Prezident: Ermənistan hökumətinin danışıqların formatını dəyişməyə cəhd etməsi qəbuledilməzdir

15:16 / 14.03.2019

Ermənistan tərəfindən Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20 faizinin işğalı faktı mövcuddur. Bunun nəticəsində Azərbaycanın əzəli torpağı olan Dağlıq Qarabağ və onun ətrafındakı yeddi rayonumuz Ermənistanın işğalı altındadır. Bir milyondan artıq qaçqın və məcburi köçkün bu gün həmin o işğalın əziyyətini çəkir. Bizim xalqımıza qarşı eynik təmizləmə həyata keçirilib. İşğal olunmuş ərazilərdəki bütün tarixi abidələrimiz Ermənistan silahlı qüvvələri tərəfindən dağıdılıb və məhv edilib. Bu, ATƏT-in iki dəfə oraya göndərdiyi faktaraşdırıcı missiyalarının hesabatlarında da əksini tapıb.

Bu fikirləri Prezident İlham Əliyev VII Qlobal Bakı Forumunun açılışındakı nitqində bildirib.


Prezident vurğulayıb ki, Azərbaycan torpaqlarının işğalı beynəlxalq hüququn kobud pozulmasıdır, eyni zamanda, beynəlxalq təşkilatların qətnamələrinin də kobud şəkildə pozulmasıdır. BMT Təhlükəsizlik Şurası dörd qətnamə qəbul edib. O qətnamələrdə bizim torpaqlarımızın azad edilməsi, Ermənistan qoşunlarının oradan dərhal və tam şəkildə çıxarılması tələb edilir. ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, Avropa Parlamenti və digər təşkilatlar da buna bənzər qərar və qətnamələr qəbul edib ki, onlar beynəlxalq hüquqa, ədalətə əsaslanır. Məhz o qətnamələr bu münaqişənin sülh yolu ilə həll edilməsi üçün hüquqi zəmin yaradır. Status-kvo qəbuledilməzdir. Bu münaqişənin nizamlanması ilə bağlı mandat əldə edən Minsk qrupunun həmsədr ölkələrinin başçıları da bəyan ediblər ki, status-kvo qəbuledilməzdir. Biz bunu tamamilə dəstəkləyirik. Bunun üçün isə Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərindən öz qoşunlarını çıxarmalıdır və qaçqın və məcburi köçkünlərin doğma yurdlarına qayıdışı üçün müvafiq şərait yaradılmalıdır.


"Biz görürük ki, Ermənistan hökuməti bu gün danışıqların formatını dəyişməyə cəhd edir”, - deyən Prezident qeyd edib ki, bu, qəbuledilməzdir. Hesab edirik ki, bu, danışıqlar prosesini bloklamağa yönəlmiş cəhdlərdir. Bu, təkcə bizim fikrimiz deyil, beynəlxalq təşkilatlar da bizim fikrimizi bölüşür. Bu günlərdə ATƏT-in Minsk qrupunun həmsədrləri müvafiq bəyanatla çıxış ediblər. Onlar Ermənistana aydın mesaj göndəriblər ki, danışıqların formatının dəyişilməsinə yönəlmiş cəhd qəbuledilməzdir. Ondan bir neçə gün öncə Avropa İttifaqının yüksək səviyyəli rəsmiləri eyni bəyanatla çıxış ediblər. Bu format artıq uzun illərdir mövcuddur və onu dəyişmək cəhdi danışıqlar prosesini bloklamaq cəhdidir. Onun üçün də bütün məsuliyyət məhz həmin tərəfin üzərindədir. Heç bir format dəyişilə bilməz. Bu, birincisi. İkincisi, danışıqlar nəticəyönümlü olmalıdır, yalnız danışıqlar xatirinə aparılmamalıdır. Azərbaycan bu prosesi irəli aparmağa hazırdır və bu danışıqlar nəticəsində bizim ərazi bütövlüyümüz bərpa edilməlidir. Ərazi bütövlüyümüz beynəlxalq hüququn fundamental prinsipidir. BMT Nizamnaməsində də, Helsinki Yekun Aktında da ərazi bütövlüyü və öz müqəddəratını təyinetmə prinsipləri arasında açıq-aydın balans ifadə edilib. Öz müqəddəratını təyinetmə heç vaxt ərazi bütövlüyünün pozulması ilə nəticələnə bilməz. Bununla da biz bir daha beynəlxalq hüquq prinsipləri, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində bu münaqişənin nizamlanmasına hazırıq.


Etiket:

Strategiya.az

Xəbərlər
24.03.2019

Gömrük nəzarətindən gizlədilən Siqaret, mobil telefon aksesuarları və kürü aşkarlanıb

24.03.2019

Sabah hava buludlu olacaq, arabir yağış yağacaq

24.03.2019

Müdafiə naziri Zakir Həsənov ABŞ-a səfər edəcək

24.03.2019

Füzuli rayonunda qatarla minik avtomobili toqquşub, ölən var

24.03.2019

Şirin içkilərin təhlükəsi aşkarlandı

24.03.2019

Prezident İlham Əliyev yunanıstanlı həmkarını təbrik edib

24.03.2019

Daha bir ölkə paytaxtın adını dəyişir

24.03.2019

Cənubi Qafqaz ölkələrində su ehtiyatlarının inteqrasiyalı idarə edilməsi problemləri

24.03.2019

Azərbaycan təhlükəsizlik orqanlarının yaranmasının 100 illiyinə həsr olunmuş videoçarx hazırlanıb -VİDEO

24.03.2019

Bakıda güclü külək olacaq - XƏBƏRDARLIQ

24.03.2019

Yaşayış məntəqəsinə silahlı hücum - 110 çoban öldürülüb

24.03.2019

Atəşkəs 23 dəfə pozulub

24.03.2019

Qəbələdə yaşayış evində partlayış: 4 nəfər xəsarət alıb

24.03.2019

Ankarada birinci Türk Dünyası Qurultayı təşkil olunub 

24.03.2019

UNICEF rəsmisi: Azərbaycanda erkən uşaqlıq dövrü ilə bağlı görülən işlər müsbət nəticə verəcək

24.03.2019

Ərəb koalisiyası husilərin mövqelərini bombalayıb

24.03.2019

Norveçdə mühərriki dayanmış gəmidən sərnişinlərin təxliyəsi davam etdirilir

24.03.2019

Azərbaycan neftinin son qiyməti

24.03.2019

Həkimlərdən ciddi xəbərdarlıq - 5-6 qramdan artıq...

24.03.2019

Mata "Mançester Yunayted"in təklifini rədd etdi

24.03.2019

Ərdoğan Rusiyaya gedəcək - Tarix AÇIQLANDI

24.03.2019

Evlərə qənim kəsilən sabiq məhkum tutuldu

24.03.2019

Güclü külək Tərtərdə yüz yaşlı çinar ağacını aşırdı - VİDEO

24.03.2019

Somalidə terrorçular nazir müavinini qətlə yetiriblər

24.03.2019

Maraq qrupları və onların funksional təbiəti

24.03.2019

Məşhur menecer Poqbanı "Real"a aparır

24.03.2019

Tailandın altı əyalətində sunami xəbərdarlığı elan edilib

24.03.2019

Braziliyada bəndin dağılması nəticəsində ölənlərin sayı 212-yə çatıb

24.03.2019

Nazir Kristof Kastaner: “Sarı jiletlər” aksiyasının 19-cu aktında 40 mindən çox nümayişçi iştirak edib

24.03.2019

Avro-2020 seçmə mərhələsində növbəti oyunlar keçirilib (NƏTİCƏLƏR)

23.03.2019

Astana şəhəri Nur-Sultan oldu

23.03.2019

Gəncə-Bakı reysinə dəyişiklik

23.03.2019

Bakı-Ankara-Bakı xətti ilə hərəkət edəcək sərnişin qatarı Türkiyə ərazisinə çatıb

23.03.2019

Türkdilli milli irsimiz, pedaqoji fikir tariximiz həssaslıqla öyrənilməlidir

23.03.2019

Polşanın oyunu Əliyar Ağayevə həvalə edildi

23.03.2019

"Mətbuat məni öldürmək istəyir" 

23.03.2019

Putin 2024-cü ilə necə hazırlaşır: QAZAX SSENARİSİ, YOXSA YENİ DÖVLƏT?

23.03.2019

Şinzo Abe: Yaponiya G20 sammitində qadınların təhsili məsələsini də qaldıracaq

23.03.2019

Evinizdəki ÖLÜM TƏHLÜKƏSİ - Onlardan XƏBƏRDARSINIZMI?

23.03.2019

Ukraynada seçkiləri 2 minə yaxın xarici müşahidəçi izləyəcək

23.03.2019

Messinin milliyə qayıdışı uğursuz oldu

23.03.2019

Mafiya şəbəkələrinin 30 milyon avro dəyərində aktivləri müsadirə edilib

23.03.2019

Düşmən silahı susmur

23.03.2019

Xətai rayonunda ev yanıb: meyit aşkarlanıb

23.03.2019

Müstəqil Azərbaycanın Avropa məkanına inteqrasiyası və bu prosesin tarixi aspektləri

23.03.2019

Britaniya Qolan yüksəkliklərini İsrail ərazisi kimi tanımır

23.03.2019

Fərdi evlərin sənədləşdirilməsi sığorta və vergi yığımını artıracaq 

23.03.2019

Axtarışda olan Balakən sakini saxlanılıb

23.03.2019

Neftçilər prospektinə alternativ avtomobil tunelinin yeni üsulla inşası təklif olunur - VİDEO

23.03.2019

Suriya İŞİD terrorçularından tam azad edilib