Azərbaycan Dubayda VII Dünya Hökumətlər Sammitində təmsil olunur

10:30 / 10.02.2019

Birləşmiş Ərəb Əmirliklərinin Vitse-prezidenti, Baş naziri, Dubay Əmiri Şeyx Məhəmməd bin Rəşid Al Məktumun hamiliyi ilə bu gün Dubayda VII Dünya hökumətlər Sammiti (WGS 2019) işə başlayıb.


140 ölkədən 4 mindən çox yüksək vəzifəli məmur, dövlət və hökumət başçıları, 30 beynəlxalq təşkilatın təmsilçiləri və sahibkarlar dünyada baş verən mövcud problemləri və gələcək perspektivləri müzakirə etmək məqsədilə zirvə görüşünə qatılıblar.


Sammitdə ölkəmizi Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir. Tədbirdə Azərbaycanın BƏƏ-dəki səfiri Daşqın Şikarov və Dubaydakı baş konsul Cavidan Hüseynov da iştirak edir.


Sammitdə iqlim dəyişmələri və fiskal siyasətdən tutmuş dövlət xidmətləri və postmünaqişə sosial barışıq sahəsində innovasiyalara qədər bəşəriyyətin gələcəyini müəyyən edəcək həyati əhəmiyyətli sektorlar üzrə 200-dən çox interaktiv sessiyada təqribən 600 dünya şöhrətli məruzəçi iştirak edəcək.


Sammitdə dünyanın hər yerindən təqribən 100 nazir, 120-dən çox prezident və aparıcı beynəlxalq təşkilatların rəsmi şəxsləri iştirak edir. UNESCO-nun baş direktoru Odri Azulay, Beynəlxalq valyuta fondunun icraçı direktoru Kristin Laqard, Ümumdünya iqtisadı forumunun icraçı direktoru Klaus Şvab və digər beynəlxalq qurumların nümayəndələri çıxış edəcəklər. Onlar bu günün və sabahın problemlərini qlobal WGS 2019 platformasında həll etmək üçün öz səylərini birləşdirəcəklər.


Şeyx Məhəmməd bin Rəşidin göstərişinə görə, 2019-cu ilin zirvə görüşündə əsas diqqət insan həyatının inkişafına yönəldilməli, hökumətin yeddi milyard insana daha firavan gələcək yaradılması üzrə səyləri dəstəklənməlidir.


Dövlət başçıları, hökumət məmurları, alimlər və sahibkarlar yeddi əsas sahədə - texnologiyaların və onların hökumətlərə təsirinin gələcəyi; sağlamlığın və həyat keyfiyyətinin gələcəyi; ətraf mühitin və iqlim dəyişmələrinin gələcəyi; təhsil və əmək bazarının gələcəyi; ticarətin və beynəlxalq əməkdaşlığın gələcəyi; cəmiyyətlərin və siyasətin gələcəyi; habelə hökumət və cəmiyyət arasında informasiya və kommunikasiyaların gələcəyi mövzularında öz təcrübələrini bölüşəcəklər.


Sammitdə Dubay Əmiri Şeyx Məhəmməd bin Rəşid Al Məktumun "Gələcək şəhərlərin qurulmasında 7 trend” mövzusunda çıxışı nəzərdə tutulur. Dubayın vəliəhd şahzadəsi və Dubay İcraiyyə Şurasının sədri şeyx Həmdan bin Məhəmməd bin Rəşid Al Məktum gələcəyə təsir göstərəcək yeddi əsas dəyişiklik barədə fikirlərini bölüşəcək.


VII Dünya Hökumətlər Sammiti çərçivəsində nüfuzlu beynəlxalq xəbər agentliklərinin rəhbərlərinin toplantısı keçiriləcək. Aparıcı xəbər agentlikləri və nəhəng media strukturlarının rəhbərləri sammit çərçivəsində uğurlu təcrübələrini bölüşəcək, medianın hazırkı və gələcək inkişaf gündəliyinə nəzər salacaq, xəbər sənayesində baş verən yenilikləri müzakirə edəcəklər.


Sammitdə həmçinin gələcək liderliklə bağlı olan bir neçə mövzu, habelə dövlət və hökumətlərin iflasının səbəblərinin və əsas amillərinin səmərəli dəf edilməsi yollarının təhlilinə həsr olunmuş mövzular nəzərdən keçiriləcək.


WGS son altı ildə məqsədyönlü bilik platforması təşkil etməyə müvəffəq olub. Bu platforma öz ideya və vasitələrini işləyib hazırlamaqda, problemləri qabaqcadan görməkdə və ən yaxşı həll yolları tapmaqda hökumətlərə kömək edəcək. (AZƏRTAC)


Etiket:

Strategiya.az

Xəbərlər
23.02.2019

Çöllərin zərif qızı, güllərin dan ulduzu

23.02.2019

“Şah İsmayıl Xətai” tankerinin əsaslı təmiri yekunlaşıb

23.02.2019

Neftin qiyməti bahalaşır

23.02.2019

Salyanda yol qəzası oldu - xəsarət alan var

23.02.2019

Dağda itən kişinin meyiti tapıldı

23.02.2019

Xocalı prospektində hərəkət qismən məhdudlaşdırılacaq

23.02.2019

Tramp Kraft Kellinin namizədliyini ABŞ-ın BMT-də daimi nümayəndəsi vəzifəsinə irəli sürüb

23.02.2019

Latviya əhalinin azalma sürətinə görə dünyada birincidir

23.02.2019

Prezidentin fərmanı nə qədər mənzili əhatə edəcək?

23.02.2019

Ermənistan silahlıları atəşkəs rejimini 20 dəfə pozub

23.02.2019

"Vengerlə mehriban düşmən idik" - Mourinyo

23.02.2019

Putin ölkəsinin yeni silahlarını təriflədi

23.02.2019

Fevralın 25-nə dolların rəsmi məzənnəsi müəyyən edilib

23.02.2019

Həftənin ən gözəl qolları - Video

23.02.2019

Xocalı soyqırımının ildönümü münasibətilə Ermənistanın İsveçdəki səfirliyinin qarşısında aksiya keçirilib

23.02.2019

“Open Science : Azərbaycan”  adlı konfrans keçirilib

23.02.2019

Rusiya Futbol İttifaqının yeni prezidenti məlum oldu

23.02.2019

Tovuzda raket qalıqları aşkarlanıb

23.02.2019

Buraxılış imtahanlarının dərslər başa çatmadan keçirilməsi narahatlıq yaradıb - RƏSMİ MÜNASİBƏT - VİDEO

23.02.2019

“Milan” 3:0 hesabı ilə qələbə qazanıb

23.02.2019

Biləsuvarda mağaza qarət edilib 

23.02.2019

Gədəbəydə F-1 əl qumbarası və UZRQM partladıcısı tapılıb

22.02.2019

Bu gün Bakıda 2 avtobus yanıb - VİDEO

22.02.2019

İnnovasiyalar Agentliyinin Nizamnaməsi və Strukturu təsdiqlənib

22.02.2019

Göygöldə və Ağdamda top mərmiləri aşkarlanıb

22.02.2019

Prezident İlham Əliyev Xəzərin hüquqi statusu haqqında Konvensiyanı təsdiqləyib

22.02.2019

Qubada iki dost bir-birini bıçaqladı

22.02.2019

“Xocalıya ədalət” kampaniyası oxucular tərəfindən bir daha dəstəkləndi

22.02.2019

İnnovasiyalar Agentliyinin Nizamnaməsi təsdiq edilib

22.02.2019

Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar bəyanat yayıb

22.02.2019

Sona Vəliyevanın şeirlər kitabı Londonda nəşr edilib

22.02.2019

Bakıda 45-50 yaşlarında naməlum kişi meyiti aşkarlanıb

22.02.2019

BMT Misiri edam cəzalarını dayandırmağa çağırıb

22.02.2019

Depressiyanı bu xəstəliklər yaradır - DİQQƏT!

22.02.2019

Avroliqada həftənin ən yaxşısı adına namizədlər

22.02.2019

Ehtiyatlı olun: Təyyarədə də gizli kamera var

22.02.2019

Bakıda maşın aşıb, yolda tıxac yaranıb

22.02.2019

Xalq artisti Hacıbaba Hüseynovun 100 illiyi qeyd ediləcək

22.02.2019

Bidzina İvanişvilinin yaxın tərəfdaşlarından biri istefa verib

22.02.2019

100 mühafizəkar Tereza Meyi Brexiti təxirə salmağa məcbur etmək istəyir

22.02.2019

İsveçin ən böyük aeroportunun bəzi əməkdaşlarının mütəşəkkil cinayətkar qruplaşmalarla əlaqələri üzə çıxıb

22.02.2019

Əfqanıstanda həlak olan hərbi qulluqçuların ailələri də yüksək qayğı ilə əhatə olunur

22.02.2019

“Bununla mən nə qazanıram?” - Estetik əməliyyata maraq niyə ARTIB? – VİDEO 

22.02.2019

Həcc ziyarətinə getməyin builki qiyməti məlum oldu - Sənəd qəbulu başladı

22.02.2019

Xızıda avtomobil yolunun tikintisinə 850 min manat ayrılıb

22.02.2019

FİFA-dan "Çelsi"yə transfer qadağası

22.02.2019

Dövlət Komitəsi dünya azərbaycanlılarını Brüsseldə Qarabağ mitinqində iştirak etməyə çağırır

22.02.2019

Ərdoğan Türkiyə və Azərbaycan arasında hərbi sahədə mühüm sənədi təsdiqlədi

22.02.2019

ABŞ 200 əsgərini hələ bir müddət Suriyada saxlayacaq

22.02.2019

XƏBƏRDARLIQ! Gələn həftə yağış, qar gözlənilir