Maşın alverçilərinin “probeq” fırıldağı – VİDEO 

16:25 / 11.02.2019

Avtomobillərin yürüşünün geri çəkilməsini necə müəyyən etmək olar?

ARB TV-nin “Günə Doğru” proqramında mövzu ilə bağlı süjet hazırlanıb.

Hazırda 2000-ci ildən əvvəl istehsal olunan avtomobillərin satışında artım müşahidə olunur. Bəzi vətəndaşlar yaranmış əlverişli şəraitdən istifadə edərək uzun müddət istismar etdiyi avtomobilini baha qiymətə satmaq üçün müxtəlif üsullardan istifadə edir. Sözü gedən metodlardan ən çox yayılanı yürüşə müdaxilə edərək göstəricisini azaltmaqdır.

Sürücü: “Yürüşü arxaya çəkilibsə, bu, onun görkəmindən bəlli olur”.

Sürücü: “Bu maşınımdan əvvəl bir maşın aldım, ustaya aparıb yürüşünü yoxlatdım. 200 min idi alanda, 400 min yürüşü olduğunu göstərdi. Aparıb qaytardım”.

Satıcılar ustaların köməyi ilə avtomobilin odometrinə müdaxilə edərək istismar müddətində qət etdiyi məsafəni dəfələrlə azaldır. Bununla onlar alıcını avtomobilin az istifadə olunduğuna səliqəli saxlanıldığına inandırmağa çalışırlar. Çünki yürüşün böyük olması avtomobilin çox istifadə edildiyinə və gələcəkdə texniki problemlərin ortaya çıxacağına işarə hesab olunur.

Usta: “Son zamanlar belə tendensiya müşahidə edilir ki, istənilən adam maşın alır, müəyyən bir müddət sürdükdən sonra maşını satır. Bu zaman da daha yüksək məbləğə satmaq üçün avtomobilin yürüşünü geri çəkirlər”.

Avtomobillərin yürüşünün geri çəkilməsi proseduru bahalı deyil və 30-80 manat arasında dəyişir. Lakin proses tam həyata keçirilmədiyi üçün onu müəyyən etmək mümkün olur. Yürüşə müdaxilənin hansı avtomobillərdə mümkün olmasına gəlincə isə, 2002-ci ildən sonra istehsal olunan avtomobillərin yürüş göstəricisinə müdaxilə etmək çox çətindir. Çünki bu avtomobillərin odometri ilə yanaşı digər detallarında da yürüş göstəriciləri yaddaşa yazılır. Digərlərində isə göstərici yalnız odometrdə saxlanıldğı üçün onu silmək mümkün olur.

Hazırda satış bazarında daha çox Almaniya istehsalı olan avtomobillərin yürüşünə müdaxilə edilir. Sözügedən nəqliyyat vasitələrinin əksəriyyəti 20 ildən çox istifadə edildiyi üçün yürüş göstəricisinin azaldılmasına ehtiyac yaranır.

Usta: “Bütün elektron bloklarda qeydə alınmış yürüşü geri çəkilərsə, onu heç bir avadanlıqda təyin etmək mümkün deyil. Lakin avtomobilə xüsusi baxış keçirməklə bunu təyin etmək mümkündür”.

Salona diqqət etməklə də istismar müddətini qismən müəyyən etmək olar. Sükan, qoltuqlar və ən əsası oturacaqlar avtomobilin istifadə müddətini göstərən ən önəmli vasitələrdir.

Avropada bəzi ölkələrdə yürüşə müdaxiləyə görə vətəndaş cinayət məsuliyyətinə cəlb oluna bilər. Ölkəmizdəki mövcud qanunvericilikdə isə belə faktlar üçün xüsusi müddialar nəzərdə tutulmayıb. 


Etiket:

Strategiya.az

Xəbərlər
18.08.2019

Birinci vitse-prezident Mehriban Əliyeva: Azərbaycanın layiqli övladları, əsgər və zabitləri ilə fəxr edirəm

18.08.2019

Şəhriyar Məmmədyarov Hikaru Nakamura ilə mübarizə aparacaq

18.08.2019

Şəmkirdə ailə münaqişəsi zəminində baş vermiş hadisə ilə bağlı Prokurorluqdan rəsmi açıqlama

18.08.2019

Sabah hava küləkli olacaq

18.08.2019

Bakıda ağırçəkili şəxs xilasedicilərin köməyi ilə mənzildən çıxarılıb

18.08.2019

Türkiyədə ağır yol-nəqliyyat hadisəsi baş verib

18.08.2019

Batma təhlükəsi ilə üzləşən 3 nəfər xilas olunub

18.08.2019

Ermənistan silahlı qüvvələri atəşkəsi 21 dəfə pozub

18.08.2019

İsrailin Baş Naziri Ukraynaya səfər edəcək

18.08.2019

Zaur Əliyev dünya çempionatında gümüş medal qazanıb

18.08.2019

Türkiyənin Orduya Kömək Təşkilatı “British Steel” şirkətini satın alır

18.08.2019

Azərbaycan Sərhəd Mühafizəsinin yaranmasından 100 il ötür

18.08.2019

Müdafiə naziri “Beynəlxalq Ordu Oyunları - 2019” yarışlarının bağlanış mərasimində iştirak edib

18.08.2019

Qazaxıstanda zəlzələ baş verib

18.08.2019

Bu gün dövlət qulluğuna qəbul üçün test imtahanı keçirilir

18.08.2019

Teleaparıcı təyyarə qəzasında həlak oldu

17.08.2019

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva dünya şöhrətli müğənni Müslüm Maqomayevin anım mərasimində iştirak edib

17.08.2019

Qazaxıstan hərbi gəmisi Bakı limanını tərk edib

17.08.2019

Tərtər sakini həmkəndlisini maşınla vurub öldürdü

17.08.2019

Məktəbli formalarının qiyməti açıqlandı

17.08.2019

Prezident İlham Əliyev əfqanıstanlı həmkarını təbrik edib

17.08.2019

Güləşçilərimiz dünya çempionatının dörddəbir finalına vəsiqə qazanıblar

17.08.2019

Gömrükdən keçən avtomobildə qanunsuz mobil telefonlar aşkarlanıb

17.08.2019

Azərbaycan bitki və heyvan mənşəli piy və yağların ixracını artırıb

17.08.2019

Xocəsən poçt şöbəsində quldurluq: İşçini bıçaqla vurub qaçdılar

17.08.2019

ABŞ-da yüngülmotorlu təyyarənin qəzaya uğraması nəticəsində 2 nəfər ölüb

17.08.2019

Oğuzda qətl: Münaqişə zəminində bıçaqlanma olub

17.08.2019

Cəlilabadda keçmiş məhkumun evindən narkotik və psixotrop maddələr aşkarlanıb

17.08.2019

"28 may" stansiyasında istifadəsi dayandırılan eskalatorda təftiş yekunlaşıb

17.08.2019

İstanbulda güclü partlayış: ölən var

17.08.2019

Dövlət Gömrük Komitəsi şirkətlərdən imtahan götürür

17.08.2019

Rusiya-ABŞ nüvə müharibəsi: Günəşə həsrət qalacağıq

17.08.2019

Sabah havanın temperaturu 40 dərəcəyə yüksələcək

17.08.2019

Əhalinin Siyahıyaalınmasına Yardım Komissiyasının iclası keçirilib

17.08.2019

Abşeronda 20-yə yaxın evdən oğurluq edən şəxslər tutulub

17.08.2019

Qeydiyyatdan keçməyənlər qəbul olunanlar siyahısından xaric ediləcəklər

17.08.2019

Messinin rekordu təkrarlanıb, "Barselona" son 11 ildə ilklə üzləşib

17.08.2019

Bakıda 7 otaqlı evdə yanğın olub

17.08.2019

Məktəbli formaları ilə bağlı direktorlara -XƏBƏRDARLIQ

17.08.2019

"Qalatasaray" fransalı futbolçunu transfer edib

17.08.2019

Yaponiya Müdafiə Nazirliyi ABŞ-dan “F-35B” qırıcılarının alınması planını təsdiqləyib

17.08.2019

Zaur Əliyev dünya çempionatının finalında

17.08.2019

3 rayonun qaz təhizatı 2 gün müddətinə dayandırılır - SƏBƏB?

17.08.2019

“Qarabağ” klubu Azərbaycan Premyer Liqasının yeni mövsümünə qələbə ilə başlayıb

17.08.2019

Düşmən atəşkəs rejimini 21 dəfə pozub

17.08.2019

BMT Cammu və Kəşmirdəki vəziyyətdən narahatdır

17.08.2019

Kiyevin "Dinamo" klubunda yeni baş məşqçi

17.08.2019

Tərlan İbrahimovun üzərində zorakılıq əlamətləri olan meyiti tapılıb

16.08.2019

Arktikada 35 dərəcə isti qeydə alınıb

16.08.2019

Onkoloji xəstəliklərlə “vuruşan” ərzaqların siyahısı hazırlanıb