Müasir dünyanın nizamı məsələsi ekspertləri narahat edən qlobal mövzulardandır. Son illər demək olar ki, bütün nüfuzlu beynəlxalq tədbirlərdə bu məsələ müxtəlif kontekstlərdə müzakirə olunur. Bütövlükdə belə bir fikir mövcuddur: hazırda dünyanı təhdid edən ciddi qlobal risklər meydana gəlib. Onları aradan qaldırmaq üçün xeyli əmək sərf etmək lazım olacaq. Belə bir vəziyyətin yaranma səbəbləri də fərqli göstərilir. Son Davos İqtisadi Forumunun əsas devizinin dördüncü sənaye inqilabı mərhələsində qlobal arxitekturanın formalaşması ilə bağlı olması heç də təsadüfi deyil. Mütəxəssisləri dünyada geosiyasi nizamın yeni beynəlxalq qaydalar və prinsiplər əsasında yenidən formalaşdırılması çox maraqlandırır. Bəs hansı səbəblərdən bu məqsədə hələlik nail olmaq mümkün olmur? Başlıca faktorlar hansılardır? Davos Forumu işığında bu kimi suallara təhlili cavab üzərində geniş dayanmağa ehtiyac gördük.
Dünya nizamsızlığı: bəşəriyyət üçün təhdidlər artır
Davosdakı çıxışı zamanı Hindistanın keçmiş sənaye və ticarət naziri Kamal Nat belə bir tezis səsləndirib: "Yeni dünya nizamı qlobal nizamsızlıqdır və bu, heç də yalnız ticarətdə deyil". Bir sıra ekspertlər bunu yeni fikir kimi təqdim edirlər, ancaq, əslində, bir neçə dəfə deyilmiş tezisdir. Məsələnin qayəsi də kimin tərəfindən nəyin ifadə edilməsi ilə bağlı deyil. Problem müasir dünyada qloballaşma ilə deqloballaşma (yəni antiqloballaşma) arasında nisbətin kəskin surətdə dəyişməyə meylli olması ilə bağlıdır. Konkret desək, mütəxəssislər hesab edirlər ki, dünya birləşməkdən çox parçalanmağa meyllənib. Bunu təsdiq edən çoxlu sayda nümunələr də gətirilir. Onlar ticarətlə yanaşı, siyasəti, geosiyasəti, mədəniyyəti, ideologiyanı və başqa sahələri əhatə edir. Davos İqtisadi Forumunun əsas mövzusunun da dördüncü sənaye inqilabı mərhələsində qlobal arxitekturanın formalaşmasına həsr olunması ritorika xatirinə edilməyib. Burada çağdaş dünyamızda müşahidə edilən və bütövlükdə qlobal mühitdə özünü göstərən geosiyasi proseslərin məzmunu ümumiləşdirilib.
Maraqlıdır ki, Avropa, Rusiya, Çin və başqa böyük güclərin ekspertləri bu barədə analizlər aparır, ancaq günahı hər biri başqasında axtarır. Yəni obyektiv araşdırma ilə dünyanı təhlükəyə sürükləyən faktorların analizini aparmağı ya istəmirlər, ya da onu gizlədirlər. Qərb ekspertləri Rusiya və Çini, sonuncular isə qərbliləri günahlandırırlar. Bununla da sanki "dairə qapanır": təhdidlər artır, parçalanmalar, uçurumlar dərinləşir və real proqramlar həyata keçirilmir.
Zaman isə dayanmır. Meydana öncələr görünməyən yeni-yeni təhdidlər çıxır. Deqloballaşma tədricən qloballaşmanı üstələyir. Bu məsələnin müzakirə edildiyi Davos Forumunda böyük dövlətlərin iştirakına baxaq. ABŞ Prezidenti, ümumiyyətlə, bu tədbirdə iştirak etmədi. Bundan başqa, hesab edilir ki, Forumda dördüncü sənaye inqilabının başlıca tezis kimi seçilməsi, əslində, Yaponiya və Almaniyanın Çinlə sənaye sahəsində rəqabət qabiliyyətini daha da artırmaq məqsədi daşıyıb. Amerika Prezidentinin isə ümumilikdə dünya istehsal həcmini əsas olaraq ABŞ-a qaytarmaq xəttini yeritməsi onun faktiki olaraq reindustrializasiyaya başlamaq istədiyini göstərir.
Çin nə vəziyyətdədir? Onu hələ də "ümumdünya fabriki" adlandırırlar. Davosda da böyük nümayəndə heyəti ilə iştirak edib. Lakin ekspertlər əmindirlər ki, Pekin hələ Qərbin açdığı yolla gedir. O cümlədən öz regionunda ticarət və maliyyə axınına nəzarət etməyə çalışır. Bu o deməkdir ki, Çin artıq uzaqlaşan "qatarın sonuncu vaqonuna atlanmağa" çalışır. Lakin bu trendin sonunun böhran olduğu haqqında proqnozlar da vardır. İndi Çin iqtisadiyyatının artım sürətinin xeyli yavaşıdığı barədə məlumatlar mövcuddur. Əgər bu tendensiya daha da güclənsə, dünya iqtisadiyyatını nələr gözləyir?
Davos Forumunda iştirak edən Rusiya hansı xətti yeridir? Rusiya dünyaya yeni texnologiyalar verə bilmir. Onun iqtisadiyyatı hələ də daha çox xammalla bağlıdır. Buna görə də qlobal miqyasda əsas olaraq enerji daşıyıcılarının qiymətinin yüksək qalmasına xidmət edən xətt seçib. Paralel olaraq əsas rəqiblərinə qarşı müxtəlif sahələrdə addımlar atır. Hətta Çinlə aparılan danışıqların məzmununda belə bu məqam vardır. Rusiya-Çin rəqabəti xüsusən Mərkəzi Asiya və Uzaq Şərq regionlarında kəskin xarakter alıb. Bunları bir məntiqi müstəviyə gətirdikdə, ümumi mənzərə necə görünür? Təbii ki, deqloballşamanın başlıca mənbəyi dünyanın supergücləri arasında olan qeyri-sağlam rəqabətdir! Onların hər birinin əsas məqsədi dünyanı birləşdirməyə doğru aparan addımlar atmaqdan ibarət deyil. Daha çox öz maraqlarının təmin edilməsi ilə liderlik etməkdir!
Liderlik davası: sıradakı "dəli" kimdir?
Bu zaman həmin qüvvələr özlərinin inkişafına üstünlük verməkdən çox, digərlərinin inkişafını ləngitməyə meyl edirlər. Bu da qlobal miqyasda kifayət qədər çətinliklər, süni maneələr yaradır. Dünyanın müxtəlif regionlarında, maraqların toqquşma sahələrində münaqişələr yaranır. Bununla bağlı kifayət qədər misallar mövcuddur. Məsələn, ABŞ-Çin münasibətləri Cənubi Çin dənizində ticarətə nəzarət ucbatından gərgin məzmun alıb. Vaşinqton Pekinə qarşı ticarət vergiləri siyasətini xeyli kəskinləşdirib. Amerika Avropa, Rusiya, Türkiyə və başqa dövlətlərə qarşı da eyni proteksionist mövqedən çıxış edir. Ekspertlər hesab edirlər ki, bütün bunlar ABŞ-ın sürətlə dəyişən dünyada liderlik mövqeyini saxlamağa çalışması ilə bağlıdır.
Bəs Ümumdünya Ticarət Təşkilatının (ÜTT) bu tendensiyaya təsiri yoxdurmu? Mütəxəssislərin fikrincə, demək olar ki, yoxdur. Bunun iki anlamı var. Birincisi, bütövlükdə dünyada elə bir beynəlxalq təşkilat mövcud deyildir ki, beynəlxalq hüquq normaları çərçivəsində supergüclərə təsir edə bilsin. Onda onlar niyə mövcuddurlar? Formallıq xatirinə, yoxsa gözlərə kül üfürmək üçün? Yəni böyük güclərə beynəlxalq təşkilatlar öz maraqlarını pərdələmək və törətdikləri cinayətləri ört-basdır etmək, imkan olanda ona hüquqi don geyindirmək üçünmü lazımdır? Dağlıq Qarabağda, Ukraynanın şərqində, Suriyada, İraqda, Əfqanıstanda və başqa məlum yerlərdə törədilən cinayətləri beynəlxalq təşkilatlar "pərdələyəcəksə", hansı qloballaşmadan danışmaq olar? İkincisi, beynəlxalq təşkilatlarda ciddi islahatlar aparmaq lazımdır. Yaxud fərqli tənzimləmə mexanizmləri işləmək gərəkdir. Təəssüf ki, bunların heç biri hələ yoxdur.
Deyəsən, ÜTT rəhbərliyi də ikinci xətti vacib sayır. Davos Forumunda bu təşkilatın başçısı Robertu Azevedu deyib: "…hərtərəfli ticarət sistemləri və ÜTT sürətlə dəyişən dünyaya reaksiya vermək üçün təcili olaraq inkişaf etməsələr, "qara günlərə" qalacaqlar" (bax: Александр Лосев. Давос-2019: Новый мировой порядок – это глобальный беспорядок / ru.valdaiclub.com, 24 yanvar 2019).
Bəli, artıq yalnız ÜTT deyil, bütün beynəlxalq təşkilatlar "qara gündədirlər"! Çünki onları dinləyən yoxdur. Əsasən də liderlik havası başından çıxmayan Amerika, Çin, Avropa İttifaqı və Rusiya! Bunlar "Amerika dünyası", "Çin dünyası", "Avropa dünyası", "Rus dünyası" yaratmaq qayğısında ikən, real yaşadıqları və hər bir insanın yurdu olan Yeri, Bəşəriyyəti məhvə sürükləyirlər. Bu qüvvələr hansı dünyada mövcud olacaqlar? Onların hər birinin yaratmaq istədiyi "dünya" daha çox xarabalığa bənzəmirmi?
Bu müddəaların işığında qloballaşma ilə deqloballaşmanın nisbəti doğrudan da problemli görünür. Dünya sanki risklər zonasına düşmüş olur. Böyük güclər arasında rəqabət gücləndikcə, bu proses dərinləşir. Bəlkə də, bəşəriyyət risk zonasındakı "doyma nöqtəsi"nə çatmayıb. Ancaq deqloballaşmanın indiki səviyyəsi belə dünyanı bir neçə dəfə məhv etmək üçün yetərlidir. Bu yoldan niyə dönülməsin ki?
Bunun necə reallaşa biləcəyini də dünyada çox gözəl bilirlər. Ədalət, beynəlxalq hüquq, ikili standartlardan imtina, fərqli mədəniyyət və din mənsublarına tolerant yanaşma! Bu, seçim məqamı deyil, bəşəriyyətin varlığının təməl şərtlərdir. Əks halda, boşuna müzakirələr "acı bağırsaq" kimi uzanacaq və bunun fonunda bəşəriyyətin ömrü qısalacaq! Bu kimə sərf edir? Bəşər övladı bunu arzulayırmı? Sorğu keçirilsə, nadir istisnalardan başqa (hər halda "şeytanlar" mövcuddur) böyük əksəriyyət "yox" deyəcək!
Qalır siyasəti yeniləşdirmək. Davos Forumu bu baxımdan çox əlamətdar oldu. Aparılan müzakirələr bir daha göstərdi ki, hər şey bir kənara, siyasət dəyişməsə, dünya dirəndiyi dalandan çıxa bilməyəcək. Bunun üçün artıq "bir dəlinin quyuya daş atmasına" imkan vermək olmaz. Sırada o qədər dəli var ki!!!
Newtimes.az
Strategiya.az
Elman Nəsirov: “Freedom House” “Soyuq müharibə”nin tör-töküntüsüdür
Qlobal böhrana doğru: bir müqavilənin ləğvi və dünya üçün yeni risklər
Əli Həsənov: Könüllülük fəaliyyəti Azərbaycan gənclərinin potensialının üzə çıxarılması və səmərəli istifadə olunması üçün əlverişli imkanlar yaradır
Elman Nəsirov: “Freedom House” “Soyuq müharibə”nin tör-töküntüsüdür
ÜSYANKAR
Prezidentin yüksək vəzifə verdiyi 29 yaşlı Rəvan Həsənov KİMDİR?
XX əsrin möcüzəsi: Azərbaycan Dövlət Televiziyası da həmin möcüzələr sırasındadır
32 min nəfərə ŞAD XƏBƏR - Prezident 21 milyon manat ayırdı
Eyvaz Mövsüm oğlu Hüseynov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilsin - Sərəncam
Saatlı sakinindən silah-sursat götürülüb
Daha 200 məcburi köçkün ailəsinə yeni mənzil verilib
Azərbaycan-Türkiyə münasibətlərinin inkişafına parlamentlərarası dostluq qrupları da töhfə verirlər
Bahar Muradova: ATƏT PA-nın qış sessiyasında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fikirlər səsləndiriləcək
Buraxılış imtahanlarının vaxtı məlum olub
Güclü külək Mingəçevirdə fəsadlar törədib
Dahi Nəsiminin 650 illik yubileyinə həsr olunmuş stend-sərgi hazırlandı
Hazırda paytaxtda sıxlıq və tıxac olan yolların SİYAHISI
Həsrətlə gözlənilən qar 4 kəndlə əlaqə kəsdi: sürücülər yolda qaldı
Yolüstü kənd sakini Türkel Ağarzalı saxlanılıb
Rusiya XİN-in rəhbəri və ATƏT-in fəaliyyətdə olan sədri Ermənistan Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizama salınması məsələsini müzakirə ediblər
Hansı qan qrupu hansı xəstəliyin riskini artırır
Canavarların kəndlərə hücum etməsinin qarşısının alınması ilə bağlı İşçi Qrup yaradılıb
ABŞ-da azərbaycanlı gəncin qatilini həbs ediblər
"Barselona"nın "Lion"la ilk oyun üçün heyəti - siyahı
Uzun ömür sürmək üçün nələrə DİQQƏT EDƏK? - VİDEO
Türkiyədə çökmüş mədənin dağıntıları altından daha iki nəfərin cəsədi çıxarılıb
Azərbaycanda orta məktəbi xüsusi nailiyyətlərlə başa vuranlara xüsusi nümunəli attestat veriləcək
“Birinci və axırıncı səhvimizdir” - Qaynatanın mal-qarasına "göz dikən" yeznə – VİDEO
“Fənərbağça”nın sabiq futbolçusu ABŞ klubuna transfer olunub
Bakıda şirniyyat evinin fəaliyyəti məhdudlaşdırılıb
Fərid Şəfiyev Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri təyin edilib
Türkiyə “Türk axını” layihəsinə 23 milyon dollar sərmayə qoyacaq
Prezident İlham Əliyev Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbərinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Kürdəxanıda 704 partlamamış hərbi sursat aşkarlanıb
ABŞ-ın 16 ştatından ibarət koalisiya Prezident Donald Trampı məhkəməyə verib
Bakıda qanunsuz odlu silah gəzdirən Masallı sakini saxlanılıb
Sabah hava yağmursuz keçəcək
Sumqayıtda 63 yaşlı qadının meyiti aşkarlanıb
Prezident İlham Əliyev bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında fərman imzalayıb
Yalnış yazılan protokol cərimələrinə qarşı NƏ ETMƏLİ? - VİDEO
Bakı sakininin evindən 2 kq-a yaxın heroin tapılıb
İkardi "Yuventus"a keçir? - "İnter"dən açıqlama
SAATLI SAKİNİNDƏN SİLAH-SURSAT GÖTÜRÜLÜB
Qanuna 18 yaşınadək şəxslərə siqaret və spirtli içki satışını qadağan edən dəyişiklik qəbul olundu
Ötən gün ən çox qar BU ƏRAZİLƏRƏ yağıb
Prezident İlham Əliyev Avropa Komissiyasının nümayəndə heyətini qəbul edib
Ölkənin əsas avtomobil yollarındakı SON VƏZİYYƏT
“Azeri Light”ın bir barreli 68,65 dollara satılır
Hərbi qulluqçularımız çoxmillətli qış təlimində ölkəmizi layiqincə təmsil edirlər
Birjalarda neftin qiyməti
"Messi soyuqlasa, bizim üçün yaxşı olacaq" - "Lion"un prezidenti
Buraxılış imtahanlarının rayon və şəhərlər üzrə keçirilmə qrafiki müəyyən olunub
Ötən ildən axtarışda olan şəxs saxlanılıb
Bakı-Şamaxı-Yevlax yolunda gücləndirilmiş rejim
Təkəbbür-Görüntülər, əyintilər, çürüntülər...
Reyestrin aparılması qaydalarını pozanlar cərimələnəcəklər
Gəncə sakinində silah aşkarlanıb
Fevralın 26-da ilk dərslər Xocalı soyqırımına həsr ediləcək
Cinayət törətməkdə şübhəli bilinən 55 nəfər saxlanılıb