DÖVLƏTİN İNNOVASİYA SİYASƏTİ VƏ İNNNOVASİYA PROSESLƏRİNİN FORMALAŞMASINA STRATEJİ YANAŞMALAR

09:00 / 20.03.2019

Lalə Mahmudova
İqtisad üzrə fəlsəfə doktoru

Qlobal iqtisadi çağırışlar şəraitində ölkə iqtisadiyyatının inkişafının sürətləndirilməsi və qlobal iqtisadi təhdidlərə qarşı güclü immunitet nümayiş etdirmək iqtidarında olan iqtisadi mexanizmlərin formalaşdırılması vacib şərtlərdəndir. Dünya ölkələrinin əksəriyyətində bu məqsədlə əsas etibarı ilə iqtisadi proseslərin innovasiyalaşdırılmasına və bununla əlaqədar olaraq dövlətin innovasiya siyasətinin əhəmiyyətli səviyyədə təkmilləşdirilməsinə geniş yer verirlər. Bu heç də asan məsələ deyildir və hazırda iqtisadi cəhətdən inkişaf etmiş ölkələr belə bir səviyyəyə çatmaq üçün uzun bir dövr keçmişlər, eyni zamanda iqtisadiyyat sahələrinin innovasiyalaşdırılması, mövcud mexanizmlərin yenilənməsi, yüksək texnologiyalar əsaslı iqtisadiyyat sahələrinin formalaşdırılması külli məbləğdə və davamlı şəkildə investisiyaların yatırılmasını şərtləndirir. Amma bütün hallarda, ölkə iqtisadiyyatının dinamik və davamlı inkişafının təmin olunması xeyli dərəcədə dövlətin investisiya siyasətindən asılıdır.
Dövlətin investisiya siyasəti ölkənin davamlı iqtisadi artımına, yeni iş yerlərinin yaradılmasına, sənaye və kənd təsərrüfatında yeni texnologiyalar əsasında dərin struktur dəyişikliklərinin əldə edilməsinə, bir sözlə, milli iqtisadiyyatın möhkəm dayaqlar üzərində formalaşması və inkişafına yönəldilməlidir [1, s. 14]. Əvvəldə qeyd etdiyimiz kimi müasir şəraitdə dünyanın bir çox ölkələrində elmi-texniki fəaliyyətin davamlı idarəetmə mexanizmləri formalaşmışdır. Bu mexanizmlər elm və istehsalın inteqrasiya prosesinin xüsusiyyətlərini, tədqiqat və işləmələrin bazar tələbatlarına daha çox yönəlməsini, bazar amillərinin təşkilatların strateji mövqelərinin müəyyən edilməsinə təsirinin güclənməsini əks etdirir. Yeni vəzifələr əlaqələr sistemində həm şaquli idarəetmənin bütün səviyyələri arasında, həm də üfiqi elmi-istehsal-satış zəncirinin bölmələri arasında dəyişikliklərə səbəb olub. Hələ, 1980-ci illərdə innovasiya prosesinin ümumi idarəetməyə inteqrasiya edilmiş sistemləri yaranmağa və inkişaf etməyə başlamışdır. Bunlar ənənəvi məhsul istehsalı və buraxılışının ümumi idarəetmə sistemindən ayrılmış sistemlər kimi inkişaf etmişdir. Bunlarla yanaşı, dövlətin innovasiya siyasətinin gücləndirilməsi və innovasiya proseslərinin daha optimal formalaşdırılması, inkişaf etdirilməsi istiqamətində əsas funksiyaları innovasiya menecmenti yerinə yetirir və bununla əlaqədar olaraq innovasiya menecmentinin funksiyalarının, iş prinsiplərinin və fəaliyyət dairəsinin daha da təkmilləşdirilməsi vacib məsələlər kimi diqqət çəkir [2]. İnnovasiya menecmenti kompaniyanı idarəetmə rəhbərliyini ali səviyyəsində həyata keçirilən strateji idarəetmə istiqamətlərindən biri kimi xüsusi əhəmiyyət kəsb edir. İnnovasiya menecmentinin vacib funksiyaları bir sıra sahələrdə, o cümlədən: firmaların elmi-texniki və istehsal fəaliyyətinin əsas istiqamətlərini müəyyən etmək, yeni məhsullar istehsalının mənimsənilməsini işləyib hazırlamaq və tətbiq etmək (innovasiya fəaliyyəti); buraxılan məhsulu modernləşdirmək və təkmilləşdirilmək; ənənəvi məhsul növləri istehsalını daha da inkişaf etdirmək; köhnəlmiş məhsulları istehsalatdan çıxarmaq və s. sahələrdə daha çox tələb olunur. İnnovasiya menecmentində əsas diqqət strategiyanın işlənib hazırlanmasına və onun reallaşdırılmasına istiqamətlənmiş tədbirlərə verilir. Yeni növ məhsulların işlənib hazırlanması və buraxılması firmanın strategiyasının daha üstün istiqamətləri olur. İnnovasiya sahibkarlığı subyektinin innovasiya siyasətinin həyata keçirilməsi üçün bir qrup tədbirlərin - innovasiya fəaliyyətinin plan və proqramının işlənib hazırlanmasını; yeni növ məhsulların işlənib hazırlanması gedişinə və onun tətbiqinə nəzarət edilməsini; yeni növ məhsullar yaradılmasının layihələrinə baxılmasını; vahid innovasiya siyasətinin həyata keçirilməsini, istehsal bölmələrində bu sahənin fəaliyyətinin əlaqələndirilməsini; innovasiya fəaliyyəti proqramının material və maliyyə resursları ilə təmin edilməsini; innovasiya fəaliyyətinin ixtisaslı heyətlə təmin edilməsini; innovasiya problemini ideyadan seriyalı məhsul istehsalına qədər kompleks şəklində həll etmək üçün müvəqqəti qruplar yaradılmasını ardıcıl və sistemli şəkildə reallaşdırılması vacibdir [3, s. 1457]. İri müəssisələrdə tədqiqat işləri və istehsalı vahid prosesdə birləşdirən elmi-texniki kompleks yaradılması innovasiya fəaliyyətinin inkişafının müasir mərhələsinin əsas xüsusiyyətlərindən biri kimi diqqət çəkir və bu proseslərdə “elm-istehsal” tsiklinin bütün mərhələlərində sıx əlaqə olmasını nəzərdə tutulur. Belə ki, bütöv “elm-istehsalat-satış” sisteminin yaradılması obyektiv zərurətdən və müasir dövrün qlobal innovatik çağırışlarından ortaya çıxmışdır, eyni zamanda bütün bunlar elmi-texniki tərəqqinin daha da sürətlənməsi və texnologiyaların mürəkkəbləşməsi ilə bilavasitə bağlıdır. Ölkədə innovasiya fəaliyyətinin modelləşdirilməsi, stimullaşdırılması və bunlarla əlaqədar olaraq praktiki mexanizmlərin işlənib hazırılanması prioritetləri dövlər innovasiya siyasətinin əsasında yer almalıdır. Belə ki, innovasiyanın inkişafı olduqca mürəkkəb, texniki proseslərin və intellektual potensialın inkişafı ilə üzvi sürətdə bağlıdır. Bunlar isə öz növbəsində innovasiyanın inkişafın sistemli, əlaqələ və kompleks yanaşmağı tələb edir [4, s.6]. İnnovasiya proseslərinin idarə edilməsinin daha çevik və kompleks sisteminin yaradılması, dövlət innovasiya siyasətinin təkmilləşdirilməsi və daha çox stimullaşdırıcı mexanizmlərin tətbiq edilməsi perspektiv məhsulun işlənməsinə, idarəetmənin təşkilati forma və funksiyalarının yenidən qurulmasına yönəlmiş və tətbiqinə təkan verir, innovasiya prosesinin yaranmasından həyata keçirilməsinədək onun hərtərəfli idarə olunmasını asanlaşdırır və innovasiya proseslərinin uğurlu şəkildə başa çatdırılmasını təmin edir.
Qeyd edək ki, dövlət tərəfindən investisiya fəaliyyətinin tənzimlənməsinin ən səmərəli metodlarından biri də vergi mexanizmidir. Bu məqsədlə əlverişli mühit yaratmaq üçün vergilərin strukturunda dəyişikliklərin edilməsi zəruridir. Bunun nəticəsində isə uzunmüddətli kapital qoyuluşunun həyata keçirilməsinə, daha çox gəlir gətirən sahələrə kapital yönəldilməsinə şərait yaradılmış olur. İnvestisiya qoyuluşlarının dövlət tənzimlənməsinin mühüm istiqamətlərinə isə bunları aid etmək olar: sosial və istehsal infrastrukturuna sərmayələrin yönəldilməsi; qiymətlərin tənzimlənməsi; dövlət mülkiyyətinin özəlləşdirilməsinin tənzimlənməsi; kreditlər üzrə faiz dərəcələrinin tənzimlənməsi və pul kütləsinin tənzimlənməsi. Bütün bunlarla yanaşı, dövlət investisiya fəaliyyətinin tənzimlənməsində iqtisadi mexanizmlərdən daha səmərəli istifadə edilməsi məqsədəmüvafiq hesab olunur və bu mexanizmlər sırasında bunlar daha çox fərqlənirlər:
 vergitutma obyektlərinin və subyektlərinin, vergi dərəcələrinin və vergi güzəştlərinin fərqləndirildiyi vergi sisteminin tətbiqi;
 amortizasiya-kredit siyasətinin həyata keçirilməsi;
 ayrı-ayrı region, sahə və istehsalatların inkişafı üçün subvensiya və subsidiyaların verilməsi;
 dövlət norma və standartlarının təkmilləşdirilməsi;
 antiinhisar tədbirlərinin görülməsi;
 təbii ehtiyatlardan istifadə şərtlərinin müəyyənləşdirilməsi;
 qiymətqoyma siyasətinin həyata keçirilməsi;
 investisiya layihələrinin ekspertiza meyarlarının yenilənməsi və təkmilləşdirilməsi.
İnnovasiya-investisiya siyasətinin birinci dərəcəli vəzifəsi resurs hasil edən emal və istehlak edən sahələrlə əsaslı vəsait qoyuluşları arasındakı nisbəti yaxşılaşdırmaqdan, vəsaiti elmi-texniki tərəqqinin sürətləndirilməsini təmin edən sahələrin xeyrinə yenidən bölüşdürməkdən ibarətdir [5]. İnnovasiya-investisiya siyasəti kapital qoyuluşlarının xeyli payının öz-özünə maliyyələşdirmə, maddi-texniki resurslar, bazar mexanizmlərinin və infrastrukturunun inkişafı innovasiya-investisiya prosesinin iştirakçıları arasında müqavilə və qaytarma sistemi prinsiplərinə əsaslanmalı olsa da bir sıra bütöv proqramlar dövlət köməyi tələb edir. Ona görə də, innovasiya-investisiya siyasəti dövlətin bilavasitə iştirakı ilə səmərəli qurulmalı və daha güclü formada əməli olaraq reallaşdırılmalıdır. Ümumiyyətlə, müasir iqtisadi anlamda innovasiya-innvestisiya iqtisadi inkişafa nail olmaq və milli sərvətin artırılmasını təmin etmək üçün zəruri təsir komponentlərindən hesab olunmaqdadır. Bir çox makroiqtisadi göstəricilərdə baş verən kəmiyyət və keyfiyyət dəyişikliyi bilavasitə reallaşdırılan innovasiya-investisiyanın həcmi və istiqaməti ilə birbaşa əlaqədardır. Təsadüfi deyildir ki, hər bir dövlət əksər hallarda məhz müxtəlif istiqamətlərdə innovasiya-investisiya qoyuluşunu reallaşdırmaqla iqtisadiyyatın strukturunu təkmilləşdirməyə və bununla da sosial-iqtisadi problemlərin həllinə nail olmağa çalışır [6]. Bu baxımdan, dövlət siyasəti proqramları çərçivəsində reallaşdırılmaqla, innovasiya sahibkarlığı subyektləri üçün istehsalın yüksək səmərəliliyi və innovasiyalar-texnologiyalar bazarında özü üçün möhkəm yer tuta biləcək məhsulların istehsalı üzrə tədbirləri də əks etdirməlidir. Bununla belə, sahə proqramları təsərrüfat subyektlərinə öz texnoloji siyasətlərini formalaşdırmaq üçün informasiya rolunu oynayır və həmin proqramlar dövlətin investisiya-innovasiya siyasətinin sahələr üzrə həyata keçirilməsinin tənzimlənməsi aləti rolunu oynayır, müəyyən olunmuş müəssisələr üzrə reallaşdırılır. İnnovasiya-investisiya siyasətinin tənzimlənməsi zamanı dövlət bu siyasətə müdaxilə edir və eyni zamanda, dövlət investisiyalarından səmərəli istifadə olunmasına məsuliyyət daşıyır, bütün bunlar özünü dövlət tərəfindən investisiya fəaliyyətinin tənzimlənməsinin müxtəlif formalarında büruzə verir: maliyyələşdirmə, kredit sistemi və vergi sistemi, amortizasiya ayırmaları norması. Bundan əlavə, dövlət sistemli şəkildə digər tədbirləri də reallaşdırmaqla, ölkədə investisiya-innovasiya fəaliyyətinin intensivliyini təmin edir. Məsələn, innovasiya-investisiya fəaliyyətini tənzimləmək üçün dövlət vergi və kredit dərəcələrinin, texniki-sanitar-gigiyenik normaların, arxitektur normaların dəyişdirilməsini həyata keçirir [7].

Şəkil 1-də dövlətin innovasiya siyasəti və innovasiya proseslərinin formalaşmasına strateji yanaşamaların blok-sxemi verilmişdir.


Şəkil 1. Dövlətin innovasiya siyasəti və innovasiya proseslərinin formalaşmasına strateji yanaşamaların blok-sxemi (tədqiqat materialları üzrə müəllif tərəfindən hazırlanmışdır).
Qeyd edək ki, dövlətin innovasiya siyasətinin formalaşmasına, innovasiya fəaliyyətinin təşkili proseslərinin səmərəliliyinin artırılmasına təsir edən amillərin dərindən təhlil edilməsi, öyrənilməsi və bunlara müvafiq şəkildə strateji yanaşmaların təmin edilməsi mühüm əhəmiyyət kəsb edir. Nəzəri və praktiki yanaşamalar, proseslər əsas götürülməklə, innnovasiya prosesi və onun formalaşmasına təsir edən amilləri bu formada ümumiləşdirmək mümkündür:
 tələbatın müasir dövrə uyğun və tam şəkildə ödənilməsi;
 məhsulun keyfiyyəti üzrə müəssisənin rəqabətqabiliyyətliliyi və istehsalın səmərəliliyi;
 ənənəvi texnologiyaların sabit idarə edilməsi ilə yeni texnologiyaların tətbiqi arasında balansın yaradılması, texnologiyaların ənənəvi məhsuldarlığının qorunması ilə yanaşı, eyni zamanda resursların bir hissəsinin yeni texnologiyanın tətbiqinə yönəldilməsi əsasında texniki vasitələrin diversifikasiyasının təmin edilməsi;
 səmərəliliyin geniş formada təmin edilməsi, inqilabi dəyişikliklərə müəssisənin hazır olması və ona alışması, bu baxımdan tətbiq olunan yeni radikal idarəetmə yenilikləri proqramı və texnologiyanın idarə edilməsində uyğunluğun fasiləsizliyinin müəyyən edilməsi;
 daxili və xarici elementlərin qarşılıqlı sisteminin inkişafının təşkil olunması, bazardakı yeniliklər haqqında sistemli informasiyanın əldə edilməsi və alternativ layihələrin istisna olunmasının şərtləndirilməsi və s.
Bu proseslərin reallaşdırılmasında innovasiya fəaliyyətinin bir sıra növləri daha çox diqqət çəkir: texniki hazırlıq və istehsalın təşkili (istehsal avadanlığının və alətlərinin əldə olunması, onlarda, o cümlədən yeni məhsulun hazırlanması və ya yeni texnoloji prosesin tətbiqi kefiyyətlərinə nəzarətin və istehsalın prosedurasında, metodlarında və standartlarında dəyişikliklərin edilməsi); yeni məhsulların marketinqi; məhsul və texnoloji proseslərin modifikasiyalarının daxil olduğu istehsalqabağı işləmələr, yeni texnologiyanın və avadanlıqların tətbiqi üçün heyətin hazırlanması, həmçinin, əgər konstruksiyanın təkmilləşdirilməsinə ehtiyac varsa, sınaq istehsalı və istehsalın başlanması; kənardan maddiləşmiş texnologiyaların alınması (öz texnoloji məzmununa görə məhsul və proses innovasiyalarının tətbiqi ilə əlaqədar maşın və avadanlıqlar) və istehsal layihələndirilməsi (istehsal prosedurasının, texniki xüsusiyyətlərinin, istismar xarakteristikalarının müəyyən edilməsi üçün nəzərdə tutulan plan və uçot parametrlərinin hazırlanması) [8]. Xüsusilə, xarici bazarda sərt rəqabətə davam gətirmək üçün innovasiyalı inkişaf ölkənin beynəlxalq münasibətlər subyekti kimi fəaliyyətinin əsas şərtlərindən biridir. İnnovasiyaların sayının artırılması əsas deyil, onu bütün iqtisadi proseslərin tərkib hissəsinə çevirmək olar. İnnovasiya inkişafını yeni və daha yaxşılaşdırıcı texnologiyaların işlənib hazırlanması və reallaşdırılması əsasında təsərrüfat subyektinin iqtisadi artımı kimi müəyyən etmək mümkündür. İnnovasiya inkişafının səviyyəsi həm innovasiya prosesinin resurs tərkibi, həm də innovasiya texnologiyaları transferinin səmərəliliyi ilə müəyyən edilir. İnnovasiya prosesinin əmtəəyə çevrilməsində onun iki fazası daha çox fərqlənir: a) yaradılma və yayılma; b) yeniliyin diffuziyası. Birinci, əsasən, elmi tədqiqatların, təcrübə-konstruktor işlərinin, sınaq nümunəsinin hazırlanması və satışının təşkili, kommersiya istehsalının təşkilindən - ardıcıl mərhələlərdən ibarətdir. İkinci fazada, ictimai-faydalı səmərə, yeniliklərin istehsalçıları arasında, həmçinin istehsalçılar və istehlakçılar arasında bölüşdürülür. Diffuziya nəticəsində həm istehsalçıların, həm də istehlakçıların xüsusiyyətlərində keyfiyyət dəyişiklikləri baş verir. İnnovasiyanın yayılması, yayılma forması və sürəti kommunikasiya kanallarının gücündən, təsərrüfat subyektlərinin informasiyanı qəbul etməsi xüsusiyyətindən, onların bu informasiyadan, praktiki informasiya bacarığından və s. asılı olan məlumatların ötürülməsi prosesidir. Bu halda, innovasiya - elə texniki-iqtisadi tsikldir ki, tədqiqat və işləmələr sferasının nəticələrindən istifadə, texniki və iqtisadi dəyişikliklərə səbəb olur ki, bu da sferanın fəaliyyətinə əks təsir göstərir. Ümumi halda, innovsiya prosesinin gedişat ardıcıllığını bu formada göstərmək olar: . Burada fundamental tədqiqatlar; tədqiqatlar; işləmələr; layihələndirmə; tikinti, mənimsəmə; sənaye istehsalı; marketinq; satış [9, s. 30].
İnnovasiya proseslərinin inkişafına təsir edən amillər qrupununun xüsusiyyətlərini, innovasiya fəaliyyətinə mane olan amilləri və innovasiya fəaliyyətini şərtləndirən amilləri bu formada qruplaşdırmağı məqsədəuyğun hesab etmişik:
1) İqtisadi - texnoloji amillər qrupu, o cümlədən innovasiya fəaliyyətinə mane olan amillər: innovasiya layihələrini maliyyələşdirmək üçün vəsaitin çatışmazlıqı, maddi-texniki bazanın zəifliyi, texnologiyanın köhnəlməsi, ehtiyat güclərinin olmaması, cari istehsal üsulunun hakim mövqedə olması; innovasiya fəaliyyətini şərtləndirən amillər: maliyyələşmə üçün ehtiyatın olması, maddi-texniki vəsaitlə təminat, qabaqcıl texnologiya, təsərrüfatçılıq üçün zəruri olan elmi-texniki infrastrukturun mövcud olması.
2) Siyasi və hüquqi amillər qrupu, o cümlədən innovasiya fəaliyyətinə mane olan amillər: antiinhisar siyasətində məhdudiyyətlər, vergi, patent-lisenziya qanunvericiliyində boşluqlar; innovasiya fəaliyyətini şərtləndirən amillər: innovasiya fəaliyyətini genişləndirən qanunverici tədbirlər, dövlət dəstəyi.
3) Təşkilati-idarəetmə amillər qrupu, o cümlədən innovasiya fəaliyyətinə mane olan amillər: köhnəlmiş təşkilati-struktur, yersiz mərkəzləşdirmə, idarəetmədə avtoritar üsulun güclü olması, informasiyanın şaquli yayılmasının üstünlüyü, müəssisənin qapalı olması, planlaşdırmada sərtliyin olması, mövcud bazara səmtləşmək, qısa müddətli mövqelər; innovasiya fəaliyyətini şərtləndirən amillər: təşkilati strukturun elastikliyi, idarəetmədə demokratik üsulların olması, informasiyanın üfiqi yayılmasının üstünlüyü, öz-özünü planlaşdırma, düzəlişlərə açıq olmaq, problemlərin məqsədli həlli.
4) Sosial-psixoloji və mədəni amillər qrupu, o cümlədən innovasiya fəaliyyətinə mane olan amillər: dəyişikliklərə etiraz etmək, yeni iş yerlərinin axtarışının zəruriliyi, köhnəlmiş fəaliyyət üsullarının yenidən qurulması, ənənələrə sadiq olan davranış stereotiplərinin pozulması, qeyri-müəyyənlik qorxusunun olması, xaricdən daxil olan hər cür yeniliyə qarşı çıxmaq; innovasiya fəaliyyətini şərtləndirən amillər: mənəvi həvəsləndirmə, ictimai tanınma, öz-özünü reallaşdırma imkanları ilə təminat, yaradıcı əməyin sərbəst olması, əmək kollektivində olan normal psixoloji mühit və s.
Bunlarla bağlı nəzərə almaq lazımdır ki, innovasiya proseslərinin inkişafına təsir edən amillər qrupu hər bir ölkənin milli xüsusiyyətlərindən asılı olaraq dəyişə bilər. Belə ki, innovativ proseslərin inkişafında güclü nailiyyətlər əldə edən Yaponiya ilə dünyanın istənilən ölkəsini müqayisə etmək olduqca çətin görünür. Təbii ki, istənilən innovasiya prosesinə pozitiv və neqativ amillər təsir göstərir. Onların təsirini öyrənmək və qiymətləndirmək, təsir gücünü yüksək nailiyyətlərə istiqamətləndirmək və gözlənilən risk səviyyəsini aşağı endirmək dövlətin innovasiya siyasətinin və innovasiya proseslərinin idarəetmə strukturlarının başlıca vəzifəsi olmalıdır [10, s.42]. Başqa sözlə, müxtəlif xarakterli problemlərin həll edilməsində mühüm vasitə olan innovasiya-investisiya yanaşmasından istifadənin səmərəliyi onların iqtisadi cəhətdən əsaslandırılmış strukturundan asılıdır, burada şübhəsiz, müvafiq strukturun yaradılmasına isə dövlətin tənzimləyici mexanizmi əsaslı təsir göstərə bilər. Dünya təcrübəsinə istinadən qeyd etmək olar ki, inkişaf etmiş ölkələrdə büdcə xərclərində innovasiya-investisiya istiqaməti mühüm yer tutur və bu xərclər daim artım tempi ilə müşayiət olunur.
Son dövrlərdə Azərbaycanda iqtisadi proseslərin innovasiyalaşdırılması istiqamətində ciddi addımlar atılmaqdadır. Ölkə Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol Xəritəsində innovativ yanaşmalar daha çox üstünlük təşkil edir [11]. Artıq ölkəmizdə innovativ proseslərin idarə edilməsi strukturunun yaradılması istiqamətində əməli tədbirlər görülməkdədir [12, s. 241]. Yenə ölkə Prezidentinin 2018-ci il 6 noyabr tarixli Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək TexnologiyalarNazirliyinin tabeliyindəİnnovasiyalar Agentliyinin yaradılması haqqında Fərmanı qüvvəyə minmişdir və hazırda icra prosesindədir. Bundan əlavə, hələ 2012-ci ildən başlayaraq Pirallahıda Yüksək Texnologiyalar Parkının təşkili prosesləri gedir və burada müəssisələr formalaşdırılmaqdadır [13]. Beləliklə, yaxın perspektivdə Azərbaycanda dövlətin innovasiya siyasətinin və innovasiya proseslərinin formalaşmasına strateji yanaşmaların əhəmiyyətli səviyyədə təkmilləşdirilməsi lazım gələcəkdir və bunun üçün bir sıra məsələlərə diqqətin yönəldilməsini vacib sayırıq:
 Ölkəmizdə mövcud olan innovativ inkişaf potensialı obyektiv təhlil edilməli və qiymətləndirilməlidir;
 Milli innovasiya sisteminin yaradılması prosesləri başa çatdırılmalı və innovatik inkişafın əsaslandırılımış strateji istiqamətləri müəyyənləşdirilməlidir;
 İnnovasiya proseslərinin idarəetmə sistemi üzrə strukturun formalaşdırılması və çevik idarəetmə mexanzimlərinin tətbiqi prosesləri təmin olunmalıdır;
 Ölkəmizin iqtisadi inkişaf üzrə strateji hədəflərinə uyğun şəkildə milli iqtisadiyyatın innovasiyalaşdırılmasının yaxın və uzaq perspektivi üçün hədəflər müəyyənləşdirməli, innovativ inkişaf proqramları və iri innovasiya-investisiya layihələri hazırlanmalı, icrasına başlanılmalıdır və s.


ƏDƏBİYYAT:
1. Gerguri Sh., Rexhepi G., Ramadani V. Innovation strategies and competitive advantage // Современная экономика: проблемы, тенденции, перспективы. 2013. Вып. 8 (1). С. 10-26.
2. Hüseynova A.D. Azərbaycanda innovasiya potensialının idarə edilməsi mexanimzinin təkmilləşdirilməsi. İ.e.d. dissertasiyasının Avtoreferatı. Bakı, 2015.- 54 s.
3. Петрухина Е.В. модели и методы стратегического менеджмента корпоративных инновационных систем // Фундаментальные исследования. – 2015. – № 2-7. – С. 1455-1459.
4. Tağıyev A.H., Aslanzadə İ.A. İnnovasiya menecmenti. I hissə. Bakı, 2017, 368 s.
5. Allahverdiyev H.B., Qafarov K.S., Əhmədov M.Ə. Milli iqtisadiyyatın dövlət tənzimlənməsinin əsasları. Bakı, İqtisad Universitetinin nəşriyyatı, 2006. 834 s.
6. Aslanzadə İ.A. Dövlət innovasiya siyasətinin formalaşması və sənaye sektorunun rəqabət qabiliyyətliliyinin yüksəldilməsi problemləri. İ.e.d. dissertasiyasının Avtoreferatı. AMEA, İqtisadiyyat İnstitutu, 2013.
7. Əhmədov M.A., Hüseyn A.C. İqtisadiyyatın dövlət tənzimlənməsinin əsasları. Bakı, İqtisad Universitetinin nəşriyyatı, 2011. 120 s.
8. Авсянников Н.М. Инновационный менеджмент. Москва, Российского Университета дружбы народов, 2002, 174 с.
9. Hüseynov T.Ə. Firmanın iqtisadiyyatı. Bakı, Azərnəşr, 2009. 600 s.
10. Tağıyev A.H., Fərzəliyev S.A. Biznesin təşkili və idarə edilməsi. Bakı, Təknur, 2007, 340 s.
11. Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol Xəritələrinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı. Bakı şəhəri, 6 dekabr 2016-cı il
12. Əliyev Ş.T. Azərbaycan iqtisadiyyatı. Sumqayıt 2018, 376 s.
13. Yüksək Texnologiyalar Parkının yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı. Bakı şəhəri, 5 noyabr 2012-ci il, №736.

Açar sözlər: dövlətin innovasiya siyasəti, innovasiya proseslərinin formalaşması, innovasiya proseslərinə strateji yanaşmalar, innovativ inkişaf istiqamətləri, milli iqtisadiyyatın innovasiyalaşdırılması perspektivləri, iqtisadiyyatın innovasiyalaşdırılmasının strateji hədəfləri.
Ключевые слова: инновационная политика государства, формирование инновационных процессов, стратегические подходы к инновационным процессам, направления инновационного развития, перспективы инноватизации национальной экономики, стратегические цели инноватизации экономики.
Key words: innovative policy of the state, formation of innovative processes, strategic approaches to innovative processes, directions of innovative development, perspectives of an innovatization of national economy, strategic objectives of an innovatization of economy.

Резюме
Cтратегические подходы к формированию инновационных процессов и государственной инновационной политики
В статье исследованы стратегические подходы к формированию инновационных процессов и государственной инновационной политики. Анализированы пути совершенствования методов стратегического менеджмента корпоративных инновационных систем. Обоснована важность моделирования, стимулирования инновационной активности в стране и разработка практических механизмов в этой сфере. Дан стратегический подход к формированию инновационной политики и инновационных процессов государства, а так же факторы, препятствующие инновационной деятельности в стране. В конце статьи приведен ряд предложений и рекомендаций по стратегическим подходам к формированию инновационных процессов и государственной инновационной политики в современных условиях.

Summary
Strategic approaches to formation of innovative processes and innovative policy of the state
Strategic approaches to formation of innovative processes and the innovative policy of the state are investigated in the article. Ways of improvement of methods of strategic management of corporate innovative systems are analyzed with this purpose. Importance of modeling, stimulation of innovative activity in the country and development of practical mechanisms in this sphere is improved too. Strategic approach to formation of innovative policy and innovative processes of the state and also the factors interfering innovative activity in the country is given. A number of offers and recommendations about strategic approaches to formation of innovative processes and the innovative policy of the state in modern conditions are given at the end of article.

 

"GEOSTRATEGİYA" jurnalı №01 (49) YANVAR-FEVRAL 2019


Etiket: Lalə Mahmudova İqtisad üzrə fəlsəfə doktoru DÖVLƏTİN İNNOVASİYA SİYASƏTİ VƏ İNNNOVASİYA PROSESLƏRİNİN FORMALAŞMASINA STRATEJİ YANAŞMALAR dövlətin innovasiya siyasəti innovasiya proseslərinin formalaşması innovasiya proseslərinə strateji yanaşmalar innovativ inkişaf istiqamətləri milli iqtisadiyyatın innovasiyalaşdırılması perspektivləri iqtisadiyyatın innovasiyalaşdırılmasının strateji hədəfləri. Ключевые слова: инновационная политика государства формирование инновационных процессов стратегические подходы к инновационным процессам направления инновационного развития перспективы инноватизации национальной экономики стратегические цели инноватизации экономики. Key words: innovative policy of the state formation of innovative processes strategic approaches to innovative processes directions of innovative development perspectives of an innovatization of national economy strategic objectives of an innovatization of economy

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM