Həyət evləri ilə bağlı təklif – Aminstiya gözlənilir

11:25 / 18.03.2019

"Əmlak Məsələləri Dövlət Komitəsi sənədsiz inşa edilmiş tikililərin sənədləşdirilməsi ilə bağlı konsepsiya hazırlayır və yaxın zamanlarda Prezident Administrasiyasına təqdim ediləcək. Güman olunur ki, hündürmərtəbəli binalardakı mənzillərə çıxarış verildikdən sonra həyət evlərinin sənədləşdirilməsinə başlanılacaq”.

Strategiya.az xəbər verir ki, bu barədə iqtisadçı Vüqar Bayramov məlumat verib.

Ekspert qeyd edib ki, İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) 2014-cü ildə sənədsiz inşa edilmiş tikililərin sənədləşdirilməsi ilə bağlı təkliflər paketini Azərbaycan hökumətinə təqdim etmişdi:

"Biz nəyi təklif edirdik və indi də məqbul hesab edirik? Əvvəlla, bizim təkliflərimiz "Əmlak Aministiyası”nı nəzərdə tutur. O baxımdan yaxın zamanda sənədsiz əmlaka aministiya verilməsi məqsədəuyğun olardı. İlkin monitorinqlər göstərir ki, Bakı və ətrafdakı ərazilərdə sənədsiz həyət evlərinin sayı 450 mindir. Onların 70 minə yaxını inşaata icazə verilməyən və ya nisbətən riskli hesab edilən ərazilərdədir. Bunlar yüksək gərginlikli elektrik, mavi qaz, yaxud su xətlərinin yaxınlığında olan evlərdir.

Təklif edirik ki, əgər elektrik, ya da su xəttinin istiqamətini dəyişmək mümkünsə, o zaman evə toxunulmasın. Bununla da həmin ərazi təhlükəli zona anlayışından çıxarılsın. Amma su, qaz xəttinin üstündə tikilən evlərə real təhlükə varsa ev sahiblərinə kompensasiya ödənilməklə evlərin köçürülməsi təmin edilsin”.

Vüqar Bayramov bildirib ki, təklif etdiyi konsepsiyada daha çox Rusiyada tətbiq edilən praktikadan istifadə olunub:

"Burda söhbət dövlət tərəfindən müəyyənləşdirilmiş kiçik tariflərə uyğun olaraq məsələnin həllindən gedir. Çünki həmin evlərin böyük bir qisminin icra hakimiyyətlərindən, yaxud bələdiyyələrdən sənədləri var. Mənzil sahiblərinin günahı deyil ki, bələdiyyə onlara sənəd verib, onlar da həmin sənədlə evlərini özəlləşdirə bilmirlər. Əgər bu cür sənədlərlə evi özəlləşdirmək mümkün deyilsə, həmin sənədlər verilməməli idi. Xüsusən də ev sahiblərinin həmin sənədləri müəyyən xərc bahasına aldıqları da nəzərə alınmalıdır. Bizim mexanizm ondan ibarətdir ki, evlərin rəsmiləşdirilməsi üçün çox simvolik məbləğ müəyyənləşdirilməli və məbləğ ev sahibi üçün hər hansı bir ağırlıq yaratmamalıdır. Məbləğ ödənildikdən sonra evlərin qeydə alınması və "kupça” ilə təmin olunması prosesi başlanmalıdır. Əslində, bu prosedur dövlətin özü üçün də əhəmiyyətlidir. Bir tərəfdən ev sahiblərinin mülkiyyət hüquqları təmin edilir, digər tərəfdən də əmlak vergiyə cəlb olunur. Ona görə problemin həlli dövlət qurumlarının özünün marağında olmalıdır və onlar qısa zamanda məsələnin aradan qaldırılmasına çalışmalıdır.

Bütövlükdə, uzun müddət gündəmdə olan sənədsiz həyət evləri probleminin yaxın zamanlarda həll ediləcəyi gözlənilir. Bizim təklif etdiyimiz mexanizm prosesin sürətlənməsi, ev sahiblərinin mülkiyyət hüquqlarının qorunması və real sektorda aktivliyin artırılması baxımdan əhəmiyyətli hesab edilə bilər”.


Etiket:

Strategiya.az

Xəbərlər
21.04.2019

Bu gün 29 şəhər və rayonda 22 min 748 şagird imtahan verəcək

21.04.2019

Türkiyədə son 117 ildə 210 güclü zəlzələ baş verib

21.04.2019

"Yuventus" vaxtından əvvəl İtaliya çempionu olub

21.04.2019

Sumoçumuz Avropa çempionatında qızıl medal qazanıb

20.04.2019

Qar 60-dan çox kəndin yolunu bağladı

20.04.2019

İndi də İsfəndiyar Axundovun qardaşı oğlu... 

20.04.2019

Azərbaycana qış geri döndü – Bakıya yağış, bölgələrə qar, dolu YAĞDI - VİDEO

20.04.2019

Yaxın Şərqdə iki təhlükəli proses: dağıdıcı trendlərin güclənməsi

20.04.2019

Sosial şəbəkə "bəyənmə"ləri yığışdırır - SƏBƏB

20.04.2019

3 alpinist İTKİN DÜŞDÜ: əşyaları tapıldı, özləri isə...

20.04.2019

Zakir Həsənov Türkiyə tərəfinə başsağlığı verib

20.04.2019

Elxan Ələsgərov: Ermənistan XİN rəhbəri işlətdiyi iki cümlədə azı yeddi səhvə yol verib

20.04.2019

DİQQƏT! Qaz sayğacınızda bu yazılar çıxırsa deməli...

20.04.2019

Makron Türkiyəni qəzəbləndirdi

20.04.2019

Yeni tikililərin işıq problemi daha tez həll olunacaq - QƏRAR

20.04.2019

Əlilliyə görə pensiyaların da elektron qaydada təyinatına başlanıb

20.04.2019

Elçin Əhmədov: Anti-Azərbaycan qüvvələrin ölkəmizə təzyiq göstərmək, onu öz yolundan döndərmək cəhdləri əbəsdir

20.04.2019

Türkiyədə yenə zəlzələ oldu

20.04.2019

“Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib

20.04.2019

İsrail Qəzza zolağına zərbələr endirib

20.04.2019

Poroşenko rəqibindən Vaşinqtona şikayət etdi

20.04.2019

"İdeal olmaq mümkün deyil" -Qvardiola

20.04.2019

Şimal bölgəsinin dağlıq ərazilərində temperatur mənfi 8 dərəcəyədək aşağı düşüb

20.04.2019

Bəzi geyimlər sağalmaz xəstəliklər yarada bilər - XƏBƏRDARLIQ - VİDEO

20.04.2019

İranın təhlükəsizlik naziri: ABŞ-ın casus şəbəkəsi aşkar edilib

20.04.2019

Ermənistan silahlı qüvvələri atəşkəsi 21 dəfə pozub

20.04.2019

Ukraynada prezident seçkilərinin ikinci turu ilə bağlı sükut günüdür

20.04.2019

Dolların aprelin 22-nə olan məzənnəsi 

20.04.2019

Yaponiya Olimpiya Oyunları zamanı ABŞ aviabazasından istifadə etmək istəyir

20.04.2019

Superliqada 29-cu tur başladı

20.04.2019

Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi yaradıldı

19.04.2019

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sağlamlıq imkanları məhdud uşaq və gənclərin, sosial müəssisə sakinlərinin sərgisi ilə tanış olub

19.04.2019

Mixail Qorbaçov İndoneziyada keçirilən seçkilərdə məğlub olub

19.04.2019

Göyərtəsində 5 ton narkotik maddə aşkarlanan gəmi İzmir limanına gətirilib

19.04.2019

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

19.04.2019

DİN: Külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb

19.04.2019

Azərbaycan Ordusunun nümayəndələri NATO-nun təlimində iştirak edib

19.04.2019

Aprelin 22-dən problemli krediti olan şəxslərə kompensasiya ödənişlərinin verilməsinə başlanacaq

19.04.2019

Müğənni Rüfət Axundov və Rəşad İlyasov məhkəməyə gəlmədi

19.04.2019

ABŞ Çavuşoğlunun təklifinə müsbət cavab verməyib

19.04.2019

Bakıda adam öldürməyə cəhddə təqsirləndirilən şəxsə ağır cəza

19.04.2019

Diqqət! Bu yollarda xətlənmə işləri aparılacaq

19.04.2019

Salyanda ağır qəza baş verib

19.04.2019

56 min dollar təqaüd alacağı deyilən Yasinin atası danışdı, əslində...

19.04.2019

Zelenskiyə şok Rusiya təklifi: “Yenidən öpüşüb qucaqlaşmaq...”

19.04.2019

Buraxılış imtahanlarında iştirak edən 9-cu sinif şagirdlərinin nəzərinə!

19.04.2019

Bakıda “ərəb” ləqəbli narkotacir saxlanılıb

19.04.2019

Avstriyalı diplomat BMT-də yüksək vəzifəyə təyin edilib

19.04.2019

Sabah aramsız yağış gözlənilir

19.04.2019

“Böyük fəlakətin astanasındayıq” – NASA-dan qorxunc xəbərdarlıq