəşr 2007., 365 s
4. Heydər Əliyev. Müstəqilliyimiz əbədidir. Ondoqquzuncu kitab. Bakı, Azərnəşr, 2006, 84s.
5. "Azərbaycan" qəzeti, Bakı, AzərTac, 1999-cu il, 20 aprel.
6. "Azərbaycan" qəzeti, Bakı, AzərTac, 1999-cu il, 18 aprel.
7. "Azərbaycan" qəzeti, Bakı, AzərTac, 1999-cu il, 18 aprel.
8. "Azərbaycan" qəzeti, Bakı, AzərTac, 1999-cu il, 22 aprel
9. "Azərbaycan" qəzeti, Bakı, AzərTac, 2004.18 may
10. “Ədalət” qəzeti, Bakı, 2007, 18 noyabr.
11. “Ədalət” qəzeti, Bakı, 2007, 30 noyabr.

Açar sözlər: Şaxələndirmək, Azəri, Çıraq-Günəşli, Geosiyasi, Qərb marşurutu.

Ключевые слова: Диверсифицировать, Азери – Чираг-Гюнещли, Геополитический, Западный маршурут.

Key word: Diversify, Azeri-Chiraq-Gunaşhli, Geopolitical, Veqt route.

Гюльшен Халыгова
Резюме
Роль политики экспорта энергоносителей Азербайджанской Республики в энергетической безопасности Европы
Что касается вопросов энергетической безопасности Европы, то это очень важная проблема, имеет большое стратегическое значение, что азербайджанский газ будет экспортироваться в Грузию и Турцию, а затем и на Запад. Энергетические проекты, реализуемые в Азербайджане, играют важную роль в расширении сотрудничества с Европейским Союзом.

Gulshan Xaliqova
SUMMARY
The Role of the energy export policy of the Republic of Azerbaijan in Europe's energy security
As far as European energy security issues are the most important issue, it is the great strategic importance that the Azerbaijani gas will be exported to Georgia and Turkey, and then to the West. The energy projects implemented in Azerbaijan play an important role in expanding cooperation with the European Union.



Strategiya.az

Xəbərlər
25.08.2019

“Avro 2019”: Voleybol üzrə Azərbaycan millisi Hollandiya yığması ilə qarşılaşıb

25.08.2019

Türkiyə ordusu İraqın şimalında üç şəhid verib
 

25.08.2019

Türkiyə təhlükəsizlik qüvvələri 24 terrorçunu məhv edib

25.08.2019

Sabahın hava proqnozu açıqlanıb

25.08.2019

Xaçmazda 2 nəfər bıçaqlanıb

25.08.2019

Oğuzda dağlıq ərazidə meşə yanır - 2 helikopter və təyyarə cəlb edilib

25.08.2019

Atəşkəs iriçaplı pulemyotlarla 21 dəfə pozulub

25.08.2019

“WordPress”in avtomatik yenilənmə siyasəti barədəXƏBƏRDARLIQ

25.08.2019

Şamaxıda yanğın olub

25.08.2019

Azərbaycandan Həcc ziyarətinə gedən zəvvarların sonuncu qrupu bu gün Vətənə dönəcək

25.08.2019

“Nur” şadlıq sarayında baş verən yanğın söndürülüb

25.08.2019

Çin lideri orduya döyüş hazırlığını yüksəltməyi tapşırıb

25.08.2019

"OPEC+" formatı: Azərbaycanın enerji siyasətinin növbəti uğuru

25.08.2019

“Qarabağ” – “Linfild” oyununun hakim təyinatları açıqlanıb

25.08.2019

Batmaq təhlükəsi ilə üzləşən iki nəfər xilas olunub

24.08.2019

Putin-Makron: Rusiya ilə Aİ münasibətlərinin ziddiyyətləri azalmır

24.08.2019

Avropa İttifaqı Amazonda yanğınların söndürülməsinə köməyini təklif edib

24.08.2019

Şamaxıda "Toyota"nın vurduğu piyada xəstəxanada öldü

24.08.2019

İran yeni raketini sınaqdan keçirib

24.08.2019

Bakıda narkobaronlara qarşı xüsusi əməliyyat - "Bibixanım" saxlanıldı (FOTO)

24.08.2019

Bazar gününə olan hava proqnozu

24.08.2019

Prezident İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının Baş katibini qəbul edib

24.08.2019

Xərə Zirə adasının palçıq vulkanı elementləri tədqiq edilib

24.08.2019

Azərbaycan millisi İsrail, Ukrayna və Latviya yığmaları ilə qarşılaşacaq

24.08.2019

Bakıda iki nəfər 18 manata görə bir nəfəri döydü - Polis isə...

24.08.2019

“Soyuz MS-14” Beynəlxalq Kosmik Stansiyaya birləşə bilməyib

24.08.2019

Şəkidə dağlıq ərazidə baş verən yanğın söndürülüb

24.08.2019

Neftin qiyməti ucuzlaşıb

24.08.2019

Moskva aeroportlarında 40-dan çox reys təxirə salınıb və ya ləğv edilib

24.08.2019

Kiçikhəcmli gəmilərin təhlükəsiz istismarı diqqət mərkəzində saxlanılır

24.08.2019

8 min manata yaxın pul və qızıl əşyalar oğurlayan Masallı sakini ələ keçdi

24.08.2019

Donald Tramp Çin mallarının idxal tariflərini yenidən qaldırıb

24.08.2019

Hirkan Milli Parkında yanğın tam söndürülüb

24.08.2019

İstirahət günlərində hava necə olacaq?

24.08.2019

Xəzər dənizində zəlzələ baş verib

24.08.2019

Atəşkəs snayper tüfənglərlə 19 dəfə pozulub

23.08.2019

Moskvada Putin və Ərdoğan arasında danışıqlar keçiriləcək

23.08.2019

"İnterpol" narkotik alverçisi olan azərbaycanlı barədə axtarış elan etdi

23.08.2019

Azərbaycanda bu məhsulların QİYMƏTLƏRİ ucuzlaşdı - SİYAHI

23.08.2019

Mərkəzi Bank depozit hərracı keçirəcək - Məbləğ yüz milyon manat

23.08.2019

Göyçayda evdən külli miqdarda pul oğurlanıb

23.08.2019

Şəhriyar Məmmədyarov amerikalı Uesli So ilə qarşılaşacaq

23.08.2019

Azərbaycanın xarici dövlət borcu açıqlanıb

23.08.2019

Mərdəkan körpüsündən avtomobil aşıb

23.08.2019

Rusiyadan gələn maşında 67 ədəd mobil telefon və dərman preparatları aşkarlandı

23.08.2019

Ümumi təhsil müəssisələrində vakansiya seçimi başa çatır

23.08.2019

Ötən gün törədilmiş 32 cinayətin üstü “isti izlər”lə açılıb

23.08.2019

Sabah 40 dərəcə isti olacaq

23.08.2019

Hava hücumundan müdafiə vasitələri döyüş atışları icra edib

23.08.2019

Bəyanat: İşğal olunmuş əzəli Azərbaycan torpaqlarında dini abidələr vandal münasibətlə üzləşib