Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019−2025-ci illər üçün Strategiyasının  əsas prinsipləri, strateji hədəfləri və onun mahiyyəti

12:18 / 04.03.2019

Azərbaycan Respublikasının  Prezidenti yanında Dövlət  İdarəçilik Akademiyasının “Dövlət  qulluğu və kadr siyasəti” kafedrasının dosenti s.e.f.d. Murtəza Həsənov    

 

 

Strategiyanın əsas məqsədi dövlət qulluğu sistemində idarəçiliyin təkmilləşdirilməsi, dövlət orqanlarının kadr potensialının inkişaf etdirilməsi, yüksək mənəvi və etik dəyərləri əsas tutan, bilik, bacarıq və müsbət şəxsi keyfiyyətləri ilə seçilən dövlət qulluqçuları korpusunu formalaşdırmaqla dövlət orqanlarının fəaliyyətində səmərəliliyin artırılmasıdır.

        Sürətlə dəyişən dünyamızda bir çox şey kimi dövlət idarəçiliyi anlayışı da texnoloji, ictimai və siyasi inkişaflara uyğunlaşmaq məcburiyyətində qalmış və beləcə yeni dövlət idarəçiliyi anlayışı doğulmuşdur. Artan və növlərə ayrılan ictimai tələb və ehtiyaclara cavab verə bilməyən köhnə bürokratik rəhbərlik anlayışından, yeni dövlət idarəçiliyi anlayışı ilə birlikdə imtina edilmişdir. Bu məzmunda fəaliyyəti və məhsuldarlığı təmin etməyə çalışan yeni dövlət idarəçiliyi anlayışının təməl prinsiplərindən biri də dövlət qulluqçularının hazırlanması və təkmilləşdirilmələrinin yeni üsul və strategiyalarını işləyib hazırlamaq, müasir üsullar əsasında onların daima təkmilləşən və müasirləşən iş şəraitinə uyğunlaşmalarını təmin etməkdən ibarətdir.     

 Hər bir dövlət öz idarəçilik missiyasını dövlət qulluğu institutu məmurlar vasitəsilə həyata keçirir. Bu baxımdan dövlət qulluğu bir növ dövlətlə cəmiyyət arasında vasitəçi rolunu oynayır. Məmurlar öz vəzifə səlahiyyətlərini yerinə yetirərkən müxtəlif təbəqələrdən olan insanlarla ünsiyyətə girir, onların qanuni tələblərinin icra olunmasına səy göstərir və tədbirlər görür. Demokratik dəyərlər üzərində qurulmuş dövlətin başlıca məqsədi və sosial təyinatı məhz vətəndaşlara diqqət və qayğı göstərmək, onlara iş və layiqli həyat şəraiti yaratmaqla cəmiyyətin bütün təbəqələrinin həyat səviyyəsinin daim yüksəldilməsindən ibarətdir. Hər bir məmur öz gündəlik fəaliyyətində bir sıra inzibati idarəçi funksiyalar yerinə yetirir, dövlət əhəmiyyətli tədbirlərin keçirilməsində, nəzarətin təşkilində, dövlət qulluğu ilə bağlı məsələlərin planlaşdırılması və proqnozlaşdırılmasında, bir sözlə dövlətin idarə olunması prosesində bilavasitə iştirak edir və müəyyən mənada bu prosesin məhsuldar qüvvəsi rolunda çıxış edir. Burdan da aydın olur ki, dövlət qulluğunda çalışanlar ölkənin inkişafı naminə siyasi liderlərin bəyan etdikləri strateji proqramların həyata keçirilməsinin təminatçılarıdırlar.     

Bu kadrların peşəkarlılığının, səriştəliklərinin yüksək olmasından ölkənin nəinki bugünü həmçinin gələcəyi də çox asılıdır. İdarəçilik işinin səmərəliliyini yüksəltməyə nail olmaq məqsədi ilə bugün ölkəmizdə aparılan iş qarşımızda təkcə kadr hazırlanması kimi yox, həm də siyasi bir vəzifə kimi durur. Bu baxımdan təbiidir ki, indi dövlət qulluqçularının nəzəri və praktiki hazırlığı məsələlərinə olan tələb də artır. İndi hazırlanan kadrlar gərək dəyişilən vəziyyətdən baş çıxarmağı, konkret şəraitə uyğun vəzifələri müəyyən etməyi, müstəqil qərarlar qəbul edərək onları həyata keçirməyi bacarsınlar. Odur ki bu vəzifələrə uyğun kadrlar hazırlanması, onların səriştəliliyi, peşəkarlığının artırılması işi də daim təkmilləşməli, kadrların elmi nəzəri səviyyələri yüksəldilməli və praktiki iş təcrübələri artırılmalıdır. Ümumiyyətlə istər dövlət qurumu olsun istər özəl təşkilatlar bir qurumun ən əhəmiyyətli qaynağı insan qaynaqlarıdır. Çünki  burada  həmin qurumların fəaliyyəti demək olar ki, həmin qurumlarda işləyən insanların fəaliyyətindən asılıdır. Burada işləyən həmin insanlar işlədikləri qurumun fəaliyyətini yüksəldə bildikləri və onu öz sahəsində lider quruma çevirə bildikləri kimi, həmin qurumun fəaliyyətinin yararsız hala düşməsinə və bağlanmasına da yol aça bilərlər. Öz işçilərinin arzuları, məqsədləri ilə rəhbərlik etdikləri qurumun uğurlu fəaliyyəti arasında yaxın əlaqənin olduğunu bilən idarəçilər, rəhbərlik etdikləri qurumun uğur qazanması üçün  həmişə öz işçilərini inkişaf etdirmək meylindədirlər. Bunun üçün hazırlıq prosesinin təşkili, onun forma və metodları da təkmilləşdirilməli, inkişaf etməli və müasir tələblərə cavab verəcək səviyyədə hazırlanmalıdır.   

Qurumlardakı dövlət qulluqçularının da hazırlanması və təkmilləşdirilmsi üçün təlim strategiyası hazırlamaq və onu həyata keçirməklə mümkündür. Məhz dövlət idarələrinin fəaliyyətinin daha yaxşı və sistemli təşkil olunması, onların dövlətə, cəmiyyətə daha yaxşı fayda verə bilmələri üçün rəhbərlər dövlət qulluqçularının hazırlanması və inkişafına böyük önəm verirlər. Təlim strategiyasına dövlət qulluqçularının müvafiq sahə üzrə bilik və bacarıqlarının artırılması, onların öz sahələrində işləməyə alışdırılması və çalışdıqları sahədə daha böyük təcrübəyə yiyələnmələrini eyni zamanda onların öz işlərinə qarşı daha intizamlı və məsuliyyətli olmaları, daha hörmətlə yanaşmalarını təmin etmək daxildir.

Dövlət qulluqçularının təlim strategiyasının hazırlanması mürəkkəb və çoxşaxəli məsələdir. O özündə məmurların elmi nəzəri və siyasi təhsili, iş təcrübəsinin genişləndirilməsini, təhsilin yeniləşməsi və zənginləşməsi üçün müxtəlif forma və istiqamətləri birləşdirir. Qabaqcıl idarəetmə sistemlərinin texnologiyalarının yaradıldığı müasir şəraitdə idarərtmə sistemlərində çalışan kadrların  bir qismi artıq ətrafda baş verən dəyişikliklərə bəzən tam uyğunlaşa bilmir, mürəkkəb idarəetmə məsələlərinin həllində peşəkarlıqla bağlı müəyyən çətinliklərlə üzləşir, idarəetmənin səmərəliliyini təmin edə bilmirlər. Dövlətin mənafeyi isə yalnız ali rəhbərlərin deyil, həm də bütün dövlət idarəetmə sistemindəki vəzifəli şəxslərin yüksək  təhsil və peşəkar hazırlıq səviyyəsinə malik olmasını tələb edir.Bir çox ölkələrin təcrübəsində məmur kadrların hazırlanması, ixtisasının artırılması üçün təlim məsələlərinə kompleks yanaşılır. Qərb ölkələrində daha çox stajçıların və sınaq müddətinə işə götürülənlərin müddətinə işə götürülənlərin bu və ya digər formada inzibatçılıq sahəsinin öyrənilməsinə şərait yaradılır. Hazırlıq kurslarına və ya tədrisin başqa formalarına cəlb olunanların operativ qaydada biliklərə yiyələnməsi üçün tədris prosesi müəyyən prinsiplərə və təşkilati tədbirlərə əsaslanaraq həyata keçirilir.

Demokratik vətəndaş cəmiyyətinin tələblərindən biri zamanın çağırışına cavab verən geniş dünyagörüşə, zəngin biliyə malik təşəbbüskar insanlar formalaşdırmaqdır. Bu tələbləri yerinə yetirmək üçün Azərbaycanın təlim texnologiyalarını dünya təcübəsinə uyğunlaşdırmaq tələb olunur. Dövlət qulluqçularının təlim strategiyasına dair təlim prosesində təşkilati tədbirlərin ən önəmlisi bu sahə üçün kadr hazırlayan ali məktəblərin təlim-metodiki bazasının möhkəmləndirilməsi və təlim prosesinin müasir tələblər səviyyəsində qurulmasıdır. Bir çox ölkələrdə dövlət qulluğu üçün peşəkar dövlət qulluqçularının təlim strategiyasını həyata keçirən xüsusi ali məktəblər vardır.

Dövlət qulluqçularının təlim strategiyası təlimin keyfiyyət məsələsi həmişə problem olaraq qalmaqdadır. Təlim sisteminin əsas problemlərindən biri təlim mərkəzlərində dövlət qulluğunun əsaslarının və hüquqi biliyin keçirilməsi problemidir. Bir çox təlim mərkəzlərində dövlət qulluğu üzrə xüsusi kursun tədrisinə başlanılmışdır. Bu mərkəzlər üçün əsas məsələ dövlət qulluqçularının təlimində dövlət qulluğu nəzəriyyəsi hesab olunur. İdarəetmə kadrlarına təlim strategiyasının keçirilməsi üçün mütəxəssislərin və ixtisasların hazırlanmasının səviyyə və istiqamətlərini, təlimin həcmi və müddətlərinin, bu sahədə təlimin dövlət keyfiyyət standartlarını təmin edəcək təlim proqramlarının təkmilləşdirilməsi tələb olunur. Dövlət siyasətinin işlənib hazırlanmasının yeni prosedurlarının tətbiqi dövlət qulluqçularından siyasətin təhlili, strateji planlaşdırma, siyasətin əlaqələndirilməsi kimi yeni vərdiş və bacarıqlar tələb edir ki, onlar inkişaf etdirilməzsə bütün struktur dəyişikliklərindən, funksiyaların bölünməsindən arzulanan nəticələri əldə etmək mümkün olmaz. Ona görə də dövlət qulluqçularında bu vərdiş və qabiliyyətlərin formalaşmasını təmin etmək üçün xüsusi təlim proqramları tərtib olunur və bu işə mütəxəssislər cəlb edilir. Dövlət qulluqçularının idarəetmə fəaliyyətinə hazırlanmasına, qərar qəbuluna, siyasətin işlənib hazırlanması və təhlilinə, strateji idarəetməyə, dövlət idarəetməsinin islahatlarına, liderlik nəzəriyyəsi və praktikasına və sairəyə xüsusi diqqət yetirilir.   

Hazırkı dövrdə informasiya axınlarının güclənməsi elə təlim strategiyasının tətbiq olunmasını tələb edir ki, təlim strategiyası qısa müddət ərzində kifayət qədər biliklər verməyə, dinləyicilərin öyrənilən materialı yüksək səviyyədə mənimsəməsini və onun praktikada möhkəmləndirilməsini təmin etməyə geniş imkan yarada bilsin. Dünyanın qabaqcıl təlim mərkəzlərində rəhbər kadrların ixtisasının artırılması sistemində treninq, proqramlaşdırılmış kompüter təlimi, modelləşdirmə, qrupda tədris disskusiyaları, seminar-konfranslar, case-study (konkret, praktiki situasiyaların təhlili), işgüzar və rollu oyunlar kimi interaktiv təlim metodlarına daha çox üstünlük verilir ki, burada əsas diqqət ötürülən biliklərin, bacarıqların və vərdişlərin praktiki işlənilməsinə yönəldilir.   

İnteraktiv təlim metodları müxtəlif səviyyə rəhbərlərinin problemi strukturlaşdırmaq, informasiyanı toplamaq və təhlil etmək, zəruri hallarda həm fərdi iş prosesində, həm də digər işçilərlə qarşılıqlı fəaliyyət şəraitində alternativ qərar variantlarını hazırlamaq və onların içərisində optimal variantı seçmək bacarıqlarını inkişaf etdirir.    Dövlət qulluğunda rəhbər vəzifəli şəxslər üçün insan resurslarının idarə olunması üzrə təlim modullarının və proqramlarının hazırlanması , Dövlət qulluğu sahəsində insan resurslarının müasirləşdirilməsi. İnnovativ təlim metodlarını tətbiq edən ,təhsilin məzmununun səmərəli mənimsənilməsini təmin edən səriştəli dövlət qulluqçusu heyətinin formalaşdırılması və onların peşəkarlığının yüksəldilməsi, dövlət qulluqçularının nailiyyətlərinin qiymətləndirilməsi üzrə yeni sistemlərin qurulması, onların istedadının aşkar olunması və inkişafı ilə bağlı təlim metodologiyasının yaradılması;Müasir tələblərə uyğun və ömür boyu təhsili təmin edən informasiya-kommunikasiya texnologiyaları əsaslı təlim metodologiyasına uyğun  təhsil infrastrukturundan səmərəli istifadə edilməsi.

Təşkilati-idarəçilik fəaliyyət növlərində yüksək peşəkarlıqla vəzifələri icra etmək bacarığına və innovativ biliklərə malik olan dövlət qulluqçuları və kadrların hazırlanması;

 Verilən təlimlərin dövlət qulluqçularının öz fəaliyyətlərində tətbiq edib-etməmələrinin ölçülməsi və qiymətləndirilməsi;

·                         Dövlət orqanlarında təlim ehtiyaclarının öyrənilməsi məqsədi ilə anket və expert sorğularının aparılması;

·                         Təlim strategiyaları özündə təhsilin bütün komponentlərini ehtiva edir. Bununla bərabər bu komponentlərin hər biri dövlətin mədəni,  siyasi və ictimai reallığı ilə bağlıdır. İnsan biliyi üç yolla : eşitmə,  vizual-görmə  və kinestetik əməllərlə alır. Bu prosesdə  dövlət qulluqçularına rahat və keyfiyyətli təlim verilməsi üçün çoxsaylı  təlim strategiyası yaradılmışdır.

Təlim strategiyası “təlimin bu və başqa məqsədlərinə catmaq ücün biz nə edirik” və təlim texnologiyası isə “təlim məqsədlərinə effektli çatmaq üçün biz nə etməliyik” suallarını cavablandırırıq.

Həm təlim strategiyası, həm də təlim texnologiyası dövlət qulluqçularının inkişafa yönəltməyə ,  bilik əldə etməyə, qoyulan məqsədə catmağa köməklik edir

Təlim strategiyalarına aşağıdakılar daxildir:

·     əqli hücüm;

·     yaradıcılıq;

·     quruculuq;

·     konstruktiv;

·     çoxsahəli zəka; 

·     modelləşdirmə;

·     ənənəvi mühazirə;

·     kooperativ oyun.

Təlim strategiyaları  aşağıdakı əsaslar üzrə qurulur:

·     Fəal və özünüidarə edən təlim;

·     Dövlət qulluqçularının bilik və bacarıqlarına əsaslanma;

·     Refleksiyaya istiqamətlilik;

·     Dövlət qulluqçularının idrakının, sosial kompetentliyinin inkişafı;

·     Təlim prosesində  interaktivlik və kooperativlik;

·     Səriştəyə əsaslanan şəxsiyyətyönlü dövlət qulluğu məzmununun yaradılmasında iştirak;

Dövlət qulluqçularının təlim strategiyası formalaşması fasiləsiz təlim konsepsiyasının reallaşdırılmasını ən aktual məsələlərdən biri kimi qarşıya qoyur. Müasir dövrdə dövlət qulluğu kadrlarının təlim strategiyasının fasiləsizliyini təmin edən əsas təlim formaları aşağıdakılardan ibarətdir:

Ø dövlət qulluqçularına peşəkar mütəxəssislərin tərəfindən keçirilən təlimlər;

Ø sistematik müstəqil öyrənmə (özünütəlim);

Ø daimi fəaliyyət göstərən tematik seminarlar;

Ø qısamüddətli tematik seminarlar;

Ø müxtəlif dövlət orqanlarında, o cümlədən xarici ölkələrdə stajkeçmə.

Cəmiyyətin sürətlə dəyişən mühitdə davamlı sosial-iqtisadi inkişafı məsələsi təlim sisteminin bu proseslərə çevik və dinamik uyğunlaşmasını tələb edir. Müasir şəraitdə təlim sistemi dövlət qulluqçularına yalnız zəruri biliklərin verilməsi ilə kifayətlənməməli, eyni zamanda biliklərin daimi və sürətlə yeniləşdiyi bir vaxtda onlarda biliklərə fasiləsiz olaraq müstəqil yiyələnə bilmək sahəsində vərdişlər və tələbatların formalaşmasına çalışmalıdır. Dövlət qulluğu kadrlarının təlim sisteminin yenidən qurulması problemin səmərəli həlli, onun yeni informasiya-kommunikasiya texnologiyalarının imkanlarından istifadə etməklə inkişaf etdirilməsini zəruri edir.

Dövlət qulluqçularının təlim strategiyasının aşağıdakı təkliflər üzrə hazırlanması daha məqsədəuyğundur:

Ø Dövlət qulluğunda peşəkar dövlət qulluğu kadrının hazırlanması üçün dövlət qulluqçusunun vahid təlim strategiyasının formalaşdırılması;

Ø Dövlət qulluqçularının təlim strategiyası üzrə beynəlxalq təcrübənin öyrənilməsi və təlim siyasətinin və strategiyasının hazırlanması;

Ø Dövlət qulluqçularının təlim strategiyası üzrə reqlamentləşdirici normativ-hüquqi aktların müəyyənləşdirilməsi;

Ø Dövlət qulluqçularının təlim strategiyası üzrə strateji planın və fəaliyyət planının  hazırlanması;

Ø Dövlət qulluqçularının təlim strategiyası üzrə strateji planına əsasən müasir metodlardan istifadə edərək təlim mexanizminin təkmilləşdirilməsi;

Ø Dövlət qulluqçularının təlim strategiyası üzrə müvafiq məlumat bazasının yaradılmasının təmin edilməsi;

Ø Dövlət qulluqçularının təlim strategiyası üzrə təlim mərkəzləri ilə dövlət qurumların işinin əlaqələndirilməsi;

Ø Dövlət qulluqçularının təlim strategiyası üzrə təlim mərkəzlərində təlimin keyfiyyətinə nəzarətin həyata keçirilməsi üçün vaxtaşırı monitorinq və qiymətləndirmə aparmaq və əldə olunan nəticələrin təhlil edilməsi;

Ø Dövlət qulluqçularının təlim strategiyası üzrə təlimin ayrı-ayrı istiqamətlərinin hazırlanması;

Ø Dövlət qulluqçularının təlim strategiyası üzrə dövlət müəssisələrinin peşəkar kadrlarla təmin olunması istiqamətində yeni mexanizmlərin işlənib hazırlanması;

Ø Dövlət qulluqçularının təlim strategiyası üzrə dövlət müəssisələri üçün peşəkar kadr hazırlığının planlaşdırılması.

·     Azərbaycanda müasir dövlət idarəetmə prosseslərinin tədqiqi paradiqmalarının inkişaf etdirilməsi, dövlət idarəçiliyi təcrübəsinin öyrənilməsində geniş nəzəri-metodoloji yanaşmaların işlənilməsi və tətbiq edilməsi;

·     İctimai təşkilatlar və biznes strukturları ilə əməkdaşlığın genişləndirilməsi;

·     Qoyulmuş hədəflərə çatmaq məqsədilə həyata keçirilən layihə və proqramların maliyyələşdirilməsi;

·     Dövlət qulluğu ilə kadr siyasəti qarşılıqlı əlaqədə təhlil olunaraq,  nəzəri bilikləri aşılamaq;

·     İdarəçiliyin təməlini təşkil edən dövlət idarəetmə aparatı və strukturlarını müasir dövlət qulluğu prinsipləri və kadr texnologiyalarıını mükəmməl mənimsəmiş kadrlarla təmin etmək;

·     Dövlət və bələdiyyə qulluqçuları üçün müxtəlif istiqamətlər üzrə uzunmüddətli və qısamüddətli ixtisasartırma kurslarının və treninglərinin təşkili;

·     Dövlət və bələdiyyə qulluğu ilə əlaqədar konfransların, dəyirmi masaların, seminarların və digər tədbir və layihələrin keçirilməsi;

·     Dövlət qulluğu sahəsində elmi-təhqiqat və analitik işlərin aparılması;

·        dövlət qulluqçularına peşəkar mütəxəssislərin tərəfindən keçirilən təlimlər;

·               sistematik müstəqil öyrənmə (özünütəlim);

·               daimi fəaliyyət göstərən tematik seminarlar;

·        Dövlət qulluqçularının təlim strategiyasının aşağıdakı təkliflər üzrə hazırlanması daha məqsədəuyğundur:

·               Dövlət qulluğunda peşəkar dövlət qulluğu kadrının hazırlanması üçün dövlət qulluqçusunun vahid təlim strategiyasının formalaşdırılması;

·               Dövlət qulluqçularının təlim strategiyası üzrə beynəlxalq təcrübənin öyrənilməsi və təlim siyasətinin və strategiyasının hazırlanması;

·        Dövlət qulluqçularının təlim strategiyası üzrə reqlamentləşdirici normativ-hüquqi aktların müəyyənləşdirilməsi;

·               Dövlət qulluqçularının təlim strategiyası üzrə strateji planın və fəaliyyət planının  hazırlanması;

·               Dövlət qulluqçularının təlim strategiyası üzrə strateji planına əsasən müasir metodlardan istifadə edərək təlim mexanizminin təkmilləşdirilməsi;

·               Dövlət qulluqçularının təlim strategiyası üzrə müvafiq məlumat bazasının yaradılmasının təmin edilməsi;

·               Dövlət qulluqçularının təlim strategiyası üzrə təlim mərkəzləri ilə dövlət qurumların işinin əlaqələndirilməsi;

·               Dövlət qulluqçularının təlim strategiyası üzrə təlim mərkəzlərində təlimin keyfiyyətinə nəzarətin həyata keçirilməsi üçün vaxtaşırı monitorinq və qiymətləndirmə aparmaq və əldə olunan nəticələrin təhlil edilməsi;

·               Dövlət qulluqçularının təlim strategiyası üzrə təlimin ayrı-ayrı istiqamətlərinin hazırlanması;

·         “Dövlət idarəçiliyində nəzarət sistemi” mövzusunda təlimlər keçirilməsi;

·        “Dövlət idarəçiliyində ictimaiyyətlə əlaqələr” mövzusunda təlimlər keçirilməsi;

·        Kadr planlaşdırılması ,kadr ehtiyatının formalaşdırılması prinsipləri və başlıca istiqamətləri mövzusunda təlimlər keçirilməsi;

·        “Liderlik bacarıqları”mövzusunda təlimlər keçirilməsi ;

·        “Münaqişələrin idarə olunması, danışıqların aparılması və vasitəçilik bacarıqları” mövzusunda təlimlər keçirilməsi;

·        Dövlət qulluqçularının maddi təminatının performansa dayalı olaraq və xidməti fəaliyyətin qiymətləndirilməsi nəticələrindən asılı olaraq artırılması.

                               

 

 


Etiket:

Strategiya.az

Xəbərlər
24.03.2019

Gömrük nəzarətindən gizlədilən Siqaret, mobil telefon aksesuarları və kürü aşkarlanıb

24.03.2019

Sabah hava buludlu olacaq, arabir yağış yağacaq

24.03.2019

Müdafiə naziri Zakir Həsənov ABŞ-a səfər edəcək

24.03.2019

Füzuli rayonunda qatarla minik avtomobili toqquşub, ölən var

24.03.2019

Şirin içkilərin təhlükəsi aşkarlandı

24.03.2019

Prezident İlham Əliyev yunanıstanlı həmkarını təbrik edib

24.03.2019

Daha bir ölkə paytaxtın adını dəyişir

24.03.2019

Cənubi Qafqaz ölkələrində su ehtiyatlarının inteqrasiyalı idarə edilməsi problemləri

24.03.2019

Azərbaycan təhlükəsizlik orqanlarının yaranmasının 100 illiyinə həsr olunmuş videoçarx hazırlanıb -VİDEO

24.03.2019

Bakıda güclü külək olacaq - XƏBƏRDARLIQ

24.03.2019

Yaşayış məntəqəsinə silahlı hücum - 110 çoban öldürülüb

24.03.2019

Atəşkəs 23 dəfə pozulub

24.03.2019

Qəbələdə yaşayış evində partlayış: 4 nəfər xəsarət alıb

24.03.2019

Ankarada birinci Türk Dünyası Qurultayı təşkil olunub 

24.03.2019

UNICEF rəsmisi: Azərbaycanda erkən uşaqlıq dövrü ilə bağlı görülən işlər müsbət nəticə verəcək

24.03.2019

Ərəb koalisiyası husilərin mövqelərini bombalayıb

24.03.2019

Norveçdə mühərriki dayanmış gəmidən sərnişinlərin təxliyəsi davam etdirilir

24.03.2019

Azərbaycan neftinin son qiyməti

24.03.2019

Həkimlərdən ciddi xəbərdarlıq - 5-6 qramdan artıq...

24.03.2019

Mata "Mançester Yunayted"in təklifini rədd etdi

24.03.2019

Ərdoğan Rusiyaya gedəcək - Tarix AÇIQLANDI

24.03.2019

Evlərə qənim kəsilən sabiq məhkum tutuldu

24.03.2019

Güclü külək Tərtərdə yüz yaşlı çinar ağacını aşırdı - VİDEO

24.03.2019

Somalidə terrorçular nazir müavinini qətlə yetiriblər

24.03.2019

Maraq qrupları və onların funksional təbiəti

24.03.2019

Məşhur menecer Poqbanı "Real"a aparır

24.03.2019

Tailandın altı əyalətində sunami xəbərdarlığı elan edilib

24.03.2019

Braziliyada bəndin dağılması nəticəsində ölənlərin sayı 212-yə çatıb

24.03.2019

Nazir Kristof Kastaner: “Sarı jiletlər” aksiyasının 19-cu aktında 40 mindən çox nümayişçi iştirak edib

24.03.2019

Avro-2020 seçmə mərhələsində növbəti oyunlar keçirilib (NƏTİCƏLƏR)

23.03.2019

Astana şəhəri Nur-Sultan oldu

23.03.2019

Gəncə-Bakı reysinə dəyişiklik

23.03.2019

Bakı-Ankara-Bakı xətti ilə hərəkət edəcək sərnişin qatarı Türkiyə ərazisinə çatıb

23.03.2019

Türkdilli milli irsimiz, pedaqoji fikir tariximiz həssaslıqla öyrənilməlidir

23.03.2019

Polşanın oyunu Əliyar Ağayevə həvalə edildi

23.03.2019

"Mətbuat məni öldürmək istəyir" 

23.03.2019

Putin 2024-cü ilə necə hazırlaşır: QAZAX SSENARİSİ, YOXSA YENİ DÖVLƏT?

23.03.2019

Şinzo Abe: Yaponiya G20 sammitində qadınların təhsili məsələsini də qaldıracaq

23.03.2019

Evinizdəki ÖLÜM TƏHLÜKƏSİ - Onlardan XƏBƏRDARSINIZMI?

23.03.2019

Ukraynada seçkiləri 2 minə yaxın xarici müşahidəçi izləyəcək

23.03.2019

Messinin milliyə qayıdışı uğursuz oldu

23.03.2019

Mafiya şəbəkələrinin 30 milyon avro dəyərində aktivləri müsadirə edilib

23.03.2019

Düşmən silahı susmur

23.03.2019

Xətai rayonunda ev yanıb: meyit aşkarlanıb

23.03.2019

Müstəqil Azərbaycanın Avropa məkanına inteqrasiyası və bu prosesin tarixi aspektləri

23.03.2019

Britaniya Qolan yüksəkliklərini İsrail ərazisi kimi tanımır

23.03.2019

Fərdi evlərin sənədləşdirilməsi sığorta və vergi yığımını artıracaq 

23.03.2019

Axtarışda olan Balakən sakini saxlanılıb

23.03.2019

Neftçilər prospektinə alternativ avtomobil tunelinin yeni üsulla inşası təklif olunur - VİDEO

23.03.2019

Suriya İŞİD terrorçularından tam azad edilib