Poeziyamızın mifi - "Həpsi rəngidir" - Azər TURAN yazır

10:57 / 13.02.2019

Azər TURAN

Arxada ayaq üstə (soldan): Mirzə Cəlal Yusifzadə, Bədrəddin Seyidzadə, Salman Mümtaz, Süleyman Sani Axundov, Abdulla Şaiq, İsmayıl Hikmət, Hüseyn Cavid, Əli Kərimov, Qulam Mirzə, Sami Kamal, Soltan Məcid Qənizadə, Əhməd bəy Pepinov, Əliskəndər Cəfərzadə...Seyid Hüseyn. 

İkinci sırada oturanlar (soldan): Mirzə Rəhim Fəna, Əbülxalıq Cənnəti, Səməd Mənsur, Azər Buzovnalı, Mədinə Qiyasbəyli, Həbib Cəbiyev, Fuad Körpülü, Böyükağa Talıblı, Şəfiqə Əfəndizadə, Nəcəf bəy Vəzirov, Əbdürrəhim bəy Haqverdiyev, Bəkir Çobanzadə, Cəlil Məmmədzadə, Ağadadaş Müniri. soldan

Öndə oturanlar (Soldan): Əraqi, Əliağa Vahid, Əli Hüseynzadə, Adil Əfəndiyev, Əhməd Cavab, Cabbar Əfəndizadə, Atababa Musaxanlı, Mikayıl Rəfili, Həmmal, Ağahüseyn Rəsulzadə.

Bu şəkil 1926-cı il martın 5-də Ədəbiyyat Cəmiyyətində çəkilib. 11 ildən sonra, yəni 1937-ci ilin 23 aprelində "Ədəbiyyat qəzeti"ndə Ədəbiyyat Cəmiyyətinə məhz bu şəklin çəkildiyi günə görə siyasi hökm oxunub: "Köhnə yazıçıları birləşdirən "Ədəbiyyat Cəmiyyəti" əsas etibarı ilə mürtəce yazıçılardan ibarət idi.  Bu cəmiyyətin sədri Böyükağa Talıblı, katibi isə Əhməd Cavad idi. Bu "cəmiyyətin" "marksist" fikri ifadə edən partiya yadrosu Tağı Şahbazi, Hənəfi Zeynallı və Talıblı kimi nasionalist və çürük liberallardan ibarət olmuşdur ki, sonra bunlar kontrrevolyusyon mahiyyətlərini göstərdilər. Bu adamlar Cavadların, Çobanzadələrin və Səməd Mənsurların təsirində qul olmağa qədər enmişlərdi.  Bunların sayəsində "Ədəbiyyat Cəmiyyəti"nin orqanı olan "Ədəbi parçalar" jurnalının səhifələrində "Rəngidir" kibi mürtəce şeirlər çap olunurdu.  Cəmiyyət özünün bütün fəaliyyəti ilə demək olur ki, o zamankı gənc proletar yazıçılarının pozisiyasını da zəiflətməyə çalışırdı. Bir faktı göstərmək kifayət edər ki, cəmiyyətə məşhur pantürkist və panislamist, Azərbaycan burjuaziyasının ilk ideoloqu Əli bəy Hüseynzadə fəxri üzv olaraq qəbul edilmişdir".

Şəkil də həmin tədbirdə Hüseynzadənin cəmiyyətə fəxri üzv seçildiyi gün - martın 5-də çəkilib.

Şəkildə Səməd Mənsur da var. Ölümünə on ay qalıb. Bəlkə də, Səməd Mənsurun son şəklidir. Sağında Əbdülxalıq Cənnəti, solunda "türklüyün varlığı qeyrə nə böyük qorxuymuş, / Dost-düşmən onu məhv etməyi istər, Azər" deyə dərdlərini bölüşdüyü Azər Buzovnalı. Ətrafında hamı - o illərin Mirzə Cəlil və Cəfər Cabbarlıdan başqa, bütün ədəbi elitası... Şəkildə bir də  Əli bəy Hüseynzadə yoxdur.  Çünki bu fotonu Hüseynzadənin özü çəkib. Şəkildəkilər də martın 5-də Ədəbiyyat Cəmiyyətinə o günlərdə Türkoloji Qurultayın işində iştirak etmək üçün Bakıya gələn Əli bəy Hüseynzadəyə görə toplaşıblar.

Bu şəkildən iki ay sonra - may ayında Ədəbiyyat Cəmiyyətinin "Ədəbi parçalar" jurnalının ilk sayı dərc olunub.  Və jurnalda 1920-ci illərdəki ədəbiyyatımızın istər marksist, istər idealist ədəbi-nəzəri, estetik mənzərəsini bütövlükdə yansıdan yazılar - Hüseynzadənin Ədəbiyyat Cəmiyyətində keçirilən görüşdəki tarixi nitqi, Bəkir Çobanzadənin, Hənəfi Zeynallının, İsmayıl Hikmətin məqalələri, Cəlil Məmmədquluzadənin "Şərq fakültəsi", Süleyman Sani Axundovun "Zarafat" hekayələri dərc olunub. Hüseyn Cavidin "Həp sənsən" şeiri ilə açılan "Ədəbi parçalar" Səməd Mənsurun "Həpsi rəngidir" şeiri ilə davam edir və Süleyman Rüstəmin "Üsyan yarat, üsyan", Almas Yıldırımın "Qərbə" şeirləriylə ilə tamamlanır...

"Həpsi rəngidir" şeirinin altında tarix olaraq "22 mart 1919" yazılıb və şeir "Klassik ədəbiyyatımızdan" rubrikasında təqdim edilib... Doğrudanmı, şeir 1919-cu ilin martında qələmə alınıb? Bəlkə, bolşevik tənqidinin diqqətini yayındırmaq üçün şeirin sonuna 1919-cu il tarixini 1926-cı ildə əlavə ediblər. Həm də axı 47 yaşlı şairin yazdığı şeir niyə 1926-cı ildə klassik ədəbiyyat nümunəsi kimi təqdim edilməliydi?

Şeir çap olunandan səkkiz ay sonra 48 yaşlı Səməd Mənsur dünyasını dəyişib.

Sonrakı illərdə "Həpsi rəngidir" marksist ədəbiyyatşünaslığın hədəfinə çevrilib. "İdealist romantizm xəstəliyinə", "...təşkilati cəhətdən rəvac verən" Ədəbiyyat Cəmiyyəti və "Ədəbi parçalar" jurnalı "öz səhifələrində nəinki H.Cavidin "Həp sənsən", Səməd Mənsurun "Həpsi rəngidir" şeirlərini" dərc etdiyinə,  "hətta mürtəce romantizmi nəzəri cəhətdən əsaslandırmağa çalışan burjua ideoloqu Əli bəy Hüseynzadəyə tribuna verdiyinə" görə tənqid olunub.

Bu da təbii idi...

Səməd Mənsur yaşadığı sistemdə, cəmiyyətdə, hətta dünyada bir az da Berqsonçu təbirlə bütövlükdə varlığın rəngləndiyini - təhrif olunduğunu yazırdı. Amma "Həpsi rəngidir"in yazıldığı dövrdə Mustafa Quliyevin timsalında məmləkətin marksist tənqidçiləri Berqson fəlsəfəsinə, Azərbaycan (o zaman türk) ədəbiyyatında sağ təmayülçülərə, "cığırdaşlara"  qarşı ideoloji savaş açmışdılar. Berqsona görə, sənətin, o sıradan "şeirin məqsədi varlığı insandan gizlədən şeyləri kənar etməkdən ibarət idi və yalnız bu şərtlə biz varlıqla qarşı-qarşıya, üz-üzə gələ bilərdik". Bu mənada Səməd Mənsurun "Həpsi rəngidir" şeiri Berqson fəlsəfəsi ilə həmahəng idi və ilk dəfə  o, varlığı bizdən gizlədən rəngin Azərbaycan poeziyasında təkrarsız metaforasını yaradırdı.   

"Həpsi rəngidir" şeiri "Əlvahi-intibah" dalğasındadır, Hadidəki fəryadın metafizik rəngi Səməd Mənsurun "Həpsi rəngidir" şeirindəki absurd sükutla qarışıb. Hadidə "Məsərrət (sevinc) ani bir şeydir, məlalətlər (hüznlər) həqiqətdir". Səməd Mənsurda isə  matəmin, məlalətin, hüznün, ələmin özü də rənglənib. "Rəngidir hər dürlü matəm, hər məsərrət rəngidir". Bu məqamda yadıma Kazimir Maleviçin "Qara kvadrat" əsəri düşür. Tablonu tədqiq edənlər yüz ildən sonra aydınlaşdırdılar ki, sən demə, yalnız qara rəngdən ibarət olan tablonun dərinliyində başqa rənglər də varmış. Görünən "Qara kvadrat"ın bətnində "Zəncilərin savaşı" tablosu gizlənibmiş. "Həpsi rəngidir"in də dərinliyində "Əlvahi-intibah"dakı cizgilər gizlidir və sanki Səməd Mənsur palimpsest üsulu ilə Hadinin "Əlvahi-intibah"ı üzərində yeni mətn yaratmışdır.

"Həpsi rəngidir" yaddaşlarda proses kimi yaşayıb. Bir dəfə bir jurnalın səhifəsində çap olunub, az qala, bir əsr boyunca dildən-dilə, yaddaşdan-yaddaşa cərəyan edib. Bəlkə də, sonun, puçluğun, faninin barəsində yazılmış ən bənzərsiz şeirlərdən biri kimi, üstəgəl, absurd fəlsəfəsini şəkilləndirən mistikası, müəllifinin özünün dediyi kimi, dərvişməcaz halı, sufiyanə, tərki-dünya ədası "Həpsi rəngidir"i Azərbaycan poeziyasının miflərindən birinə çevirib.

Səməd Mənsur

HƏPSİ RƏNGİDİR

Uyma, ey dil, xəlqdə yoxdur sədaqət, rəngidir.

Məscidü meyxanə rəng, eyşü ibadət rəngidir,

Mey riya, məşuqə ğəşş, hüsnü vəcahət rəngidir,

Rəngidir hər dürlü matəm, hər məsərrət rəngidir.

Anla, ey əbnayi-xilqət, cümlə xilqət rəngidir.

 

Görmədim bir zərri-xalis buteyi-nasutdə,

Mənəvi min ləkə gördüm ləldə, yaqutdə,

Biqərəz insan olur görmək fəqət tabutdə,

Bilməzəm varmı sədaqət aləmi-lahutdə,

Azma, fikrim, cümlə ecazü kəramət rəngidir.

 

Hər kəsin Cibrili kəndi qəlbidir, vicdanıdır,

Var isə insafı şəxsin, dinidir, imanıdır,

Bədnihad insanların öz nəfsi, öz şeytanıdır,

Lövhi-qəlbi arifin ayatıdır, Quranıdır,

Mabəqi övhamdır, şərü təriqət rəngidir.

 

Bir zaman vardı ki, mən həmfikr idim zöhhad ilə,

Sonra gördüm fərqi yoxmuş zahidin cəllad ilə,

Dedim: əyyaş olmalı, ta gün keçə mötad ilə,

Cümlə eyşü nuşi gördüm müxtəlif fəryad ilə,

Anladım ki, zöhdü təqva, eyşü işrət rəngidir.

 

Qıl təsəvvür bir daha şairlərin xülyasını,

Aşiqi-zarın başında seyr qıl sövdasını,

Qəbri aç, göstər ona Şirinini, Leylasını,

Bir ayılsın da, düşünsün gördüyü röyasını,

"Bax", deyir "həqqi bütün eşqü məhəbbət rəngidir".

 

Tapmadım aləmdə bir həmdəm ki, olsun biriya,

Görmədim heç kəsdə bir niyyət qərəzdən maəda,

Küllən əbnayi-bəşər öz nəfsinə olmuş fəda,

Nəfsi uğrunda görürsə hər bəla, hər macəra,

"Məslək"ə isnad edər, məslək, dəyanət rəngidir.

 

Bilmədim neyçinmiş aləm, bunca da yəsü ələm,

Zövrəqi-ömrün mühiti vərtəban, dəryayi-qəm,

Böylə halda kimsədən bihudədir ummaq kərəm,

Hər gələn bulmaq dilər öz nəfsinə asudə dəm,

Arxalanmam kimsəyə, ülfət, rəfaqət rəngidir.

 

İndi ki, mümkün deyil aləmdə olmaq kamyab,

Ey gözüm qurbanı, saqi, ver genə sağər şərab,

Ver genə sağər şərab, ey saqiyi-alicənab,

Bəlkə badənlə edə Mənsur rahət iktisab,

Yoxsa, bu aləmdə yoxdur istirahət, rəngidir.



Strategiya.az

Xəbərlər
19.09.2019

Zəhərlənməyə görə Bakıdakı məşhur dönərxana bağlandı - Araşdırma başladı

19.09.2019

Tramp: Bir zənglə istənilən ölkəyə girə bilərik

19.09.2019

Səhiyyə Nazirliyi İsmayıllıda baş verən zəhərlənmə ilə bağlı: Yardım göstərilir

19.09.2019

Sərhəddə tutulan şəxs narkotiklə dolu çantanı çəpərin əks tərəfinə atdı

19.09.2019

Bakının Baş planının hazırlanması üzrə qurumlararası İşçi Qrupun növbəti iclası keçirilib

19.09.2019

Hacı Əliyev barədə hakimlər son qərarını açıqladılar - RƏSMİ

19.09.2019

Əfqanıstanda aviazərbələr nəticəsində ən azı 30 dinc insan həlak olub

19.09.2019

Yasamalda ağac kəsənlər barəsində məlumatlar şəhər prokurorluğuna göndərilib

19.09.2019

Sabah 34 dərəcə isti olacaq

19.09.2019

Nazir: TANAP-la indiyədək 2,5 milyard kubmetrdən çox təbii qaz göndərilib

19.09.2019

İmişlidə özlərini çaya atmaq istəyən qadın və oğlu xilas edilib

19.09.2019

Millimizin mövqeyi açıqlandı - yeni reytinq

19.09.2019

ABŞ və Səudiyyə Ərəbistanı neft obyektlərinə hücumda İranı ittiham edir, sübut isə yoxdur

19.09.2019

Yediyimiz dönərlər: Leş yığanlar əti 50 qəpiyə alırlar – VİDEO

19.09.2019

Ermənistanda istefaya göndəriləcək nazirlərin adları açıqlandı

19.09.2019

Nazir müavini: Azərbaycan Xəzəryanı ölkələrin hər biri ilə siyasi və iqtisadi sahədə sıx əməkdaşlıq edir

19.09.2019

“Azeri Light”ın bir barreli 67,33 dollara satılır

19.09.2019

Xaçmazda dəyərindən ucuz təklif olunan qızıllar oğurluq imiş

19.09.2019

Hava meteohəssas insanlarda narahatlıq yarada bilər

19.09.2019

Zakir Həsənov müşavirə keçirdi, təlimləri izlədi

19.09.2019

"Əsrin müqaviləsi"- Azərbaycanı qlobal dünya iqtisadiyyatının tərkib hissəsinə çevirən layihə

19.09.2019

İran prezidenti BMT Baş Assambleyasında iştirak etməyə bilər - Vizası yoxdur

19.09.2019

Azərbaycana aksiz markasız alkoqollu içkilər gətirən şəxs ifşa olunub

19.09.2019

Əhməd Cavadın həyatı film oldu - VİDEO

19.09.2019

“İTBAŞI” romanının 2-ci hissəsi çapdan çıxdı

19.09.2019

Bu rayonlarda direktor yerləri boşdur

19.09.2019

Ukrayna bütün təmas xətti boyunca qoşunlarını geri çəkir

19.09.2019

"Qarabağ" "Sevilya"ya qarşı 

19.09.2019

Atəşkəs snayperlərlə pozuldu - 19 dəfə

19.09.2019

Azərbaycanda “Qida təhlükəsizliyi haqqında” qanun qəbul olunacaq

19.09.2019

Bakıda iki küçədə hərəkət məhdudlaşdırılacaq

19.09.2019

Sentyabrın 19-da xarici valyutaların manata qarşı məzənnələri

19.09.2019

Neft yenidən bahalaşıb

19.09.2019

Xətai rayonu ərazisində kompleks tədbirlər həyata keçirilir

19.09.2019

UEFA Çempionlar Liqasının qrup mərhələsinin birinici turu yekunlaşıb

19.09.2019

Bu ölkənin əhalisi son iki ildə 3 milyon nəfər azalıb

19.09.2019

Lənkəranda "Mercedes" "07" ilə toqquşdu, sürücü öldü

19.09.2019

Kürdəmirdə mağazadan 3 min manatlıq oğurluq edən şəxs saxlanılıb

19.09.2019

UEFA Çempionlar Liqasının birinci turunun ən yaxşı qolunun müəllifi kim olacaq?

19.09.2019

Xəzər dənizində zəlzələ olub

18.09.2019

 Mindən çox abonentin qaz təminatı dayandırılıb

18.09.2019

Prezidentin köməkçisi Əli Həsənov Türkiyənin ingilisdilli TRT WORLD kanalına müsahibə verib - Video

18.09.2019

Bakıda Üzeyir Hacıbəyli XI Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi olub

18.09.2019

Bakıda kirayə qalan 32 yaşlı qadın küçədə ürəyindən bıçaqlandı

18.09.2019

Elmar Məmmədyarov: Minsk Qrupunun üzvü kimi İtaliyanın Qarabağ münaqişəsini diqqətdə saxlaması vacibdir

18.09.2019

Polis inspektorunu təhqir edən sürücü həbs olunub

18.09.2019

"Deputatların əməkhaqqı artdı, amma pensiyada o artım olmadı. Bu məsələ həll ediləcək”

18.09.2019

Gələn ildən sosial müdafiə məqsədlərinə ayrılan vəsaitin həcminin 10 faiz artırılması ehtimal edilir

18.09.2019

Müvəkkil Hüquq Mərkəzi maarifləndirilmə tədbirlərini yekunlaşdırıb

18.09.2019

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı