Professor Əsədulla Cəfərov: Bəşəriyyəti uçurumdan ancaq elm, savad və mədəniyyət xilas edə bilər

09:38 / 14.03.2019

Martın 14-də görkəmli alim, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun daş dövrü arxeologiyası şöbəsinin müdiri, tarix elmləri doktoru, professor Əsədulla Qüdrət oğlu Cəfərovun 70 yaşı tamam olur. Strategiya.az AZƏRTAC-a istinadən professorla müsahibəni təqdim edir.

-Əsədulla müəllim, valideynləriniz, dünyaya göz açdığınız doğma yurdunuz barədə danışardınız.

-Mən Masallı rayonu Ərkivan kəndinin Bağlaküçə məhəlləsində dünyaya göz açmışam. Əvvəlcə Bağlaküçə səkkizillik məktəbində, IX-X sinifləri isə C.Cabbarlı adına Ərkivan kənd orta məktəbində oxumuşam. Bu məktəb bölgəmizdə “Ağ məktəb” adı ilə məşhurdur. Bütün elmlərə həvəs göstərmişəm, həm fizika, kimya, həndəsədən, həm də Azərbaycan dili və ədəbiyyatı, Azərbaycan və dünya tarixi fənlərindən əla qiymətlər almışam. Valideynlərimin ikisi də təsərrüfatla məşğul idi. Ailəmizdə 4 oğul və 2 qız olub. Zəhmətkeş bir ailə.

Onu da deyin ki, Ərkivan kəndinə 2007-ci ildən qəsəbə statusu verilib. Ərkivan cənub bölgəsində özünün təbii coğrafi şəraiti və bəşəriyyətə verdiyi alimlərlə bu gün ən yüksək zirvədə dayanır. Kəndin 3 kilometrliyində yerləşən və göylərə baş çəkən Dənbəlov dağı məni uşaqlıq illərindən özünə məftun edib.

1967-1973-cü illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) tarix fakültəsinin axşam şöbəsində təhsil almışam və oranı əla qiymətlərlə bitirmişəm.

- Arxeologiya elminə necə gəldiniz? Bu təyinat idi, yoxsa qəlbinizin seçimi?

-1967-ci ildən universitetin nəzdindəki Zərdabi adına Dövlət Təbiət Tarixi Muzeyində işə götürüldüm. Bir qədər sonra bu muzey Azərbaycan SSR Elmlər Akademiyasının tərkibinə daxil edildi. Həmin vaxtdan etibarən mən də Azərbaycanın bu elm məbədində işləməyə başladım. Dünya şöhrətli alim, akademik Dəmir Hacıyevlə işləməyim məni ruhlandırdı. Onunla birlikdə Binəqədi Qırgölündən tapılmış fauna qalıqlarının tədqiqi məndə arxeologiya, paleontologiya, paleoantropologiya, paleobiologiya, paleogeomorfologiyaya maraq oyatdı. Muzeydə işləyərkən görkəmli alimlər Rəhim Cəfərov, Nəsibə Ələkbərova, Adilə Əzizbəyova, Burçak Abramoviç, Fuad Axundov, Tofiq Həsənov, Sevil Aslanova və başqaları ilə birlikdə elmi tədqiqat işlərində iştirakım mənim elmə gəlməyimin əsas stimullarından biri olub. 1971-ci ildə akademiyanın Tarix İnstitutunun nəzdində daş dövrü arxeologiyası şöbəsi yaradılandan sonra oraya laborant vəzifəsinə işə götürüldüm.

-Siz həm də SSRİ Elmlər Akademiyası Arxeologiya İnstitutunun Leninqrad bölməsində təcrübəçi-tədqiqatçı kimi çalışmısınız...

-Ümumiyyətlə, dünya paleolit məktəbinin əsası XIX əsrin ortalarında Fransada qoyulub. Keçmiş SSRİ ərazisində isə paleolit dövrünə aid əsas məktəb SSRİ Elmlər Akademiyası Arxeologiya İnstitutunun Leninqrad bölməsi hesab olunurdu. 1974-1975-ci illərdə mən “Azərbaycanın mustye mədəniyyəti” mövzusunda namizədlik dissertasiyası üzərində işləyirdim. Leninqrad bölməsinə ezam olunmağım da bununla bağlı idi. Orada mənə dünya şöhrətli alim Vasili Lübin elmi rəhbər təyin olundu. Onun rəhbərliyi altında SSRİ-nin bütün paleolit düşərgələrinə aid elmi ədəbiyyatı oxudum. Bununla yanaşı, Qarabağın dünya şöhrətli Tağlar düşərgəsindən tapılmış maddi mədəniyyət qalıqlarının tədqiqi ilə məşğul oldum. O illərdə, həmçinin P.İ.Boroskovski, A.N.Roqoçov, G.P.Qriqoryev, A.N.Anyusutkin və digər məşhur alimlər mənə mənəvi dayaq oldular. 1979-cu ildə SSRİ Elmlər Akademiyası Arxeologiya İnstitutunun Leninqrad bölməsində namizədlik dissertasiyamı müdafiə etdim. Doktorluq dissertasiyam isə “Azərbaycanın orta paleoliti” mövzusu olub. Onu 1992-ci ildə isə Tarix İnstitutunda müdafiə etmişəm.

-Qafqazın Kudaro 1, Kudaro 3, Soni, Axıştır, Barakayev və digər paleolit düşərgələrində SSRİ-Fransa arxeoloji ekspedisiyası tərkibində çalışmağınız barədə məlumat verməyinizi xahiş edirik.

- Leninqradda (indiki Sankt-Peterburq) olarkən hər il iyun-avqust aylarında Cənubi və Şimali Qafqazın paleolit düşərgələrində aparılan arxeoloji qazıntılarda iştirak edirdim. Xoşbəxtlikdən 1978-ci ildə SSRİ-Fransa arxeoloji ekspedisiyasının tərkibində Qafqazın Kudaro 1, Kudaro 3, Soni, Axıştır, Barakayev və digər paleolit düşərgələrində aparılan çöl elmi seminarında iştirak etdim. Elə həmin il bu paleolit düşərgələri ilə yanaşı, Azıxdan tapılmış maddi mədəniyyət qalıqları da Tbilisidə keçirilən seminarda geniş müzakirə olundu. Həmin müzakirələrdə Azərbaycandan Məmmədəli Hüseynov, Ələşrəf Məmmədov, Dəmir Hacıyev və mən, sovet alimlərindən Lübin, Fransa alimlərindən Anri dö Lümley, Mariya Antuanetta dö Lümley, Kombiye və başqaları iştirak edirdilər. Seminarda Qafqaz paleolit düşərgəsindən tapılmış maddi mədəniyyət qalıqları geniş müzakirə olundu və onların ibtidai insanın meydana gəlməsi və inkişafını öyrənmək üçün əvəzsiz mənbə olduğu yekdilliklə qəbul olundu.

-Siz Azərbaycanda paleolit dövrü arxeologiyasının əsasını qoymuş mərhum Məmmədəli Hüseynovla Azıxda tədqiqat aparmısınız...

-Azərbaycan paleolit məktəbinin banisi Məmmədəli Hüseynovla məni ilk dəfə 1968-ci ilin noyabrında professor Dəmir Hacıyev tanış etmişdi. Mən onunla 25 il ərzində həm Elmlər Akademiyasında, həm də Qarabağın dünya şöhrətli Azıx, Tağlar düşərgələrində aparılan arxeoloji qazıntılarda və arxeoloji kəşfiyyat işlərində iştirak etmişəm. O, hələ 1976-cı ildə mənim paleolit arxeoloji ekspedisiyasında rəis müavini olmağım üçün təqdimat yazmışdı. O vaxtdan etibarən mən Məmmədəli Hüseynovla birlikdə çöl tədqiqatlarında iştirak etdim.

-Azərbaycandakı digər paleolit abidələrinin tədqiqatlarında ən çox yadınızda qalan məqamlar barədə bir qədər danışardınız.

-1971-1988-ci illərdə apardığımız arxeoloji kəşfiyyat işləri zamanı Azıx düşərgəsinin qədim və orta aşel mədəniyyətlərinə aid təbəqələrində ocaq qalıqları, ibtidai tikili yerləri, qədim insanların əmək alətləri və ovladıqları heyvan sümüklərinin qalıqları tapıldı. Hələ 1971-ci ildə Qarabağda paleolit dövrünə aid Şuşa düşərgəsini kəşf etmişdik. 1983-cü ildə Naxçıvanın Şərur ərazisində ilk dəfə olaraq Qazma paleolit düşərgəsini qeydə aldıq. İki il sonra Lerik, Yardımlı, Masallı və Astara ərazisində apardığım arxeoloji kəşfiyyat işləri zamanı Buzeyir paleolit düşərgəsi qeydə alındı. 1987-ci ildə Kəlbəcərin Tərtərçay vadisində paleolit dövrünə aid əmək alətləri tapdıq. Nəhayət, 2007-ci ildə Lerik rayonun Zuvandçay vadisində paleolit düşərgə qeydə alınaraq elmi dövriyyəyə daxil edildi.

-Beynəlxalq INTAS proqramına uyğun olaraq 2001 və 2003-cü illərdə Fransadakı Kondel-Araqo düşərgəsində avropalı alimlərlə birgə tədqiqatlar aparmısınız. Bu barədə bir qədər məlumat verərdiniz.

-2001-ci ildə professor Anri dö Lümleyin dəvəti əsasında Fransaya elmi ezamiyyətə getdim. Orada Fransa, İtaliya, İspaniya, Rusiya, Gürcüstan və Azərbaycan alimlərinin hazırladıqları beynəlxalq INTAS proqramının təsdiqolunma konfransında iştirak etdim və məni Azərbaycan üzrə əlaqələndirici seçdilər. Bununla yanaşı, mənə professor elmi adı və beynəlxalq qrant verildi. Mən, həmçinin Fransanın Totavel şəhərində Avropa alimləri qarşısında “Azərbaycanın paleolit düşərgələri” mövzusunda elmi məruzə ilə çıxış etdim. Dünya şöhrətli Kondel-Araqo düşərgəsində aparılan arxeoloji qazıntılarda iştirak etdim və Fransanın paleolit düşərgələrindən tapılmış maddi mədəniyyət qalıqları ilə tanış oldum.

İki il sonra mən beynəlxalq INTAS proqramına uyğun olaraq yenidən Anri dö Lümleyin dəvəti əsasında Fransanın Paris, Nitsa, Kənson, Perpinyan və Totavel şəhərlərində elmi tədqiqat işləri apardım. Həmçinin 2001-2003-cü illərdə Şərqi Afrikanın Turkana gölü yaxınlığında tapılmış paleolit dövrünə aid əmək alətinin tədqiqi ilə məşğul oldum. Avropa alimləri ilə apardığım tədqiqatlar zamanı Azıx paleolit düşərgəsində ibtidai insanların məskunlaşma tarixinin 2,5 milyon ilə malik olmasını elmi faktlarla sübuta yetirdim. “Azərbaycanın ilk sakinləri” adlı kitabımı 2004-cü ildə çap etdirərək dünyanın bütün paleolit üzrə mütəxəssislərinə göndərdim. Maraqlıdır ki, Fransanın paleolit düşərgəsində aparılan arxeoloji tədqiqatlar zamanı Azıx düşərgəsində hazırlanmış əmək alətlərinin oxşar tiplərini də Kondel-Araqo düşərgəsinin materialları içərisində qeydə ala bildim.

-Arxeologiya elminə, xüsusilə paleolit dövrü arxeologiyası sahəsinə yeni gələn gənc tədqiqatçılara nələri tövsiyə edərdiniz?

-Arxeologiya elmi tarixin güzgüsüdür. Əgər yazılı mənbələrin tarixini saxtalaşdırmaq mümkündürsə, arxeoloji mənbələrin tarixini saxtalaşdırmaq qeyri-mümkündür. Məhz buna görə də dünyanın savadlı alimləri bəşəriyyətin ilk çağlarını tədqiq etməkdə arxeoloji mənbələrə üstünlük verirlər. Arxeoloqu mən həkimə bənzədirəm. Savadlı həkim xəstəni həyata qaytarırsa, savadlı arxeoloq isə bəşəriyyətin keçdiyi canlı inkişaf yolunu dəqiq tədqiq edərək dünya elminə bəxş edir, həqiqəti üzə çıxarır və tarixi saxtalaşdırmadan tədqiq edir. Buna görə də mən nəinki gənc arxeoloqları, ümumiyyətlə, Azərbaycanın və dünyanın bütün gənclərini elmli, savadlı, əxlaqlı və mənəviyyatlı olmağa çağırıram. Çünki müasir dövrümüzdə baş verən ictimai-siyasi proseslər göstərir ki, bəşəriyyəti uçurumdan ancaq elm, savad və mədəniyyət xilas edə bilər. Çünki təbiətdə hər şey yarandıqdan sonra insan yaranmışdır; bunun özü onu göstərir ki, əsl insan da yaradıcı olmalıdır. Yaradıcı insan isə heç zaman insanlara xəyanət daşı ata bilməz.

-Sizi yubileyiniz münasibətilə təbrik edir, məzmunlu müsahibəyə görə təşəkkürümüzü bildiririk.



Strategiya.az

Xəbərlər
24.03.2019

Gömrük nəzarətindən gizlədilən Siqaret, mobil telefon aksesuarları və kürü aşkarlanıb

24.03.2019

Sabah hava buludlu olacaq, arabir yağış yağacaq

24.03.2019

Müdafiə naziri Zakir Həsənov ABŞ-a səfər edəcək

24.03.2019

Füzuli rayonunda qatarla minik avtomobili toqquşub, ölən var

24.03.2019

Şirin içkilərin təhlükəsi aşkarlandı

24.03.2019

Prezident İlham Əliyev yunanıstanlı həmkarını təbrik edib

24.03.2019

Daha bir ölkə paytaxtın adını dəyişir

24.03.2019

Cənubi Qafqaz ölkələrində su ehtiyatlarının inteqrasiyalı idarə edilməsi problemləri

24.03.2019

Azərbaycan təhlükəsizlik orqanlarının yaranmasının 100 illiyinə həsr olunmuş videoçarx hazırlanıb -VİDEO

24.03.2019

Bakıda güclü külək olacaq - XƏBƏRDARLIQ

24.03.2019

Yaşayış məntəqəsinə silahlı hücum - 110 çoban öldürülüb

24.03.2019

Atəşkəs 23 dəfə pozulub

24.03.2019

Qəbələdə yaşayış evində partlayış: 4 nəfər xəsarət alıb

24.03.2019

Ankarada birinci Türk Dünyası Qurultayı təşkil olunub 

24.03.2019

UNICEF rəsmisi: Azərbaycanda erkən uşaqlıq dövrü ilə bağlı görülən işlər müsbət nəticə verəcək

24.03.2019

Ərəb koalisiyası husilərin mövqelərini bombalayıb

24.03.2019

Norveçdə mühərriki dayanmış gəmidən sərnişinlərin təxliyəsi davam etdirilir

24.03.2019

Azərbaycan neftinin son qiyməti

24.03.2019

Həkimlərdən ciddi xəbərdarlıq - 5-6 qramdan artıq...

24.03.2019

Mata "Mançester Yunayted"in təklifini rədd etdi

24.03.2019

Ərdoğan Rusiyaya gedəcək - Tarix AÇIQLANDI

24.03.2019

Evlərə qənim kəsilən sabiq məhkum tutuldu

24.03.2019

Güclü külək Tərtərdə yüz yaşlı çinar ağacını aşırdı - VİDEO

24.03.2019

Somalidə terrorçular nazir müavinini qətlə yetiriblər

24.03.2019

Maraq qrupları və onların funksional təbiəti

24.03.2019

Məşhur menecer Poqbanı "Real"a aparır

24.03.2019

Tailandın altı əyalətində sunami xəbərdarlığı elan edilib

24.03.2019

Braziliyada bəndin dağılması nəticəsində ölənlərin sayı 212-yə çatıb

24.03.2019

Nazir Kristof Kastaner: “Sarı jiletlər” aksiyasının 19-cu aktında 40 mindən çox nümayişçi iştirak edib

24.03.2019

Avro-2020 seçmə mərhələsində növbəti oyunlar keçirilib (NƏTİCƏLƏR)

23.03.2019

Astana şəhəri Nur-Sultan oldu

23.03.2019

Gəncə-Bakı reysinə dəyişiklik

23.03.2019

Bakı-Ankara-Bakı xətti ilə hərəkət edəcək sərnişin qatarı Türkiyə ərazisinə çatıb

23.03.2019

Türkdilli milli irsimiz, pedaqoji fikir tariximiz həssaslıqla öyrənilməlidir

23.03.2019

Polşanın oyunu Əliyar Ağayevə həvalə edildi

23.03.2019

"Mətbuat məni öldürmək istəyir" 

23.03.2019

Putin 2024-cü ilə necə hazırlaşır: QAZAX SSENARİSİ, YOXSA YENİ DÖVLƏT?

23.03.2019

Şinzo Abe: Yaponiya G20 sammitində qadınların təhsili məsələsini də qaldıracaq

23.03.2019

Evinizdəki ÖLÜM TƏHLÜKƏSİ - Onlardan XƏBƏRDARSINIZMI?

23.03.2019

Ukraynada seçkiləri 2 minə yaxın xarici müşahidəçi izləyəcək

23.03.2019

Messinin milliyə qayıdışı uğursuz oldu

23.03.2019

Mafiya şəbəkələrinin 30 milyon avro dəyərində aktivləri müsadirə edilib

23.03.2019

Düşmən silahı susmur

23.03.2019

Xətai rayonunda ev yanıb: meyit aşkarlanıb

23.03.2019

Müstəqil Azərbaycanın Avropa məkanına inteqrasiyası və bu prosesin tarixi aspektləri

23.03.2019

Britaniya Qolan yüksəkliklərini İsrail ərazisi kimi tanımır

23.03.2019

Fərdi evlərin sənədləşdirilməsi sığorta və vergi yığımını artıracaq 

23.03.2019

Axtarışda olan Balakən sakini saxlanılıb

23.03.2019

Neftçilər prospektinə alternativ avtomobil tunelinin yeni üsulla inşası təklif olunur - VİDEO

23.03.2019

Suriya İŞİD terrorçularından tam azad edilib