Vyanadan sonrakı çaşqınlıq: Ermənistan hakimiyyətini sarsıdan həqiqətlər

08:14 / 11.04.2019

Azərbaycan Prezidenti ilə Ermənistanın baş nazirinin Vyanada Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı müzakirələr aparmasından sonra erməni mediası absurd və bir-birinə zidd olan informasiyalar yayır. Görünür, onlar danışıqların əsl məzmununun geniş ictimaiyyətə məlum olmasından narahatdırlar. Gah Vladimir Putini ittiham edir, gah da İlham Əliyevin sözlərini təhrif etməyə çalışırlar. Ekspertlər isə obyektiv olaraq Azərbaycanın Ermənistanı həm diplomatiyada, həm iqtisadi inkişafda, həm də ordu quruculuğunda xeyli üstələdiyini, geosiyasi aspektdə də Azərbaycanın düşməndən çox üstün olduğunu qeyd edirlər. Bütün bu məqamların fonunda Ermənistan siyasi rəhbərliyinin və ekspert dairələrinin çaşqınlığı və narahatlığı açıq hiss edilir. Həmin bağlılıqda münaqişənin sülh yolu ilə tənzimlənməsi çərçivəsində mövcud vəziyyətin geosiyasi təhlili üzərində geniş dayanmaq istərdik.

Səmimi olmayanda: Ermənistan rəhbərliyi reallığa qarşı

Azərbaycan Prezidenti ilə Vyanada Ermənistan-Azərbaycan münaqişəsini müzakirə etmək Nikol Paşinyana nəsib olandan sonra rəsmi İrəvan növbəti saxta təbliğat kampaniyasına başlayıb. Bu prosesin səthi analizi belə göstərir ki, ermənilər zərrə qədər də olsa ağıllanmayıblar. Əksinə, daha çaşqın, məntiqsiz davranırlar. Onların izah kimi qələmə verməyə çalışdıqları məsələlər reallıqda tamamilə fərqli məntiqə uyğun təhlil edilə bilər. Belə ki, münaqişənin ədalətli həllindən yayınmaq üçün müxtəlif ssenarilər uydurur və onlara uyğun nəticələr çıxarmağa çalışırlar.

Vyana görüşündən sonra Azərbaycan Prezidenti və Ermənistanın baş naziri ilə telefon danışığı aparan Rusiya Prezidenti Vladimir Putin açıq ifadə edib ki, münaqişənin həlli üçün danışıqlar prosesini sürətləndirmək lazımdır. Münaqişə edən tərəflərin birbaşa müzakirələr aparmasını da ancaq alqışlamaq olar. Məntiqə uyğun olaraq Azərbaycan Prezidenti Vyana görüşü ilə bağlı fikirlərini V.Putinlə bölüşməli idi. Rusiya ATƏT-in Minsk qrupunun həmsədrlərindən biridir. Eynilə, N.Paşinyan da V.Putinə təəssüratlarını danışmalı idi. Bu da təbiidir ki, V.Putin münaqişənin həllinə daha təsirli yardım etməyə hazır olduğunu ifadə edib.

Ancaq bu normal ünsiyyəti erməni mətbuatı bir siyasi şouya çevirməyə çalışır. Burada N.Paşinyanın deyil, V.Putinin ona zəng etdiyi bildirilir. Guya bunun da səbəbi N.Paşinyanın məsələdə daha sərt mövqe tutması ilə bağlıdır. Və daha gülməlisi odur ki, erməni ekspertlər Ermənistanın Rusiyanın təsirindən çıxdığını Kremlin bildiyini və buna görə İrəvana qarşı qərəzli davrandığını iddia edirlər. Rusiyanın bir sıra ekspertləri – kolerovlar, miqranyanlar və digərləri də guya bu səbəbdən Ermənistan haqqında sərt ifadələr işlədirlər.

Bundan başqa, erməni mətbuatı N.Paşinyanın münaqişənin həllinə yardım etdiyinə görə Prezident V.Putinə təşəkkür etmədiyini də yazır. Bunun fonunda isə Azərbaycan Prezidentinin "Ermənistanla müharibə hələ bitməyib, müharibənin birinci mərhələsi başa çatıb" fikrini ifadə etməsini təlaşla vurğulayırlar. Belə bir mövqeni onlar rəsmi Bakının müharibəyə hazırlığı kimi qələmə verir və Moskvaya ermənilərin nəyə görə təşəkkür etməli olduğunu anlamadıqlarını qeyd edirlər.

Bu kimi reallıqdan uzaq və ucuz təbliğata hesablanmış yanaşmalar, əslində, danışıqlar prosesinin məzmununu təhrif etməyə və onu faktiki olaraq dalana dirəməyə xidmət edir. Bunun da səbəbi aydındır. Ermənistan bütün istiqamətlərdə, əsasən də üç sahədə – ordu quruculuğunda, islahatlarda və sosial-iqtisadi inkişafda, nəhayət, geosiyasi aspektdə Azərbaycandan xeyli geridə qalır. Azərbaycanın sürətli inkişafı fonunda bu fərq getdikcə daha aydın surətdə hiss olunur. Artıq həmin məqamı xarici ekspertlər də etiraf edirlər. Onlar belə nəticə çıxarırlar ki, Azərbaycanın Ermənistandan çox güclü olması qalibiyyət üçün İrəvana heç bir şans vermir. Əksinə, əgər Ermənistan müharibəyə başlamaq istəsə, Azərbaycan Ordusu daha genişmiqyaslı əməliyyat keçirib, İrəvana qədər gedə bilər. Bu dəfə hərbi proseslər lokal məkanda getməyəcək. Çünki Azərbaycan 2016-cı ilin Aprel döyüşlərindən lazımi nəticələri çıxarıb, daha koordinasiyalı, güclü və sürətli fəaliyyəti ilə qısa müddətdə erməni silahlı qüvvələrini darmadağın edə bilmək qüdrətinə malikdir.

Təbii ki, bunları erməni siyasi və hərbi dairələri də bilir, buna görə də şantaj və siyasi manevrlər hesabına işğalın ömrünü uzatmağa çalışırlar. Bunun fonunda Ermənistan rəhbərliyi qətiyyən Kremlə qarşı çıxa bilməz. Əksinə, onlar Kremldən Azərbaycana qarşı sərt davranmağı tələb edirlər. Rusiya isə artıq Azərbaycanla daha sıx münasibətlər qurmaqda maraqlıdır. Ermənistana görə Cənubi Qafqazın lider dövləti ilə münasibətlərin soyumasına Rusiya razı deyil. Həmçinin Azərbaycan Rusiya kimi böyük qonşusu ilə əlaqələrin inkişafında maraqlıdır.

Azərbaycanın üstünlüyü: ərazi bütövlüyü bərpa olunacaq!

Onu da vurğulayaq ki, erməni nəşrləri Nikol Paşinyanın Ermənistan-Azərbaycan münaqişəsi məsələsində diplomatik uğursuzluğundan yazır. Məsələn "Past" qəzeti vurğulayır ki, N.Paşinyan xarici işlər naziri Zöhrab Mnatsakanyanı Moskvaya göndərərək Minsk qrupu həmsədrlərinin Vyana müzakirələrinin nəticələrinə dair birgə bəyanatında erməni baş nazirin əvvəllər ifadə etdiyi fikirlərin heç olmasa bir qisminin yüngül formada da olsa, qeyd edilməsinə nail olmasını istəyib. Ancaq nazir əliboş qayıdıb və bundan N.Paşinyan bərk qəzəblənib. Bu hadisəni qəzet Z.Mnatsakanyanın "ilk ciddi imtahandan kəsilməsi" kimi xarakterizə edir (bax: "Паст": Визит Зограба Мнацаканяна в Москву и гнев премьер-министра – министр "срезался" на своем первом серьезном экзамене / "Tert.am", 2 aprel 2019).

Deməli, Vyanada danışıqlara qədər erməni rəhbərliyi bilirdi ki, tələbləri keçmir. Müzakirələrdə İlham Əliyevin öz ədalətli və obyektiv mövqeyini bir daha əminliklə vurğulamasını da Ermənistan və Rusiyada etiraf edənlər var. Məsələn, "Tert.am" portalına müsahibə verən Ermənistan parlamentinin beynəlxalq əlaqələr komissiyasının keçmiş sədri Vaqram Atanesyan deyib ki, Prezident İlham Əliyevin Azərbaycan xüsusi təyinatlıları ilə görüşü zamanı ifadə etdiyi fikirlər göstərir ki, Vyanada Azərbaycanın dövlət başçısı mövqeyindən qətiyyən çəkilməyib (bax: Заявляя о том, что война продолжится, Алиев попытался внушить, что на переговорах с Пашиняном не отступил от своей позиции – Ваграм Атанесян / "Tert.am", 3 aprel 2019).

Rusiyalı ekspert Aleksandr Xramçixin isə hesab edir ki, Vyanada tərəflər heç bir məsələdə razılığa gələ bilməyiblər (bax: "168 жам": Если риторика настолько обострилась, очевидно, что лидеры Армении и Азербайджана не договорились в Вене ни по одному вопросу – Александр Храмчихин о заявлении Д.Тонояна / "Tert.am", 2 aprel 2019).

Bütün bunlardan rəsmi İrəvanın çıxardığı nəticə aşağıdakı kimidir: danışıqlar prosesini mümkün qədər çətinə salmaq, ortaya dolaşıq tezislər atmaqla Ermənistan və dünya ictimaiyyətini aldatmaq. İstər müdafiə naziri David Tonoyanın Amerikada pafosla danışması, istərsə də xarici işlər naziri Z.Mnatsakanyanın "Artsax öz yerini tutmalıdır" kimi sərsəm fikirlər söyləməsi arxasında həmin məqam dayanır. D.Tonoyan "yeni ərazilər uğrunda yeni müharibə" tezisi ilə dünyanı özünə güldürdü. Çünki ekspertlər də açıq deyirlər ki, Ermənistan ordusu heç bir şərtlər daxilində Azərbaycan Ordusuna qalib gələ bilməz. Azərbaycanın müdafiə nazirinin "Ermənistan hücum etsə, D.Tonoyanla İrəvanda görüşəcəyik" fikri reallığı əks etdirir.

Xarici işlər naziri Z.Mnatsakanyanın Dağlıq Qarabağdakı separatçı-terrorçularla bağlı söylədiyi fikir isə cəfəngiyatdan başqa bir şey deyildir. Danışıqların formatı çoxdan məlumdur. Həm də Dağlıq Qarabağın aborigen əhalisi hələ də yurdlarından didərgin vəziyyətdədir. Bu səbəbdən heç bir halda indi "Dağlıq Qarabağ əhalisinin iradəsi" ifadəsini işlətmək olmaz. Orada hazırda erməni separatizminin tör-töküntüləri və az miqdarda nə vaxtsa, ora köçürülmüş ermənilər vardır.

Təbii ki, bu vəziyyəti hamı bilir, o cümlədən ATƏT-in Minsk qrupunun həmsədrləri. Belə olmasaydı, ermənilərin havadarları çoxdan başqa cür davranardılar. Deməli, Ermənistanın xarici işlər naziri də əsassız danışır və bu, havaya atılmış boş güllədən başqa bir şey deyildir.

Bütün bunlar onu göstərir ki, Vyana danışıqlarından sonra ermənilər daha böyük təşviş içindədirlər. Şəxsən N.Paşinyan Azərbaycan Prezidentinin qətiyyətini, siyasi iradəsini və münaqişədə tutduğu dəyişməz mövqeni öz üzərində hiss etdi. Bəlkə də N.Paşinyan həmin görüşdən sonra siyasətə gəldiyinə çox peşmandır. Ancaq artıq gecdir. Görünür, Ermənistan işğalçı əsgərlərinin Azərbaycan torpaqlarından rədd olması ilə bağlı əmri N.Paşinyan imzalamalı olacaq.

Newtimes.az


Etiket:

Strategiya.az

Xəbərlər
20.05.2019

Zərifdən Trampa TARİXİ CAVAB: "İsgəndərin, Çingiz xanın..."

20.05.2019

Tovuzda kütləvi zəhərlənmə: Bir ailənin 5 üzvü

20.05.2019

Şuranın dəstəyi ilə QHT-lərin fəaliyyəti haqqında həftəlik xəbərlər proqramı hazırlanacaq

20.05.2019

Vurğun Vəkilovun solo konserti keçiriləcək

20.05.2019

Bu telefon və kompüterlərdən istifadə edənlərin DİQQƏTİNƏ:artıq işləməyəcək

20.05.2019

"Qolf da oynasam, "Real"da qalacam" - Beyl getmir

20.05.2019

Ərdoğan Azərbaycan Hərbi Hava Qüvvələrinin təlimlərini izləyəcək

20.05.2019

Taekvondoçumuz ardıcıl ikinci dəfə dünya çempionu oldu

20.05.2019

Rufiz Qonaqov: Prezident İlham Əliyevin daxili və xarici siyasətinin əsasını xalqımızın milli maraqları təşkil edir

20.05.2019

Hicabla bağlı DAHA BİR QADAĞA: bundan sonra...

20.05.2019

Bakı-Sumqayıt şosesində hərəkət məhdudlaşdırılır

20.05.2019

Mbappe PSJ-dən ayrılır? - Özü açıqladı

20.05.2019

Buzovna sakinində 5 kq-dan artıq marixuana aşkar olunub

20.05.2019

Sabah Bakıda və rayonlarda yağış yağacaq

20.05.2019

Zelenski: "Ukrayna itirdiyi əraziləri qaytaracaq"

20.05.2019

“AzerGold” QSC Finlandiya təcrübəsini nəzərdən keçirir

20.05.2019

“Exxon Mobil” İraqdakı neft yatağında çalışan işçilərini evakuasiya edir

20.05.2019

UEFA Avropa Liqasının final günü xəttə əlavə avtobuslar buraxılacaq

20.05.2019

“Alyans” “viki”çiləri təltif etdi

20.05.2019

II və III ixtisas qrupları üzrə qəbul imtahanlarının düzgün cavabları DİM-in saytında yerləşdirilib

20.05.2019

Daxili orqanında narkotik vasitə və psixotrop maddə aşkarlanıb

20.05.2019

AMB vəsaitlərin cəlb edilməsi üzrə növbəti hərracını keçirib

20.05.2019

Birinci vitse-prezident Mehriban Əliyeva Ramazan ayı münasibətilə Azərbaycan xalqına xoş arzularını çatdırıb

20.05.2019

Sumqayıt Təlim, Tədris Mərkəzi şagird qəbulu üçün müsabiqə keçirir

20.05.2019

Vladimir Zelenskinin andiçmə mərasimi başlayıb

20.05.2019

İki gündə yol qəzalarında 6 nəfər ölüb

20.05.2019

QLOBAL ÇAĞIRIŞLAR KONTEKSTİNDƏ SIĞORTA FƏALİYYƏTİNİN SOSİAL-İQTİSADİ ASPEKTLƏRİ

20.05.2019

Azərbaycan qida məhsullarının Çinin İvu şəhərinə ixracına dair müzakirələr aparılıb

20.05.2019

Avro-2020-nin ən ucuz biletləri Bakıda - UEFA açıqladı

20.05.2019

BQXK Dilqəm Əsgərov və Şahbaz Quliyevə növbəti dəfə baş çəkdi

20.05.2019

Aprelin 7-də keçirilən buraxılış imtahanlarının nəticələri elan olunub

20.05.2019

"Qarabağ" üçün 13 potensial rəqib

20.05.2019

Neftin qiyməti bahalaşıb

20.05.2019

DİM bakalavrlara müraciət edib

20.05.2019

Hacıqabulda yük avtomobili piyadanı vurub

20.05.2019

STRATEJİ İNNOVASİYA PROSESLƏRİNİN VƏ İDARƏ EDİLMƏSİNİN SƏMƏRƏLİLİK PROBLEMLƏRİ

20.05.2019

Atəşkəs 21 dəfə pozulub

20.05.2019

Zaqatalada yağış fəsadlara səbəb oldu

20.05.2019

Mayın 20-də xarici valyutaların manata qarşı məzənnələri

20.05.2019

Döyüş xatirələri

20.05.2019

Azərbaycan Ordusunun genişmiqyaslı təlimləri başlayıb

20.05.2019

Tacikistanda həbsxanada qiyam: ölənlərin sayı 32-yə çatdı (YENİLƏNİB)

20.05.2019

Balakəndə çantada narkotik daşıyan Şəki sakini saxlanılıb

20.05.2019

Ramazanın 15-ci günü: dua, imsak və iftar vaxtı

20.05.2019

Energetika naziri Pərviz Şahbazov Səudiyyə Ərəbistanında bir sıra görüşlər keçirib

20.05.2019

"Qalatasaray" 22-ci dəfə Türkiyə çempionu olub

20.05.2019

''Avro Qrand'' MMC 119 mənzilli binadan 120-ci evi necə satdı... - ŞİKAYƏT - VİDEO

19.05.2019

Türkiyədə məcburi hərbi xidmət 6 aya endiriləcək

19.05.2019

YUNESKO: Dünyada hər ay ən azı bir xalqın dil yox olur

19.05.2019

Bakıda bədii gimnastika üzrə 35-ci Avropa çempionatının finalı keçirilir