CƏNUBİ QAFQAZDA ENERJİ SAHƏSİNDƏ REGİONAL LAYİHƏLƏRİN HƏYATA KEÇİRİLMƏSİNDƏ TÜRKİYƏNİN İŞTİRAKI

09:00 / 03.02.2019

Özen Murat
Bakı Slavyan Universiteti

Post-sovet dövründə regional enerji layihələrinin həyata keçirilməsi zamanı Türkiyə sosial və iqtisadi problemlərin həllində çətinliklər yaşayır, ölkənin enerji resurslarına olan təlabatını ödəyə bilmirdi. 1990-cı illərin ortalarından Mərkəzi Asiyanın və Xəzərin zəngin neft və qaz yataqları onun üçün əsas istehlak mənbəyi olmuşdur. Bu mənbələr həmçinin Türkiyə üçün strateji əhəmiyyət daşıyır. Ona görə strateji əhəmiyyət daşıyır ki, Azərbaycan və Qazaxıstan neftinin, Türkmənistan qazının Rusiya-İran marşrutlarından yan keçməklə nəql edilməsi ilə Türkiyə üçün yüksək səviyyədə tranzit imkanları yaratmışdır. Şübhəsiz ki, bu enerji dəhlizi kimi Türkiyənin geosiyasi əhəmiyyətini Qərbin gözündə artırırdı. Azərbaycan və Gürcüstanın müstəqilliyi və ərazi bütövlüyü Cənubi Qafqazda Türkiyə üçün aktual təhlükəsizlik məsələsi idi.
S.Dəmirəlin prezidentliyi zamanı Türkiyə aktiv surətdə Cənubi Qafqazda enerji və təhlükəsizlik problemlərinin həllinə cəlb edildi. O zaman Türkiyədə S.Dəmirəli Qafqaz üçün “Sabitlik Paktının Atası”, enerji sahəsində islahatlar üçün açıq qapı olan yeni bir dövrün carçısı adlandırırdılar. Həqiqətən, o, Xəzər regionunun dövlət başçılarının, xüsusilə Azərbaycanın lideri Heydər Əliyevlə sıx əlaqələr yaratmışdı.
1990-cı ildə S.Dəmirəl nəinki keçmiş Sovet respublikalarında Türkiyənin siyasi və iqtisadi canlanmasını müdafiə edirdi, həm də Qərbi Cənubi Qafqaz bölgəsində bazar iqtisadiyyatının qurulmasına yardım etməyə çağırırdı. 1992-ci ilin əvvəllərində müsahibəsində o, qeyd etmişdi: “Biz Qara Dəniz İqtisadi İttifaqını ona görə bərpa etməyə çalışırıq ki, o, əmtəə ölkələri kimi Balkanlar və yeni türk respublikalarını özündə birləşdirir. Əslində onların heç bir sənayesi yoxdur. Onlara xammal, texnoloji yardım, məsləhət və kapital qoyuluşu, eləcə də bazarlar lazımdır [9].
Enerji məsələlərinə gəldikdə isə onlarla bağlı qərarın qəbul edilməsinə birbaşa Enerji və Təbii Sərvətlər Nazirliyi, Türkiyənin dövlət boru kəməri nəqliyyat korporasiyası (BOTAŞ), Türk Neft Korporasiyası (TPAO) Nazirliyi və Türkiyə neftayırma zavodları Korporasiyası (TUPRA) cəlb olunur. Maliyyə Nazirliyi, Xəzinədarlıq, Dövlət Planlaşdırma Təşkilatı (DPT) da bəzi töhfələrini verirlər. Yuxarıda adları göstərilən orqanlar vaxtaşırı həm bir-biri ilə, həm də Türkiyə Xarici İşlər Nazirliyi ilə neft-qaz kəmərləri məsələləri üzrə müəyyən siyasi müzakirələr təşkil edirlər. Hər yeni hökumətin enerji problemləri sahəsində yeni strategiya ilə yeni baxışları olan yeni nazirlərinin siyasi proqramları var.
Türkiyə Xarici İşlər Nazirliyi həmişə enerji resurslarının yalnız Rusiya və İranın nəzarət altına keçməsindən ehtiyat edirdilər. Ona görə də Türkiyə Tengiz-Bakı-Ceyhan Trans-Xəzər qaz kəməri və neft kəmərinin tikilməsi ilə bağlı ABŞ-ın qərarına dəstək vermişdi və qəti surətdə qaz və ya neft marşrutunun Rusiya və ya İran ərazisindən keçməsinə qarşı çıxmışdı. Qaz ilə bağlı ölkənin ehtiyaclarının artan təzyiqi altında Türkiyənin Energetika Nazirliyi “neft-qaz” və bu kimi məsələlər üzrə İran ilə sıx əməkdaşlığa etiraz etməməyə məcbur oldu. Nazirlik İran vasitəsilə Türkmənistandan qazın nəqli ideyasını dəstəklədi [6, s.28-39].
1997-ci ildə Türkiyənin yeni hökuməti Rusiyada ikinci boru kəməri – “Mavi axın” Layihəsi yaratmaq üçün bir plan irəli sürdü. Emre Gönensayın qeyd etdiyi kimi, Rusiyanın Xəzər dənizində sualtı qaz kəmərinin tikintisinə mane olacağını hiss etdiyindən, eləcə də İranla bağlı hər hansı plana qarşı çıxdığından bu layihəni qismən Türkiyə Xarici İşlər Nazirliyi dəstəkləyirdi [11, s.46].
E.Gonensay əlavə edir ki, buna görə Türkiyə türkmən qazını daha keyfiyyətli və uzadılmış boru kəmərdən ala biləcəkdi. Bu halda Rusiya ucuz qiymətə Türkmənistandan qaz almaq və sonra dünya bazarı qiymətləri ilə Türkiyəyə satmaq imkanı əldə edirdi [11, s.47]. 2002-ci ildə Türkmənistan və Rusiya qaz müqaviləsini imzalayanda məhz bu baş vermişdi. Elə həmin ildə Türkiyədə rus lobbisinin fəal dəstəyi ilə “Mavi axın” adlı layihə uğurla həyata keçirildi [11, s.48].
Neft kəmərləri mövzusunda xarici siyasət üzrə mütəxəssislər arasında fikir ayrılığı da baş vermişdi. 1994-cü ilin sonuna yaxın boru kəmərlərində yaranan çətinliklərin öhdəsindən gəlmək məqsədilə Baş nazir Çillər E.Gönensayı boru kəmərləri siyasətinin baş koordinatoru təyin etdi. Vəzifəyə gəldikdən sonra E.Gönensay BOTAŞ-ın rəhbəri Hayretin Uzun ilə qarşı-qarşıya gəldi. E.Gönensay hesab edirdi ki, əgər Azərbaycanda Xəzər dənizinin neft yataqlarından “erkən neftin” daşınması üçün Bakı-Supsa neft kəmərinin tikintisinə Türkiyə əvvəlcə rəhbərlik etsə, Bakı-Ceyhan boru kəmərinin tikintisinin perspektivləri əhəmiyyətli dərəcədə yaxşılaşacaq. Bu, öz növbəsində, Bakı-Novorossiysk boru kəməri üzrə “erkən neft”in ötürülməsində Rusiyanı təhlükəsizlik zəmanətindən məhrum edərdi və bu marşrut üzrə bütün sonrakı ehtiyatların ötürülməsinin qarşısını alardı. E.Gönensay həmçinin Bakı-Supsanın Bakı-Ceyhan boru kəmərinin yekun layihəsinin bir parçası olmasına etiraz edirdi. Hayretin Uzun Bakı-Supsa boru kəmərini “səhv”, öz təhlükəsizliyini təmin etmək üçün Türkiyə manevrlərini isə “ikiqat səhv” adlandırmışdı” [11, s.49]. Ehtimal ki, Türkiyənin Bakı-Supsa xəttinin tikintisində dəstəyi və siyasi riskin olmaması təminatı Azərbaycan Beynəlxalq Şirkətinin rəsmilərinə öz təsirini göstərmişdi. 1996-ci ilin əvvəllərində Ana Vətən Partiyasına (ANAP) başçılıq edən Ankaranın yeni rəhbərliyi E.Gönensayı Türkiyənin Xarici İşlər Naziri təyin etdi. E.Gönensayın yeni təyinatı ilə Energetika Nazirliyinə yenidən boru kəməri nəqliyyatının siyasətini koordinasiya etmək tapşırığı verildi. E.Gönensayın fikrincə, yeni hökumətin Türkiyənin Bakı-Supsa boru kəmərinin tikintisi üçün 250 mln. dollar ayırmasından əvvəl ciddi şərtlərə əməl etməyi ağılsızlıq hesab edirdi. Bu şərtlərdən biri də ondan ibarət idi ki, AMOK əvvəlcədən ildə 25 milyon ton neftin “çatdırılmasının tam zəmanətini” verərək xam neftin nəqli üçün Bakı-Tbilisi-Ceyhan boru kəmərinin tikintisinə öz razılığını vermişdi. Eyni zamanda, iqtisadi cəhətdən kəmərin səmərəliliyi yalnız rəqəmlərin sayı 45 milyon tona çatanda ola bilər.
Belə tələblərdən imtina edərək, AMOK bildirmişdi ki, Bakı-Supsa boru kəmərinin inşası üçün maddi dəstək axtarmağa başlayacaq. O dövrdə Türkiyə enerji məsələləri üzrə aydın siyasi xətt seçmək iqtidarında olmamışdı; bu sahədə perspektivli regional layihələrin həyata keçirilməsinə siyasətçilər və iqtisadçılar arasında olan daxili fikir ayrılıqları da mane olurdu.
Eyni zamanda, Rusiyanın nüfuzu həmişə yüksək səviyyədə olmuşdur; çünki dövlətin iqtisadiyyatı banklarda baş verən müvəqqəti qalxıb-enmələrlə müəyyən edilmir. Bizim mövzuya qısa bir ekskursiya edək. Rusiyada 2014-2015-ci illərdə rubl ciddi surətdə və kifayət qədər aşağı düşür, neft qiymətlərinin düşməsindən asılı olaraq dollar və avronun qarışıq məzənnəsindən bank sistemi də əziyyət çəkir, lakin bütövlükdə iqtisadiyyat özünü qoruyub saxlayır.
Beləliklə, bir çox türk iş adamları Rusiya ilə normal münasibətlərin qorunub saxlanmasının tərəfdarı idilər. Belə ki, onlar ölkənin iqtisadiyyatına böyük məbləğ, müxtəlif mənbələrə görə, 6 milyard dollara qədər investisiya qoymuşdular. Onu da qeyd edək ki, XXI əsrin ilk rübündə Türkiyə şirkətləri ümumi məbləği demək olar ki, üç milyard dollar dəyərində olan Rusiyanın bir sıra tikinti layihələrində iştirak edirlər. 2-10 ilə isə 2,2 milyon dollar məbləğində işlərini artıq tamamlamışlar. XX əsrin sonunda rəsmi olaraq Türkiyə və Rusiya arasında ticarətin həcmi cəmi 3,4 milyard dollar təşkil etmişdir. Bundan əlavə, qeyri-rəsmi ticarət də təxminən eyni rəqəmlərə çatmışdır [9, s.47].
Türkiyə və Cənubi Qafqaz arasında baş verən ticarət və iqtisadi əməliyyatlara gəldikdə isə, onların həcmi Türkiyə-Rusiya kommersiya layihələrinin heç biri ilə müqayisə edilmir. Məsələn, 1998-ci ilin yanvarında Türkiyənin dövlət naziri Ahat Andican rəsmi olaraq bildirmişdi ki, milli şirkətlər Azərbaycan iqtisadiyyatına 1,5 milyard dollar investisiya yatırıb [2, s.810]. Gürcüstan Ticarət və Xarici İqtisadi Əlaqələr Nazirliyinin məlumatına görə, Türkiyə 1998-ci ildə Gürcüstana ümumi xarici investisiya axınının 4,7% təşkil etmişdir [1]. Bəzi müasir Qərb ekspertləri əldə etdikləri rəqəmlər ilə təsdiq edirlər ki, 2000-ci ilin əvvəlində Türkiyə Gürcüstanın ümumi xarici ticarətinin 30%-ini təşkil edərək, bu ölkənin əsas ticarət tərəfdaşı olan Rusiyanı əvəz etmişdir.
Azərbaycana və Gürcüstana Türkiyə ixracatının həcmi həmin ölkələrin idxalından çox yüksəkdir. Türkiyə Azərbaycana, əsasən, ərzaq məhsulları, mineral gübrələr, maşın və nəqliyyat avadanlıqları ixrac edir, oradan isə əsasən, tekstil, geyim və metal məmulatları idxal edir [8, s.199-200]. Türkiyə Gürcüstana qida məhsulları və elektrik cihazları ixrac edir, əvəzinə isə maşınqayırma üçün elektrik avadanlığı, ammonium nitrat və əlvan materialları alır [4, s.485].
1999-cu ildə yaradılmış koalisiya hökumətinin üç tərəflərindən biri olan ANAP-ın rəhbəri, keçmiş baş naziri Məsud Yılmazın və Enerji naziri Ersümerin Rusiya lobbisinin güclü təsiri altında olduğunu iddia edir. 1999-cu ilin dekabrında Çeçenistan haqqında canlı bir parlament debatından sonra Türkiyə dövlət işlərində Rusiya lobbisinin iştirakı məsələsini araşdırmağa çağırmışdı. M.Yılmaz administrasiyasının süqutundan sonra 1999-cu ilin sonunda Rusiya lobbiçiləri ilə sıx təmasda olan bir sıra türk inşaat şirkətlərinin öz nümayəndələrini Energetika Nazirliyi, TPAO və BOTAŞ-da rəhbər vəzifələrə irəli sürmək hüququ uğrunda yarışıdıqları məlum oldu.
Nəhayət, energetika sahəsində regional layihələrin həyata keçirilməsi haqqında danışarkən, Türkiyənin boru kəmərləri uğrunda mübarizə perspektivləri barədə bir neçə söz demək lazımdır. Dünya bazarlarına Azərbaycan və Qazaxıstan neftinin nəqli məsələsində hər iki tərəf bir sıra alternativ layihələr işləyib hazırlamışdır. Məşhur türk ambisiyalarının zəifləməsi və Bakı-Tbilisi-Ceyhan layihəsi Türkiyənin regional siyasəti və ümumiyyətlə, onun xarici siyasəti üçün böyük əhəmiyyət qazandırmışdı.
Türkiyənin Xəzər neft və qaz resurslarının paylanmasının fəal iştirakçısı olmaq arzusu onun iqtisadi və coğrafi mövqeyi ilə şərtlənir. Məsələn, Azərbaycan və Qazaxıstandan neft kəmərləri və Türkmənistandan qaz kəməri dünya bazarlarına Türkiyə ərazisindən keçə bilərlər. Beləliklə, Türkiyə hakim tranzit ölkəsinə çevrilə bilər. Bu, nəinki onun nüfuzunu artırardı, həm də Rusiya və İran ilə müqayisədə Cənubi Qafqaza daha güclü təsir etmək üçün ona siyasi və iqtisadi imkanlar verərdi. Bakı-Tbilisi-Ceyhan kəmərinin tikintisi Türkiyəyə mühəndislik və tikinti sektorunda işin xeyli gücləndirilməsinə imkan yaradardı. Eyni zamanda, dövlət büdcəsinə boru kəmərindən istifadə üçün tranzit rüsumu daxil olacaq.Buna görə də, Türkiyə Xarici İşlər Nazirliyi və Türkiyə hərbi qüvvələri hər yerdə qızğın surətdə Bakı-Tbilisi-Ceyhan boru kəmərini dəstəklədiyini bildirmişdilər.
Xəzər nefti və qazı Türkiyənin öz enerji ehtiyaclarının artımı ilə bağlı xüsusi əhəmiyyət kəsb edir. Türkiyənin Energetika Nazirliyinin 1999-cu ilin əvvəlinə olan məlumatına görə 2000-ci ildə 34,6 milyon ton neft, 2010-cu ilə isə 49 milyon ton neft tələb olunacaq. Türkiyəyə neftin ənənəvi təchizatçıları Səudiyyə Ərəbistanı, İraq və İrandır. Bundan əlavə, 2010-cu ildə Türkiyə Energetika Nazirliyi Rusiya və Xəzər regionundan 20 milyon ton xam neftin idxalını planlaşdırmışdır. Bu neftin çox hissəsi Bakı-Tbilisi-Ceyhan kəməri ilə nəql edilə bilər. Türkiyə bazarı hər il Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə gedən neftin 15-20 milyon tonunu mənimsəyə bilər.
Energetika aspektinə gəldikdə isə, bəzi amillərə görə Türkiyə alternativ neft və qaz mənbələrini ehtiyatda saxlamaq niyyətindədir. Bu, qonşu ölkələrin neft və qazın qiymətini artırması və ya müxtəlif səbəblərdən enerji resurslarının çatdırılmasının mümkün olmamasından irəli gəlir. Ona görə də Türkiyə öz enerji təhlükəsizliyi maraqlarına üstünlük verərək, hər hansı bir tədarükçüdən son dərəcə asılı olmaqdan çəkinir.
XX-XXI əsrlərin qovuşuğunda Türkiyə Azərbaycan və Qazaxıstandan olan xam neftin ixracı üçün Ceyhanı Aralıq dənizinin terminalına çevirmək üçün əlindən gələni etmişdir. 1992-ci ilin avqustunda Türkiyə KİV-də N.Nazarbayevin Aralıq dənizində Türkiyə vasitəsi ilə qaz kəmərinin tikintisinin üç il ərzində başa çatacağı barədə söylədiyi sözlər sitat gətirilmişdi. Əvvəlcə, Türkiyə dövlət şirkəti ВОТАŞ enerji marşrutunun Ermənistandan keçməsi ilə bağlı bir sıra təkliflər irəli sürmüşdü. Lakin, Qarabağ problemi Türkiyə üçün məqbul həll edilə bilməzsə, ehtimal ki, buraya İran ərazisindən keçən “təhlükəsiz” qısa alternativ bir yol daxil idi. 1993-cü ilin sonunda ermənilərin hücumu nəticəsində onların Araz çayının şimal sahilləri boyunca uzanan Azərbaycan ərazisinin çox böyük hissəsini nəzarət altına almaları ilə əlaqədar İran vasitəsilə dolayı yol uzadıldığından İran versiyasının vacibliyi mənasını itirdi. Bundan əlavə, ABŞ kəskin halda İran versiyasına qarşı çıxmışdı.
Əslində, Bakıdan Ceyhana qısa və asan boru neft kəmərinin marşrutu Araz çayı vasitəsilə, yəni Ermənistan ərazisinin 40 kilometrlik sahəsindən keçir. Türkiyə bu kəmərin tikintisinin Qarabağ münaqişəsinin həlli üçün stimul olacağına ümid etdiyindən onu əvvəlcədən müdafiə etmişdi. Daha sonra Türkiyə və Azərbaycan Xəzər neft kəmərini Gürcüstandan nəql etmək barədə razılığa gəldilər. Onun maraqlarına cavab vermədiyi üçün Rusiya tərəfi həmin layihəyə qarşı çıxdı. Azərbaycan həm Rusiya imperiyasının, həm də Sovet İttifaqının yanacaq üçün ənənəvi təchizatçısı olmuşdur. Əslində, onu təsir orbitindən çıxarmağı post-sovet Rusiyası da qabağına məqsəd qoymamışdı.
Lakin boru kəməri layihəsinin həyata keçirilməsi bir qədər ləngiyirdi, bu isə alternativ layihələr ilə müqayisədə Türkiyənin iqtisadi potensialını azaldırdı. 1995-ci ilin oktyabrında AMOK artıq mövcud Bakı-Novorossiysk boru kəməri üzrə xam neftin ilk məhdud partiyasının (“xam neft”) nəqlinə qərar verdi. 1997-ci ilin payızından başlayaraq, neft fasiləsiz olaraq bu xətt ilə ötürülür. Bundan başqa, Gürcüstan və Azərbaycan Bakını Gürcüstanın Supsa limanına birləşdirən bir boru kəməri haqqında razılaşırlar. Sonralar Bakı-Tbilisi-Ceyhan boru kəmərinin bir hissəsi olmaqla Bakı-Supsa kəmərinin tikintisini dəstəklədiyinə baxmayaraq, Türkiyə hökumətinin hələ də bəzi şübhələri var idi. Məsələn, BOTAŞ şirkətinin rəhbəri Hayrettin Uzun bildirmişdi ki, Türkiyə Bakı-Supsa neft kəməri ideyasını dəstəkləməklə səhvə yol vermişdi, o, öz diqqətini Bakı-Tbilisi-Ceyhan neft kəmərinin marşrutuna yönəltməlidir.
Türkiyənin enerji sektorunda rəqabət apardığı digər mühüm regional layihəsi Rusiyanın Qara dəniz sahilinə Qazaxıstandan Tengiz neftini nəql etməyi təklif edən Xəzər Boru Kəməri Konsorsiumu (CPC) oldu. Rusiya tərəfi bu marşrutla daha çox Bakı-Tbilisi-Ceyhan neft kəmərinin əhəmiyyətini azaltmaq və əsas stimulu öz tikintisinə vermək istəyirdi. Lakin Türkiyə, Amerika Birləşmiş Ştatlarının dəstəyini hiss edərək Bakı-Tbilisi-Ceyhan layihəsindən tamamilə imtina etmədi. Türkiyə rəsmilərinə görə, ABŞ administrasiyasının İran ərazisində boru kəmərinin tikintisinə böyük müqavimət göstərməsi, eləcə də Ermənistan vasitəsilə neft tranzitinə Azərbaycan tərəfinin etirazı Gürcüstan ərazisindən keçən Bakı-Tbilisi-Ceyhan neft kəmərindən başqa heç bir variant saxlamadı. Dünya Bankının dəstəyi ilə 1998-ci ildə edilən bir araşdırma yalnız bu marşruta üstünlük verdi. Onun 45-50 milyon ton illik həcminin təxmini dəyəri 2,4 milyard dollar olmuşdur. Türkiyə Bakı-Ceyhan boru kəmərinin Türkiyə hissəsinin tikintisi ilə bağlı hər hansı bir əlavə xərcləri ödəməyə vəd etmişdi. Bu xərclər 1,4 milyard dollara çatmışdı [10, s.44].
Bakı-Tbilisi-Ceyhan boru kəmərinin strateji əhəmiyyətini aydın qiymətləndirən ABŞ administrasiyası bu layihəyə dəstək olmaq üçün AMOK-u israrla təhrik edirdi. 1999-cu ilin oktyabr ayında belə təzyiq altında, aparıcı şirkət AMOK rəsmi olaraq neftin Avropaya tədarük ediləcəyini həyata keçirən Bakı-Ceyhan boru kəmərinin planını “strateji layihə” kimi tanımışdı. İstanbulda ATƏT-in sammitində (1999, noyabr) ABŞ prezidenti Klintonun iştirakı ilə Türkiyə və Azərbaycan arasında ümumi hökumətlərarası saziş, eləcə də digər bir sıra sənədlər imzalandı. Bundan əlavə, iqtisadi Bakı-Ceyhan layihəsi üzrə hökumətlərarası sazişə Qazaxıstan neftinin “əhəmiyyətli həcmdə” nəqli ilə əlaqədar protokol da əlavə edildi.
1997-ci ilin sonuna doğru fəaliyyətdə olan Novorossiysk Rusiya boru kəmərinə ilk Azərbaycan nefti verilmişdir. Türkiyə dərhal Bakı-Ceyhan boru kəmərinə dəstək üçün yeniden bir sıra arqumentlər təqdim edərək öz fəaliyyətini sürətləndirdi. Onların arasında ən başlıcası: enerji ilə zəngin Xəzəryanı dövlətin artıq neft ixracı üçün Rusiyadan güclü asılılığı olmamalıdır. Bakı-Ceyhan xəttini Novorossiyskə birləşdirmədən Rusiya nefti də Ceyhanla nəql edilə bilər. Ceyhan limanı Novorossiyskdən daha tutumludur, üstəlik, qış şəraitində də müntəzəm fəaliyyət göstərə bilər. Novorossiyskdə keyfiyyətli Azərbaycan neftinə Rusiyanın keyfiyyətsiz xam neftinin qatılması ixrac məhsulun ümumi keyfiyyətini azaldır. Türkiyə rəsmiləri də ekoloji təhlükədən əlavə Bosfor vasitəsilə neftin nəqli zaman yüksək kommersiya riski haqqında xəbərdarlıq etmişdilər. Türkiyənin Xarici İşlər Naziri İsmayıl Cem bəyanat vermişdi: “Biz belə hesablaşmaları quranlara (yəni, boğazların fəaliyyət planları) nəinki cari həcmdə olan, eləcədə 1999-cu ildə planlaşdırılan neftin daşınması üçün ciddi maneələr olduğu barədə xəbərdarlıq edirik. Bu məqsədlə Türkiyə beynəlxalq hüquq və öz qanunları ilə nəzərdə tutulmuş bütün mümkün vasitələrdən istifadə etmək niyyətindədir. Mən Bakı-Ceyhan boru kəməri ilə Xəzər neftinin nəqlinə qarşı çıxan şirkətlərə, yuxarıda göstərilən faktları nəzərə almağı təklif edərdim. Türkiyə ekoloji sistemin və türk boğazlarının tarixi və mədəni dəyərlərinin qorunması üçün bütün zəruri tədbirləri görmək hüququna malikdir” [5, s.91].
Bu tədbirlərin bəziləri bunları nəzərdə tuturdu: İstanbulun ətraf mühitinin korlanması və əhaliyə potensial təhlükəni nəzərə alaraq, Bosfordan keçən tankerlərin trafik intensivliyinin məhdudlaşdırılması və sonra malların neft tankerlərinə çatdırılmasından imtina edilməsi. Sonra, maksimum səviyyədə gəmilərin sahiblərinin sığorta məsuliyyətinin artıracaq beynəlxalq standartların tətbiqi. Belə olduqda Bosfor boğazından böyük miqdarda neftin nəqli iqtisadi cəhətdən səmərəli olmayacaq.
Beləliklə, biz Türkiyənin neft və boru kəmərləri uğrunda mübarizədə də onun nəinki dövlət-hökumət səviyyəsində fəaliyyətinin, eləcə də neft şirkətləri ilə birbaşa ünsiyyət qurduğunun şahidi oluruq. İqtisadi məlumatlara əsasən 1998-ci ilin sonunda Bakı-Tbilisi-Ceyhan layihəsinin yararlı olmadığı vurğulananda, Türkiyənin Energetika Nazirliyi təcili neft şirkətlərinin nümayəndələri (o cümlədən Azərbaycan və Gürcüstanın tərəfləri ilə qərarların qəbul edilməsində məsuliyyət daşıyan şəxslərlə) ilə təcili olaraq görüş təşkil etdi ki, onlara nəinki bu layihənin imkanlarının geniş olduğunu, həmçinin onun iqtisadi mümkünlüyünü inandırmağa yenidən cəhd etsin.
Türkiyə ABŞ Administrasiyası tərəfindən təsdiq edilmiş Bakı-Tbilisi-Ceyhan layihəsini dəstəkləməkdə ardıcıl hərəkət edirdi. 2006-cı il iyunun 4-də ilk neft partiyası BTC ilə Azərbaycan, Gürcüstan, Türkiyə ərazisindən 1.768 km məsafə qət edib, Ceyhan limanına çatdı. Hal-hazırda BTC-də TPAO-nun payı 6.53%, “Azəri-Çıraq-Günəşli” layihəsində 6.75%, “Şahdəniz” layihəsində 9%-dir [3, s.76-77].
Bakı-Tbilisi-Ərzurum qaz kəməri “Şahdəniz” yatağından hasil edilən qazın bir hissəsini (7,7 mlrd. m3 ) Bakıdan Türkiyənin Ərzurum şəhərinə nəql etmək üçün tikilib. Uzunluğu 970 km olan, məhsuldarlığı ildə 30 mlrd. m3 olan kəmər BTC-yə paralel çəkilib. Kəmərin tikintisi 2004-cü ildə başlayıb və 2006-cı ilin sonunda başa çatıb. Bağlanmış müqaviləyə müvafiq olaraq Türkiyə 15 il ərzində 91,0 milyard m3 qaz alacaqdır. Ərzurum şəhərindən kəmər Türkiyənin daxili qaz kəmərləri şəbəkəsinə qoşulacaq ki, bu da Azərbaycan qazının Türkiyənin qərbinə nəql olunaraq Cənubi Avropa ölkələrinə çıxmasına imkan yaradacaqdır [3, s.77].
Bu istiqamətdə mühüm addım Trans-Anadolu Qaz Kəməri (TANAP) layihəsi oldu. 2011-ci il dekabrın 24-də layihə ilə bağlı Azərbaycan ilə Türkiyə arasında Anlaşma Memorandumu, 2012-ci il iyunun 26-da İstanbulda Azərbaycanın təbii qazını Türkiyəyə və Avropaya nəql edəcək TANAP müqaviləsi imzalandı. TANAP Cənubi Qaz Boru Kəməri (CQBK) və TAP ilə birləşərək Cənubi Qaz Dəhlizini meydana gətirir. 2015-ci ilin martında Qarsda TANAP-ın təməli atıldı, 2018-ci il iyunun 12-də Türkiyənin Əskişəhər şəhərində TANAP qaz kəmərinin istifadəyə verilməsi münasibətilə təntənəli mərasim keçirildi. TANAP layihəsi Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından və Xəzərin digər sahələrindən hasil edilən təbii qazın Türkiyəyə və Avropaya nəqlini nəzərdə tutur. Cənub Qaz Dəhlizinin əsas seqmentlərindən biri olan TANAP Gürcüstandan və Türkiyənin 20 vilayətindən keçərək Yunanıstan sərhədinə qədər uzanır. Xatırladaq ki, uzunluğu 1805 kilometr olan TANAP boru kəmərinin diametri 56 və 48 düym, Mərmərə dənizi boyunca isə 36 düym təşkil edir. Kəmərin dəniz səviyyəsindən maksimal hündürlüyü 2700 metr yüksəklikdə yerləşir. Kəmərdən Türkiyə qazpaylama sisteminə iki qol ayrılıb və onun maksimum illik ötürücülük qabiliyyəti 31 milyard kubmetrdir. Layihənin ilkin mərhələsində illik ötürücülük qabiliyyəti 16 milyard kubmetr qaz təşkil edəcək. TANAP layihəsi təbii qazın “Şahdəniz”, eyni zamanda, Azərbaycanın digər yataqlarından Avropa bazarlarına nəql edilməsi potensialına görə mühüm siyasi və iqtisadi əhəmiyyətə malikdir [7].
Məqalənin sonunda belə bir qənaət hasil olur ki, Cənubi Qafqaz ərazisində Xəzər neftinin ixrac marşrutları ilə əlaqədar rəqabət sahəsində də əlamətdar irəliləyiş oldu. Son vaxtlara qədər Rusiya və Türkiyə Qərb bazarlarına neftin çatdırılması üçün razılaşmışdılar. Araşdırmalar göstərir ki, Rusiya hökuməti Bakı-Tbilisi-Ceyhan boru kəməri layihəsinə öz etirazlarını aradan qaldırdı. Bu layihəni sabotaj etmək əvəzinə, Rusiya yüksək keçirici qüvvəyə malik Tengiz-Novorossiysk boru kəmərinin tamamlanması istiqamətində addımlar atdı. Bundan əlavə, Moskva Bakı-Tbilisi-Ceyhan boru kəmərinin çəkilməsi və istismarında iştirak etmək üçün Rusiya şirkətlərini işə cəlb etdi.
Beləliklə, enerji məsələləri üzrə qərarların qəbul edilməsində, Türkiyə hökuməti iqtisadi mülahizələrlə paralel siyasi mülahizələri əlində rəhbər tutur.


ƏDƏBİYYAT
Allison R. The Military and Political Security. Oxford: Oxford University Press, 2005, 287 p.
Alman A. Turks Helps Azeris against Armenia. Daily Telegraph, 7 July, 1992, 177 р.
Azərbaycan-Türkiyə əlaqələri son 20 ildə: uğurlar və imkanlar (məqalələr toplusu). Bakı: SAM /ATİB, 2011, 158 s.
Henze Paul. The Lands of Many Crossroads: Turkey’s Caucasian Initiatives. II Orbis, Vol.45, No.l, Winter, 2001, р. 90-91.
Ingmar O. (ed). Priorities in Russian Foreign Policy: West, South or East? Stockholm: Swedish Defense Research Establishment, 1997, 202 р.
Pain Emil A. Contagious Ethnic Conflicts. London: AST, 218 p.
TANAP-ın açılışı oldu. 12.06.2018 // http://modern.az/az/news/168396
Trenin Dimitry. Russia’s Security Interests and Policies. Stockholm: Swedish Defense Research Establishment, 1997, 222 р.
Walker Christopher J. Armenia and Karabakh: The Struggle for Unity. London: Minority Right Publications, 2011, 198 р.
Wilde J. The Phoenix of Turkish Politics // Time, Vol. 139, Issue 6, October 1992, p. 66-69.
Winrow Garet M. Turkey and the Caucasus: Domestic Interest and Security Concerns, L.: The Royal Institute of International Affairs Press, 2000, 232 p.

Açar sözlər: Cənubi Qafqaz, strategiya, Türkiyə, layihə, energetka, təbii resurslar, geosiyasət.
Ключевые слова: Южный Кавказ, стратегия, Турция, проект, энергетика, природные ресурсы, геополитика.
Key words: South Caucasus, strategy, Turkey, project, energy, natural resources, geopolitics.

Мурат Ахмет оглу Озен
УЧАСТИЕ ТУРЦИИ В РЕГИОНАЛЬНЫХ ПРОЕКТАХ В ЭНЕРГЕТИЧЕСКОМ СЕКТОРЕ НА ЮЖНОМ КАВКАЗЕ
Резюме
В статье рассмотрены некоторые наиболее значимые факторы усиления политической и экономической роли Турции в странах Южного Кавказа. О них реально стало возможным говорить лишь на рубеже XX-XXI веков, когда Турция, свободная от штампов прошедших времён, стала искать себе политических и экономических союзников среди ближайшего окружения. Страна устанавливает добрососедские отношения с Азербайджаном и Грузией. Турция решительно отвергает западные модели примата неуправляемого хаоса, равно как и идеализм, противопоставляя им новые конформистские решения. А именно: Турция старательно избегает политики двойных стандартов, а также внимательно следит за возможностью активного вмешательства России и Ирана в экономику Южного Кавказа, а также выступает против российского военного присутствия в Грузии и Армении.

Murat Ahmet Ozen
TURKEY’S PARTICIPATION IN REGIONAL PROJECTS IN THE ENERGY SECTOR IN THE SOUTH CAUCASUS
Summary
The article is devoted to the some of the most significant factors of strengthening the political and economic role of Turkey in the countries of the South Caucasus. They really became possible to talk about them only at the turn of the 20th and 21st centuries, when Turkey, free from the stamps of the past, began to seek political and economic allies among its closest associates. The country establishes good-neighborly relations with Azerbaijan and Georgia. Turkey resolutely rejects Western models of the primacy of uncontrolled chaos, as well as idealism, opposing them with new conformist solutions. Namely: Turkey carefully avoids the policy of double standards, and closely watches the possibility of active intervention of Russia and Iran in the economy of the South Caucasus, and also opposes the Russian military presence in Georgia and Armenia.



Strategiya.az

Xəbərlər
19.02.2019

Saatlı sakinindən silah-sursat götürülüb

19.02.2019

Daha 200 məcburi köçkün ailəsinə yeni mənzil verilib 

19.02.2019

Azərbaycan-Türkiyə münasibətlərinin inkişafına parlamentlərarası dostluq qrupları da töhfə verirlər

19.02.2019

Bahar Muradova: ATƏT PA-nın qış sessiyasında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fikirlər səsləndiriləcək

19.02.2019

Buraxılış imtahanlarının vaxtı məlum olub

19.02.2019

Güclü külək Mingəçevirdə fəsadlar törədib

19.02.2019

Dahi Nəsiminin 650 illik yubileyinə həsr olunmuş stend-sərgi hazırlandı

19.02.2019

Hazırda paytaxtda sıxlıq və tıxac olan yolların SİYAHISI

19.02.2019

Həsrətlə gözlənilən qar 4 kəndlə əlaqə kəsdi: sürücülər yolda qaldı

19.02.2019

Yolüstü kənd sakini Türkel Ağarzalı saxlanılıb

19.02.2019

Rusiya XİN-in rəhbəri və ATƏT-in fəaliyyətdə olan sədri Ermənistan Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizama salınması məsələsini müzakirə ediblər

19.02.2019

Hansı qan qrupu hansı xəstəliyin riskini artırır

19.02.2019

Canavarların kəndlərə hücum etməsinin qarşısının alınması ilə bağlı İşçi Qrup yaradılıb

19.02.2019

ABŞ-da azərbaycanlı gəncin qatilini həbs ediblər

19.02.2019

"Barselona"nın "Lion"la ilk oyun üçün heyəti - siyahı

19.02.2019

Uzun ömür sürmək üçün nələrə DİQQƏT EDƏK? - VİDEO

19.02.2019

Türkiyədə çökmüş mədənin dağıntıları altından daha iki nəfərin cəsədi çıxarılıb

19.02.2019

Azərbaycanda orta məktəbi xüsusi nailiyyətlərlə başa vuranlara xüsusi nümunəli attestat veriləcək

19.02.2019

“Birinci və axırıncı səhvimizdir” - Qaynatanın mal-qarasına "göz dikən" yeznə – VİDEO

19.02.2019

“Fənərbağça”nın sabiq futbolçusu ABŞ klubuna transfer olunub

19.02.2019

Bakıda şirniyyat evinin fəaliyyəti məhdudlaşdırılıb

19.02.2019

Fərid Şəfiyev Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri təyin edilib

19.02.2019

Türkiyə “Türk axını” layihəsinə 23 milyon dollar sərmayə qoyacaq

19.02.2019

Prezident İlham Əliyev Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbərinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

19.02.2019

Kürdəxanıda 704 partlamamış hərbi sursat aşkarlanıb

19.02.2019

ABŞ-ın 16 ştatından ibarət koalisiya Prezident Donald Trampı məhkəməyə verib

19.02.2019

Bakıda qanunsuz odlu silah gəzdirən Masallı sakini saxlanılıb

19.02.2019

Sabah hava yağmursuz keçəcək

19.02.2019

Sumqayıtda 63 yaşlı qadının meyiti aşkarlanıb

19.02.2019

Prezident İlham Əliyev bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında fərman imzalayıb

19.02.2019

Yalnış yazılan protokol cərimələrinə qarşı NƏ ETMƏLİ? - VİDEO

19.02.2019

Bakı sakininin evindən 2 kq-a yaxın heroin tapılıb

19.02.2019

İkardi "Yuventus"a keçir? - "İnter"dən açıqlama

19.02.2019

SAATLI SAKİNİNDƏN SİLAH-SURSAT GÖTÜRÜLÜB

19.02.2019

Qanuna 18 yaşınadək şəxslərə siqaret və spirtli içki satışını qadağan edən dəyişiklik qəbul olundu

19.02.2019

Ötən gün ən çox qar BU ƏRAZİLƏRƏ yağıb

19.02.2019

Prezident İlham Əliyev Avropa Komissiyasının nümayəndə heyətini qəbul edib

19.02.2019

Ölkənin əsas avtomobil yollarındakı SON VƏZİYYƏT

19.02.2019

“Azeri Light”ın bir barreli 68,65 dollara satılır

19.02.2019

Hərbi qulluqçularımız çoxmillətli qış təlimində ölkəmizi layiqincə təmsil edirlər

19.02.2019

Birjalarda neftin qiyməti

19.02.2019

"Messi soyuqlasa, bizim üçün yaxşı olacaq" - "Lion"un prezidenti

19.02.2019

Buraxılış imtahanlarının rayon və şəhərlər üzrə keçirilmə qrafiki müəyyən olunub

19.02.2019

Ötən ildən axtarışda olan şəxs saxlanılıb

19.02.2019

Bakı-Şamaxı-Yevlax yolunda gücləndirilmiş rejim

19.02.2019

Təkəbbür-Görüntülər, əyintilər, çürüntülər...

19.02.2019

Reyestrin aparılması qaydalarını pozanlar cərimələnəcəklər

19.02.2019

Gəncə sakinində silah aşkarlanıb

19.02.2019

Fevralın 26-da ilk dərslər Xocalı soyqırımına həsr ediləcək

19.02.2019

Cinayət törətməkdə şübhəli bilinən 55 nəfər saxlanılıb