Azərbaycanda Novruz bayramı qeyd edilir

08:14 / 20.03.2019

Novruz qədim və böyük bayram kimi yazın gəlişi münasibətilə qeyd edilir və sevincli hadisələrə - qışın bitməsi və yazın başlamasına həsr olunur.

 Novruzun qeyd edilməsi yeni ilin, yazın ilk gününün qarşılanması anlamına gəlir.

Alimlərin fikrincə, bu bayramın tarixi çox qədimdir. Elmi araşdırmalara əsasən, Novruz bayramının keçirilmə tarixi qədim zamanlara - Zərdüşt peyğəmbərin dövrünə gedib çıxır. Hətta elm adamları bu bayramın zərdüştlükdən əvvəl də qeyd olunduğunu bildirirlər. Alimlər bu bayramın yaşını minimum 3700 il, maksimum isə 5000 il müəyyən edirlər.

Qədim Babilistanda bu bayram nisan ayının (mart-aprel) 21-də qeyd edilirmiş və 12 gün davam edirmiş. Bu 12 günün hər birinin öz adət-ənənəsi var imiş. İlk yazılı abidələrdə qeyd edilir ki, Novruz bayramı ilk dəfə eramızdan əvvəl 505-ci ildə qeyd olunub.

İslam xadimləri həmişə cəhd ediblər ki, bu bayrama dini çalarlar gətirsinlər. Lakin Firdovsi, Rudəki, İbn Sina, Nizami, Sədi, Hafiz və s. kimi dahi maarifçilər sübut ediblər ki, Novruz bayramı İslamdan çox-çox əvvəllər meydana gəlib. Novruz bayramına həsr edilmiş əsərlərə misal olaraq, Nizamülmülkün "Siyasətnamə", Ömər Xəyyamın "Novruznamə"sini göstərmək olar.

Sovet hakimiyyəti zamanı Novruz bayramı qeyri-rəsmi şəkildə qeyd edilib, çünki dövlət orqanları yazın gəlişinin bayram kimi qeyd edilməsinə icazə verməyiblər. Lakin qadağalara baxmayaraq, çoxəsrlik ənənələrinə sadiq olan hər bir azərbaycanlı ailəsi bu bayramı qeyd edib.

Təbiətin oyanması Novruz ilə başlayır və Azərbaycan xalqı hətta Novruzun gəlişinə bir ay qalmış bu bayramı çox təntənəli şəkildə qeyd edir. Belə ki, hər həftənin çərşənbə axşamı öz adət-ənənələrinə müvafiq olaraq - Su, Od, Yel və Torpaq çərşənbəsi (ilaxır və ya bayram çərşənbəsi) qeyd edilir. Xalq deyimlərinə görə, ilk çərşənbədə su və su mənbələri yenilənir və hərəkətə başlayır, ikinci çərşənbədə odun, üçüncü çərşənbədə küləyin, dördüncü çərşənbədə isə torpağın köməyi ilə ağaclarda tumurcuqlar açır və bütün bunlar yazın gəlişindən xəbər verir.

Novruz bayramı qədim adətlər və oyunlarla çox zəngindir. Qədim adətlərə misal olaraq "Xıdır İlyas"ı (məhsuldarlıq, çiçəklənmə simvolu), "Kos-kosa" əyləncəli meydan oyununu və fal açmanı göstərmək olar.

Od ilə bağlı maraqlı adət-ənənələr var. Odlar diyarı Azərbaycan ocaqla bağlı zəngin ənənələrə malikdir və bu, təmizlənmə, yenilənmə əlamətidir. Axır çərşənbədə - Novruz bayramının son çərşənbəsi - böyükdən kiçiyə hər kəs tonqal üstündən tullanmalıdır. Həm də bir tonqalın üzərindən yeddi dəfə, yaxud yeddi tonqalın hər birinin üzərindən bir dəfə tullanmaq lazımdır. Odun üzərindən tullananlar bu sözləri deməlidirlər: "Ağırlığım-uğurluğum odlara". Tonqalı heç vaxt su ilə söndürmək olmaz. Tonqalın özü sönəndən sonra gənc qızlar və oğlanlar tonqalın külünü toplayaraq evdən uzağa atırlar. Bu o anlama gəlir ki, ailə üzvlərinin tonqalda yanan bütün uğursuzluqları kül ilə birlikdə uzaqlaşdırılır.

 
Su ilə təmizlənmə suyun real əlamətləri ilə bağlıdır. Su ilə əlaqəli ənənə Azərbaycanda yeni illə bağlıdır. Yeni ildə bulaq və çayın üzərindən tullanmaq o anlama gəlir ki, sən ötənilki günahlarını yudun. Bundan əvvəl ötən ilin son gecəsi yatmazdan qabaq insanlar bir-birilərini sulayırlar. Deyirlər ki, Novruzun son çərşənbəsinin gecəsi çaylar və bulaqlar dayanır, hətta ağaclar torpağa əyilir. Əgər kimsə həmin bayram gecəsi o sudan içsə, növbəti ildə xəstələnməyəcək.

Novruz bayramının ən ali məqamı köhnə ilin ixtiyarı yeni ilə verməsi zamanıdır. Qədim adətlərə görə, həmin vaxt Novruzun şərəfinə tüfənglərdən atəş açılır. Hələ XIX əsrdə N.Dubrovin bu barədə yazırdı: "Azərbaycanda yazın gəlişi şəhərlərdə və kəndlərdə yaylım atəşlərinin açılması ilə bildirilir". Azərbaycanda Novruz bayramının təntənəli qeyd edilməsində iştirak edən Adam Oleari 1637-ci ildə yazıb: "Astronomik vasitələrlə və günəş saatı ilə gecə-gündüz bərabərliyi anını müəyyən edən astroloqlar elan etdi ki, Yeni il başlandı. Elə həmin anda yaylım atəşlərinin səsi gəldi, şəhər qalalarından və qala divarlarından musiqi səsi ucaldı. Bahar bayramı bu cür başlandı".

Azərbaycanlılar bayram süfrəsini zövqlə bəzəyirlər. Süfrədə "s" hərfi ilə başlayan yeddi yemək, o cümlədən sumax, sirkə, süd, səməni, səbzi və s. olmalıdır. Bundan əlavə, süfrəyə güzgü və şam, güzgünün qarşısına isə bəzədilmiş yumurta qoyulur. Bunun da simvolik mənası var. Şam od, işıq rəmzi, güzgü isə aydınlıq, şəffaflıq rəmzidir.

Ənənələrə görə, bayramın ilk gecəsi hər kəs evdə olmalıdır: əgər Novruzun ilk günü evdə olmasan, yeddi il evdə görünməyəcəksən. Qədim adətlərə görə, bayır qapılar bağlanmır. Novruzun ilk gecəsi səhərədək şam yandırılır: sönmüş ocaq, sönmüş şam uğursuzluq əlamətidir.

Novruzu qeyd edərkən kəndlilər növbəti ilin quraq, yaxud yağıntılı keçəcəyini, məhsuldar olub-olmayacağını müəyyən edirlər. Adətlərə görə, Novruzun ilk günü yaz, ikinci günü yay, üçüncü günü payız, dördüncü günü isə qış hesab edilir. Əgər ilk gün külək və yağışsız olursa, deməli, il kənd təsərrüfatı üçün uğurlu keçəcək. Əgər külək olarsa, deməli, bütün il bu cür keçəcək. Son üç gündə də ilin qalan fəsillərinin necə keçəcəyi bu yolla müəyyən edilir.

Novruz şən və sevimli, xalqımızın bütün dəyərlərini özündə birləşdirən bayramdır.

Şamaxı Astrofizika Rəsədxanasından verilən məlumata görə, yaz fəsli Azərbaycana martın 21-də Bakı vaxtı ilə saat 01:58-də qədəm qoyacaq.

Nazirlər Kabinetinin qərarına əsasən, 20-26 mart tarixləri ölkədə qeyri-iş günüdür.


Etiket:

Strategiya.az

Xəbərlər
18.04.2019

“Qız qalası”nın yeni karton maketi oxuculara təqdim edildi və ekskursiya təşkil olundu

18.04.2019

ETSN nümayəndələri Cocuq Mərcanlıya səfər edib

18.04.2019

 Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

18.04.2019

Yuxusuzluq xəstəlikdir - İnsan gündə neçə saat yatmalıdır?

18.04.2019

"Yuventus"u vaxtından əvvəl tərk edə bilər – Ronaldo məyusdur

18.04.2019

Siyəzəndə minik və yük maşınları toqquşdu - Ölən və xəsarət alan var

18.04.2019

“Forbes” Rusiyanın ən varlı 200 biznesmeninin reytinqini tərtib edib

18.04.2019

Zorakılığa və təzyiq hallarına məruz qalan uşaqlar üçün "Qaynar xətt" yaradılır

18.04.2019

Problemli kreditlər siyahısında adı çıxmayanlar nə etməlidir? - AÇIQLAMA

18.04.2019

ABŞ və Çin arasında ticarət sazişi may ayında imzalana bilər

18.04.2019

NATO-nun Beynəlxalq Hərbi Qərargahının Baş direktoru Hərbi Akademiyada olub

18.04.2019

Qvardiola: VAR-dan əvvəl və sonra - FOTO

18.04.2019

Azərbaycan Ordusunun raket və artilleriya bölmələri döyüş atışları icra edib (VİDEO)

18.04.2019

Yazıçılar Birliyinin üzvü kitabının təqdimatını Cocuq Mərcanlıda keçirəcək

18.04.2019

Qeyri-sabit hava şəraiti sabah da davam edəcək

18.04.2019

Lökbatanda “Mercedes”in vurduğu piyada xəstəxanada öldü

18.04.2019

Budapeştdə keçirilən şahmat üzrə yaz festivalına yekun vurulub

18.04.2019

Sudanın sabiq prezidentinin qardaşları da həbs olunublar

18.04.2019

Tikintisinə icazə verilən obyektlərin sayı açıqlandı

18.04.2019

Evində narkotik bitki əkib-becərən Şəki sakini saxlanılıb

18.04.2019

DİN-dən sosial şəbəkə istifadəçilərinə XƏBƏRDARLIQ! Belə profillərin yaradılması məsuliyyət sayılır

18.04.2019

Avtomobildə gizlədilən spirtli içkilər və siqaretlər aşkarlanıb

18.04.2019

ABŞ Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə növbəti görüşü Vaşinqtonda keçirməyi təklif edib

18.04.2019

DSX rəisi Rusiya ilə sərhəddə sıxlığın aradan qaldırılması ilə bağlı müvafiq göstərişlər verib

18.04.2019

Birjalarda neftin qiyməti

18.04.2019

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qaraçuxurda yenidən qurulan Neftçilər parkında yaradılan şəraitlə tanış olublar

18.04.2019

PSJ yenə uduzdu - çempionluğu təxirə düşdü

18.04.2019

Azərbaycan neftinin qiyməti 74 dollar/barreli keçib

18.04.2019

Aprelin 18-də xarici valyutaların manata qarşı məzənnələri

18.04.2019

Ötən gün qəzalarda 3 nəfər ölüb, 1 nəfər xəsarət alıb

18.04.2019

Pakistanda aparılan antiterror əməliyyatında beş terrorçu öldürülüb

18.04.2019

Salah "Liverpul"dan gedir? - vəkilindən açıqlama

18.04.2019

Atəşkəs 24 dəfə pozulub

18.04.2019

Bu gün muzey və tarixi yerlərə giriş pulsuz olacaq

18.04.2019

Yeni istifadəyə verilən Nəqliyyat qovşağında sərnişinləri gözləyən YENİLİKLƏR

18.04.2019

"Ayaks"a uduzan "Yuventus"un səhmləri ucuzlaşıb

18.04.2019

Bakıda ayıq sürücü vətəndaşa 4 min manat ziyan vurub - "Taksim" şirkəti ziyanı ödəmir - VİDEO

18.04.2019

G20 liderlərinin 15-ci sammiti Ər-Riyadda keçiriləcək

18.04.2019

Avropada “5G” şəbəkəsi istifadəyə verilib

17.04.2019

Azərbaycan Prezidenti İlham Əliyev Çinin Sinxua agentliyinə müsahibə verib

17.04.2019

DTX-yə yeni səlahiyyətlər verildi - Prezident fərmanı

17.04.2019

Əkrəm İmamoğlu İstanbulun bələdiyyə sədri mandatı verilməsi üçün Ali Seçki Qurumuna çağırılıb

17.04.2019

Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin işçilərinin sayı artırılıb

17.04.2019

Üçtərəfli niyyət protokolu imzalanıb

17.04.2019

Notr-Dam kilsəsinin bərpası üçün beynəlxalq müsabiqə keçiriləcək

17.04.2019

Ailələrin tez dağılmasına nə səbəb olur?

17.04.2019

ÇL-in oyunları bu kanallarda -siyahı

17.04.2019

Niyə insanlar heyvan südü içir?

17.04.2019

İrandan Azərbaycana 15 kq-dan artıq narkotik vasitənin keçirilməsinin qarşısı alınıb

17.04.2019

İranın Ali Rəhbərinin “instagram” səhifəsi bağlanıb