Bərdə stadionuna sığınan iki qız uşağı və tənha ana - FOTO

07:43 / 26.03.2019

Məcburi köçkündür, ancaq çörək pulu dayandırılıb. Kəlbəcər rayonundan məcburi köçkün Təranə Cəfərovanın acınacaqlı sosial durumu dövlət qurumlarını düşündürməlidir.

Kəlbəcər rayon sakini, məcburi köçkün Təranə Cəfərova 3 ildir ki, iki qız uşağı ilə Bərdə şəhər stadionunun müşahidə otağına sığınıb.Ona görə yox ki, futbol həvəskarıdı. Buradan futbola tamaşa eləsin. Onun burada məskunlaşması sadəcə bir məcburiyyətdir.Uğursuz tale onun  bura sığınmasına səbəb olub.

Təranə Kəlbəcərin işğalı zamanı ata,anası, qardaş, bacıları ilə İstisu kəndindən Gəncəyə pənah gətirib. O zaman onun doqquz yaşı varmış.Qaçqınlığın ömrü uzandıqca Təranənin də uşaqlığı qayğılı illərin içində geridə qalıb. Gəncliyinə dolan qız Bərdəyə gəlin köçüb.Ancaq bu ailə həyatı uğursuz olub. Uşaqların atası Taleh Xıdırov övladları Nurtacı, Mədinəni atıb,başqa bir qadını götürüb, Rusiyaya gedib.” Yoldaşım düzgün, normal adam deyildi. Orda,burda günün keçirirdi. Ev-eşiyə baxmırdı. Bir qadını götürüb Rusiyaya apardı.Mən də evdən çıxdım. İki uşaqla burada məskunlaşmışam. Ailə qurduğum adamla nikahımız olmadığına görə əvəllər hökumətdən köçkün müavinəti alırdıq. Ancaq sonradan aldığımız  çörək pulunu dayandırıblar. Hal-hazırda mən məcburi köçkün  statusu  daşıyıram.Uşaqlar da mənim himayəmdədir. Məcburi köçkün müavinətinin dayandırılmasına görə Kəlbəcər rayon İcra Hakimiyyətinin Çıraq kənd nümayəndəsi dedi ki, sən yerli sakinlə ailə qurmusan.Ondan ayrılmağa baxmayaraq yeni qanun sizə çörəkpulu ayrılmasına imkan vermir. Hansı ki, övladlarıma doğum şəhadətnaməsi Kəlbəcər rayon VVAQ şöbəsindən verilib. Onların qayğısına ancaq mən qalıram. Ata nə hüquqi nə də faktiki olaraq ailə başçısı deyil.”  

Təranə Cəfərovaya Kəlbəcər rayon İcra Hakimiyyətinin Çıraq kənd nümayəndəliyindən Bərdə Məşğulluq İdarəsinə iş üçün müraciət etmək tövsiyyə olunub. Bunun üçün məşğulluq mərkəzinə məktub da ünvanlanıb.Məşğulluq mərkəzinə gedən Təranə xanıma “işləmək üçün gərək qeydiyyata durasan, bir il keçə ki, iş tapaq”-deyə cavab verilib. Bu cavabdan məyus olan Təranə Cəfərova  kor peşiman evinə dönməli olub.

Məsələ ilə bağlı Kəlbəcər RİH-nin Çıraq kənd  İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi İbrahim Mamedov bildirib ki, Təranə Cəfərova həqiqətən də Çıraq kənd sakinidir.Onların ailə vəziyyətindən xəbəri olduğunu deyib.” Təranə Cəfərova Bərdədə stadionda yaşayır. Ailə qurduğu şəxslə nikah bağlanmadığı üçün  Atalığın müəyyən edilməsi qaydasında uşaqlara şəhadətnamə verilib. Atanın yerli sakin olmasına görə 2017-ci il yanvarın birindən onlara verilən köçkün müavinəti Qaçqın və Məcburi Köçkünlərin işi üzrə Dövlət Komitəsinin yeni təlimatına əsasən  dayandırılıb.”

İcra nümayəndəsinin cavabından aydın oldu ki, Təranə Cəfərova və onun iki qız övladına müavinətin dayandılması qanunun tələbi ilə həyata keçirilib.Məşğulluğdan iş almağın da asan olmadığını bildirən İbrahim müəllim bu dəfə də  ünvanlı sosial yardım üçün müraciət etməyi məsləhət bilib.

Ancaq ki, Təranə Cəfərova sosial yardım üçün müraciət etməyin elə də asan olmadığını bildirib. “ Bunun üçün iş yerin olsun gərək. Ya da VÖEN açıb, bir il ayda 3 manat aybaay pul keçirəsən , deyir.”

Məhkəmə yolu ilə atadan uşaqlara aliment təyin olunmasına da ürək eləmədiyini bildirir , Təranə xanım. O keçmiş həyat yoldaşından qorxduğuna görə  bu addımdan çəkindiyini deyir.

Uşaqlarına görə nigaran olan ana övladlarını evdə tək qoyub,işləməyə gedə bilmədiyini deyir.” Uşaqlarımı tək qoyub , bir yana gedə bilmirəm. Yaxında etibar edəcəyim adam yoxdur.Buna görə onları qorumağa, tərbiyyələri ilə məşğul olmağa çalışıram”.

Təranə Cəfərovanın iki qızından birinin adı Nurtac, digərinin adı isə Mədinədir. Nurtac 6-cı sinifdə, Mədinə isə 3-cü sinifdə oxuyurlar.Vaxtlı-vaxtında məktəbə gedir, yaxşı oxumağa çalışırlar.Hiss olunur ki, Təranə Cəfərova onların təhsilinə və tərbiyyəsinə həssas yanaşır.

Təranə Cəfərova qohumlarının yardımı ilə bu balaca darısqal otağı odun sobası ilə qızdırdığını bildirir . İşığa , qaza qalsa öhdəsindən gələ bilmərəm deyir.

Musa Muradlı

 

Fotolar


Etiket:

Strategiya.az

Xəbərlər
21.04.2019

Sabahdan Formula 1 ilə əlaqədar avtomobillərin hərəkəti məhdudlaşdırılacaq yolların SİYAHISI

21.04.2019

PSJ klubu "Monako" ilə oyuna 500 yanğınsöndürən dəvət edib

21.04.2019

Bu gün 29 şəhər və rayonda 22 min 748 şagird imtahan verəcək

21.04.2019

Türkiyədə son 117 ildə 210 güclü zəlzələ baş verib

21.04.2019

"Yuventus" vaxtından əvvəl İtaliya çempionu olub

21.04.2019

Sumoçumuz Avropa çempionatında qızıl medal qazanıb

20.04.2019

Qar 60-dan çox kəndin yolunu bağladı

20.04.2019

İndi də İsfəndiyar Axundovun qardaşı oğlu... 

20.04.2019

Azərbaycana qış geri döndü – Bakıya yağış, bölgələrə qar, dolu YAĞDI - VİDEO

20.04.2019

Yaxın Şərqdə iki təhlükəli proses: dağıdıcı trendlərin güclənməsi

20.04.2019

Sosial şəbəkə "bəyənmə"ləri yığışdırır - SƏBƏB

20.04.2019

3 alpinist İTKİN DÜŞDÜ: əşyaları tapıldı, özləri isə...

20.04.2019

Zakir Həsənov Türkiyə tərəfinə başsağlığı verib

20.04.2019

Elxan Ələsgərov: Ermənistan XİN rəhbəri işlətdiyi iki cümlədə azı yeddi səhvə yol verib

20.04.2019

DİQQƏT! Qaz sayğacınızda bu yazılar çıxırsa deməli...

20.04.2019

Makron Türkiyəni qəzəbləndirdi

20.04.2019

Yeni tikililərin işıq problemi daha tez həll olunacaq - QƏRAR

20.04.2019

Əlilliyə görə pensiyaların da elektron qaydada təyinatına başlanıb

20.04.2019

Elçin Əhmədov: Anti-Azərbaycan qüvvələrin ölkəmizə təzyiq göstərmək, onu öz yolundan döndərmək cəhdləri əbəsdir

20.04.2019

Türkiyədə yenə zəlzələ oldu

20.04.2019

“Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib

20.04.2019

İsrail Qəzza zolağına zərbələr endirib

20.04.2019

Poroşenko rəqibindən Vaşinqtona şikayət etdi

20.04.2019

"İdeal olmaq mümkün deyil" -Qvardiola

20.04.2019

Şimal bölgəsinin dağlıq ərazilərində temperatur mənfi 8 dərəcəyədək aşağı düşüb

20.04.2019

Bəzi geyimlər sağalmaz xəstəliklər yarada bilər - XƏBƏRDARLIQ - VİDEO

20.04.2019

İranın təhlükəsizlik naziri: ABŞ-ın casus şəbəkəsi aşkar edilib

20.04.2019

Ermənistan silahlı qüvvələri atəşkəsi 21 dəfə pozub

20.04.2019

Ukraynada prezident seçkilərinin ikinci turu ilə bağlı sükut günüdür

20.04.2019

Dolların aprelin 22-nə olan məzənnəsi 

20.04.2019

Yaponiya Olimpiya Oyunları zamanı ABŞ aviabazasından istifadə etmək istəyir

20.04.2019

Superliqada 29-cu tur başladı

20.04.2019

Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi yaradıldı

19.04.2019

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sağlamlıq imkanları məhdud uşaq və gənclərin, sosial müəssisə sakinlərinin sərgisi ilə tanış olub

19.04.2019

Mixail Qorbaçov İndoneziyada keçirilən seçkilərdə məğlub olub

19.04.2019

Göyərtəsində 5 ton narkotik maddə aşkarlanan gəmi İzmir limanına gətirilib

19.04.2019

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

19.04.2019

DİN: Külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb

19.04.2019

Azərbaycan Ordusunun nümayəndələri NATO-nun təlimində iştirak edib

19.04.2019

Aprelin 22-dən problemli krediti olan şəxslərə kompensasiya ödənişlərinin verilməsinə başlanacaq

19.04.2019

Müğənni Rüfət Axundov və Rəşad İlyasov məhkəməyə gəlmədi

19.04.2019

ABŞ Çavuşoğlunun təklifinə müsbət cavab verməyib

19.04.2019

Bakıda adam öldürməyə cəhddə təqsirləndirilən şəxsə ağır cəza

19.04.2019

Diqqət! Bu yollarda xətlənmə işləri aparılacaq

19.04.2019

Salyanda ağır qəza baş verib

19.04.2019

56 min dollar təqaüd alacağı deyilən Yasinin atası danışdı, əslində...

19.04.2019

Zelenskiyə şok Rusiya təklifi: “Yenidən öpüşüb qucaqlaşmaq...”

19.04.2019

Buraxılış imtahanlarında iştirak edən 9-cu sinif şagirdlərinin nəzərinə!

19.04.2019

Bakıda “ərəb” ləqəbli narkotacir saxlanılıb

19.04.2019

Avstriyalı diplomat BMT-də yüksək vəzifəyə təyin edilib