Elman Nəsirov: “Freedom House” “Soyuq müharibə”nin tör-töküntüsüdür

18:24 / 11.02.2019

Elman Nəsirov

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN DEPUTATİ, AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA DÖVLƏT İDARƏÇİLİK AKADEMİYASININ SİYASİ ARAŞDIRMALAR İNSTİTUTUNUN DİREKTORU, SİYASİ ELMLƏR DOKTORU, PROFESSOR

“Freedom House” formal baxımdan beynəlxalq qeyri-hökumət təşkilatıdır. 1941-ci ildə yaradılıb. Mənzil qərargahı Vaşınqtonda yerləşir. Missiyası dünya ölkələrində vətəndaşların siyasi və mülki hüquqlarının vəziyyəti ilə bağlı monitorinq aparmaq və onun nəticələrinə dair müvafiq hesabatlar dərc etməkdir. Göründüyü kimi, ilk baxımdan diqqətəlayiq və vacib missiyadır. Lakin “şeytan detallarda yerləşir”.

Bu fikirləri  Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının beynəlxalq əlaqələr komissiyasının katibi, siyasi elmlər doktoru, professor Elman Nəsirov deyib.

Deputat bildirib ki, reallıqda bu qurum “pulunu verib mahnını sifariş edən”in əlində siyasi təzyiq alətindən başqa bir şey deyil. Bir az da mətləbə varsaq, görərik ki, özünü “Azadlıq evi” kimi təqdim edən bu üzdəniraq qurumda azadlıqdan əsər-əlamət yox imiş. Heç ola da bilməzdi. Bir təşkilatın ki, təxminən 30 milyon dollara bərabər büdcəsinin təqribən 25 milyon dolları ABŞ hökumətinin ayırdığı qrantlar hesabına formalaşırsa, axı o necə qeyri-hökumət təşkilatı statusunu daşıya bilər? Bu, mümkünsüzdür. Deməli, belə qurumun siyasi sifarişlər əsasında işləyəcəyi təkcə onun rəhbərliyi üçün bəlli həqiqət deyil. Bu həqiqəti artıq dünya ictimaiyyəti də dərk edir. Eyni zamanda, orta statistik dünya vətəndaşı onun da fərqindədir ki, ölkəsində demokratiyanın vəziyyəti ilə bağlı məhz “öz arşınları” ilə ölçü götürürlər. Metodologiyasını da məhz özləri icad ediblər. Başqasını əsla yaxın qoymazlar. Necə deyərlər, sifariş verən də bəlli, pulu alan da məlum. Sifariş isə düz 47 il əvvəl verilib - 1972-ci ildə. Müəllifi də Vaşinqton Universitetinin müəllimi olmuş Raymond Qasterdir. Bu metodologiyanın yaranma tarixi “Soyuq müharibə”nin tüğyan etdiyi dövrə təsadüf edir. Həmin metodologiyaya görə, dünya ölkələrində vətəndaşların siyasi və mülki hüquqlarının vəziyyəti 3 yarlıq üzrə müəyyən edilirdi: “azad ölkə”, “qismən azad ölkə” və “ qeyri-azad ölkə”. Əslində isə sifariş Vaşinqtondan gəldiyindən Sovet İttifaqı başda olmaqla sosialist ölkələrində demokratiyanın boğulduğu, heç bir insan hüquqlarının olmadığı fonunu yaradıb, ABŞ-ın liderliyi ilə Qərb dünyasının “demokratiya aguşu”nda uyuduğunu beynəlxalq ictimai fikrə sırımaq idi. Başqa sözlə, birincilər “qeyri-azad” ölkə, ikincilər isə onun tam əksi. Bununla da “Soyuq müharibə” dövrünün postulatlarına adekvat olaraq sifarişçinin (ABŞ) qarşı tərəf (Sovet İttifaqı) üzərində ideoloji və strateji üstünlüyünə nail olmaq əsas hədəf idi. Son hədəfi isə ideoloji düşməni məhv etmək ideyası üzərində qurulmuşdu. Bu məqsəd üçün sifarişçi “Freedom House” təşkilatını “demokratiya silahı” ilə silahlandırmışdı.

Artıq dünya dəyişib. Daha ikiqütblü dünya qarşıdurması yoxdur. Təkqütblü dünya reallığı da böyük sual altındadır. Çoxqütblü dünyanın formalaşması prosesi dönməz xarakter almaqdadır. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “Qeyri-sabit qlobal proseslər şəraitində ikiqütblülükdən sonrakı dünya” adlı fundamental tədqiqat əsərində qeyd etdiyi kimi, “ABŞ və müttəfiqləri təkqütblü dünyanın saxlanmasında israrlıdırlarsa, dövlətlərin mütləq əksəriyyəti çoxqütblü dünya lehinədirlər”.

Bir sözlə, “Soyuq müharibə” tarixin arxivində olsa da, onun qalığı olan “Freedom House” və onun “boyat metodologiyası” hələ də siyasi sifarişləri yerinə yetirmək mərəzindən qurtula bilməyib. Sahibləri onu yeni reallığa adaptasiya etdirmək üçün vəsaitlərini əsirgəmirlər. Yeni şəraitdə hədəfdə yeni hədəflərdir - ilk növbədə, müstəqil və milli maraqlara söykənən siyasət aparan suveren dövlətlər. O dövlətlər ki, hər hansı beynəlxalq siyasi dairələrin, beynəlxalq təşkilatların və böyük dövlətlərin diktəsi altında deyil, məhz xalqının milli mənafeyindən irəli gələn müstəqil siyasət aparır və heç bir beynəlxalq avantüraya qoşulmur. O dövlətlər ki, ərazisində sabitlik və təhlükəsizlik mühiti hökm sürür. O dövlətlər ki, xalıq ilə hakimiyyəti arasında vəhdət var.

Azərbaycan məhz belə dövlət olduğundan “Freedom House” kimi fəaliyyətində qərəz, yalan, iftira və ləkələmək kimi vasitələri işlək vəziyyətə gətirmiş və sahibinin əlində siyasi təhdid alətinə çevrilmiş bir üzdəniraq qurumun hədəfindədir. Bu qüvvələr heç cür həzm edə bilmirlər ki, nədən böyük olmayan bir müsəlman ölkəsi olan Azərbaycan bu qədər sürətlə inkişaf etsin? Nədən Azərbaycan xalqı birmənalı şəkildə öz prezidentinin arxasında dayansın və onun bütün təşəbbüslərini müdafiə etsin? Nəyə görə Azərbaycan dövlətinin rəhbəri müstəqil və xalqın siyasi iradəsinə əsaslanan siyasət yeritsin? Bu suallar anti-Azərbaycan qüvvələrin, o cümlədən “Freedom House”un rəhbərliyinin “yuxusuna haram qatır.” Onlar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanvarın 11-də Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında səsləndirdiyi fikirlərdən çox narahat olurlar: “Bildiyiniz kimi, keçən il dünyanın müxtəlif bölgələrində, o cümlədən bizim bölgəmizdə çox xoşagəlməz proseslər gedirdi, yeni risklər, yeni təhdidlər yaranır. Əvvəlki illərdə başlanmış münaqişələr, qanlı toqquşmalar davam edir, bir çox yerlərdə sabitlik pozulur, kütləvi etiraz aksiyaları geniş vüsət alır. Bu mənfi mənzərə fonunda Azərbaycanın uğurları özünü daha da qabarıq şəkildə büruzə verir. Azərbaycan inkişaf, tərəqqi, sabitlik ölkəsidir. Dünyada və bölgədə gedən proseslərdən asılı olmayaraq Azərbaycan öz müstəqil yolu ilə, inkişaf yolu ilə uğurla gedir və gedəcək.” Bu gerçəklikdən təşviş keçirən “Freedom House” ənənəvi davranışına sadiq qalaraq “Dünyada azadlıq-2019” adlı hesabatında bir dirijor çubuğunun işarəsi ilə Azərbaycan üçün 11 bal müəyyən edir və yuxarıda qeyd etdiyimiz arşını ilə ölçərək onu “qeyri-azad” ölkə siyahısına salır. Müqayisə üçün, işğalçı və bir milyondan çox soydaşımızın bütün hüquqlarını total şəkildə pozan Ermənistan 51 bala layiq görülərək “qismən azad” ölkə kimi qiymətləndirilir. Bu hesabatı hazırlayan “Azadlıq evi”nin “azad ekspertlər”i “Dünyada azadlıq-2009” hesabatında da Ermənistanda siyasi zorakılığın və vətəndaş hüquqsuzluğunun apogeyi sayılan 2008-ci ilin 1 mart gülləbaranına göz yummuş, həmin ildə də bu despotik və orta əsr təfəkkürü ilə idarə olunan dövləti “qismən azad” ölkə statusuna yüksəltmişdi. Eyni yanaşma Azərbaycan xalqına və bütövlükdə bəşəriyyətə qarşı Xocalı soyqırımının əsas təşkilatçısı olan hərbi cani Serj Sarkisyanın 10 il ərzində idarə etdiyi cinayətkar rejimə münasibətdə də istisna təşkil etməyib. Məhz bu rejimdən ən çox ziyan çəkənin, adi elementar hüquqları hər an pozulanın da məhz elə erməni xalqı olduğu həqiqəti “Freedom Hause”un “iti gözü”ndən müəmmalı şəkildə yayınıb. Əslində burada müəmmalı bir şey də yoxdur. Sadəcə, dünyamızın nizamı pozulub. Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, professor Əli Həsənovun təbirincə desək, “dünyada güc ilə hüquq arasında balans pozulub. Dünyada baş verən bütün ədalətsizliklərin kökündə dayanan əsas amil odur ki, bu balans gücün xeyrinə pozulub”. Elə bu səbəbdən də ikili standartlar dünya siyasətinə həyasızcasına pərçim edilməkdədir.

Dünyada bu ədalətsizliyi formalaşdıran beynəlxalq siyasi dairələrə qarşı Azərbaycan Prezidenti İlham Əliyev hər zaman öz haqq səsini ucaldır. Dövlətimizin başçısı deyib: “Biz bütün prinsipial məsələlərlə bağlı beynəlxalq kürsülərdən səsimizi ucaldırıq. Ədalət və qanunun aliliyini təbliğ edirik və müdafiə edirik”.

Dünyada haqqın, ədalətin, qanunun müdafiəsi ilə bağlı prinsipial və qətiyyətli mövqe ortaya qoyduğuna və bu istiqamətdə əməli addımlar atdığına görə, ilk növbədə Azərbaycan Prezidenti İlham Əliyev və onun uğurla idarə etdiyi Azərbaycan dövləti beynəlxalq islamofob və ksenofob qüvvələrin hədəfindədir. Həmin qüvvələrin “demokratiya sapandı” isə “Soyuq müharibə”nin tör-töküntüsü olan “Freedom House”dur.

Qoy bu anti-Azərbaycan qüvvələr bir həqiqəti birdəfəlik “qulaqlarında sırğa” edib saxlasınlar. Onların Azərbaycanı Suriyaya, Bakını Dəməşqə çevirmək niyyətləri ürəklərində qalacaq. Xalqın gözü tərəzidir. Xalqımız çox gözəl bilir ki, bu bədxah, xəbis qüvvələrin əsl niyyətləri nədən ibarətdir. Müdrik xalqımız elə bu məntiqdən çıxış edərək öz rəhbəri – Prezident İlham Əliyev ətrafında daha sıx birləşərək həmin beynəlxalq və daxili qaragüruhçu qruplara bir səslə xəbərdarlıq edir: “Çəkin çirkli əllərinizi Azərbaycandan!”.


Etiket:

Strategiya.az

Xəbərlər
23.02.2019

Çöllərin zərif qızı, güllərin dan ulduzu

23.02.2019

“Şah İsmayıl Xətai” tankerinin əsaslı təmiri yekunlaşıb

23.02.2019

Neftin qiyməti bahalaşır

23.02.2019

Salyanda yol qəzası oldu - xəsarət alan var

23.02.2019

Dağda itən kişinin meyiti tapıldı

23.02.2019

Xocalı prospektində hərəkət qismən məhdudlaşdırılacaq

23.02.2019

Tramp Kraft Kellinin namizədliyini ABŞ-ın BMT-də daimi nümayəndəsi vəzifəsinə irəli sürüb

23.02.2019

Latviya əhalinin azalma sürətinə görə dünyada birincidir

23.02.2019

Prezidentin fərmanı nə qədər mənzili əhatə edəcək?

23.02.2019

Ermənistan silahlıları atəşkəs rejimini 20 dəfə pozub

23.02.2019

"Vengerlə mehriban düşmən idik" - Mourinyo

23.02.2019

Putin ölkəsinin yeni silahlarını təriflədi

23.02.2019

Fevralın 25-nə dolların rəsmi məzənnəsi müəyyən edilib

23.02.2019

Həftənin ən gözəl qolları - Video

23.02.2019

Xocalı soyqırımının ildönümü münasibətilə Ermənistanın İsveçdəki səfirliyinin qarşısında aksiya keçirilib

23.02.2019

“Open Science : Azərbaycan”  adlı konfrans keçirilib

23.02.2019

Rusiya Futbol İttifaqının yeni prezidenti məlum oldu

23.02.2019

Tovuzda raket qalıqları aşkarlanıb

23.02.2019

Buraxılış imtahanlarının dərslər başa çatmadan keçirilməsi narahatlıq yaradıb - RƏSMİ MÜNASİBƏT - VİDEO

23.02.2019

“Milan” 3:0 hesabı ilə qələbə qazanıb

23.02.2019

Biləsuvarda mağaza qarət edilib 

23.02.2019

Gədəbəydə F-1 əl qumbarası və UZRQM partladıcısı tapılıb

22.02.2019

Bu gün Bakıda 2 avtobus yanıb - VİDEO

22.02.2019

İnnovasiyalar Agentliyinin Nizamnaməsi və Strukturu təsdiqlənib

22.02.2019

Göygöldə və Ağdamda top mərmiləri aşkarlanıb

22.02.2019

Prezident İlham Əliyev Xəzərin hüquqi statusu haqqında Konvensiyanı təsdiqləyib

22.02.2019

Qubada iki dost bir-birini bıçaqladı

22.02.2019

“Xocalıya ədalət” kampaniyası oxucular tərəfindən bir daha dəstəkləndi

22.02.2019

İnnovasiyalar Agentliyinin Nizamnaməsi təsdiq edilib

22.02.2019

Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar bəyanat yayıb

22.02.2019

Sona Vəliyevanın şeirlər kitabı Londonda nəşr edilib

22.02.2019

Bakıda 45-50 yaşlarında naməlum kişi meyiti aşkarlanıb

22.02.2019

BMT Misiri edam cəzalarını dayandırmağa çağırıb

22.02.2019

Depressiyanı bu xəstəliklər yaradır - DİQQƏT!

22.02.2019

Avroliqada həftənin ən yaxşısı adına namizədlər

22.02.2019

Ehtiyatlı olun: Təyyarədə də gizli kamera var

22.02.2019

Bakıda maşın aşıb, yolda tıxac yaranıb

22.02.2019

Xalq artisti Hacıbaba Hüseynovun 100 illiyi qeyd ediləcək

22.02.2019

Bidzina İvanişvilinin yaxın tərəfdaşlarından biri istefa verib

22.02.2019

100 mühafizəkar Tereza Meyi Brexiti təxirə salmağa məcbur etmək istəyir

22.02.2019

İsveçin ən böyük aeroportunun bəzi əməkdaşlarının mütəşəkkil cinayətkar qruplaşmalarla əlaqələri üzə çıxıb

22.02.2019

Əfqanıstanda həlak olan hərbi qulluqçuların ailələri də yüksək qayğı ilə əhatə olunur

22.02.2019

“Bununla mən nə qazanıram?” - Estetik əməliyyata maraq niyə ARTIB? – VİDEO 

22.02.2019

Həcc ziyarətinə getməyin builki qiyməti məlum oldu - Sənəd qəbulu başladı

22.02.2019

Xızıda avtomobil yolunun tikintisinə 850 min manat ayrılıb

22.02.2019

FİFA-dan "Çelsi"yə transfer qadağası

22.02.2019

Dövlət Komitəsi dünya azərbaycanlılarını Brüsseldə Qarabağ mitinqində iştirak etməyə çağırır

22.02.2019

Ərdoğan Türkiyə və Azərbaycan arasında hərbi sahədə mühüm sənədi təsdiqlədi

22.02.2019

ABŞ 200 əsgərini hələ bir müddət Suriyada saxlayacaq

22.02.2019

XƏBƏRDARLIQ! Gələn həftə yağış, qar gözlənilir