"Əli İnsanovun digər səhvi özünü Qərbi azərbaycanlıların ağsaqqalı elan etməsidir"

21:44 / 19.03.2019

Əli İnsanov əvvəlki səhvinin mənəvi yükünü nəinki dərk edir, hətta onu yenidən etməyə hazırdır.

Bunu Azərbaycan Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini - icra katibi Əli Əhmədov özünün "facebook" səhifəsində “Prezidentin humanistliyi və Əli İnsanova verilən şans” sərlövhəli yazısında qeyd edib.

Ə.Əhmədov bildirib: "Açığını deyim, azadlıqdan məhrum edilmiş keçmiş səhiyyə naziri Əli İnsanovun Prezidentin əfv sərəncamına salınması mənim üçün tamamilə gözlənilməz oldu. Sonrakı müşahidələrim göstərir ki, onun azadlığa çıxmasına belə reaksiya tək mənə mənsub deyil. Çoxları bu cür düşünür. Söhbət əsla qeyri-humanistlikdən getmir və gedə bilməz. Hər bir azərbaycanlı hörmətli Prezident İlham Əliyevin humanizmini yüksək qiymətləndirir, o cümlədən onun müxtəlif dövrlərə təsadüf edən çoxsaylı əfv aksiyalarına böyük dəyər verir. Dövlət başçısının humanist dəyərlərə sahib olması həqiqətən əvəzolunmaz nemətdir və insanlar onun böyük faydasını görürlər. Xalqımızın əziz bayramı Novruz ərəfəsində yüzlərlə ailənin sevincinin qazanılması məhz elə Prezidentin böyük humanizminin nəticəsidir. Elə adam tapmaq mümkün deyildir ki, böyük əfv sərəncamına görə Prezidentə minnətdarlığını ifadə etməsin. Çünki törətdiyi əməllərə görə qanuni əsaslarda azadlıqdan məhrum edilmiş insanları əvf etmək müstəsna olaraq Prezidentin səlahiyyətindədir. Elə buna görə də kimliyindən, siyasi düşüncəsindən və s. baxışlarından asılı olmayaraq azadlığa çıxanların hamısı Prezidentin humanist addımını lazımınca qiymətləndirə bildi. Daha doğrusu, malik olduğu insani keyfiyyətləri nümayiş etdirmiş oldu.

Lakin bir nəfər istisnadır. Keçmiş səhiyyə naziri Əli İnsanov azadlığa çıxan kimi ona azadlığı bəxş etmiş Azərbaycan Prezidentinə təşəkkür etmək əvəzinə, fərqli ünvanlara üz tutmağa üstünlük verdi. Beləliklə də adi mənəvi insani dəyər anlayışına formal da olsa əməl etməyə lüzum görmədi. Prezidentin böyük humanizmi əvəzində sadəcə minnətdarlıq etmək kimi insani borcunu ödəməyi bacarmadı. Əlbəttə, bu da bir əxlaqdır və açığını deyim, heç də müsbət keyfiyyət kimi qiymətləndirilə bilməz. Məsələnin mahiyyətinə gəldikdə, mənim bildiyimə görə əsl həqiqət bundan ibarətdir ki, keçmiş səhiyyə naziri Əli İnsanovun azadlığa çıxarılmasını, onun özünün dediyinin tam əksinə olaraq, heç bir beynəlxalq təşkilat xahiş etməyib və bu mənada onun bəzi xarici dövlətlərə və beynəlxalq təşkilatlara minnətdarlıq etməsi, yumşaq desək, tamamilə yersizdir".

Baş nazirin müavini əlavə edib ki, korrupsiya və vəzifə səlahiyyətlərini aşmaqda suçlanaraq azadlıqdan məhrum edilən birisini müdafiə etmək heç bir beynəlxalq təşkilatın ağlına belə gəlməz: "Əli İnsanovun azadlığa çıxması məhz elə haldır ki, o, Prezident İlham Əliyevin şəxsi təşəbbüsü və böyük humanizmi sayəsində reallaşıb. Bunu bilməmək, qiymətləndirməmək nəinki səhvdir, həm də hesab edirəm ki, böyük qəbahətdir. Onu da qeyd edim ki, bu fikri çoxları bölüşür.

Əli İnsanov hər dəfə ciddi suçlarına görə qanunla cəzasını alıb. Mən onun əməllərinə hüquqi qiymət vermək istəmirəm. Hüquqi qiymət məhkəmə tərəfindən verilir. Ancaq onun suçunun mənəvi tərəfi də var. Bunun da adı Heydər Əliyev yoluna xəyanətdir. Azadlığa çıxan kimi verdiyi bəyanatlar deməyə əsas verir ki, o, əvvəlki səhvinin mənəvi yükünü nəinki dərk edir, hətta onu yenidən etməyə hazırdır. Heydər Əliyev yoluna sadiq olan insanlar bu xəyanəti ona bağışlamırlar və heç zaman bağışlamayacaqlar".

Ə.Əhmədov bildirib ki, Ə.İnsanovun digər səhvi özünü Qərbi azərbaycanlıların ağsaqqalı elan etməsidir: "Açığı, sözügedən çoxsaylı toplum heç zaman onu özünə ağsaqqal seçməyib. Zamanında Qərbi azərbaycanlıların lideri Heydər Əliyev idi, indi isə Azərbaycan Prezidenti İlham Əliyevdir. Azərbaycan xalqının lideri sözügedən toplumun da şəksiz lideridir. Qərbi Azərbaycan əsilli insanlar Prezident İlham Əliyevin ətrafında sıx birləşiblər, onu qətiyyətlə müdafiə edirlər, yolunda və uğrunda hər cür fədakarlıq göstərməyə hazırdırlar. Bir də ki, o insanlar mövqeyini, dövlətə və dövlətçiliyə bağlılığını heç zaman dəyişmirlər və dəyişmək fikrində deyillər. Xırda hisslər, cılız ambisiyaçılıq onlara xas deyil və heç zaman xas olmayıb. Onlar üçün ən böyük sevinc və mənəvi qida mənbəyi Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın daha da çiçəklənməsi, qüdrətinin artması, insanların rifahının yaxşılaşmasıdır".

Baş nazirin müavini vurğulayıb ki, Prezident İlham Əliyev böyük humanistliyini göstərdi: "Növbədə Əli İnsanovun Prezident humanistliyinin mahiyyətini və miqyasını dərk etməsidir. Prezidentin əfvi Əli İnsanov üçün ciddi şansdır. Bu şansı necə qiymətləndirmək onun işidir. İstərdik ki, Əli İnsanov olub keçənlərdən düzgün nəticə cıxarsın. Vaxtilə dəfələrlə sədaqət andı içdiyi və onu yüksək dövlət postuna - səhiyyə naziri vəzifəsinə təyin etmiş Heydər Əliyevin xatirəsinə hörmət əlaməti olaraq onun məzarını ziyarət edib çiçəklər qoysun. Xalqımızın çoxəsrlik ənənəsinə uyğun olaraq onun belə bir hərəkəti Novruz bayramında çox yerində olardı".//trend


Etiket:

Strategiya.az

Xəbərlər
18.04.2019

“Qız qalası”nın yeni karton maketi oxuculara təqdim edildi və ekskursiya təşkil olundu

18.04.2019

ETSN nümayəndələri Cocuq Mərcanlıya səfər edib

18.04.2019

 Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

18.04.2019

Yuxusuzluq xəstəlikdir - İnsan gündə neçə saat yatmalıdır?

18.04.2019

"Yuventus"u vaxtından əvvəl tərk edə bilər – Ronaldo məyusdur

18.04.2019

Siyəzəndə minik və yük maşınları toqquşdu - Ölən və xəsarət alan var

18.04.2019

“Forbes” Rusiyanın ən varlı 200 biznesmeninin reytinqini tərtib edib

18.04.2019

Zorakılığa və təzyiq hallarına məruz qalan uşaqlar üçün "Qaynar xətt" yaradılır

18.04.2019

Problemli kreditlər siyahısında adı çıxmayanlar nə etməlidir? - AÇIQLAMA

18.04.2019

ABŞ və Çin arasında ticarət sazişi may ayında imzalana bilər

18.04.2019

NATO-nun Beynəlxalq Hərbi Qərargahının Baş direktoru Hərbi Akademiyada olub

18.04.2019

Qvardiola: VAR-dan əvvəl və sonra - FOTO

18.04.2019

Azərbaycan Ordusunun raket və artilleriya bölmələri döyüş atışları icra edib (VİDEO)

18.04.2019

Yazıçılar Birliyinin üzvü kitabının təqdimatını Cocuq Mərcanlıda keçirəcək

18.04.2019

Qeyri-sabit hava şəraiti sabah da davam edəcək

18.04.2019

Lökbatanda “Mercedes”in vurduğu piyada xəstəxanada öldü

18.04.2019

Budapeştdə keçirilən şahmat üzrə yaz festivalına yekun vurulub

18.04.2019

Sudanın sabiq prezidentinin qardaşları da həbs olunublar

18.04.2019

Tikintisinə icazə verilən obyektlərin sayı açıqlandı

18.04.2019

Evində narkotik bitki əkib-becərən Şəki sakini saxlanılıb

18.04.2019

DİN-dən sosial şəbəkə istifadəçilərinə XƏBƏRDARLIQ! Belə profillərin yaradılması məsuliyyət sayılır

18.04.2019

Avtomobildə gizlədilən spirtli içkilər və siqaretlər aşkarlanıb

18.04.2019

ABŞ Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə növbəti görüşü Vaşinqtonda keçirməyi təklif edib

18.04.2019

DSX rəisi Rusiya ilə sərhəddə sıxlığın aradan qaldırılması ilə bağlı müvafiq göstərişlər verib

18.04.2019

Birjalarda neftin qiyməti

18.04.2019

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qaraçuxurda yenidən qurulan Neftçilər parkında yaradılan şəraitlə tanış olublar

18.04.2019

PSJ yenə uduzdu - çempionluğu təxirə düşdü

18.04.2019

Azərbaycan neftinin qiyməti 74 dollar/barreli keçib

18.04.2019

Aprelin 18-də xarici valyutaların manata qarşı məzənnələri

18.04.2019

Ötən gün qəzalarda 3 nəfər ölüb, 1 nəfər xəsarət alıb

18.04.2019

Pakistanda aparılan antiterror əməliyyatında beş terrorçu öldürülüb

18.04.2019

Salah "Liverpul"dan gedir? - vəkilindən açıqlama

18.04.2019

Atəşkəs 24 dəfə pozulub

18.04.2019

Bu gün muzey və tarixi yerlərə giriş pulsuz olacaq

18.04.2019

Yeni istifadəyə verilən Nəqliyyat qovşağında sərnişinləri gözləyən YENİLİKLƏR

18.04.2019

"Ayaks"a uduzan "Yuventus"un səhmləri ucuzlaşıb

18.04.2019

Bakıda ayıq sürücü vətəndaşa 4 min manat ziyan vurub - "Taksim" şirkəti ziyanı ödəmir - VİDEO

18.04.2019

G20 liderlərinin 15-ci sammiti Ər-Riyadda keçiriləcək

18.04.2019

Avropada “5G” şəbəkəsi istifadəyə verilib

17.04.2019

Azərbaycan Prezidenti İlham Əliyev Çinin Sinxua agentliyinə müsahibə verib

17.04.2019

DTX-yə yeni səlahiyyətlər verildi - Prezident fərmanı

17.04.2019

Əkrəm İmamoğlu İstanbulun bələdiyyə sədri mandatı verilməsi üçün Ali Seçki Qurumuna çağırılıb

17.04.2019

Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin işçilərinin sayı artırılıb

17.04.2019

Üçtərəfli niyyət protokolu imzalanıb

17.04.2019

Notr-Dam kilsəsinin bərpası üçün beynəlxalq müsabiqə keçiriləcək

17.04.2019

Ailələrin tez dağılmasına nə səbəb olur?

17.04.2019

ÇL-in oyunları bu kanallarda -siyahı

17.04.2019

Niyə insanlar heyvan südü içir?

17.04.2019

İrandan Azərbaycana 15 kq-dan artıq narkotik vasitənin keçirilməsinin qarşısı alınıb

17.04.2019

İranın Ali Rəhbərinin “instagram” səhifəsi bağlanıb