Qlobal təhlükəsizliyə əsas təhdidlər: dünya sisteminin böhrana sürüklənməsi

08:47 / 05.02.2019

Keçən ildə bütövlükdə dünyanın təhlükəsizliyi üçün təhdid yarada bilən hadisələrin baş verdiyindən bəhs edilir. Onları müxtəlif kriteriyalarla təsnifatlaşdırmaq olar. Biz həmin hadisələrin sırasından qlobal səviyyədə daha çox rezonans doğuran və ciddi təsir gücünə malik prosesləri seçməyə çalışdıq. Onların sistemli təhlili göstərir ki, sözün həqiqi mənasında dünya üçün ciddi risklər meydana gəlməkdədir. Burada ilk olaraq beynəlxalq hüquq normalarının pozulması müşahidə edilir. Özü də bunu dünyanın ən güclü dövlətləri edirlər. Hesab edirik ki, həmin məqam xüsusi bir təhdiddir. Çünki təcrübə göstərir ki, belə hallarda situasiyaya hətta BMT kimi beynəlxalq təşkilat da təsir göstərə bilmir. Deməli, bu fakt ayrıca riskdir. Eyni zamanda, 2018-ci ildə digər hadisələr də qlobal böhranın yaranmasına təkan verib. Problemin bu aspekti üzərində geniş dayanmağa ehtiyac gördük.

ABŞ-Rusiya-Çin xətti: əsas gərginlik mənbəyi

Ekspertlər 2018-ci ildə qlobal miqyasda böhranın yaranmasına təkan verən hadisələri müəyyənləşdirməyə çalışırlar. Reallıqda bu barədə dəqiq fikir bildirmək xeyli çətindir. Çünki bir hadisə hansısa dövlətin maraqları baxımından böhran yarada, digəri üçün fərqli məna daşıya bilər. Ancaq bütövlükdə beynəlxalq hüquq normalarına uyğunluq kontekstində geosiyasi hadisələri təsnifatlaşdırmaq mümkündür. Belə ki, konkret hadisə beynəlxalq aləmdə qəbul edilmiş hüquqi normalara uyğun olur, ya da olmur. Bu baxımdan 2018-ci ildə hansı geosiyasi proseslərin özündə hüquqi, siyasi, iqtisadi və hərbi risk daşıdığı ilə əlaqədar analiz aparmaq və proqnoz vermək mümkündür.

İlk olaraq ABŞ-ın orta və qısa mənzilli raketlərin ləğv edilməsi ilə bağlı imzalanmış müqavilədən çıxmaq haqqında qərarı yada düşür. Bu müqavilə Amerika ilə SSRİ arasında imzalanmışdı. İndi Vaşinqton iddia edir ki, Moskva faktiki olaraq müqavilənin şərtlərini pozub və orta və qısa mənzilli raketlərin istehsalını genişləndirib. Onların yeni növlərini yaradıb, hətta döyüş meydanında belə istifadə edir. Kreml təbii ki, bunu təkzib edir. Ancaq reallıq ondan ibarətdir ki, beynəlxalq hüququn müddəaları pozulur. Dünyanın hərbi cəhətdən iki güclü dövləti bir-birini məhz bunda ittiham edirlər.

Məsələyə qlobal təhlükəsizliyin təmini aspektində baxdıqda, burada ən riskli məqam məhz iki supergücün beynəlxalq razılaşmaya əməl etməməkdə bir-birini qınamasından ibarətdir. Bu o deməkdir ki, söhbət həqiqi mənada beynəlxalq hüquq normalarının pozulmasından gedir (fərqi yoxdur, bunu konkret hansı tərəf edir). Deməli, geosiyasi-hərbi aspektdə dünyanın təhlükəsizliyi üçün riskli situasiya yaranıb.

Ekspertlər bu məqamı vurğulayırlar. Onlar hesab edirlər ki, dünya yenidən "soyuq müharibə"yə, yeni silahlanma yarışına və böyük dövlətlərin ixtilafları mərhələsinə qayıda bilər. Hətta bir sıra ekspertlər hazırkı vəziyyəti keçən əsrin 30-cu illərində özünü göstərən dünya böhranı mərhələsi ilə müqayisə edirlər. Bu da birbaşa yeni dünya savaşının meydana gəlməsi riskinin mövcudluğunu ifadə edir.

Həmin bağlılıqda başqa bir faktı – Amerikanın İranla imzalanmış və nüvə silahı ilə bağlı olan sazişdən çəkilməsini vurğulamaq lazım gəlir. Bu da kifayət qədər təhlükəli hadisədir. Bütün dünyanı qarışdıra biləcək və yeni risklər meydana atacaq olaydır. Məsələ ondan ibarətdir ki, İranla imzalanan sazişdən çıxmaq, avtomatik olaraq bu ölkəyə qarşı sanksiya siyasətini bərpa etmək deməkdir. Bu isə bir tərəfdən Yaxın Şərqdə geosiyasi-hərbi qarşıdurmanı radikal müstəviyə atır, digər tərəfdən isə çoxlu sayda şirkətin maliyyəsinə ciddi zərbə vurur.

Avropanın bir neçə inkişaf etmiş dövləti Vaşinqtonun bu qərarına qarşı çıxaraq etirazlarını bildirdilər. Lakin ABŞ rəhbərliyi təzyiqlərlə onları yerində oturtdu. İndi faktiki olaraq bir neçə böyük şirkət və banklar İranla işləməkdən imtina ediblər. Hətta Rusiyanın enerji sahəsində işləyən şirkətləri belə Amerika sanksiyasına uymağa məcbur qalıblar. Belə təsəvvür var ki, bu proses davam edəcək.

ABŞ-ın İranla imzalanan sazişdən çıxmasının qlobal fəsadlarından biri də Yaxın Şərqdə daha mürəkkəb geosiyasi mənzərənin yaranmasıdır. Burada Vaşinqton İrana qarşı koalisiya yaratmaqla məşğuldur. Bir neçə dövləti birləşdirməli olan bu addım regionda kifayət qədər böyük risklər meydana gətirəcək. Hər şeydən öncə, region ölkələri arasında müharibə təhlükəsi özünü göstərir. Müsəlman ölkələri bir-birinə düşmən olur. Bu işi təşkil edənlər isə kənarda qalırlar. Ancaq qloballaşma mərhələsində belə bir addımın dünyanın təhlükəsizliyi üçün nə dərəcədə böyük təhdid yaratdığını anlamaq çətin deyil. Bizcə, 2018-ci ildə dünya üçün ciddi risklər yaradan hadisələr sırasında bu məsələ xüsusi yer tutur.

Digər təhlükəli proses faktiki olaraq ABŞ-la Çin arasında ticarət savaşının başlamasıdır. Hər iki tərəf bir-birini ittiham edir. Amerika ilə Çin dövlət başçıları bir neçə dəfə həmin məsələni müzakirə etsələr də, konkret nəticə yoxdur. Vədlər verilir, lakin ortaya yeni maneələr çıxır. Belə görünür ki, iki böyük dövlətin 2018-ci ildə ticarət savaşına qədəm qoyması bütün dünya üçün ciddi təhdidə çevrilməkdədir. Artıq ekspertlər onun bir sıra təzahürlərindən bəhs edirlər.

Bu, Cənubi Çin dənizində hərbi vəziyyətin gərginləşməsi, Mərkəzi Asiyada terror təhlükəsinin artması və silah satışında mənasız rəqabətin daha da sərtləşməsindən ibarətdir. Bunlardan başqa, tərəflər kibersavaş da aparırlar. Bu sahədə onlar kifayət qədər geniş imkanlara malikdirlər. Vəziyyəti Pekinin ticarətdə bir sıra güzəştlərə getməsi də dəyişdirə bilməyib. Ticarət savaşı artıq Ümumdünya Ticarət Təşkilatına da sıçrayıb.

Avropa İttifaqı: "Köhnə qitə"nin yeni riskləri

Bütün bunların fonunda ABŞ Prezidenti Donald Trampın 2018-ci ilin son ayında Amerika qoşunlarının Suriyadan çıxarılması barədə bəyanatı ekspertlərin böyük marağına səbəb oldu. Onlar sual edirdilər ki, "doğrurdanmı Amerika Suriyadan çəkilir?". Çünki bu hadisə real olaraq Yaxın Şərqdə və deməli, dünyada gərginliyi azalda bilərdi. Ancaq hadisələrin gedişi göstərdi ki, bu məsələdə də dünya üçün ciddi risklər mövcuddur. Çünki D.Tramp, əslində, tamamilə başqa məqsəd güdürmüş.

Vaşinqton sadəcə olaraq Suriya hadisələrinə təsir üsulunu dəyişməyə çalışır. O, hesab edir ki, döyüş meydanından əsgərlərini çəkməlidir ki, onlar zərər görməsinlər. Əvəzində, meydana yerli radikal güclər yeridilir. Bunlar, əsasən, kürdlərdən təşkil edilmiş terror qruplarıdır. Onda belə çıxır ki, Amerika Yaxın Şərqdə faktiki olaraq yeni bir təhlükəli oyuna başlayır. Özünün yaratdığı terror qruplarını Yaxın Şərqin böyük dövlətləri ilə savaşa sürükləyir. Bunun bütün dünyada ciddi geosiyasi-hərbi risklərə səbəb olacağını sübut etməyə ehtiyac yoxdur. Ekspertlər hesab edirlər ki, həmin plan baş tutsa, Amerika Afrikadan tutmuş Çinə qədər geniş bir ərazidə terror dalğası yarada bilər. Bu da beynəlxalq böhran formalaşdırmaq deməkdir. Dünya uzun illər bu təhdidi aradan qaldırmaq üçün çapalaya bilər.

Bunlarla yanaşı, 2018-ci ildə dünya təhlükəsizliyinə risk yaradan proseslər yalnız ABŞ-Rusiya-Çin xəttində meydana gəlməyib. Ekspertlər Avropa İttifaqı məkanında da qlobal miqyasda təhlükə yaratmaq potensialına malik hadisələrin baş verdiyini də vurğulayırlar. Burada ilk olaraq Fransada "sarı jiletlilər" hərəkatını və onunla yanaşı "Breksit" ətrafında yaranmış vəziyyəti göstərmək olar.

Fransa sözün həqiqi mənasında inqilabın astanasındadır. Keçən ilin dekabrında vüsət alan etiraz hərəkatı 2019-cu ilin ilk günlərindən yenidən kükrəyib. Mütəxəssislər hesab edirlər ki, bu etiraz dalğası yatırılmasa, Fransada xaos yaranacaq. Artıq etirazçılar Prezident Emmanuel Makronun yay rezidensiyasını zəbt etməyə cəhd göstəriblər. Onlar küçələrdə dağıdıcı hərəkətlər edir, polislə toqquşmalara gedir və E.Makronun istefasını tələb edirlər. Hökumət proseslərin kənardan idarə edildiyi barədə bəyanat verib. Konkret ünvan da göstərilir: Vaşinqton!

Aİ üçün "Breksit" də digər tərəfdən başağrısına çevrilib. 2018-ci ildə bu məsələ baş nazir Tereza Meyin siyasətdən getməsi barədə qərar qəbul etməsinə səbəb oldu. Onun fonunda Almaniyada Angela Merkelin də istefa qərarı beyinləri qarışdırdı. Bunlardan belə qənaət əldə edilir ki, Aİ-də qeyri-müəyyənlik getdikcə artır. Bu təşkilatın qlobal geosiyasi balansda rolu böyük olduğundan onun dünya təhlükəsizliyinə müəyyən dərəcədə xaos gətirə biləcəyindən danışmaq mümkündür. Hətta bir çox ekspertlər hesab edirlər ki, Avropa İttifaqı bir təşkilat kimi xeyli dərəcədə laxlaya bilər.

Bizcə, 2018-ci ildə qlobal geosiyasi dinamika aspektində bu hadisələr təsirli rol oynayıblar. Təbii ki, başqa təsnifat da ola bilər. Lakin birmənalı aydındır ki, vurğulanan proseslər qlobal təhlükəsizliyin xeyrinə deyil. Onlar özlərində kifayət qədər ciddi risklər daşıyırlar. Bu baxımdan həmin hadisələrin 2019-cu ildə dünya geosiyasi mühitinə hansı təsirləri göstərəcəklərini izləmək xeyli maraqlı olardı.

Newtimes.az


Etiket:

Strategiya.az

Xəbərlər
25.08.2019

“Avro 2019”: Voleybol üzrə Azərbaycan millisi Hollandiya yığması ilə qarşılaşıb

25.08.2019

Türkiyə ordusu İraqın şimalında üç şəhid verib
 

25.08.2019

Türkiyə təhlükəsizlik qüvvələri 24 terrorçunu məhv edib

25.08.2019

Sabahın hava proqnozu açıqlanıb

25.08.2019

Xaçmazda 2 nəfər bıçaqlanıb

25.08.2019

Oğuzda dağlıq ərazidə meşə yanır - 2 helikopter və təyyarə cəlb edilib

25.08.2019

Atəşkəs iriçaplı pulemyotlarla 21 dəfə pozulub

25.08.2019

“WordPress”in avtomatik yenilənmə siyasəti barədəXƏBƏRDARLIQ

25.08.2019

Şamaxıda yanğın olub

25.08.2019

Azərbaycandan Həcc ziyarətinə gedən zəvvarların sonuncu qrupu bu gün Vətənə dönəcək

25.08.2019

“Nur” şadlıq sarayında baş verən yanğın söndürülüb

25.08.2019

Çin lideri orduya döyüş hazırlığını yüksəltməyi tapşırıb

25.08.2019

"OPEC+" formatı: Azərbaycanın enerji siyasətinin növbəti uğuru

25.08.2019

“Qarabağ” – “Linfild” oyununun hakim təyinatları açıqlanıb

25.08.2019

Batmaq təhlükəsi ilə üzləşən iki nəfər xilas olunub

24.08.2019

Putin-Makron: Rusiya ilə Aİ münasibətlərinin ziddiyyətləri azalmır

24.08.2019

Avropa İttifaqı Amazonda yanğınların söndürülməsinə köməyini təklif edib

24.08.2019

Şamaxıda "Toyota"nın vurduğu piyada xəstəxanada öldü

24.08.2019

İran yeni raketini sınaqdan keçirib

24.08.2019

Bakıda narkobaronlara qarşı xüsusi əməliyyat - "Bibixanım" saxlanıldı (FOTO)

24.08.2019

Bazar gününə olan hava proqnozu

24.08.2019

Prezident İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının Baş katibini qəbul edib

24.08.2019

Xərə Zirə adasının palçıq vulkanı elementləri tədqiq edilib

24.08.2019

Azərbaycan millisi İsrail, Ukrayna və Latviya yığmaları ilə qarşılaşacaq

24.08.2019

Bakıda iki nəfər 18 manata görə bir nəfəri döydü - Polis isə...

24.08.2019

“Soyuz MS-14” Beynəlxalq Kosmik Stansiyaya birləşə bilməyib

24.08.2019

Şəkidə dağlıq ərazidə baş verən yanğın söndürülüb

24.08.2019

Neftin qiyməti ucuzlaşıb

24.08.2019

Moskva aeroportlarında 40-dan çox reys təxirə salınıb və ya ləğv edilib

24.08.2019

Kiçikhəcmli gəmilərin təhlükəsiz istismarı diqqət mərkəzində saxlanılır

24.08.2019

8 min manata yaxın pul və qızıl əşyalar oğurlayan Masallı sakini ələ keçdi

24.08.2019

Donald Tramp Çin mallarının idxal tariflərini yenidən qaldırıb

24.08.2019

Hirkan Milli Parkında yanğın tam söndürülüb

24.08.2019

İstirahət günlərində hava necə olacaq?

24.08.2019

Xəzər dənizində zəlzələ baş verib

24.08.2019

Atəşkəs snayper tüfənglərlə 19 dəfə pozulub

23.08.2019

Moskvada Putin və Ərdoğan arasında danışıqlar keçiriləcək

23.08.2019

"İnterpol" narkotik alverçisi olan azərbaycanlı barədə axtarış elan etdi

23.08.2019

Azərbaycanda bu məhsulların QİYMƏTLƏRİ ucuzlaşdı - SİYAHI

23.08.2019

Mərkəzi Bank depozit hərracı keçirəcək - Məbləğ yüz milyon manat

23.08.2019

Göyçayda evdən külli miqdarda pul oğurlanıb

23.08.2019

Şəhriyar Məmmədyarov amerikalı Uesli So ilə qarşılaşacaq

23.08.2019

Azərbaycanın xarici dövlət borcu açıqlanıb

23.08.2019

Mərdəkan körpüsündən avtomobil aşıb

23.08.2019

Rusiyadan gələn maşında 67 ədəd mobil telefon və dərman preparatları aşkarlandı

23.08.2019

Ümumi təhsil müəssisələrində vakansiya seçimi başa çatır

23.08.2019

Ötən gün törədilmiş 32 cinayətin üstü “isti izlər”lə açılıb

23.08.2019

Sabah 40 dərəcə isti olacaq

23.08.2019

Hava hücumundan müdafiə vasitələri döyüş atışları icra edib

23.08.2019

Bəyanat: İşğal olunmuş əzəli Azərbaycan torpaqlarında dini abidələr vandal münasibətlə üzləşib