Davos Forumu: Azərbaycanın fəal iştirakı və keçirilən görüşlər

14:44 / 30.01.2019

Davos İqtisadi Forumuna maraq həmişə böyük olub. Bu tədbirə dünyanın müxtəlif ölkələrindən çoxlu sayda iştirakçı gəlir. 49-cu Forumda 110 ölkənin 3 mindən çox təmsilçisi iştirak edib. Onun əsas şüarı "Qloballaşma 4.0: 4-cü Sənaye İnqilabı dövründə yeni arxitekturanın yaradılması" olub. Tədbirdə Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edib. Ölkə rəhbərinə burada xüsusi diqqət göstərilib. Şirkət rəhbərləri, dövlət və hökumət başçıları İlham Əliyevlə görüşüb tərəflər üçün əhəmiyyətli məsələləri müzakirə ediblər. Öz nüfuzuna görə Davos Forumu yüksək reytinqə malik olduğundan burada aparılan müzakirələrə diqqət də yüksək olur. Bu kontekstdə Azərbaycan Prezidentinin keçirdiyi görüşlərin geosiyasi analizi aktuallıq kəsb edir. Biz məsələnin bu aspekti üzərində geniş dayanmaq istərdik.

49-cu Forum: Azərbaycan dünya üçün aktual olan məsələlərin işığında

Əsası isveçrəli professor Klaus Şvabın təşəbbüsü ilə 1971-ci ildə qoyulmuş Davos İqtisadi Forumunun dünyanın ən nüfuzlu beynəlxalq tədbirlərindən biri olduğu hər kəsə məlumdur. Bu il 49-cu Forum keçirilib. Azərbaycan Prezidenti 2007-ci ildən başlayaraq mütəmadi olaraq bu tədbirdə iştirak edir. Bu cür sabit iştirak səbəbsiz deyildir. Azərbaycan dövlət olaraq hər il sosial-iqtisadi, siyasi, enerji, nəqliyyat və digər sahələrdə uğurlar əldə edir və bu nailiyyətlərə dünyanın marağı getdikcə daha da artır. Şübhə yoxdur ki, həmin nailiyyətlərin memarı kimi Prezident İlham Əliyevlə müzakirələr aparmağa və əməkdaşlıq etməyə meyl də durmadan güclənir. Əgər vurğulanan müddətdə MDB məkanında yerləşən ölkələrin Davos Forumunda iştirak dinamikasına nəzər salsaq, Azərbaycanın öndə getdiyinə bir daha tam əmin olarıq. Başqa bir MDB ölkəsi Azərbaycan qədər aktiv iştiraka və irəliləyişə nail olmayıb.

49-cu Forum da bu baxımdan istisna təşkil etmədi. Prezident İlham Əliyevin tədbirdə iştirakına diqqət böyük idi. Budəfəki Forumun devizi "Qloballaşma 4.0: 4-cü Sənaye İnqilabı dövründə yeni arxitekturanın yaradılması" idi. Forumda aktual qlobal hadisələrə həsr olunan müzakirələr aparılıb. Azərbaycan Prezidenti tədbirin gedişində bir çox beynəlxalq şirkət və dövlət, hökumət başçıları ilə görüşlər keçirib. İlham Əliyev Davosda "Rossiya 1" və Çinin CGTN televiziya kanallarına müsahibələr də verib. Azərbaycan Prezidenti Forum çərçivəsində "Bir kəmər, bir yol" təşəbbüsünün inkişaf etdirilməsi: Çinin trilyon dollarlıq baxışı" mövzusunda sessiyada iştirak edib.

Ölkə rəhbərinin Forum çərçivəsində fəaliyyətinin zəngin olması təsadüfi deyil. Məsələ ondan ibarətdir ki, tədbir iştirakçılarının Azərbaycan Prezidentinin şəxsiyyətinə marağı böyük idi. Çünki Azərbaycan davamlı olaraq uğurlar əldə edir və beynəlxalq layihələrdə aktiv iştirak edir. O cümlədən Pekinin təşəbbüsü olan "Bir kəmər, bir yol" layihəsinin fəal üzvlərindən biridir.

Təsadüfi deyildi ki, Davos Forumunda ən çox görüşlər keçirən, müzakirələr aparan və müxtəlif əməkdaşlıq təklifləri alan dövlət başçıları sırasında Azərbaycan Prezidentinin xüsusi yeri vardır. İlham Əliyevin tədbirin gedişində Davos İqtisadi Forumunun prezidenti Borge Brende, Dünya Bankının baş icraçı direktoru Kristalina Georgiyeva, "Visa" şirkətinin prezidenti Rayan MakInerni, BP qrupunun baş icraçı direktoru Robert Dadli, "LUKoil" şirkətinin prezidenti Vahid Ələkbərov, "Total" şirkətinin baş icraçı direktoru Patrik Puyanne ilə görüşləri böyük maraq doğurub və əməkdaşlıq aspektində təkliflərlə yadda qalıb.

Bundan başqa, dövlət başçısının "Equinor" (keçmiş "Statoil") şirkətinin baş icraçı direktoru Eldar Saetre, "Lazard Freres" şirkətinin baş icraçı direktoru Metyu Piqas, "The Boston Consulting Group" şirkətinin prezidenti və baş direktoru Riç Lesser, "CISCO" şirkətinin icraçı vitse-prezidenti və satış rəhbəri Gerri Elliott, "Procter and Gamble Europe" şirkətinin prezidenti Loik Tassel, "Microsoft" şirkətinin vitse-prezidenti, Avropa, Yaxın Şərq və Afrika üzrə prezidenti Mişel Van Der Bel və digərləri ilə keçirdiyi görüşlərdə də tərəflər üçün faydalı olan məsələlər müzakirə edilib.

Bu cür görüşlər ciddi hazırlıqla təşkil edilir və konkret müzakirə predmeti ilə xarakterizə olunur. Siyahıya nəzər saldıqda görürük ki, Azərbaycan Prezidenti müasir cəmiyyət üçün böyük əhəmiyyəti olan sahələrdə fəaliyyət göstərən şirkətlərin rəhbərləri ilə müzakirələr aparıb. Bu, bir tərəfdən, Azərbaycanın Davos Forumundakı nüfuz və etibarının, digər tərəfdən, Prezident İlham Əliyevə olan inamın yüksək olmasının göstəricisi və eyni zamanda, Azərbaycanda həyata keçirilən islahatların geniş sahələri əhatə etdiyinin növbəti təsdiqidir. Sirr deyil ki, dünyanın ən nüfuzlu şirkətləri Azərbaycanla əməkdaşlığa can atırlar.

Bunun fonunda Ermənistanın nə dərəcədə aciz durumda olduğu aydın görünür. Rəsmi İrəvan ölkəyə sərmayə axınını təmin etmək üçün dəridən-qabıqdan çıxır. Onlar etiraf edirlər ki, 2018-ci ildə Ermənistan Cənubi Qafqazda ən az xarici sərmayə yatırılan ölkə olub. Həmin müddətdə bu ölkəyə cəmi 100 milyon ABŞ dolları həcmində kapital yatırılıb. Bu, gülünc bir rəqəmdir. Məntiqi olaraq Davosda da N.Paşinyanın hansısa ciddi işgüzar görüşü olmayıb. Çünki Ermənistana müstəqil dövlət kimi baxmır, onu etibarlı tərəfdaş olaraq qəbul etmirlər.

Prezidentin fəallığı: yeni əməkdaşlıq imkanları

Azərbaycan Prezidenti isə keçirdiyi görüşlərdə müxtəlif sferalara, o cümlədən tranzit potensialının reallaşdırılmasına, iqtisadiyyatın müxtəlif sahələrində, xüsusən enerji sahəsində qlobal əhəmiyyətli layihələrin icrasına aid məsələləri müzakirə edib. Dövlət başçısı Azərbaycanda kənd təsərrüfatı, nəqliyyat, infrastruktur, digər sahələrdə layihələrin həyata keçirilməsi ilə bağlı əməkdaşlıq üçün yaxşı perspektivlərin olduğunu vurğulayıb. Bu bağlılıqda Prezident ölkəmizdə inkişafın yeni mərhələsində həyata keçirilən iqtisadi islahatlardan söz açıb. Onların əsas məzmunu, mahiyyəti və məqsədləri barədə geniş fikir mübadiləsi aparıb. Bu sırada informasiya-kommunikasiya texnologiyalarının tərəqqisinin prioritet sahələrdən biri olduğunu dövlət başçısı ayrıca vurğulayıb.

Şirkət rəhbərləri də olduqca maraqlı fikirlər ifadə ediblər. Onlar Prezident İlham Əliyevin idarəetmə sisteminin daha da təkmilləşdirilməsi istiqamətində həyata keçirdiyi proqramlara yüksək qiymət veriblər. Bu səbəbdən həmin şirkətlər Azərbaycanda həyata keçirilən islahatları, yaradılan biznes mühitini və sürətli inkişafı dəstəklədiklərini söyləyiblər.

Təbii ki, şirkət rəhbərləri Azərbaycanda reallaşdırılan islahatların əsl mahiyyətini yaxşı anlayırlar. Əslində, bu məsələ "Bir kəmər, bir yol" təşəbbüsünün inkişaf etdirilməsi: Çinin trilyon dollarlıq baxışı" adlı sessiyada öz konkret ifadəsini tapıb. Belə ki, müasir infrastrukturun yaradılması ilə bağlı verilən sualı Prezident İlham Əliyev lakonik cavablandırıb.

Dövlət başçısı ifadə edib: "Müasir infrastrukturun yaradılması bizim hökumətin ən əsas məqsədlərindən biridir. Düşünürəm ki, biz coğrafi vəziyyətimizdən faydalanaraq əsasən infrastruktura, yəni, daxili infrastruktura və Azərbaycanın beynəlxalq hablardan birinə çevrilməsinə imkan verəcək infrastruktura sərmayə yatırmaqla doğru iş görmüşük" (bax: Prezident İlham Əliyev Davosda "Bir kəmər, bir yol" təşəbbüsünün inkişaf etdirilməsi: Çinin trilyon dollarlıq baxışı" adlı sessiyada iştirak edib / AZƏRTAC, 22 yanvar 2019).

Əlbəttə, vurğulanan məqamlar Azərbaycan dövlətçiliyinin sürətli inkişafının gözəl göstəricilərindən biridir. Və bunun da fonunda Prezident İlham Əliyevin Davosda İsveçrə Konfederasiyasının Prezidenti Ueli Maurerin, Rusiya Federasiyasının iqtisadi inkişaf naziri Maksim Oreşkin, Gürcüstanın Baş naziri Mamuka Baxtadze və həmçinin Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşləri ekspertlərin marağına səbəb olub. Bu görüşlərin hər birinin mövzusu fərqlidir. Lakin bütün hallarda Azərbaycan Prezidenti ölkəmiz üçün böyük əhəmiyyəti olan məsələlər üzrə müzakirələr aparıb.

Bütün bu məqamlar Prezident İlham Əlyevin Davosa olan səfərinin çox səmərəli keçdiyini təsdiqləyir. Forumda həm dünyanı maraqlandıran taleyüklü məsələlərin müzakirəsində iştirak etmək, həm də konkret olaraq Azərbaycan üçün aktual məsələləri müzakirə etmək, müxtəlif ölkə rəhbərləri ilə görüşlər keçirmək bu baxımdan əhəmiyyətli addımlardır. Şübhə yoxdur ki, Forumdakı müzakirələrdə əldə edilən nəticələr əsasında müxtəlif sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi Azərbaycanda müstəqil dövlət quruculuğu prosesinə təsirli təkan verən faktorlardan olacaq. Bütövlükdə Azərbaycanın beynəlxalq nüfuzu daha da yüksələcək, əməkdaşlığın inkişafı, ölkəmizə investisiya axınının artması üçün daha geniş imkanlar yaranacaq. Azərbaycan növbəti Davos Forumunda yeni uğurları ilə iştirak edəcək.

Newtimes.az


Etiket:

Strategiya.az

Xəbərlər
25.08.2019

“Avro 2019”: Voleybol üzrə Azərbaycan millisi Hollandiya yığması ilə qarşılaşıb

25.08.2019

Türkiyə ordusu İraqın şimalında üç şəhid verib
 

25.08.2019

Türkiyə təhlükəsizlik qüvvələri 24 terrorçunu məhv edib

25.08.2019

Sabahın hava proqnozu açıqlanıb

25.08.2019

Xaçmazda 2 nəfər bıçaqlanıb

25.08.2019

Oğuzda dağlıq ərazidə meşə yanır - 2 helikopter və təyyarə cəlb edilib

25.08.2019

Atəşkəs iriçaplı pulemyotlarla 21 dəfə pozulub

25.08.2019

“WordPress”in avtomatik yenilənmə siyasəti barədəXƏBƏRDARLIQ

25.08.2019

Şamaxıda yanğın olub

25.08.2019

Azərbaycandan Həcc ziyarətinə gedən zəvvarların sonuncu qrupu bu gün Vətənə dönəcək

25.08.2019

“Nur” şadlıq sarayında baş verən yanğın söndürülüb

25.08.2019

Çin lideri orduya döyüş hazırlığını yüksəltməyi tapşırıb

25.08.2019

"OPEC+" formatı: Azərbaycanın enerji siyasətinin növbəti uğuru

25.08.2019

“Qarabağ” – “Linfild” oyununun hakim təyinatları açıqlanıb

25.08.2019

Batmaq təhlükəsi ilə üzləşən iki nəfər xilas olunub

24.08.2019

Putin-Makron: Rusiya ilə Aİ münasibətlərinin ziddiyyətləri azalmır

24.08.2019

Avropa İttifaqı Amazonda yanğınların söndürülməsinə köməyini təklif edib

24.08.2019

Şamaxıda "Toyota"nın vurduğu piyada xəstəxanada öldü

24.08.2019

İran yeni raketini sınaqdan keçirib

24.08.2019

Bakıda narkobaronlara qarşı xüsusi əməliyyat - "Bibixanım" saxlanıldı (FOTO)

24.08.2019

Bazar gününə olan hava proqnozu

24.08.2019

Prezident İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının Baş katibini qəbul edib

24.08.2019

Xərə Zirə adasının palçıq vulkanı elementləri tədqiq edilib

24.08.2019

Azərbaycan millisi İsrail, Ukrayna və Latviya yığmaları ilə qarşılaşacaq

24.08.2019

Bakıda iki nəfər 18 manata görə bir nəfəri döydü - Polis isə...

24.08.2019

“Soyuz MS-14” Beynəlxalq Kosmik Stansiyaya birləşə bilməyib

24.08.2019

Şəkidə dağlıq ərazidə baş verən yanğın söndürülüb

24.08.2019

Neftin qiyməti ucuzlaşıb

24.08.2019

Moskva aeroportlarında 40-dan çox reys təxirə salınıb və ya ləğv edilib

24.08.2019

Kiçikhəcmli gəmilərin təhlükəsiz istismarı diqqət mərkəzində saxlanılır

24.08.2019

8 min manata yaxın pul və qızıl əşyalar oğurlayan Masallı sakini ələ keçdi

24.08.2019

Donald Tramp Çin mallarının idxal tariflərini yenidən qaldırıb

24.08.2019

Hirkan Milli Parkında yanğın tam söndürülüb

24.08.2019

İstirahət günlərində hava necə olacaq?

24.08.2019

Xəzər dənizində zəlzələ baş verib

24.08.2019

Atəşkəs snayper tüfənglərlə 19 dəfə pozulub

23.08.2019

Moskvada Putin və Ərdoğan arasında danışıqlar keçiriləcək

23.08.2019

"İnterpol" narkotik alverçisi olan azərbaycanlı barədə axtarış elan etdi

23.08.2019

Azərbaycanda bu məhsulların QİYMƏTLƏRİ ucuzlaşdı - SİYAHI

23.08.2019

Mərkəzi Bank depozit hərracı keçirəcək - Məbləğ yüz milyon manat

23.08.2019

Göyçayda evdən külli miqdarda pul oğurlanıb

23.08.2019

Şəhriyar Məmmədyarov amerikalı Uesli So ilə qarşılaşacaq

23.08.2019

Azərbaycanın xarici dövlət borcu açıqlanıb

23.08.2019

Mərdəkan körpüsündən avtomobil aşıb

23.08.2019

Rusiyadan gələn maşında 67 ədəd mobil telefon və dərman preparatları aşkarlandı

23.08.2019

Ümumi təhsil müəssisələrində vakansiya seçimi başa çatır

23.08.2019

Ötən gün törədilmiş 32 cinayətin üstü “isti izlər”lə açılıb

23.08.2019

Sabah 40 dərəcə isti olacaq

23.08.2019

Hava hücumundan müdafiə vasitələri döyüş atışları icra edib

23.08.2019

Bəyanat: İşğal olunmuş əzəli Azərbaycan torpaqlarında dini abidələr vandal münasibətlə üzləşib